Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xüms
Xüms – islamda vergi. Əldə olunan qənimət və ya qazancın, eləcə də ona bərabər tutulan illik gəlirin beşdə bir hissəsi. == QURANİ-KƏRİMDƏ XUMS HAQINDA NAZİL OLAN AYƏLƏR == Müqəddəs Qurani-Kərim, İslam dininin Qiyamətə qədər olan bütün qanunlarını ümumi şəkildə bizə bəyan etmişdir. Bu qanunların incəlikləri isə zaman keçdikcə, əvvəlcə Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm), daha sonra isə mə`sum İmamlarımız (ələyhissalam) vasitəsilə müsəlmanlara açıqlanmışdır. Xums haqqında Qurani-Kərimdə üç ayə nazil olmuşdur. Onlardan birində "xums" sözü aşkar surətdə qeyd olunmuş, digərində ona "haqq" ünvanı ilə işarə edilmiş və nəhayət, üçüncüsündə ondan "ənfal" ünvanı ilə ad aparılmışdır. İndi də o ayələri nəzərdən keçirək: Birinci ayə: Ənfal surəsi, 41-ci ayə; "(Ey möminlər! Əgər siz Allaha və haqla batilin ayrıd edildiyi gün….. nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ gətirdiyiniz (qazandığınız) hər hansı bir qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrabasının (Əhlul-beytin), yetimlərin, yoxsulların və yolçularındır!" Ayədəki "beşdə bir" sözü həmin ərəbcə işlətdiyimiz "xums" sözünün türkcə mə`nasıdır. Bu ayə xums barəsində ən aşkar və aydın şəkildə nazil olan ayədir.
Əl-Xüms
Əl-Xüms (ərəb. الخمس‎) — Liviyanın Tripolitaniya regionunda şəhər. == Tarixi == İtalyanlar 1911-ci ildə Liviyanı müstəmləkə etdilər və eyni il oktyabrın 10-da Xums şəhərindəki Murqub qalasında, digərində isə eyni yerdə başqa bir yerdə döyüşçülər və italyan ordusu arasında böyük bir döyüş baş verdi. İtaliyanın Liviyanın müstəmləkəsi dövründə ən vacib döyüşlərdən ikisi. Daha sonra Müəmmər Qəddafi babasının bu döyüşdə öldüyünü iddia etdi. II Dünya Müharibəsi zamanı Xums Müttəfiqlər tərəfindən işğal edildi və 1942-ci ildən 1951-ci ilə qədər Liviya müstəqillik qazandıqdan sonra Tripolitaniya və Kireanika bölgəsi İngiltərə Hərbi İdarəsi tərəfindən idarə edildi. İtaliya 1947-ci ildə ərazi iddiasından rəsmi olaraq imtina etdi.
Puli-Xümri
Puli-Xümri — Əfqanıstanda şəhər.
Xum
Hum – Xorvatiyada yaşayış məntəqəsi. 2011-ci ilin nəticələrinə əsasən burada cəmi 23 insan yaşayır. Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi də var. Hum kifayət qədər qədimdir və onun haqqında ilk qeydlər 1102-ci ilə gedib çıxır.
Qədir-Xum
Qədiri-Xum (ərəb. غدير خم‎) — şiələrin böyük bayramlarından biridir. Hər il zilhiccə ayının 18-də qeyd olunur. Qədir Xum" hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vasində baş vermiş məşhur hadisənin adıdır. Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur: Şimal istiqamətində bir yol Mədinəyə gedir; Şərq istiqamətində bir yol İraqa gedir; Qərb istiqamətində bir yol Misirə gedir; Cənub istiqamətində bir yol Yəmənə gedir. Rəvayətlərə görə Həzrəti Məhəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Qədir Xum məntəqəsi Məkkə yaxınlığında Cühfə kəndindən təqribən 3 km.aralıda yerləşir. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl "Qədir-Xum" hadisəsi baş vermişdir.
