Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tatar
Kəndlər Tatar (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Tatar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Tatar (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd.Digər Tatarlar — Tatarıstanda yaşayan türk xalqı. Tatar dili — tatarların milli dili, Rusiyada yayılmasına görə rus dilindən sonra ikinci dil. Krım tatarları - Kramda yaşayan türk xalqı. Kırımtatar dili — Kırım tatarlarının ana dili. Tatar (Kəbirli) — Qarabağ xanlığının Kəbirli mahalında oba.
Tudar
Tudar — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Tudar kəndi Ağdərə kənd Sovetinin tərkibinə verilmişdir.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədi ilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Tutak
Tutak (türk. Tutak) — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən Ağrı ilində bir ilçə. Yüksək dağlarla əhatə olunmuş və Murad çayı ilə suvarılan kiçik bir düzənlikdə, Ağrı şəhərindən Patnos ilçəsinə gedən yolda yerləşir. 1562 km² ərazini əhatə edir və hündürlüyü 1535 metrdir. == Əhali == Əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 34 812 nəfərdir, onlardan 7170 nəfəri Tutak şəhərində, əksəriyyəti isə ətraf kəndlərdə yaşayır. Bələdiyyə başçısı Fırat Öztürkdür (BDP). === Milli tərkibi === Tutak ilçəsində Azərbaycan türklərinin subetnik qrup olan qarapapaqlar və kürdlər iç-içə yaşayır. İlçə mərkəzində qarapapaq türkləri çoxluqda olsa da, kəndlərdə kürdlər üstünlük təşkil edir. == İqtisadiyyat == Tutak, bu kasıb kənd bölgəsinə məktəblər, xəstəxana və digər əsas imkanlar verən kiçik bir şəhərdir. İlçənin əsas gəlir mənbəyi dağ kənarındakı mal-qaradır.
Ersin Tatar
Ersin Tatar (1960, Nikosiya, Nikosiya rayonu[d]) — kiprli türk iqtisadiyyatçı, siyasətçi, Şimali Kipr Türk Respublikasının prezidenti. 2018–2020-ci illər arasında Milli Birlik Partiyası başqanlığını yerinə yetirmişdir. Bundan əvvəl 2009–2013-cü illərdə maliyyə naziri olaraq çalışmışdır. 2019–2020-ci illərdə Tatar hökumətinin rəhbəri olaraq baş nazirlik etmişdir. 2020-ci il seçkilərində Milli Birlik Partiyasının namizədi olmuş və 18 oktyabr 2020-ci il tarixində keçirilən ikinci tur seçkilərində prezident seçilmişdir. == İlk illəri və təhsili == Ersin Tatar 7 sentyabr 1960-cı ildə Kiprin paytaxtı Lefkoşada anadan olmuşdur. Atası mühasib və siyasətçi Rüstəm Tatar, anası evdar xanım Canev Tatardır. Köşklüçiftlik ibtidai məktəbindən məzun olduqdan sonra 1971–1974-cü illərdə İngilis Məktəbində təhsil almışdır. 1974 Kipr Sülh Hərəkatından sonra məktəbin cənubda qalmasından sonra təhsilinə İngiltərənın London şəhərinin Forest Məktəbində davam etmişdir. Orta təhsilini də 1979-cu ildə burda bitirmişdir.
Krasnı Xutar
Şıxlı (əvvəlki adı: Krasnı Xutor) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi adlandırılmışdır.
