Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Work and Travel USA
İş və səyahət Amerika-(ing. Work and Travel USA).Proqramı Amerika Dövlət Departamenti tərəfindən idarə edilən, dünyanın müxtəlif yerlərindən tələbələrin yay tətili ərzində Amerika Birləşmiş Ştatları işləyib ingilis dilini təkmilləşdirmək imkanları verən, dünyanı və fərqli mədəniyyətləri tanımalarını təmin edən bir tələbə mübadilə proqramıdır. Work and Travel (WAT) Amerika Birləşmiş Ştatları hökumətinin nəzarəti altında olan tələbə mübadilə proqramıdır. Bu proqram dünyanın müxtəlif ölkələrindəki universitet tələbələrinə yay tətili müddətində Amerikada işləyib, ingiliscə danışıq təcrübəsini inkişaf etdirmək, dünya və müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq imkanı verir. WAT həmçinin, tələbələrin turist kimi deyil, Amerika vətəndaşı kimi yaşamağı və düşünməyi təmin edən və bununla yanaşı səyahət xərclərini qazanıb, əlavə olaraq müəyyən miqdarda pul yığmaq fürsətini verir. Work and Travel proqramının əsas şərtləri bunlardır: 18-28 yaş arası olmaq Ali məktəblərin birinin tələbəsi olmaq.Proqramda sonuncu kurs tələbələrinin iştirakına icazə verilmir. Ən azı orta səviyyədə ingilis dilini bilmək.(Burada əsas tələb olunan şərt, qarşında olan şəxsə öz fikrini normal formada izah etdirməkdir.) Ali məktəb qiymətlərinin normal olması. Hər il bir çox ölkələrdən gələn minlərlə universitet tələbəsi WAT proqramına qoşularaq yüksək səviyyəli beynəlxalq təcrübə qazanmaq fürsəti əldə edir.Əsasən proqramın tələbələr üçün faydaları sırasında bunları qeyd etmək olar.Ayda təqribən 1000-1500 ABŞ dolları qazana bilmək və proqram üçün lazımi yaşayış və səyahət xərclərini ödəyə bilmək imkanı. Eyni zamanda həm işləmək, həm də dincəlmək fürsəti, Proqramın sonunda ömür boyu unudulmayacaq təcrübə və xatirələr qazanmaq.Amerikada qalınan 4 ay müddətində ingiliscə danışıq qabiliyyətini inkişaf etdirmək və ingilis dili məlumatını real həyatda praktiki olaraq tətbiq etmək fürsəti əldə etmək.Tələbələrin gələcək karyerası üçün təcrübə qazanmaq.Həm Amerika Birləşmiş Ştatları vətəndaşları, həm də digər ölkələrdən gələn tələbələrlə tanış olub onların mədəniyyətlərini yaxından tanımaq, eyni zamanda öz milli mədəniyyətlərini də əcnəbilər arasinda nümayiş etdirmək və tanıtmaq fürsəti qazanmaq. Work and Travel USA proqramına qatılmaq üçün ciddi şərtlər tələb olunmadığından, dünyanın hər bir yerindən, hər il təxminən 150.000 tələbə iştirak edir.Proqram üçün tələb olunan ən önəmli şərt, iştirakçının tələbə olmasıdır.Proqramda yalnız əyani şöbədə oxuyan tələbələr yararlana bilər.Digər bir şərt isə,tələbənin orta səviyyədə ingilis dilini bilməsi hesab olnurur.Bu əsasən tələbələrin Amerika Birləşmiş Ştatlarında öz fikirlərini sərbəst ifadə etməsi üçün lazımdır.Tələbənin xeyrinə olacaq sonuncu məsələ isə, onun illik qiymətlərinin kafi olmamasıdır.Bütün bu şərtlərə cavab verən, tələbələrin viza almaq ehtimalı 95% hesab olunur.
The Sims 4: Get to Work
The Sims 4: İşə get! (ing. The Sims 4: Get to Work) — The Sims 4 kompüter oyununa ilk oyun paketi 4 fevral 2015-ci ildə oyunun rəsmi saytında elan edildi və 31 mart 2015-ci ildə Rusiya, MDB ölkələri, ABŞ və İngiltərədə, 2 aprel 2015-ci ildə isə fiziki və rəqəmsal olaraq bütün dünyada satışa çıxarıldı. Oyun paketi The Sims 4 oyununun imkanlarını peşə baxımından genişləndirir, həkim, detektiv və alim peşəsini əlavə edir. The Sims 2: Biznes oyun paketində də olduğu kimi xüsusi biznes yaratma funksiyası əlavə edilmişdir. Aktiv peşələrin mövzusu tərtibatçılar tərəfindən seçilmişdir, çünki iş yerlərində personajları idarə etmək həmişə Sims seriyasının pərəstişkarlarının əsas istəklərindən biri olmuşdur. Bundan əlavə, paketdə The Sims 2 oyununa əsaslanan yadplanetlilər də vardır. İşə get oyun paketinin daha dinamik və müxtəlif vəziyyətə gətirildiyinə baxmayaraq, tənqidçilər tərəfindən peşələrin azlığı səbəbilə mənfi rəylər almışdır. Oyun paketində 3 yeni peşə: iş prosesi tamamilə oyunçu tərəfindən idarə olunan həkim, alim və polis məmuru vəzifələri təqdim olunmuşdur. İşdə olduğu zaman personaj ona verilən tapşırıqları yerinə yetirməlidir.
