Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tuva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. == Coğrafiya == Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Tuva (dəqiqləşdirmə)
Tuva — Tuva Xalq Respublikası — Tuva — İsmayıllı rayonunda palçıq vulkanı. Tuva — Qobustan rayonu ərazisində dağ. Hündürlüyü 690 m.
Tuva dili
Tıva dili — Tıva dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur. Təqribən 264 min nəfər bu dildə danışır. Dilin kodu tyv-dir (ISO 639).
Tuva mətbəxi
Tuva mətbəxi— Türk xalqlarından biri olan Tuvaların ənənəvi yeməkləri. Tuva mətbəxi mal-qara saxlamaq və köçəri yaşayış tərzi ilə sıx əlaqəsi var. Tuva mətbəxi ət yeməkləri və ağartı məhsulları ilə zəngindir. Yeməklərin çoxu Orta Asiya və Monqol yeməklərinə bənzəyir. == Məhsullar == Tuvalar arasında, ət yeməklərinin hazırlaması üçün daha çox quzu, keçi və sığır ətindən istifadə olunur. Eləcə nadir hallarda at əti və tarbaqan ətidə işlədilir. Öküz və şimal maralı ətidə tuvaların yaşadığı bəzi yerlərdə işə gəlir. Süd məhsulları üçün inək südü ən çox, daha az keçi və at südündən istifadə edilir, ancaq xüsusi bir əkinçilik növünün xarakterik olduğu bəzi yerlərdə dəvə və maral südü istifadə olunur . Çiy süd yeyilmir, ancaq mayalanır. İstisna olaraq çiy süzülmüş südün qaynar suya əlavə edildiyi və qaynadıldığı zaman südlə çay tökülməsi hallarıdır.
Tuva tarixi
Tuva tarixi— Tıvanın və Tuva Xalq Respublikasının keçmişi. == Tarixi == Tuva ərazisində erkən orta əsrlərə aid arxeoloji obyektlərdə S.İ.Vaynşteyn və L.R. Kızlasovun qazıntıları da qeyd olunmalıdır. Bu qazıntılar zamanı Dağlıq Altayda eramızın I minilliyinə dair çoxlu maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Arxeoloji qazıntılar əsasında L.R. Kızlasov tuvaların erkən orta əsrlər tarixini yazmışdır. Orta əsrlərdə Avrasiyanın mədəni-siyasi həyatında mühüm rol oynamış türklər (göytürklər), kimaklar (V.V.Bartolda görə kaymaklar), karluklar, xakaslar, uyğurlar, bulqarlar, peçeneqlər, xəzərlər və b. tarixi də arxeoloji materiallarda əks olunmuşdur. Bu xalqlara aid abidələr L.R. Kızlasov, S.A. Pletnyova, V.A. Moqilnikov və b. arxeoloqlar tərəfındən öyrənilmişdir.1207-ci ildə Tuva, Çingiz xan dövründə Monqol dövləti tərəfindən işğal edilmişdir. “Monqolların gizli tarixi” adlı tarixi əsərə görə Tuba, Tubas şəklində şimal-qərbdə, Xanqhaslar ilə birlikdə yaşayan bir Türk xalqıdır. Çingiz xanın oğlu Coçi, Oyrat, Buryat, Barhun, Ursut, Habhanas, Hakas və Tubaları monqollara bağlamışdır.
Tuva vadisi
Tuva vadisi (ərəb. الوادي المقدس طوى‎) (ing. Valley of Tuwa, Vale of Tuwa, Valley Tuwa) Misirdə Sinay yarımadasında yerləşən Quranda iki yerdə yaxşı xatırlanan müqəddəs bir vadidir. == Mənası == Tuva: Bu ya bir vadinin xüsusi adıdır, ya da "Gecənin sonrakı vaxtı" mənasındadır. (Təfsirçilərin çoxu "Tuva" sözünün bir vadi adı olduğunu bildirmişdirlər. Tuva vadisi iki dəfə müqəddəs ad kimi xatırlanmışdır; birincisi, Allahın Musa ilə yanan ağacla burada danışanda, digəri, Musa Qədim Misirdən çıxandan sonra bu vadiyə gələndə baş vermişdir. == Yerləşdiyi ərazi == Misirin Sinay yarımadasının cənubundakı Sinay dağında (Tur-i Sina) yerləşir. == Müqəddəsliyi == Tövhidi dinlər (Yəhudilik, Xristianlıq, İslam) tərəfindən müqəddəs sayılır. == Quranda bəhs edilən ayələr == Tuva vadisindən Quranda iki yerde bəhs edilir. Taha surəsinin XII ayəsində və Naziat surəsinin XVI ayəsində bəhs edilir.
