Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xırmancıq
Xırmancıq — Azərbaycan Respublikasının Xocavənd rayonunun Bulutan kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Xırmancıq kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Rusiya-İran müharibəsindən (1826–1828) sonra Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmə ermənilərin Xırmancıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, oykonim "kicik xırman" mənasındadır. Etnotoponim olması da mümkündür. Xırmancıq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kurmanci
Kurmanc dili və ya kurmanci dili (kürd. Kurmancî) — Kürd dilinin ən çox danışılan dialekti. Ümumiyyətlə qərb və ya şimal-qərbi İran dillərindən hesab olunur, bu dildə danışanlar kurmanclar adlanır. Azərbaycan kürdləri bu dialektdə danışırlar. Kurmanc dili Türkiyənin cənub-şərqində, Suriyanın şimalında, şimal-şərqdə, İranın şimal-qərbində və tarixi araşdırmalara görə Xorasan və Zaqafqaziyada yayılmışdır. 1958-ci ildən Suriyada Kurmancinin istifadəsi qadağan edildi. 1924-cü ildən 2013-cü ilə qədər Türkiyədə isə qadağan edildi. Həmin dildə danışan, oxuyan, yazan adamlarla bağlı ciddi tədbirlər görülürdü. == Danışanların sayı == Kurmanc dilində danışanların sayının 2021-ci ilə kimi 19,6 milyon olduğu təxmin edilir, lakin onların sayı getdikcə azalmaqdadır. Bu kürd dilinin ən çox yayılmış formasıdır və eyni zamanda Kürdüstandakı bəzi kürd olmayan azlıqların, o cümlədən assurilərin, çeçenlərin, çərkəzlərin və bolqarların ana dilidir.
İdmançı
İdman (ing. sport) — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkəti. ABŞ-nin elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir. İdmanla məşğul olmağın orqanizmə bir çox faydaları vardır. Məsələn: İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır. Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır.
Kurmanci dili
Kurmanc dili və ya kurmanci dili (kürd. Kurmancî) — Kürd dilinin ən çox danışılan dialekti. Ümumiyyətlə qərb və ya şimal-qərbi İran dillərindən hesab olunur, bu dildə danışanlar kurmanclar adlanır. Azərbaycan kürdləri bu dialektdə danışırlar. Kurmanc dili Türkiyənin cənub-şərqində, Suriyanın şimalında, şimal-şərqdə, İranın şimal-qərbində və tarixi araşdırmalara görə Xorasan və Zaqafqaziyada yayılmışdır. 1958-ci ildən Suriyada Kurmancinin istifadəsi qadağan edildi. 1924-cü ildən 2013-cü ilə qədər Türkiyədə isə qadağan edildi. Həmin dildə danışan, oxuyan, yazan adamlarla bağlı ciddi tədbirlər görülürdü. == Danışanların sayı == Kurmanc dilində danışanların sayının 2021-ci ilə kimi 19,6 milyon olduğu təxmin edilir, lakin onların sayı getdikcə azalmaqdadır. Bu kürd dilinin ən çox yayılmış formasıdır və eyni zamanda Kürdüstandakı bəzi kürd olmayan azlıqların, o cümlədən assurilərin, çeçenlərin, çərkəzlərin və bolqarların ana dilidir.
Mehmet Harmancı
Mehmet Harmancı (1977, Nikosiya) — əslən Kipr türkü olan siyasətçi; Lefkoşa Türk Bələdiyyəsinin başçısı. == Həyatı == Mehmet Harmancı 28 dekabr 1977-ci ildə Lefkoşada anadan olmuşdur. Mehmet Harmancı Türk Maarif Kollecinin məzunudur. Şərqi Aralıq dənizi Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirmişdir. Daha sonra Liverpul Con Murs Universitetində Avropa Birliyi və siyasət ixtisası üzrə magistr təhsili almışdır. 13 iyun 2013-cü ildən 30 avqust 2013-cü ilə qədər Şimali Kiprin turizm, ətraf mühit və mədəniyyət naziri vəzifəsində çalışmışdır. 30 iyun 2014-cü ildən Lefkoşa Türk Bələdiyyəsinə rəhbərlik edir.
Zirmanlı (Urmiya)
Zirmanlı (fars. ‎‎‎زيرمانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 203 nəfər yaşayır (55 ailə).