Microsoft Word
Microsoft Word – mətn redaktoru olub istənilən mürəkkəb sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur. Word sürətli əmrlər yığımı və yazının qramatikasını yoxlayan proqramlar, sinonimlər lüğəti kimi müasir alətlərlə təchiz olunmuşdur ki, onların köməyi ilə sənədi savadlı tərtib etmək, çox asanlıqla və vaxt itirmədən məktubları, hesabatları, qeydləri və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları deyilir (Notepad, WordPad və s.) Kompyuteri işə saldıqdan sonra Windows əməliyyat sistemi yüklənir. Windows yüklənəndən sonra Word proqramını işə salmaq üçün "Start" düyməsi basılır və "Programs" menyusundan Microsoft Word seçilir. Mətn redaktorlarının görünüşləri təxminən eynidir. Yəni bu proqramların əsas hissələri mətn daxil edilən ərazi və menyulardır. Menyulardan əlavə alətlər paneli və xətkeş də mövcuddur. Alətlər panelindəki düymələr əsasən menyularda olan əməliyyatları daha rahat işə salmaq üçün istifadə olunur. MS Word proqramının düymələri yerinə yetirdikləri əməliyyatlara görə qruplara bölünüb panellərə düzülüblər.
Born seriyası
Born ilk dəfə 1980-ci illərdə Amerika yazıçısı Robert Ludlum tərəfindən nəşr edilmiş üç kitabdır. Daha sonra bu kitablardan ekranlaşdırılmış şəkildə Mett Deymonun baş rolda olduğu bədii filmlər çəkilmişdir.
Ceyson Born
Ceyson Born — Robert Ludlum tərəfindən yazılmasına başlanılmış və daha sonra Erik Van Lustbader tərəfindən davam etdirilən bir sıra romanlar seriyasının baş qəhrəmanıdır. İlk dəfə The Bourne Identity (1980) romanında görünmüşdür. Bu roman eyni adlı televiziya serialı (1988) və filmə (2002) çevrilmişdir. İlk bədii film olan The Bourne Identitydən sonra The Bourne Supremacy 2004-cü ildə ekranlara çıxmışdır. 2007-ci ildə The Bourne Ultimatum buraxılmışdır. Bundan əlavə, Erik Van Lustbaderin yazdığı daha 4 kitab var və onlar hələ böyük ekrana köçürülməmişdir. Bundan əlavə, Rachel Weisz və Ceremi Rennerin baş rollarında oynadığı başqa bir filmdə "The Legacy of Bourne" (2012) adı ilə çəkilmişdir. Jason Bourne, karyera xarici xidmət zabiti və Uzaq Şərq məsələləri üzrə mütəxəssis olan David Webb tərəfindən istifadə edilən bir çox ləqəblərdən biridir. "The Bourne Identity"dəki hadisələrdən əvvəl Uebbin Pnom Penhdə Dao adlı Taylandlı arvadı və Joshua və Alyssa adlı iki uşağı var idi. Uebbin həyat yoldaşı və uşaqları Vyetnam müharibəsi zamanı bir döyüş təyyarəsinin Kambocaya doğru yoldan çıxması, iki bomba atması və Mekonq çayı yaxınlığında bir yerə hücum etməsi nəticəsində həlak olub.
Elizabet Born
Elizabet Born (fr. Élisabeth Borne; 18 aprel 1961, XV arondisman (Paris)) — 16 may 2022-ci ildən etibarən Fransanın Baş naziri vəzifəsində çalışan fransız dövlət xadimi. 8 yanvar 2024-cü il tarixində istefa verib.
Maks Born
Maks Born (alm. Max Born‎; 11 dekabr 1882[…], Vrotslav, Prussiya, Almaniya imperiyası[…] – 5 yanvar 1970[…], Göttingen, Aşağı Saksoniya) — alman nəzəri fiziki və riyaziyyatçısı, kvant mexanikasının banilərindən biri. Fizika üzrə Nobel mükafatı (1954) luareatı. Dünyanın bir neçə elmi cəmiyyətinin üzvü, o cümlədən SSRİ Elmlər Akademiyasının xarici üzvü (1934). Born kvant nəzəriyyəsində fundamental nəticələrin müəllifidir: o, matris mexanikasının yaradıcılarından biri olmuş, Şredinger dalğa funksiyasının ehtimal olunan bir şərhini təklif etmiş və dağılma kvant nəzəriyyəsinə (Born yaxınlaşması) və digər elmi fənlərə əhəmiyyətli töhfələr vermişdir. Kristal qəfəsləri dinamikası, bərk maddələrin, maye və qazların termodinamikası və kinetik nəzəriyyəsi, nisbilik nəzəriyyəsi və elastiklik nəzəriyyəsi məsələləri ilə məşğul olmuşdur. Kvant mexanikasının fikirlərini elmin müxtəlif sahələrindən (atomların və molekulların quruluşu, bərk vəziyyət fizikası və başqaları) verilən suallara tətbiq etmiş və xətti olmayan elektrodinamikanın (Born — İnfeld nəzəriyyəsi) qurulmasına cəhd etmişdir. Göttingen və Edinburqda Born böyük elmi məktəblər yaratmış və elmin fəlsəfi və sosial problemlərinə dair nəşrlər nəşr etmişdir. İkinci Dünya Müharibəsindən sonra sülh uğrunda elm adamları hərəkatının yaradıcılardan və fəal iştirakçılardan biri oldu.