Tuva Mədəniyyət Mərkəzi
Tuva Mədəniyyət Mərkəzi (tam adı: TƏMSİM "Tuvanın Ənənəvi Mədəniyyət və Sənətlərinin İnkişafı Mərkəzi"), Rusiyanın Tuva Respublikasının paytaxtı Kızıl şəhərində, Mədəniyyət Nazirliyinə tabe olan bir Mədəniyyət Sarayıdır. respublika. Mərkəz, bu tip iki əsas regional məkandan biri olan Rus Mədəniyyəti Mərkəzi ilə yanaşı ənənəvi mədəniyyətin qorunması və təqdimatı üçün tədbirlər təşkil etməsi ilə məşhurdur . == Tarixi == Tuva Mədəniyyət Mərkəzi xalqın təşəbbüsü ilə yaradılmışdır. Kongar-ool Ondarın irsinin qorunması və daha da zəngin mədəni irsin inkişafı məqsədi ilə qurulmuşdur. Mərkəzin önündə Ondarın heykəli də istifadədədir. Mərkəzin açılışı 2008-ci ildə olmuşdur və 2012-ci ildə respublika muzeyinin köhnə binasının yerində tikilmiş yeni binaya köçmüşdür. Muzey üçün, öz növbəsində, yeni bir bina tikildi və köhnə, böyük tarixi dəyərə malik olmasına baxmayaraq, xüsusən Tuvanın Sovet Rusiyasına daxil olması barədə qərarın imzalanması səbəbiylə yıxıldı. Həddindən artıq dağıntı və yerinə mədəniyyət mərkəzinin binası qoyulmuşdur . “Başqa bir baxış da var idi - taleyüklü qərarların verildiyi tarixi binanı qorumaq, xüsusən Tuvanın SSRİ-yə girməsi haqqında Bəyannamə.
Tuva Respublikasının Ordeni
Tıva Respublikasının Ordeni — Tıva Respublikasının ən yüksək dövlət mükafatı. Tıva Respublikasının 24 dekabr 1992-ci il tarixli 388 saylı "Tıva Respublikasının dövlət mükafatları haqqında" qanunu ilə təsis edilmişdir. == Ordenin statusu == Tıva Respublikası ordeni respublikanın sənaye, ictimai fəaliyyətində, sosial və mədəni inkişafında, dostluğun və beynəlxalq təhsilin möhkəmləndirilməsində, təhlükəsizliyinin təmin edilməsində, vətəndaşların həyatı və sağlamlığının qorunmasında xüsusi xidmətlərinə görə Tıva Respublikasının ən yüksək dövlət mükafatıdır. Respublika qarşısında xidmətləri olan, onun təhlükəsizliyi uğrunda fəaliyyət göstərən şəxslərə təqdim edilir.Tıva Respublikasının ordeni ilə Rusiya Federasiyasının vətəndaşları və eləcə də xarici vətəndaşlar təltif edilir. Tıva Respublikasının ordeni ilə təltif edilmə aşağıdakı hallarda həyata keçirilir: sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, ticarət və xalq təsərrüfatının digər sahələrində, eləcə də dövlət-kooperativ, sahibkarlıq, fermer və arat fəaliyyətinin inkişafında böyük nailiyyətlərə görə; elm, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində, hüquq qaydasının, qanunların və təhlükəsizliyin təmin edilməsində xüsusi xidmətlərinə, böyüməkdə olan nəslin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə, yüksək ixtisaslı kadrların hazırlanmasına, əhaliyə tibbi xidmət göstərilməsinə, bədən tərbiyəsi və idmanın inkişafına görə; MDB və digər dövlətlərin respublikaları ilə