Qədiri-Xum
Qədiri-Xum (ərəb. غدير خم‎) — şiələrin böyük bayramlarından biridir. Hər il zilhiccə ayının 18-də qeyd olunur. Qədir Xum" hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vasində baş vermiş məşhur hadisənin adıdır. Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur: Şimal istiqamətində bir yol Mədinəyə gedir; Şərq istiqamətində bir yol İraqa gedir; Qərb istiqamətində bir yol Misirə gedir; Cənub istiqamətində bir yol Yəmənə gedir. Rəvayətlərə görə Həzrəti Məhəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Qədir Xum məntəqəsi Məkkə yaxınlığında Cühfə kəndindən təqribən 3 km.aralıda yerləşir. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl "Qədir-Xum" hadisəsi baş vermişdir.
Xün Xürtü
«Huun-Huur-Tu» (tıva Хүн Хүртү, translit. Khün Khürtü; rus. Хуун-Хуур-Ту; çin. sadə. 恒哈图, pinyin: Hénghātú; azərb. Xün Xürtü‎) — ənənəvi musiqi ifa edən Tıva musiqi qrupu. Musiqi qrupunun ən fərqləndirici xüsusiyyəti Tıva qırtlaq musiqisindən (xoomey) istifadə etməsidir. Musiqi qrupu adətən iqil, demir-xomus (Tıva ağız qopuzu), doşpuluur, tunqur (şaman bubeni) kimi ənənəvi Tıva musiqi alətlərindən istifadə edir. Buna baxmayaraq, qrup son illərdə gitara kimi qərb musiqi alətlərindən daha çox istifadə etməyə başlamışdır. "Huun-Huur-Tu" qrupunun əsas üslubu folk olsa da, bəzən müasir qərb musiqi alətlərindən, eləcə də elektronik musiqidən istifadə edirlər.
Düm Tek Tek
Düm Tek Tek-Türkiyəni 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Mahnını Belçikada yaşayan türk müğənni Hadisə ifa edəcəkdir. == Klip == Bu il may ayında Moskvada keçiriləşəcək 2009 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək Hadisə “Düm Tek Tek” adlı mahnısına klip çəkdirib. Klipin çəkilişi Tarkanın kliplərinin rejissoru Metin Arolata həvalə olunub. Hadisə çəkilişlərdə alovlar içində “Düm Tek Tek” mahnısını səsləndirib. Klip bəzi səbəblərə görə Türkiyənin TRT kanalında klipin yayımlanması qadağan olunmuşdur.
Marike van de Xem
Marike van de Xem (21 yanvar 1983) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Marike van de Xem, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Xam sövdələşmə (film, 1986)
Xam sövdələşmə (ing. Raw Deal) — 1986-cı ildə Con İrvin tərəfindən çəkilmiş ABŞ filmidir.
Bum
Bum — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Bum kənd inzibati ərazi vahidi tərkibindəki Bum kəndinə qəsəbə statusu verilmiş, Bum kənd inzibati ərazi vahidi Bum qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. == Tarixi == Toponimik bilgilərə görə türk dillərindəki bum (boom) sözü ilə əlaqələndirilir. Bum sözü əski türk dilində "çaylı dərə, çətin keçilən yer" deməkdir. Kumə dağının ətəyində və çuxurda, iki dağın arasında, Kovdan çayının Bum çayına qarışdığı yerdədir. Mənbələrə görə Altay-türk dillərində bu söz dar dərədə əmələ gəlmiş sıldırım, qayalıq, burun formasında uca qaya, çay ilə dağ arası yer anlamındadır. Necə ki, coğrafi mənası adı ilə eynidir. === Tarixi abidələri === Qəsəbədə IX-XIV əsrlərə aid "Govurqala" memarlıq abidəsi var. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 7 km qərbdə, Qəbələ-Qəmərvan şose yolunun kənarında, Baş Qafqaz silsiləsinin ətəyindədir. Qəsəbədə Bum mineral bulağı və dağlardan axan yağış sel suları ilə qidalanan Bum çayı axır.
"Xam torpaqlardan istifadə edilməsinə görə" medalı
"Xam torpaqlardan istifadə edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 20 oktyabr 1956-cı il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
Hum
Hum – Xorvatiyada yaşayış məntəqəsi. 2011-ci ilin nəticələrinə əsasən burada cəmi 23 insan yaşayır. Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi də var. Hum kifayət qədər qədimdir və onun haqqında ilk qeydlər 1102-ci ilə gedib çıxır.
