Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəxtiyar Xanızadə
Bəxtiyar Oqtay oğlu Xanızadə (13 iyul 1957, Şağan) — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2013), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). == Həyatı == Bəxtiyar Xanızadə Bakının Şağan kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini, 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirib. Azərbaycan SSR Əməkdar Artisti Hamlet Xanızadənin yaxın qohumudur. == Fəaliyyəti == 1978-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1981 – 1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında, 1982–1983-cü illərdə Azərbaycanfilm kinostudiyasında aktyor, 1983-cü ildə İncəsənət İnstitutunda müəllim işləyib. 1994-cü ildə Bəxtiyar Xanı-Zadəyə "Səhnə hərəkəti və xoreoqrafiya sənəti" kafedrasının dosenti elmi adı verilmişdir. 16 may 1994-cü ildə dərs dediyi bir qrup tələbələrə Respublikanın Mədəniyyət Naziri Polad Bülbüloğlunun əmrinə əsasın Azərbaycanda "Dəli yığıncağı" adlı ilk Pantomim teatr studiyası yaradıb. Bəxtiyar Xanı-Zadə Gürcüstanda və Bolqarıstanda keçirilən teatr seminarlarında iştirak etmiş və sertifikatlarla təltif edilmişdir. (2000). O, "Aktyorun plastik mədəniyyətinin tərbiyəsində UŞU – əlbəyaxa döyüş növünün əhəmiyyəti" (1991), "Budda rahiblərinin 18 döyüş üsuluna dair metodik və praktiki çalışmalar" (1992), "Aktyorun plastik tərbiyəsində məkan və zaman baxımından hərəkət dəqiqliyinin əhəmiyyəti" (1993) adlı elmi əsərlərin müəllifidir.
Hamlet Xanızadə
Hamlet Xanızadə (5 iyun 1941, Şağan – 3 fevral 1990, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ildə doğulmuşdu. Hamlet Xanızadə Bakının Şağan qəsəbəsində dünyaya göz açmışdı. Burada orta təhsil almışdı və atası Bəbir kişi heç onu aktyor görmək istəmirdi. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəldi. Müharibənin dəhşətli ağrılarını hələ körpəliyində çəkən bu uşağın taleyində çox şeylər ağrılı olmuşdu. Hamlet uşaqlıqdan teatra, kinoya meyilli idi. İncəsənət Universitetinə 50-ci illərin sonlarında daxil olmuşdu, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə gəlmişdi. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim etmişdi. Tədris teatrında yaratdığı rollar müəllimlərin də, uşaqların da qəlbində özünə yer almışdı.
Qasımzadə
Qasımzadə — Azərbaycan soyadı. Elbay Qasımzadə (d. 1948) — Azərbaycan memarı Fuad Qasımzadə (1929–2010) — tanınmış Azərbaycan filosofu, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Qasım Qasımzadə Qasım Qasımzadə (yazıçı) (1923–1993) — şair, tərcüməçi. Qasım Qasımzadə (dövlət xadimi) (1889–1959) — Bakı Şəhər Dumasının deputatı, İran Senatının senatoru. Murad Qasımzadə (1915–2010) — azərbaycanlı polkovnik-mühəndis Oqtay Qasımzadə (d. 1953) — Azərbaycan alimi.
Abbasqulu Kazımzadə
Abbasqulu Kazımzadə (tam adı: Abbasqulu Məhəmməd İbrahim oğlu Kazımzadə, mühacirətdə: Abbas İldeniz; 1882, Maştağa, Bakı qəzası – 28 iyul 1947, Ankara) — Müsavat Partiyasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Milli Şurasının üzvü olmuşdur. == Həyatı == 1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuş, 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun" una (1918,19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə Müsavat və bitərəflər fraksiyasının üzvü idi.Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 28 iyul 1947-ci ildə Ankarada vəfat etmiş, Cebeci məzarlığında 63-cü ada, 12-ci parseldə dəfn olunmuşdur. Məzarında doğum tarixi 1882-ci il olaraq, ata adı isə "Mehmet" olaraq qeyd olunmuşdur. == Mənbə == Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. II cild. Bakı, 2005.
