Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
UFC
UFC (tam adı: Ultimate Fighting Championship) — tərcümədə "son hədd mübarizə çempionatı" deməkdir. == Tarixi == UFC qarışıq döyüş növlərinin ilk beynəlxalq çempionat kimi 12 noyabr 1993-cü ildə yaradılmışdır. Çempionatın təşkilatçısı Dana Whitedir. Yarışlar ABŞ-nin Las-Veqas şəhərində keçirilir. Bu günə qədər bir çox idmançılar bu çempionatda güclərin sınayıblar və qalib olublar, bunlara misal olaraq məşhur Ciu-citsu döyüşçüləri yetirən Qreysi ailəsinin nümayəndəsi Roys Qreysi, Ken Şemrok, Anderson Silva, Corc Sen-Pier, Joze Aldu, Dominik Kruz və s. kimi göstərmək olar. Bu çempionatda da başqa idman yarışlarında olduğu kimi idmançılar öz çəkilərindəki idmançılarla döyüşürlər (120 kq, 93 kq, 84 kq, 77 kq, 70 kq, 66 kq, 61kq). Döyüşlər qəfəsdə keçirilir və bu qəfəs 8 künclü olur. Çempionatı hakimlər idarə edir, tanınmış hakimlərdən biri də Con Makkartidir. Döyüş başlamışda hakim idmançılara qadağan olunmuş zərbələri və qadağan olunmuş yerlərə zərbə vurulmamağı başa salır və kənar şəxslər qəfəsdən xaric olduqdan sonra döyüşə başlamaq əmriin (fight) verir.
UFO
Uçan naməlum obyektlər (abbr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. == Üzən naməlum obyektlər == Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Arxeologiya və Etnoqrafiya Muzeyi (Ufa)
Arxeologiya və Etnoqrafiya Muzeyi (R. Q. Kuzeev adına Etnoqrafik Araşdırmalar İnstitutu Ufa Elmi Mərkəzi balansındadır.) — Cənubi Uralın arxeologiya və etnoqrafiyasına həsr edilmiş, akademik tədqiqat müəssisəsinə daxil olan dövlət muzeyi. Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutu nəzdində 1976-cı ildə fəaliyyətə başlamışdır. Muzey Ponosovoy-Molla binasında yerləşir. Binanın özü XX əsrin əvvəllərinə aid memarlıq və şəhərsalma abidəsi sayılır. Muzey Başqırdıstan Respublikası, Ufa şəhəri, Karl Marks küç. 6 ünvanında yerləşir. == Tarixi == Ufa şəhərində Akademik Arxeologiya və Etnoqrafiya Muzeyinin təşkil olunmasının təşəbbüskarı tanınmış alim-etnolog, tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Rail Kuzeev olur. Muzeyin təsis olunması haqqında qərar 20 yanvar 1976-cı ildə verilir. Muzey ziyarətçilər üçün tam olaraq açılır. Muzey 1999-cu ildən Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzinin R. Q. Kuzeev adına Etnoqrafik Araşdırmalar İnstitutunun balansındadır.
Dinamo stadionu (Ufa)
«Dinamo» — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində yerləşən futbol stadionu. Stadion Ufa şəhəri, Marl Marks küçəsi, 2 ünvanında yerləşir. == Tarixi == Stadion keçmiş Uşakov parkı yerində inşa edilmişdir. Onun tkintisinə 1930-cu ildə başlanılmışdır. Rəsmi açılış isə 6 may 1936-cı ilə təsadüf edir. Sovet dönəmində stadionun adı dəfələrlə dəyişdirilmişdir. Adətən çətin tələffüz edilən adlar qoyulurdu. 2007-ci ildə stadionda «№ 3 tikinti tryesti» tərəfindən bərpa işləri aparılmışdır. 2009—2015-ci illərdə Ufa FK-nun ev oyunlarını keçirdiyi stadion olmuşdur. Klub hazırda isə ey oyunlarnı Neftyanik stadionunda keçirir.