Mum
Mum — ali turşuların və yüksək molekulyar spirtlərin bitki və heyvanlar aləmində mürəkkəb efirləri. Bitki və heyvan mənşəli mumları fərqləndirmək olar. == Təbiətdə mum == Heyvan mumları: Arıların istehsal etdiyi mum arı şanın qurulmasında istifadə olunur. Qoyunun yunun qaynadaraq Lanolin adlı mumu əldə etmək olar.
Qum
Qum (fars. قم‎) — İranda bir şəhərdir. Qum ostanının mərkəzidir. İranda ən qədim şəhərlərdən biridir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957,496 nəfər və 241,827 ailədən ibarət idi.
Rum
Rum, rumilər və ya rumlular (ərəb. الرُّومُ‎‎, təkdə رُومِيٌّ) — romalıların və bizanslıların tarixi adı.
XUL
XUL - ing. XUL <zu:l> (Extensible User-interface Language) – dinamik istifadəçi interfeyslərini yaratmaq üçün XML-əsaslı nişanlama dili. XUL dili brauzerlər, poçt müştəriləri və s. kimi proqramlarda interfeyslərin yaradılması üçün işlənib hazırlanıb. Lakin veb-resurslarla aktiv qarşılıqlı əlaqədə olan istənilən tətbiqi proqramın yaradılmasında XUL effektli istifadə oluna bilər. == Nümunə == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xnum
Xnum ya da Khnum (/kəˈnuːm/; ona Khnemu da deyilir) — Qədim Misir dinində yeri və insanları qildən (ya da lildən) yapmış qoç başlı tanrı. == Misirin yaradan tanrısı == Nil çayında yerləşən Elefantina adasında tanrıca Satisin məbədinin xarabalıqları qalmaqdadır. Oranın divarlarının birində qoç başlı Xnum (hnmw) tanrısının Misirin qadın fironu olan Hatşepsutu qildən dulusçu çarxında yaradılması həkk olunmuşdur. Elefantinadan bütün Misirə yayılmış əsatirə görə Xnum bütün insanları və heyvanları Nil çayındaki lildən yaratmışdır. Xnumla monoteist dinlərin arasında bənzərlik də bundadır. Orada Tanrı Adəm və Həvvanı gildən yapmış, onlara ruh vermişdir. Göründüyü kimi qədim misirlilər həmin inancı Xnumla bağlayırdılar. Tanrı Xnum insan taleyini də çözürdü. Eyni zamanda Xnum münbitliyin tanrısı, Nil çayının qoruyucusu və su verilməsinin təminatçısı kimi də tanınmışdır. həm də Xnum bir çox başqa tanrıların məsələn, Amonun, Ranın) təcəssümü kimi qəbul olunurdu.
Xub
Xub — Pakistanın Lasbela rayonunda şəhər.Şəhər Pakistanın 49-cu böyük şəhəridir. == İqtisadiyyat == Xub iqtisadi cəhətdən Bəlucistanın ən böyük sənaye şəhərlərindən biridir. Xub, Kəraçi ilə yaxınlığı səbəbindən bir ticarət mərkəzi olaraq ortaya çıxır. Bazar və bazarlar da müxtəlif çeşidli mallarla doludur. Neft emalı zavodları, Müxtəlif şirkətlər, Güc Layihələri üzrə işlər, Bosicor Neft Emalı Zavodları Kəraçi yaxınlığındakı Hubda yerləşir.
