Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tart
Тart (fr. tarte) -Adi şəkər tozlu xəmirdən hazırlanmış tipik Fransız şirniyyatı. Duz və şəkər tozu əlavə edilmir. Əsas yemək və ya desert kimi təqdim edilə bilər. Pizza kimi və kənarı düz ola bilsin də çıxıntılı qablarda bişirilə bilər. İçlik kimi müxtəlif şeylərdən istifadə edirlər. Belə ki, ət, tərəvəzlər, balıq və s. Şirin tartlardan isə almalı, moruqlu, albalılar daha çox yayılmışdır.Tartlar tartaletka adalanan kiçik ölçülü qablarda da hazırlanır.
Tart Taten
Tart Taten (fr. Tarte Tatin)Fransız alma piroqudur. Piroq bişmədən öncə alma yağda və şəkər tozunda qızardılır. Tədqiqatlara əsasən Tart Taten hotel olan 2 bacı Stefani (1838—1917) və Karolina (1847—1911)Taten tərəfindən 1880-cı illərdə hazırlanmışdır. Rəvayətə görə piroqu hazırlayan zaman Stefani xəmirdən forma hazırlamağı unudur və karamelli almaları forma kimi qoyur və xəmiri üzərinə tökür. Bəzi fikirlərə görə o piroqu əlindən salır və sonra necə gəldi toplayır. Belə bir fikir də mövcuddur ki, piroq Solon regionunun milli piroqudur və Stefani ona biraz dəyişikliklər edib. Bacılar heç vaxt tortu öz adlandırmayıblar və heç bir kulinariya kitablarında bunu qeyd etməyiblər. Bu piroqun məşhurlaşmasına səbəb Maxim restoranı olmuşdur. Belə ki, onlar bu piroqun dadına baxandan sonra onu menyularına əlavə etmişdirlər.
Tartu
Tartu (est. Tartu, alm. Dorpat, Dörpt‎; 1030—1224 və 1893—1918-ci illərdə Юрьев, в 1224-1893-ci ildə Дерпт) — Estoniyanın şəhəridir. Emayıgi çayının sahilində yerləşir. Tallindən sonra Estoniyanın 2-ci böyük şəhəridir. Tartu şəhəri hələ b.e. V əsrindən «Tarbatu» (est. tarvas — «tur, ibtidai buğa və ya öküz») adında estlərin yaşayış məntəqəsi kimi tanınırdı. Şəhər tarix boyunca Qədim Rus dövlətinin, Novqorod respublikasının, Livoniya ordeninin, Reç Pospolitanın, İsveç Krallığının, Rusiya imperiyasının və SSRİ-nin tərkibində olmuşdu, buna görə də şəhərin bir çox variantda adı var. Кай Крашевски.
Cuzeppe Tartini
Cuzeppe Tartini (8 aprel 1692[…], Piran[d], Venesiya Respublikası[…] – 26 fevral 1770[…], Padova[…]) — Barokko dövründə yaşayıb yaratmış italyan bəstəkar və skripkaçı.
Nikkolo Tartalya
Nikkolo Tartalya (ing. Niccolò Fontana Tartaglia; təq. 1499, Breşiya, Venesiya Respublikası[…] – 13 dekabr 1557, Venesiya, Venesiya Respublikası[…]) — İtaliyalı alim. kub tənliyin həll üsulunu tapmışdır.
Panthera leo tartarica
Avropa şiri (lat. Panthera leo europaea) — panter cinsinə aid nəsli kəsilmiş heyvan yarımnövü.
Saveliy Tartakover
Saveliy Qriqoreviç Tartakover (, 21 fevral 1887, Rostov-na Danu — 4 fevral 1956, Paris)— şahmatçı, qrosmeyster (1950), XX əsrin əvvəlrində dünyanın ən güclülərindən biri. Şahmat nəzəriyyəçisi, jurnalist və yazıçı, şair və tərcüməçi. Hüquqşünas. "Hipermodernizm" termini ona məxsusdur. 21 fevral 1887-ci ildə Rostov-na Danu şəhərində, Bolşaya Sadovaya küçəsi, 59 nömrəli evdə anadan olmuşdur. Atası German (Qriqori) Yakovleviç Tartakover, anası isə avstriya kökənli Natalya (Eti-Ruxli) Efimovna Tartakover idi. Ailəsi 1879-cu ildən bəri «Конкуренция» mağazasına sahib idi. Valideynləri 1911-ci il fevralın 18-nə keçən gecə öz mənzilində qarət zamanı vəhşicəsinə qətlə yetirilmişdir. 1899-1904-cü illərdə əvvəlcə Rostov-on-Don gimnaziyasını, sonra isə Cenevrədə College de Geneverədə oxudu. Eyni zamanda 1904-cü ildə Vyana Universitetinin Hüquq fakültəsində oxudu.
