Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lalizol
Lalizol (fr. Lalizolle) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03135. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 375 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 222 nəfərdən (15-64 yaş) 156 nəfər iqtisadi cəhətdən, 66 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.3%, 1999-cu ildə 64.0%). Fəal 156 nəfərdən 139 nəfər (79 kişi və 60 qadın), 17 nəfər işsiz (6 kişi və 11 qadın) idi. Fəal olmayan 66 nəfər arasında 14 nəfər şagird və ya tələbə, 30 nəfər təqaüdçü, 22 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kalidon
Kalidon (q.yun. Κᾰλῠδών) — Yunanıstanda, Cənubi Etoliyada, Evinos çayının qərb sahilində, Arakintosun kənarında yerləşən qədim yunan şəhəri. Kuretlərin şəhəri ilə birlikdə Plevron ölkənin əsas şəhəri idi. Əfsanəvi Etol və ya oğlu Kalidon tərəfindən qurulmuşdur. Şəhər Homerin dövründə (II. 2, 640. 9. 589) çox məşhur idi və onun tərəfindən "qayalı", "yüksək" və "gözəl" kimi xatırlanırdı. Yunan miflərində Kalidon qəhrəmanı Meleaqr və "İliada"da (I, 529 v.s.) təsvir olunan Kalidon ovu ilə təriflənir. Ənənəyə görə, Kalidon padşahı Eney tanrılara qurban kəsən zaman Artemidanı unutdu. Qəzəbli ilahə ölkəyə dəhşətli bir qaban göndərdi.
Validə
Validə — Azərbaycanlı qadın adı. Validə Əlizadə — AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru. Validə Tutayuq — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949) Validə Yusifova — istilik texnikası sahəsində Sovet Azərbaycan alimi, texnika elmlər doktoru.
Alisma validum
Alisma gramineum (lat. Alisma gramineum) — baqəvərkimilər fəsiləsinin baqəvər cinsinə aid bitki növü. == Arealı == Alisma gramineum növü Şimal yarımkürəsi üçün endemik növdür. == Sinonim == Alisma arcuatum Michalet Alisma arcuatum var. angustissimum (DC.) Lunell Alisma arcuatum var. graminifolium (Wahlenb.) Casp. Alisma arcuatum var. lanceolatum (Buchenau) Lunell Alisma arcuatum var. pumilum Prahl Alisma geyeri Torr. Alisma geyeri var.
Allium validum
Allium validum (lat. Allium validum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Bellis validula
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızçiçəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 5-17 sm, gövdəsi tək və ya bir neçə sayda, zəif və sıx tüklü, qısa kökümsovları olan çoxillik ot bitkisidir. Çiçəkli gövdəsi yarpaqsızdır və eni 10 mm olan tək səbəti vardır. Köküstü rozetdə yerləşmiş yarpaqlar belşəkillidir, əksinəyumurtaşəkilli, bəzən kənarları dəyirmi dişli və yaxud tamkənarlıdır, uc hissəsi küt və saplağa daralmışdır. Qın yarpaqcıqları uzunsov, küt, tükcüklü və qaramtıl rəngdədir. Dilcikləri iki dəfə qından uzundur, ağ rənglidir, sonu çəhrayıdır. Çiçək yatağı qabarıqdır. Toxumları əksinəyumurtaşəkilli və çılpaqdır, kəkilsizdir, uzunluğu 1 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Bulbophyllum validum
Bulbophyllum validum (lat. Bulbophyllum validum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Elbrus Vahidov
Elbrus Vahidov (5 iyun 1951, Ağdaş) — qrim rəssamı, qrim ustası, aktyor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi. == Həyatı == Elbrus Əbdülvahid oğlu Vahidov 5 iyun 1951-ci ildə Ağdaşda anadan olub. Gənc yaşlarından "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Qrim üzrə rəssam kimi ilk müstəqil işi "Tütək səsi" filmindən başlayıb. 40-a qədər filmdə qrim üzrə rəssam olub. Əməkdar incəsənət xadimidir. Aktrisa Svetlana Vahidovanın qardaşıdır. == Filmoqrafiya == Yeddi oğul istərəm... (film, 1970) Mücrü (film, 1973) 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Tütək səsi (film, 1975) Firəngiz (film, 1975) Xoşbəxtlik qayğıları (film, 1976) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-qrim rəssamı Vulkana doğru (film, 1977) Dantenin yubileyi (film, 1978) İstintaq (film, 1979) Bizi bağışlayın (film, 1979) Onun bəlalı sevgisi (film, 1980) Bağlı qapı (film, 1981) Üzeyir ömrü (film, 1981) Park (film, 1983) Tənha narın nağılı (film, 1984) Bəyin oğurlanması (film, 1985) Qanlı zəmi (film, 1985) Şəhərli biçinçilər (film, 1986) Aşkarsızlıq şəraitində... (film, 1986) İşarəni dənizdən gözləyin (film, 1986) Özgə ömür (film, 1987) Araqarışdıran (film, 1987) Yaramaz (film, 1988) Ölsəm...
