Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
TED
TED (ing. Technology Entertainment Design; Texnologiya, Əyləncə; Dizayn) - 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan,şəxsi qeyri-kommersiya fondudur.İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir.İdeyaların mövzuları fərqlidir:elm,incəsənət,dizayn,mədəniyyət,biznes,qlobal problemlər,texnologiyalar və əyləncələr. Bu günə qədər TED səhnəsində ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, Microsoft-dan Bill Qeyts, Google-dan Erik Şmidt, Vikipedianın qurucusu Cimmi Ueyls kimi spikerlər çıxış etmişdir. Konfransın kuratoru və daimi aparıcısı Kris Andersondur. Konfrans ilk dəfə 1984-cü ildə baş tutmuşdur. Ilk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunmuş, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olumuşdur. 1990-cı ildən etibarən TED konfransı hər il keçirilir.2001-ci ildən isə TED konfransının keçirilmə hüquqları "Sapling Foundation"-na və bu fondun qurucusu Kris Andersona məxsusdur. TED konfransında keçirilən hər bir çıxış TED Talk adlanır. iPhone və Android qurğularında rəsmi və qeyri-rəsmi "TED" proqramlar mövcuddur.
October Tide
October Tide — Katatonia qrupunun üzvləri vokalist Jonas Renkse və gitaraçı Fred Norrman tərəfindən 1995-ci ildə Stokholmda yaradılan İsveç metal musiqi qrupu. VIC Records ilə müqavilə imzalayan qrup, 1997-ci ildə "Rain Without End" adlı ilk debüt studiya albomu çıxarıldı. Bundan iki il sonra, Avantgarde Music albom şirkəti ilə müqavilə imzalayaraq, qrupun 1999-cu ildə "Grey Dawn" adlı ikinci albom çıxdı. Bu albom üçün vokala A Canorous Quintet qrupundan Mårten Hansen dəvət edilmişdir. Bu albom qrupu tanınmağa və məşhurlaşmağa imkan yaradaraq dinləyicilər tərəfindən müsbət dəyərləndirildi. Buna baxmayaraq Jonas və Fred qrup üçün nə müsahibə vermək istədilər, nə də ki konsertlərə qatılmadılar.
Tred (informatika)
Tred (ing. thread) və ya axın — kompüter proqramında çoxaxınlılıqdan istifadə edən tapşırıq və ya proses. İnformatikada işin icrasının tredi adətən əməliyyat sisteminin bir hissəsi olan zamanlayıcı tərəfindən müstəqil şəkildə idarə oluna bilən proqramlaşdırılmış təlimatların ən kiçik ardıcıllığıdır. Əksər hallarda tred prosesin bir hissəsi olur. Müəyyən bir prosesin çoxsaylı tredləri eyni vaxtda yerinə yetirilə bilər (çoxaxınlılıq vasitəsilə), yaddaş kimi resursları paylaşa bilər, ancaq müxtəlif proseslər isə resursları paylaşmır. Xüsusilə, prosesin tredləri istənilən vaxt onun icra oluna bilən kodunu və dinamik olaraq yer ayrılmış dəyişənlərin və tredin özündə olmayan qlobal dəyişənlərin dəyərlərini paylaşır. Tredlərin və proseslərin həyata keçirilməsi müxtəlif əməliyyat sistemləri arasında fərqlənir. Endrü Tanenbaum "Müasir Əməliyyat Sistemləri" kitabında prosesin təşkilinin bir çox fərqli modellərinin mümkün olduğunu göstərir.
Ted Bandi
Ted Bandi (ing. Theodore Robert Bundy; 24 noyabr 1946, Börlinqton[d], Vermont – 24 yanvar 1989, Florida Dövlət Həbsxanası[d], Florida) — Amerikalı seriyalı qatil, nekrofil və təcavüzkar. Bandi 1974–1978-ci illər arasında ABŞ-nin müxtəlif şəhərlərində çoxlu sayda gənc qadını öldürmüşdür. Qurbanlarının dəqiq sayı bilinməyən Bandi 10 il ərzində törədikləri cinayətləri inkar etmişdir. Ancaq təkzib olunmaz faktlardan sonra 30-dan çox cinayəti törədiyini qəbul etmişdir. Ted Bandi Amerika seriyalı qatillərinin arasında ən məşhuru hesab olunur və seriyalı qatil termini də ilk dəfə olaraq Bandinin məhkəməsi zamanı işlədilmişdir. Ted Bandi xarici görkəmi ilə qadınları kimsəsiz ərazilərə gətirir, onları zorlayır, ölümcül şəkildə döyür, sonda isə cəsədlərini zorlayaraq parçalayırdı. Ted Bandi 24 noyabr 1946-cı ildə ABŞ-nin Vermont ştatının Burlinqton şəhərində anadan olmuşdur. Anası Eleanor Luis Kouel satıçı işləyirdi. Atasının kim olması barədə dəqiq məlumat yoxdur.
Ted Haggis
Ted Haggis (9 iyun 1924 – 23 yanvar 2017) — 1948 Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında iştirak edən Kanadalı sprinter.