Dyoma rayonu (Ufa)
Dyoma rayonu (rus. Дёмский район, başq. Дим районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Dyoma rayonu Ufa şəhərinin cənub-qərbində, Ağidel çayının sol sahilində, Dyoma çayının mənsəbində yerləşir. Rayonun adı, rayonda başlayan Dyoma çayından götürülüb. Rayonun ərazisində Rusiyanın ən iri dəmir yolu stansiyalarından biri olan, Dyoma stansiyası yerləşir. == Coğrafiya == Rayonun şimalında Lenin rayonu, qərbində Kirov rayonu, şərqində və cənubunda isə, Ufa şəhər dairəsinin sərhədləri yerləşir. Rayonun sahəsi 56,37 km²-dır. == Tarixi == 6 mart 1944 tarixində RSFSR Ali Soveti Rəyasət Heyətinin fərmanı İlə, Dyoma qəsəbəsinə rayon statusu verilmişdir. Qəsəbənin yaranması və inkişafı, rayonun ərazisindən keçən dəmiryolu nəqliyyatı ilə bağlıdır.
Erhan Ufak
Erhan Ufak (5 may 1977) — Türkiyə aktyoru.
Federovka (Ufa)
Fedorovka (rus. Фёдоровка) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində yerləşən bir kənd. Kənd, Kalininski rayonunun altındakı Fedorov kənd şurasına aiddir. == Tarixi == 1992-ci ilə qədər Ufa rayonunun tərkibində olan kənd, həmən ildən bəri Ufa şəhərinin Kalininski rayonunun Fedorov kənd şurasının bir hissəsi olmuşdur. == Əhali == === Milli tərkib === 2002-ci ildə kəndin 75%-i rus idi. == İnfrastruktur == 2007-ci ildən etibarən Kalininski rayonunda 2650 hektar torpaq sahəsində Elkibayevo-Fedorovka-Samokvalovka yaşayış məntəqəsini qurmaq planlaşdırılır. Ufimtsevə yeni mikrorayonda küçələrin adlarını vermək təklif olunur. == Nəqliyyat == Kənddə 130 nömrəli avtobus marşrutu, 300 nömrəli, 299 nömrəli və 131 nömrəli taksi marşrutları fəaliyyət göstərir.
Federovka rayonu (Ufa)
Fedorovka (rus. Фёдоровка) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində yerləşən bir kənd. Kənd, Kalininski rayonunun altındakı Fedorov kənd şurasına aiddir. == Tarixi == 1992-ci ilə qədər Ufa rayonunun tərkibində olan kənd, həmən ildən bəri Ufa şəhərinin Kalininski rayonunun Fedorov kənd şurasının bir hissəsi olmuşdur. == Əhali == === Milli tərkib === 2002-ci ildə kəndin 75%-i rus idi. == İnfrastruktur == 2007-ci ildən etibarən Kalininski rayonunda 2650 hektar torpaq sahəsində Elkibayevo-Fedorovka-Samokvalovka yaşayış məntəqəsini qurmaq planlaşdırılır. Ufimtsevə yeni mikrorayonda küçələrin adlarını vermək təklif olunur. == Nəqliyyat == Kənddə 130 nömrəli avtobus marşrutu, 300 nömrəli, 299 nömrəli və 131 nömrəli taksi marşrutları fəaliyyət göstərir.
Kalinin rayonu (Ufa)
Kalinin rayonu (rus. Кали́нинский райо́н, başq. Калинин районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Kalinin rayonu Ufa şəhərinin şimal-şərqində yerləşir. == Coğrafiya == Rayonun ərazisi 201 kvadrat kilometrdir. == Tarixi == XVI əsrin axırlarında hal-hazırda rayonun yerləşdiyi ərazidə, Çernikovo (rus. Черниково) adlı bir kənd yaranmışdır. Bu kəndin adı, əmlak sahibi olan, Nijni Novqorodlu vitze-qubernator Mixail Naqoyun oğlu, İvan Çernikov-Onuçinin adından götürülmüşdür. 23 dekabr 1931 tarixində, Başqırd MSSR-in əmri ilə Çernikov kəndi rəsmiləşdirilmişdir. 1936-cı ildə kənd, Ufa şəhər dairəsinə Stalin rayonu (rus.