hərtərəfli dostluq, iqtisadi, elmi-texniki və mədəni əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində fəal fəaliyyətinə görə; xüsusilə səmərəli dövlət və ictimai fəaliyyətə görə; respublika qarşısında digər xüsusi görkəmli xidmətlərinə görə.Tıva Respublikası ordeni, əmək kollektivlərinin, bələdiyyələrin nümayəndə orqanlarının, idarə, nazirliklərin, habelə ictimai təşkilatların tövsiyəsi ilə Tuva Respublikası Hökuməti Başçısının Fərmanı ilə verilir. Orden ilə təltif olunmuş təşkilatların rəhbərləri ordenin saxlandığı yerləri, onun mühafizəsini və təşkilatın işçilərinin onunla tanış olma imkanlarını müəyyən edirlər. Tıva Respublikası ordeni alan şəxs yenidən mükafatlandırıla bilər. Tıva Respublikası ordeni ilə təltif olunan şəxsə respublika büdcəsindən 50.000 rubl məbləğində birdəfəlik pul mükafatı verilir. Tıva Respublikası ordeni ilə təltif edilmiş şəxsə orden üçün sertifikat verilir. Tıva Respublikasının ordeni döşün sol tərəfinə vurulur və Rusiya Federasiyasının və SSRİ-nin dövlət mükafatlarından sonra gəlir.
Tuva Respublikasının himni
Men — Tıva Men (Mən tıvayam / Mən tıvalıyam) (tıvaca: Мен — Тыва Мен; rusca: Я — Тувинец, Ya tuvinets) Tıva Respublikasının himni. Yazıçısı Olonbayar Qantomir, bəstəkarı Bayantsaqaan Ooxiydir.Tıva Respublikasının Böyük Xuralı (parlamenti) tərəfindən rəsmi olaraq qəbul edilmişdir, və respublikanın köhnə himni olan Tooruktuğ Dolqay Tañdım himnini 11 avqust 2011-ci il tarixindən etibarən əvəz etmişdir.
Tuva Xalq Respublikası
Tuva Xalq Respublikası (Latınça — tıva Тьʙа Arat Respuʙlik, kirilçə — tıva Тыва Арат Республик) — müstəqilliyi yalnız SSRİ (1924) və Monqolustan Xalq Respublikası (1926) tərəfindən tanınmış dövlət. Dövlət Cənubi Sibir ərazisində 1921–1944 illə mövcud olmuşdur. 1921–1926-cı illərdə rəsmi olaraq Tannu-Tuva adlanırdı. Çin tərəfindən tanınmamış və beynəlxalq aləm tərəfindən Çinin ərazisi olaraq qiymətləndirilirdi. 1944-cü ildə isə SSRİ-nin tərkibinə daxil edilərək Tuva muxtar vilayətinə çevrilmişdir (RFSF-in tərkib hissəsi) == Tarixi == === Yaradılması === Dövlət Rusiya imperiyasının protektoratlığında olan Uryanxayski diyarı ərazisində formalaşmışdır. 1917-ci ilin mart ayında Fevral inqilabından sonra Uryanxayski diyarı ərazisində sürətli şəkildə sovetləşmə həyata keçirilirdi. 11 iyun 1918-ci ildə diyarın rus əhalisinin V qurultayı, ardından 13 iyulda isə Tuva xalqının qurultayı çağrılır. Diyar sovet deputatlarının qaşısında duran məsələ Uryanxay diyarının müqəddəratının müəyyət edilməsi olur. 18 iyun 1918-ci ildə isə rus və tuva qurultay iştirakçılarının görüşü təşkil edilir. Burada Diyarın öz müqəddaratını həll etməsi, rus və tuva xalqları arasında qarşılıqlı anlaşma, dostluq haqqında müqavilə imzalanır.
