Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xətai
Xətai — Azərbaycanda daha çox işlədilən ad. Bu təxəllüsü olan tanınmış insanlar Şah İsmayıl Xətai — I İsmayıl Səfəvinin ədəbi təxəllüsü.Bu adı olan tanınmış insanlar Xətai Təbrizi — Azərbaycan yazıçısı. Xətai Quliyev —Yaşayış məntəqələri Xətai rayonu — Bakıda rayon. Xətai — Azərbaycanın Ağstafa rayonunda kənd. Xətai — Azərbaycanın Xocavənd rayonunda kənd. Xətai — Azərbaycanın Şərur rayonunda kənd. Xətai (Soyuqbulaq) — Xətai (Naxçıvan)Digər Xətai metrostansiyası — Bakı metropolitenində metrostansiyalardan biri. Xətai xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Riştə Xətayi — Təbrizdə hazırlanan ‏Ramazan ayına aid şirniyyat və desert. Xətai bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xətai rayonunda bələdiyyə.
Əxlaq
Əxlaq (ər. — xasiyyət, təbiət sözünün cəmi) — İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. İctimai şura formalarından biri; ictimai həyatın bütün sahələrində (məişət, ailə, əmək prosesi, elm və siyasət) insanların davranışını tənzim edən sosial institut. Əxlaq insanların öz davranışlarında rəhbər tutduqları prinsip, norma və qaydaların məcmusu, onların həyatda bir-birinə, ailəyə, işlədiyi kollektivə, millətə, bütövlükdə cəmiyyətə olan münasibətinin ifadəsidir. == Ümumi məlumat == Əxlaqın strukturu insanın şüur fəaliyyətinin bir-birinə əks qütblərini ifadə edən xeyir və şərin ziddiyyətinə əsaslanır: onun bilərəkdən can atdığı xeyir, bilərəkdən uzaq durduğu isə şərdir. İnsan hərəkətlərini idarə edən müxtəlif məqsədlər arasında bütün digər məqsədləri müəyyənləşdirən və ali xeyir kimi çıxış edən ən ümumi və mühüm bir məqsəd fərqləndirilir. Davranışın şüurlu olaraq ali xeyirə tərəf istiqamətlənməsi ona xeyir qütbünü aşılayır və insanın mənəvi enerjisini müəyyənləşdirir. Bütün insanlar xeyirə can atırlar, lakin onu müxtəlif cür başa düşürlər. Bu zaman eyni predmetə müxtəlif baxışların qarşılaşdırılması, mənəvi prioritetlərin həqiqilikləri baxımından nəzərdən keçirilməsi problemi yaranır. Hələ qədim filosoflar ali xeyir haqqında konkret təsəvvürlərin müxtəlifliyini üç əsas variantla ifadə etmişlər: həzzə canatma, vətəndaş fəallığı vasitəsilə özünütəsdiq və əbədiliyə qovuşma (bunları sonrakı dövrlərin ifadələri ilə insanın özü üçün, cəmiyyət üçün və Allah üçün yaşaması kimi mənalandırmaq mümkündür).
Həlaib Üçbucağı
Həlaib Üçbucağı (ərəb. مُثَلَّث حَلَايِب‎) — Misir və Sudan sərhədində 20,580 km² mübahisəli ərazi. XX əsrin demək olar ki, bütün ikinci yarısı Sudan tərəfindən idarə olunub. Hazırda Misirin nəzarəti altındadır. Coğrafi baxımdan mübahisəli ərazi Nubiyanın bir hissəsidir. Misir milli parkı Gebel-Elba "üçbucağın" ərazisində yerləşir. Burada neft ehtiyatları aşkar edilmişdir. Onun kimə məxsus olması BMT qətnamələri ilə müəyyən edilməyib. Təşkilatın hər bir üzv dövləti öz mülahizəsinə əsasən 1899 və ya 1902-ci il sərhədlərinin tanınmasından asılı olaraq mübahisəli ərazinin Misirə və ya Sudana aid olduğunu bildirir. Azərbaycan “Həlaib üçbucağı”nı Misirin bir hissəsi hesab edir.