TED konfransı
TED (ing. Technology Entertainment Design; Texnologiya, Əyləncə; Dizayn) - 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan,şəxsi qeyri-kommersiya fondudur.İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir.İdeyaların mövzuları fərqlidir:elm,incəsənət,dizayn,mədəniyyət,biznes,qlobal problemlər,texnologiyalar və əyləncələr. Bu günə qədər TED səhnəsində ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, Microsoft-dan Bill Qeyts, Google-dan Erik Şmidt, Vikipedianın qurucusu Cimmi Ueyls kimi spikerlər çıxış etmişdir. Konfransın kuratoru və daimi aparıcısı Kris Andersondur. Konfrans ilk dəfə 1984-cü ildə baş tutmuşdur. Ilk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunmuş, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olumuşdur. 1990-cı ildən etibarən TED konfransı hər il keçirilir.2001-ci ildən isə TED konfransının keçirilmə hüquqları "Sapling Foundation"-na və bu fondun qurucusu Kris Andersona məxsusdur. TED konfransında keçirilən hər bir çıxış TED Talk adlanır. iPhone və Android qurğularında rəsmi və qeyri-rəsmi "TED" proqramlar mövcuddur.
Ted Hoff
Marsian Hoff Ted Hoff kimi də tanınır. (28 oktyabr 1937, Roçester[d], Nyu-York ştatı) — "Mikroprosessor"un yaradıcısı. Kompüter tarixinin inqilabi hadisələri sırasında "mikroprosessor" adı altında proqramlı məntiqi blokun yaradılması əhəmiyyətli (vacib) yer tutur. Silisiumdan (kimyəvi element) hazırlanan idarə olunan proqramlaşdırılan hesablayıcı blok ideyası 1971-ci il 15 noyabrda ictimaiyyətə təqdim olundu. "İnteqral elektronikasında yeni era" başlığı altında 1971-ci ildə "Electronic News"-da reklam məqaləsi çap olunmuşdu. Həmin məqalədə Intel firması 4004 nömrəli mikroprosessoru və onun yaradıcısı Ted Hoffu təqdim etdi. Intel firmasının yaradıcılarından biri olan Qordon Mur, ümumiyyətlə bu mikroprosessoru "bəşəriyyət tarixində ən inqilabi məhsullardan biri" adlandırmışdı. İxtira o qədər əhəmiyyətli (vaci) idi ki, Hoff xx əsrin ən böyük alimlərindən biri kimi qəbul edildi. Demək olar ki, bütün "fikirləşən" qurğulara uyğun olmaq üçün mikrosxem kifayət qədər sadə, qiyməti isə ucuz idi. Onu liftlərdə, kalkulyatorlarda və yaddaşı olan elektrik yazı maşınlarında tətbiq etmək olardı, o, saat mexanizmlərini və ya təyyarənin sükan çarxını idarə edə bilərdi.
Ted Kazinski
Teodor Con Kaçinski (22 may 1942, Everqrin-Park[d], İllinoys – 10 iyun 2023, Federal Tibb Mərkəzi[d], Şimali Karolina), həmçinin Unabomber (/ˈjuːnəbɒmər/) kimi də tanınır, amerikalı yerli terrorçu və keçmiş riyaziyyat professorudur. Bir riyaziyyat dahisi olub, ibtidai həyat yaşamaq üçün 1969-cu ildə akademik karyerasını tərk etmişdir. 1978–1995-ci illər arasında müasir texnologiyanı inkişaf etdirən və ətraf mühitin məhv edilməsində iştirak edən insanlara qarşı ölkə daxili miqyasda apardığı bombalama kampaniyasında üç nəfəri öldürmüş, 23 nəfəri yaralamışdır. O, sənayeləşməyə qarşı çıxan və təbiət mərkəzli bir anarxizm formasını müdafiə edən "Sənaye Cəmiyyəti və Gələcəyi" adlı "Unabomber Manifesto" adı ilə də tanınan sosial tənqidi nəşr etdirmişdir.
Ted Kaçinski
Teodor Con Kaçinski (22 may 1942, Everqrin-Park[d], İllinoys – 10 iyun 2023, Federal Tibb Mərkəzi[d], Şimali Karolina), həmçinin Unabomber (/ˈjuːnəbɒmər/) kimi də tanınır, amerikalı yerli terrorçu və keçmiş riyaziyyat professorudur. Bir riyaziyyat dahisi olub, ibtidai həyat yaşamaq üçün 1969-cu ildə akademik karyerasını tərk etmişdir. 1978–1995-ci illər arasında müasir texnologiyanı inkişaf etdirən və ətraf mühitin məhv edilməsində iştirak edən insanlara qarşı ölkə daxili miqyasda apardığı bombalama kampaniyasında üç nəfəri öldürmüş, 23 nəfəri yaralamışdır. O, sənayeləşməyə qarşı çıxan və təbiət mərkəzli bir anarxizm formasını müdafiə edən "Sənaye Cəmiyyəti və Gələcəyi" adlı "Unabomber Manifesto" adı ilə də tanınan sosial tənqidi nəşr etdirmişdir.
Ted Kruz
Ted Kruz (ing. Rafael Edward "Ted" Cruz; 22 dekabr 1970[…]) — Amerikalı siyasətçi, ABŞ senatına Texas ştatından seçilmiş senator və 2016-cı ildə keçirilmiş ABŞ Prezident seçkiləri zamanı Respublikaçılar partiyasının daxili namizədlərindən biri. Ted Kruz Respublikaçılar Partiyasının prezident seçkiləri üçün praymeyrzində iştirak edərək, sadəcə 45-ci prezident Donald Trampa məğlub olmuşdur.
