Pərvin Məmmədov (idmançı)

Pərvin Rasim oğlu Məmmədov (16 fevral 1995; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən pauerliftinqçi. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub.

Pərvin Məmmədov
Şəxsi məlumatlar
Tam adı Pərvin Rasim oğlu Məmmədov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (28 yaş)
Doğum yeri Bakı, Azərbaycan
İdman növü Pauerliftinq
Karyera illəri 2014—h.h.
Məşqçisi İlqar İbişov (yığmada)
Rasim Məmmədov (şəxsi)
Boyu 125 sm. (4 ft 4 in)

Həyatı[redaktə | mənbəni redaktə et]

Pərvin Məmmədov 1995-ci il fevralın 16-da Qaradağ rayonunda anadan olub. Anadangəlmə III qrup əlildir. 2010-cu ildə o, sənədlərini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kollecinə verib. 2014-cü ildən isə pauerliftinqlə məşğul olur. Şəxsi məşqçisi Rasim Məmmədov, yığmada məşqçisi isə İlqar İbişovdur.

Karyerası[redaktə | mənbəni redaktə et]

Pərvin Məmmədov 2014-cü ildə Ağsuda Azərbaycan Çempionatında mübarizə apardı və turnirin gümüş medalına sahib oldu. Bundan sonra o, 2015-ci ildə Azərbaycan yığmasına dəvət edildi.

2017-ci ildə Pərvin Məmmədov Macarıstanda baş tutan beynəlxalq turniri üçüncü pillədə başa vurdu. Həmin il o, həmdə Dünya Çempionatında 8-ci pillənin sahibi oldu.

2018-ci ildə Fransada açıq Avropa Çempionatının qalibi olan Pərvin Məmmədov, 2019-cu ilin aprel ayında Macarıstanda beynəlxalq turnirdə qızıl medala sahibi oldu. Daha sonra o, 2019-cu ildə Qazaxıstanda Dünya Çempionatında mübarizə apardı və turniri yeddinci pillədə başa vurdu.

Pərvin Məmmədov 2020-ci ildə İngiltərədə beynəlxalq turnirdə qızıl medal, 2021-ci ildə isə Gürcüstanda beynəlxalq turnirdə gümüş medal qazandı.

2021-ci ilin avqust ayında Pərvin Məmmədov Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. O, 156 Kq. nəticə ilə bürünc medala sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Pərvin Rasim oğlu Məmmədov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 06.09.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.