Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elxan
Elxan — Elxanilər dövlətinin hökmdarının titulu. Elxanilər eyni anda "Xan" titulu da daşıyırdılar. Bu titula 1260-cı ildən öncə mənbələrdə rast gəlinmir. Mənası "əsl xan" deməkdir.Digər yozuma görə isə mənası "Bir elin (torpağın, xalqın) xanı" deməkdir. == Qaşqaylarda == Bu titul 1818–1819-cu illərdə Qaşqayların tayfa başçısı Can Məhəmməd xan tərəfindən yenidən qəbul edilmişdir və titul nəsildən-nəsilə ötürülmüşdür. Bu nəsildən son elxan Nasir xan 1954-cü ildə Məhəmməd Musəddiqə dəstəyindən ötrü sürgün olundu və 1984-cü ildə Qaşqayların son elxanı olaraq vəfat etdi.
Ulsan
Ulsan (kor. 울산 광역시) — Koreya yarımadasının cənub-şərqində yerləşən şəhər-metropolis. Cənubi Koreyada əhalisinin sayına görə, ən böyük yeddinci metropolisdir. Cənubdan Busan, şimaldan Qyonqju şəhərləri ilə qonşudur. Ulsan sənaye rayonunun mərkəzi olan Ulsan şəhəri Cənubi Koreyanın əsas sənaye mərkəzlərindən biri hesab olunur. 1962-ci ildə şəhər, 1997-ci ildə şəhər-metropolis statusu almışdır. Ən böyük avtomobil istehsalçısı şirkəti olan Hyundai Motor Comapany, Hyundai Heavy İndustries tərəfindən idarə olunan dünyanın ən böyük tərsanəsi və SK Energy-yə aid dünyanın ən böyük ikinci neftayırma zavodu da burada yerləşir.
Ulan
Ulanlar (türkcə oğlan) yüngül süvari dəstəsinin əsgəri. Bayraqcıqlı nizələrlə silahlanmış ulanlardan ibarət dəstələr ilk dəfə 13–14 əsrlərdə monqol-tatar süvari qoşununda təşkil edilmişdir. Mizraqlı monqol-tatar süvari döyüşçüsü idilər. XVI–XX əsrlərdə Avropada yüngül süvari növü idi. 16 əsrdən Avropa ölkələrində ulan dəstələrinin təşkilinə başlanmışdı. Silahları əvvəlcə qılınc və bayraqcıqlı nizə, sonralar tapanca, 19 əsrin ortalarından karabin idi. Rus ordusunda ulan polkları 1803-cü ildə meydana gəlmiş, 1918-ci ilin əvvəllərində ləğv olunmuşdur.
Uxan
Uhan və ya Uxan (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər Yanszı və Han çaylarının qovşağında yerləşir. Mərkəzi Çinin ən böyük şəhəridir. Uçanq, Hankou və Hanyan adlı üç şəhərin birləşməsindən yaranan Uhan "Jiusheng Tongqu (doqquz əyalətin aparıcı iş mərkəzi)" deyə bilinməkdədir. Uhan şəhərin ərazisindən keçən və digər böyük şəhərləri birləşdirən onlarla dəmir yolu, avtomobil yolları və magistral yolları olan əhəmiyyətli bir nəqliyyat mərkəzidir və Mərkəzi Çinin siyasi, iqtisadi, maliyyə, mədəni, təhsil və nəqliyyat mərkəzi kimi tanınır. == Etimologiyası == "Uhan" adı Yanszı çayının şimal və cənub sahillərində yerləşmiş iki şəhərin adının birləşməsindən meydana gəlmişdir. "U" hissəsi Yanszının cənub sahilindəki "Uçanq" şəhərinin adından (çin. ənən.