Erkin Vahidov
Erkin Vahidov(özb. Erkin Vohidov, Эркин Воҳидов; 28 dekabr 1936, Altıarıq rayonu[d], Fərqanə vilayəti – 30 may 2016, Daşkənd) — Özbək şairi, tərcüməçisi. == Həyatı == Erkin Vahidov 1936-cı ildə Fərqanə vilayətinin Altıarıq nahiyəsində anadan olmuşdur. Sonralar ailələri Daşkəndə köçdüyündən taleyi bu şəhərlə bağlanmışdır. Orta təhsilini başa vurduqdan sonra Daşkənd Pedaqoji institutuna daxil olmuşdur. E.Vahidov 1960-cı ildə institutun filologiya fakültəsini bitirmişdir. İnstitutu bitirərək o, Q. Qulam adına Ədəbiyyat və sənət nəşriyyatında məsul vəzifələrdə çalışmışdır. Sonra "Gənclik" Jurnalının baş redaktoru olmuşdur. 1983-cü ildə "Şərq üfüqləri" toplusuna görə Özbəkistan Dövlət mükafatına layiq gö rülmüşdür. E.Vahidov ədəbiyyata 60-cı illərin başlanğıcında gəlmişdir.
Fazil Vahidov
Fazil Vahidov — alim. == Həyatı == Vahidov Fazil Qulammirzə oğlu 1941-ci ilin martında Ağsu rayonunun Nuran kəndində anadan olmuşdur. 1958-ci ildə Ağsu qəsəbə orta məktəbini bitirmişdir. 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxumuşdur. 1970-ci ildən BDU-da çalışır. == Təhsili, elmi dərəcəsi və elmi adları == Ali təhsillidir. 1972-ci ildə "Ömər Faiq Nemanzadənin dünyagörüşü" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir; fəlsəfə elmləri namizədidir. 1974-cü ildən BDU-nun dosentidir. == Əmək fəaliyyəti == 1963-1965-ci illərdə Kürdəmir rayonundakı "Bolşevik" sovxoz 8-illik məktəbinin müəllimi; 1965-1967-ci illərdə Kürdəmir rayonundakı Böyük Kəngərli 8-illik məktəbinin direktoru; 1967-1970-ci illərdə BDU-nun Fəlsəfə kafedrasının aspirantı; 1970-1974-ci illərdə BDU-nun Politologiya və sosiologiya kafedrasının müəllimi və baş müəllimi; 1974-1991-ci illərdə həmin kafedranın dosenti; 1992-2006-cı illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı; 1991-hal-hazıradək Sosiologiya kafedrasının dosenti; Apardığı dərslər: Ümumi sosiologiya, Sosioloji tədqiqatın metodologiyası və metodikası; 80-ə qədər məqalə və tezisin, 1 broşüranın, 1 monoqrafiyanın, 4 kitabın müəllifidir; 7 elmlər namizədi yetişdirmişdir; 2007-ci ildə "İlin müəllimi" fəxri adına layiq görülmüşdür. == Tədqiqat sahəsi == şəxsiyyət problemi dünyagörüşü məsələləri == Seçilmiş əsərləri == 2004, "Sosiologiya".
