Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Raynı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Ölümcül döyüş 2: Məhv etmək (film, 1997)
Ölümcül döyüş 2: Məhv etmək (ing. Mortal Kombat: Annihilation) — 1997-ci ildə rejissor Con R. Leonetti tərəfindən çəkilən fantastik döyüş filmidir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. Liu Keng və Dünyadan (ing. Earthrealm) seçilən bir neçə yaxşı döyüşçü "Ölümcül döyüş" turnirində Xarici Dünyanın (ing. Outworld) cadugəri Şanq Tsunqu məğlub etdikdən sonra zəfərlərini qeyd edirlər. Lakin bu zaman Xarici Dünyanın döyüşçüləri Dünyaya hücum edirlər. Şao Kann müqəddəs qanunları pozaraq Yer kürəsini ələ keçirmək istəyir. İmperator Şao Kann Kitananın anası olan Sindeli dəstəsinə kraliça olaraq seçmişdir. Xarici Dünyanın İmperatoru Şao Kann və onun dəstəsi Dünyaya enməyə başlayırlar.
Yer ətrafında 80 günə səyahət etmək (film, 2004)
80 gün dünya ətrafında (ing. Around the World in 80 Days) — film Jül Vern-nin məşhur romanı əsasında Frank Koracinin rejissorluğu ilə çəkilmişdir. Film ingilis bankının naməlum bir Çinlinin (sonradan Lao Şin olduğu ortaya çıxır) qarət etməsindən başlayır. Polisdən gizlənmək üçün, Paspartu adı ilə 50 mil sürət maneəsini qırmağa çalışan gənc bir alim Filyas Foq-a xidmət edir. Uğurlu bir təcrübədən sonra onlar Kral Elmlər Akademiyasına göndərilir, lakin Foq Britaniyanın "ən yaxşı ağılları" nın, xüsusən də hər şey artıq açıq olduğundan, daha da irəliləməyin cəfəngiyat olduğuna inanan lütfkar Lord Kelvinin istehza obyektinə çevrilir. Həmin iclasda soyğunçuluqdan da bəhs olunur. Bundan hirslənən Foq, bankın qarət olunduğuna sevindiyini və oğrunun xidmətçisinin çox maraqlandığı bir ay ərzində Çinə çatacağını iddia edir. Kelvin və Foq mərc girilər. Foq-un qələbəsi ilə Lord Kelvin qarşılığında Elm naziri olacaq; itkisi halında laboratoriyasını məhv etməyə və elmi fəaliyyətdən tamamilə çəkilməyə məcbur olacaqdır. Foq evinə qayıtmaq üçün isti xasiyyətindən və tələskənliyindən təəssüflənsə də, Paspartu onu Foq'un edə biləcəyinə inandırır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi - 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. == Tarixi == 1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir. Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi: Bəyannamənin özü və onun hazırlanması barədə Ali Sovetdə qərarlar hazırlanan zaman onun sədri Elmira Qafarova olmuşdur.
Sentrifuqa etmə
Sentrifuqa—hazırda bioloji tədqiqat işinin aparılmasında geniş tətbiq olunur.O,çox böyük dövretmə surətinə malikdir.Hüceyrələri dəqiqədə 10 minlərlə dəfə dövr etdirən aparatın köməyi ilə müxtəlif xüsusi çəkiyə malik hüceyrə strukturlarına ayırmaq mümkün olur.Sentrifuqanın köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların kimyəvi tərkibi də tədqiq olunur. Müasir avadanlıqlar insan orqanizmində gedən bioloji proseslərin gedişinin izlənilməsində əvəzsiz vasitədir.Bu cihazların köməyi ilə orqanizmə zərər vurmadan bioloji prosesləri tədqiq etmək mümkündür. Sentrifuqa etmə—mərkəzdənqaçma qüvvəsi sahəsinin təsiri altında qeyri-cinsli sistemlərin ayrılması prosesidir. Sentrifuqa üçün müxtəlif quruluşlu sentrifuqalar tətbiq olunur.Yüksək ayrılma faktoruna malik,nimçəvari barabanlarla təchiz olunmuş sentrifuqalar-seperatorlar sentrifuqanın ən geniş yayılmış tiplərindəndir.Seperatorlar nəmliyi 60–90%-ə qədər olan çöküntüləri qatılaşdırmağa imkan verir. Son illərdə seperasiya prosesini avtomatlaşdırılmış rejimdə aparan,konkret kultur məhlulu üçün optimum fərdi şərait seçilməsinə imkan verən xüsusi hermetik seperatorlar meydana gəlmişdir. Sentrifuqa etmənin tətbiq sahələrinə aiddir: 1.Kultur məhlulundan biokütlənin (mayalar,bakteriyalar,göbələklər) ayrılması; 2.Mikrobioloji sintezin müxtəlif məqsədli məhsulların ayrılması (antibiotiklər,fermentlər, vitaminlər və s),qabaqcadan bərk fazaya keçirilməsi; 3.Ekstraksiyada əmələ gələn emulsiyanın ayrılması.
Bərpa etmə
Bərpa etmə(k) – (ing. undelete) uzaqlaşdırılmış informasiyanın, adətən, sonuncu uzaqlaşdırılmış elementin bərpası əməliyyatı. Bərpa etmə "undo" (geri almaq) komandası ilə müqayisə oluna bilər; ancaq o, daha məhduddur, belə ki, UNDO komandası sistemi sonuncu əməliyyatdan qabaqkı vəziyyətə qaytarır, bərpa etmə isə yalnız silinməni bərpa edir. Ümumiyyətlə, bərpa etmə kəsilib götürülmüş mətnə aid olur. Bax: UNDO. Fayla aid işlədildikdə bərpa etmə informasiyanın yaddaşda bərpasını bildirir. Adətən, fayl silinərkən onun tutduğu yaddaş sahəsinin nişanı götürüldüyündən, yəni həmin sahə yeni verilənlər üçün açıldığından, bərpa etmə asanca gerçəkləşdirilir, bir şərtlə ki, bu məqsəd üçün xidməti proqramlardan istifadə olunsun. Yox, əgər yeni faylın bir hissəsi silinmiş faylın üzərinə yazılıbsa, əlbəttə, bərpa etmə daha mümkün olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Təşriq günləri
Təşriq günləri — (ərəb. أيام التشريق‎) — Qəməri təqviminin sonuncu ayının 11-dən 13-nə kimi qeyd olunan Qurban bayramının davamıdır. Qurban bayramının özü Zülhiccə ayının 10-cu günü qeyd olunur. Möminlər həcc ziyarəti etdikdə bu ay müsəlmanlar tərəfindən mübarək sayılır. Zəvvarlar Mina vadisinə gedir və orada şeytanı döymək simvolu olaraq üç sütuna daş atırlar. Sütunların hər birinə 7 çınqıl atılır - kiçik cəmrətül-ula, orta cəmrətül-vüsta və böyük cəmrətül-əkəbə. Onlar ət-Təşrik günlərinin birinci gecəsini orada keçirirlər, səhər isə camaat namazı qılır, sonra təkbir (Allaha həmd) oxuyurlar. Sonra ət-Təşriq ayının üçüncü günündə yenidən daş atma baş verir. Ализаде А. А. Аййам ат-Ташрик // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007.