Vulf Dorn
Vulf Dorn (20 aprel 1969, İhenhauzen[d], Bavariya) — müasir dövr alman yazıçısı olan Vulf Dorn əsərləri hazırda təkcə Avropada yox, bütün dünyada ən çox oxunan müəlliflərdən biridir. Vulf Dorn 2009-cu ildə yazdığı ilk romanı "Psixiatr"la məşhurlaşıb. Debüt əsəri ona böyük şöhrət qazandırıb. Müəllif bu əsəri sayəsində Almaniyanın psixoloji triller janrında yazan ən populyar romançıları siyahısına düşüb. Daha sonralar qələmə aldığı "Şizofrenik", "Xain ürəyim", "Oyunbaz", "Fobiya" kimi romanları ilə qısa müddətdə bütün dünyada geniş oxucu kütləsi toplayan yazıçının əsərləri 10-dan çox dilə tərcümə olunub. Həyatının 20 ilini psixiatriya klinikasında fəaliyyətə həsr etmiş Vulf Dorn hazırda yalnız ədəbi yaradıcılıqla məşğuldur. Vulf Dorn 20 aprel 1969-cu ildə Almaniyada anadan olmuşdur. Tam zamanlı yazıçı olmazdan əvvəl psixiatrik terapevt və klinik tədqiqatçı kimi çalışmışdır. İyirmi il ərzində o, psixi pozğunluğu olan insanlara peşə reabilitasiyası və iş üzrə məşqçi kimi dəstək olmuşdur. Vulf Dorn Jan Forstner, Mark Behrendt, Doro Beck, Simon Strode, Robert Winter və bir çox başqa personajlar yaradıb.
Korn
Korn (bəzən loqotiplərdə əslinə uyğun olaraq "KoRn" və ya "KoЯn" kimi də yazılır ) — 1993-cü ildə Kaliforniyada yaranmış nu metal qrupudur. Qrup nu metal janrının banisi hesab edilir. 1994-cü ildə çıxardıqları eyni adlı (Korn) debüt albomu bütün dünyada 3 milyondan çox satmışdır. Qrup 1996-cı ilin aprelinə kimi "Life Is Peachy" albomunun üzərində işləyir və həmin il 15 oktyabr albomu satışa çıxardır. 1998-ci ildə Billboard 200 siyahısında 1-ci sıraya yüksələn "Follow the Leader Korn" albomu qrupun əsas tanınmasında rolu olan albom kimi qəbul edilir. 1999-cu ildə çıxardıqları "Issues" albomu yenə eyni siyahıda 1-ci sıraya yüksəlir. Qrup 11 iyun 2002-ci ildə "Untouchables" albomunu və 21 noyabr 2003-cü ildə "Take a Look in the Mirror" albomunu yayımlayır. Hər iki albom Billboard 200 siyahısında ilk onluq içərisindən zirvəyə yüksəlir. İlk yığma albomları olan "Greatest Hits Vol. 1", Billboard 200 siyahısında 4-cü sıraya yüksəlir.
Torn
Torn (limb. Thoear) — Niderlandın Limburq əyalətində, Maasqouv bələdiyyəsində şəhər. Myoz və Vitbik çaylarının sahilində yerləşir. Şəhərin mərkəzindəki ağ fasadlı evlərində görə Torn "ağ şəhər" adı ilə tanınır. İlk əvvəllər Torn ərazisi Maastrix və Neymegen arasındakı Roma yolunun yaxınlığında yerləşən bataqlıq idi. Amma təxminən 975-ci ildə yepiskop Utrextli Ansfrid burada Benedektin monastırının əsasını qoymuşdur. XII əsrdən etibarən monastır qadın monastırına çevrilməyə başlanmışdır. Monastırı idarə edən abbat idi. Monastır ziyalı ailəsindən çıxmış qadınlar tərəfindən dəstəklənilirdi.
Bella Torn
Annabella Everi "Bella" Torn (ing. Annabella Avery Thorne; 8 oktyabr 1997, Pembrok-Payns[d], Brauard dairəsi, Florida, ABŞ) — amerikalı aktrisa, model, müğənni və yazıçı. Torn 20-dən çox serialda və 60-dan çox reklamda modellik və aktrisalıq edib. Lakin Tornun ən məşhur rolu baş rolunu ən yaxın dostu Zendaya ilə bölüşdüyü "Göstər özünü"dəki ("Shake it up") Sisi Cons roludur. Bella Thorne 8 oktyabr 1997-ci ildə, Floridada, Pembruk Şamlarında anadan olmuşdur. Ailənin ən kiçiyi olan Tornun atası da aktyor idi. Thorne ilk dəfə 2003-cü ildə "Sənə vurğun" filmində MEQAHERS Yan xətti azarkeşi rolunda çəkildi. 2008-ci ildə isə "Mənim ən pis düşmənim" adlı serialda Rati Spivi köməkçi rolu ilə bir Cavan Aktyor Mükafatını qazandı. O, həmçinin, Cimmi Kimmel Yaşayır! daxil olmaqla, O.C. — də Teylor Tovnsendin gənc versiyası kimi, Oktyabr Yolunda Ancela Ferilli və Şəhvani haram pul serialında 5 seriya boyunca, Marqaruks Darlinq obrazını canlandırmışdı.
Biq-Horn
Biq-Horn — ABŞ-də, Qayalı dağlarda silsilə. Uzunluğu təqribən 200 km. Ən hündür zirvəsi Klaud-Pik dağıdır (4015 m). Böyük Düzənliklər platosundan nisbi hündürlüyü 1200–1500 m-dir. Ox hissəsi Kembriyə -qədərki qranitlərdən, kənarları Paleozoy və Mezozoyun çökmə süxurlarından təşkil olunmuşdur. Dağ çölləri, küknar və ağ şam meşələri, yuxarılarda subalp seyrək meşəliyi yayılmışdır. Dövlətə məxsus 400 min ha meşə sahəsi istirahət və turizm üçün istifadə olunur.