Alxan-Kala
Alxan-Kala (çeçen. Іалхан-Гӏала) kəndi Çeçenistan Respublikasının Qroznı rayonunda yerləşir. Alxan-Kalinski kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Sunja çayının sol sahilində, Qroznı şəhərindən 7 km cənub-qərbdə, Sunja silsiləsinin cənub ətəyində yerləşir. Kəndə yaxın yaşayış məntəqələri: şimal-şərqdə Qroznı şəhərinin Oktyabrskoye kəndi və Zavodskoy rayonu, cənub-şərqdə Alxan-Yurt və Krasnopartizanski kəndi, cənub-qərbdə Kuları kəndi, qərbdə Zakan-Yurt və şimal-qərbdə Krasnostepnovskoye kəndi. == Tarix == Alxan-Yurtovskaya (sonradan Yermolovskaya) kəndi 1851-ci ildə qurulmuşdur. 1860-cı ildə burada Mixaylo Arxangel Kilsəsi inşa edildi. 1914-cü ildə kənddə Uspenski Manastırı, iki illik məktəb və qadınlar üçün bir Kilsə məktəbi olan üç qədim mömin kilsəsi var idi. 1920-ci ilin oktyabrında Sovet rejiminin köçürmə siyasətinə cavab olaraq Yermolovskaya anti-sovet qiyamının mərkəzlərindən birinə çevrildi. 1920-ci il noyabrın əvvəlində qiyam bastırıldıqdan sonra kəndin bütün kazak əhalisi (cəmi 638 ailə, 2704 nəfər) sürgün edildi.
Alxan Alxanov
== Siyahı ==
Alxan Bayramoğlu
Alxan Bayramoğlu (Məmmədov) (22 oktyabr 1954, Birinci Şıxlı, Qazax rayonu) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor. "Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır. Azərbaycan Demokratik Respublikası dövründə ədəbi fikrin əsas istiqamətlərinə dair yazıb çap etdirdiyi monoqrafiyalar Cümhuriyyət dövrü ədəbiyyatımıza həsr edilmiş ilk monoqrafik tədqiqat nümunələridir. == Həyatı == Alxan Bayramoğlu Qazax rayonunun Birinci Şıxlı kəndində 22 oktyabr 1954-cü ildə anadan olmuş, 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Alxan Məmmədov 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən doktorluq üzrə dissertasiya şurasının , 2006-cı ildən isə həm də BDU-nun nəzdində fəaliyyət göstərən doktorluq üzrə dissertasiya şurasının seminarının üzvüdür. Bundan başqa o, ayrı-ayrı vaxtlarda bir neçə dəfə AMEA Nəsimi adına Dilçilik İnstitutu və ADU-nun, BSU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının tərkibində həlledici səslə birdəfəlik və BDU-nun Jurnalistika fakültəsi nəzdində fəaliyyət göstərən birdəfəlik dissertasiya şurasının üzvü olmuşdur. == Elmi fəaliyyəti == Alxan Məmmədov 1982–1984-cü illərdə istehsalatdan ayrılmaqla Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunun aspirantı olmuş və "M. Ə. Sabir və ictimai-ədəbi mühit (elmi tərcümeyi-hal məsələləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1986). Azərbaycan ədəbiyyatşünaslığında klassik sənətkarın elmi tərcümeyi-halının yazılması istiqamətində elmi tədqiqat işi ilk dəfə bu dissertasiyada yerinə yetirilmişdir. A. B. Məmmədov 1991–1993-cü illərdə istehsalatdan ayrılmaqla AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı olmuşdur. Onun "Şamaxı ədəbi mühiti (XİX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır.