Kirov rayonu (Ufa)
Kirov rayonu (rus. Кировский район, başq. Киров районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Kirov rayonu Ufa şəhərinin cənubunda yerləşir. Rayondakı yaşayış məntəqələrinin birləşdirilməsini nəzərə alaraq rayon, yığcam olmayan üç ayrı hissədən ibarətdir. Rayonda həmçinin, tarixi və yeni əldə edilən hissələr arasında, şəhər-daxili bölgədə iştirak etməyən yaayış məntəqələri də var. Rayondan keçən Ufa çayının üzərində, Yuxarı Dudkinski adası yerləşir. == Coğrafiya == Rayon Ufa şəhər dairəsinin cənubunda yerləşir. Rayonun qərbində Dyoma rayonu, şimalında Lenin rayonu, şərqində Kalinin və Oktyabr rayonları, cənubunda isə, Ufa şəhər dairəsinin sərhədləri yerləşir. Rayonun ərazisi 131 km²-dir.
Lenin rayonu (Ufa)
Lenin rayonu (rus. Ле́нинский райо́н, başq. Ленин районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Lenin rayonu Ufa şəhərinin qərb hissəsində yerləşir. == Coğrafiya == Rayon, öz yaşayış məntəqələrinin Ağidel çayının hər iki sahilində yerləşdiyi faktı ilə fərqlənir. Əsas sahə Ağidel çayının sağ sahilində Nijeqorodka, Ağidel çayının sol sahilində isə Zaton yerləşir. Rayonun cənubunda Dyoma rayonu, şərqində Oktyabr və Sovet rayonları, qərbində isə, Ufa şəhər dairəsinin sərhədləri yerləşir. Rayonun sahəsi 70,9 km²-dir. == Tarixi == 1936-cı ildə Ufa şəhərinin bir hissəsi kimi, Arxiyereyku, Zaton, Nijeqorodka, Jeleznodorojnıy, Pristanski və digər tarixi inzibati vahidləri ehtiva edən Lenin rayonu yaranmışdır. Lenin rayonu Ufa şəhərərinin ən qədim inzibati rayonlarından biridir.
Neftyanik stadionu (Ufa)
Neftyanik stadionu (başq. «Нефтсе» стадионы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərindəki əsas idman qurğusu. Şəhərin Komarova yerləşir. Stadionun tutumu 15132 nəfərlikdir. Ufa şəhərinin eyniadlı "Ufa" futbol klubu özünün ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Stadionun əsası 1967-ci ildə qoyulmuşdur. 2012−2015-ci illərdə stadion əsaslı təmir edilmişdir. Yenidənqurmadan sonra buradakı ilk matç 2015-ci il avqustun 9-da keçirilmiş Rusiya Futbol Çempionatının oyunu idi. Həmin oyunda meydan sahibi "Ufa" qonaq komanda olan Sankt-Peterburq şəhərinin "Zenit" futbol klubuna 0:1 hesabı ilə məğlub olmuşdur. == İnfrastruktur == Stadionun tribunalarının yarısı üstüaçıq, digər yarısı isə üstübağlı formadadır.
Oktyabr rayonu (Ufa)
Lenin rayonu (rus. Октя́брьский райо́н, başq. Октябрь районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Oktyabr rayonu Ufa şəhərinin həm mərkəz, həm də cənub-şərq hissəsində yerləşir. == Coğrafiya == Mövcud olduğu illərində rayon iki dəfə sərhədlərini dəyişmişdir. Birincisi 1986-cı ildə (Sipaylovo yaşayış məntəqəsinin çox intensiv tikintisi rayon əhalisini kəskin şəkildə artırdı, bu səbəbdən Oktyabr rayonunun bir hissəsini Sovet və Ordjonikidzeyə köçürülməli oldu), ikincisi isə 1992-ci ildə (Başqırdıstan Respublikasının Ufa rayonundakı Naqayevski kənd şurası dörd yaşayış məntəqəsini təqdim etmişdir. Bunlar Naqayevo, Jilino, Zinino və Naqayevski kordon idi). Müasir Oktyabr rayonunun ərazisi 13,613 hektardır. == Tarixi == 23 mart 1976 tarixində RSFSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı əsasında Ufa şəhəri Sovet, Kalinin və Ordjonikidze rayonları yaradılmışdır. Yeni rayonların yaradılması paytaxtın kapitalının inkişafı və əhalinin artması ilə əlaqədar idi.