Tartan
Tartan — müxtəlif vertikal və horizontal rənglərdən ibarət olan naxış. Bu naxış Şotlandiya kiltlərində daha çox işlənir.
Tartan-partan (jurnal)
"Tartan-partan" (jurnal) — həftəlik satirik jurnal. Əliheydər Qarayev nəşr etdiyi satirik jurnallarla "Molla Nəsrəddin"in jurnalistika məktəbinə təzə ruh və təravət gətirdi. 1918-ci il sentyabrın 24-də Tiflisdə onun redaktorluğu ilə "Tartan-partan" jurnalının birinci nömrəsi çapdan çıxmışdır. Vəsaitin olmaması üzündən birinci nömrədən sonra davam edə bilməyən bu jurnal qarşısına böyük məqsədlər qoymuşdu. "Məqsədimiz" adlı baş məqalədə bu barədə işarələr vardır. Jurnalda "Həkim Nuni səğir" imzası ilə "Şair" adlı hekayəsi verilmişdir. Həmin hekayə "Mirzə Səfər"in ilk variantıdır. Jurnalda şeir, xarici xəbərlər, elanlar, axırıncı xəbərlər başlığı altında satirik yazılar dərc olunmuşdur. Məşəl (jurnal) Molla Nəsrəddin (jurnal) MİLLİ MƏTBUATIMIZIN “MƏŞƏL”İ, “TARTAN-PARTAN”I... Arxivləşdirilib 2018-06-09 at the Wayback Machine TARTAN-PARTAN, Azərbaycan dilinin izahlı lüğəti – Obastan Satirik jurnallardan "Tartan-partan" N.N.Zeynalov.
Tartan (Assuriya)
Tartan (ivr. ‏תַּרְתָּן‏‎, yun. Θαρθαν, lat. Tharthan, arami. ܬܵܪܬܵܢ‎) — Assuriyada hərbi rütbə, Assuriya ordusunun baş komandanı. Yəhudi Bibliyasında tartana iki istinad var – Assuriya kralı Yərusəlimə hədələyici bir müraciətnamə çatdırmaq üçün ora bir tartan və daha iki yüksək rütbəli şəxs göndərir (2 Çar, 18:17); Yeşayahu peyğambər dövründə Assuriya kralı II Sarqon kral Yezekiya hakimiyyətindəki Aşdod şəhərinə bir tartan göndərir və şəhəri ələ keçirir. Assuriyada tartan kraldan sonra ən yüksək səlahiyyətli şəxs idi. Daha sonralar bu vəzifə ikiyə bölünmüşdür – "Tartanu imni", yəni sağ tartanı və "Tartanu şumeli", yəni sol tartanı. Növbəti dövrlərdə bu titul regional olmuşdur. Bu titul həmçinin, xarici dövlətlərin ordularına da aid edilirdi.
Tartan Günü
Tartan Günü (ing. Tartan Day) — Şimali Amerikada Şotlandiya irsini qorumaq məqsədilə hər il qeyd olunur. Bu tarix 1320-ci il, 6 aprel tarixində Arbroat Bəyannaməsinin imzalandığı gündə qeyd edilir. 1980-ci illərin ortalarında bu ənənə Kanadada yaranıb. 1990-cı illərdə Şotlandiya diasporunun fəaliyyət göstərdiyi digər icmalara da yayıldı. Avstraliyada oxşar Beynəlxalq Tartan Günü, tartan geyinməyi qadağan edən 1747-ci il Qadağa Aktının ləğvinin ildönümündə, 1 iyulda keçirilir. Tartan günləri adətən nəfəsli musiqi alətlərinin müşaiəti ilə paradların, Şotland milli rəqslərinin və digər Şotlandiya temalı tədbirlərin təqdimatı ilə müşahidə olunur. 9 mart 1986-cı ildə Kanadada Şotlandiya irsini təbliğ etmək üçün Yeni Şotlandiyada, Şotlandiya Klanları Federasiyasının toplantısında Tartan Günü təklif edildi. Lamont Klanının başçısı Cin Vatson əyalətin qanunverici orqanlarına 6 aprelin Tartan Günü kimi tanınması üçün müraciət etdi. İlk belə bəyanat 1987-ci ilin aprelində Yeni Şotlandiya əyaləti tərəfindən verilmişdir.