Getmək fikrində deyiləm
Getmək fikrində deyiləm (ing. Don't Make Me Go) — 2022-ci ildə ekranlara çıxan ABŞ filmi. == Süjet == Beyin xərçəngi diaqnozu qoyulan ata yeniyetmə qızını heç vaxt görmədiyi anasına qovuşdurmaq üçün yol səyahətinə başlayır.
Uzaqdan müəyyən etmə
Uzaqdan zondlama — yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur.
Yerli kadr təsdiqə gedir (film, 1973)
Filmdə "Gənclərə geniş yol" şüarındakı mənalara toxunulmuşdur. Lakin heç də hər yerdə bu şüara əməl edilmir. Öz layihəsini qəbul etdirmək istəyən gənc memarın başına gələn əhvalat əks etdirilir. "Mozalan" Satirik Kinojurnalı № 41, 1-ci süjet Müəllif : Tahir Piriyev Rejissor : Əsgər Məmmədov Operator : Antonina Korotnitskaya Rəssamlar : Əsgər Məmmədov, Tahir Piriyev Səs operatoru : Kamal Seyidov Musiqilərindən istifadə edilən bəstəkar : Xəyyam Mirzəzadə ("Günlərin Bir Günündə..." cizgi filmindən) (titrlərdə yoxdur) Baş Redaktor : Eyvaz Borçalı YouTube Filmi izlə sayt YouTube Filmdə anonim məktubların doğurduğu nəticələr öz əksini tapır. "Mozalan" Satirik Kinojurnalı № 6, 1-ci süjet Müəllif : İntiqam Qasımzadə Rejissorlar : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Kamil Nəcəfzadə Operator : Aleksandr Milov Səs operatoru : Ələkbər Həsənzadə Baş redaktor : Eyvaz Borçalı YouTube Filmi izlə sayt YouTube Filmdə alverçilik problemlərinə toxunulur. "Mozalan" Satirik Kinojurnalı № 96, 2-ci süjet Müəllif : M. Lipskerov Rejissor : Vahid Talıbov Rəssam : Elçin Axundov Operator : Ramiz Ağayev Səs operatoru : Akif Nuriyev Redaktor : Vidadi Paşayev Ramiz Əzizbəyli-Robot (titrlərdə yoxdur) Filmi izlə sayt YouTube Filmdə işə düzəlmək istəyən maralın əvvəl buynuzunu çıxarırlar, sonra qulaqlarını uzadırlar.
Öz müqəddəratını təyin etmə
Öz müqəddəratını təyin etmə ya Özərklik (ing. self-determination) haqqa görə dünyada bütün xalqlar özgə və əcnəbi güclərdən asılı olmayaraq, müstəqillik durumları və siyasi vəziyyətlərini azadlıqla təyin edə bilərlər.
Transformerslər: Məhv etmə dövrü
Transformerslər: Məhv etmə dövrü (ing. Transformers 4: Age of Extinction) — 2014-cü ildə istehsal olunmuş ABŞ filmi. Filmin prodüserlərindən biri Stiven Spilberqdir. Altmış beş milyon il əvvəl yaradıcı olaraq bilirən yadplanetli irqi bir gün "Transformium" adlandırılacaq maddəylə Dünyanı əhatə etmək üçün sids adlı alətləri işlədirlər və bu prosesdə dinozavrlar məhv olur. Günümüzdə geoloq Darci Tirrel transformers dronları yaratmaq üçün transformers tapmaq məqsədiylə qazıntılar təşkil edir. Çikaqo işğalından beş il sonra insanlar transformersləri dövlətin düşmənləri olaraq görür. Mexixo Sitidə zədələnən və Marmon 97 kamazı olaraq gizlənən Optimus maliyyə cəhətdən çətinlik çəkən texsaslı ixtiraçı Keyd Yeqır tərəfindən kəşf edilir. Gənc qızı Tessa və iş yoldaşı Lukas Flaneri Optimusu səlahiyyətlilərə verməsi üçün təkid edərkən Keyd bunun yerinə texnologiyasını anlamağı ümid edərək Optimusu təmir edir. Optimusa hələ də şübhə ilə yanaşan Lukas Çikaqodakı bacısının ölümü səbəbindən transformerslərdən nifrət edən Ceyms Savoyu, Yeqır fermasına hücum edən Semeteri Vind ilə birlikdə axtarır. Ancaq Optimus və Tessamın gizli sevgilisi irlandiyalı ralli yarışçısı Şeyn Dayson ailənin yardımına gəlir.
Beynəlxalq səmti müəyyən etmə federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası — (ing. International Orienteering Federation — İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması - Müasir təyyarənin uçuşunun idarə olunması pilotla və təyyarə sürülmənin asanlaşdırılmasına, idarə etmənin keyfiyyətinin yaxşılaşdırılmasına və təyyarələrin tətbiqinin effektivliyi yüksəldilməsinə xidmət edən xüsusi avtomatik sistemlərlə təmin edilir. Müasir təyyarələrin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi, avtomaşladıtrılmadan mümkün olmayan bütöv bir tədbirlər kompleksinin aparılmasını tələb edir. Məsələn, uçuşun təhlükəli rejimləri avtomatları adlanan qurğuların köməyi ilə uçuşda təyyarənin həddi icazə verilən rejimlərə (sürətə, Max ədədinə, şaquli yüklənmələrə, hücum, yana əyilmə və sürüşmə bucaqlarına görə) çıxması zamanı pilota siqnalizasiya edilməsi və avtomatik olaraq idarə etmə orqanlarının hərəkətinin məhdudlaşdırılması. Idarə etmə sistemin xüsusi qurğrları təyyarənin dayanıqlıq və idarə edilmə xarakteristikalarını yaxşılaşdırırlar. Uçuş sürətinin saxlanması ilə uçuş hündürlüyünün artması ilə təyyarənin sükanların dönməsinə cavab reaksiyası pisləşir. Bu təyyarənin sürülməsini çətinləşdirir, onun dayanıqlıq xarakteristikalarını pisləşdirir, təyyarənin rəqslərinin söndürülmə effektivliyini zəiflədir. Pilot yaranmış rəqsləri söndürməyə cəhd etməklə onları gücləndirə bilər. Buna görə idarə etmə zəncirində uçuşun dempferləşdirilməsi və stabilləşdirilməsi üçün xüsusi avtomatlar quraşdırılır. Bu avtomatlar pilotun iştirakı olmadan, bu xarakteristikaları yaxşılaşdırmaq üçün avtomatik sükan səthlərini döndərməklə onlara təsir edirlər. Belə avtomatların icraçı mexanizmləri tez-tez hərəkətli dartılar şəklində hazırlanır.