Tuva Milli Musiqi və Dram Teatrı
Viktor Kok-ool adına Tuva Milli Musiqi və Dram Teatrı (rus. Тувинский национальный музыкально-драматический театр имени В. Кок-оола, tıva В. Ш. Көк-оол аттыг национал хөгжүм-шии театры) 1936-cı ildə təsis edilmişdir.Teatr Tuva aktyoru və RSFSR-in əməkdar artisti Viktor Şoqjapoviç Kok-oolun adını daşıyır. == Tarixi == Teatr studiyasının əsasında yaradılmışdır. Studiyanın özü 1936-cı ildə Viktor Kok-oolun "Xayıran bot" pyesi əsasında hazırlanmış tamaşa ilə açılmışdır. Studiyanı açma qərarı Tuva Xalq Respublikasının Kiçik Xuralı tərəfindən qəbul edilmişdir. 1944-cü ildə Tuva SSRİ-nin tərkibinə daxil oldu, 1945-ci ildə isə Milli Teatr yaradıldı. 1947-ci ildə teatr nəznində rus truppası yaradıldı. 1950-ci ildə teatrda aktyorluq studiyası açıldı. 1958-ci ildə teatr musiqi və drama teatrına çevrildi.1986-cı ildə teatr "Şərəf nişanı" ordeni ilə təltif edildi.Müxtəlif illər ərzində teatrdakı quruluşlara İvan Zabrodin, Siin-ool Öyün, Kadr-ool Saqdyı, İrina Lopsan rəhbərlik edirdi. Akira Kurosavanın "Dersu Uzala" filmində baş rolda oynayan Maksim Munzuk teatr truppasının üzvü idi, həmçinin aktrisalar və müğənnilər və RSFSR xalq artistləri Kara-Kıs Munzuk və Xurqulek Konqar teatrda işləmişdilər.
Toju tuvalıları
Toju tuvalıları və ya Toju tuvalar (tuvaca: Тугалар Tugalar ya da Тухалар Tuhalar) – Rusiya Federasiyasının Tuva Respublikasının şimal-şərq bölgəsindəki Toju kojuununda yaşayan türk xalqlarından tuvalıların bir boyu. == Əhali == Tuvada ortalama 4000-dən çox saya sahibdirlər: Kunqurtuq beldesi – 1785 nəfər Adırkejik kəndi – 1096 nəfər İy beldesi – 1077 nəfər Sıstıq-Hem beldesi – 155 nəfər Çazılar beldesi – 119 nəfər == Tarix == Hal-hazırda Toju tuvalılarının yaşadığı Tovu kojuununda qədimdə Samoyed xalqları ilə Yenisey dillərini danışan xalqlar yaşayırdı və bunları bir qismi Tuva adı altında türkləşmişdir. == Dil == Toju tyvalılarının dili Sayan dil qrupunun Tayqa alt qrupuna aid Tuva dilinin şərq ləhcələri qrupuna aiddir. Onların dilləri İrkutsk oblastındakı tofalar ilə Monqolustandakı duxalar və Buryatiyadakı soyotların dillərinə yaxındır. == Ədəbiyyat == Toju tuvalıları ədəbiyyatının şifahi nümunələri arasında dastanlar, nağıllar, mahnılar, atalar sözləri və məsəllər vardır. Şerləri dəyişik növlərdədir. Tuva musiqisi epikdir. == İqtisadiyyat == Tovu tuvalıları digər qərb və mərkəzi tuvalıların əksinə tayqada yaşayırlar və burada şimal maralı təsərrüfatı ilə məşğul olurlar. Bununla yanaşı, ovçuluq, balıqçılıq və yabani bitki toplayıcılığı da edirlər. Toju tuvalılarının qadınları sarana adı verilən Türk zambağı soğanlarını da toplayırlar və bu toplama ailə başına 100 kq və ya da daha çox olur.
Tuvalar
Tuvalar/Tıvalar və ya Tuvalılar/Tıvalılar (tıvaca: Тывалар, Tıvalar) — Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər. Tubalar, tocinlər və urianxaylar tuvaların etnik qruplarıdır. Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolustanın şimal-qərb oymaqlarında (Rusiya və Tıvayla olan sərhəd bölgələrində), və az sayda Çinin Şincan Uyğur Muxtar Rayonunun şimal qismində yaşayırlar.