Ted Nelson
Ted Nelson (ing. Ted Nelson, Theodor Holm Nelson; 17 iyun 1937, Çikaqo, İllinoys) — Amerika sosioloqu. Teodor Holm Nelson 1937-ci ildə doğulub, Amerika sosioloqu və filosofudur. Ted Nelson Grammy mükafatının mərhum laureatı Ralf Nelsonun (Ralph Nelson) və Akademiyanın mükafatını almış aktrisa Seleste Holmun (Celeste Holm) oğludur. Onun etnik mənsubiyyəti norveç-amerikalıdır. O, 1962-ci ildə "hipermətn" terminini ixtira edən və onu 1965-də geniş kütləyə çatdıran insan kimi tanınır. Nelson, həmçinin ilk dəfə "hipermühit" və ya "hipermedia" (hypermedia) kimi anlayışlardan istifadə edib. O, işinin əsas məqsədini kompüterləri adi insanlar üçün asan başa düşülən etmək hesab edirdi. Onun şüarı: "İnterfeys o qədər sadə olmalıdır ki, hətta təcrübəsiz istifadəçi belə kritik vəziyyətdə ondan 10 saniyə ərzində baş çıxara bilsin". Ted Nelson 1960-cı ildə sadə istifadəçi interfeysi ilə kompüter şəbəkəsi sisteminin yaradılması məqsədi ilə Xanadu layihəsini yaradır.
Ted Törner
Ted Törner (ing. Ted Turner; 19 noyabr 1938[…], Sinsinnati, Ohayo) — amerikalı sahibkar, CNN xəbər kanalının təsisçisi, aktrisa Ceyn Fondanın keçmiş əri. Ted Törnerin şərəfinə "Atlanta Breyvs" beysbol klubunun stadionu "Törner Fild" adlandırılıb. 2011-ci ildə Ted Törner Mixail Qorbaçov Fondunun təsis etdiyi illik "Dünyanı dəyişən insan" mükafatının "Aşkarlıq" nominasiyası üzrə ilk qalibi olmuşdur.
Ceyms Tien (aktyor)
Ceyms Tien (ing. James Tien Chun; 28 may 1942) — Honkonq aktyoru.
Thekla Carola Wied
Thekla Carola Wied (5 fevral 1944, Vrotslav, Prussiya[d], Almaniya Reyxi[d]) — alman aktrisa.
Tenge
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir. Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır. Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub.
Cyperus longus
Lölə salaməleyküm (lat. Cyperus longus) - topalaq cinsinə aid bitki növü.
Persea lingue
Persea lingue (lat. Persea lingue) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin perseya cinsinə aid bitki növü. Laurus lingue Ruiz & Pav.
Phytoseius longus
Phytoseius longus (lat. Phytoseius longus) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius longus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Solanum longum
Badımcan (lat. Solanum melongena) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır. Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır. Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.
Owen Teague
Owen William Teague (8 dekabr 1998, Tampa, Florida) — amerikalı aktyor. 8 dekabr 1998-ci ildə Florida ştatının Tampa şəhərində anadan olub. Valideynlərinin hər ikisi musiqiçi idi və 15 yaşına qədər skripka çalırdı. 2013 : Contest 2014 : La Belle: the Ship That Changed History 2015 : Echoes of War 2015 : Walt Before Mickey 2015 : Wild in Blue 2016 : Cell 2017 : It 2018 : Every Day 2019 : I See You 2019 : Inherit the Viper 2019 : It Chapter Two 2019 : Mary 2020 : The Empty Man 2021 : Montana Story 2022 : Gone in the Night 2022 : To Leslie 2023 : Eileen 2023 : You Hurt My Feelings 2023 : Reptile 2024 : Kingdom of the Planet of the Apes 2012 : Malibu Country 2013 : CollegeHumor Originals 2013 : NCIS: Los Angeles 2014 : Reckless 2015 : Bones 2015–2017 : Bloodline 2016 : Mercy Street 2017 : Black Mirror 2019 : Mrs.
Alopecurus tonsus
Alopecurus myosuroides (lat. Alopecurus myosuroides) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. Alopecurus adanensis Dogan Alopecurus affinis Desv. Alopecurus agrestis L. Alopecurus agrestis var. minimus Post Alopecurus agrestis var. tonsus Boiss. Alopecurus agrestis var. versicolor Biasol. Alopecurus caerulescens C.Presl [Invalid] Alopecurus coerulescens Steud. & Hochst.
Laurus lingue
Persea lingue (lat. Persea lingue) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin perseya cinsinə aid bitki növü. Laurus lingue Ruiz & Pav.
Nothaphoebe lingue
Persea lingue (lat. Persea lingue) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin perseya cinsinə aid bitki növü. Laurus lingue Ruiz & Pav.
Bulbophyllum tenue
Bulbophyllum tenue (lat. Bulbophyllum tenue) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Estas Tonne
Estas Tonne (rus. Эстас Тонне; 24 aprel 1975, Zaporojya) — yəhudi əsilli ukraynalı musiqiçi. 1975-ci ildə Ukraynada doğulub. 6 il gitara təhsili aldıqdan sonra 1986-cı ildə ailəsi ilə İsrailə köçüb. 11 sentyabr terror aktlarından sonra Nyu Yorka köçən Estas Tonne Amerika qitəsi boyunca akustik gitara ilə konsert verib. 2003-cü ildən bəri 50.000-dən çox albom satışı baş tutub.
Lolium tenue
Lolium perenne (lat. Lolium perenne) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. Festuca perennis (L.) Columbus & J.P.Sm. Hordeum compressum Boiss. & Orph. [Invalid] Lolium aechicum Rouville [Spelling variant] Lolium agreste Roem. & Schult. [Invalid] Lolium brasilianum Nees Lolium canadense Bernh. ex Rouville [Invalid] Lolium cechicum Opiz Lolium compressum Boiss. & Orph.