Horn adası
Horn adası (isp. Isla Hornos) — Odlu Torpaq arxipelaqına daxil olan, Çiliyə məxsus olan ada. İnzibati baxımından Çilinin Antartika Çilena vilayəti ərazisinə daxildir. Adada Horn burnu yerləşir. Əslində isə Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi Dieqo-Ramires adalarında yerləşir. Adada Çili hərbi-dəniz qüvvələrinə məxsus baza yerləşir: mayak, kilsə, yaşayış binaları və təyinatlı binalar. Adada Albatrosların bədən quruluşlarına bənzər abidə vardır. Bu abidə Horn burnunu keçmək istəyərlən həyatlarını itirmiş dənizçilərin şərəfinə qoyulmuşdur. Ada ərazisi Horn milli parkı ərazisinə daxildir (isp. Parque nacional Cabo de Hornos).
Horn burnu
Horn burnu (nid. Kaap Hoorn, isp. Cabo de Hornos) — Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi]. Horun burnu anlayışı çox vaxt Cənubi Amerikanın cənub qurtaracağı kimi qəbul olunur. Horn burnu əslində Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi deyil. Horun burnundan 100 km cənub-qərbdə Dieqo-Ramires adaları yerləşir. Məhz bu adalar qitənin ən ucqar nöqtəsidir. Materikdə isə Bransuik yarımadasında olan Frоuаrd burnudur. Horn burnu Horn adasında yerləşir. Ərazini Cənubi Amerika ilə Antarktida arasında yerləşən Dreyk boğazının suları yuyur.
Roy Horn
Ziqfrid Fişbaxer və Uve Lüdviq Horn (ing. Siegfried & Roy) — ağ şir və ağ pələnglə göstəriləri sayəsində məşhur olmuş keçmiş estrada artistləri Ziqfrid Fişbaxer və Uve Lüdviq Horndan ibarət alman-amerikan dueti.
Sorn Kyerkeqor
Sorn Kyerkeqor (dan. Søren Kierkegaard; 5 may 1813[…], Kopenhagen, Danimarka-Norveç – 11 noyabr 1855[…], Kopenhagen) — ilk ekzistensialist filosof olaraq qəbul edilən danimarkalı sosial tənqidçi, dini yazıçı, şair, teoloq və filosof. Kyerkeqor 1813-cü ildə Kopenhagendə varlı bir ailədə doğuldu. Varlı tüccar olan atasının dindarlığı Kyerkeqora da təsir etmişdi. O, erkən yaşlarından dini mətinləri oxumağa başlamışdı. Dini araşdırmalar onu fəlsəfəyə doğru çəkirdi. Kyerkeqor gənckən Xristian Volf, Lüdviq Holberq, Yohan Georq Hamann, Qothold Efraim Lessinq, Eduard Yunq və Platonun əsərlərini oxuyurdu. 1830-cu ildə Kopenhagen Universitetinə daxil oldu və fəlsəfə sahəsində ixtisaslaşdı. Sonrakı illərdə Regina Olsenlə olan uğursuz münasibəti Kyerkeqora təsir etdi. O münasibəti davam etdirə bilməməsinə səbəb kimi öz melanxoliyasını göstərirdi.
Sam Horn
Samuel Lee Horn (2 noyabr 1963-cü ildə anadan olub) keçmiş peşəkar Amerikalı beysbol oyunçusudur. Səkkiz mövsümün bir hissəsini Major League Baseball- da (MLB) keçirmiş və Boston idman komandalarının flaqman stansiyası olan New England Sports Network- ün aparıcısı olmuşdur.
Kork
Kork (irl. Bruachbhaile Chorcaí, ing. Cork) — İrlandiyanın cənub-qərbində Manster vilayətində yerləşən şəhər. 2016-cı il hesablamalarına görə, şəhər əhalisi 125,622 nəfər təşkil edir. Şəhər qərb istiqamətində iki kanala bölünən və şəhər mərkəzini kiçik adalara bölən Li çayı dərəsində yerləşir. Dünyanın ən böyük təbii limanı da burada yerləşir. Yerli sakinlər şəhəri İrlandiya vətəndaş müharibəsində inqilabçı qüvvələrin mərkəzi olmasına istinadən ölkənin "həqiqi paytaxtı" adlandırırlar. Şəhərin şüarı latın dilində "Statio Bene Fida Carinis", yəni "Gəmilər üçün təhlükəsiz liman" mənasını verir. 2017-ci ilə olan məlumata əsasən, Kork şəhəri aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə malikdir. 2017-ci ilin fevralına olan məlumata görə, şəhər şurası Bordo, Sankt Peterburq və Mayami şəhərləri ilə də "qardaşlaşmış şəhər" olmaq üçün danışıqları davam etdirir.
York
York — Böyük Britaniyada, İngiltərədə şəhər.
Born to Die
Born to Die — amerikalı müğənni-bəstəkar Lana Del Reyin ikinci studiya albomu. 27 yanvar 2012-ci ildə Interscope Records və Polydor Records tərəfindən buraxılmışdır. Albomun The Paradise Edition adlı başqa versiyası 9 noyabr 2012-ci ildə buraxılıb.
Kamamber (Orn)
Kamaber (fr. Camambert) — Fransanın şimal-qərbində yerləşən Orn rayonununda bir kənddir.Ən çox Kamamber pendirinin mənşə yeri olmasına görə məşhurdur.