Tuvalu
Tuvalu — Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil, ancaq ölkənin yaxınlığında Kiribati, Fici və Samoa adaları yerləşir. Tuvalu dünyada Vatikan, Monako və Naurudan sonra dünyanın ən kiçik ölkəsidir. Ölkənin cəmi 25,9 kv km ərazisi vardır. Vatikandan sonra isə ən az əhalisi olan ikinci müstəqil dövlətdir. Eyni zamanda Tuvalu BMT-nin üzvüləri arasında ən az əhaliyə malikdir. 1978-ci ilin 1 yanvar tarixində Böyük Britaniyadan öz müstəqilliyi qazandıqdan sonra Tuvalu əsasən turizm sahəsini inkişaf etdirməyə başlamışdır. Qlobal istiləşmə son illər ölkənin su altında qalma ehtimalını artırmışdır. Paytaxt Funafuti dəniz səviyyəsindən cəmi 5 metr yüksəkdə yerləşməsi vəziyyəti daha da gərginləşdirmişdir.
Tuvalu 2012 Yay Olimpiya Oyunlarında
Tuvalu — 2012-cı ildə Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında. 27 iyul və 12 avqust tarixləri arasında Böyük Britaniyanın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında Tuvalu yığması, üç yüngül atlet ilə təmsil olundu. Onlardan ikisi, 100 metr məsafəyə qaçış yarışlarında çıxış etmiş Tavevele Noa, qapanış mərasimində Tuvalu yığmasının bayraqdarı olan Asenate Manoa və ağırlıqqaldıran Tuau Lapua Lapua idi. Qəbul edilən standartlara cavab vermədikləri üçün, hər üç atlet turnir kartı yerlərində iştirak etmişdir. Lapua açılış mərasimində Tuvalu yığmasının bayraqdarı idi. Tuvalu yığmasının qapanış mərasimindəki bayraqdarı isə, Asenate Manoa idi. Noa və Manoa qadınlar üzrə 100 metrlik qaçışda yeni bir milli rekord yaratdıqlarına baxmayaraq, turnirin ilkin mərhələlərindən keçə bilməmiş, Lapua isə kişilər üzrə yarımyüngül çəkidə (62 kiloqram) ağırlıqqaldırma yarışında 12-ci yeri tutdu. == Ümumi məlumat == 2008 Pekin Olimpiadasında debüt edən Tuvalu üçün London Olimpiadası, sayca qatıldıqı ikinci Olimpiya Oyunları oldu. Tuvalunun Olimpia Oyunlarına göndərdiyi ən çox atlet sayı 3-dür. Əvvəlki yarışda olduğu kimi bu Olimpiya Oyunlarında da, heç bir Tuvalu idmançısı, Olimpiya medalına sahib ola bilmədi.
Tuvalu 2016 Yay Olimpiya Oyunlarında
Tuvalu — 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında. 5-21 avqust tarixləri arasında Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Tuvalu yığması, bir yüngül atlet ilə təmsil olundu. Tuvalu yığmasının bayraqdarı olan Etimoni Timuani, 100 metr məsafəyə qaçış yarışlarında çıxış etdi və təsnifat mərhələsindəcə mübarizəni dayandırdı. == Ümumi məlumat == 2008 Pekin Olimpiadasında debüt edən Tuvalu üçün Rio-de-Janeyro Olimpiadası, sayca qatıldıqı üçüncü Olimpiya Oyunları oldu. Bundan əvvəl, Pekində və Londonda baş tutan yarışlarda üç idmançı ilə təmsil olunan Tuvalu, bu səfər yalnızca bir idmançı ilə təmsil olundu. Digər yarışlarda olduğu kimi bu Olimpiya Oyunlarında da, heç bir Tuvalu idmançısı, Olimpiya medalına sahib ola bilmədi. Tuvalunu təmsil edən yeganə idmançı olan 24 yaşlı sprinter Etimoni Timuani, Rio-de-Janeyro Olimpiadasının təntənəli açılış mərasimində Tuvalu bayrağını apardı. Etimoni Timuaniyə Olimpiya Oyunlarına qatılmaq hüququnu, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) wild-cardı icazə verdi. == Nəticələri == === Yüngül atletika === Q = Növbəti mərhələyə vəsiqə qazandı DNF = Kənarlaşdırıldı DNS = YarışmadıXXXI Yay Paralimpiya Oyunlarında yüngül atletika idman növü üzrə yarışlar 12-21 avqust tarixləri arasında Joao Avelanj adına Olimpiya Stadionunda baş tutdu. Tuvalunu bu idman növü üzrə, Etimoni Timuani təmsil etdi.