Xuk
Xuk (fars. خوك‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Xums
Xüms – islamda vergi. Əldə olunan qənimət və ya qazancın, eləcə də ona bərabər tutulan illik gəlirin beşdə bir hissəsi. == QURANİ-KƏRİMDƏ XUMS HAQINDA NAZİL OLAN AYƏLƏR == Müqəddəs Qurani-Kərim, İslam dininin Qiyamətə qədər olan bütün qanunlarını ümumi şəkildə bizə bəyan etmişdir. Bu qanunların incəlikləri isə zaman keçdikcə, əvvəlcə Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm), daha sonra isə mə`sum İmamlarımız (ələyhissalam) vasitəsilə müsəlmanlara açıqlanmışdır. Xums haqqında Qurani-Kərimdə üç ayə nazil olmuşdur. Onlardan birində "xums" sözü aşkar surətdə qeyd olunmuş, digərində ona "haqq" ünvanı ilə işarə edilmiş və nəhayət, üçüncüsündə ondan "ənfal" ünvanı ilə ad aparılmışdır. İndi də o ayələri nəzərdən keçirək: Birinci ayə: Ənfal surəsi, 41-ci ayə; "(Ey möminlər! Əgər siz Allaha və haqla batilin ayrıd edildiyi gün….. nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ gətirdiyiniz (qazandığınız) hər hansı bir qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrabasının (Əhlul-beytin), yetimlərin, yoxsulların və yolçularındır!" Ayədəki "beşdə bir" sözü həmin ərəbcə işlətdiyimiz "xums" sözünün türkcə mə`nasıdır. Bu ayə xums barəsində ən aşkar və aydın şəkildə nazil olan ayədir.
Xur
Xur — İranın Fars ostanının Laristan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,370 nəfər və 1,360 ailədən ibarət idi.
Çum
Çum (rus. Чум) — Sibirdə inşa edilən milli-ənənəvi ev.
Xul
Xul (lat. Neogobius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinə aid heyvan cinsi. Cinsə daxil olan balıqlar əsasən Qara və Xəzər dənizi hövzələrində yayılmışlar. Bu cinsə daxil olan iki növ Şimali Amerikanın Böyük Gölər hövzəsinə də gələ bilmişlər. == Növləri == Cinsə aşağıdakı növlər daxildir Neogobius caspius — Xəzər xulu (Eichwald, 1831) Neogobius fluviatilis — Qumluq xulu (Pallas, 1814) Neogobius melanostomus — Girdə xul (Pallas, 1814) Neogobius pallasi — Kürən xul (L. S. Berg, 1916) N. caspius və N. pallasi Xəzər dənizi, N. fluviatilis və N. melanostomus isə Qara dəniz hövzəsinə aid balıqlardır.
Josef Bum
Jozef Bum (26 sentyabr 1989 və ya 23 sentyabr 1989, Yaunde – 15 aprel 2024) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Zirə" klubunda mərkəz müdafiəçisi mövqeyində çıxış etmiş Kamerunlu peşəkar futbolçu.
Kim Bum
Kim Bum (7 iyul 1989, Seul) — Cənubi Koreyalı aktyor, müğənni və model. O, "Boys over flowers" serialında So Yi-cun rolu ilə tanınmışdır. == Həyatı == Kim San-bum 1989-cu il 7 iyulda Cənubi Koreyada anadan olub. Onun ailəsi atasından, anasından və bir kiçik bacısından ibarətdir.
Kürən xul
Kürən xul (lat. Neogobius pallasi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. == Yayılması == Kürən xul balığı Qara dəniz, Azov dənizi və Xəzər dənizinin hövzələrində geniş yayılmışdır. Azərabaycanda Kür çayı hövzəsində bu balığa Ağstafa rayonundan Alazana qədər olan bütün çaylarda, Lənkəran, Astara çaylarında, Quba-Xaçmaz rayonlarının çaylarında və Araz çayında təsadüf edilir. Qafqazın dağ çaylarında, o cümlədən Kür çayının yuxarı axarında və qollarında Qafqaz çay xulu yarımnövü-''N.platyrostris constructor Nordman'' təsadüf edilmişdir. == Morfoloji əlamətləri == D VI-VII ,I 16 - 19, A 11-13 (15), squ (53) 56-68 (71)-dir. Bədəni uzunsov-silindrikdir, quyruğa doğru getdikcə nazikləşir. Başı enli, yanlardan basıqdır. Ağzı kiçikdir. Rostrumu kütdür, alt çənə önə çıxmır.