Xəlbir sümüyü
Xəzail Əliyev
Xəzail Əliyev — Azərbaycan hərbçisi, Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əliyev Xəzail Əmir oğlu 3 sentyabr 1974-cü ildə İnəkboğan sovetliyinin Köhnəqışlaq kəndində anadan olub. 7 yanvar 1993-cü il tarixində Gədəbəy rayonundan hərbi xidmətə gedib. Astara batalyonundan sonra Beyləqan zonasına döyüşə göndərilib.Şişqaya adlanan dağda yerləşmiş əsgərin tərkibində Martuni bölgəsindən hücum edən erməni quldurları ilə döyüşüb. Xəzayıl həmkəndlisi Hüseynov Nofəllə "Gecə quşu" adı ilə məhşhur olan dəstədə vuruşdu. 1994-cü il yanvarın 27-si dəstənin üzvləri komandanlıqdan "Şişqaya" yüksəkliyini tutmaq tapşırığını alırlar. Döyüşçülər gecə mövqe tutub yerlərini möhkəmləndilər.
Əxlaqi-Nasiri
Əxlaqi-Nasiri — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər. == Məzmun == Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. == Nəşr və tərcümə == Əsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə, 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc. ed. Rəhim Sultanov. Bakı: Lider, 2005.
Əxlaqi Nasiri
Əxlaqi-Nasiri — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər. == Məzmun == Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. == Nəşr və tərcümə == Əsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə, 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc. ed. Rəhim Sultanov. Bakı: Lider, 2005.
Əxlaqi qiymət
Əxlaqi qiymət — sosial gerçəkliyin müxtəlif hadisələrinin və insanların davranışlarının hansı əxlaqi məna daşımalarından asılı olaraq bəyənilməsi və ya pislənməsidir. İnsanlara müəyyən əxlaqi davranışların həyata keçirilməsini təlqin edən Əxlaq normasından fərqli əxlaqi qiymət davranışların əxlaqın tələblərinə uyğunluğu və ya uyğun gəlməməsinin müəyyən edir. Ümumi əxlaqi qiymət xeyir və şər kateqoriyaları ilə həyata keçirilir, əxlaqın obyektiv meyarına əsaslanır. Bu meyar da tarixi xarakterə malikdir və ictimai quruluşdan, sinfi mübarizədən və . s. asılı olaraq dəyişir. Əxlaqi qiymətin əsasında davranışların sosial əhəmiyyətinin dərk edilməsi durur. Bu əsasda da əxlaqi qiymətin köməyilə insanların davranışını tənzim etmək mümkündür.
Amil Xəlil
Amil Xəlil (tam adı: Amil Bəhlul oğlu Xəlil; 13 noyabr 1991; Bakı, Azərbaycan) — azərbaycanlı araşdırmaçı jurnalist və aparıcı. == Həyatı == Amil Bəhlul oğlu Xəlil 13 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olub. Lakin sənədlərdə doğum tarixi 18 yanvar 1992-ci il qeyd edilib. 1998-ci ildə Biləcəridə yerləşən 284 saylı məktəbdə orta təhsil almağa başlayıb. Bir il sonra orta təhsilini həmin qəsəbədə yerləşən 45 saylı orta məktəbdə davam etdirib. Orta məktəb illərindən tarixə həvəsi olub. İrəvan və Kərkük xəritələrinin yeni versiyalarının hazırlanmasında iştirak edib. Hələ uşaq yaşlarından həvəskar şəkildə virtual olaraq aparıcılıq və müxbirlik edib. Sinif yoldaşlarından müsahibələr alıb məktəb jurnallarında çap etdirib. Taxtadan hazırladığı mikrafonlar hələ də qalmaqdadır.