Orconikidze rayonu (Ufa)
Orconikidze rayonu (rus. Орджоники́дзевский райо́н, başq. Орджоникидзе районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Orcoonikidze rayonu Ufa şəhərinin şimal-şərq hissəsində yerləşir. == Coğrafiya == Orconikidze rayonu Ufa şəhər dairəsinin şimal-qərb hissəsində yerləşir. Rayonun cənubunda və qərbində Kalinin rayonu, cənub-qərbində isə, Oktyabr rayonu yerləşir. Orconikidze rayonunun ərazisi 14,600 hektardır. == Tarixi == Hal-hazırkı rayon ərazisində, Çernikov, Aniçkov, Boniye və başqa kəndlər yerləşirdi. Daha sonra ərazi, Boqorodskaya adı altında, Ufa rayonunun bir hissəsi halına gəlmişdi. Mühərrik və qazanxana-turbin zavodlarının Ufa yaxınlığında tikintisi ilə əlaqədar Başqırd MSSR Kiçik Rəyasət Heyəti, 23 dekabr 1931 tarixində Çernikov kənd şurası təşkil etmişdir.
Ordjonikidze rayonu (Ufa)
Orconikidze rayonu (rus. Орджоники́дзевский райо́н, başq. Орджоникидзе районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Orcoonikidze rayonu Ufa şəhərinin şimal-şərq hissəsində yerləşir. == Coğrafiya == Orconikidze rayonu Ufa şəhər dairəsinin şimal-qərb hissəsində yerləşir. Rayonun cənubunda və qərbində Kalinin rayonu, cənub-qərbində isə, Oktyabr rayonu yerləşir. Orconikidze rayonunun ərazisi 14,600 hektardır. == Tarixi == Hal-hazırkı rayon ərazisində, Çernikov, Aniçkov, Boniye və başqa kəndlər yerləşirdi. Daha sonra ərazi, Boqorodskaya adı altında, Ufa rayonunun bir hissəsi halına gəlmişdi. Mühərrik və qazanxana-turbin zavodlarının Ufa yaxınlığında tikintisi ilə əlaqədar Başqırd MSSR Kiçik Rəyasət Heyəti, 23 dekabr 1931 tarixində Çernikov kənd şurası təşkil etmişdir.
Pirs-Ufimsev müdafiəsi (şahmat)
Pirs-Ufimsev müdafiəsi — Şahmat termini. Yuqoslaviya qrossmeyestri və sovet ustasının şərəfinə adlandırılmışdır.
Pitevoe gölü (Ufa)
Pitevoe gölü — Ufa şəhərinə daxil olan Kirov rayonu ərazisində yerləşən şirinsulu göl. Uzunluğu 70 m, maksimal eni 20 m təşkil edir. Göl boyunca elektrik xətti keçir. Gölün sahilləri çəmən və kolluqlar basmışdır.
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi (rus. Уфимский федеральный исследовательский центр Российской Академии Наук, başq. Рәсәй Фәндәр академияһы Өфө федераль тикшеренеүҙәр үҙәге) — Rusiya Elmlər Akademiyasının Ufa şəhərində yerləşən Regional Elmi Mərkəzi. 1951-ci ildə SSRİ Elmlər Akademiyasının Başqırd filialı kimi qurulmuşdur. 2017-ci ildən müasir adını daşıyır. == Tarixi == 1951-ci il. SSRİ Elmlər Akademiyasının Başqırd filialının (SSRİ EA BF) yaradılması. Tərkibinə Biologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, Mədən və Geologiya İnstitutu, iqtisadi tədqiqatlar və kimya sektorunun daxil idi. 1961—1963-cü illər. SSRİ Elmlər Akademiyasının yenidən qurulması zamanı SSRİ EA BF-nın əksər qurumları SSRİ Dövlət Elm və Texnologiya Komitəsinə verildi.