Lum Zaveli
Lum Zaveli (5 mart 1990) — Kosovolu üzgüçü. Lum Zaveli Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lum Zaveli birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.32 saniyəlik nəticəsi ilə 57-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Mum lövhələr
Eramızdan əvvəl 7-ci əsrdə Qədim Romada yazı yazmaq üçün mum lövhələrdən istifadə edilirdi. İçəri tərəfi mumla örtülən bu lövhələr taxtadan və ya fil sümüyündən hazırlanırdı və mumun üzərində stilos adlanan metal çubuqla hərflər cızılırdı. Mum lövhələrdən 1500 ildən artıq zaman müddətində istifadə edilmişdir. Eramızdan əvvəl 2-ci əsrdə '''perqament''' papirusu tədricən sıxışdırıb çıxarmışdır. Materialın adı onun ilk dəfə hazırlandığı Perqam şəhərinin adından götürülmüşdür. Perqament aşılanmış qoyun, dana və ya keçi dərisindən hazırlanırdı. Papirusdan fərqli olaraq perqamentdən geniş istifadə olunmasının səbəbi onun üzərində suda həll oluna bilən mürəkkəblə yazılmış yazını silib, yenisini yazmaq imkanının olması idi. Bundan başqa, perqamentin hər iki üzünə yazı yazmaq mümkün idi. == Gil lövhələr == E.ə. 7-ci əsrdə informasiyanın saxlanması üçün gil lövhələrdən istifadə edilirdi.
Mərmər xul
Mərmər xulu (lat. Proterorhinus marmoratus) — Xanıyabənzərlər dəstəsinin bir nümayəndəsidir. == Morfoloji əlamətləri == Başının qalınlığı hündürlüyündən çoxdur. Başının uzunluğu bədəninin uzunluğuna 3,5-4,5 dəfə yerləşir. Bədəni gödəlmişdir və yanlardan basılmışdır. Başın hündürlüyü adətən enindən çoxdur. Burnu küt, yandan meyllidir. Qapaq sümüy çənələri eyni uzuznluqdadır. Alnının eni gözünün diametrindən azdır. Hiss kanallarının məsamələri aydın görünmür.
Orta Xuc
Orta Xuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Orta Xuc oyk., mür. Quba r-nunun Xucbala i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi Aşağı Xuc və Xucbala (Yuxan Xuc deməkdir) kəndlərinin arasmda yerləşdiyi üçün belə adlandırılmışdır. Eyni zamanda digər iki kənd Orta Xuc kəndi əsasında yarandığı üçün bu kənd mərkəz rolu oynamışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 203 nəfər əhali yaşayır.
Qum (Salmas)
Qum (fars. كوم‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 333 nəfər. yaşayır (64 ailə).
Bül-Bül
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
.com
.com — Domen adları sistemində Top level domen adıdır. com — commercial sözünün qısaltmasından yaranıbdır. 1985-ci ildə ilk dəfə domen adları sistemi yaradılanda, .com ilk istifadəyə verilən top level domenlərdəndir.
ACM
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. == Haqqında == ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. == Fəaliyyətlər == Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. == Struktur == Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
AKM
AKM (rus. Автомат Калашникова Модернизированный) — 1959-cu ildə sovet ordusunda AK-47-nin yerini tutan və AK ailəsinin inkişaf etdirilmiş variantı sayılan avtomat silah.
AMM
Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) - əsas məqsədi azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, gənclərin təhsilə marağının artırılması, azərbaycanlıların mədəniyyətinin, tarixinin, ədəbiyyatının təbliğini aparan, Gürcüstanın Marneuli şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Mərkəz 2006-cı ildə indiki sədri Fazil Həsənovun Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Gürcüstan Respublikasının prezidenti Mixail Saakaşvilinin Marneulidəki görüşləri zamanı müraciətindən sonra yaranmışdır. === Fəaliyyəti === Azərbaycanlılarn Mədəniyyət Mərkəzinin nəzdində sistematik gürcü dilöyrətmə və kompüter kursları fəaliyyət göstərir. Eləcə də, mərkəzin nəzdində "Sarvan" folklor rəqs qrupu fəaliyyət göstərir. Qrupun bədii rəhbəri Cəmilə Məmmədovadır, xoreoqrafı isə Nino Lomidzedır. Qrupun repertuarında azərbaycan və gürcü milli rəqsləri var. Gürcüstanda yaşayan etnik azlıqlar (Gürcüstan, Ukrayna, Estoniya, Ermənistan və s) arasında keçirilən Global Peace Festivalda qrupun solisti Aygün Həsənova milli rəqs "Sarı gəlin"i ifa edərək 1 yer qazanmışdır. Bundan əlavə, "Open new world 2009" yarışmasının solo nominasiyasında "Sarı gəlin" rəqsi 1-lik qazanmışdır, qrup nominasiyasında isə "Nazilə" rəqsini ifa edərək Sarvan qrupu 2 yerə sahib olub. === KİV === Azərbaycanlıların Mədəniyyət Mərkəzi qəzet və jurnal nəşri ilə məşquldur. "Region press" qazeti artıq ayda 3 dəfə oxucuların qarşısına çıxır, qazetdə gənc qələmlərin yazılarına və hüquq məsləhətlərinə rublika ayrılıb.