Elbay Qasımzadə
Elbay Ənvər oğlu Qasımzadə (26 dekabr 1948, Bakı) — Azərbaycan memarı, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri (2012-ci ildən), Bakı şəhərinin baş memarı (1989–2001), Azərbaycan SSR əməkdar memarı (1990), "Şöhrət" (2000) və "Şərəf" (2018) "Əmək" (2023) ordenləri laureatı. == Həyatı == Elbay Qasımzadə 26 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ənvər Qasımzadənin oğludur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1971–1975-ci illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin harmonizasiyası və s. bu kimi məsələlərlə dərindən məşğul olmuşdur. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında şəhərsalma problemləri ilə məşğul olmuşdur. 1975–1989-cu illərdə Respublika Kənd ərazilərində İnşaatın layihələndirilməsi İnstitutunda işləmiş, bir sıra kiçik yaşayış məntəqələrinin baş planlarının müəllifi olmuşdur. Həmin dövrdə "Saman memarlığı" adlı Beynəlxalq proqramın problemləri ilə də sıx məşğul olmuşdur, bu sahədə həyata keçirilən müxtəlif layihələrin müəllifidir. 1989–2001-ci illərdə Bakı şəhərinin baş memarı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
Elbəy Qasımzadə
Elbay Ənvər oğlu Qasımzadə (26 dekabr 1948, Bakı) — Azərbaycan memarı, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri (2012-ci ildən), Bakı şəhərinin baş memarı (1989–2001), Azərbaycan SSR əməkdar memarı (1990), "Şöhrət" (2000) və "Şərəf" (2018) "Əmək" (2023) ordenləri laureatı. == Həyatı == Elbay Qasımzadə 26 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ənvər Qasımzadənin oğludur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1971–1975-ci illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin harmonizasiyası və s. bu kimi məsələlərlə dərindən məşğul olmuşdur. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında şəhərsalma problemləri ilə məşğul olmuşdur. 1975–1989-cu illərdə Respublika Kənd ərazilərində İnşaatın layihələndirilməsi İnstitutunda işləmiş, bir sıra kiçik yaşayış məntəqələrinin baş planlarının müəllifi olmuşdur. Həmin dövrdə "Saman memarlığı" adlı Beynəlxalq proqramın problemləri ilə də sıx məşğul olmuşdur, bu sahədə həyata keçirilən müxtəlif layihələrin müəllifidir. 1989–2001-ci illərdə Bakı şəhərinin baş memarı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
Elmira Haşımzadə
Elmira Həşimzadə — azərbaycanlı aktrisa. == Həyatı == Elmira Haşımzadə 23 sentyabr 1945-ci ildə Xaçmazda anadan olub. Sumqayıt Kimya və Texnologiya Texnikumunda (1971), M.A.Əliyev adına ADİİ-da təhsil alıb (1971-1976).
Elmira Kazımzadə
Elmira Kazımzadə (d. 1957, Bakı) – Azərbaycan alimi. Psixologiya sahəsindəki fəaliyyəti ilə tanınır. == Həyatı == Elmira Kazımzadə 1957-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. == Fəaliyyəti == 1979-cu ildə Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirdikdən sonra BDU-nun pedaqogika və psixologiya kafedrasında əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə "Etnopsixoloji kontekslərdə özünüqiymətləndirmə faktorunun müqayisəli təhlili"nə həsr olunmuş elmi dissertasiya işini Kiyevdə Elmi Tədqiqat İnstitutunda müdafiə edib. 1992-ci ildən Gender və tətbiqi psixologiya kafedrasının müəllimidir. 1998-ci ildən indiyədək müxtəlif beynəlxalq layihələrdə tədqiqatçı və əlaqələndirici vəzifələrində çalışır. Birləşmiş Millətlər Təşkilatının, Dünya bankının və digər milli və beynəlxalq təlim-tədris müəssəsilərində aparıcı ekspert statusu qazanıb. Son 10 ildə 5 beynəlxalq nəşrdə həmmüəllif olub.