Tonlu dillər
Tonlu dillər bir sözün fərqli bir tonda oxunması ilə mənasının dəyişdiyi dillərdir. Tonlu dillər dünyanın müxtəlif yerlərində danışılır. Avropadakı Norveç, İsveç, Litva, Limburqiş, Serb, Xorvat, Bosniya və Sloven dilinin bəzi ləhcələri tonallıq xüsusiyyətlərini göstərsələr də, ümumiyyətlə bunlar vurğu sayılırlar. Hindistan yarımadasında danışılan tonal xüsusiyyətə sahib başqa bir Hind-Avropa dil ailəsinə mənsub dildə Pəncab dilidir. Afrikada, əksər sub-Sahara (Şərqdə Suahili dili, qərbdə Volof və Fulani dillərini çıxmaq şərtilə) dilləri tonlu dillərdir. Hausa dili sami dilləriniin uzaq bir qohumu hesab olunsa da, tonal bir dildir. Şərqi Asiyada bir çox dillər tonaldır; bunlara müxtəlif Çin dilləri, Vyetnamca, Tay dili, Laos dili, Birman dili daxildir. Yeni Qvineyada bir çox dillər də tonaldır. Şimali və Cənubi Amerikadakı bəzi yerli dillərin də tonallığı var. Alyaskada Na-Dené dilləri, ABŞ-də Cənub-Şərqi Amerika (Navajo dili də daxil olmaqla) və Meksikadakı Oto-Manguean dilləri bunlardan bəziləridir.
Tonye Skinnarland
Tonye Skinnarland (norv. Tonje Skinnarland; d. 21 dekabr 1967) — Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri; Norveç ordusunun general-mayoru. Tonye Skinnarland 21 dekabr 1967-ci ildə anadan olmuşdur. Skinnarland 2016-cı ilin oktyabrından Per-Egil Rüqqün ölümündən sonra faktiki olaraq Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri vəzifəsini tuturdu. 2017-ci ilin yanvarında Norveç Krallığının Dövlət Şurası onu rəsmən bu vəzifəyə təyin etmişdir. Beləliklə 49 yaşlı Tonye Skinnarland Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri təyin olunan ilk qadın olmuşdur.
Vogue (jurnal)
Vogue (oxunur Voq, fr. moda) — Qlamur, moda haqqında aylıq qadınlar üçün jurnal. Əsası 1892-ci ildə ABŞ-də qoyulmuşdu. Jurnal Condé Nast Publications nəşriyyat evində dərc edilir. Jurnalın ilk nömrəsi - imkanlı Nyu Yorklular üçün yaradılmış həftəlik ictimai jurnal - 1892-ci ildə dərc edilib. 250-dən çox səhmdarların adları "Kübarlar almanaxı"nda nəşr edilirdi, onların içərisində Kornelius Vinderbilt (ilk dollar multimillioneri), Stöyvesans Fiş (İllinoys Mərkəzi Dəmiryolunun baş Direktoru), hersoq Persi və digərləri vardı. Jurnalın əsasını zəngin ailədən olan və artıq jurnalist təcrübəsinə malik olan, yüksək cəmiyyətin gənc üzvü Artur Türnür və Harri Mc Wicar, hansının ki onun babası Stephen Whitney böyük toptancı idi. Türnür naşir, Mc Wicar isə Avropada incəsənət təhsili aldığından Vogue jurnalının art-direktor vəzifəsinə təyin edildilər. İlk öncə həftəlik jurnal in-quarto 16 səhifədən ibarət idi, amma O, gözəl çap və təltif edilmişdir. Jurnalın üz qabığını çox nəfis bir şəkil bəzəyirdi; belə şəkillər Life jurnalı sayəsində məşhurlaşmışdılar.
Cenni Longe
Cenni Karolin Marks Longe (1 may 1844, Paris – 11 yanvar 1883, Arjantöy) — C. Vilyams təxəllüslü siyasi jurnalist, xarici dil müəllimi, Cenni fon Vestfalen və Karl Marksın ən böyük qızı. Cenni Karolin Marks 1 may 1844-cü ildə Parisdə Cenni fon Vestfalen və Karl Marksın ailəsində dünyaya göz açmışdır. Ailə üzvləri və yaxın dostları onu anasından fərqləndirmək üçün Cenniçen deyə çağırırdılar. O, zəif uşaq olsa da, Marks ailəsində uşaqlığını yaşaya bilən və sağ qalan ilk övlad idi. Cenni 1868-ci ildə 24 yaşında olarkən valideynlərinə maddi dəstək olmaq məqsədilə fransız dili müəllimi kimi işləməyə başladı. O, həmçinin 1870-ci ildə C. Vilyams təxəllüsü ilə sosialist mətbuatına Britaniya hökumətinin irland siyasi məhbuslarla rəftarından bəhs edən bir sıra məqalələr təqdim etmişdi. O, gələcək həyat yoldaşı, fransız jurnalist və radikal siyasi aktivist Şarl Longe ilə 1871-ci ildə tanış olmuşdu. Cütlük 1872-ci ilin martında nişanlanmış və elə həmin il oktyabrın 10-da qeydiyyat idarəsində nikaha daxil olmuşdular. Bu zaman Cenni soyadını Longe olaraq dəyişmişdi. Valideynləri kimi, gənc Cenni də evliliyinin ilk illərində iqtisadi çətinliklərlə üzləşmişdi.