ATM
ATM (ing. asynchronous transfer mode — verilənlərin ötürülməsinin asinxron vasitəsi) Müasir böyük həcmli hesablama şəbəkələrində müxtəlif növlü və sistemli kompüter və avadanlıqlardan istifadə edilir ki, onların da bir-birilə uyğunlaşdırılması şəbəkə adminstratorları üçün çoxlu problemlər yaradır. Bu uyğunlaşmanı müəyyən dərəcədə yerinə yetirən ATM texnologiyası aşağıdakı şərtləri yerinə yetirir: lokal şəbəkə və qlobal şəbəkələr üçün ümumi nəqliyyat protokolu; hər birinin xidmət keyfiyyəti tələb olunan səviyyədə olmaqla kompüter və multimedia trafiklərini eyni nəqliyyat sistemləri çərçivəsində birləşdirmək; tələbdən asılı olaraq verilənlərin ötürülməsi üçün giqabit/san sürətə malik iyerarxik sistemin olması. == ATM texnologiyasının üstünlükləri == Burada ən çətin məsələ eyni əlaqə kanalı və eyni kommunikasiya avadanlıqları istifadə etməklə kompüter və multimedia trafiklərini eyni vaxtda ötürməkdir. Bu funksiya ATM kommutatorunun köməyilə həyata keçirilir. ATM texnologiyasında müxtəlif təbiətli paketlər - kompüter, telefon və ya videokanal paketləri çox kiçik ölçülü paketlərə bölünərək sistemin girişinə daxil olur. Paketlərin uzunluğu 53 bayt olur, bunlardan 5 bayt başlığın uzunluğu, 48 bayt isə verilənlər olur. Belə ATM paketləri cell oyuqları adlanır. Bu paketlər böyük sürətli kanalla istifadəçiyə ötürülür. Paketin belə kiçik olması onun az vaxt ərzində ötürülməsinə imkan yaradır ki, bunun da bir az gecikməsi ötürmə tempinin aşağı düşməsinə səbəb olmur.
Axım
== Axım == Yağış və qar sularının su hövzələrinə və relyefin çökək yerlərinə axması: yer səthi ilə-səthi axım, torpağın altı ilə — yeraltı axım; müəyyən vaxt ərzində çay məcrası ilə axan suyun miqdan. == Axım xəritələri == Axımın istənilən ərazidə paylanmasını səciyyələndirmək üçün axım modulu və ya axımın layı izoxətt xəritələrindən istifadə olunur. Bu xəritələr çay hövzəsinin iqlim, coğrafi şəraitindən asılı olaraq tərtib edilir. Xəritələri tərtib etmək üçün əvvəlcədən toplanmış faktiki məlumatlar əsasında ayrı-ayrı çay hövzələri və onların hissələrinə aid axım normalarının qiymətləri hesablamr. Alınmış qiymətlər xəritə üzərində həmin ərazilərin ağırlıq mərkəzlərində qeyd edilir. Axım normasına dair eyni qiymətli nöqtələr səlis əyri ilə- izoxətlərlə birləşdirilir. == Axım modulu == Çay hövzəsinin səthindən vahid zamandakı axımın orta miqdarı, L (san-kv km) ilə ifadə olunur. Eroziya prosesini səciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı materialların axım modulu) 1 kv km sutoplayıcı sahədən axan sülb axının tonla miqdarıdır.
Büi
Büi (fr. Buhy) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — . Əhalisi — 293 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimalda, Serji belediyyənin 28 km qərbdə yerləşir.