Rusiya İslam Universiteti (Ufa)
Rusiya İslam Universiteti (Başqırdca: Рәсәй ислам университеты / Resey İslam Universitetı) — Rusiya Federasiyasında Başqırdıstan Respublikasının Ufa şəhərində fəaliyyət göstərən universitet. == Tarixi == İlk fəaliyyətinə Rizaitdin Fəxrəddin Mədrəsəsi olaraq 1989-cu ildə universitet olaraq yox, mədrəsə kimi başladı. 1999-cu ildən Rizaitdin Fəxrəddin adına İslam İnsitutu adıyla fəaliyyət göstərməyə başlandı. Həmin il universitetin daxilində "Lalə Tülpan" adlı məscidin inşasına başlanıldı. Məscidin inşası 2005-ci ildə sona çatdı.. 2001-ci ildə Başqırdıstan hökuməti və Ufa bələdiyyəsinin əmri ilə Müsləmanların Mənəvi Mərkəzi Məclisinin, yəni "Galiya"nın tabeliyinə keçdi. 2003-cü ildən Rusiya Müsəlmanları Məclisinin əmri ilə Rusiya İslam Universiteti adını aldı. == İdarəetmə == Qasım-hazrat Salimov; Ravil Utabay-Karimi; Rinat Rayev. Artur Süleymanov == İstinadlar == == Xarici keçidlər == Aleksey Starostin.
Salavat Yulayev heykəli (Ufa)
Salavat Yulayev heykəli — Başqırdıstanın milli qəhrəmanı Salavat Yulayevin şərəfində Ufa şəhərində qoyulmuş abidə. Heykəl sovet heykəltaraşı Soslanbek Tavasiyev tərəfindən hazırlanmışdır. == Tarixi == Şimali Osetiya və Başqırdıstanın milli heykəltaraşı və rəssamı Soslanbek Tavaşiyev tərəfindən hazırlanan abidə, 17 noyabr 1967-ci ildə Ufa şəhərində, Ağidel çayının hündür bir sahilində qoyulmuşdur. Salavat Yulayev abidəsi Ufanın vizit kartına çevrilmişdir. Abidə hətta Başqırdıstan gerbində də əks olunmuşdur. Abidənin unikallığı ondadır ki, 40 ton ağırlığa sahib olmasına baxmayaraq cəmi üç təmas nöqtəsi üzərində yerləşir. Abidənin hündürlüyü 9,8 metrdir. Postamentlə birlikdə hündürlük 14 metrdir. Heykəlin təbii ölçüsündə gipsdən hazırlanan abidə modeli 1963-cü ildə tamamlanır. Abidə Moskvadakı mütəxəssislər tərəfindən müzakirə edilmiş və SSRİ Mədəniyyət Nazirliyinin idarə heyəti tərəfindən rəsmən qəbul edilmişdir.
Sovet rayonu (Ufa)
Sovetrayonu (rus. Сове́тский райо́н, başq. Совет районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Sovet rayonu Ufa şəhərinin mərkəz hissəsində yerləşir. == Coğrafiya == Sovet rayonu Ufa şəhər dairəsinin mərkəz hissəsində yerləşir. Rayonun cənub-qərbində Dyoma rayonu, cənub-şərqində Kirov rayonu, şimal-şərqində Lenin rayonu, şimalında isə, Oktyabr rayonu yerləşir. Ordjonikidze rayonunun ərazisi 1,620 hektardır. == Tarixi == Sovet rayonunun prototipinin yaranma tarixi , kiçildilməyə ilə əlaqədar yaradılan iki yeni rayon, yəni aprel 1938-ci il idi. Rayonun sərhədləri bir çox dəfə dəyişmişdir. Sovet rayonunun ərazisindəki ilk tikililər XVII əsrin əvvəllərində yaranmışdı.
UFBA
Baiya Federal Universiteti (port. Universidade Federal da Bahia və ya qısaca UFBA) — Braziliyanın Salvador şəhərində yerləşən dövlət universiteti.
UFC 16
UFC 16 — EA Sports tərəfindən hazırlanan və Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360, Xbox One, Android və iOS kimi platformalarda oynanıla bilən videooyun.