Nur Tatar
Nur Tatar Askari (16 avqust 1992, Van) — Kürd əsilli ilk Türkiyə milli taekvondoçusu. == Həyatı == Nur Tatar 16 avqust 1992-ci ildə Türkiyənin Van bölgəsində anadan olmuşdur. O, Vəli Həydər bəy lisesinin məzunu olmuşdur. İdmançı lisedə oxuduğu müddətdə taekvonda üzrə Türkiyə birinçisi olmuşdur. O ilk medalını 15 yaşında qazanmışdır. Nur Tatar 2 dəfə kiçik yaşlılar arasında keçirilən Avropa çempionatında iştirak etmişdir və Avropa çempionu olmuşdur. Avropada A sinif çempionlarına medalları o təqdim etmişdir. == Karyerası == Rusiyada Sankt-Peterburqda 2010-cu ildə Avropa Taekvondo Çempionatında gümüş və Birləşmiş Krallıqda, Mançestrda 2012-ci ildə keçirilən Taykfando Çempionatında isə qızıl medal qazanmışdır.Ankarada Ankara İllər bankına transfer olmadan əvvəl TSE Spor klubunda Tatar, Cüneyt Gülçək ilə birlikdə işləmişdir. 2012-ci ildə Yaz Olimpiyadasında Türkiyəni təmsil edən komanda da yer alan Andrea St bernard, Paige Mcpherson, Carmen Martona qalib gəlmiş, finalda Kyung Seon Hwang oyamış, ancaq ona uduzaraq gümüş medal əldə etmişdir.2014-cü ildə Avropa Taekvondo Çempionatının yarımfinalında rusiyalı idmançı Anastasiya Baryshnikova 5–4 hesabı ilə uduzaraq bürünc medal qazanmışdır.Tatar 2014-cü ilin avqust ayında Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən verilən açıqlamaya görə "16 qızıl medal sahiblərindən" biri də o olmuşdur.
Tatar (Cəbrayıl)
Tatar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sirik kənd Sovetindən Tatar kəndi Xələfli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonim özündə türk tayfalarından olan tatarların adını əks etdirir. Erkən orta əsrlərə aid Orxon-Yenisey yazılı abidələrində də tatarların adı çəkilir. Tatar etnonimi ilk dəfə VI-IX əsrlərdə Baykal gölündən cənub-şərqdə köçəri həyat sürən monqol tayfalan arasında qeydə alınmışdır. XIII əsrdə monqol işğalları dövründə tatarların adı avropalılara da məlum oldu. Həmin bu dövrdən başlayaraq monqol işğalları zamanı Azərbaycana gəlmiş tatarlann bir qismi burada məskunlaşdılar. Monqol tarixinin tədqiqatçısı Rəşid-əd-Din monqol yürüşlərində türkdilli tayfaların iştirakından danışarkən Qafqazda tatar etnoniminin iştirakı ilə 14 toponim qeyd edir.
Tatar (Maku)
Tatar (fars. تاتار‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (7 ailə).
Tatar (Qubadlı)
Tatar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Tatar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Tatar kəndi Xocahan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tatar kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Oykonim özündə türk tayfalarından olan tatarların adını əks etdirir. Erkən orta əsrlərə aid Orxon-Yenisey yazılı abidələrində də tatarların adı çəkilir. Tatar etnonimi ilk dəfə VI-IX əsrlərdə Baykal gölündən cənub-şərqində köçəri həyat sürən monqol tayfalan arasında qeydə alınmışdır. XIII əsrdə monqol işğalları dövründə tatarların adı avropalılara da məlum oldu. Həmin bu dövrdən başlayaraq monqol işğal Ian zamanı Azərbaycana gəlmiş tatarlann bir qismi burada məskunlaşdılar. Monqol tarixinin tədqiqatçısı Rəşid-əd-Din monqol yürüşlərində türkdilli tayfaların iştirakından danışarkən Qafqazda tatar etnoniminin iştirakı ile 14 toponim qeyd edir.
Tatar (Zəngilan)
Tatar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Tatar kəndi dağətəyi ərazidədir. Keçmış adı Kosakan Tatar olmuşdur. Əhali arasında Tatar Kosalar, Əhmədbəy Tatar da adlanır. Yaşayış məntəqəsini XIX əsrdə Qubadlı rayonunun Tatar kəndindən gəlmiş ailələr Kosakan adlı kəndin ərazisində məskunlaşaraq salmışdılar. Bu kəndin əvvəlki sakinləri isə vaxtilə Cənubi Azərbaycan ərazisinə köçərək orada məskunlaşmışlar. Oykonim qədim türk dillərindəki kosak (bağlanmış, birləşmış) sözlərindən və -an (yer, məkan) şəkilçisindən düzəlib, insanların oturaq həyata keçməsi ilə əlaqədar yaranmışdır. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhali == 1886 - cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 2-ci Zəngilan kənd dairəsi, Tatar kəndində 75 tüstü və 345 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə - "tatarlar").
