Bu məqalənin neytrallığı şübhə doğurur. |
Qədiri-Xum (ərəb. غدير خم) — şiələrin böyük bayramlarından biridir. Hər il zilhiccə ayının 18-də qeyd olunur.
Qədir Xum" hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vasində baş vermiş məşhur hadisənin adıdır. Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur:
Rəvayətlərə görə Həzrəti Məhəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Qədir Xum məntəqəsi Məkkə yaxınlığında Cühfə kəndindən təqribən 3 km.aralıda yerləşir. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl "Qədir-Xum" hadisəsi baş vermişdir. Hal-hazırda bu diyar tərk olunmuş bir yerdir. Lakin bir zamanlar İslam tarixinin ən böyük hadisələrindən birinin şahidi olmuşdur. O hadisə Məhəmməd peyğəmbərin (s) Əli ibn Əbu Talibi canişin təyin etməsi idi.
"Həccətul-vida"[1] 10-cu hicri ilinin axırıncı ayı sona çatdıqdan sonra Peyğəmbərin də olduğu karvan Məkkədən Mədinəyə geri qayıtmağa başladı. Karvan Rabiğ adlı məntəqəyə[2] çatanda (Cöhfədən 3 mil məsafədə yerləşir[3] Qədir-Xum adlı yerdə vəhy mələyi Cəbrayıl nazil olaraq Peyğəmbərə (s) aşağıdakı ayə ilə xitab etdi:
یَا أیُّها الرَّسُولُ بَلِّغْ ما اُنْزِلَ إِلَیْکَ مِنْ رَبِّکَ وَ إنْ لَمْ تَفْعَلْ فَمٰا بَلَّغْتَ رِسٰالَتَهُ وَ اللّهُ یَعْصِمُکَ مِنَ النَّاسِ
Ayənin bəyan tərzi göstərir ki, Allah-taala peyğəmbərlik vəzifəsinə bərabər olan və islam düşmənlərinin məyus, naümid olmasına səbəb olan böyük bir vəzifəni peyğəmbərin öhdəsinə qoymuşdur. Bundan da əlamətdar bir hadisə ola bilərdimi ki, yüz minlərlə insanın gözü önündə Əli (əleyhis-salam)-ı ümmətə rəhbər, xəlifə, canişin təyin etmiş olsun?! Bu səbəbdən karvana dayanmaq göstərişi verildi. Öndəkilər ayaq saxladı, arxadakılar da gəlib onlara qoşuldu. Günorta zamanı hava həddindən artıq isti idi. Hətta camaatın bir qrupu əbalarının bir tərəfini başlarına, o biri tərəfini isə ayaqlarının altına salmışdılar. Peyğəmbər (səlləllahu əleyhi və alih) üçün ağaclardan birinin üzərinə çadır salıb kölgəlik düzəltdilər. O həzrət dəvələrin palanından düzəlmiş uca bir kürsüyə çıxaraq uca səslə xütbə oxudu.
Həmd-səna yalnız Allaha məxsusdur! Ondan kömək istəyirəm, Ona sitayiş edir və Ona təvəkkül edirəm! Pis və yaramaz əməllərdən Ona pənah aparıram! Elə bir Allah ki, Ondan başqa heç bir hidayət edən, yol göstərən yoxdur! Hər kəsi O hidayət etsə, Onu heç kəs zəlalətə sala bilməz. Şəhadət verirəm ki, Ondan başqa heç bir məbud yoxdur. Məhəmməd də Onun bəndəsi və peyğəmbəridir. Ey insanlar! Yaxın zamanlarda Rəbbimin dəvətinə "ləbbeyk" deyərək sizin aranızdan gedəcəyəm. Mən də məsuliyyət daşıyıram, siz də məsuliyyət daşıyırsınız!
Sonra buyurdu: Mənim barəmdə necə fikirləşirsiniz? (Sizin qarşınızda vəzifəmi layiqincə yerinə yetirdimmi?) Bu zaman, o həzrətin xidmətlərini təsdiqləyən gur səslər ucalmağa başladı:
— Biz şəhadət veririk ki, sən özünün ilahi risalət vəzifəni layiqincə yerinə yetirib səy göstərdin. Allah sənə xeyir mükafat versin! Peyğəmbər buyurdu:
–Şəhadət verirsinizmi ki, aləmin pərvərdigarı yeganədir, Məhəmməd onun bəndəsi və peyğəmbəridir?! (Eləcə də şəhadət verirsinizmi ki,) başqa bir aləmdə behiştlə-cəhənnəmin əbədi həyat olduğunda şəkk-şübhə yoxdur?! Dedilər:
— Bəli, səhihdir, şəhadət veririk!