Rəqəmsal öz müqəddəratını təyin etmə
Rəqəmsal öz müqəddəratını təyin etmə — cəmiyyətin və gündəlik həyatın bir çox aspektlərinin rəqəmsallaşmasının artması ilə ortaya çıxan fərdi və kollektiv agentlik və muxtariyyət qarşısındakı unikal problemləri həll etmək üçün öz müqəddəratını təyin etmənin hüquqi konsepsiyasından irəli gələn və rəqəmsal sferaya tətbiq edilən fənnlərarası konsepsiya. Rəqəmsal öz müqəddəratını təyinetmənin fəlsəfi və ya hüquqi cəhətdən razılaşdırılmış konsepsiyası hələ mövcud deyil. Bu termin ümumi çərçivədə insanın öz müqəddəratını təyin etmə modelini rəqəmsal əsrə hərtərəfli layihələndirmə cəhdini təsvir edir. Konsepsiya ilk dəfə olaraq Fransada telekommunikasiya tənzimləyicisi olan ARCEP tərəfindən "İnternetin vəziyyətinə dair 2021-ci il üzrə hesabat"ının professor Luka Belli tərəfindən aparılmış "Şəbəkənin öz müqəddəratını təyin etmə" başlıqlı işində daxil edilmişdir. Qanunvericilərdən və siyasətçilərdən tutmuş ictimai təşkilatlara və alimlərə, fəallara və vətəndaş cəmiyyətinin üzvlərinə qədər cəmiyyətin müxtəlif sektorları fərdlərin öz müqəddəratını təyin etmə hüququnu qoruyan və təşviq edən rəqəmsal infrastrukturun, alətlərin və sistemlərin tətbiqinə, o cümlədən bərabərhüquqlu ödənişsiz girişə, insan mərkəzli dizayna, məxfiliyin daha yaxşı qorunması və məlumatlara nəzarətə çağırış etmişdir. Bu elementlər bir-biri ilə sıx bağlıdır və bir-birini tamamlayır. Mövcud rəqəmsal uçurumların müxtəlif formalarının aradan qaldırılması və rəqəmsal texnologiyalara və internetə bərabər və ədalətli çıxışın təmin edilməsi bütün fərdlərin rəqəmsal dövrdən, o cümlədən məlumat, xidmətlər və irəliləyiş imkanlarından faydalana bilməsini təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir. Rəqəmsal savadlılıq və media savadlılığı fərdlərə rəqəmsal vasitələrdən istifadə etmək, eləcə də onlayn qarşılaşdıqları məzmunu tənqidi qiymətləndirmək, öz məzmunlarını yaratmaq və istifadə olunan rəqəmsal texnologiyanın xüsusiyyətlərini və nəticələrini anlamaq üçün lazımi bilik və bacarıqlar əldə etmək üçün təklif edilmişdir.
Təsis ət-Təqdis
Əsas ət-təqdis ( ərəb. أساس التقديس‎, hərf. Allahın transsendensiyasını bəyan etmənin əsası) və ya Təsis ət-Təqdis (ərəb. تأسيس التقديس‎, hərf. Müqəddəsliyin əsası) — şafii-əşəri alimi Fəxrəddin Razi tərəfindən Kərrəmiyyə və digər antropomorfistlərin metodik təkzibi kimi yazılmış islam teoloji kitabı. Fəxrəddin Razi bu əsəri ifrat ənənəçi İbn Xuzeymə tərəfindən tərtib edilmiş "Kitab ət-Tövhid" əsərinə qarşı çıxmaq üçün yazmışdır. O, İbn Xuzeyməni "korporealist" adlandırmışdır. Book's page on Goodreads — Goodreads.com Dr.
Pip (python paket idarə etmə aləti)
Pip - python paketlərini idarə etmə sistemidir. Pip vasitəsilə python proqram təminatı paketlərini yükləmək və idarə etmək mümkündür. Bir çox paketləri Python Package Index (PyPI) tapmaq mümkündür. Python 2.7.9 və sonrakı versiyaları (python2 seriyasında), və Python 3.4 və sonrakı versiyaları yüklədikdə pip (pip3 Python 3 üçün) üzərində avtomatik gəlir. pip sözünün açıqlaması "Pip Installs Packages" (python paketləri yükləyir) və ya "Pip Installs Python" (pip pythonu yükləyir) deməkdir.
Tədqiq
Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. Tədqiqat metodları aşağıdakılardır: yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu; elmi faktların əldə edilməsi vasitəsi; məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu. Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey. Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə. Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Təndir
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
Təsnif
Təsnif (fars. تصنيف‎) — Azərbaycan milli musiqi janrı. Muğamdan əvvəl və ya sonra ifa edilir. Əvvəllər təsnifin mövzuları xalq ruhunu əks etdirən vətənpərvərlik təsnifləri idi. Daha sonra təsniflər klassik şeirlərdən istifadə edərək əsas olaraq sevgi mövzulara həsr olunmuşdur.. Təsnif nəzəriyyəsi ilk dəfə XV əsrdə Əbdülqadir Marağayinin yazılarında qeyd edilir, lakin XIX əsrin sonuna qədər klassik Avaz və ya Radifi üstün tutaraq təsnif janrını ciddiyə alınmırdı. Qacar dövründə (1875–1925) vokal oxumə mədəniyyəti bir neçə kateqoriyaya bölünürdü: dini, xalq, məşhur, kübar və siyasi. Təsnif ilə yanaşı həmçinin sürud (fars. سرود‎ — himn), dini mahnılar və təranə (fars. ترانه‎ — xalq mahnısı) mövcud olmuşdur..
Təzyiq
Təzyiq ( p ) {\displaystyle (p)} — kəmiyyətcə F {\displaystyle ~F} qüvvəsinə malik ümumi mühitin S {\displaystyle ~S} sahəsinə perpendikulyar təsir edən fiziki ölçü. Perpendikulyar təsir səthin vəziyyətindən asılı deyil. İstənilən halda F n {\displaystyle F_{n}} rastlaşdığı səthə təsir edir: p = d F n d S . {\displaystyle p={\frac {dF_{n}}{dS}}.} . Səthə orta təzyiq qüvvənin səthə nisbəti deməkdir: p c p = F n S . {\displaystyle {p_{\rm {cp}}}={\frac {F_{n}}{S}}.} Təzyiq fiziki ölçüdür. BS-də paskalla ölçülür. Bundan başqa təzyiqin aşağıdakı ölçü vahidləri mövcuddur. 1 Psi=6894,76 Pa 1 Bar=105 Pa 1 fiziki atmosfer=101330 Pa 1 Texniki atmosfer=98100Pa Təzyiqi ölçən cihaz manometrdir. E.R. Cohen et al, "Quantities, Units and Symbols in Physical Chemistry", IUPAC Green Book, 3rd Edition, 2nd Printing, IUPAC & RSC Publishing, Cambridge (2008).