Edqar Longe
Edqar Longe (18 avqust 1879, İngiltərə – 12 dekabr 1950, Alforvill) — Fransanın sosialist aktivisti, həkim, Karl Marksın nəvəsi. Edqar Longe 18 avqust 1879-cu ildə İngiltərənin Remsgeyt qəsəbəsində Şarl Longenin və Karl Marksın qızı Cenni Longenin ailəsində dünyaya gəlib. Uşaq ikən çox yemək yediyinə görə onu Canavar deyə çağırırdılar. Edqar 18 aylıq olanda ailəsi Fransaya köçmüşdü. O, Fransa işçi hərəkatında olduqca fəal idi və 1905-ci ildə Jül Gedin dəstəkçisi kimi Sosialist Partiyasına qoşulmuşdu. 1937-ci ildə sosialistlərdən ayrılan Edqar 1938-ci ildə fəal üzvü olduğu Fransa Kommunist Partiyasına daxil oldu. Siyasi cəhətdən o, sadiq Stalinçi kimi Sovet İttifaqına heyran idi. Longe babası Karl Marksla Karlın qızları Cenni (Longenin anası), Eleonora və Lauranın və ailə dostu Fridrix Engelsin birlikdə çəkdirdiyi dagerotipi 1948-ci ildə Moskvadakı Sov.İKP MK-nın Marksizm-Leninizm İnstitutuna bağışlamışdı. Həmin il o, Fridrix Engelsin və babası Karl Marksın yazdığı "Kommunist Manifesti"nin Sovet İttifaqında və Polşa Xalq Respublikasında 100 illik yubileyinin qeyd edilməsində iştirak etmişdi. Longe Parisətrafı ərazidə – Alforvildə yaşayırdı.
Jan Longe
Jan Loran Frederik Longe (10 may 1876[…], London – 11 sentyabr 1938[…], Eks-le-Ben[d]) — Fransanın sosialist siyasətçisi və jurnalisti, Karl Marksın nəvəsi. Jan 5 oktyabr 1876-cı ildə Londonda Şarl və Cenni Longenin ailəsində anadan olmuşdur. Ailəsi onu Conni deyə səsləyirdi. Jan ailənin ikinci oğludur. Longe ailəsi nəvələri ilə oynamağı sevən Cenninin atasını – Karl Marksı tez-tez ziyarət edirdi. Ailə 1881-ci ilin fevralında Fransaya köçmüşdü. 1882-ci ilin yayında Karl Marks Janın xalası Eleonora Marksla birlikdə üç ay Longe ailəsində qonaq qalmışdı. Bu zaman Cenni sidik kisəsi xərçəngindən əziyyət çəkirdi. Janın anası bu hadisədən bir il sonra dünyasını dəyişmişdi. Ailənin yükünü yüngülləşdirmək üçün Eleonora 1882-ci ilin avqustunda Janı İngiltərəyə aparmış, onun təhsili və tərbiyəsi ilə məşğul olacağına söz vermişdi.
Şarl Longe
Şarl Feliks Sezar Longe (14 fevral 1839, Kann[d] – 5 avqust 1903, Paris) — jurnalist, Fransa işçi sinfi hərəkatının, o cümlədən 1871-ci il Paris kommunasının görkəmli nümayəndəsi, Birinci İnternasionalın Baş Şurasının prudonist üzvü (1866–1867, 1871–1872). Şarl Longe 14 fevral 1839-cu ildə Fransanın Kann şəhərində dünyaya gəlmişdir. O, siyasi fəaliyyətə başladıqdan sonra Birinci İnternasionalın Belçika üzrə müxbir katibi (1866), eləcə də Lozanna (1867), Brüssel (1868) və London konfranslarında (1871) nümayəndə kimi çalışmışdır. O, həmçinin "Journal Officiel" nəşrinin redaktoru olub. Longe 1871-ci ildə Paris Kommunasında iştirak etmiş və cari hökumət məğlub olduqdan sonra qaçqın kimi İngiltərəyə köçmüş, burada isə Karl Marksla tanış olmuşdu. Longe 2 oktyabr 1872-ci ildə Londonda Marksın böyük qızı Cenni ilə evləndi. Cütlüyün bu nikahdan altı övladı dünyaya gəldi; onlardan ilk beşi oğlan, sonuncusu isə qız idi. Şarlın iki oğlu körpə ikən dünyasını dəyişmişdi. Şarlın jurnalist oğlu Jan və həkim oğlu Edqar sonralar Fransada tanınmış sosialist fəallara çevrildilər. 1880-ci ilin iyulunda Fransa hökuməti tərəfindən verilən siyasi amnistiyadan sonra Longe Fransaya qayıtdı.
Dien Bien Fu döyüşü
Dien Bien Fu döyüşü Dien Bien Fu (fr. Bataille de Diên Biên Phu; vyet. Chiến dịch Điện Biên Phủ) döyüşü Fransa İttifaqının Fransa uzaq şərq ekspedisiya korpusu və Vyetnam kommunist inqilabçıları arasında həlledici qarşıdurma olan birinci Hindçin Müharibəsi idi. Müharibə 1954-cü ilin mart-may ayları arasında baş verdi və Hindçinin gələcəyi üçün bir çox millətlər arasında Cenevrədə aparılan danışıqlara təsir göstərən hərtərəfli Fransa məğlubiyyətinə səbəb oldu. Fransa səhv qərarlar qəbul edərək Vyetnamın şimal-qərbindəki təpələrinin dərinliyində Dien Bien Fuda əsgərləri yerləşdirmək üçün əməliyyat başlatdı. Əməliyyatın məqsədi Laos Krallığına qonşu olan Vyetnam sərhəd xətlərini kəsmək və Vyetnamı sarsıtmaq üçün böyük bir qarşıdurma yaratmaq idi. Plan Fransanın hava mövqeyini bərpa etmək idi və Vyetnamın aviasiya əleyhinə imkanlarının olmaması inancına əsaslanırdı.