Orn (departament)
Orn (normand dilində və fr. Orne) - Fransanın şimal-qərbində departament, Aşağı Normandiya regionunun departamentlərindən biri. Seriya nömrəsi - 61. İnzibati mərkəzi - Alanson. Əhalisi - 301.421 nəfər (2010-cu ilin məlumatına görə departamentlər arasında 76-cı yeri tutur). Ərazisinin sahəsi 6103 kv. km.-dir. Departamentin ərazisindən adını götürdüyü Orn çayı axır. Departament 3 dairə, 40 kanton və 505 kommunanı birləşdirir. Orn — 1790-cı ilin mart ayında yaranmış 83 departamentdən biridir.
Big Horn (Vayominq)
Biq-Horn qraflığı (ing. Big Horn County – azərb. Böyük buynuz‎) — Vayominq, ABŞ-də yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu qraflığın əhalisi 11 461 nəfər olmuşdur. qraflığın paytaxtı Beysin şəhəridir. Biq-Horn qraflığı Mart 1890-cı ildə Vayominq qanunvericiliyinə əsasən qurulmuşdur. Bu qraflıq Vayominqin Frimont, Conson və Şeridan qraflıqları ilə qonşudur. ABŞ Siyahıyaalma Bürosunu Biq-Horn qraflığı haqqında verdiyi məlumatına görə, qraflığın sahəsi 8182 km2, bunlardan 8125 km2 torpaq, 57 km2 isə su sahəsi tutur. qraflığın su resurslarının sahəsi onun bütün sahəsinin 0,7%-ni təşkil edir. Maraqlıdır ki, Biq-Horn həm də Nebraska ştatının qraflığı olan Biq-Hornla həmsərhəddir.
Biq-Horn (Vayominq)
Biq-Horn qraflığı (ing. Big Horn County – azərb. Böyük buynuz‎) — Vayominq, ABŞ-də yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu qraflığın əhalisi 11 461 nəfər olmuşdur. qraflığın paytaxtı Beysin şəhəridir. Biq-Horn qraflığı Mart 1890-cı ildə Vayominq qanunvericiliyinə əsasən qurulmuşdur. Bu qraflıq Vayominqin Frimont, Conson və Şeridan qraflıqları ilə qonşudur. ABŞ Siyahıyaalma Bürosunu Biq-Horn qraflığı haqqında verdiyi məlumatına görə, qraflığın sahəsi 8182 km2, bunlardan 8125 km2 torpaq, 57 km2 isə su sahəsi tutur. qraflığın su resurslarının sahəsi onun bütün sahəsinin 0,7%-ni təşkil edir. Maraqlıdır ki, Biq-Horn həm də Nebraska ştatının qraflığı olan Biq-Hornla həmsərhəddir.
Qros Morn dağı
Qros Morn dağı (fr. Gros Morne) — Reyunyon adasında yerləşən dağ. Zirvə dəniz səviyyəsindən 3019 metr yüksəklikdə yerləşir. Adanın ikinci ən böyük zirvəsidir. Qros Morndan şimalda Silao şəhəri yerləşir. Piton-de-Nej massivinin tərkibinə daxildir. Vulkanin massiv olsa da aktiv deyildir. Ətəkləri sıldırımlıdır. Əsasən bazalt təbəqədən təşkil olunmuşdur Dağa çıxmaq elədə çətin bir iş olmasada zirvənin ilk fəthi 1939-cu ildə gerçəkləşmişdir.
Boro (Nyu-York)
Boro (ing. Borough) — Nyu-Yorkun inzibati vahidləri. Şəhərin beş inzibati vahidi var: Manhetten, Bruklin, Kuins, Bronks, Staten-Aylend. Hər bir inzibati vahidi öz seçdiyi prezident idarə edir.
Bora-Bora
Bora-Bora adası - Sakit Okeanda Fransanın xarici ümumiliyində adadır. Ada təxminən 230 kilometr şimal-qərbi, laqun ilə və maneəli mərcan rifinin əhatə edilir. Adanın mərkəzində iki pikə, Pahia iki Dayağına və Otemanu-ya, 727 metrdə ən yüksək nöqtəyə qalxan nəsli kəsilmiş vulkanın qalıqlarıdır. Taiti dildə adanın orijinal adı Pora Pora kimi daha yaxşı verilə bilər, "Əvvəl Apardı" bildirərək ; erkən transkripsiya 18-cidə tapdı və 19-cu əsr hesabları, Bolabolla-dır və ya Bollabolla-dır. Əsas tənzimləmə , Vaitape adanın qərbi tərəfindədirlər, əsas kanalın qarşısında laquna. Adanın məhsulları əsasən məhdudlaşdırılır, nə tarixən olan kopra üçün iqtisadi əhəmiyyətdən dənizdən və hindqozu ağaclardan əldə edilə bilər. 2007 avqust siyahıyaalması ərzində, adada əhali təxminən 8 880 əhali var idi.
Ronda Börn
Ronda Börn (d. 1951), avstraliyalı Televiziya yazıçısı və prodüseridir. Bəlkə də ən bilinən çalışması The Secret (Sirr) adlı kitabı və eyni adla kinoya uyğunlaşdırılan filmidir.Eyni zamanda Sensing Murder(Qətlini hiss etmək) adlı TV proqramının da prodüseridir.. Australia 's Herald Sun qəzetində nəşr olunan bir məqaləyə görə Ronda, eyni zamanda Avstraliya TV serialı Dünyanın ən gözəl reklamları və Evlən mənimlə adlı TV probramlarının da prodüseridir. 2007-ci ildə Börn, Time jurnalının Dünyanın Ən Təsirli 100 adamı siyahısına daxil olmuşdur. 17 avqust 2010-cu ildə, The Power(Güc) adlı kitabı ki The Secret (Sirr) adlı kitabın davamıdır, həm bir ciltli buraxılışı, həm də audio CD kimi nəşr olunmuşdur.