Tuvalu bayrağı
Tuvalu bayrağı — Tuvalunun Dövlət bayrağı
Tuvan-Tocinlər
Tuvalar/Tıvalar və ya Tuvalılar/Tıvalılar (tıvaca: Тывалар, Tıvalar) — Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər. Tubalar, tocinlər və urianxaylar tuvaların etnik qruplarıdır. Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolustanın şimal-qərb oymaqlarında (Rusiya və Tıvayla olan sərhəd bölgələrində), və az sayda Çinin Şincan Uyğur Muxtar Rayonunun şimal qismində yaşayırlar.
Tuvan - Tocinlər
Tuvalar/Tıvalar və ya Tuvalılar/Tıvalılar (tıvaca: Тывалар, Tıvalar) — Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər. Tubalar, tocinlər və urianxaylar tuvaların etnik qruplarıdır. Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolustanın şimal-qərb oymaqlarında (Rusiya və Tıvayla olan sərhəd bölgələrində), və az sayda Çinin Şincan Uyğur Muxtar Rayonunun şimal qismində yaşayırlar.
Tuvarcievlərin binası (Rostov-na-Donu)
Tuvarcievlərin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Şaumyan küçəsi ev/41 ünvanında yerləşən bina. Bina bir mərtəbədən ibarətdir. Binanın yaşı bir əsrdən çoxdur. Bina öz dövrübün tipin tacir binalarından biri olmuşdir. Bina XIX əsrin sonları inşa edilmişdur. Bursda şəhərdə ilk bilyard yeri olmuşdur. Bina 2016-cı ildə tamamən sökülmüşdür. == Tarixi == === XIX əsrin sonu === XIX əsrin sonlarında inşa edilmişdir. Bu bina haqqınfa ilk məlumat 1894-cü ildə əhlakların üiymətləndirilməsi ilə bağlı dərc olunana sənənddə rast gəlinir. Bina o zaman 67 nömrəli bina kimi tanınırdı.
Suva
Suva (ing. Suva) — Fici dövlətinin paytaxt şəhəridir.
Tava
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Tuba
Tuba − böyük ölçüsü və dərin səsləri ilə xarakterizə edilən bir nəfəsli musiqi alətidir. Şaquli kəmərli boru, üç və ya dörd klapan, geniş konusvari dəlik, fincanşəkilli ağızlıqdan ibarətdir. Tubanın müxtəlif seqmentləri standart texnika ilə işlənmiş misdən hazırlanmışdır. İlk tuba on doqquzuncu əsrin əvvəllərində bas səs gətirmək üçün icad edilmişdir. Tubalar mis külək alətləri kimi tanınan bir alət sinfinə aiddir. Tuba latın sözü olub “Tub” və “Boru” mənasını verir. Amerika Birləşmiş Ştatlarında da tuba çalan şəxs tubaçı ya da tubist kimi tanınır . Böyük Britaniyada adi orkestrdə tuba alətində çalan musiqiçi sadəcə bir tubaçalan kimi tanınır; nəfəsli alətlər orkestrində və ya hərbi orkestrdə tuba alətində çalan musiqiçilər isə basistlər kimi tanınır. == Tarixi == Tubanın tarixi Roma İmperiyasına kimi uzanır. Tubanın inkişafı 19-cu əsrin əvvəllərində başlamışdır.