Metaseiulus validus
Metaseiulus validus (lat. Metaseiulus validus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Məcnun Vahidov
Məcnun Vahidov — Azərbaycanlı müəllim-pedaqoq, yazıçı-ssenarist. Texnika elmləri namizədi, dosent. Məcnun Abdulvahid oğlu Vahidov 27 iyul 1946-cı ildə Ağdaşda anadan olub. 1969-cu ildə AzNKİ-nun Neft-mexanika fakültəsini bitirib və ömrününü sonuna kimi də bu təhsil ocağında çalışıb. Mancanaq dəzgahların optimal layihələşdirilməsi ilə məşğul olub. 80 elmi əsərin və 10 ixtiranın müəllifidir. Şahmat bəstəçiliyi üzrə idman ustası idi. "Şahmat bəstəçiliyi" və "Karavan mansub na Velikom Şelkovom" kitablarının müəllifidir. Azərbaycan Şahmat Federasiyası nəzdində şahmat bəstəçiliyi üzrə komissiyasının sədri və Azərbaycanın yığma komandasının kapitanı olub. 200-ə qədər şahmat məsələləri və etüdləri tərtib edib və bunların bir qismi beynəlxalq müsabiqələrdə mükafat qazanıb.
Rəhim Vahidov
Vahidov Rəhim Məcid oğlu (15 dekabr 1914, Ağdaş – 1994, Bakı) — Azərbaycan, sovet arxeoloqu, tarix elmləri doktoru, Mingəçevir, Torpaqqala, Gavurqala və s. qədim və erkən orta əsr abidələrinin tədqiqatçısı. Rəhim Vahidov 1914-cü il dekabrın 15-də Yelizavetpol quberniyasının Ərəş qəzasının, Üçqovaq kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndinin məktəbində alıb. Sonra Bakıda qatar mühəndisliyi kursunda oxumuş və bir müddət Gəncədəki dəmir yolu deposunda işləmişdir. 1935-1936-cı illərdə Göyçay rayonu Bığır kəndində məktəbdə müəllim kimi çalışmışdır. 1937-1941-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. İkinci Dünya Müharibəsi zamanı 402-ci Diviziyanın 840-cı Piyada alayının 3-cü Piyada Batalyonunun leytenant rütbəsində komandiri olmuşdur. “Almaniya üzərində qələbəyə görə” və “Qafqazın müdafiəsinə görə” medallarına layiq görülmüşdür. Müharibədən sonra Azərbaycan Tarixi Muzeyində işləməyə başlamışdır.
Süzanna Valadon
Süzanna Valadon və ya Süzan Valadon (fr. Suzanne Valadon, doğ. adı Mari-Klemantin Valad (Marie-Clémentine Valade); 23 sentyabr 1865, Bessin-sür-Qartamp, departament Yuxarı Vyenna — 7 aprel 1938, Paris) — fransız rəssam; Fransa Rəssamlar Birliyinə qəbul olan ilk qadın (1894). Həmçinin sənətçi, model və Moris Utrillonun anası kimi tanınır. Uşaq yaşlarından rəsm çəkməyə başlamışdır. On beş yaşında sirk akrobatına olmuş, lakin bir il sonra zədələnmə səbəbiylə sirk karyerasını bitirməyə məcbur oldu. Pyer Sesil Püvi de Şavann, Renuar, Tuluz-Lotrek, Deqa kimi tanınmış rəssamların yanında işləmişdir. Əsasən güllər və landşaftları, gözəl kompozisiyaları və enerjili rəngli rəsmlər çəkirdi. Həm də çılpaq şəkillərlədə tanınır. 1890-cı illərin əvvəllərində ilk sərgilərdə əsasən əlinin portretləri, o cümlədən Erik Satinin portreti, 1893-cü ildə bir romanı var idi (yalnız Satinin həyatında gizlətmədiyi).
Tacəddin Vahidov
Kalidou Koulibali
Kalidou Koulibali (20 iyun 1991, Sen-Dye-de-Voj) — İngiltərə Premyer Liqasında çıxış edən Çelsinin futbolçusu.