UFO (musiqi qrupu)
UFO — 1969-cu ildə Londonda yaranmış ingilis rok qrupudur. Qrup, «heavy-metal» üslubunun formalaşmasında mühüm rol oynamış və bir çox klassik metal qruplarının (Iron Maiden, Metallica, Megadeth və s.) inkişafına böyük təsir göstərmişdir. UFO, VH1'in "100 Greatest Artists of Hard Rock" sıralamasında 84-cü sıradadır. Qrup, Hocus Pocus adı altında vokalist Fil Moqq, gitarist Mik Bolton, bas gitarist Pit Vey və barabançı Endi Parker tərəfindən yaranmışdır. Tezliklə qrup, Beacon Records şirkətinin prodüsseri olan Noel Mur tərəfindən Londondakı eyni adlı klubda kəşf edildi və qrup 1969-cu ilin oktyabrında adını dəyişərək UFO qoydu. Qrup, 1970-ci ildə "UFO 1" adlı ilk hard rok albomunu çıxartdı. Bu albom qrupa, Yaponiya və Almaniyada məşhurluq gətirdi. Qrupun 1971-ci ildə yayımladığı ikinci studiya albomu "UFO 2: Flying" daha çox heavy-metal üslubuna yaxın olsa da o zamanlarda məşhur olan speys-rok janrını da xatırladırdı. 1972-ci ildə Mik Bolton qrupu tərk etdi. UFO üzvləri qrup üçün Boltonu əvəz edə biləcək uyğun gitaristi axtarmağa başladılar.
UFO araşdırma mərkəzləri
Dünyada UFO (NUO) ilə bağlı araşdırma və tədqiqatlar aparan və təhsil verən bəzi akademik qurumların siyahısını belədir: Staford Universiteti/ABŞ Alabama Universiteti/Montgomery - ABŞ Mississippi Universiteti, Oxford/Mississippi – ABŞ Edison Community College, Fort Myers/Philedelpdia – ABŞ Göttingen Universiteti/Almaniya Mains Universiteti/Almaniya Hamburq Universiteti/Almaniya Utrecht Universiteti/Hollandiya Glamorgan Universiteti/İngiltərəBundan əlavə Rusiyada, Fransada və İngiltərədə, Çində, Meksikada, Çilidə, Peruda, Braziliyada, İtaliyada, Avstraliyada və daha bir çox yerdə NUO-lara aid tədqiqat mərkəzləri və qurumlar vardır. Stanford Universitetində Prof.Peter Sturrockun başçılığı ilə qurulan NUO Fenomeni Arştırma Təşkilatı, araşdırmaların sonunda yazdığı “UFO Enigma” adlı kitabında NUO məsələsin ən diqqətdə olan məsələ kimi qeyd etmiş və buna qarşı heç bir diqqətsizlik edilməməsini söyləmişdir.
The Last of Us
The Last of Us — Naughty Dog tərəfindən hazırlanan, fəaliyyət-macəra və həyatda qalma-qorxu növlərindəki, Sony Computer Entertainment tərəfindən yalnız PlayStation 3 üçün yayımlanan videooyunu. 10 dekabr 2011'dəki Spike Video Oyunu Mükafatları əsnasında elanı edilmiş olmaqla birlikdə dünya səviyyəsində 14 iyun 2013, Yaponiya'da 20 iyun 2013 satışa təqdim edilmişdir. PlayStation 4 üçün təşkil edilən və The Last of Us Remastered adını daşıyan versiyası isə Şimali Amerika'da 29 iyul, Avropa və Avstraliyada 30 iyul, Birləşmiş Krallıqda isə 1 avqust 2014 tarixlərində nümayiş olunmuşdur. == Haqqında == Oyun bütün dünyanı qucaqlayan və yoluxanları bir neçə saat içərisində insanlara hücum edən varlıqlara çevirən epidermiya xəstəliyinin başlamasından iyirmi il sonrasını, 2033-cü ili mövzu alır. Xəstəlik səbəbiylə mədəniyyət böyük ölçüdə məhv olmuş və fərqli qruplar halında yaşamaq məcburiyyətində qalan insanlar, həyatda qala bilmək üçün bir-birləri və xəstəliklilərə qarşı mübarizə etmək məcburiyyətində qalmışdır. Bu post apokaliptik mühitdəki Amerika Birləşmiş Ştatları'nda keçən oyun, orta yaşlardakı kişi xarakter Joel'un (Troy Baker'ın səsləndirməsi və canlandırması ilə), xəstəliyə qarşı immuniteti olan gənc qız Ellie'yi (Ashley Johnson'ın səsləndirməsi və canlandırması ilə) işıldaquş adlı separatçı bir qrupa çatdırması əsnasında ikilinin başından keçənləri mövzu alır. Oyunun böyük bir qismində Joel, oyunçular tərəfindən nəzarət edilir və qarşılaşılan müxtəlif çətinliklərin öhdəsindən gəlməyə çalışır. Ümumi olaraq müsbət reaksiyalarla qarşılaşan The Last of Us; müxtəlif oyun araşdırmalarını yığan və orta bir bal təyin edən veb saytlarından Metacritic'də 100 üzərindən 95, GameRankings'də isə %95,04'lik orta tutdu. Bu ortalamalarla birlikdə PlayStation 3 platforması üçün ilin və bütün zamanların ən yaxşı on oyunu arasında sadalandı. İlk həftəsində 1,3 milyondan üzərində nüsxə sataraq Grand Theft Auto V 'in ardından, 2013-cü ildə nümayiş olunan oyunlar arasında ilk həftəsində ən çox satılan ikinci oyun oldu.