Ağaverdi Xəlil
Ağaverdi Sərxan oğlu Xəlil — filologiya üzrə fəlsəfə doktoru, dosent == Həyatı == 1962-ci il avqust ayının 30-da Kürdəmir rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1979-cu ildə Bakıda orta məktəbi fərqlənmə ilə qurtarmış, 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. "Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda paremioloji vahidlərin struktur-semantik təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, "Oğuz eposunda ritual və janrın struktur tipologiyası" mövzusunda doktorluq dissertasiyası yazmışdır. 2001-2002-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "İntellekt-nəzəri eksperimental laboratoriyası"nın, 2003-2006-cı illərdə AMEA Folklor İnstitutunda "Folklor laboratoriyası"nın, 2007-2011-ci illərdə "Folklor nəzəriyyəsi" şöbəsinin müdiri olmuşdur. 2012-ci ildən "Mərasim folkloru" şöbəsinə rəhbərlik edir. "Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda ədəbi mətnlər" (2001), "Əski türk savlarının semiotikası" (2006), "Folklor terminləri" (2010), "Türk xalqlarının yaz bayramları və Novruz" (2012) kitablarının, bir sıra tərcümə, toplama və tərtib işlərinin, dərs proqramlarının, 100-dən çox elmi məqalənin müəllifidir. Əksəriyyəti xarici ölkələrdə olmaqla, 60-dan çox Beynəlxalq elmi konfrnsda türk xalqlarının dili, folkloru və ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş məruzələr etmişdir. Əsərləri Azərbaycan və bir sıra türk dilləri ilə yanaşı, rus və ingilis dillərində nəşr olunmuşdur. "İnternet-İntellekt" toplusunu (2001) və "Struktur-semiotik araşdırmalar" (2002) dərgisini nəşrə hazırlamışdır. Türkiyədə çıxan "Motif Akademi" folklor jurnalının Azərbaycan üzrə təmsilçisi və Azərbaycana həsr olunmuş xüsusi saylarının (2011/1;2) redaktorudur.
Cəliq (Qışlaq)
Cəliq (fars. جاليق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 16 nəfər yaşayır (6 ailə).
Cəliq (Əhər)
Cəliq (fars. جاليق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (9 ailə).
Dəhnamə (Xətai)
Dəhnamə — Azərbaycan ədəbiyyatının klassiki Şah İsmayıl Xətainin məsnəvi janrında yazdığı poema. Əsər Azərbaycan ədəbiyyatının yazılı abidəsi hesab edilir. 1506-cı ildə Azərbaycan dilində yazılan şeir əsəri Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri sayılır.Məsnəvidə aşiq oğlan (yəni şairin özü) və onun sevgilisi bir birinə on sevgi məktubu göndərirlər, buna görə də əsərin adı elə "Dəhnamə" ("On məktub") qoyulub. Poema bütövlüklə 1532 beytdən ibarətdir. == Tədqiqi və nəşri == 1923-cü ildə tədqiqatçı Salman Mümtaz XVII əsrə aid əlyazmaları istifadə edərək "Dəhnamə"nin tam olmayan siyahısını dərc etdi, indi o siyahı Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır.1961-ci ildə Əzizağa Məmmədov "Şah İsmayıl Xətai" adlı şairin əsərlərinin ikicildliyini hazırlamışdı, orada o, "Dəhnamə"nin elmi-tənqidi mətnlərin yaradılmasının əsas prinsiplərinə baxış keçirmişdi.1967-ci ildə tədqiqatçı Qasım Həsənov "Dəhnamənin sintaksisi" (rus. «Синтаксис Дехнаме») adlı işini yayımladı, hansında ki poemanın təyini söz birləşmələrini təhlil etmişdi. Həsənov hələ 1962-ci ildə yazırdı ki, poemada olan təyini söz birləşmələrinin müasir azərbaycan dilindəki kəlmələrlə çox oxşarlıqları var.1977-ci ildə Minayə Cavadovanın "Şah İsmayıl Xətainin Leksikası ("Dəhnamə" poeması əsasında) (rus. «Лексика Шах Исмаила Хатаи (По поэме "Дехнаме")» adlı əsəri nəşr olundu, orada o, "Dəhnamə" poemasının tədqiqi tarixi və Səfəvilər dövründə Azərbaycan dilinin əhəmiyyəti haqqında yazırdı. Cavadova bu əsərində qeyd edir ki, "Dəhnamə" Xətainin ədəbi irsində xüsusi yer tutur və bu əsər Azərbaycan dilində yaradılmış mükəmməl yazılı ədəbi abidələrindən biri sayılır. == Əlyazmalar == Əfqanistanın Məzari-Şərif şəhərindəki muzeydə xəttat Mir İmad Qəzvini tərəfindən köçürülən və "Dəhnamə" məsnəvisindən başlayan əlyazma saxlanılır.Bakı şəhərində Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda XVII əsrdə tərtib edilən poemanın əlyazması saxlanılır."Dəhnamə"nin siyahılarından biri həmçinin Sankt-Peterburqda saxlanılır, onun ətraflı şərh edilmiş təsvirini Vladimir Minorskinin xahişi ilə 1923-cü ildə şərqşünas Nikolay Marr verdi.