Tartar (mifologiya)
Tartar ya Tartaros (yun. Τάρταρος; lat. Tartarus) qədim yunan mifologiyasında axirətin, və ya yeraltı aləmin ya cəhənnəmin dibi ya alt dibsiz qatı sayılır ki, Aidin aləmi onun üzərində yerləşmişdir. Günahkarlar, tanrılara qarşı çıxanlar burada həbs olunur.↵Bu zülmət dibsizlik yerin qatından, yerin səthindən göyə qədər olan məsafə qədər dərində yerləşmiş: Homerə görə 9 günlük məsafədə yerləşmiş tartar üç qaranlıq ya Ereb qatı və Poseydon tərəfindən çəkilmiş dəmir divar və qapılarla əhatə olunmuşdur. Əfsanəyə görə Xaosdan atılan zindan doqquzuncu gün üfüqü keçərək yerə düşərmiş. Eyni minvalla yerdən aşağı atılan zindan doqquz gün doqquz gecədən sonra zülmət qaranlıq tartara çata bilərmiş. Gündüzlər Niks tartara çəkilər, axşamlar isə yeri bürüyərmiş. Hesioda görə Xaos və Geyadan sonra doğulmuş ya yaranmışdır. Epimenidə görə Niks və Aeradan törənmişdir. Digər bir əfsanəyə görə Efir və Geyanın oğludur.
Tartariya
Tartariya (lat. Tartaria, fr. Tartarie, ing. Tartary, alm. Tartarei‎) və ya Böyük Tartariya (lat. Tartaria Magna) — coğrafi ifadə şəkildə XIII əsrdən XIX əsrədək işlənilən qərbdə Xəzər dənizi ilə Ural dağları, şərqə Sakit okean arasında yerləşən tarixi bölgə. Tartariya ifadəsinin ən erkən bəlli istifadəsi Navarradan səyahətçi, Tudelalı Benyaminə aiddir. O, Türkistan və tanqutların tərəfində, Moğulistanın şimalında yerləşən Tibetin Tartariya vilayətindən yazırdı. XVIII əsrdən əvvəl Avropada Mancuriya, Sibir və Mərkəzi Asiya haqqında bilgi hüdudlu idi. Bütün bu ərazi sadəcə Tartariya kimi tanınırdı və onun sakinləri tartarlar adlanırdılar.
Tarton
Tarton (fr. Tartonne, oks. Tartona) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04214. 2008-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. 2007-ci ildə 94 yaşda (15-64 yaş arasında) 60 nəfər iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,8%, 1999-cu ildə 71.8%). Fəal olan 60 nəfərdən 55 nəfər (36 kişi və 19 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Tartu Hava Limanı
Tartu Hava Limanı (IATA: TAY, ICAO: EETU) — Estoniyanın Tartu şəhərinin mərkəzindən 9,5 km cənub-qərbdə yerləşən hava limanı, Tartu-Vıru magistral yolunun yaxınlığındadır. Ülenurme kəndinə yaxın olduğu üçün Ülenurme Hava limanı da adlanır. Burada Finnair aviaşirkətinin Helsinkiyə gündəlik uçuşları var. Hava limanı 1946-cı ildə açılmışdır. Yeni terminal binası 1981-ci ildə inşa edildi, elə həmin vaxtı uçuş-enmə zolağı və sürmə zolağı yeniləndi. 2005-ci ildən bəri hava limanı Tallinn Airport Ltd məxsusdur. 2009-cu ildə uçuş-enmə zolağı 1799 m-ə qədər artırıldı. 2009-cu ildə Tartu Hava Limanından sərnişin axını 9 707 nəfərə çatmışdır. Hava limanının yaxınlığında Estoniya Aviasiya Akademiyası yerləşir ki, onun təlim uçuşları hava limanında uçuş və eniş əməliyyatlarının 90%-nı təşkil edir. World Aero Data saytından EETU hava limanı barədə məlumat.
Tartu Universiteti
Tartu Universiteti (est. Tartu Ülikool, lat. Universitas Tartuensis) — Estoniyanın Tartu şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim ali təhsil ocağıdır. 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılmışdır. Bu universitet həmin dövrdə İsveç Krallığının rəhbərliyi altında idi. Universitetin çox sayda filialı, texnikumları, konservatoriyası, elmi-tədqiqat mərkəzi var. Hər il universitetə 4500 tələbə qəbul olunur. Hazırkı Estoniya bayrağı 1881-ci ildə Tartu Universitetinin tələbələri tərəfindən hazırlanmışdır. Universitet Utrext Şəbəkəsinin, Koimbra qrupunun və Avropa Birliyinin Erasmus proqramının üzvüdür. Tartu Universiteti Erasmus proqramı çərçivəsində 26 ölkənin 200-dən çox universiteti ilə əməkdaşlıq edir.