Sonra buyurdu: Ey insanlar! Mən sizin aranızda iki nəfis və dəyərli əmanət qoyuram, görüm, məndən sonra bu ikisi ilə necə rəftar edəcəksiniz?!
Bu zaman bir nəfər ayağa qalxıb uca səslə dedi:
— İki dəyərli əmanət dedikdə məqsədin nədir?
Həzrət buyurdu:
— Biri Allahın kitabıdır ki, onun bir tərəfi Allahın qüdrətli əlində, digər tərəfi isə sizin əlinizdədir. Digəri isə mənim əhli-beytim və itrətimdir. Allah mənə xəbər vermişdir ki, bu ikisi heç vaxt bir-birindən ayrılmayacaqdır. Ey insanlar! Quran və itrətimdən qabağa keçməyin və hər ikisinin fərmanlarına əməl etməkdə səhlənkarlıq etməyin, əks halda ziyana uğrayacaqsınız!
Bu zaman Əli (əleyhis-salam)-ın əlindən tutub o qədər yuxarı qaldırdır ki, hər ikisinin qoltuğunun altındakı ağlıq görünməyə başladı. Onu camaata təqdim edərək buyurdu: – Möminlərə, onların özlərindən daha layiqi kimdir?
Dedilər: Allah və Peyğəmbəri daha yaxşı bilir!
Peyğəmbər buyurdu:
– Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam – onlara özlərindən daha üstün və daha layiqəm! Ey camaat: {{{1}}} مَنْ کُنْتُ مَوْلاهُ فَهٰذا عَلِىٌّ مَوْلاهُ اَللّهُمَّ وٰالِ مَنْ وٰالاهُ وَ عٰادِ مَنْ عٰادٰاهُ وَاحِبَّ مَنْ أحِبَّهُ وَ أَبْغِضْ مَنْ أَبْغَضَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَهُ وَ أَدِرِ الْحَقَّ مَعَهُ حَیثُ ٰدارَ
"Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.[5] Pərvərdigara! Əlini sevənləri sev, onun düşmənləri ilə düşmən ol! Ona məhəbbət bəsləyənlərə məhəbbət bəslə! Ona kömək edənlərə kömək et, köməyini əsirgəyənlərdən köməyini əsirgə! O hər yerdə olsa, haqqı onunla birlikdə dövr etdir!"[6]
Allahın həkimanə iradəsi tələb etmişdir ki, tarixi "Qədir" hadisəsi bütün əsr və zamanlarda canlı bir tarix sürətində qalsın, insanların qəlb və ruhu ona doğru cəzb olsun. İslam yazıçıları bütün əsirlər boyu təfsir, tarix, hədis, kəlam kitablarında ondan söz açsın. Natiqlər öz nitq və nəsihətli moizələrində onun barəsində danışsın və onu imam Əli (əleyhis-salam)-ın inkar olunmaz fəzilətlərindən saysın. Təkcə vaizlər və natiqlər deyil, hətta şairlər də bu hadisədən ilham alaraq öz ədəbi zövqlərini işə salmış, bu hadisə ilə əlaqədar təfəkkürlərini vilayət sahibinə bəslədikləri xalis duyğulardan rövnəqləndirmiş, ən ali şerləri müxtəlif qaliblərdə və müxtəlif dillərdə yadigar qoymuşlar.[7] Başqa sözlə desək, dünyada çox az tarixi hadisə tapmaq olar ki, "Qədir" hadisəsi qədər müxtəlif təbəqələrin: mühəddislərin, müfəssirlərin, mütəkəllimlərin, filosofların, xətiblərin, şairlərin, tarixçilərin və sirə yazanların diqqət mərkəzində olmuş olsun. Bu hədisin ölməzlik səbəblərindən biri də onun barəsində iki ayənin[8] nazil olmasıdır. Nə qədər ki, Quran əbədidir, bu tarixi hadisə də heç vaxt insanların zehnindən xaric olmayacaqdır.