Feyzulla Qasımzadə
Feyzulla Səməd oğlu Qasımzadə (22 fevral 1898, Mərdəkan, Bakı qəzası – 29 mart 1976, Bakı) — ədəbiyyatşünas, pedaqoq, Azərbaycan EA-nın həqiqi üzvü (akademik), filologiya elmləri doktoru (1955), professor (1957), Azərbaycanın Əməkdar elm xadimi (1958) və Əməkdar müəllimi (1943). == Həyatı == Feyzulla Səməd oğlu Qasımzadə 22 fevral 1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. Ali təhsilini əvvəlcə 1923-1925-ci illərdə Azərbaycan Pedaqoji Unistitutunda, daha sonra 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində almışdır. 1929-1931-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspirantı olmuşdur. == Əmək fəaliyyəti == Feyzulla Qasımzadə əmək fəaliyyətinə 1916-cı ildən Abşeron kəndlərində və Bakı şəhərinin məktəblərində müəllimliklə başlamışdır. O, 1928-1929-cu illərdə Bakı Pedaqoji Texnikumunda 1929-1931-ci illərdə APİ-də müəllim kimi fəaliyyət göstərmişdir. 1931-1938-ci illərdə Xalq Maarif Komissarlığında metodist-təlimatçı vəzifəsində çalışmışdır. Feyzulla Qasımzadə SSRİ EA Azər­bay­can Filialı­nın Dil və Ədə­biy­yat İns­titutunda baş elmi işçi, Azərbaycan Pe­daqoji İnstitu­tunda do­sent, kafedra müdiri, Bakı Dövlət Universitetində kafedra mü­di­ri, 1959-cu ildə Azərbaycan Pedaqoji İnstitu­tun­da Ədəbiyyat ka­fed­ra­­sının müdiri kimi fəaliyyət göstərmişdir. == Elmi fəaliyyəti == Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi olmuş, bir neçə nəsil onun dərslikləri ilə təhsil almışdır. Feyzulla Qasımzadə ədə­biy­­yat tarixçisi kimi tanı­nan ilk alim­lə­rdən biri olmuşdur.
Firudin Haşımzadə
Firudin Məmməd Əli oğlu Haşımzadə (7 dekabr 1935, Bakı – 28 sentyabr 2018) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2001). == Həyatı == Firudin Məmməd Əli oğlu Haşımzadə 1935-ci il dekabrın 7-də Bakı şəhərində, Azərbaycanın ilk fiziklərindən biri olan Məmməd Əli Uğur oğlu Haşımzadənin ailəsində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. F. M. Haşımzadə 1962-ci ildə fizika-riyaziyyat elmləri namizədi və 1972-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1974-cü ildə isə professor elmi adını almışdır, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. F. M. Haşımzadə elmi işə Leninqrad (hazırda Sankt-Peterburq) Fizika-Texnika İnstitutunda başlamışdır (1957–1963). 1963-cü ildən ömrünün sonuna qədər AMEA Fizika İnstitutunda işləyib. Aspiranturanı (1957–1960) bitirdikdən sonra kiçik elmi işçi (1961–1963), böyük elmi işçi (1963–1968), "Yarımkeçiricilərin nəzəriyyəsi" laboratoriyasının müdiri (1968–1993), Fizika İnstitutunun direktoru vəzifəsini icra etmiş (1993–2000), "Aşağı ölçülü və nizamsız sistemlər fizikası" probleminin rəhbəri (2002-ci ildən) vəzifəsində çalışmışdır. Baş elmi işçidir. F. M. Haşımzadə "Fizika elmi" jurnalının yaradıcısıdır və bu periodik məcmuənin təşəkkül tapması, yayılması və təkmilləşməsi üçün daim fəaliyyət göstərir. Elmi fəaliyyəti ilə yanaşı o, 30 ildən artıq müddətdə Bakı Dövlət Universitetində nəzəri fizikanın və bərk cisim nəzəriyyəsinin müasir problemlərindən bəhs edən mühazirələr oxumuşdur.
Firuz Kazımzadə
Firuz Kazımzadə (27 oktyabr, 1924, Moskva - 17 may, 2017, ABŞ ) — Amerika tarixçisi, Yel Universitetinin tarix üzrə əməkdar professoru, əslən azərbaycanlıdır . == Həyatı və təhsili == Firuz Kazımzadə 1924-cü il oktyabrın 27-də Moskvada anadan olub. Atası İran səfirliyinin əməkdaşı olub. İlk təhsilini Moskvada alan Firuz Kazımzadə sonradan ABŞ-yə gedərək 1944-cü ildə Stenford Universitetinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə ilə bitirib. Bir il sonra elə həmin universitetdə magistraturanı bitirib. 1950-ci ildə Harvard Universitetində Rusiya tarixi dair doktorluq dissertasiyasını müdafiə edib. == Fəaliyyəti == 1954-1956-cı illərdə Harvard Universitetində işləyən Firuz Kazımzadə sonradan Yel Universitetində fəaliyyətini davam etdirib O, "Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" adlı kitabını qısa müddətdə tamamlamışdır. 1951-ci ildə həmin kitab "Fəlsəfi kitabxana" nəşriyyat şirkəti tərəfindən nəşr olunmuşdur. Kitaba Harvard Universitetinin əməkdar professoru Maykl Karpoviç ön söz yazmışdır.
