Taatta ulusu
Taatta ulusu (saxa Таатта улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon.
İnzibati mərkəzi Itık-Kyuyol kəndidir.
== Coğrafiyası ==
Ulusun sahəsi 18,8 min km²-dir. Ulus Yakutskın şimal-şərqində, Bayaqa, Tatta, Amqa, Noxu və Aldan çaylarının vadilərində yerləşir. Ulus cənub-qərbdə Çurapçı ulusu; şimal-qərbdən Ust-Aldan ulusu; şimal-şərqdən Tompo ulusu, cənub-şərqdən isə Ust-May ulusu ilə həmsərhəddir.
Itık-Kyuyoldan Yakutskadək məsafə 256 km-dir.
== Tarixi ==
Yakutsk Vilayəti Administrasiyasının jurnalının 8 dekabr 1912-ci il tarixli 716 nömrəli qərarı ilə Yakutsk vilayəti Botrus ulusunu 1913-cü il 1 yanvar tarixindən iki ulusa bölünməsi qərara alınır: Botrus və Taatta. Taatta ulusuna aşağıdakı yaşayış məntəqələri daxil idi: Aldan, Terasinski, 2-ci Joxsoqonski, 1-ci İqideyski, 1-ci Joxsoqonski, Ust-Amqinski, Juleyski, 1-ci Xayaxsıtski, 4-cü Joxsoqonski, 2-ci İqideyski, 3-cü Joxsoqonski və Kyunyay. Taatta rayonu 25 mart 1930-cu ildə qurulmuşdur. Müasir adını Yakutiya Muxtar Sovet Sosialist Respublikası Ali Şurası Rəyasət Heyətinin 1990-cı il 19 mart tarixli keçmiş Alekseevski mahalının Taatta ulusu adlandırılması haqqında qərarından sonra almışdır.