Tartu müqaviləsi (Finlandiya-RSFSR)
Tartu müqaviləsi (Rusca: Тартуский мирный договор, Fincə: Tarton rauha) Finlandiya və RSFSR arasında 4 ay davam edən danışıqlardan sonra 14 oktyabr 1920-ci ildə imzalanmışdır. Müqavilə ilə tərəflər arasındakı sərhəd Finlandiya vətəndaş müharibəsindən sonra çəkilib. Müqavilə Sovet İttifaqının 1939-cu ildə "Qış müharibəsi"nə başlamasından sonra başa çatdı. Müqavilə Eston Tələbə Cəmiyyətinin binasında Tartu şəhərində (Estoniya) imzalanmışdır. Müqavilənin ratifikasiyası 31 dekabr 1920-ci ildə Moskvada edildi. Müqavilə 5 Mart 1921-ci ildə Millətlər Müqaviləsi Seriyasında qeyd edildi.
Tartumaa
Tartuumaa (est. Tartu maakond) — Estoniyanın vilayətidir. Vilayətin paytaxtı Tartudur. Sahəsi 2 993 km², əhalisi 148 847 min nəfərdir. 22 bələdiyyədən ibarətdir: 3 şəhər və 19 icmadan. Təbii artım Estoniyanın digər bölgələrindəki kimi çox aşağıdır. Estonlar bölgə əhalisinin çoxluğunu təşkil etsə də, burada həmçinin rusdilli azlıq da yaşamaqdadır. Ümumilikdə isə estonlar 82,7 % (mərkəz Tartu şəhərində 79,0 %), ruslar 13,8 %, ukraynalılar 1,0 %, finlər 1,0 %, və digərləri 4,2 % (beloruslar, almanlar, tatarlar, ermənilər və d.) Tartumaa bölgəsindən Çud gölü ilə Vırtsyarv gölünü birləşdirən Emayıgi çayı keçir və bölgəni iki yerə bölür. Tartumaa 22 bələdiyyədən ibarətdir: Elva - Kallaste - Tartu Alatskivi Haaslava Kambya Konguta Laeva Luunya Meeksi Myaksa Nıo Peipsiyaare Piirissaare Puhya Rannu Rıngu Tartu (rayon) Tyahtvere Vara Vınnu Ülenurme Vikianbarda Tartumaa ilə əlaqəli mediafayllar var.
Tartus
Tərtus (ərəb. طرطوس‎) — Suriyada şəhər, eyniadlı mühafəzə, məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 25.480 ailədə 59.157 nəfəri kişilər və 56.612 nəfəri qadınlar olmaqla cəmi 115.769 nəfərdir.
Tartus mühafazası
Tərtus mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 1.892 km², inzibati mərkəzi Tərtus şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.904 milyon nəfərdir .
İvan Tartakovski
İvan Tartakovski Azərbaycanın Gəncə şəhərində anadan olub. Rejissor, operator, ssenarist kimi XX əsrin 20-40-cı illərində Azərbaycan kinosunda 20-dən çox bədii və sənədli filmdə işləmişdir. İvan Tartakovski Gəncədə doğulub. Rejissor və operator kimi Azərbaycan kinosunda 20-dən çox film çəkmişdir. Əsas fəaliyyət illəri 1925-1941-ci illər arasıdır. Rejissor olaraq "Atəşpərəstlər məbədi", "Malyariya", "Yüksək məhsul uğrunda" və s. sənədli filmləri, operator kimi "Müxtəlif sahillərdə", "Balıqçılar", "Hacı Qara", "Qızıl kol", "Lətif" bədii filmlərini çəkmişdir. Eyni zamanda "Müxtəlif sahillərdə", "Altıncı hiss", "Yüksək məhsul uğrunda" filmlərinin ssenarisini yazıb.
Daş Körpü (Tartu)
Daş Körpü (Tartu) — Estoniyanın Tartu şəhərində Emajogi çayı üzərində qorunmamış daş körpü. Livoniyadakı ilk daş körpü, erkən klassik dövrün əhəmiyyətli memarlıq əsəri. Daş körpü 1775-ci ildə Tartuda baş vermiş böyük yanğından sonra general qubernator Yuri Yuryeviç Brounun təşəbbüsü ilə tikilmişdir. Layihənin müəllifləri İohan Zaklovski və İ. Ziqfriedendir. Körpünün daşları ağır əmək üçün Estoniyaya sürülmüş Puqaçov üsyanının iştirakçıları tərəfindən yonulub. Tikinti 1779-cu ildə başladı və 1784-cü ildə tamamlandı. Körpü 1784-cü il sentyabrın 16-da açılmışdır. Körpünün mərkəzi hissəsi antikvarı xatırladan zəfər tağları ilə bəzədilmişdir. Körpü Tartu şəhərinin mərkəzi meydanının tarixi ansamblının kompozisiyasının əsas elementlərindən biri idi. Körpü meydanın uzununa oxunda yerləşərək ona bir növ təntənəli giriş kimi xidmət edirdi.