Təyziq
Təzyiq ( p ) {\displaystyle (p)} — kəmiyyətcə F {\displaystyle ~F} qüvvəsinə malik ümumi mühitin S {\displaystyle ~S} sahəsinə perpendikulyar təsir edən fiziki ölçü. Perpendikulyar təsir səthin vəziyyətindən asılı deyil. İstənilən halda F n {\displaystyle F_{n}} rastlaşdığı səthə təsir edir: p = d F n d S . {\displaystyle p={\frac {dF_{n}}{dS}}.} . Səthə orta təzyiq qüvvənin səthə nisbəti deməkdir: p c p = F n S . {\displaystyle {p_{\rm {cp}}}={\frac {F_{n}}{S}}.} Təzyiq fiziki ölçüdür. BS-də paskalla ölçülür. Bundan başqa təzyiqin aşağıdakı ölçü vahidləri mövcuddur. 1 Psi=6894,76 Pa 1 Bar=105 Pa 1 fiziki atmosfer=101330 Pa 1 Texniki atmosfer=98100Pa Təzyiqi ölçən cihaz manometrdir. E.R. Cohen et al, "Quantities, Units and Symbols in Physical Chemistry", IUPAC Green Book, 3rd Edition, 2nd Printing, IUPAC & RSC Publishing, Cambridge (2008).
Təsbih
Təsbih və ya təsbeh (ərəb. تشبيه‎ ) — antropomorfizm mənasını verən islam dini anlayışı. Bu, tanrını öz yaratdıqıları ilə müqayisə edir. İslam teologiyasında tanrıya iki əks termin aid edilir: tənzih və təsbih. Birincisi "yaxınlıq, əlçatanlıq" deməkdir, lakin tənzihin daha dolğun mənası "müqayisəsizliyi bəyan etmək", yəni tanrının insanlıqdan üstünlüyünü təsdiq etməkdir. Həm tanrını öz sifətlərindən məhrum edən tətil, həm də antropomorfizmi təsdiq edən təsbih sünnilər tərəfindən bidət hesab olunur. Təsbih zeydi şiə təlimində, xüsusən b.e. VIII əsrdə yaşamışzeydiyyə imamı Qasim Rəssinin fikrində aydın görünürdü. Murata, Sachiko; William C. Chittick. The Vision of Islam.
Tədil
Tədil — Ərəb dilində "tərifləmək" mənasını verir. Ravinin ədalətli olduğuna hökm etməyə deyilir. Ravinin ədalət sahibi olduğunu hökmünü verənə isə muaddil deyilir. Ravinin ədalətli olmasını ifadə edən bir sıra terminlər vardır ki, onlara tədil ləfzləri deyilir. Hədis Siqə (termin) Səduq (termin) Mutqin (termin) Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Təsir
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Hidrostatik təzyiq
Hidrostatik təzyiq - sükunətdəki mayenin olduğu qabın dibinə və divarlarına göstərdiyi təzyiqə deyilir. Hidrostatik təzyiq mayenin sıxlığı və maye sütununun hündürlüyü ilə düz mütənasibdir, p ilə işarə olunur. p=ρgh, burada ρ - mayenin sıxlığı, g -qravitasiya sahəsinin intensivliyi, h - maye sütununun hündürlüyüdür. Qabın divarına mayenin göstərdiyi təzyiqdə həmin düsturla hesablanır. Lakin divarın hər yerində təzyiq eyni olmayıb, dərinliyin artması ilə artır.divara göstərilən orta təzyiq =pgh/2 dir. == Mənbə == M.Murquzov və b. Fizika. VII sinif üçün dərslik.
Maqnetik təzyiq
Maqnetik təzyiq — bir maqnit sahəsi ilə əlaqəli enerji sıxlığıdır. Hər hansı bir maqnit sahəsi sahədəki sərhəd şəraiti ilə əlaqəli bir maqnit təzyiqinə malikdir. Bu qaz molekullarının kinetik enerjisi ilə (bir qaz halında) eyni olmayıb, bir maqnit sahəsi ilə daşımaq istisna olmaqla, hər hansı digər fiziki təzyiq ilə eynidir. Qüvvə sahəsindəki qradient, maqnit qüvvəsi adlanan maqnit təzyiq qradienti səbəbindən bir qüvvəyə səbəb olur. Maqnetik təzyiq qüvvəsi dayaqsız bir naqilin ilməsində asanlıqla müşahidə olunur. Əgər elektrik cərəyanı ilmədən keçirsə, naqil elektromaqnit kimi xidmət edir, beləliklə, ilmənin daxilindəki maqnit sahəsi ilmənin xarici maqnit sahəsinin gücündən daha böyükdür. Sahənin gücündəki bu qradient təzyiqin maqnit qüvvəsini yaradır, bu da birbaşa naqilin uzanmasına səbəb olur. Teldən kifayət qədər cərəyan keçərsə, naqilin ilməsi dairə formasında olur. Daha yüksək cərəyanlarda, maqnetik təzyiq naqilin elastiklik qabiliyyətini aşan bir zərbəyə səbəb ola bilər ki, bu da onun məhvinə və ya partlayışa gətirib çıxarır. Beləliklə, maqnetik təzyiqin idarə edilməsi, ultragüclü elektromaqnitlərin dizaynında ciddi problemdir.
Osmotik təzyiq
Osmotik təzyiq — termodinamik parametr; məhlulun saf həlledici ilə təmasda olduğu zaman həllolan maddə və həlledici maye molekullarının qarşılıqlı diffuziyası nəticəsində qatılığının azalmasına meylini xarakterizə edir. Məhlulla saf həlledici arasında membran qoyduqda yalnız birtərəfli diffuziya (membran həlledicinin məhlula osmotik sorulması) mümkündür. Sorulma nəticəsində məhlulun səviyyəsi yüksəlir və bu yüksəlmə qalxan maye sütununun hidrostatik təzyiqi həllolan maddənin osmotik təzyiqinə bərabərləşənədək(osmotik tarazılıq yarananadək) davam edir və məhlul tərəfdən əlavə osmotik təzyiq yaranır. Bu təzyiq birbaşa ölçülür. həllolan maddənin təsiri nəticəsində həlledici mayenin kimyəvi potensialı azalır. Termodinamik baxımdan bu, osmotik təzyiqin kimyəvi potensialını bərabərləşdirmək və sərbəst enerjinin daha aşağı səviyyələrinə keçmək meyli maddənin osmotik köçürülməsinə səbəb olur. İdeal və son dərəcə duru məhlulda osmotik təzyiq həlledici və həllolan maddələrin təbiətindən asılı deyil. Sabit temperaturda o yalnız kinetik elementlərin (məhlulun vahid həcmindəki ionların, molekulların, kolloid hissəciklərinin) sayı ilə təyin olunur. Osmos — məhlulu saf həlledicidən, yaxud müxtəlif qatılıqda 2 məhlulu bir-birindən ayıran arakəsmədən maddələrin birinin diffuziyası. A. Məhərrəmov, M. Allahverdiyev və b.
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü. Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
Təskin (Tarım)
Təskin (az-əbcəd. تسکین‎, fars. تسکین‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 757 nəfər yaşayır (219 ailə).