Tatar ağcaqayını
== Təbii yayılması == Rusiyanın Avrоpa hissəsinin mеşə-çöl zоnasında, Qafqazda, Qərbi Avrоpanın cənub-şərqində, Balkanda, İranda, Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 9 m-ə qədər оlan, gеniş оvalşəkilli çətirə malik iri kоl və ya kiçik ağacdır. Gövdəsinin qabığı hamar, tünd bоz və ya qara rəngdə оlub, qırmızımtıl və ya qəhvəyi rəngli cavan budaqlara malikdir. Tumurcuqları yumurtaşəkilli və ya yumru, uzunluğu 4 mm-ə qədərdir, tumurcuq pulcuğu qırmızı-qоnur, kənarları ağ tüklüdür. Yarpaqları yumurtavari, еnli yumurtavari və dairəvi оlub, 6-10 sm uzunluqda, 3-7 sm еnindədir. Yarpaq ayasının üst səthi tünd-yaşıl, alt səthi bir qədər açıqdır, damar bоyu tükcüklərlə örtülüdür, qaidəsi ürəkvari və ya dairəvi, üçdilimlidir. Çiçəkləri ağ və ətirlidir, salхım çiçək qrupuna yığılmışdır. Çiçək qrupu 5-7 sm uzunluğunda, vəziciklərlə örtülü saplaqlı başcıqlardır. May-iyun aylarında çiçəkləyir. Qanadlı mеyvələri 3-4 sm uzunluqda, çılpaq və ya tükcüklərlə örtülüdür, sеntyabrda yеtişir.
Tatar boğazı
Tatar boğazı - Avrasiya materikini Saxalin adasından ayırır. Oxot dənizinı isə Yapon dənizi ilə birləşdirir. Boğazın sularında Amur limanı yerləşir və üstəlik boğazı Saxalin körfəzinin suları yuyur. Yaponiyada Mamiya Rinzonun şərəfinə Mamiya boğazı (間宮海峡, Mamiya kaykyo) kimi tanınır. == Coğrafiyası == Uzunluğu 663 km, eni isə cənubda 324 km, simalda 40 km təşkil edir. Ən dar yeri 7,5 km-dir. Boğaz Yapon dənizinin ən soyuq hissəsiidir. Belə ki dənizin donan hissəsinin 90% buranın payına düşür. Boğaz cənub hissədə 40-80 gün, şimalda isə 140-170 gün buzla örtülü olur. Buz örtüyünün qalılığı isə 1,5 m catır.
Tatar damotu
Tatar damotu (lat. Leonurus tataricus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Tatar dili
Таtar dili (tatar. татар теле / tatar tele, татарча / tatarça) — tatarların milli dili, Rusiya Federasiyasının Tatarıstan Respublikasının dövlət dili, yayılmasına görə Rusiyada rus dilindən sonra ən yayqın ikinci dil. Türk dillərinin qıpçaq qrupunun Volqaboyu-qıpçaq yarımqrupuna aiddir. Leksikasına görə daha çox başqırd, qazax, noqay və nisbətən qaraqalpaq, qaraçay-balkar, qumuq, özbək, azərbaycan və türk dillərinə yaxındır. == İstinadlar == == Ədəbiyyat == Ахатов Г.Х.. Язык сибирских татар. Фонетические особенности (монография). Уфа, 1960. Ахатов Г.Х. Диалект западносибирских татар (монография). Уфа, 1963.