Tartak (qrup)
"Tartak" (ukr. Тартак, hərf. 'Taxta-şalban mişarlayan maşın') — hip hop, repkor və alternativ Ukrayna krossover musiqi qrupu. 1996-cı ildə Lutskda təsis edilmişdir. 2019-cu ilin məlumatına görə, qrup 10 albom buraxmışdır. Onlar enerjili bəstələr və mahnı sözləri ərsəyə gətirmək üçün gitara rok, hip hop və rəqs musiqisi üslublarını qarışdırırlar. "Tartak" qrupunun tarixi 1996-cı ildə başlamışdır. Məhz o zaman layihə "Çervona ruta" festivalının seçmə mərhələsində iştirak etmiş və tezliklə qalib gəlmişdir. Festivalda "O-la-la", "Mənə sevgi ver" və "Dəlisov rəqslər" mahnılarını təqdim edən "Tartak" rəqs musiqisi janrında 1-ci mükafatın qalibi olmuşdur. 1997-ci ilin sonunda, o zaman qrupu təşkil edən, daha doğrusu, sadəcə bir duet olan Saşko Polojinski və Vasili Zinkeviç-kiçiyə klaviaturaçı Andrey Blaqun və gitaraçı Andrey "Muxa" Samoylo qoşulmuşdur. 1998-ci ilin əvvəlində "Tartak" qrupunun üzvləri "Çervona ruta-97" festivalının qalibləri kimi bu heyətlə bütün Ukraynada qastrol səfərlərində olmuşdular.
Taraskonlu Tartaren
Taraskonlu Tartaren (fr. Tartarin de Tarascon) — XIX əsr fransız yazıçısı Alfons Dodenin romanlar silsiləsi. Baş qəhrəman provanslı Tartarendir, hadisələr Fransanın cənubundakı Taraskon şəhərində, eləcə də romanlardakı personajların səyahət etdiyi yerlərdə cərəyan edir. Trilogiya “Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri” romanlarından ibarətdir (fr. Aventures prodigieuses de Tartarin de Tarascon, 1872), “Alp dağlarında Tartaren. Taraskon qəhrəmanının yeni şücaətləri" ( fr. Tartarin sur les Alpes, nouveaux exploits du héros tarasconnais, 1885), “Port-Taraskon. Şanlı Tartarenin son sərgüzəştləri" ( fr. Port-Tarascon, dernières aventures de l'illustre Tartarin, 1890). Trilogiyanın ilk romanı ən məşhurudur.
Tartar bifşteksi
Tatar bifşteksi (Tatarca bifşteks, Tartar bifşteksi) — çiy maldan hazırlanmış yeməkdir. Avropada Tatar bifşteksinin Tatar adlanan tatarlardan və ya slavyanlardan gəldiyi barədə bir əfsanə var. Bənzər bir əfsanəni, məsələn, XVII əsrin ortalarında Polşa-Litva Birliyi ərazisində uzun müddət Polşa xidmətində çalışan fransız hərbi kartoqraf mühəndisi Giyom de Boplan xatırladır. Onun hekayələrinə görə, Zaporojye qoşunlarının kazakları 1–2 barmaq qalınlığında at filesini doğrayıblar və intensiv qan axmasına üçün bir tərəfdən güclü duzlayaraq yəhərlərin altına qoyurdular; iki saatlı marş yürüşündən sonra bir tərəfdən qan köpüyü çıxarılırdı və bütün əməliyyatlar belinin ikinci tərəfi ilə təkrarlandı, bundan sonra Tatar bifşteks yeməyə hazır hesab edilirdi. Daha əvvəl də bu əfsanəyə Robert Burtonun "melanxoliya anatomiyası" nda rast gəlmək olar". Con Byuri fikrinə görə, bu şəkildə bişirilən ət yeyilməz olardı Müasir tatar bifşteksi ABŞ- da yaranıb. Sonra Avropaya gəldi və burada Fransız restoranlarında "Amerikan biftşek"si adlı ilə verilirdi (fr. steack à l’Americaine). Eyni zamanda, tez-tez tartar sousu ilə verilirdi, buna görə də zamanla tatar biftşeksi ləqəbini aldı. Beləliklə, bifşteks tartarı tatar mətbəxi ilə əlaqəsi yoxdur.