Təsnif (1969)
Film-konsertin əsasını təsnif muğamı ritmində xalq mahnıları təşkil edir. 1) 1970-ci ildə Kiyevdə keçirilən "Prometey-70" zona kinofestivalı Film Diplom almışdır.
Təzyiq (fizika)
Təzyiq ( p ) {\displaystyle (p)} — kəmiyyətcə F {\displaystyle ~F} qüvvəsinə malik ümumi mühitin S {\displaystyle ~S} sahəsinə perpendikulyar təsir edən fiziki ölçü. Perpendikulyar təsir səthin vəziyyətindən asılı deyil. İstənilən halda F n {\displaystyle F_{n}} rastlaşdığı səthə təsir edir: p = d F n d S . {\displaystyle p={\frac {dF_{n}}{dS}}.} . Səthə orta təzyiq qüvvənin səthə nisbəti deməkdir: p c p = F n S . {\displaystyle {p_{\rm {cp}}}={\frac {F_{n}}{S}}.} Təzyiq fiziki ölçüdür. BS-də paskalla ölçülür. Bundan başqa təzyiqin aşağıdakı ölçü vahidləri mövcuddur. 1 Psi=6894,76 Pa 1 Bar=105 Pa 1 fiziki atmosfer=101330 Pa 1 Texniki atmosfer=98100Pa Təzyiqi ölçən cihaz manometrdir. E.R. Cohen et al, "Quantities, Units and Symbols in Physical Chemistry", IUPAC Green Book, 3rd Edition, 2nd Printing, IUPAC & RSC Publishing, Cambridge (2008).
Threads (tətbiq)
Threads (azərb. Threads‎) — əsası 6 iyul 2023-cü ildə Mark Zukerberq tərəfindən qoyulmuş sosial şəbəkə. Meta Platforms şirkətinə məxsusdur. Tətbiq, Twitter və digər mikrobloq platformaları kimi işləyir: istifadəçilər mətn, şəkillər və videolar yerləşdirə və paylaşa bilər; başqalarının yazılarına cavab verə, repost edə və bəyənə bilər. Tətbiq iOS və Android-də tam və məhdud funksionallıqla internetdə mövcuddur, tezliklə genişləndiriləcək. Sosial şəbəkə ilk 48 saat ərzində 80 milyon istifadəçiyə çatdı və daha əvvəl ChatGPT tərəfindən müəyyən edilmiş sürətli istifadəçi qeydiyyatı rekordunu qırdı.
Miniatür təsvir
Miniatür təsvir (ing. thumbnail) — şəkillərin və ya videoların kiçildilmiş versiyaları. Bunlar onları tanımağa və təşkil etməyə kömək etmək üçün istifadə olunur, adi mətn indeksinin sözlər üçün olan məqsədi ilə eyni xarakter daşıyırlar. "Microsoft Windows", "macOS", KDE ("Linux") və GNOME ("Linux") və s. müasir əməliyyat sistemləri və ya iş masası mühitlərində olduğu kimi rəqəmsal şəkillər əsrində vizual axtarış sistemləri və təsviri təşkil edən proqramlar adətən miniatür təsvirlərdən istifadə edir. Veb-səhifələrində onlar lazımsız yerə daha böyük faylları yükləmək ehtiyacını aradan qaldırırlar. "Thumbnail" sözü insanın baş barmaq dırnağına işarədir. Bu, insanın barmaq dırnağının ölçüsü ilə müqayisə oluna bilən şəkil və ya təsvirin kiçik ölçüsünü nəzərdə tutur. Sözün bu mənada ən erkən istifadəsinin XVII əsrə aid edilməsinə baxmayaraq, Amerika İrs Lüğətində ifadənin ilk dəfə XIX əsrin ortalarında "kiçik ölçülü bir rəsm əsəri"ni ifadə etmək üçün ortaya çıxdığını bildirilir. Daha sonra bu söz obrazlı şəkildə həm isim, həm də sifət şəklində kiçik və ya qısa hər hansı bir şeyə, məsələn, bioqrafik esseyə işarə etmək üçün istifadə edilmişdir.
Mobil tətbiq
Mobil proqram — telefon, planşet və ya saat kimi mobil cihazda işləmək üçün nəzərdə tutulmuş kompüter proqramı və ya proqram təminatı. Mobil proqramlar, tez-tez masaüstü kompüterlərdə işləmək üçün nəzərdə tutulmuş masaüstü proqramlardan və birbaşa mobil cihazda deyil, mobil veb brauzerlərdə işləyən veb proqramlardan fərqlidir. Proqramlar əvvəlcə e-poçt, təqvim və kontakt siyahısı kimi məhsuldarlıq yardımı üçün nəzərdə tutulmuşdu, lakin proqramlara olan ictimai tələbat mobil oyunlar, avtomatlaşdırılma, GPS və məkana əsaslanan xidmətlər, sifariş izləmə və bilet kimi digər sahələrə doğru sürətlə genişlənməsinə səbəb oldu. Əksər proqramlar internetə çıxış tələb edir. Proqramlar ümumiyyətlə rəqəmsal paylama platformasının bir növü olan proqram mağazalarından endirilir. Proqramlar üç növə bölünür: doğma (native) proqramlar, hibrid proqramlar və veb proqramlar. Doğma proqramlar xüsusi olaraq mobil əməliyyat sistemi, adətən iOS və ya Android üçün nəzərdə tutulub. Veb proqramlar HTML5 və ya CSS-də yazılır və adətən brauzer vasitəsilə işləyir. Hibrid proqramlar JavaScript, CSS və HTML5 kimi veb texnologiyalarından istifadə etməklə qurulur və yerli konteynerdə gizlənmiş veb proqramlar kimi fəaliyyət göstərir. Əksər mobil cihazlar veb-brauzer, e-poçt, təqvim, xəritə və musiqi, digər media və ya daha çox proqram satın almaq üçün mağaza kimi əvvəlcədən quraşdırılmış proqram təminatı kimi yığılmış bir neçə proqramla birlikdə satılır.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Ətək
Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən əhatə edən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi.
Ərmək (Hurand)
Ərmək (fars. ارمك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (27 ailə).
"Əmək" ordeni
"Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni). 2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib. == Statusu == Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə; yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir. Ordenin ön tərəfi Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır. "ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur.
Məcburi əmək
Məcburi əmək — cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət.
Əmək Məcəlləsi
Əmək Məcəlləsi — əmək haqqında qanunverici akt; əmək hüququnun əsas mənbəyi. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Əmək bazarı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əmək bölgüsü
Əmək bölgüsü — müxtəlif əmək fəaliyyətinin həyata keçirilməsində və ictimai formada differensasiyasında müxtəlif əmək fəaliyyətinin tarixən dəyişməsi, oturuşmuşması və tanınması.