Fort-Corc (Nyu-York)
Fort-Corc (ing. Fort George) — indiki Nyu-York ştatında mövcud olmuş beş qalanın adı. İlk Fort-Corc 1626-cı ildə Niderlandın Yeni Amsterdam koloniyasında tikilmiş və Fort-Amsterdam adlandırılmışdır. Britaniya ordusu 1664-cü ildə onun adını Fort-Ceyms adlandırmışdır. 1673-cü ildən 1674-cü ilə qədər qısa müddətə Hollandiyalılar tərəfindən Fort-Villem Hendrik kimi yenidən tutulmuşdur. Britaniyalılar onu 1691-ci ildə Fort-Vilyam Henri, 1703-cü ildə Fort-Enn və ya Kraliça qalası, nəhayət 1714-cü ildə Fort-Corc adlandırmışdılar. Şimal tərəfindəki qalalar 1776-cı ildə ABŞ İstiqlal müharibəsində amerikalılar tərəfindən dağıdıldı və nəhayət 1790-cı ildə sökülmüşdür. İkinci Fort-Corc 1755-ci ildə Nyu-Yorkun Osveqo şəhərində britaniyalılar tərəfindən tikilmiş, lakin 1756-cı ildə Fransa komandiri Lui-Jozef de Monkalm tərəfindən dağıdılmışdır. Üçüncü Fort-Corc 1755-ci ildə Nyu-Yorkun Leyk-Corc gölündə inşa edilmişdir. 1777-ci ildə dağıdılmış və 1780-ci ildə tərk edilmişdir.
Bora
Bora – dəniz sahilboyunda yerləşən alçaq sıra dağların yamacından aşağıya – dənizə doğru əsən və qışda xeyli soyuqluq yaradan güclü küləkdir. Yuqoslaviyanın Adriatik sahilboyunda, Novorossiyskidə, Baykalın sahillərində və sair yerlərdə müşahidə olunur..
Borc
Borc - bir tərəfin müvəqqəti olaraq pul, yaxud ölçü, çəki, say və s. ilə müəyyən edilən əşyaları digər tərəfin mülkiyyətinə verməsini və onların mütləq həmin ölçüdə geriyə qaytarılmasını bildirən müqavilə.
Boro
Boro (ing. borough /ˈbʌrə/ , /ˈbɜroʊ, ˈbʌroʊ/ — əsasən ingilisdilli ölkələrdə inzibati-ərazi vahidləri. Boro Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və İrlandiyada vardır. Müxtəlif ölkələrdə müxtəlif ərazi vahidlərini nəzərdə tuta bilər. Təntənəli qraflıq sayılan Böyük London şəhəri 32 borodan ibarətdir.
Boru
Boru - uzun, içiboş, çox vaxt en kəsiyi sabit dairəvi olan sənaye məmulu olub, maye, məhlul, qaz, buxar və s. məhsulların nəqlində istifadə olunur. Borular sənaye üsullarının tətbiqi ilə metal və xəlitələrdən, üzvi materiallardan (plastmas, qatran), beton, keramika, şüşə, odun və onların kominasiyasından hazırlanırlar. Qədimdə su təchizatı ağırlıq qüvvəsinin tətbiqi ilə həyata keçirilirdi. Su axını təşkil etmək üçün borulardan (qalay, aöac, bambuk) və ya kanallardan (gil, daş) istifadə olunurdu. İçi ovulmuş, üst hissəi metala bürünmüş ağaclar santexnika borusu kimi su təchizatının tərkib hissəsi sayılırdı: İngiltərədə 500 il öncə, ABŞ-də 1700-1800-cü illərdə ovulmuş ağac borular geniş yayılmışdır. Müasir santexnika boruları polad, mis və ya plastikdən, kanalizasiya boruları isə beton,polad, mis, plastik və ya çuqundan hazırlayırlar. En kəsiyinə görə boruları dairəvi və profil olaraq iki qrupa bölürlər. Profil boruların kvadrat, düzbucaqlı, oval və s. növləri vardır.
Borş
Borş (İngiliscə tələffüz: /ˈbɔːrʃ, ˈbɔːrʃt/) — daha çox Şərqi Avropa və Şimali Asiyada yayılmış şorba. Ukrayna mənşəli bir yeməkdir. Rusiya imperiyası dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan xörək. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir. Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir. Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çuğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir. Borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyduqda dadlar bir-birinə qarışır və daha da ləziz olur. 6 porsiya üçün nəzərdə tutulub 1 kq iri tikələrə bölünmüş sümüklü mal əti 5 xörək qaşığı kərə yağı və ya duru yağ 1 baş soğan 1 ədəd orta boy çuğundur (300 qr) 2 ədəd yerkökü (300 qr) 2 xörək qaşığı tomat 3–4 dəfnə yarpağı (rusca: lavroviy list) 1 ədəd orda boy kələm (700 qr) 3 ədər kartof 2 stəkan xırda-xırda doğranmış cəfəri zövgə görə duz zövgə görə istiot İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın.
Corc
Corc — Dünyada çox işlədilən ad və soyad.