Alxan Məmmədov
Alxan Bayramoğlu (Məmmədov) (22 oktyabr 1954, Birinci Şıxlı, Qazax rayonu) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor. "Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır. Azərbaycan Demokratik Respublikası dövründə ədəbi fikrin əsas istiqamətlərinə dair yazıb çap etdirdiyi monoqrafiyalar Cümhuriyyət dövrü ədəbiyyatımıza həsr edilmiş ilk monoqrafik tədqiqat nümunələridir. == Həyatı == Alxan Bayramoğlu Qazax rayonunun Birinci Şıxlı kəndində 22 oktyabr 1954-cü ildə anadan olmuş, 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Alxan Məmmədov 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən doktorluq üzrə dissertasiya şurasının , 2006-cı ildən isə həm də BDU-nun nəzdində fəaliyyət göstərən doktorluq üzrə dissertasiya şurasının seminarının üzvüdür. Bundan başqa o, ayrı-ayrı vaxtlarda bir neçə dəfə AMEA Nəsimi adına Dilçilik İnstitutu və ADU-nun, BSU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının tərkibində həlledici səslə birdəfəlik və BDU-nun Jurnalistika fakültəsi nəzdində fəaliyyət göstərən birdəfəlik dissertasiya şurasının üzvü olmuşdur. == Elmi fəaliyyəti == Alxan Məmmədov 1982–1984-cü illərdə istehsalatdan ayrılmaqla Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunun aspirantı olmuş və "M. Ə. Sabir və ictimai-ədəbi mühit (elmi tərcümeyi-hal məsələləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1986). Azərbaycan ədəbiyyatşünaslığında klassik sənətkarın elmi tərcümeyi-halının yazılması istiqamətində elmi tədqiqat işi ilk dəfə bu dissertasiyada yerinə yetirilmişdir. A. B. Məmmədov 1991–1993-cü illərdə istehsalatdan ayrılmaqla AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı olmuşdur. Onun "Şamaxı ədəbi mühiti (XİX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır.
Alxan çölü
Alxan çölü - Füzuli rayonu ərazisində çöl. == Oronimi == Oronim alxan (Köndələnçayla bağlıdır), çöl (düz.) və -ü (mənsububiyyət şəkilçisi) komponentlərindən düzəlib, "Köndələnçayın axdığı çöl" deməkdir.
Elxan (ad)
Elxan — Kişi adı. Elxan — Elxanilər dövlətinin banisi Hülaku xana Arıq Buğaya qalib gəldikdən sonra verdiyi titul. Elxan Əliquluzadə — Azərbaycanlı ağır atlet. Elxan Süleymanov — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı. Elxan Süleymanov (həkim) — Rusiya Federasiyası Çeçenistan Respublikasının səhiyyə naziri. Elxan Cəfərov — Azərbaycan aktyoru və rejissoru Elxan Cəfərov (alim) — Azərbaycan həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru.
Elxan Abbasov
Elxan Yunis — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2014). == Həyatı == Elxan Abbasov 1971-ci il 6 dekabrda Gəncə şəhərində anadan olub. 1988–1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Fuad Poladovun kursunun yetirməsidir. 1992-ci ildə Gəncə Dövlət Nizami Poeziya Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Qısa müddət üçün kinostudiyada kaskadyor kimi də çalışıb. 13 fevral 2014-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. Elxan Abbasov həmçinin 2017-ci ildə Türkiyənin Ankara şəhərində baş tutan Hak-iş Beynəlxalq Qısa Film festivalında " Qarabağ " qısa filmində canlandırdığı Elxan obrazı ilə "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə birinci yerə layiq görülüb. Ailəlidir. 3 övladı var.