Kalidon ovu
Kalidon ovu — qədim yunan mifologiyasında Kalidon qabanının ovlanması tədbiri. Burada Yunanıstanın ən cəsur döyüşçüləri iştirak edirdi. Onların arasında Spartadan Kastor və Polidevk, Afinadan Tesey, Pilosdan Nestor, İolkdan Yason, Fivdən Admet və başqaları var idi. Qaban Krommion donuzundan yaranmışdır. Kalidon tarlalarına Artemida tərəfindən göndərilmişdir. Donuz dişləri Tegeyadakı Afina Aley məbədində yerləşdirilmişdi və onları İmperator Avqust götürürdü. Pavsaninin dövründə onlardan biri dağılmışdı, digəri isə Romanın imperator bağlarındakı Dionis məbədində idi. Qaban dərisi Afina Aley məbədində qalmışdır.
Validə Məmmədova
Validə İmran qızı Məmmədova (1950, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədris işləri üzrə prorektoru (2015–2021), professor (2010), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008). Validə İmran qızı Məmmədova 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1967-ci ildə Bakının 172 saylı orta məktəbi, 1972-ci ildə V. İ. Lenin ad. APİ-nin (indi ADPU) Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. 1973-cü ildə M. Lomonosov ad. MDU-nun "Psixologiya" fakültəsində ixtisasartırma keçib. 1981–1984-cü illərdə istehsalatdan ayrılmaqla AR Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunun aspirantı; 1974–1976-cı illərdə Xalq Təsərrüfatı işçilərinin ali ixtisasartırma kurslarında Peşə etikası və psixologiya fənni üzrə müəllim; 1975-ci ildən bu günə qədər pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə bağlıdır. 1991–1994-cü illərdə müəllimliklə yanaşı eyni zamanda əvəzçiliklə Universitetin Elmi Şurasının katibi vəzifəsində çalışıb. 2001–2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Humanitar və ictimai fənlər" kafedrasının müdiri; 2010–2015-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Tədris işləri üzrə prorektor; 2015–2021-ci illərdə ADMİU-da Tədris işləri üzrə prorektor; 2021-dən bu günə kimi ADMİU-nun rektor müşaviri vəzifəsində çalışır. 1988-ci ildən filologiya elmləri namizədi, 1990-cı ildən dosent, 2010-cu ildən professordur.
Validə Sultan
Validə sultan vəya Sədəf-i Dürr-i Xilafət (Osmanlıca: والده سلطان) — taxta çıxan Osmanlı padşahlarının həyatda olan analarına verilən bu ünvan bəzi mənbələrdə "validə-i padşah", "validə-i səadətpənah", "məhdi-ülya-i səltənət" olaraq da qeyd olunur. Kösəm Sultan üçün "ümmül-möminin", Pərtəvniyal Sultan üçün "ümmül-cahan" ünvanları istifadə edilmiş, Dəftərdar Sarı Mehmed Paşa, ölümünün ardından Turhan Xədicə Sultanı "dövlətin bir rükn-ü rəkini" olaraq adlandırmışdır. Osmanlı sülaləsinin hərəmdəki ən yüksək təmsilçisi və hərəmxana sistemində ən yüksək rütbəli şəxs olan validə sultan icazə vermədən ona yaxınlaşmaq, yanında danışmaq vəya oturmaq olmazdı. Osmanlı tarixində oğlunun səltənətini görə bilən validə sultan sayı 23-dür. Bunlar Orxan Qazini anası Malhun Xatun, I Muradın anası Nilüfər Xatun, I Mehmedin anası Dövlət Xatun, II Mehmedin anası Hüma Xatun, II Bəyazidin anası Gülbahar Xatun, I Süleymanın anası Hafsa Sultan, III Muradın anası Nurbanu Sultan, III Mehmedin anası Safiyə Sultan, I Əhmədin anası Handan Sultan, I Mustafanın anası Həlimə Sultan, II Osmanın anası Mahfiruz Sultan, IV Murad və Sultan İbrahimin anası Kösəm Sultan, IV Mehmedin anası Turhan Xədicə Sultan, II Süleymanın