Sonqur
Sonqur — İranın Kirmanşah ostanının şəhərlərindən və Sonqur şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43.184 nəfər və 11.377 ailədən ibarət idi.
Tengə
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir. Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır. Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub.
Tonqa
Tonqa (ton.: Tonga, ing. Tonga [ˈtoŋa]), rəsmi adı — Tonqa Krallığı (ton.: Puleʻanga Fakatuʻi ʻo Tonga, ing. Kingdom of Tonga) — Sakit Okean hövzəsinin Polineziya sahəsində yerləşən dövlət. Şimalda Samoanın ərazi su hövzəsi, şərqdə Niuenin ərazi su hövzəsi, qərbdə Ficinin ərazi su hövzəsi ilə həmsərhəddir. Sahil su xətti — 419 km. Tonqa eyniadlı arxipelaqın 177 adasında yerləşib. Amma bu adaların ancaq 36-da əhali məskunlaşmışdır.Quru ərazisi — 750 кm². Əhalisi — 119 min 009 nəfər. (2008-ci il rəqəmi). Paytaxtı — Nukualofa(əhalisi 30 min).
Təngə
Təngə (fars. تانقا‎) — Əmir Teymur dövründə yeni bir sikkə buraxıldı. XIV yüzilliyin sonlarında buraxılan bu pul vahidinin adı "təngə" idi. "Təngə" hind sözüdür, "danq" sözündəndir, çəki vahidi olub. Əmir Teymurun üçüncü yürüşündən sonra Azərbaycan zərbxanaları Teymuri pul-çəki sistemi ilə yeni sikkə nominalları – təngə və miri zərb etməyə başladılar. Bu dövrdən başlayaraq Cəlairi və Şirvanşahlar dövlətinin zərbxanaları pul dövriyyəsinə gümüş dirhəm dinarlarla yanaşı, həm də təngə və miri buraxmağa başladılar. Təngələr Şirvanşah, Qaraqoyunlu, Ağqoyunlu və ilk Səfəvi hökmdarlarının zamanında əsas pul nominalına çevrilmişdi. Şirvanşah I İbrahim Qara Yusifdən vassallığı qəbul edərək, 1413-cü il baharında Şirvana qayıdır. Bu dövrdən başlayaraq Şirvan zərbxanaları Qaraqoyunlu hökmdarı Sultan Pir Budaq və Əmir Qara Yusifin adından məscidlərdə xütbə oxutmağa və zərbxanalarda gümüş təngə, dirhəmlər və mis felslər zərb etməyə başladı. Şirvanşah I İbrahimin Əmir Qara Yusifdən asılılığı nominal xarakter daşıyırdı.
Tenqu
Tenqu — Yapon inanclarından olan məxluq. Yapon inanclarında tengu teratoloji varlıqdır; qırmızı üzlü, uzun burunlu, bəzən qanadlı nəhəng bir insan şəklində görünür. . Yapon folklorunun bir çox digər personajları kimi, Tenqu da Çindən gəlir. Çində bu canlılar ağ başlı tülkülər kimi təsvir edilmişdir. Onlar çətinliklərin qarşısını almaq, eləcə də hürərək quldurları qorxutmaq qabiliyyətinə sahib idilər. Bu həm də ayda yaşayan pis bir tanrının adı idi. Nəhayət, eyni söz, şaqqıltı və parıltı ilə düşən xüsusi ulduzları nəzərdə tuturdu. Tezliklə tülkü itinin siması tenqunun uçma qabiliyyətinin təsiri ilə dəyişməyə başladı. XII əsrdə meydana çıxan "Qədim hekayələr toplusu"nda tenqu qoca ağacların taclarında yaşayan şahin şəklində peyda olmuşdur.
Aşağı Tunqus
Aşağı Tunqus — Sibirdə yerləşən çay Rusiyanın İrkutsk vilayəti və Krasnoyarsk diyarı ərazisindən axaraq Yenisey çayına tökülür. Çay Orta Sibir yaylasından və Putorana platosunun cənubundan axaraq Yeniseyin sağından çaya tökülür. Çay Tura qəsəbəsinə qədər gəmiçilik üçün yararlıdır. Yeniseyin sağ qolunu təşkil edən Aşağı Tunqus Turuxansk şəhəri yaxınlığında çaya tökülür. Buzlanması oktyabrdan maya qədər davam edir. Çay yuxarı axarda may-iyun, aşağı axarlarda may-iyul aylarında gursululuq müşahidə edilir. Yuxarı axarlarda çay yayladan, aşağı axarlarda isə düzənliklərdən axır Yuxarı axarlarda çay 580 km məsafədə enli dərədən axır. Dərə əsasən gilli-qumlu suxurlardan təşkil olunmuşdur. Bu hissədə Aşağı Tunqus çayı Lena çayının ysxınlığından axır. Kirensk şəhəri yaxınlığında məsafə hətta 15–20 km-ə qədər azalır.