Zeyd ibn Ərqəm nəql edir: "Mühacirlərdən Əbubəkr, Ömər, Osman, Təlhə və Zübeyr Əliyə beyət edən ilk şəxslər idilər. Beyət və təbrik mərasimi gün batana qədər davam etdi."[13]
Bu tarixi hadisənin əhəmiyyəti ilə bağlı bunu qeyd etmək kifayətdir ki, onu peyğəmbər səhabələrindən 110 nəfər nəql etmişlər. Əlbəttə, bu o demək deyildir ki, o çoxsaylı insanlardan yalnız bunlar həmin hadisəni nəql etmişlər; əksinə məqsəd budur ki, təkcə əhli-sünnət alimlərinin kitablarında 110 səhabənin adı diqqət çəkir. Tabein dövrünə məxsus, islam tarixi ilə ikinci əsrdə o hədisi 89 nəfər nəql etmişdir. "Qədir" hədisinin nəqli sonrakı əsrlərdə də əhli-sünnət alimlərinin payına düşür. Onlardan 360 nəfəri bu hədisə öz kitablarında yer vermişdir. Bir çoxları hədisin sənədinin möhkəm və səhih olmasına etiraf etmişlər. Bəziləri də bu hədisi nəql etməklə kifayətlənməmiş, əlavə olaraq onun sənəd və məzmunu barəsində müstəqil kitablar yazmağa cəhd etmişlər. Qəribədir ki, böyük islam tarixçisi Təbəri "Əl-vilayətu fi turuqi hədisil-ğədir" adlı bir kitab yazmış və bu hədisi 75 yolla Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql etmişdir. İbn Uqdə Kufi "Vilayət" adlı risaləsində bu hədisi 105 nəfərdən nəql etmişdir. Əbubəkr Məhəmməd ibn Ömər Bağdadi (Cəm’ani adı ilə məşhurdur) bu hədisi 25 yolla nəql etmişdir.
Əhməd ibn Hənbəl Şeybani
İbn Həcər Əsqəlani
Cəzri Şafei
Əbu Səid Səcistani
Əmir Məhəmməd Yəməni
Nisai, Əbul-Əla Həmədani
Əbul-İrfan Həbban bu hədisi müxtəlif sənədlərlə[14] nəql etmişlər. Şiə alimləri də bu tarixi hadisə ilə əlaqədar çoxlu dəyərli kitablar yazaraq, əhli-sünnətin mühüm mənbələrinə işarə etmişlər. Onların da ən geniş və əhatəlisi böyük İslam alimi mərhum Əllamə Əmini tərəfindən qələmə alınan "Əl-Qədir"dir.
"Ey insanlar! İndi vəhy mələyi nazil olaraq bu ayəni gətirdi: {{{1}}}
Bundan sonra, peyğəmbərin təkbir (Allahu əkbər) səsi ucaldı və o buyurdu: "Allaha şükür edirəm ki, öz ayinini ilə kamil etdi, öz nemətini kamala çatdırdı, məndən sonra Əlinin vilayət və canişinliyinə razı oldu."
Xeymədə (çadırda) otur, İslamın bariz şəxsiyyət və başçıları sənə beyət edərək (bu məqam münasibətilə səni) təbrik etsinlər. Hamıdan öncə Şeyxlər – Əbubəkr və Ömər Əlini təbrik edərək onu özlərinin mövlaları adlandırdılar. Həssan ibn Sabit fürsəti qənimət sayaraq Peyğəmbər-dən icazə aldı və həzrət Əli-nin hüzurunda şeir oxumağa başladı. Burada onun yalnız iki beytini qeyd etməklə kifayətlənirik: {{{1}}}
Bu hədis İmam Əli-nin bütün səhabələrdən üstün və fəzilətli olmasına dair ən tutarlı dəlil və ən böyük şahiddir.
Burada mühüm məsələ "mövla" kəlməsinin təfsir və izahıdır. Bu söz tam aydın olsa da, ona qarşı lazımi diqqət göstərilməmişdir. Çünki, qeyd olunanlardan əlavə, hədisin sənədinin qəti olmasında heç bir şəkk-şübhəyə yer qalmır.
Buna əsasən, "mövla" sözünün ilk növbədə "daha artıq ixtiyar sahibi və daha layiqli" mənasına işlənməsində şəkk-şübhə yoxdur. "Qədir" hədisində də "mövla" kəlməsi məhz həmin mənadadır. Bundan əlavə, çoxlu sübut və faktlar da mövcuddur ki, bu sözün "daha artıq ixtiyar sahibi", "başçı" və "qəyyum" mənasında işləndiyini göstərir.
Fərz edin ki, "mövla" sözü lüğətdə müxtəlif mənalarda işlənir. Lakin "Qədir" hədisində və bu böyük tarixi hadisədə mövcud olan çoxlu faktlar hər növ şəkk-şübhəni aradan qaldırıb məsələni hamıya sübut edir.