Ağaxan Kirmani
Mirzə Rza Kirmani (1854–12 avqust 1896) — Nasirəddin şah Qacarın qatili. == Həyatı == Mirzə Rza Kirmani Cəmaləddin Əfqaninin inanılmış tərəfdarlarından biri idi. O, son dəfə 1894-cü ildə zindandan xilas olduqdan sonra İstanbula getmək məqsədilə əvvəlcə Gilana gəlmiş, səfər vəsaiti, pulu olmadığından, bir müddət Ənzəlidə qalmağa məcbur olmuşdur. "Hövzeye bidaran"ın başçısı Əminüddövlə Ənzəli poçt idarəsi rəisi vasitəsilə Mirzə Rzaya kifayət qədər pul çatdırdıqdan sonra o, İstanbula gedə bilmişdir. Mirzə Rza bir müddət "İttihade İslam" başçılarının yanında yaşamış, sonra İrana qayıtmaq istəmişdir. İran hökuməti Mirzə Rzanın İrana qayıtmasının qarşısını almaq üçün İstanbul səfirliyinə göstəriş vermişdi. Mirzə Rza isə "İttihade İslam" üzvlərindən Əfzəlülmülk Kirmaninin pasportundan istifadə edərək İstanbuldan Trabzon, Batumi, Bakı yolu ilə Barfruşa (Babol), oradan da Tehrana getmişdir. Bir müddət Şahəbdüləzimdə yarıgizli yaşayan Mirzə Rza Babolda üç tümənə (302) aldığı tapança ilə 1896-cı il may ayının əvvəlində Nəsirəddin şahı öldürmüşdü. Nəsirəddin şahın öldürülməsi Sultan Əbdülhəmidi daha da qorxutmuş, Trabzon zindanında saxlanılan iranlı dustaqları İran hökumətinə təslim etmək əmri vermişdir. Onlar 1896-cı il avqustun 12-də Mirzə Rzanın Tehranda boğazdan asıldığı günün axşamı Təbrizdə Məhəmmədəli mirzənin tərəfindən öldürülmüşdülər.
Kırmanc dili
Kırmanc dili — ələvi zazaların danışdığı dil. Zaza dilinin şimal ləhcəsi hesab edilir.
Nazimülislam Kirmani
Mirzə Məhəmməd bin Əli Nazimülislam Kirmani (1861-1918)—İran tarixçisi. Mirzə Məhəmməd bin Əli 1861-ci ildə Kirman şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Nazimülislam Kirmani kimi tanınırdı. Tarixçi idi. Tarixçi əsərində şahidi olduğu hadisələrin obyektiv təsvirini verir. O, qeyd edir ki, XX əsrin əvvəllərində bir tərəfdən ölkənin iqtisadi vəziyyətinin ağırlaşması, şah sarayı və hökumətin milli mənafeyə zidd siyasəti, rüşvətxorluq və ədalətsizlik doğuran siyasi qurpuluşun çürüklüyü, digər tərəfdən, İran cəmiyyətinin qabaqcıl dairələrinin milli şüurunun inkişafı İranda sosial ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb olmuşdu. Nazimülislam Kirmani yazır ki, artmaqda olan hərəkatın təzyiqi altında İran şahı xalqın tələblərini yerinə yetirməyə söz verdi. 1906-cı il avqustun 5-də konstitusiya verilməsi haqqında şah fərmanı elan olundu. Nazimülislam Kirmani yazır: "Dünyada İran şahı qədər geniş yetkiləri olan hökmdar sayı çox azdır.