Hacı Xəlil
Hacı Xəlil (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. Hacıxəlil (Miyanə) — Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Hacıxəlil (Adıyaman) — Türkiyədə kənd. Hacıxəlil (Qars) — Türkiyədə kənd.
Məkarimi-əxlaq
Məkarimi-əxlaq — Seyid Yəhya Bakuvinin nadir əsərlərindəndir. Mövzusu islami-ürfani əxlaq olan bu əsərdə əməli salehlik və əxlaqın imanın əsası olması məsələlərinə diqqət yetirilir. Peyğəmbərin və onun yolunda olanların ən mühüm xüsusiyyətlərindən birinin əxlaq olduğu vurğulanır. İnsanda yamanlıq duyğularının nələr olduğu və bunlardan xilas olmanın yolları göstərilir. Əsər nəsrlə yazılmışdır. Əsərin İstanbul Universiteti kitabxanasındakı nüsxəsinin adı Əxlaqi-mahmudatdır.
Patron Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. == Haqqında == Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.
Patrona Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. == Haqqında == Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.
Riştə xətai
Riştə Xətai (fars. رشته ختایی‎) ‏ — Təbrizdə hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Sufi Xəlil
Sufi Xəlil Bektaş (v. 1492 və ya 1491, Təbriz) — Mosullu tayfasından olan, məşhur Ağqoyunlu sərkərdəsi və siyasi xadim. Sufi Xəlil bu tayfanın sərkərdələrindən olan Əmir bəyin qardaşı idi. == Həyatı == 1451-ci ildə Uzun Həsənin müdafiə etmiş başlıca qüvvələr Sufi Xəlilin içərisindən çıxdığı Mosullu və Pörnək tayfaları olmuşdur olmuşdur. Uzun Həsənin Teymuri hökmdarı Əbu Səid üzərindəki qələbəsində Mosullu Əmir bəy qardaşı və Sufi Xəlil mühüm rol oynamışlar. 1467-ci ildə Uzun Həsəinin Bağdada yürüşündə və Həsənəli mirzə ilə Xoy döyüşündə iştirak etmişdir.1473-cü ildə Ağqoyunlular və Osmanlılar arasında baş vermiş Otluqbeli döyüşündə Sufi Xəlil ordunun sağ cinahına rəhbərlik etmişdir. Döyüşdən əvvəl digər sərkərdələr kimi Sufi Xəlil də döyüşə girməyin yaxşı fikir olmadığını Uzun Həsənə bildirmişdi. Mənbələrdə onun bu sözləri qeydə alınmışdır, "vuruşmaq məsləhət deyildir və qeyblərin ən yaxşı bilicisindən (Allahdan) başqa heç kim vəziyyətin necə olacağını bilmir" Uzun Həsənin ölümündən sonra Gürcüstanda vəziyyət gərginləşdi. Çünki, Ağqoyunlu hökmdarı Tiflisə təyin etdiyi Sufi Xəlil vasitəsi ilə Gürcüstanı itaət altına almağı bacarmışdı. Lakin 1478-ci il yanvarın 5-də Uzun Həsənin ölümü ilə Ağqoyunlu taxtı uğrunda mübarizə başladı.
Sultan Xəlil
Əbülfəth Sultan Xəlil — Ağqoyunlu hökmdarı. == Həyatı == Uzun Həsənin oğlu idi. Hakimiyyətə gəlməzdən öncə Fars vilayətinin valisi idi. Cəlaləddin Dəvani öz Ərznaməsini 1476-cı ildə, məhz onun dövründə yazmışdır. Yay iqamətgahı Minbulaqda, daha sonra isə Persepolisdə olmuşdur. Şiraz ədəbiyyatının hamisi olmuşdur. == Hakimiyyəti == Hakimiyyətə atasından sonra gəlmiş, lakin qardaşları ilə müharibəyə başlamışdır. Qardaşı Maqsudu öldürmüş, digər qardaşları Yaqub və Yusifi isə sürgünə göndərmişdi. Həmin il əmisi Murad bəy Bayanduru da məğlub edərək hakimiyyəti mərkəzləşdirmə siyasəti güdür. Mərkəzləşdirmə siyasətini bəyənməyən türkman əmirləri bundan narazılıq etdilər.