Qeyd etdiyimiz kimi, tarixi "Qədir" hadisəsində Peyğəmbər-in şairi Həssan ibn Sabit icazə alaraq ayağa qalxdı və həzrətin kəlamının məzmununu nəzmə çəkib şer formasına saldı. Fəsahət və bəlağət bulağından su içmiş, ərəb dilinin incəlik və sirlərinə agah olan bu şəxs "mövla" kəlməsinin yerinə imam və hadi (hidayətçi) kəlmələrindən istifadə etmişdir: {{{1}}}
[20] Aydındır ki, o, Peyğəmbərin kəlamındakı "mövla" sözündən imamət, rəhbərlik və hidayətçi məqamından başqa bir şey başa düşməmişdi. Qeyd etmək lazımdır ki, Həssan ərəb dilçilərindən, fəsahət-bəlağət ustadlarından sayılırdı. "Mövla" kəlməsindən bu mənanı başa düşən Təkcə şöhrətli ərəb şairi Həssan deyildi; ondan sonra ədəbiyyatçı, məşhur şair, ərəbşünas sayılan böyük islam şairlərinin çoxu da bu sözdən Həssanın başa düşdüyü məhz həmin mənanı – imamət və rəhbərlik mənasını – başa düşmüşdülər!
Əli Müaviyəyə yazdığı şerlərində "Qədir" hədisi barəsində belə buyurur: {{{1}}}
İmamdan da yüksək bir şəxs hədisi bizim üçün təfsir edərək "Peyğəmbər "Qədir" günü vilayəti hansı mənaya buyurmuşdur?" – deyə buyura bilərmi?! Bu təfsir "Qədir" günündə iştirak edənlərin hamısının zehinlərindən İslam cəmiyyətinə rəhbərlik və imamətdən başqa heç bir şey keçmədiyini göstərmirmi?!
Peyğəmbər (səlləllahu əleyhi və alih) "Mən kuntu movlahu…" cümləsindən əvvəl aşağıdakı sözləri irəli çəkib onlardan iqrar aldı: {{{1}}}
Həzrət bu cümlədə "nəfs – can barədə daha üstün və ixtiyar sahibi olmaq" kəlməsindən istifadə etdi, bütün insanlardan, özünün onların "mövlası" olması barədə iqrar aldı və dərhal sonra buyurdu: {{{1}}}
Bu iki cümlənin ardıcıl qeyd edilməsində məqsəd nədir? Məgər Peyğəmbərin Qurana əsasən malik olduğu həmin məqamları Əli üçün də sübut etmirmi?! Bu fərqlə ki, o Peyğəmbərdir, Əli isə imamdır. Nəticədə, hədisin mənası belə olur: "Mən hər kəs üçün onun özündən artıq ixtiyar sahibiyəmsə, Əli də onun üçün ixtiyar sahibidir."[22] Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bundan başqa məqsədi olsaydı, özünün "mövla" olması barədə camaatdan iqrar almasına heç bir lüzum olmazdı. Peyğəmbərin bu bəyanını görməzliyə vurmaq, bu qədər aşkar faktların yanından asanlıqla ötüb keçərək gözlərini yummaq ən azı insafsızlıqdır!
Peyğəmbər əvvəlcə İslamın üç mühüm prinsipi barədə iqrar alaraq buyurdu: {{{1}}}
Bu iqrarı almaqda o həzrətin məqsədi nə idi?! Məgər bununla camaatın zehninə hazırlıq yaratmaq istəmirdimi ki, sonralar Əli üçün sübuta yetən məqam və mövqeyin əvvəlki etiqad prinsipləri ilə eyni səviyyədə olmasını başa düşsünlər və bilsinlər ki, onun vilayət və xilafətinə etiqad bəsləmək hamısının əvvəllər etiraf etdiyi üç dini prinsipə iqrar etməklə eynidir?! Əgər "mövla" dedikdə məqsəd "köməkçi" və ya "sevmək" olsaydı, bu cümlələrin arasındakı əlaqə pozular və kəlam özünün möhkəmliyini itirərdi.
Peyğəmbər (səlləllahu əleyhi və alih) xütbənin əvvəlində özünün vəfatından xəbər verir və buyurur: {{{1}}}
Bu cümlə Peyğəmbər-in öz vəfatından sonra bir çarə fikirləşmək istədiyini, vəfatından sonra yaranacaq boşluğu doldurmaq fikrində olduğunu göstərir. Belə bir boşluğu yalnız hər cəhətdən layiqli və alim bir canişin təyin etməklə doldurmaq olardı ki, həzrətin vəfatından sonra ümmətin işlərini öhdəsinə götürsün. Bundan ayrı məqsəd ola bilməzdi. Vilayət (mövla olmaq) sözü xilafətdən başqa mənaya yozulsa, Peyğəmbər-in kəlamları arasındakı məntiqi bağlılıq tamamilə pozula bilər. Halbuki, o, ən fəsahətli və bəlağətli bir şəxsdir. Vilayət məsələsinə dair bundan da aşkar bir dəlil ola bilərmi?