Əmək ehtiyatları
Əmək ehtiyatları — əmək bazarında işçi qüvvələrin ehtiyatları. Planlı iqtisadiyyat sistemində "əmək bazarı" anlayışı mövcud deyildi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bazarlar, o cümlədən tələb və təklif münasibətlərinin fəaliyyət göstərdiyi əmək ehtiyatları bazarı meydana çıxdı və əmək ehtiyatlarının bölüşdürülməsi vacib problemlərdən birinə çevrildi. Əmək bazarında insan resursları artıq dövlətin və ya onun strukturlarının qərarı ilə işə düzəlmirlər, tələb və təklif münasibətlərinə daxil olurlar və təbii ki, burada əmək ehtiyatları arasında rəqabət yaranır. Azərbaycanda əmək bazarında kəskin şəkildə işsizlik problemi yoxdur. Amma əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın tələblərinə cavab vermir və bu problemlər həll edilməlidir. Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Əmək hüququ
Əmək hüququ — milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. İşçilərin işəgirmə, başqa işə keçmə və işdən azad olunma qaydaları məhz əmək hüququ ilə müəyyən edilir. Bundan əlavə, əmək hüququ əmək haqqı, iş vaxtı, istirahət vaxtı, əmək intizamı, həvəsləndirmə tədbirləri, intizam məsuliyyəti, əmək mübahısələri və onların həlli qaydası kimi vacib zəruri məsələləri nizamlayır. Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər. Qeyd etmək lazımdır ki, işçilər işə daxil olduqda iş prosesində onunla işəgötürən(təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər də əmələ gəlir.
Əmək iqtisadiyyatı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əmək kitabçası
Əmək kitabçası — işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir. Əmək kitabşası 10sm x 14sm ölçüdə, üz qabığı yaşıl rəngdədir. Əmək kitabçası dörd bölmədən, üz qabığı, titul vərəqi, iş haqqında məlumat, pensiya təyin edilməsi haqqında məlumatlar bölmələrindən ibarətdir. Əmək kitabçalarının vahid formada olması və onun tərtibinin eyni qaydada aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları"nı təsdiq etmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Əmək fəaliyyətinə ilk dəfə başlayan şəxslərdən əmək kitabçası tələb olunmur. Bu şəxsləri işəgötürən əmək kitabçası ilə təmin etməlidir (işçidən əmək kitabçasının dəyəri alına bilər). Eyni zamanda məcburi köçkünlər, qaçqınlar və onlara bərabər tutulan şəxslər, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim olunmadan da əmək müqaviləsi bağlana bilər. Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin (bütün işəgötürənlər) təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, habelə müəssisə yaratmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərində, eləcə də ölkəyə məxsus olan, lakin onun hüdudlarından kənarda yerləşən digər bütün iş yerlərində əmək kitabçası tətbiq edilir və bu kitabçada müvafiq qeydiyyatlar aparılır.
Əmək mühaciri
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Əmək müqaviləsi
Əmək müqaviləsi (ing. contract of employment ,rus. трудово́й догово́р, alm. arbeitsvertrag‎) – müəssisə əməkdaşının və müdiriyyətinin hüquq və vəzifələrini müəyyən edən rəsmi sənəd. İşə götürmə zamanı rəsmiləşdirilir və hər iki tərəf – işçi və müdiriyyətin nümayəndəsi imzalayır. Müxtəlif ölkələrdə əmək müqaviləsinin tərkibi və bölmələri fərqlidir. Məsələn Almaniyada uzun illər əmək müqaviləsinin əsas bölmələrinə: əmək fəaliyyəti; gəlirlər (o cümlədən əməkhaqqı); müdafiə tədbirləri (müvəqqəti əməkqabiliyyətsizliyi, əlillik, ölüm hallarında); məzuniyyət; 5) əlavə işlərin görülməsi qaydası; istehsal və kommersiya sirlərini saxlamaq öhdəliyi; ixtiraların rəsmiləşdirilməsi və ödənilməsi şərtləri; müqavilənin qüvvədə olduğu müddət və onu ləğv etmək qaydası aid edilirdi. Əmək müqaviləsinin xüsusi növü işçilər və administrasiya arasında bağlanmış əmək sazişidir. Bu sazişdə əmək münasibətləri və digər münasibətlər, həmçinin tərəflərin hüquq və vəzifələri göstərilir. Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir.
Əmək məzuniyyəti
Əmək məzuniyyəti - işçilərə verilən məzuniyyət. İşçilərə əmək məzuniyyətlərinin verilməsi XIX əsrin ikinci yarısından, onun qanunvericiliklə tənzimlənməsinə isə ötən əsrin əvvəllərindən başlanılıb. 1903 və 1908-ci illərdə İsveçrə, 1909-da İslandiya, 1919-cu ildə Avstraliyada buna yönəlik qanunlar qəbul edilib. Dünyanın çox ölkələrindəki məzuniyyət sayı özlərinin əmək hüququna görə tənzimlənir. 1936-cı ildə Beynəlxalq Əmək Təşkilatı əmək məzuniyyəti haqda 47 saylı tövsiyə qərarı, 52 saylı konvensiyanı hazırlayıb. Azərbaycana gəlincə, o cümlədən məzuniyyət hüququnu tənzimləyən Əmək Məcəlləsi 1999-cu il iyulun 1-dən qüvvəyə minib. Ötən 10 il müddətində məcəlləyə bir neçə dəfə əlavə və dəyişiklik edilib. Sonuncu belə dəyişiklik 2009-cu ilin mayın 14-də reallaşıb. Azərbaycanın ana qanunu vətəndaşların məzuniyyət hüququna təminat verir. Konstitusiyanın 37-ci maddəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
Əmək nəğmələri
Əmək nəğmələri — əsas etibarilə bədii estetik xüsusiyyətləri ilə yox, mövzusu ilə müəyyənləşdirilən və bilavasitə əmək prosesinin doğurduğu hiss-həyəcanları ifadə edən poetik mətnlər. Misraların sayından tutmuş qafiyələnmə prinsipinəcən heç bir ümumi qəlibə sığmayan bu nəğmələrin təsnifatı mövzusuna görə aparılır: hana nəğmələri, sağın nəğmələri, gümçü-ipəkçi nəğmələri, balıqçı nəğmələri, ovçu nəğmələri və s. Əmək nəğmələri şifahi xalq ədəbiyyatın ən qədim janrıdır. Ovçuluq, əkinçilik, maldarlıqla məşğul olan qədim insanlar əmək prosesində müəyyən ahəng və ritmikadan istifadə edərək görülən işi asanlaşdırmağa, şux əhvali-ruhiyyə yaratmağa çalışmışlar. İlk mərhələdə bu nəğmələr yalnız müəyyən ritmika üzərində qurulduğu üçün məzmun və forma baxımından qeyri-kamil olmuşdur. Məsələn; Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Əmək qabiliyyətsizliyi