Elxan Abdullayev
Elxan Abdullayev (19 may 1970, Bakı) — Azərbaycanlı futbolçu və futbol məşqçisi. 1987-ci ildə S. M. Kirov adına Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1999–2000-ci illərdə Leypsiq İdman Universitetinin futbol fakültəsini bitirmişdir. 2010-cu ildə, Ukrayna Futbol Federasiyasının Kiyevdəki lisenziyalaşdırma mərkəzində təhsilini başa vurduqdan sonra bütün Avropa ölkələrində peşəkar liqalarda işləmək hüququ verən Pro lisenziyası almışdır. Azərbaycanda ilk Pro-lisenziyalı məşqçidir. 6 dili bilir: azərbaycan, rus, türk, ingilis, çex və slovak. Sovet dövründə Azərbaycan futbol tarixinin ən yaxşı məşqçilərindən biri sayılan, SSRİ idman ustası, Azərbaycan SSR-nin əməkdar məşqçisi Ruslan Abdullayevin oğludur. == Karyerası == === Oyunçu karyerası === Peşəkar futbol karyerasına 1989-cu ildə SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında Azərbaycan SSR-ini təmsil edən "Termist" Bakı komandasında müdafiəçi kimi başlamışdır. Eyni zamanda "Dinamo" Bakı,"Azəri" Bakı,"Turan" Tovuz," Xəzri" Buzovna klublarında çıxış etmişdir (1991-ci il mövsümündə də" Neftçi"yə keçid etsədə, amma oynamadı). 1994/95 mövsümündə o dövrdə atası Ruslan Abdullayevin rəhbərlik etdiyi Slovakiyanın Pyeştyani futbol klubunda oynamışdır.
Elxan Allahverdiyev
Elxan Allahverdiyev (15 iyun 1960, Bakı) — Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Allahverdiyev Elxan Şamil oğlu 15.06.1960-cı il tarixdə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə başlamışdır. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildən 2005-ci ilədək "Meridian" MMC-də Direktor, 2005-ci ildən 2015-ci ilədək "Duet" firması Kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Bank Olmayan Kredit Təşkilatı "Kredex" MMC-də idarə heyətinin sədrinin müavini, 2017-ci ildə "Kontinent İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışmışdır. === Ailəsi === Qardaşı Rövşən Allahverdiyev Kapital Bankın İdarə Heyətinin sədridir. == Siyasi fəaliyyəti == Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Elxan Ağahüseynov
Elxan Ağahüseynov (8 dekabr 1942, Bakı – 2 avqust 2009, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002). == Həyatı == Ağahüseynov Elxan Ağahüseyn oğlu 8 dekabr 1942-ci ildə Bakıda anadan olmuşdur. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilmişdir. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb: Məşhur teatr aktyoru E. Ağahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tamaşada oynamışdır. Bunlardan: S. Qədirzadənin "Ürək rahatlıq sevmir" (Müdir), S. Dağlının "Sabiqlər" (Müdir), "Adı sənin, dadı mənim" (Nəzarətçi), S. Rəhmanın "Şirin bülbül" (Sərnişin), İ. Əfəndiyevin "General" (Zabit), M. F. Axundovun "Hacı Qara" (Xəlil Yüzbaşı) Pyeslərinin tamaşalarını göstərmək olar. Aktyor "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" bədii filmlərinə çəkilib. Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2002-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə vəfat etmişdir.
Liv Ulman
Liv Ulman (ing. Liv Johanne Ullmann; 16 dekabr 1938[…], Tokio) — Norveçli Aktrisa və kinorejissor. Tokioda dünyaya gələn aktrisa karyerasına 1957-ci ildə başlamışdır. Filmlərdə əllidən çox rol alan Liv, özünün rejissorluq etdiyi beş film var. Ulman hal-hazırda qızı və nəvələri ilə birgə Norveçdə yaşayır. == Həyatı və karyerası == Liv Ulman 16 dekabr 1939-cu ildə Tokio şəhərində norveç əsilli ailədə dünyaya göz açıb. Məktəb təhsilini bitirdikdən sonra sənədlərini Londondakı İncəsənət Dram məktəbinə verib. Oranı bitirdikdən sonra ailəsi ilə birlikdə Norveçə köçür. === Səhnədən "Persona"ya === Sənətə teatrdan gələn aktrisanın ilk rolu 1957-ci ildə Stavanqere şəhərində fəaliyyət göstərən "Roqaland" teatrında olur. Tamaşa zamanı Livi səhnədə görən rejissor İnqmar Berqman aktrisa ilə tanış olub onu çəkəcəyi "Persona" filminə dəvət edir.