Tatar doqquzdonu
Tatar doqquzdonu (lat. Lonicera tatarica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Sibirdə, Orta Asiya dağlarında, Tyan-Şanda, Altada bitir. == Botaniki təsviri == Hündürlüyü 1,5-2,5 m-ə qədər olan koldur. Gövdəsinin qabığı bozumtul rəngdə olub, tədricən soyulur. Cavan zoğları hamar, sarımtıl-qonur rənglidir, zoğun ucunda yumurtavari, qarşı-qarşıya yerləşmiş tumurcuqları olur. Yarpaqları 6 sm uzunluqda və 3 sm enində olmaqla yumurtavarı və ya neştərvarı formalıdır, ucdan sivriləşmiş, bəzi hallarda iridir, yarpaq qoltuğunda cüt-cüt yerləşir, ləçəkləri ağ və ya tünd çəhrayı rənglidir. Meyvəsi 7 mm diametrində, qırmızı və ya sarımtıl rəngli, kürəvidir, avqust ayında yetişir, acıdır, yeyilmir, budaqlar üzərində cüt-cüt sərbəst və ya azacıq bitişik halda olur. == Ekologiyası == Təbii halda meşə-çöl zonasında, çay vadilərində, qayalarda, meşə yaruslarında kölgəli ərazilərdə bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda, Kür-Araz ovalığında və Cənub böıgəsində rast gəlinir.
Tatar iksiolirionu
Tatar ixsiolirionu (İxiolirion tataricum (Pall.) Schult.et Schult.fil. (ixiolirion montanum (Lasill) Herbert.) ya da xiyar gülü- İksiolirionkimilər fəsiləsinə aid bitki növüdür. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –VU A2c+3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri: == 15—25 mm hündürlüyündə soğanağı olan çoxillik ot bitkisidir. 9-12 (17) mm enində, ovalşəkillidir. Gövdə 35(45) sm-dir. Yarpaqları dar xətvari, çiçəkləri, seyrək, salxım və qalxançiçək qrupunda toplanmışdır. Çiçəkyanlığı 6 bölümlü, uzunsov qıfşəkilli, mavi və ya göydür. Çiçəkyanlığı hissələri 3—4 sm uzunluğunda, üçdamarlı, 3 xarici hissə qısa olub, sivriləşmiş, daxildəkilər bir qədər kütdür.
Tatar ixsilerionu
Tatar ixsilirionu
Tatar mətbəxi
Tatar mətbəxi (tatar. Татар милли ризыклары, Tatar milli rizıkları)— Türk xalqlarından biri olan Tatarların ənənəvi yeməkləri. == Tarix == Ataları qıpçaq və idil bolqar olan İdil tatarlarının ənənəvi mətbəxidir. İdil (Volqa) tatarlarının mətbəxi öz mənşəyini əvvəllər köçəri olmuş, ancaq təxminən 1500 il öncə əkinçiliyə keçmiş və yerli əkinçilik toplumlarına assimilyasiya edilmiş İdil Bolqarlarının mətbəxindən götürür. Tatar mətbəxindən təsirlənən yaxınlıqdakı əsas mətbəxlər Rus , Mari və Udmurt mətbəxləridir. Tatar mətbəxi Orta Asiya xalqlarının , xüsusən də özbəklərin mətbəxlərinin izlərini daşıyır. Tatarlar uzun müddət rus mətbəxinin bir çox elementləri ilə tanış olublar. Bununla birlikdə, kulinariya təsirləri və məhsulların daha çox şaxələndirilməsi Tatar mətbəxinin əsas etnik xüsusiyyətlərini dəyişdirmədi, əksinə daha zəngin bir müxtəliflik yaratdı. Tatar mətbəxinin formalaşmasında coğrafiya və təbiət önəmli rol oynadı. Tatarların iki coğrafi bölgəsinin sərhədində (quzey ormanlarında və güney çöllərində) və eyni zamanda iki böyük çay İdil (Volqa) və Kama hövzələrində aparılan alış-veriş fəaliyyətinin təsiri ilə ölkənin mətbəxi önəmli dərəcədə zənginləşmişdir.