Səlahəddin Xəlil
əl-Məlikül-Əşrəf Səlahuddin Xəlil ibn Kalavun əl-Əlfi əs-Salihi (1262–1293) — Məmlük sultanı (1290–1293). == Həyatı == Xəlil ibn Kalavun 1262-ci ildə doğulmuşdu. Məmlük sultanı əl-Məlikül-Mənsur Seyfəddin Kalavunun oğludur. Böyük qardaşı əl-Məliküs-Salih Əlaəddin Əlinin ölümü üzərinə (1288) vəliəhd oldu. Əslında Sultan Kalavun əxlaq və davranışlarından xoşnud olmadığı üçün Xəlili vəliahd təyin etmək istəmirdi. Qazı Fəthuddin İbn Əbdüzzəhir, Xəlilin vəliahd təyiniylə ilgili bəlgəni imza etməsi üçün ona arz etdiyi zaman onu müsəlmanların idarəsini üstlənəcək vasıfdə görmədiyini söyləyərək imzalamamışdı. Niyəti kiçik oğlu Məhəmmədi vəliahd təyin etməkdi. Başda naib-i saltanat Hüsaməddin Torumtay olmaqla, əmirlər də Xəlili sevmir və böyük qardaşı Əlaəddini onun zəhərlədiyini iddia edirdilar. Ancaq Kalavun bu işi Xəlildən daha yaxşı yapacak başqa bir oğlu olmadığından onun vəliahd olmasına razı olmuş, Trablusşam səfərinə çıxarkən də Misirdə onu naib olaraq buraxmışdı (1289). əl-Məlikül-Əşrəf Xəlil, Kalavunun Aqqa səfəri sırasında xəstələnməsi və qısa bir müddət sonra ölümü üzərinə Məmlük taxtına keçdi (11 noyabr 1290).
Xaliq Bahadır
Xaliq Bahadır oğlu Hacıyev (Xaliq Bahadır; 1 iyun 1952, Azadkənd, Saatlı rayonu) — Azərbaycan siyasətçisi və yazıçısı. == Həyatı == Xaliq Bahadır 1952-ci il iyunun 1-də Saatlı rayonunun Azadkənd kəndində doğulub. 1967-ci ildə Krasnoselsk kənd orta məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə girib, 1979-cu ildə filoloq ixtisası üzrə universiteti bitirib. 1982-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor kimi çalışıb. AXC hakimiyəti dönəmində Azərbaycan Teleradio Verilişləri Şirkətində televiziyanın informasiya studiyasının direktoru (1992–1993-cü illər) olub. 1993–1994-cü illərdə televiziyanın ədəbi dram verilişləri redaksiyasında İncəsənət şöbəsinin müdiri görəvində çalışıb. 1989-cu ildə "Azadlıq" qəzetini yaradanlardan olub, orada İnformasiya şöbəsinin müdiri kimi çalışıb. 1994-cü ilin mayından "Azadlıq" qəzetində köşə yazarlığı edib. Xalq Hərəkatının yaranmasında aktiv qatqısı olub.