BİM
Birləşmiş Mağazalar ASC və ya qısaca BİM — Türkiyədə satış yapan diskaunter mağaza. Mağaza sayına görə 2-ci, illik gəlir baxımından Türkiyənin ən böyük pərakəndə marketidir. BİM şirkətinin xalis mənfəət 2013-cü ildə 3,5%, 2014-cü ildə 2.7% və 2015-ci ildə 3.3% idi. 2013 413 milyon, 2014 395.3 milyon, 2015 583.1 milyon Türk lirəsi təşkil etmişdir. == Tarixçə == 1995-ci ildə 21 mağaza ilə fəaliyyətə başlayan BİM Birləşik Mağazalar ASC-nin əsas prinsipi əsas ərzaq və istehlak məhsullarını ən yaxşı qiymətə və ən yüksək keyfiyyətlə istehlakçıya çatdırmaqdır. Diskaunt tipli Türkiyədəki ilk nümayəndəsi olan BİM, məhdud sayda məhsulla, lakin yüksək keyfiyyətlə daim xidmətdədir. 1997-ci ildə Türkiyənin ilk xüsusi marka məhsulu olan Dost Süd BİM-in məhsuludur. 2000-ci ildə 599 mağazaya, 2005-ci ildə 1,194 mağazaya çatan BİM ASC, 2016-ci ilin dekabr ayı etibarilə Türkiyə daxilində 5.580 mağazası var. Şirkət 2005-ci ilin iyul ayında BIMAS kodu ilə Borsa İstanbulda siyahıya alındı. 2016-cı ilin dekabr ayına olan məlumata görə, səhmlərin 71,02 faizi açıq şəkildə satılır.
AÜP
Azərbaycan Ümid Partiyası və ya qısaca Ümid Partiyası (qeyri-rəsmi AÜP) — Əbülfət Əhmədov tərəfindən yaradılan və 5 may 1993-cü ildə dövlət qeydiyyatından keçən siyasi partiya. Hal-hazırda partiyanın sədri İqbal Ağazadədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Ümid Partiyasının üzvlərinin 60%-i kişi, 40%-i isə qadın olmuşdur. == Tarixi == Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri "Qızıl Qələm" mükafatı laureatı, jurnalist mərhum Əbülfət Əhmədov olub. 1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 2002-ci il dekabrın 15-də Azərbaycan Ümid Partiyasının III (I) Qurultayında Ümid Partiyasına birləşmiş və partiya sədri İqbal Ağazadə seçilmişdir. 2003-cü ilin martından etibarən Müxalifətin Koordinasiya Mərkəzinin demokratik və azad seçki tələbilə təşkil etdiyi kütləvi etiraz aksiyalarında aktiv iştirak edib.
BCM
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) — Hollandiyanın Haaqa şəhərində yerləşən hökumətlərarası təşkilat və beynəlxalq tribunal. BCM beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımlar, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir.
Dem
Dem ( q.yun. δῆμος, dēmos) — Qədim Attikada ərazi dairəsi, e.ə. VI əsrin sonlarından başlayaraq əsas iqtisadi, dini, siyasi və inzibati vahid. Hal-hazırda Yunanıstanda icmanın və Kipr Respublikasında bələdiyyənin adıdır. Klisfenin islahatlarının sonunda Afina 139 demə bölünmüşdü. Afinanın təsiri altında Qədim Yunanıstanın digər şəhərlərində (məsələn, e.ə. V əsrin sonlarında Kos və Rodos adalarında) demlər yaradılmışdır.
Bcm
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) — Hollandiyanın Haaqa şəhərində yerləşən hökumətlərarası təşkilat və beynəlxalq tribunal. BCM beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımlar, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir.
Cim
Cim — ad. Cim Morrison — Amerikalı musiqiçi və bəstəkar Cim Cons — Keşiş, Xalqlar məbədi dini cərəyanının qurucusu. Cim Heyni — ABŞ aktyoru Cim Batler — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi.
Cüt
Cüt — əkin işində istifadə olunan xüsusi vasitə. Yeri əkmək və şumlamaq üçün xış at, qatır və ya öküzə qoşulurdu. Qoşulan heyvanların sayı çox zaman cüt olduğundan bu əkin vasitəsi cüt adlanırdı. Cüt kəlməsı qoşa mənasındadır və iki heyvanın qoşa xışa bağlanılmasını məna verir.