Ulaxan-Arı
Ulaxan-Arı (saxa dilindən tərcümədə "Böyük ada" mənasını verir) — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Qərb sahillərini Ulaxan-Ues, şərq sahillərini isə Kubalax-Uesya qolu yuyur. Qonşu adalar: şərqdə — Kyersese-Arıta, qərbdə — Oçuqquy-Arı və Oqonnyor-Arıta, şimalda — Ot-Arı və Boldyor-Arıta. Ən hündür nöqtədi 4 metrdir. Şimalında isə 3 metrlik yüksəklik vardır. Adada elədə böyük olmayan Ulaxan-Arı-Kyuele gölü vardır.
Ultan qalası
Ultan qalası — indiki İran ərazisində qala-şəhər. Ultan qalası Muğan düzündə, Araz çayının cənub sahilində, Ərdəbil ostanının Ultan kəndindən qərbdə, dəniz səviyyəsindən 67–73 m yüksəklikdə yerləşir. Yerli əhalinin Ultan qalası adlandırdığı bu şəhər xarabalıqlarının qala divarları ilə müdafiə olunan sahəsi düzbucaq biçimdə olub 33 hektar sahəni əhatə edir. Düzbucaqlının küncləri əsas coğrafi cəhətlərə istiqamətlənmişdir. Qalanı eni 10 m-ə çatan müdafiə xəndəyi əhatə edir. Şəhərin qala divarlarından bayırda cənub-qərb, cənub və şərq istiqamətlərində genişlənən rabad yerləşir. Rabadla birlikdə Ultan şəhər xarabalıqlarının ümumi sahəsi 70 hektara yaxındır. Arxeoloji qazıntılar məhdud miqyasda aparılmış, mədəni təbəqənin stratiqrafiyası müəyyənləşdirilmiş, şəhər istehkamları ilə bağlı bir çox suallara aydınlıq gətirilmişdir. Qalınlığı 5 m-ə çatan mədəni təbəqə yatımında dörd inşaat dövrü müəyyənləşdirilmiş, I və II inşaat qatlarında sasani və ərəb fəthləri dövrünün maddi mədəniyyət nümunələri, III və IV inşaat qatlarında isə IX-XI əsrin əvvəllərinə aid faktik materiallar əldə edilmişdir. İstehkam qalıqlarının tədqiqindən məlum olmuşdur ki, şəhərin ilk qala divarı çiy kərpicdən hörülmüş, qalınlığı 4 m olmuşdur.
Urxan Ələkbərov
Urxan Kazım oğlu Ələkbərov (28 aprel 1943, Bakı) — Azərbaycan və sovet bioloqu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən), Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü (20 fevral 2018-ci ildən), YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin sədri. == Həyatı == Urxan Ələkbərov 1943-cü il aprelin 28-də Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirmiş, həmin il SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aspiranturasına daxil olmuşdur. U. Ələkbərov 1968-ci ildə elmlər namizədi, 1978-ci ildə isə elmlər doktoru alimlik dərəcəsini almışdır.1983-cü ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. Əmək fəaliyyətinə 1965-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında başlamışdır. 1968–78-ci illərdə AMEA Botanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmış, 1987–1996-cı illərdə AMEA-nın vitse-prezidenti olmuşdur. O, 1988–2002-ci illərdə AMEA Genetika və Seleksiya İnstitutunun direktoru olmuş, 2011-ci ilə qədər AMEA-nın müşaviri kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rektor təyin edilmiş, 26 aprel 2013-cü il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə, 27 aprel 2023-cü il tarixli Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilmişdir. == Elmi fəaliyyəti == Akademik Urxan Ələkbərov 320 elmi əsərin, o cümlədən 34 kitab və dərsliklərin müəllifidir. O, elmdə yüksək nailiyyətlər əldə etmiş, ətraf mühitin təbii, iqtisadi, sosial və siyasi komponentlərdən ibarət vahid sistem kimi idarə edilməsi, elm və inkişafın planlaşdırılması və idarə edilməsi sahəsində dünyada tanınmış alim və inkişaf üzrə ekspertdir.