Fuad Qasımzadə
Qasımzadə Fuad Feyzulla oğlu (22 oktyabr 1929, Bakı – 3 avqust 2010, Bakı) — tanınmış Azərbaycan filosofu, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. == Həyatı == Fuad Feyzulla oğlu Qasımzadə 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1937-ci ildə Bakı şəhərinin 4 saylı məktəbinə daxil olmuş, 1947-ci ildə Bakının 1 saylı oğlan orta məktəbini bitirmişdir. O dövrdə məktəbi bitirənlər may-iyun ayında 40 gün ərzində 14 fəndən imtahan verirdilər. Gənc Fuad bütün fənlərdən əla qiymət almışdır. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul edilmiş və 1952-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il universitet Elmi Şurasının qərarı ilə fəlsəfə ixtisası üzrə aspiranturada saxlanılmışdır. Aspirantlığının ikinci ilində dissertasiyasını müdafiəyə təqdim etmişdir. 60 il ərzində o Azərbaycan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərmişdir. 1966-cı ildə o "Füzulinin dünyagörüşü" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.
Günay Kazımzadə
Hüseyn Qasımzadə
Kazım Kazımzadə
Kazım Məmmədəli oğlu Kazımzadə (10 avqust 1913, Bakı – 4 oktyabr 1992, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1964) və əməkdar incəsənət xadimi (1943). Stalin mükafatı (1950) və Azərbaycan SSR Dövlət mükafatı (1986) laureatı. == Həyatı == 1913-cü il avqustun 10-da Bakı şəhərində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1960-cı ildə İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. İlk dövrdə Nizaminin "İsgəndərnamə" ("İqbalnamə"), "Sirlər xəzinəsi" (1940), "Leyli və Məcnun" (1947), "Xosrov və Şirin" (1948) poemalarına, eləcə də uşaqlar üçün işlənmiş "Fitnə", "Sehrli üzük", "İsgəndər və çoban" kitablarına illüstrasiyalar çəkmişdir. "Cəbhə yollarında" (1943) rəsmlər silsiləsində müharibənin fəlakətlərini əks etdirmişdir. Yaradıcılığında Sovet dövrünə xas olan siyasi plakat və karikaturalar mühüm yer tutmuşdur. Kazımzadə, əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərmişdir. 1942-ci ildən vəfatınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin əsas üzvü olmuşdur.
Murad Qasımzadə
Qasımzadə Murad Salman oğlu (15 mart 1915, Dədəli, Qaryagin qəzası – 22 noyabr 2010, Bakı) — azərbaycanlı polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professor (1973). Murad Salman oğlu 15 mart 1915-ci ildə Qaryagin qəzasının (hazırkı Füzuli rayonu) Dədəli kəndində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olmuşdu. İnformasiya-ölçmə texnikası sahəsində tanınmış alimdir. Polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professordur (1973). M. Qasımzadə S. M. Kirov adına Xəzər Ali Hərbi Dəniz məktəbində kafedra rəisi (1955–1961) işləmişdi. 1961-ci ildən ömrünün sonunadək İ. Q. Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda informasiya-ölçü sistemləri laborotoriyasının rəhbəri vəzifəsində çalışmışdı. Əsas əsərləri energetika sistemlərinin avtomatlaşdırılması üçün informasiya-ölçü sistemlərinin işlənib, Hazırlanmasına aiddir. Keçmiş SSRİ-də elektrokinetik çeviricilər sahəsində ilk tədqiqatları M. Qasımzadə aparmışdır. Avtomatik idarəetmə üzrə Beynəlxalq Federasiyasının 6-cı konqresində (Boston, 1975) və Ümumdünya Elektrotexnika konqresində (Moskva, 1977) iştirak etmişdir.