The Story of Us
“Bizim Hekayə” — rejissor Rob Reynerin çəkdiyi, baş rollarda Bruce Willis və Mişel Pfayferin oynadığı komediya, melodram janrında olan filmdir. == Süjet xətti == Ben və Keti on beş ildir evlidirlər, lakin onlar artıq bir-birləri ilə sakit danışa, öz aralarında razılığa gələ bilmirlər və ayrılmaq ərəfəsindədirlər. Bütün yaxınlaşma cəhdləri evlilik illərində yığılan aqressiyalara görə müsbət nəticələr vermir və mübahisələrlə başa çatır. Ancaq sonda həyat yoldaşları bir-birlərini bütün çatışmazlıqlarla qəbul etməyə güc tapacaqlar ...
.af
.af — Əfqanıstanın internet kodu
.bf
.bf — Burkina-Fasonun internet kodu.
.cf
.cf — Mərkəzi Afrika Respublikasının internet kodu.
.gf
.gf — Fransa Qvianasının internet kodu.
.nf
.nf — Norfolkun internet kodu.
.pf
.pf — Fransa Polineziyasının internet kodu.
.tf
.tf — Fransanın Cənub və Antarktika ərazilərinin internet kodu.
.ua
.ua — Ukraynanın internet kodu
.ug
.ug — Uqandanın internet kodu.
.uk
.uk — Böyük Britaniyanın internet kodu.
.um
.um — BMT uzaqda yerləşən kiçik adalar üçün İnternet kodu. == Xarici keçidlər == IANA .um whois information (as of April 21, 2008 ICANN has updated this to reflect the removal from the root zone).
.us
.us — Amerika Birləşmiş Ştatlarıın internet kodu.
.uy
.uy — Uruqvayın internet kodu.
.uz
.uz — Özbəkistanın internet kodu.
.wf
.wf — Uollis və Futuna üçün internet kodu.
FF
Qabaqda mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı (FWD) ya da qısaca FF (İngiliscə: front-engine, front-wheel-drive), həm mühərrikin, həm də hərəkət təkərlərinin minik avtomobilinin qabaq hissəsində yerləşdirildiyi konfiqurasiyadır. Mühərrik təkər oxuna görə eninə və şaquli olaraq iki fərqli vəziyyətdə yerləşdirilə bilər.
RF
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Tuf
Tuf — vulkanik küldən yaranan, maqma mənşəli dağ süxuru. Adətən qeyri-vulkanik qarışıqda olur. Çox yaxşı inşaat materialıdır. Qırmızı, çəhrayi, bənövşəyi, narıncı rəngdə olur. Bu materialın ən üstün keyfiyətlərindən biri asan emal olunmasıdır. Azərbaycan ərazisində bir çox qədim tikililərdə istifadə olunub. Məsələn: Pir Hüseyin türbəsi (İrəvan), Müqəddəs İohann kilsəsi (Gəncə), Əskipara monastırı, Qızılburun yaşayış yeri, Kültəpə (Babək) və bir çox başqa. == Geomorfolji termin == Tuf (rus. туф, ing. tuff) /ital.tufo/ – müxtəlif mənşəli süxurlar qrupu.