Şulxan Arux
Şulxan Arux (ivr. ‏שולחן ערוך‏‎) – yəhudi məcəlləsi Arоn Briman 1885-ci il iyulun 6-da saxtakarlıqda günahlandırılaraq Vyana məhkəməsi tərəfindən ikiaylıq həbs cəzasına məhkum olunmuş və sonra Avstriya ərazisindən qovulmuşdur. Səbəb onun 1883-cü ildə "Yustus" təxəllüsü ilə yəhudi məcəlləsi sayılan "Şulxan Arux"un uydurma versiyasını nəşr etməsi idi. Qısa müddət ərzində kitab antisemit dairələrdə məşhurlaşmış və böyük əks-səda doğurmuşdur. Vəziyyət qanun keşikçilərini əsərlə bağlı istintaq aparmağa vadar etmişdir. Aparılan araşdırma zamanı müəllifin şəxsiyyəti müəyyənləşmiş və maraqlı faktlar ortaya çıxmışdır. Məlum olmuşdur ki, kitabı yazan rumıniyalı yəhudidir. О, dinini dəyişərək, protestantlığı, sonra isə katolisizmi qəbul etmiş və antisemit qruplarla əlaqə saxlamışdır. Əsərin müəllifi iddia edirdi ki, İudaizmin mühüm kitablarından olan "Şulxan Arux"da yəhudilərin üstünlüyündən bəhs edən, digər millət və dinlərin nümayəndələrini, xüsusilə xristianları aşağılayan, onları öldürməyə, aldatmağa, əmlaklarını oğurlamağa və qəsb etməyə icazə verən 100 hökm var. Bu qaydalarda yəhudi olmayanlar "akum" adlandırılır və heyvan səviyyəsinə endirilirlər.
Elxan Bəşirov
İlxan Çilər
İlxan Çilər (1972, Dənizli) — türk yazıçısı və iş adamı. 1993-cü ildə Yaşar Nəbi Gənclik Mükafatları 'Möhtəşəm Hekayə Mükafatını' qazanan yazıçı Sürgün kitabı ilə 2011-ci ildə Avropa Birliyi Ədəbiyyat Mükafatına layiq görülüb. Onun hekayə və məqalələri iyirmidən çox milli və beynəlxalq antologiyada dərc olunur. == Həyatı == Dənizlidə doğulub, İzmirdə böyüyüb. 1990-cı ildə İzmir Özəl Türk Kollecini bitirmişdir. 10 yaşında şeir yazmağa başlayıb. Orta məktəbdə oxuyarkən teatr tamaşaları və daha sonra gündəliklər yazaraq ədəbi əsərlər yaratmağa davam etmişdir. 1993-cü ildə Yaşar Nəbi Gənclik Mükafatları "Möhtəşəm Hekayə Mükafatı"na layiq görülüb. Boğaziçi Universitetinin Beynəlxalq Əlaqələr və Siyasi Elmlər fakültəsini bitirib. Öz ifadəsinə görə, o, Boğaziçi Universitetində tələbə olarkən şüurlu şəkildə öz sözləri ilə hekayələr yazmağa başlayıb.