Kart
Kart — oyun vasitəsi Kartların olduqca qədim və dramatik tarixi vardır. Bir çox tədqiqatçıların fikirlərinə görə ilk kartlar Fransada əyləncə məqsədilə Dəli sayılan VI Karlın dövründə yaranmışdır. Əlbəttə bütün bunlar sadəcə əfsanə də ola bilər. Hələ qədim Misirdə rəqəmlənmiş qələmlərlə bu tipli oyunlara həvəs var idi. Hindistanda fil sümüklərindən hazırlanan əşyalarla oynayırdılar. Çində isə artıq müasir tipli kartlara rast gəlmək mümkün idi və bu da XII əsr nümunəsi sayılırdı. Sənədlərə əsaslansaq ilk dəfə kartın meydana gəlməsi 1379-cu ilə aid edilir. Çünki həmin dövrə aid olduğu güman edilən və italyan şəhərlərindən birində tapılan yazı bunu bir daha təsdiq etdi. Həmin yazıda qeyd edilmişdi; "Kartda oyunlar təşkil olunur, bura müxtəlif dünya ölkələrindən sarasinlər (orta əsrdə qərblilərin Afrika müsəlmanlarına verdiyi ad) gətirilir və onları naib adlandırırlar. Bu növdə olan oyunlar hərbi məna ifadə edirdi, çünki bildiyiniz kimi "naib" sözü ərəb sözüdür və mənaca "kapitan", "rəis" kimi tərcümə edilir.
Mart
Mart — Qriqorian təqvimi ilə ilin üçüncü ayıdır. 31 gündən ibarətdir.Yaz fəslində mövcud aydır. Yuli Sezarın təqvim islahatından əvvəl Qədim Romada ilin birinci ayı sayılırdı. Mart sözü Qədim Roma mifologiyasında müharibə tanrısı olan Marsın adı ilə bağlıdır. Görünür əkin işləri başladığından romalılar bu ay Marsa xüsusi ehtiram göstərirdilər ki onların üzərinə müharibə göndərməsin. Onun şərərfinə qurbanlar kəsirdilər.
Tarot
Tarot — orta əsrlərdə yaranan 78 kartdan ibarət oyun dəstəsidir. Psixoloji dəstək məqsədləri üçün istifadə olunmağa başlansa da, kəhanət və falçılıqla bu günə qədər gəlib çatmışdır. Ənənəvi olaraq Tarot 22 böyük arkana və 56 kiçik arkana kartlarından ibarətdir.Kiçik arkana kartları klassik iskambil kartlarının (oyun kartları) ilkin variantıdır. Tarot sözü ilk dəfə 1500-cü illərdə italyan dilində "tarocchi" və fransızca "taraux" olaraq rastlanılıb. Sözün mənşəyinin ərəbcə "tarh" (toplama, qoymaq, getmək) sözünə dayandığına inanılır.İlk zamanlarda bu kartlar Tarocchini kimi kart oyunları oynamaq üçün istifadə edilən oyun kartları idi. İtalyan köklərindən Tarot kartları Avropanın çox hissəsinə yayıldı və Alman Grosstarok,Fransız tarot, Avstriya Königrufen kimi modern oyunlar ailəsinə çevrildi .18-ci əsrin sonlarında fransız okkultistləri öz tarixləri və mənaları ilə bağlı mürəkkəb lakin əsassız iddialar irəli sürdülər ki bu da tarot kartlarının oxunması yolu ilə kəhanəttə istifadə üçün oraya çıxmasına yol açdı.
Taxt
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Tort
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Dart
Dart — Lars Bak və Kasper Lund tərəfindən hazırlanmış və Google tərəfindən hazırlanmış proqramlaşdırma dili. Veb və mobil proqramlar, həmçinin server və masaüstü proqramlar hazırlamaq üçün istifadə edilə bilər. Dart obyekt yönümlü, sinif əsaslı, C üslublu sintaksisi olan tullantı toplayan dildir. O maşın kodu, JavaScript və ya WebAssembly kompilyasiya edə bilər. O interfeysləri, miksinləri, abstrakt sinifləri, refikasiya olunmuş generikləri və tipləri dəstəkləyir. Dart 10-12 oktyabr 2011-ci ildə, Danimarkanın Orhus şəhərində keçirilən GOTO konfransında təqdim olundu. Layihənin əsasını Lars Bak və Kasper Lund tərəfindən qoyulub. Dart 1.0 14 noyabr 2013-cü ildə yayımlandı. Dart əvvəlcə qarışıq qəbul edilmişdi. Təşəbbüs Chrome-da Dart VM-ni yaratmaq planlarına görə interneti parçaladığına görə tənqid edilirdi.