U2
U2 - Dublin mənşəli İrlandiya rok qrupu. 1976-cı ildə Dublində yaradılan qrup Bono (vokal və gitara), The Edge (gitara, piano və vokal), Adam Clayton (bass gitara), və Larry Mullen, Jr. (zərb alətləri və perkussiya) ibarətdir. İlk olaraq post-punk janrından qaynaqlanan U2 musiqisi sonradan pop musiqinin müxtəlif janrlarından bəhrələndi. Qrup fəaliyyətli dövrü ərzində melodik alətlər üzərində qurulan öz musiqi tərzlərini qoruyub saxlayıblar. Musiqilərində ilk olaraq, The Edge'in gitarasının səsi və Bono-nun fərqli vokalı diqqəti cəlb edir. Onların mətnləri, çox vaxt mənəvi, şəxsi və siyasi-sosial problemlərə həsr olunur. U2 qrupu üzvlərinin yeniyetmə çağlarında Mount Temple Comprehensive School adlanan məktəbdə yaradılmışdır. O vaxtı üzvlərin musiqi biliyi məhdud idi. 4 ildən sonra Island Records-la müqavilə imzalayıb, Boy adlanan debut albomlarını reliz ediblər.
UN
Birləşmiş Millətlər Təşkilatı (ing. United Nations) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti". Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir. BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.
Ud
Ud — əsasən Ərəbistan, Azәrbaycan, Türkiyə, İran və bir çox Şərq xalqları arasında geniş yayılmış mizrabla çalınan simli-dartımlı musiqi aləti. == Söz açımı == "Əl-ud" ərəb sözü olub, "ağac" mənasını daşıyır.Farslar iddia edirlər ki, əslində "ud" sözü rud alətinin adından törəmişdir. Ancaq həm udun, həm rudun sələfi Orta Asiyada istifadə olunan beşsimli udabənzər qopuz (qopuzi-rumi) ola bilərdi. == Tarixçə == Ud haqqında ilk dəfə Mosullu İshaq İbn İbrahimin (767–849), daha sonralar isə Əbu Nəsr Fərabinin (870–950) əsərlərində məlumat verilir. Orta əsrlərdə Yaxın Şərq mədəniyyətinin inkişafında udun çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bir çox qədim musiqi risalələrində udun qədim tarixə malik olması bildirilir və yaranması barədə rəvayətlər söylənilir. Səfiəddin Əbdülmömin Urməvinin "Kitab əl-ədvar" ("Musiqi dövrləri haqqında kitab", 1252) əsərini şərh edən Əbdülqadir Marağai ud musiqi alətinin peyğəmbərin nəvələrindən biri tərəfindən icad edildiyini bildirir. Yazılı mənbələrdə udun icadını qədim yunan filosofu Platonun adı ilə bağlayırlar. Udun təkmilləşdirilməsində, onun yeni səs düzümünün yaradılmasında Səfiəddin Urməvinin çox böyük xidməti olmuş və həm də udda məharətlə çalmışdır. Udun özünəməxsus qüdrətli səsini dahi Məhəmməd Füzuli "Yeddi cam" əsərində belə təsvir etmişdir: Ud və rud çağdaş Avropa gitara və mandolinanın atalarıdır.
Üç üz (film, 2018)
Üç üz (fars. سه رخ‎ — Sə rüx) — Cəfər Pənahinin 2018-ci ildə çəkdiyi dram janrında filmdir. Filmdə iranlı üç qadının taleyindən bəhs edilir. == Filmin mövzusu == Məhdud büdcə ilə çəkilmiş bu minimalist filmdə baş rollarda Behnaz Nəcəfi, Mərziyyə Rzayi və rejissorun özü çəkilib. Film əsasən aktrisa olmaq istədiyi üçün ailəsinin təzyiqləri ilə üzləşən gənc bir qızın həyat hekayəsindən bəhs edir. Ümumilikdə isə filmdə üç iranlı aktrisanın həyatından bəhs edilir. Onlardan biri İslam İnqilabından sonra kinodan getməyə məcbur olan aktrisa, ikincisi müasir populyar aktrisa, digəri isə aktyorluq məktəbinin tələbəsidir. Filmdə İran qadınlarının, xüsusilə də aktrisaların qarşılaşdığı sosial və peşəkar problemlər göstərilir. == Mükafatlandırılması == Cəfər Pənahiyə siyasi fikirlərinə görə İranda iyirmi illik kino çəkmək və ölkəni tərk etmək qadağan edilməyinə baxmayaraq o, qadağa dövründə dörd film ərsəyə gətirmişdir. Bu filmlərdən sonuncusu məhz "Üç üz" filmidir.
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.
Küf
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər.Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.