Stefan Örn
Stefan Örn — İsveçli bəstəkar. Anders Bagge ilə birlikdə Drip Drop mahnısının musiqisinin müəllifi. Drip Drop mahnısını 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə tərəfindən ifa edilmişdir.
Corc Abekassis
Corc Edqar Abekassis (ing. George Edgar Abecassis; 21 mart 1913 – 18 dekabr 1991) — ingilis avtoyarışçısı, Formula-1-də HWM komandasının həmtəsisçisi.
Corc Abela
Corc Abela (22 aprel 1948) — Aprel 2009-ci ildən etibarən Malta 'nın prezidentidir. Hamrun 'da Lyceum və Qormi yerli ibtidai təhsil məktəbinə getdi. 1965-ci ildə Sənət hissəsindən məzun olduğu Malta Universiteti nə getdi. Qısa bir müddət müəllim olaraq işlərinə davam etdi və bir notarius oldu və 1975-ci ildə vəkil olaraq məzun oldu. Dərhal bir hüquq məsləhətçisi olaraq Baş İşçi Birliyi tərəfindən işə alındı ​​və beləcə əhəmiyyətli bir təcrübə əldə edərək 25 il Birliyin içində çalışdı. 1995-ci ildə Avropa Hüququ üzərinə doktara (Magister Iuris) etdi. 1982-ci ildə, Qormi FC sədri olaraq xidmət verdikdən sonra Malta Futbol Federasiyası başçılığına seçildi. Başçılığı dövründə əhəmiyyətli dəyişikliklərə gedərək təhsil sahələri, idman salonu və fizika müalicə kliniği və infrastruktur inkişaf etdirilmişdir. Malta milli futbol komandasının oyunçularına peşəkar olaraq ilk dəfə təhsilləri ilə məşğul olunmuşdur. On il sonra, 1992-ci ildə İşçi Partiyası içində məsul olaraq bir rol aldı.
Corc Adamski
Corc Adamski (ing. George Adamski) – amerikalı-polyak yazıçı, ufoloq və 1940–1950-ci illərdə uçan naməlum obyektlər tərəfindən qaçırıldığını və onlarla dostluq münasibətləri qurduğunu iddia etmiş şəxs. Adamski UNO-larla birlikdə Aya və digər planletlərə uçuşlar apardığını bildirmişdir və XX əsrin ortalarında uçan naməlum obyektlərin qaçırdığı ən məşhur şəxs kimi tanınmaqdadır. Adamski, 1950-ci illərdən etibarən ön plana çıxmağa başlayan uçan naməlum obyekt tədqiqatçılarından biri idi. Özünü filosof, müəllim, tələbə və uçan naməlum obyekt tədqiqatçısı olaraq adlandıran yazıçını bir çox müasiri yalançı, fırıldaqçı və şarlatan olduğunu bəyan etmişdilər. Yazıçı tərəfindən Skandinaviya ufoları ilə baş tutan görüşlərdən və kosmik gəmilərində onlarla səyahətlərini təsvir edən üç kitab yazılmışdır. "Uçan boşqablar endi" adlanan ilk kitab 1953-cü ildə Dezmond Leslinin həmmüəllifliyində nəşr edilmişdir. 1955-ci ildə isə "Kosmik gəmilərin içində" və 1961-i ildə "Uçan boşqabın vidası" adlı sayca üçüncü kitab çıxmışdır. Müəllifin ilk iki kitabı bestseller əsərlər kimi Amerika Birləşmiş Ştatlarında 200 min nüsxədən çox satılmışdır. Adamskinin iddiaları və fəaliyyəti Amerika Birləşmiş Ştatlarından sonra ən çox Yaponiyada əks-səda doğurmuşdur.
Corc Akerlof
Corc Akerlof (ing. George Arthur Akerlof, 17 iyun 1940, Nyu-Heyven[d], Konnektikut) — Amerikalı iqtisadçı. 2001-ci ildə Maykl Spens və Cozef Stiqlitslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Corc Akerlof Berkli Kaliforniya Universitetində iqtisadiyyat professorudur. Corc Akerlofun atası İsveç, anası isə yəhudi əsillidir. Corc Akerlof Lavrensvil məktəbindən məzun olmuş və 1962-ci ildə Yel Universitetində magistr dərəcəsinə yüksəlmişdir. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmiş və London İqtisadiyyat məktəbində işləməyə başlamışdır. Corc Akerlofun həyat yoldaşı Canet Yellen San Fransiskonun Federal Ehtiyat Sisteminin rəhbəridir və Berkli Kaliforniya Universitetində iqtisadiyyat professorudur. Canet Yellen həmçinin Bill Klintonun İqtisadi Məsləhət Şurasında da işləmişdi.
Corc Amik
Corc Amik (ing. George Amick) — 24 oktyabr 1924-cü ildə ABŞ-nin Oreqon ştatında anadan olmuş, 9 aprel 1959-cu ildə Floridada Daytona Beach-də keçirdiyi avtomobil qəza nəticəsində vəfat etmişdir. ABŞ-lı avtomobil yarışçısı, əsasən Amerika milli çempionatında çıxış etmişdir.38 qalibiyyət qazanmışdır. Yarışçı 1955-59-cu illərdə AAA, Usac,1957-58-ci illərdə Indianapolis 500 iştirak etmişdir. Formula 1ə daxil olan bu yarışlarda , Corc 6 xal qazanmış, 1958-ci ildə 15-ci yerdə qərarlaşmışdı. Amik, karyerasına ABŞ-nin şimal şərq ştatlarında başlayan yarışlarda çıxış edərək başlamış və sonralar Mitjet oyunlarına keçmişdir. Son 3 ildə 38 qalibiyyət qazanaraq hər üç mövsümdən bir ilk on ən yaxşı iştirakçı siyahısına daxil olurdu. 1958-ci ildə AAA yarışlarına, daha sonra USAC yarışlarına qatılmağa başladı. Burada 5 il ərzində 3 dəfə qalibiyyət qazanır.1956-cı ildə Indianapolis 500 yarışlarında iştirak üçün müraciət edir, lakin qəbul olunmur. 1957-ci ildə qəbul olunsa da, sürət aşağı olduğundan yarışa daxil ola bilmir.