Xaliq Hüseynov
Xaliq Kamil oğlu Hüseynov (20 sentyabr 2001, Nardaran – 16 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseynov Xaliq Kamil oğlu 20 sentyabr 2001-ci ildə Bakının Nardaran qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2008-ci ildə 295 №-li tam orta məktəbdə başlamışdır. 2017-ci ildə orta təhsilini başa vuran Xaliq çilingər ixtisasına yiyələnərək maşın ustası kimi işləməyə başlayıb. Arzusu işləyib pul qazanmaq və internat uşaqlarına kömək etmək olub. İdmana və hərbiyə hədsiz marağı olan Xaliq peşəsi ilə paralel olaraq idmanın cüdo növü ilə məşğul olmuşdur. == Hərbi xidməti == Əsgərlik yaşına çatan Xaliq 2020-ci ilin yanvar ayında Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanmışdır. Elə xidmətinin ilk günlərindən əsgər yoldaşları arasında fiziki gücü və bacarığı ilə fərqlənən Xaliq bir neçə idman yarışlarında fərqlənmişdir. Vəzifəcə baş atıcı olmuşdur. Karantin qaydalarının sərt dönəmində xidmət edən əsgər Hüseynov valideynləri ilə görüşə bilməmiş və hər telefon zəngində onlara qalıb orduda müddətdən artıq xidmət etməyi və işğal altında olan torpaqlarımızı işğaldan azad etmək istədiyini bildirmişdir.
Xaliq İbrahimov
Xaliq Arif oğlu İbrahimov (11 iyul 1985, Sumqayıt) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin I dərəcəli kapitanı, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sabiq polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Xaliq İbrahimov 1985-ci il iyulun 11-də Sumqayıt şəhərində anadan olub. 1992–2003-cü illərdə Sumqayıt şəhər 36 saylı tam orta məktəbdə təhsil alıb. Daha sonra isə o, 2003–2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini bitirdikdən sonra "leytenant" hərbi rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Xaliq İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlının azad edilməsində savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal edilmiş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli 2336 nömrəli Sərəncamına əsasən Xaliq İbrahimov "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında polkovnik-leytenant olaraq xidmət edən Xaliq İbrahimov, müharibədən sonra Hərbi Dəniz Qüvvələrinin sıralarında I dərəcəli kapitan kimi xidmətini davam etdirməyə başladı.
Xaliq İsgəndərov
Xaliq Hüseyn oğlu İsgəndərov (23 mart 1970, Dərə, Vardenis rayonu – 1 yanvar 1993, Naxçıvanlı, Xocalı rayonu) — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Xaliq İsgəndərov 1970-ci ildə Göyçə mahalı Dərə kəndində anadan olub. 1992-ci ildə Milli Ordu sıralarına yollanıb. Fərrux dağı, Qazançı, Mərzili uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il yanvarın 1-də Ağdamın Naxçıvanik kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub.
Delain
Delain — 2002-ci ildə Within Temptation qrupunun keçmiş sintezatorçusu Martijn Westerholt tərəfindən qurulmuşdur. Həmin ildə qrup vokalist Anne Invernizzi ilə "Amenity (2002) (demo)" albom çıxartdılar. Anne-nin ayrılışı ilə qrupa Charlotte Wessels gəldikdən sonra qrup artıq məşhurlaşmağa başladı. "Roadrunner" albom şikəti ilə April Rain (2009) albomlarını çıxartdıqdan sonra qrup daha da məşhurlaşaraq fanatlarını sayını artırdılar. Albomdakı "Frozen", "See Me In Shadow", "The Gathering" mahnılarını Within Temptation qrupunun vokalisti Sharon den Adel və digər məşhurlar ilə duet oxumuşdular.
Elazığ
Elazığ — Türkiyənin Elazığ ilinin inzibati mərkəzi.
Pelagi
Pelagi (təq. 354 – təq. 420 və ya ən tezi 418, Fələstin) — xristian dinində ilk bidətçi təlimlərindən birinin banisi, V əsrin din xadimi. == Həyatı == Xristianlıqda ilk bidətçi təliminin banilərindən sayılan Pelagi təxminən 360-cı ildə Fransanın Bretan bölgəsində, yaxud Britaniyada doğulmuşdur. Milliyyətcə keltdir. Əsl adı Morqan olub, xaç suyuna çəkildikdən sonra Pelagi adlandırılmışdır. V əsrin əvvəllərində İtaliyaya gələrək monastıra daxil olmuşdur. Burada yüksək əxlaqı və nizam-intizamı ilə məşhurlaşmışdır. Romada həm dünyəvilər, həm də din xadimləri arasında yayılmış pozğunluq halları onu dəhşətə gətirmişdir. Pelagi mülahizələri ilə ümumi kilsə doqmalarından kənara çıxmışdır, lakin o, kilsə ilə ziddiyyətə getmək fikrindən uzaq idi.