anası Saliha Dilaşub Sultan, II Mustafa və III Əhmədin anası Rabiyə Gülnuş Əmətullah Sultan, I Mahmudun anası Saliha Sultan, III Osmanın anası Şahsüvar Sultan, III Səlimin anası Mihrişah Sultan, IV Mustafanın anası Aişə Səniyəpərvər Sultan, II Mahmudun anası Nəqşidil Sultan, I Əbdülməcidin anası Bəzmialəm Sultan, I Əbdüləzizin anası Pərtəvniyal Sultan və V Muradın anası Şevkəfza Sultandır. II Əbdülhəmid isə kiçik yaşlarında anasını itirdiyi üçün onu böyüdən mənəvi anası Piristü Sultanı validə sultan elan etmişdir. Padşahın anası, xanımları, qızları, şahzadələri, qısaca padşahın ailəsi XVI əsrin ortalarına qədər bu gün İstanbul Universitetinin olduğu yerdə Köhnə Sarayda yaşayırdılar. Qanuni Sultan Süleymanın xanımı Xürrəm Sultan qaynanası Hafsa Sultanın vəfatının ardından hərəmin bir hissəsi ilə 1534-cü ildə Topqapı sarayına köçdü. Xələfi Nurbanu Sultan da iqamət olaraq bu sarayı seçmişdi. Beləliklə, yeni sarayın hərəmxana hissəsi getdikcə böyüdü.
Validə Tutayuq
Tutayuq Validə Xaspolad qızı (23 sentyabr 1914, Şuşa – 12 noyabr 1980, Gəncə) — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949), professor (1950), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1968). 1914-cü ildə Şuşada doğulmuşdur. Validə Tutayuq 1980-ci ildə vəfat etmişdir. 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Bağçılıq və bostançılıq" fakültəsinə qəbul olmuşdur. 1932-ci ildə institutda preparator vəzifəsinə qəbul edilən V. Tutayuq elə bu vaxtdan etibarən axşam təhsili ilə yanaşı əmək fəaliyyətinə başlayır. 1934-cü ildə aspiranturaya qəbul olunur, K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilir, sonralar doğma institutuna qayıdır . 1939-cu ildən botanika kafedrasına başçılıq etmişdir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın olmuşdur. 1957-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutuna direktor təyin olunur. O, geniş profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin müəllifidir.
Validə Yusifova
Validə Cavad qızı Yusifova — istilik texnikası sahəsində Sovet Azərbaycan alimi, texnika elmlər doktoru. Validə Yusifova 15 oktyabr 1916-cı ildə Şuşa, Azərbaycan SSR-də anadan olmuşdur. 1945-ci ildən başlayaraq İ. Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda istilik mübadiləsi laboratoriyasına rəhbərlik etmişdir. Fərdi karbohidrogenlərin, çoxkomponentli neft emalı məhsullarının, dəniz suyu və digər duzlu məhlulların istilik mübadiləsinə, istilik fizikasına, hidrodinamikaya, həmçinin qaz və maye yanacaqların İEM-də yandırılması prosesinə aid elmi-tədqiqat işləri aparmışdır. Dəniz suyunun şirinləşdirilməsi məsələlərinə həsr olunan beynəlxalq simpoziumlarda (İtaliya, 1976; İspaniya, 1978) məruzə etmişdir.
Validə sultanlar
Bəzi Osmanlı padşahlarının anası övladları taxta çıxmadan öncə vəfat etmiş və bu səbəbdən Validə sultan ola bilməmişdir. Aşağıdakı cədvəldə həm Osmanlı padşah anaları, həm də Validə sultanları göstərilir. Validə sultan ünvanını ən qısa müddət daşıyan — Şevkəfzə Sultandır (3 ay). Validə sultan ünvanını ən uzun müddət daşıyan — Turhan Xədicə Sultandır (35 il). Bu ünvanı 2 dəfə alan ilk validə sultan — Əminə Xatundur. İstanbulda dəfn olunan ilk Osmanlı validə sultanı — I Gülbahar Xatundur. İstanbulda dəfn olunan son Osmanlı validə sultanı — Heyranıdil Qadınəfəndidir.