Tatar qarabaşağı
Tatar qarabaşağı (lat. Fagopyrum tataricum) — qarabaşaq cinsinə aid bitki növü. == Sinonim == Fagopyrum dentatum Moench Fagopyrum rotundatum Bab. Fagopyrum subdentatum Gilib.
Tatar çatılotu
Tatar çatılotu (lat. Euphrasia pectinata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin çatılotu cinsinə aid bitki növü.
Tatar çayırçiçəyi
Tatar çayırçiçəyi (lat. Aster tataricus) — çayırçiçəyi cinsinə aid bitki növü.
Tumar kəndi
Tumar kəndi (Takab)
Turar Rıskulov
Turar Rıskulov (26 dekabr 1894, Vernı qəzası[d], Yeddisu vilayəti, Rusiya imperiyası – 10 fevral 1938, Moskva) — qazax ictimai-siyasi xadim, Türkistan Muxtar Sovet Sosialist Respublikasının səhiyyə naziri, Türkistan Muxtar Sovet Sosialist Respublikasının sədri. == Həyatı == Turar 1894-cü il dekabrın 26-da Semreç vilayətinin Besaqaş aulunda Dulat tayfasından olan Rıskul Jılkaydar ulunun, yəni Jılkaydar oğlunun ailəsində dünyaya göz açmışdır. Turarın atası Rıskul Jılkaydar ulu haqqını tələb etdiyinə görə onun hərəkatını hökumətə qarşı çıxmaq kimi qiymətləndiriblər. 1904-cü ildə onu 10 illiyə Sibirə sürgünə etmişlər.Aulda molla yanında ibtidai təhsilini başa vurduqdan sonra onu 1907-ci ildə Merke qəsəbəsindəki rus-tuzem məktəbinə göndərirlər. Bu məktəbin proqramı bizlərdə rus-tatar məktəbi kimi tanınan təhsil ocaqlarının proqramı ilə eyni idi. Üç il burada oxuduqdan sonra Turar Rıskulov indi Biştek kimi tanınan Pişpek şəhərinə yollanır. 1914-cü ildə Pişpek şəhərindəki kənd təsərrüfatı məktəbini bitirdikdən sonra Daşkənd şəhərində işləməyə gəlir.1938-ci il fevralın 10-da Turar Rıskulovu da Moskva vila-yətindəki Kaluqa şossesinin 25 kilometirliyində, DTK-nin (KQB) "Kommunarka" adlandırdığı yerdə güllələnmişdir. Turar Rıskulovun həbsindən sonra 26 yaşlı xanımı Əzizəni, 20 yaşıl qayını Şamili, 50 yaşlı qaynanası Arifəni də cəsusluqda suçlayıb həbsxanalara göndəririlr.Turar Rıskulov 1956-cı ildə bəraət alır. == Xatirəsi == Onun adının əbədiləşdirilməsi üçün Qazaxıstandakı Qazax İqtisad Universitetinə, bir rayona, ölkənin bir çox şəhərində küçələrə onun adı verilmiş, əsərləri çap edilmişdir. == Yaradıcılığı == Мусбюро РКП(б) в Туркестане.
Lutra lutra
Adi susamuru (lat. Lutra lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. == Qısa təsviri == Böyük fərdin bədəninin uzunluğu 60–90 sm, quyruğunun uzunluğu 50 sm, çəkisi isə 6–10 kq-dır. Dişi fərdlər erkəkdən daha kiçikdir. Bədənin quruluşu uzunsov, elastik və hərəkətlidir. Başı böyük deyil, yuxarıdan aşağıya doğru yastı formalı və yumrudur. Boyun hissəsi qısa, qulaqları girdə və zəif görünür. Gözləri iridir. İri olmayan dırnaqlara və barmaqlararası bağları sıx olan qısa ayaqlara malikdir. Tük örtüyü tünd qəhvəyi rəngdədir, çox sıx və bədən boyunca bərabər yayılmışdır.