Corc Anson
Corc Anson (1697–1762)
Corc Arliss
Corc Arliss (ing. Augustus George Andrews, 10 aprel 1868 — 5 fevral 1946) — Böyük Britaniya kinoaktyoru."Oskar" mükafatına layiq görülüb.
Edmund Börk
Edmund Börk (12 yanvar 1729[…], Dublin – 9 iyul 1797[…]) — Böyük Britaniya filosofu. Britaniya mühafizəkarlığının banisi irland protestantı Edmund Börk (1729–1797) hesab olunur. Mahir polemikaçı, filosof və siyasi xadim Börk 1776-cı ildə parlamentə seçilir və görkəmli natiq və erudit kimi şöhrət qazanır. Börk parlamentdə köləliyin və kölə alverinin ləğvi uğrunda mübarizə aparır, Amerika kolonistlərinin və bir az əvvəl zəbt edilmiş Hindistanın əhalisinin müdafiəsi üçün çıxış edir. Viqlər Partiyasının əqi dəli üzvü olan Börk xalq idarəçiliyi və insan hüquqları konsepsiyasına skeptik münasibətinin nəticəsi olaraq sonralar torilik ideologiyasının əsasını təşkil etmiş öz ideya və baxışlarının kompleksini irəli sürür. Fransa inqilabının və hər bir inqilab kimi onun gətirdiyi qarışıqlıqların şahidi olan Börk özünün "Fransada inqilab haqqında düşüncələr" kitabında belə bir mövqedən çıxış edir ki, insan öz taleyini həll etmək hüququnu dövlətə verməlidir, dövlət isə insanların qayğısına qalmalıdır. Börk həmçinin hesab edirdi ki, dövlət insanların iradəsindən nə qədər az asılı olsa, bir o qədər yaxşıdır. Börkün nəzəriyyəsi "Fransada inqilab haqqında düşüncələr" (Reflections on the Revolution in France, 1790) çox vədə verən Fransa inqilabına və zəkanın Maarifçi filosoflar tərəfindən yüksəklərə qaldırılmasına qarşı reaksiya kimi meydana gəldi. Maarifçilik dövrünün adamları zəkanı ənənələrdən, tarixdənkənar anlaşılan fərdi isə birlikdən üstün tuturdular. Börk bunların yerini dəyişdi: ənənə ayrı-ayrı intellektualların yaratdıqları nəzəriyyədən daha aqildir.
Böre
Börü (başqurdca: Börö, rus.
Dörd
Dörd — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Üçdən sonra, beşdən əvvəl gəlir.
Böri Təkin
Börü Təkin (Qəznə türkcəsində: بوری‌تگین Böri Tigin) — 975-977 illərində hakimiyyətdə olmuş Qəznə hakimi. 20 aprel 977-ci ildə xalqın başqa seçki keçirərək taxta Səbuk Təkini çıxarması ilə həyatına sərkərdə olaraq davam etdi.
Böri Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Börü Əhmədov
Börü Əhmədoviç Əhmədov (özb. Boʻriboy Ahmed o'g'li Ahmedov, 1924, Əndican vilayəti – 2002, Daşkənd) — Özbəkistan tarixçisi, şərqşünası, Qırğızıstan Tarixi Cəmiyyətinin fəxri professoru, Elmlər Akademiyasının akademiki (1995). Böyük özbək alimi, şərqşünas Börü Əhmədoviç Əhmədov (1924–2002) türk xalqlarının tarixinin öyrənilməsində mühüm addımlar atmışdır. Fars mənbələri üzrə ixtisaslaşmış tarix elmləri doktoru, professor B. Əhmədov Özbəkistan, Qırğızıstan Milli Universiteti, Qırğızıstan Tarixi Cəmiyyətinin fəxri professoru, Elmlər Akademiyasının akademiki (1995) və fəxri üzvü olmuşdur. Böyük alim B. Əhmədovun əsərlərinin Azərbaycan tarixşünaslığı üçün də böyük əhəmiyyəti vardır. Belə ki, tarixçinin Mərkəzi Asiya dövlətlərinin tarixinin öyrənilməsi ilə bağlı əsərlərində Azərbaycanın Səfəvi dövrü tarixinə dair maraqlı fakt və materiallara da rast gəlinir. Bunu səbəb göstərərək böyük özbək alimini türk xalqlarının müştərək tarixçisi kimi adlandıra bilərik. Bəlxə dair mühüm tədqiqat əsərində mühümfakt və materiallar vardır ki, onlar Azərbaycan Səfəvi dövlətinin tarixinin araşdırılmasında xüsusi yeri vardır. Böyük tarixçinin araşdırmalarında bir sıra tarixi problemlərə fərqli münasibətini də görürük. Həştərxanilər sülaləsinin Buxara taxtına sahib olmaları ilə bağlı tarixçi B. A. Əhmədov fərqli mülahizə irəli sürür.