Tula
Tula — Rusiya Federasiyasında yerləşən şəhər Tula vilayətinə daxildir. Şəhər "Qəhrəman şəhər" (1976-cı ildən) statusuna malikdir. Tula, Orta Rus Dağının şimalında, Upa çayının sahilində, Moskvadan 193 km cənubda yerləşir. Şimaldan cənuba şəhərin uzunluğu 30 km, qərbdən şərqə 25 km. 2014-cü ildə "Rusiyada ən rahat şəhər (kənd) qəsəbəsi" adı uğrunda keçirilən Ümumrusiya müsabiqəsinin nəticələrinə görə Tula "Rusiya Federasiyasının subyektlərinin inzibati mərkəzləri (paytaxtları) olan şəhər yerləri (şəhər rayonları)" kateqoriyasında üçüncü yeri tutdu. Tula ilk dəfə 1146-cı ildə 16-cı əsrin Nikon Salnaməsində xatırlandı. Tula ərazisində 300-dən çox mədəni irs obyekti var: bunlar memarlıq və şəhərsalma, tarix, monumental sənət əsərləri, arxeologiya abidələridir. Tula, şəhərin tarixinə kök salmış üç istiqamətdə məşhurdur: silah anbarı, samovar və zəncəfil çörəyi. Hər biri şəhərdə Rusiyanın ən böyüklərindən biri olan Silahlar Muzeyi, Samovarlar Muzeyi və Tula Gingerbread Muzeyi ilə təmsil olunur. Həm də şəhərin əlamətdar xüsusiyyəti, şəhərin ən qədim binası, XVI əsrin memarlıq abidəsi olan Tula Kremlidir.
Tuna
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Tupa
Firəngotu (lat. Lobelia) — zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Erinus firəngotu, Adi firəngotu (Lobelia erinus L.) Şişman firəngotu (Lobelia inflata L.) Yandırıcı firəngotu (Lobelia urens) == İstinadlar == Firəngotu:The Plant List saytında takson barədə məlumat.
Tura
Tura - türk, çuvaş və altay inancında tanrı, Rəbb mənalarına gəlir. Türə və ya Turı da deyilir. Türk xalq inancındakı və türk tarixindəki özünə xas bir tək tanrı inancıdır. == Tərif və Xüsusiyyətlər == İslamdakı Allah inancı ilə böyük nisbətdə üst-üstə düşən bir anlayışdır. Təkdir. Hər şey ona bağlıdır. Hər şeyə hökm edər. Şəriki yoxdur. Çuvaşçada iştirak edər. Digər türk-monqol dillərində Tanrı anlayışına heç bir zaman təklik daxil edilmir.
Tuya
Tuya (lat. Thuja) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Tıva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. == Coğrafiya == Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Yuva
Yuva — canlılar tərəfindən qurulan və yuxu, yaşayış və bala çıxartmaq üçün nəzərdə tutulan tikili. Canlıların bioloji növündın , yaşayış yerindən və istifadə edilən materialdan asılı olaraq bir-birindən fərqlənə bilər. Yuvalar ağaclarda, çardaq altında və torpaq altında qurula bilər.
Aba Tura
Aba Tura —Qədim türk şəhəri, Aba Tura (müasir Kuznetsk) Kemerevo vilayətində (Rusiya) iri metallurgiya şəhəri. == Tarixi == Tarixən Aba Tura yaşayış məntəqəsi Aba və Kondoma çaylarının Tom çayına töküldüyü yerdə salınmışdır. Aba Turadan vaxtı ilə Yurqa, Taştakol, Abakan şəhərlərinə yol gedirdi. İndi həmin qədim yolla dəmir yolu xətti çəkilmişdir. Rusların Altay ölkəsi ilə tanışlığı XVII əsrdə baş vermişdir. Belə ki, Tom sərkan (voyevoda) yerli xan Ağ Kalmıklarm sultanı Abakla münasibət qura bilmişdir. (Qeyd: ağ kalmıkların digər adı oyrotlardır). 1617-ci ildə kazaklar Aba Turanı tutub, onu hərb qalası kimi möhkəmləndirirlər. Şəhərin adı Aba tayfasının adı ilə bağlıdır. Buranın yerli əhalisi Abalılar sayılırdı.