Banque générale
Banque générale — 2 may 1716-cı ildə Con Lo tərəfindən Fransada əsası qoyulan ilk özəl səhmdar bankı. Bank hər biri 5000 livr olan 1200 səhmə bölünmüş 6 milyon livr kapitalla yaradılmışdır. Bank aşağıdakı bank əməliyyatlarını həyata keçirmişdir: əskinasların buraxılması, veksellərin diskontlaşdırılması, şəxsi əmanətlərin qəbulu və köçürmələrin həyata keçirilməsi. Bank, bankın açıldığı vaxt tədavüldə olan eyni çəkidə və nominalda olan əskinasları ekyu ilə dəyişməyi öhdəsinə götürdü. Beləliklə, bank öz biletləri üçün dəyişməz valyuta təyin etməklə, sanki, daimi bank hesab vahidi yaratdı. Con Lou bankın direktoru təyin edildi və ən mühüm məsələlər səhmdarların ildə iki dəfə keçirilən yığıncaqlarında qərara alındı ​​və bu yığıncaqda 5 səhm sahibinə səsvermə hüququ verildi. Bankın ilk hərəkətləri çox uğurlu oldu. Hesab endirimini əvvəlcə 6%-ə (o vaxt özəl endirim 20-30%-ə çatırdı), sonra 4%-ə endirməklə bank ilin birinci yarısı üçün səhmdarlara 7%-lik dividend verməklə ümumi etimad qazandı. Qanun bununla kifayətlənməyən və bankın spekulyativ fəaliyyətini daha geniş ərazilərə yaymaq istəyən Fransız Şimali Amerika koloniyalarını istismar etmək üçün 100 milyon livr əsas kapitala malik Mississippi şirkətini qurdu. Qvineya və Şərqi Hindistan şirkətləri tezliklə Mississippi şirkətinə qoşuldular və birlikdə bankla sıx əlaqədə olan bir Hindistan şirkəti yaratdılar.
Command & Conquer
Command & Conquer (transkripsiya: [kəˈmænd ənd ˈkɑŋkər] - tələffüz: kımənd ənd kankır)(qısaltmaları C&C və ya CnC)(tərc. "Əmr ver, fəth et" və ya "Əmr və Fəth") real-vaxt strategiya videooyun media françayzdır, ilk dəfə Westwood Studios tərəfindən istehsal olunub. İlk buraxılış real-vaxt strategiya (RTS) janrının ilk oyunlarından biridir. Westwood Studios şirkəti 1998-ci ildə Electronic Arts tərəfindən alınmış, 2003-cü ildə mövcudluğuna xitam verilmişdir. Studiyanın bəzi üzvləri Electronic Arts Los Angelesə keçmiş, seriyanın davam edilməsində iştirak etmişlər. İlk quruluş, Command & Conquer, Westwood tərəfindən 31 avqust 1995-ci il tarixində dünya bazarına çıxarılmışdır. Sujet: hadisələr yaxın gələcəkdə baş verir, Yer sirli təbii ehtiyat olan tiberium vasitəsi ilə infeksiyaya yoluxur. Bu maddəni nəzarətə götürmək istəyən BMT tərəfindən yaradılmış Qlobal Müdafiə Təşəbbüsü (GDI) ilə, maddəni ələ keçirməyə çalışan, müəmmalı Keyn tərəfindən idarə olunan "Nod Qardaşlığı" arasında qlobal müharibə başlayır. Yüksək uğurun ardınca seriyaya 1996-cı ildə Command & Conquer: Red Alert (tərc. "Qırmızı xəbərdarlıq") əlavə olunur, bu buraxılışda uydurulmuş alternativ kainatda Sovet İttifaqı Qərb Birliyinə qarşı müharibə aparır.
Con Conquk
Jeon Jungkook (kor. 전정국; 1 sentyabr 1997, Busan) — Cənubi Koreyalı K-pop musiqi qrupu BTS-in sevilən üzvlərindən biri , rəqsçi, vokalist, sub-repper, bəstəkar, söz yazarı, musiqi prodüseridir. Conquk BTS ilə birlikdə üç solo mahnı buraxdı: 2016-cı ildə "Begin", 2018-ci ildə "Euphoria" və 2020-ci ildə "My Time" Cənubi Koreyanın Gaon Digital Chart-da yer alıb. O, həmçinin BTS-də yayımlanan "7Fates: Chakho" vebtununun "Stay Alive" adlı saundtrekini ifa edib. 2022-ci ildə o, amerikalı müğənni-bəstəkar Çarli Putun ABŞ-nin Billboard Hot 100-də 22-ci yerə yüksələn "Left and Right" adlı sinqlında yer aldı. Həmin ilin sonunda o, daha sonra 2022 FIFA Dünya Kubokunun Açılış Mərasimində ifa etdiyi "Dreamers" mahnısı ilə FIFA Dünya Kubokunun soundtracki üçün mahnı buraxan ilk Cənubi Koreyalı müğənni oldu. Conqukun solist kimi trekləri Spotify qrafiklərində də uğur qazandı, "Dreamers", "Stay Alive" və "Sol və Sağ" mahnıları ilə Spotify Qlobal qrafikində Koreyalı solistin ən yüksək debüt edən mahnıları kimi rekordlar qırdı. Jeon Jungkook 1 sentyabr 1997-ci ildə Koreya Respublikasının Busan şəhərində anadan olub. Ailəsi valideynlərindən və böyük qardaşından ibarətdir. Busanda Bekyan İbtidai və Orta Məktəbində oxuyub.