İmad Kirmani
İmad Kirmani (?-1372) — İran şairi. İmad Fəqih Kirmani (vəf.1372) XIV əsrdə İranda yaşayıb-yaratmış gözəl sənətkarlar dəstəsinə mənsub istedadlı şairlərdən biridir. Onun bədii irsi, təəssüf ki, lazımınca tədqiq olunmamışdır. Əksər tədqiqatlarda və fars ədəbiyyatı tarixinə dair ümumiləşdirici əsərlərdə İmad əsasən dahi Hafizin müasiri kimi xatırlanır və onunla Hafiz arasında baş vermiş münaqişədən bəhs olunur. Yalnız son illərdə İranda onun bədii əsərləri ayrıca kitablar şəklində nəşr olunmağa başlamışdır ki, bunlar da bir tərəfdən İmadın yaradıcılığının çoxşaxəliliyini, digər tərəfdən isə onun barəsindəki təsəvvürlərin ədalətsizliyini və yanlışlığını nümayiş etdirməkdədir. Lirik əsərlərlə (qəzəl, qəsidə, qitə və rübai) yanaşı İmadın qələmindən beş məsnəvi də çıxmışdır ki, bunlar içərisində 1355-ci ildə yazılmış "Təriqətnamə" poeması xüsusilə diqqəti cəlb edir. Təqribən 2800 beytdən ibarət olan və həzəc bəhrində yazılmış bu əsər Müzəffərilər sülaləsindən Əmir Mübarizəddin Məhəmmədə – o zamankı Yəzd və Kerman hakiminə ithaf edilmişdir. Əsərin yazılma səbəbi barədə müəllif bu məsələyə həsr olunmuş xüsusi fəsildə məlumat verir. Məlum olur ki, şair uzun müddət "təsəvvüfə dair qısa və aydın bir kitab " yaratmaq üzərində düşünmüş və nəhayət, bu ideyasını həyata keçirməyə qərar vermişdir. Bu da təsadüfi deyil, çünki İmad məşhur sufi təriqətlərindən birinin – sührəvərdiyyənin davamçılarından idi və Kermanda onun xanəgahı vardı.
Elçin Hüseynov (idmançı)
Elçin Zeynalov (idmançı)
Elçin Zeynalov (Elçin Hidayət oğlu Zeynalov; 1 aprel 1948, Kirovabad) — Azərbaycanın sərbəst güləş üzrə məşqçisi, SSRİ əməkdar məşqçisi və əməkdar idman ustası, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi. Olimpiya çempionu Toğrul Əsgərovun şəxsi məşqçisi. == Həyat və fəaliyyəti == Elçin Zeynalov 1 aprel 1948-ci ildə Gəncə şəhərində anadan olub. 1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil olub. Hal-hazırda sərbəst güləş idman növü üzrə məşqçilik fəaliyyətini davam etdirən Gəncə şəhər yığma komandasının baş məşqçisi vəzifəsində çalışır. Bir çox yetirməsi Dünya, Avropa çempionatlarının, Dünya Kubokunun qalibi və mükafatçılarıdır. Bunlardan Abil İbrahimov, Rza Xəlilov, Vüsal Həsənov və Rəhim Əliyevi misal göstərmək olar. Elçin Zeynalovun yetirməsi Toğrul Əsgərov 2012-ci ildə London Olimpiya Oyunlarının qızıl medalını qazanıb, 2016-cı il Rio de-Janeyro Olimpiya Oyunlarında gümüş medala yiyələnib. Güləşin inkişafındakı xidmətlərinə görə Elçin Zeynalov 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülüb. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Emin Quliyev (idmançı)
Emin Quliyev - Azərbaycanlı futbolçu. Hazırda Keşlə klubunda yarımmüdafiəçi mövqeyində çıxış edir. == Karyerası == Emin gənc futbolçu kimi “Keşlə”nin gənclər klubunun üzvü olub. 2018-ci ilin iyulundan isə “Keşlə”də çıxış edir. Quliyev 2017/18 mövsümünü icarə əsasında Bakının MOİK klubunda keçirib. 2018-ci ilin sentyabrında “Keşlə”nin "Qəbələ" ilə Premyer Liqa matçı üçün əsas heyətinə cəlb olunub.