Əməkqabiliyyətsizliyi – işçinin xəstəliyə, istehsalatda və ya məişətdə baş verən bədbəxt hadisəyə və digər səbəblərə görə əmək funksiyalarını yerinə yetirmək qabiliyyətindən müvəqqəti və ya daimi məhrum olması; sosial risk növlərindən biri. Müvəqqəti əməkqabiliyyətsizliyi dönən xarakter daşıyır, insanın sağalması ilə onun əmək qabiliyyəti bərpa olunur və o, işə çıxa bilir. Bu hal tibbi ekspertizaya əsasən müəyyən olunur və əmək qabiliyyətinin olmaması vərəqəsi və ya arayışla təsdiqlənir. İnsanın əmək qabiliyyətinin bərpası mümkün olmadıqda, əməkqabiliyyətsizliyi daimi olur və həmin şəxs əlil sayılır, bəzən həkimin məsləhətilə başqa rejimdə, yaxud başqa işdə işləmək imkanı olan qismən əməkqabiliyyətli sayılır. Dayanıqlı əməkqabiliyyətsizliyi zamanı tibbi-sosial ekspertiza idarələrində həyat fəaliyyətinin (o cümlədən əmək qabiliyyətinin) məhdudlaşması strukturunun və dərəcəsinin qiymətləndirilməsi əsasında əlillik qrupu və reabilitasiya daxil olmaqla sosial müdafiə tədbirləri müəyyənləşdirilir. Müvəqqəti əməkqabiliyyətsizliyi məlumatlarının təhlili işçi tərəfindən onunla əlaqədar sosial imtiyazlardan sui-istifadəni, yaxud Ə. yüksək olan müəssisələrdə əmək şəraitinin yaxşılaşdırılmasının lazım olduğunu aşkar etməyə imkan yaradır. Çox ölkələrdə əməkqabiliyyətsizliyi göstəricisi onun sığortalanması üçün üzvlük haqqının miqdarını müəyyən edir, yəni əməkqabiliyyətsizliyi göstəricisi yüksək olduqca, ona tutulan faiz artır. əməkqabiliyyətsizliyinin iqtisadi yükü çox əhəmiyyətlidir və o, sahibkarlarla (onlar buna görə əmək şəraitinin daimi yaxşılaşdırılmasında maraqlıdırlar) milli sığorta fondları arasında bölünür. əməkqabiliyyətsizliyinin səbəb və nəticələrini öyrənmək üçün işədüzəltmə agentliklərində müstəqil tibbi müayinə institutu yaradılır və bu, həmin agentliklərin həkimlərinə iş axtaran şəxsin zərərli vərdişləri (siqaretçəkmə, alkoqoldan sui-istifadə) də daxil olmaqla, tam sağlamlıq vəziyyəti haqqında məlumat təqdim etməyə imkan verir. Həkimlər bu işçinin əvvəlki iş yerindəki əməkqabiliyyətsizliyi üzrə məlumat bazası nəzərə alınmaqla, onun əməkqabiliyyətsizliyi ehtimalını müəyyənləşdirirlər.
Əmək sosiologiyası
Əmək sosiologiyası — insanın işə münasibətində, onun ictimai fəaliyyətində, istehsal komandalarındakı insanlar və sosial qruplar arasındakı münasibətdə öz ifadəsini tapan sosial tipik prosesləri öyrənən sosiologiyanın bir bölümü. Dar mənada əmək sosiologiyası işəgötürənlərin və işçilərin iqtisadi və sosial təşviqlərə cavab olaraq davranışlarını araşdırır. Əmək sosiologiyası makro və mikroiqtisadiyyat, müəssisə iqtisadiyyatı, statistika, istehsalın təşkili və sahə sosioloji fənləri — təşkilatlar sosiologiyası, idarəetmə sosiologiyası, iqtisadi sosiologiya kimi iqtisadi elmlərlə sıx əlaqəlidir. XIX əsrin əvvəllərində əməyin öyrənilməsinə dair empirik xarakterli ilk elmi əsərlər meydana çıxdı. XIX əsrin ikinci yarısında əməyin öyrənilməsinə dair ilk sistematik iş ortaya çıxdı. Amerikalı mühəndis Fredrik Teylor tərəfindən başladılan bu cür tədqiqatın məqsədi əvvəlcə istehsal əməliyyatlarının rasional icrası üçün metodlar tapmaq idi. Sonradan, "əməyin elmi təşkili" adını alan elmi bir istiqamət ortaya çıxdı. Bu elmi istiqamət çərçivəsində "əmək norması", "əmək haqqı", "peşə seçimi" və s. anlayışları meydana gəldi. Mərkəzi Əmək İnstitutunun rəhbəri Aleksey Qastev rus əmək sosiologiyasının inkişafına böyük töhfə verdi.
Əmək məhsuldarlığı
Əmək məhsuldarlığı — əməyin səmərəliliyini xarakterizə edən göstərici. Əmək məhsuldarlığı bir işçinin vaxt vahidində istehsal etdiyi məhsulların sayı ilə ölçülür. Tərs dəyər — əmək intensivliyi — istehsal vahidinə sərf olunan vaxtın miqdarı ilə ölçülür. Tipik olaraq, iqtisadi statistikada əmək məhsuldarlığı faktiki əmək məhsuldarlığına aiddir, lakin iqtisadi kibernetikada, xüsusən də Stefford Birin həyat qabiliyyətli sistemlər modelində faktiki və potensial əmək məhsuldarlığı anlayışları təqdim olunur. Müəssisədə dövriyyə vəsaitlərinin istifadəsinin ən mühüm göstəriciləri dövriyyə vəsaitlərinin dövriyyəsi və bir dövriyyənin vaxtı ilə bağlı normativlərdir. Dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsi şirkətin dövriyyə vəsaitlərinin dövriyyədən azad edilməsinə gətirib çıxarır. Əksinə, dövriyyənin ləngiməsi müəssisənin dövriyyə vəsaitlərinə tələbatının artmasına səbəb olur. Dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsinə aşağıdakı amillərdən istifadə etməklə nail olmaq olar: dövriyyə vəsaitlərinin artım tempi ilə müqayisədə satış həcmlərinin daha sürətli artım tempi; təchizat və satış sisteminin təkmilləşdirilməsi; məhsulların material və enerji intensivliyinin azaldılması; məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi; istehsal tsiklinin müddətinin azaldılması və s.Əmək məhsuldarlığının yüksəldilməsi məhsul vahidinin istehsalına və ya vaxt vahidinə əlavə istehsal edilmiş məhsulun miqdarına əmək məsrəflərinə (iş vaxtına) qənaət deməkdir ki, bu da əmək məhsuldarlığının artmasına birbaşa təsir göstərir. istehsalın səmərəliliyi, çünki bir halda cari istehsal xərcləri “Əsas istehsalat işçilərinin əmək haqqı” maddəsi üzrə azaldılmış istehsal vahidləri, digərində isə vaxt vahidi üçün daha çox məhsul istehsal olunur. Faktiki əmək məhsuldarlığı (məhsuldarlığı) əmək intensivliyi ilə tərs mütənasibdir və düsturdan istifadə edərək birbaşa müşahidə olunan məlumatlar əsasında müəyyən edilir: P f a c t = Q f a c t t f a c t {\displaystyle P_{fact}={Q_{fact} \over t_{fact}}} burada Q f a c t {\displaystyle Q_{fact}} — verilmiş məhsul növünün ölçü vahidlərində faktiki çıxışdır, t f a c t {\displaystyle t_{fact}} — zaman vahidlərində canlı əməyin faktiki dəyəridir.