Peyğəmbər "mən kuntu movlahu" cümləsindən sonra buyurur: {{{1}}}
Əgər məqsəd ümmətin həzrət Əlini sevib məhəbbət bəsləməsi, ona kömək etməsi olsaydı, onda Əliyə məhəbbət və dostluq icad etməklə, ona kömək etməklə Allahın dini necə kamil ola və onun neməti son həddinə necə çata bilərdi? Ən aydın bəyan budur: "Allah mənim risalətimə və Əlinin məndən sonrakı vilayətinə razı oldu.[24] Bunların hamısı mövla sözünün xilafət mənasında işlənməsinə dair aşkar sübut ola bilər.
Şeyxeynin – Əbubəkrlə Ömər, Peyğəmbər-in saysız-hesabsız səhabələri Peyğəmbər minbərdən enəndən sonra gəlib hamılıqla Əlini təbrik etdilər. Bu təbrik mərasimi gün batan vaxta qədər davam etdi. Bundan da aydın dəlil ola bilərmi? Belə ki, Şeyxeyn imam Əlini təbrik edərək aşağıdakı sözləri deyən ilk şəxslər olmuşdur: {{{1}}}
O gün Əli hansı bir məqama nail olmuşdu ki, belə təbriklərə layiq görülürdü?! Görəsən, ümmətə rəhbərlikdən və xilafətdən başqa bir məqam idimi ki, o günə qədər rəsmi şəkildə elan edilməmişdi və belə bir təbrikə layiq görülürdü? Təbii ki, məhəbbət və dostluq təzə bir şey deyildi.
Əgər Peyğəmbər-in məqsədi Əli-ə qarşı dostluq və məhəbbət olsaydı, bu məsələnin belə qızmar bir havada irəli çəkilməsinin əsla lüzumu olmazdı. (Belə ki, həzrət yüz min nəfərdən ibarət olan karvanı hərəkətdən saxladı və camaatı belə bir qızmar havada, isti qumların və daşların üzərində oturtdu, müfəssəl bir xütbə oxudu.)
Digər tərəfdən, məgər Qurani-kərim bütün inanclı cəmiyyətin üzvlərini bir-birinə qarşı qardaşlığa dəvət etmirmi?! Belə ki, buyurur: {{{1}}}
Məgər Quran başqa ayələrdə inanclı insanları bir-birinin dostu, himayədarı hesab etmirmi?! Əli də həmin imanlı cəmiyyətin bir üzvü idi, artıq bu dostluğun (xüsusi şəkildə Əliyə qarşı) elan olunmasında – məsləhətin fərz edildiyi təqdirdə – bu qədər müqəddimələrə, xütbə oxumağa ehtiyac yox idi. Bunu Mədinədə də elan etmək olardı. Qəti şəkildə demək lazımdır: məsələ o qədər mühüm idi ki, bu qədər müstəsna müqəddimələrə ehtiyac duyulurdu. Elə müqəddimələr ki, Peyğəmbər-in həyatında misilsiz idi və onun oxşarı heç vaxt görünməmiş, təkrar olunmamışdı.
Qeyd olunan aşkar faktlara əsasən, bir şəxs Peyğəmbər-in məqsədində yəni, müsəlmanların xilafət və rəhbərlik məsələsində şəkk etsə, bu qəribə deyildirmi?! Şəkk-şübhə edənlər öz vicdanlarını necə qane edə bilirlər?! Qiyamət günündə Pərvərdigarın cavabını necə verəcəklər?
Peyğəmbər-in həyat yoldaşları Ümmi Sələmə və Aişə onun belə buyurduğunu nəql edirlər: {{{1}}}
Bu hədis məşhur əhli-sünnət mənbələrinin çoxunda qeyd olunmuşdur. Əllamə Əmini bu mənbələri dəqiq şəkildə "Əl-Qədirin" 3-cü cildində bir yerə toplamışdır.[28] Məşhur əhli-sünnət müfəssiri Fəxr Razi özünün "Təfsiri kəbir" adlı kitabında – "Həmd" surəsinin izahında yazır: "Əli ibn Əbu Talibə gəldikdə isə, o, "Bismillah"ı ucadan oxuyurdu. Bu məsələ mütəvatir şəkildə sübuta yetmişdir. Hər kəs dinində Əlinin yolu ilə getsə, hidayət olunar. Bunun dəlili də Peyğəmbər-in buyurduğu kəlamdır: {{{1}}}