Faiq Rəfiyev (idmançı)
Fərid Ağayev (idmançı)
Fərşid Rostami (idmançı)
Fərşid Rüstəmi (idmançı)
Mehman Məmmədov (idmançı)
Mirzə Rza Kirmani
Mirzə Rza Kirmani (1854–12 avqust 1896) — Nəsirəddin şahın qatili. Mirzə Rza Kirmani Cəmaləddin Əfqaninin inanılmış tərəfdarlarından biri idi. O, son dəfə 1894-cü ildə zindandan xilas olduqdan sonra İstanbula getmək məqsədilə əvvəlcə Gilana gəlmiş, səfər vəsaiti, pulu olmadığından, bir müddət Ənzəlidə qalmağa məcbur olmuşdur. "Hövzeye bidaran"ın başçısı Əminüddövlə Ənzəli poçt idarəsi rəisi vasitəsilə Mirzə Rzaya kifayət qədər pul çatdırdıqdan sonra o, İstanbula gedə bilmişdir. Mirzə Rza bir müddət "İttihade İslam" başçılarının yanında yaşamış, sonra İrana qayıtmaq istəmişdir. İran hökuməti Mirzə Rzanın İrana qayıtmasının qarşısını almaq üçün İstanbul səfirliyinə göstəriş vermişdi. Mirzə Rza isə "İttihade İslam" üzvlərindən Əfzəlülmülk Kirmaninin pasportundan istifadə edərək İstanbuldan Trabzon, Batumi, Bakı yolu ilə Barfruşa (Babol), oradan da Tehrana getmişdir. Bir müddət Şahəbdüləzimdə yarıgizli yaşayan Mirzə Rza Babolda üç tümənə (302) aldığı tapança ilə 1896-cı il may ayının əvvəlində Nəsirəddin şahı öldürmüşdü. Nəsirəddin şahın öldürülməsi Sultan Əbdülhəmidi daha da qorxutmuş, Trabzon zindanında saxlanılan iranlı dustaqları İran hökumətinə təslim etmək əmri vermişdir. Onlar 1896-cı il avqustun 12-də Mirzə Rzanın Tehranda boğazdan asıldığı günün axşamı Təbrizdə Məhəmmədəli mirzənin tərəfindən öldürülmüşdülər.
Musa Musazadə (idmançı)
Müşfiq Hüseynov (idmançı)
Nurlana Cəfərova (idmançı)
Nəbi Məmmədov (idmançı)
Nəbi Məmmədov (7 avqust) 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo çempionatının bürünc medalçısıdır. Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib.Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb.2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub. MMA üzrə 4 dəfə Azərbaycan çempionu; 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi; 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısıdır "Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır.
Orxan Vəliyev (idmançı)
Orxan Vəliyev (tam adı Vəliyev Orxan Aydın oğlu d. 27 dekabr 1992; Moskva, Rusiya) — 2010 və 2017-ci illərdə Uşu Sando üzrə Dünya çempionu; dünyanın 57-dən artıq ölkəsində olmuş səyyah; yazıçı və iş adamı. Vəliyev Orxan Aydın oğlu 1992-ci il dekabrın 27-sində Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Bir bacısı və bir qardaşı vardır. 1998-ci ildə Moskvada 2047 saylı orta məktəbə getmiş, 2003-cü ilədək orta təhsilini orada almışdır. Daha sonra 2003-cü ildən Azərbaycana köçərək təhsilini burada davam etmişdir. 2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 2011-ci ildə bu fakultəni bitirdikdən sonra təhsilə olan sevgisi onu dünyanın ən məşhur universitetlərindən biri və birincisi hesab edilən Harvard Universitetinə hazırlaşmağa sövq etmişdir. 2013-2015-ci illərdə O, Harvard Universitetinin "Biznesin idarə edilməsi" fakultəsi üzrə magistr elmi dərəcəsi almışdır. Elə bu illərdə təhsili ilə bərabər səyahətçilik xobbisi daha da böyümüş, dünyanın müxtəlif ölkələrinə səyahət edərək onların tarixi və mədəniyyəti haqqında məlumatlar toplamışdır. Daha çox məşhur olmayan ölkələrin bir o qədər də tanınmamış səhərlərinə səyahət edərək orada olan həyat haqqında maraqla məlumatlar toplamışdır.
Pərvin Məmmədov (idmançı)
Pərvin Rasim oğlu Məmmədov (16 fevral 1995; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən pauerliftinqçi. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. Pərvin Məmmədov 1995-ci il fevralın 16-da Qaradağ rayonunda anadan olub. Anadangəlmə III qrup əlildir. 2010-cu ildə o, sənədlərini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kollecinə verib. 2014-cü ildən isə pauerliftinqlə məşğul olur. Şəxsi məşqçisi Rasim Məmmədov, yığmada məşqçisi isə İlqar İbişovdur. Pərvin Məmmədov 2014-cü ildə Ağsuda Azərbaycan Çempionatında mübarizə apardı və turnirin gümüş medalına sahib oldu. Bundan sonra o, 2015-ci ildə Azərbaycan yığmasına dəvət edildi. 2017-ci ildə Pərvin Məmmədov Macarıstanda baş tutan beynəlxalq turniri üçüncü pillədə başa vurdu.