Mini ətək
Mini ətək diz qapağından yuxarıda qalan qısa ətəklərə verilən ümumi addır. Tarixi E.ə. XIV əsrə gedib çıxan mini ətək 1960-cı illərdə məşhurlaşmışdır. Jozefina Beykerin 1920-ci illərdə nümayişlərdə istifadə etdiyi "banan paltarı" müasir mini ətəyin ilk nümunələrindən biri hesab olunur. Mikro ətək çox qısa bir yubka növü olub, mini ətəkdən daha qısadır. Mikro ətək, altından başqa bir paltar geyilmədiyi təqdirdə, ombanın aşağı hissəsini açıq buraxır. Bunun qarşısını almaq üçün onu tayt və ya şortla bərabər geyinmək mümkündür. == Xarici keçidlər == "1960'ların modası". Viktoriya və Albert Muzeyi. 18 sentyabr 2016 tarixində arxivləşdirilib.
Təndir kababı
Təndir kababı — Əsasən Orta Asiya xalqlarına məxsus ətdən hazırlanan kabab növü Tandır kavap və ya tono kavap (uyğurca tono kavap — tonur kavap) və ya tandır kabob (özbəkcə — tandir kabob) — Mərkəzi Asiyada ətdən hazırlanmış məşhur qızardılmış yeməyin adıdır. "Tandıre" adlanan xüsusi sobada bişirilir. Özbəklər onun öz milli yeməyi hesab edirlər. Yeməyin hazırlanması üçün adətən quyruqlu qoyunların ətindən və dağlıq rayonlarında keçilərin ətindən istifadə olunur. Yemək tez-tez ardıcın (Asiyada ardıcın müxtəlif dağlıq növləri vardır) iynəyarpağıyla (iynəyarpaqlı ağacın budağıyla) ədviyyat vurulur və bu da ona xüsusi dadı verir. Bu yeməyi təndirdə hazırlayırlar. Havanın girişini məhdudlaşdırılmaqla və təndirin ağzının sıx tıxanmasıyla yüksək temperatur əldə edilir. Sonra onu dəmir tavaya çıxardırlar. Qədimdən Türkistanın ərazisində xüsusi yolla hazırlanmış qoyun əti köçərilərin, döyüşçülərin və səyahətçilərin sevimli yeməyi idi. Yürüş zamanı hazırlanan bu üsul olduqca sadədir.
Təndir çörəyi
Təndir çörəyi — yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir. Təndir çörəyi də kövrək çörəyi kimi bol miqdarda hazırlanıb uzun müddət saxlana bilər. Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçəri Şəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörək bişirməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirilməsinin çox qədim tarixi vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçəri Səhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Xəmirin gəlməsi üçün əvəllər acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq) istifadə edilirdi. Müasir dövrdə acıtmanın əvəzinə quru mayadan istifadə edilir.
Tespis
Qədim Yunanıstan mədəniyyətinə aid ilk dramaturqlar arasında Esxil və Sofoklla yanaşı Tespisin də adı çəkilir. Tespis Yunanıstanın İkariya adlı yerindən olub, teatr sahəsində bir sıra yeniliklər etmişdir. Aristotel də daxil olmaqla, digər mötəbər yunan qaynaqlarının verdiyi məlumata görə, faciələrdə aktyor kimi bilavasitə çıxış edərək, personaj canlandıran ilk adam Tespis olub. Başqa bir yenilik ondan ibarət idi ki, ilk dəfə onun faciələrindəki aktyorlar teatrı müşayiət edən xor başçısı (korifey) ilə dialoq qurmuşdu. O həmçinin ilk dəfə teratr maskaları, kostyumları və s. ixtira etməklə aktyorun bir neçə rolu ifa etməsinə imkan yaratmışdı. Tespis teatr qastrollarının da yaradıcısı sayılır. O, maska, kostyum və digər teatr avadanlıqlarını da arabada daşıyaraq, başqa yerlərə tamaşa göstərməyə gedirdi. Tespis haqqında başqa bir maraqlı məlumat budur ki, o, eramızdan əvvəl 534-cü il 23 noyabrda dramaturqlar arasında keçirilən yarışda qalib olmuşdu. Həmin müsabiqədə ikincilik Esxilə, üçüncülük isə Sofokla nəsib olmuşdu.
Təşvir
Təşvir (az-əbcəd. تشویر‎, fars. تشویر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,249 nəfər yaşayır (378 ailə).
Tapdıq
Tapdıq — kişi adı. Tapdıq Əmiraslanov — Ermənistan SSR-nin Əməkdar müəllimi (11.11.1963) Tapdıq Əlibəyli — Azərbaycan şairi, publisist Tapdıq Həsənov — coğrafiya elmləri doktoru, professor. Tapdıq Kamalov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı.
Rəşdin (Xudafərin)
Rəşdin (fars. رشدين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (4 ailə).
Salvatore Tessio
Salvatore "Sal" Tessio Mario Puzonun 1969-cu ildə yazdığı "Xaç atası" romanında, eləcə də onun əsasında çəkilmiş iki filmdə - "Xaç atası" (1972) və "Xaç atası II hissə" (1974) filmindəki uydurma personajdır. Onun adı filmlər üçün yaradılmışdır; o, romanda yalnız "Tessio" kimi xatırlanır. Tessionu “Xaç atası” filmində Abe Viqoda canlandırıb. “Xaç atası II hissə”də Con Aprea kiçik Tessionu canlandırdı, Viqoda filmin sonunda 1941-ci ilin sonlarında çəkilmiş fleşbekdə rolu təkrar etdi. Tessio həmçinin 2004-cü ildə çıxan “Xaç atası qayıdır” romanında və 2006-cı ildə “Xaç atası” videooyununda da rol alıb. Tessio Peter Klemenza və Vito Korleone ilə dostluq edir və onlar Nyu-Yorkun Manhettenin Kiçik İtaliya məhəlləsində aşağı səviyyəli quldurlar kimi cinayətkar karyeralarına başlayırlar; o və Klemenza bahalı xalça oğurlayaraq Vitoya ilk cinayətini etməyə kömək edir. Vito mafiyanın yeraltı dünyasında gücə və şöhrətə yüksəldikcə Tessio və Klemenza onun etibarlı kaporlarına çevrilirlər. Bütün şəhərlə yaxşı əlaqəsi olan Tessio, Mafiya əsgərləri üçün əməliyyat bazası olan Broklin Embassi Cluba sahibdir. Əksər federal müstəntiqlər Tessionu Corleone kapolarından daha ağıllı, daha ağıllı və amansız hesab edirlər. Bununla belə, kitaba görə, o, Nyu-York Mafiya ailələri arasında on il ərzində sülhü xeyli yumşaldır.