Tara
Tara (lat. Tara) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
TRT
Türkiyə Radio və Televiziya Qurumu (Trt) ― Türkiyənin milli ictimai televiziyası . TRT uzun illər Türkiyənin yeganə televiziya və radio provayderi olub. 1990-cı ildə kommersiya radiosu, ardınca isə 1992-ci ildə kommersiya televiziyası istifadəyə verilməzdən əvvəl o, bu sektorda monopoliyaya sahib idi. Bu gün TRT bütün dünyada, o cümlədən Avropa, Yaxın Şərq, Afrika, Asiya, ABŞ və Avstraliyada yayımlanır. TRT-nin sələfi olan "Türkiyə radioları" adlı qurum 1950-ci ildə Avropa Yayım İttifaqının 23 təsisçi yayım təşkilatından biri olmuşdur. Şirkət 1926-cı ildə radioda sınaq yayımlarına başlamış və şirkətin 1927-ci ildə İstanbulda, 1928-ci ildə isə Ankarada studiyası tikilmişdir.
Tar
Fars dilində tar (تار) "sim" deməkdir və mənsub olduğu musiqi aləti üçün dartılmış nazik "kəndir"-dir. Əsasən Abşeron zonasında işlənən "Tarım, tarum" (fel: taridən) sözü qədim Hind-avropa dilində tharagho – "dartmaq" sözündəndir. Həmçinin ilk hecasında olan uzanan saitə görə türk sözü deyil. Latın dilində də trahere – "dartmaq" feli olmuşdur və müasir dillərdə özünü italyan (tirare), fransız (tirer) və ispan (tirar) dillərində göstərir. Həmçinin altaist Sergey Starostin "Babil qülləsi" adlı etimologiya toplusunda "taram-/tera-" kökünün (saç, yun, yundan hazırlanmış sap) türk və altay dillərində, qırğız, qazax, noğay, başqırd və qaraqalpaq dillərində "taramış"; özbək, uyğur, şor və oyrat dillərində isə "taram" kimi mövcud olduğunu göstərib. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib, necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib. Mənasından belə bir nəticə çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir.
Tat
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar. Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. İran dillərindən biri olan Tat dilində danışırlar. Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir. Azərbaycan dilində danışan tatlar əsasən Bakıda, Quba , Şabran[, Siyəzən, Şamaxı, Gəncə, Şəmkir, Xızı,Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar.
DART layihəsi
NASA-nın Asteroid təhdidini ortadan qaldıracaq layihəsi: DART NASA-nın DART layihəsi, ehtimal bir asteroid toqquşmasını əvvəlcədən təsbit edib orbitini dəyişdirməyi hədəfləyir. DART`ın bu ana qədərki NASA layihələrindən fərqi, asteroidi parçalamaq əvəzinə asteroidə göndərilən bir kosmik cihaz ilə orbitini dəyişdirməkdir. DART layihəsi bu aralar konseptdən hazırlanma mərhələsinə keçir. Avadanlıq testinin isə 2024-cü ildə gerçəkləşməsi gözlənilir. Bu nöqtədə DART kosmik cihazı, Dünyaya təhdid olmayan bir asteroidə göndəriləcək. DART testdə uğurlu olduğu təqdirdə 7–8 il kimi bir müddət içində asteroid təhdidi tamamı ilə tarixə qovuşacaq.
Dart Vayder
Ulduz müharibələri obrazı.
Dart Veyder
Ulduz müharibələri obrazı.
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Hart Kreyn
Hart Kreyn(ing. Harold Hart Crane, 21 iyul 1899, Herretsvil, Ohayo — 27 aprel 1932, Meksika körfəzi) — amerika şairi. Hart Kreyn (1899—1932) məşhur “Körpü” şerinin müəllifidir. Nəinki amerikan ədəbiyyatında, elə dünya ədəbiyyatında da Kreyn epik şerin uğurlu ustalarından hesab olunur. Amma onun yaratdıqlarına göstərilən maraq, özünə verilən seçilmişlik onu qane etmirdi. Kreyn birmənalı şəkildə özünü inandırmışdı ki, artıq dünyanı heyran qoyacaq bir əsər yazmaq mümkün deyil. Bunun üçün deyiləsi bütün sözlər, deyilə biləcək bütün formalarda deyilib. Kreyn iddia edir ki, onun yazmaq istədiyi şeylər yazmaqla təsvir edilə, göstərilə bilməz. Kreynin 1932-ci ildə öldüyü qeyd olunsa da, əslində onun nə vaxt və harada öldüyü məlum deyil. Nyu-Yorka getmək üçün mindiyi gəmi gedəcəyi yerə çatsa da, Kreyn oraya çatmır.