Elxan İbrahimov
Elxan Paşa oğlu İbrahimov (30 iyul 1969, Bakı) Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ Müharibəsinin iştirakçısı. == Həyatı == 1976–1986-cı illərdə Bakı şəhəri 167 nömrəli orta məktəbə təhsil alıb və məktəbi fərqlənmə ilə (medalla) bitirib. 1986-cı ildə "N. Nərimanov" adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və 1992-ci ildə həmin İnstitutu müalicə işi ixtisası üzrə bitirib. Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == === Xüsusi və hərbi xidmət === Elxan İbrahimova 15.11.2000-ci ildə tibb xidməti leytenantı hərbi rütbəsi verilməklə o, 16.09.2003-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 saylı Poliklinikasında xidmətə başlayıb. 2003–2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarının Baş İdarəsinin Hərbi-həkim Komissiyasının sədri, 06.12.2013-cü il tarixdən 12.03.2020-ci il tarixədək Tibb Baş İdarəsi rəisinin müavini – Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi (komissiyanın sədri), 12.03.2020-ci il tarixdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini vəzifələrində xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 09.04.2021-ci il tarixli 2568 nömrəli Sərəncamı ilə "tibb xidməti general-mayoru" ali hərbi rütbəsi verilmişdir. === İkinci Qarabağ Müharibəsində iştirakı === 10.06.2020-ci il tarixdən 26.02.2021-ci il tarixədək İkinci Qarabağ Müharibəsində Tibb Baş İdarəsinin rəisi kimi xəstə və yaralıların vaxtında təxliyəsi və ilkin tibbi yardımın təşkilində Ordunun tibb xidmətinə rəhbərlik edib. AZƏRTAC İnformasiya Agentliyinin 06.01.2021-ci ilı tarixli verilişində Tibb Xidməti rəisi vəzifəsini icra edən Elxan İbrahimov hərbi şəraitdə tibb xidmətinin təşkili barədə ictimaiyətə geniş məlumat vermiş, eyni zamanda hərbi reabilitasiya mərkəzinin işini işıqlandırmışdır. == Təltifləri == === Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş təltiflər === Azərbaycan Respublikası Prezidentinin 09.03.2011-ci il tarixli 1387 nömrəli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı; Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli 1291 nömrəli Sərəncamı ilə "Əməkdar həkim" fəxri adı; Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli 2348 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni.
Elxan Nəcəfov
Elxan Tarqulu oğlu Nəcəfov (1982, Nehrəm, Babək rayonu) — Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini və təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən (2023–2024), Naxçıvan Muxtar Respublikasının təhsil naziri (2024). == Həyatı == Elxan Nəcəfov 1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Nəcəfov magistr dərəcəsi üzrə təhsilini 2016-cı ildə tamamladıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura səviyyəsinə qəbul olub. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == Elxan Nəcəfov pedaqoji fəaliyyətinə ümumtəhsil məktəblərində müəllim kimi başlayıb, bir müddət "Hədəf" Tədris Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor vəzifəsində çalışıb. O, bundan əlavə, İxtisasartırma İnstitutunda təlimçi-müəllim olub, Dövlət Gömrük Komitəsinin Akademiyasında və Bakı Biznes Universitetində isə "Azərbaycan dili və nitq mədəniyyəti", "Azərbaycan dilində işgüzar və akademik komminukasiya" fənlərini tədris edib. Nəcəfov 2016–2020-ci illərdə AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunda çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. O, 2021-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə, 2022-ci ilin aprel ayında isə Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub. 2023-cü il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimovun sərəncamı ilə Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib və bu sərəncama əsasən Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edib.
Elxan Nəcəfi
Elxan Ağahüseynoğlu
Elxan Ağahüseynov (8 dekabr 1942, Bakı – 2 avqust 2009, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002). == Həyatı == Ağahüseynov Elxan Ağahüseyn oğlu 8 dekabr 1942-ci ildə Bakıda anadan olmuşdur. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilmişdir. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb: Məşhur teatr aktyoru E. Ağahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tamaşada oynamışdır. Bunlardan: S. Qədirzadənin "Ürək rahatlıq sevmir" (Müdir), S. Dağlının "Sabiqlər" (Müdir), "Adı sənin, dadı mənim" (Nəzarətçi), S. Rəhmanın "Şirin bülbül" (Sərnişin), İ. Əfəndiyevin "General" (Zabit), M. F. Axundovun "Hacı Qara" (Xəlil Yüzbaşı) Pyeslərinin tamaşalarını göstərmək olar. Aktyor "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" bədii filmlərinə çəkilib. Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2002-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə vəfat etmişdir.
Ültan (Pərsabad)
Ültan (fars. اولتان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,610 nəfər yaşayır (810 ailə).