Validə Əlizadə
Validə Əlizadə (tam adı: Validə Mövsüm qızı Əlizadə; 31 yanvar 1946, Bakı) — AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Büro üzvü, professor. 2008-ci ildən həmin İnstitutun Eksperimental botanika şöbəsinin müdiri kimi fəaliyyət göstərir. Akademiyanın 2 may 2017-ci il tarixli ümumi yığıncağında AMEA-nın həqiqi üzvü seçilmişdir. Əlizadə Validə Mövsüm qızı 1946-cı il yanvarın 31-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1974-cü ildə namizədlik (Moskva), 1994-cü ildə doktorluq (Bakı) dissertasiyalarını müdafiə etmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Azərbaycan EA Botanika İnstitutunda baş laborant (1971–1973), kiçik elmi işçi (1973–1980), böyük elmi işçi (1980–1994), aparıcı elmi işçi (1994–1995) kimi fəaliyyət göstərmişdir. V. M. Əlizadə 1980-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, 2012-ci ildə professor elmi adlarına layiq görülmüşdür. 1996–2011-ci illərdə AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, 12.2011–10.2021 illərdə AMEA Botanika İnstitutunun direktoru vəzifəsində çalışıb.
Valiko Juğeli
Valiko Juğeli (gürcücə: ვალიკო ჯუღელი; 1 yanvar 1887, Tiflis – 30 avqust 1924, Gürcüstan) — gürcü hərbçi və siyasətçi. Qatı bolşevizm əleyhdarlığı ilə seçilir.) Gürcüstan Demokratik Respublikasının Sovet Rusiyası tərəfindən işğal edilməsindən sonra Qırmızı Orduya qarşı Gürcüstanda müxtəlif dövrlərdə üsyanlar təşkil etməyə çalışmışdır. İlk əvvəllər, Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmasına baxmayaraq, daha sonra bolşeviklərdən uzaqlaşmış və menşeviklərlə yaxınlaşmışdır. Bundan sonra o, menşeviklərin Gürcüstandakı ən məşhur üzvlərindən birinə çevrilmişdir. Valiko Juğeli 1887-ci ilin 1 yanvar tarixində Gürcüstanda anadan olmuşdur. O dövrdə Gürcüstan torpaqları Rusiya imperiyasının ərazilərinə daxil idi. Həyatının erkən dövrlərindən siyasətlə maraqlanmışdır. Gürcüstanda Sovet İttifaqına qarşı üsyan təşkil etməyə çalışarkən ətrafındakı şəxslərlə birlikdə həbs edilmiş və qısa müddətlik araşdırma, məhkəmə prosedurlarından sonra güllələnərək edam edilmişdir. XX əsrin əvvəllərində Rusiya imperiyasının bir parçası olan Gürcüstanda marksist hərəkatlarla maraqlanmışdır. İlk əvvəllər Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmasına baxmayaraq, dahasonra menşeviklərə qatıldı və bu qanadın Gürcüstandakı ən təsirli üzvlərindən biri oldu.
Ephedra valida
Ortaboylu acılıqotu (lat. Ephedra intermedia) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteistikası == Orta Asiya, Tyan-Şan, Qafqaz, Cunq-Kaşq və Tibetdə geniş yayılmışdır. İlk dəfə Tarbaqatayda təsvir edilmişdir. 1 m hündürlükdə, sallaq budaqlı, boz qabıqlı, lifli koldur. Şaxəli budaqları yoğun, düz duran, göyümtül-yaşıl rəngdə olub, hamar və ya kələ kötürdür, diametri 2-3 mm-ə çatır. Düyünaraları qısa və ya 5 sm-ə qədər uzanmışdır. Yarpaqları iki-iki düzülmüş, pərdəvarı, üçbucaq formadadır, uzunluğu 2,5-3,5 sm-dir. Hamaşçiçəkdə tozcuq sünbülcükləri sıx topalaşmışdır, saplaqsızdır, oval formadadır, budaq boyu düzülmüşdür, 6-8 çiçəyi vardır. Daxili çiçəkaltlıqları enli və bütövdür; borucuğunun uzunluğu təxminən 4-5 mm-dir və kənarları diləoxşar formadadır.