Henrix Bart
Henrix Bart (alm. Heinrich Barth‎; d. 16 fevral 1821, Hamburq, Almaniya – ö. 25 noyabr 1865, Berlin, Almaniya) — alman coğrafiyaşünas-səyyahı, etnoloq. 1863-cü ildən Berlin Universitetinin professoru, Berlin Coğrafiya Cəmiyyətinin prezidenti olmuşdur. 16 fevral 1821-ci ildə Hamburqda anadan olmuşdur. 1844-cü ildə Berlin Universitetindən məzun olaraq, İtaliya və Siciliyanı ziyarət etmiş və Aralıq dənizi ölkələri ilə səyahət etmək üçün bir plan hazırlamışdı. 25 noyabr 1865-ci ildə Berlində vəfat etmişdir. 1850–1855-ci illərdə C. Riçardsonun Afrikaya ekspedisiyasında iştirak etmiş, iki dəfə Böyük Səhranı keçmiş, bir sıra vahəni, Air və Damerqu platolarını, Çad gölü hövzəsini, Niger çayını və onun sol qolu olan Benueni tədqiq etmişdir. 1858–1864-cü illərdə Balkan yarımadasını və Kiçik Asiyanı öyrənmişdir.
Herbert Hart
Herbert Lionel Adolf Hart(18 İyul 1907 – 19 Dekabr 1992) Britaniyalı hüquqşünas-filosof, siyasi və hüquqi fəlsəfənin görkəmli xadimi.O, Oksford Universitetinin hüquq professoru olmuşdur.Onun ən məşhur işi "Hüquq anlayışı" 1961-ci ildə yazılmışdır(1961:3-cü nəşr,2012) .Hart əsərində hüququ fəlsəfi cəhətdən yeniləyərək "hüququn təbiəti" və ya "hüququn anlayışı" kimi ifadə etdi.O, Hans Kelzenlə yanaşı XX əsrin ən qabaqcıl filosolarından biri hesab olunur. H.Hart 1907-ci ildə Yorkşirdə yerləşən Herroqeyt şəhərində Rouz Semson Hart və Saymon Hartın ailəsində dünyaya gəlmişdir.Atası Alman və Polyak əsilli yəhudi bir dərzi idi.Polyak əsilli olan anasının valideynləri isə varlı parça tacirləri idi.Hartın Albert adlı böyük qardaşı, Sibil adlı kiçik bacısı var idi.O, Çelenthem Kollecində,Bredford Qrammatika Məktəbində və Oksford Nyu Kollecdə təhsil almışdır. Hart 1932-ci ildən 1940-cı ilə qədər vəkil kimi Lordlar məhkəməsində uğurlu praktika keçmişdir.
Kart oxuyucusu
Kart oxuyucusu (ing. card reader) – informasiyanı kartdan oxuyub kompüterə daxil edən qurğu. Maqnit kart oxuyucusu, əsasən kimliyin müəyyənləşdirilməsi (identifikasiya) məqsədilə istifadə olunan plastik kartlar (məsələn, kredit kartı) üzərində maqnit üsulu ilə iki cığır şəklində kodlaşdırılmış informasiyanı oxuyur. Verilənləri perfokartlardan oxuyan kart oxuyucusu isə hazırda istifadədən çıxarılıb. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kart oyunçuları
Kart oyunçuları (fr. Les Joueurs de cartes) — Fransız boyakarı Pol Sezannın məşhur əsərlərindən biridir. Əsər Böyük Britaniyanın London şəhərində yerləşən Kortold İnstitutu Qalereyasında saxlanılır. Bu seriyadan Pol Sezann 1890–1895-ci illər arasında 5 rəsm çəkmişdir. Onlardan dördü dünyanın müxtəlif muzeylərində sərgilənir. Yalnız 1 əsər şəxsi kolleksiyadadır. Həmin əsər bu seriyanın ən tutqunu sayılır. Rəsmin əvvəlki sahibi yunan milyarder George Embiricos idi. O, həmin əsəri 2011-ci ilin qışında — ölümündən bir az öncə satışa çıxarmışdır. Qətər əmirliyi bu əsəri 250 milyon dollara almışdır ki, bu da indiyədək açıq və özəl auksionda satışı gerçəkləşdirilən ən bahalı sənət əsəri sayılır.
Kaçura Taro
Kevin Hart
Kevin Hart (6 iyul 1979, Filadelfiya, Pensilvaniya və ya ABŞ) — Amerikalı komediyaçı, aktyor və prodüser. Kevin Darnell Hart 6 iyul 1979-cu ildə ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində doğulub. Atası kokain aludəçisi idi və Hartın uşaqlıq illəri ərzində həbsxanaya girib çıxıb. Hart anası Nensi Hart tərəfindən tək böyüdülüb. Robert Hart adlı qardaşı var. 14 aprel 2013-cü ildə sərxoş vəziyyətdə avtomobil sürdüyü üçün Kaliforniyada həbs edilib.
Kredit kart
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.