Monqun-Tayqa
Monqun-Tayqa (tıva Мөңгүн-Тайга — Gümüşü dağlar) — Tıvanın Monqun-Tayqa kojuunun ərazisinə daxil olan dağ silsiləsi. Silsilə Muqur (şimaldan), Şara-Xaraqai (şərqdən və cənub-şərqdən) və Tolayta (qərbdən), Altay ilə (şərqindən) əhatələnir. Altay dağlarının Rusiya hissəsi Qərbi Sibirin bir bölgəsi hesab olunur, lakin Monqun-Tayqa 1932-ci ildə (Ubsu-Nur çökəkliyinin şimalı ilə birlikdə) Monqolustandan Tuva Xalq Respublikasına verilir. 1944-cü ildə (respublika RSFSR-in tərkibinə daxil olandan sonra) Tıva Şərqi Sibirin bir hissəsi hesab olunur. Dağın zirvəsi Şərqi Sibirin ən yüksək nöqtəsidir. Parıldayan buz günbəzi ilə fərqlənir. Aydın havada Monqun Tayqa, adını təsdiqləyən kəskin bir gümüş işığı ilə bərq vurur. Burada daim güclü külək əsir. Massivin şərq ətəyində Hindiktiq-Xol gölü ("göbəkli göl") yüksək və dik sahilləri olan, buzlaq mənşəli təmiz suyu olan böyük bir su tutarı yerləşir. Göl dəniz səviyyəsindən 2.305 m hündürlükdə yerləşir, mərkəzində gölə ad verən iki dağ adası var.
Möngke xan
Münke xaqan (ən tezi 10 yanvar 1209, Böyük Monqol imperiyası – 11 avqust 1259) - Möngkə qaan adı ilə tanınan Monqol imperatoru. 1251-1259-cu illərdə hakimiyyətdə olmuşdur. Qızıl Ordu dövlətinin başçısı Batının köməyi ilə Münke 1251-ci ildə xaqan oldu . XIII əsrin 50- ci illərində İranda, Ərəb İraqında, Ön Asiyanın digər ölkələrində elə ərazilər var idi ki, onlar nə iqtisadi, nə də strateji cəhətdən tabe edilməmişdi. Bu əraziləri tabe etmək üçün böyük hərbi ekspedisiya hazırlandı və həyata keçirmək üçün Ali Monqol Xaqanı Münke öz qardaşı Hülakü xanı başda olmaqla göndərdi.
Sonqur dialekti
Sonqur dialekti və ya Sunqur şivəsi — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Sonqur dialektini Azərbaycan dilinin dialektlərinin XII qrupuna aid edir. Kirmanşah da danışılır. Sonqur dialekti Qaşqay dili və Aynallu ləhcəsi ilə birlikdə Cənubi Oğuz dilləri qrupuna aid ləhcədir. Azərbaycan dilinin Cənubi Azərbaycan dialektlərinə yaxın olsa da bununla yanaşı türkməncə və xorasan türkcəsi ilə də yaxındır. Bu ləhcədə əsasən Sonqur şəhərində və bölgəyə aid olan iki kənddə, Fərhad-xan və Gurvedə danışılır.
Sonqur şəhristanı
Sonqur şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sonqur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 95,904 nəfər və 23,755 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Tanqut rəvəndi
Rheum tanguticum (lat. Rheum tanguticum) — rəvənd cinsinə aid bitki növü. Rheum palmatum L.- Ovucabənzər Tanqut rəvəndi var. tanguticum Maxim (Tanqut rəvəndi, rəvənd) Çoxillik ot bitkisi olub, hündürlüyü 1,5–2,5m-ə bərabərdir. Gövdəsi düzqalxan zəif budaqlanan, dolğun (4–5 sm diametrli), çılpaq, şirəli, silindrik, daxili içiboş oyuqlu olub, yuxarı hissəsi kiçik şırımlıdır. Kökətrafı yarpaqları iri, yumurtaşəkilli, 5–7 pərli, uzun saplaqlı olub, uzunluğu 1m-ə bərabərdir. Saplağı lətli olub, uzunluğu 30 sm-dir. Gövdə yarpaqları kiçik, növbəli, saplaqlı, yumurtavaridir. Çiçəkləri düzgün, kiçik, yaraşıqsız, düzqalxan, piramidal, çoxçiçəkli olmaqla, süpürgə çiçəkqrupunda toplanmışdır. Çiçək yatağı sadə, tacabənzər, 6 bölümlü, ağımtıl-çəhrayı və ya qırmızı rənglidir.
Tanqut skopoliyası
Tanqut skopoliyası (lat. Scopolia tangutica) — skopoliya cinsinə aid bitki növü.
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Tonqan dili
Tonqa dili (tonqa lea faka-Tonga)- Avstroneziya dillərinə aid olan və Tonqada danışılan dildir.Təxminən 220.000 nəfər bu dildə danışırlar və Tonqanın milli dilidir.
Tonqli Panuve
Tunqus meteoriti
Tunqus meteoriti — 30 iyun 1908-ci ildə Podkamennaya Tunquska çayı hövzəsinə düşmüş nəhəng meteorit. Bu zaman parlaq işıq saçan bolid müşahidə edilmiş, onun partlayışı 1000 km-dən böyük məsafədə eşidilmişdir. Partlayışı nəticəsində Yer kürəsinin bir çox məntəqəsində seysmik və hava dalğaları qeydə alınmış, atmosferə külli miqdarda meteorit maddəsinin tozlanması nəticəsində Avropada bir neçə gün anomal işıqlı gecələr müşahidə olunmuşdur. SSRİ EA meteoritlər üzrə komitəsi, sonralar isə SSRİ EA Sibir bölməsinin meteoritlər və kosmik toz üzrə komisiyası Tunqus meteoritinin düşdüyü əraziyə dəfələrlə ekspedisiyalar təşkil etmişdir. Подкаменная Тунгуска, 1908 год. "Тунгусский метеорит".