Xaliq İbrahimov

Xaliq Arif oğlu İbrahimov (11 iyul 1985, Sumqayıt) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin I dərəcəli kapitanı, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sabiq polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.[1]

Xaliq İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi 11 iyul 1985(1985-07-11) (39 yaş)
Doğum yeri
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Hərbi Dəniz Qüvvələri
Xidmət illəri 2003-cü ildən
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı — 2020
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı"Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı — 2008 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı — 2013 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — 2018 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı — 2020 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı — 2015

Xaliq İbrahimov 1985-ci il iyulun 11-də Sumqayıt şəhərində anadan olub. 1992–2003-cü illərdə Sumqayıt şəhər 36 saylı tam orta məktəbdə təhsil alıb. Daha sonra isə o, 2003–2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini bitirdikdən sonra "leytenant" hərbi rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Xaliq İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, XocavəndQubadlının azad edilməsində savaşıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal edilmiş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli 2336 nömrəli Sərəncamına əsasən Xaliq İbrahimov "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.[1]

İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında polkovnik-leytenant olaraq xidmət edən Xaliq İbrahimov, müharibədən sonra Hərbi Dəniz Qüvvələrinin sıralarında I dərəcəli kapitan kimi xidmətini davam etdirməyə başladı.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

  1. 1 2 3 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.)). 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2021.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2021.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2021.
  5. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.)). 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2021.