Melaq
Melaq (fr. Mélagues, oks. Melagas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12143. Kommuna təxminən Parisdən 580 km cənubda, Tuluza şəhərindən 130 km şərqdə, Rodezdən isə 80 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 66 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 40 nəfər (15-64 yaş arasında) 28 nəfər iqtisadi cəhətdən, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.0%, 1999-cu ildə 60.0%).
Anton Delviq
Anton Antonoviç Delviq (rus. Анто́н Анто́нович Де́львиг; 6 (17) avqust 1798[…] və ya 1798, Moskva[…] – 14 (26) yanvar 1831[…] və ya 1831, Sankt-Peterburq[…]) — rus yazıçısı və şairi, nəşriyyatçı. == Həyatı == Anton Delviq Moskvada general-mayor ailəsində anadan olmuşdur. 1817-ci ildə Sarskoe selo litseyini bitirmişdir. Aleksandr Puşkinin yaxın dostu və məsləkdaşı olmuşdur. 1825-ci ildə "Şimali çikəkləri" almanax və "Literaturnaya qazeta" 1830–1831-ci illərdə A. L. Puşkin ilə birgə qazetini nəşr etmişdir. İdillik şerlər, sonetlər, rus xalq mahnıları ruhunda nəğmələr yazmışdır. Yaradıçılığında romantic əhvali – ruhiyyə, dostluq və məhəbbətin tərənnümü əsas yer tutur. 1811-ci ildə Cerkoselski liseyinə daxil olmuş. O, orada zəif oxuyurdu, amma o tez şeir yazmağa başlamışdır.
Elazıq (il)
Elazığ ili — Türkiyədə il. Elazığ şərqi Anadolu bölgəsində yerləşmiş olub, şimalında Tunceli, şərgində Bingöl, cənubunda Diyarbəkır və qərbində Malatya illəri yerləşir.
Elazığ ili
Elazığ ili — Türkiyədə il. Elazığ şərqi Anadolu bölgəsində yerləşmiş olub, şimalında Tunceli, şərgində Bingöl, cənubunda Diyarbəkır və qərbində Malatya illəri yerləşir.
Poyraz, Elâzığ
Poyraz — Elazığ ilinin mərkəz ilçəsi Elazığa bağlı kənd.
Poyraz (Elazığ)
Poyraz — Elazığ ilinin mərkəz ilçəsi Elazığa bağlı kənd.
Volfqanq Helbiq
Volfqanq Helbiq (alm. Wolfgang Helbig‎; 2 fevral 1839, Drezden – 6 oktyabr 1915 və ya 5 oktyabr 1915, Roma) — ömrünün çox hissəsini İtaliyada keçirən Almaniya antikşunası, arxeoloqu və sənət əsərləri satıcısı. == Həyatı == Drezdendə anadan olmuşdur və burada oxumuşdur. daha sonra Göttingen və Bonn universitetlərində klassik filologiya və arxeologiya üzrə təhsil almışdır. Almaniya Arxeoloji İnstitutunun təqaüdçüsü kimi iki ilini Romada keçirdi. İtaliya, Fransa və Yunanıstan üzrə çoxlu səyahətlər etmişdir, Şimali Afrika və Rusiyada olmuşdur. Rus knyaginyası və Listin şagirdi olmuş pianoçu Nadejda Şaxovskaya (1847—1922) ilə evlənmişdir. Cütlük Romada yaşayırdı və Helbiq burada Almaniya Arxeoloji İnstitutunun ikinci katibi, universitet professoru, cənubi Etruriya arxeoloji qazıntılar komissarı və Dei Linçei Akademiyasının üzvü kimi fəaliyyət göstərirdi. == Nəşrləri == Əsas əsərləri aşağıdakılardır:: «Wandgemälde der vom Vesuv verschütteten Städte» (Лейпциг, 1864); «Untersuchungen über die kampanische Wandmalerei» (1873); «Die Italiker in der Po-Ebene» (1879); «Das homerische Epos aus den Denkmälern erläutert» (Лейпциг, 1884—87); «Die Kampanische Wandmalerei»; «Altital. Kultur- und Kunstegeschiche» (1879).