Amel Tuka
Amel Tuka (bosn. Amel Tuka; 9 yanvar 1991) — Bosniyalı yüngül atlet. 2015 və 2019-cu il dünya çempionatlarının mükafatçısı. 800 metrlik məsafə üzrə ixtisaslaşmışdır. == Bioqrafiyası == Tuka doğma şəhərində yerli yarışlarda qalib gəldikdən sonra Zenica klubunda çıxış etməyə başladı. 2013-cü ildə Amel Tuka Avropa Komanda Çempionatının üçüncü liqasında oynadı. Nəticəsi 1 51.11 oldu. Gənclər arasında Avropa Çempionatında bu göstəricini beş saniyəyə daha da yaxşılaşdırdı və bu nəticə yeni milli rekord oldu (1.46.29). Çempionatdan sonra Bosniyadan İtaliyaya köçdü və Veronanda yeni məşqçi Gianni Gidini ilə məşq etməyə başladı. 2014-cü ildə Avropa çempionatında 800 metr məsafəyə qaçışda səkkizinci oldu −1.46.12.
Aşağı Tuqa
Aşağı Tuqa (çeç. Тlуга) — Çeçenistan Respublikası, İtum-Kali rayonu, Mayst dərəsində yerləşən orta əsrlərə aid qala qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XV–XVI əsrlərə aid edilir. == Tarixi == V.İ.Markovin yazılarında Çeçenistandakı müdafiə qalalarının düzgün xülasəsini verən 1822-ci ilin anonim müəllifindən bəhs edir. Naməlum müəllifin araşdırması 1822-ci ildə "Ruskiy İnvalid" jurnalında dərc olunub. Adolf Berjenin müşahidələri XIX əsrin ortalarına təsadüf edir. Gördüyü bütün qalaların təsvirini vermədən ümumi şəkildə bəhs edir. Bir qədər sonra A.P.İppolitov Şatoy kəndi yaxınlığında iki hərbi qurğunun rəsmlərini dərc etdirir. Lakin Vsevolod Millerin işi ən böyük elmi əhəmiyyətə malik olur. O, Çeçenistan-İnquşetiyanın bir çox memarlıq abidələrini ətraflı təsvir edir.Hələ XIX əsrin I yarısında, Qroznı şəhərindən bir qədər aralıda, Xanqala dərəsində hərbi qala var idi.
Aşina Tuvu
Aşina Tuvu (伊利吐務) — mənbələrdə adı keçən ilk türk yabqusu. Aşina sülaləsinin banisi. == Həyatı == Həyatı haqda heç nə məlum deyil. Öz atasının adı Natulu olub, Böyük Yabqu titulu daşıyırdı. Bumin xaqan və İstəmi xaqanın atası idi.
Böyük Tava
Böyük Tava — Xəzər dənizində yerləşən, Azərbaycana məxsus olan kiçik ada. Dəniz səviyyəsindən −27 metr aşağıda yerləşir. Elə də böyük hündürlüyə malik deyil. Yaxınlığında kiçik adalar vardır (şərqində Koltiş adaları, cənubunda isə Tavaaltı adası). Pirallahından cənub-şərqdə yerləşir. Adanın uzunluğu 550 m, eni isə 180 m təşkil edir. İnzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. == Faunası == Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Xəzər suitilərinə burada rast gəlmək olar.
Tula-Buqa
Tula-Buqa xan - 1287-ci ildə taxta çıxmışdı. 1259-cu ildə Litvanın işğalında iştirak etmiş, 1286-cı ildə Polşa yürüşündən 20.000 əsirlə qayıtmışdı. 1287-ci ildə xan olandan sonra isə Məngü Timurun oğlu Algü ilə birlikdə bir daha Polşaya yürüş etmişdi. Onun dövründə dövlət güclü olsa da əsas hakimiyyət Noğay xanın əlində cəmləşmişdi. 1291-ci ildə Noqay xan onu devirərək taxta Toxtanı gətirdi.