Məmmədcavad Qasımzadə
Qasımzadə Məmmədcavad Süleyman oğlu - texnika elmləri doktoru, professor Qasımzadə Məmmədcavad Süleyman oğlu Bakı şəhərində anadan olmuşdur. 1927-ci ildən neft mədənlərində əmək fəaliyyətinə başlayaraq, çilingər, böyük mühəndis köməkçisi işləmişdir. 1936-cı ildə "Azərneft" İB-nin qazıma şöbəsinə işə qəbul edilib. 1938-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1940-cı ildən "Siyəzənneft" trestinin qazıma konturunda baş mühəndis, direktor, "Elektrokəşfiyyat" kontorunun rəisi, "Azərneft" İB-nin dənizdə qazıma trestində baş mühəndis, rəis müavini, "Azərneftkəşfiyyat" İB-nin rəisi, Azərbaycanın neft sənayesi nazirinin müavini işləmişdir. 1959-1970-ci illərdə AzETNÇİ-da neft və qaz quyularının qazılması üzrə direktoru müavini, 1971-ci ildən isə "Quyuların qazılması texnologiyası" şöbəsinin rəhbəri işləyib. 1961-ci ildə "Azərbaycanın ərazilərində neft-mədən və qaz quyularının konstruksiyalarının sadələşdirilməsi və yüngülləşdirilməsi" mövzusunda namizədlik, 1969-cu ildə isə "7000m və daha artıq dərinlikdə quyuların qazılmasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Qasımzadə M.S. dəniz neft yataqlarının kompleks mənimsənilməsi, qazıma sürətinin artırılması texnologiyasının təkmilləşdirilməsi, qəzaların qarşısının alınması sahəsində tanınmış mütəxəssisdir. Qasımzadə M.S. 100-dən artıq elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 5 müəlliflik şəhadətnaməsi alıb.
Nadir Qasımzadə
Nadir Hacıyusif oğlu Qasımzadə - professor Politexnik institutunun “Metallar texnologiyası” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Qızı Fəridə Qasımzadə Elyaz Babayevin həyat yoldaşıdır. Nadir Qasımzadə “ Metallar texnologiyası ” Bakı 1989.
Nicat Qasımzadə
Nəriman Qasımzadə
Qasımzadə Nəriman Qasım oğlu — şair, tərcüməçi, şərqşünas-alim. Nəriman Qasımoğlu 1956-cı il dekabrın 26-da Bakıda doğulmuşdur. Hüseyn Cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirmişdir. Yəməndə (1977–1978) və Liviyada (1980–1982) ərəb dili üzrə mütərcim, BDU-da müəllim (1979–1980), Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor (1979–1980), Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi (1983–1989), SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984–1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri (1989–1992) vəzifələrində, ABŞ-nin Corctaun Universiteti (2003–2004), Macarıstanın Mərkəzi Avropa Universitetində (2006–2007), ABŞ-nin Kaliforniya Dövlət Univerisiteti (2009)və Harvard Universitetində (2012–2013) elmi araşdırmaçı qismində çalışmışdır. Hazırda ADA Universitetinin professorudur. ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur. 1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 80-ci illərdəki Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapmışdır. 1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır.
Oqtay Qasımzadə
Oqtay Murad oğlu Qasımzadə (29 aprel 1953–22 dekabr 2020) — fizika-riyaziyyat elmləri doktoru, professor. Oqtay Qasımzadə 29 aprel 1953-cü ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. 1975-ci ildə MDU-nun tətbiqi riyaziyyat fakültəsini bitirib. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin ümumi topologiya və geometriya kafedrasının müdiridir.
Qasım Qasımzadə
Qasım Qasımzadə (şair) (1923—1993) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü (1991). Qasım Qasımzadə (dövlət xadimi) (1889—1959) — Bakı Şəhər İctimai Özünüidarəsinin sədri, Bakı Şəhər Dumasının deputatı, Nicat Cəmiyyətinin sədri, İran Senatının senatoru, İranın Xarici İşlər Nazirliyinin hüquq müşaviri, hüquq elmləri doktoru.
Rəna Kazımzadə
Qumral-Rəna Zəki qızı Kazımzadə (5 noyabr 1942, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (1998), professor (1999), “Tərəqqi”medalı laureatı (2010). Kazımzadə Rəna Zəki qızı 1942-ci il noyabr ayının 5-də Bakıda, milli nəzəri elektrotexnika məktəbinin banisi Zəki Əli İsgəndər oğlu Kazımzadənin ailəsində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini “Fizika və ümumi texniki fənlər” ixtisası üzrə bitirən Rəna Kazımzadə elə həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) aspiranturasına daxil olmuşdur və o zamandan elmi fəaliyyətə başlayaraq ömrünün təqribən 50 ilini nəzəri elektrotexnika elminə həsr etmişdir. Rəna Kazımzadə əmək fəaliyyətinə 1969-cu ildən həmin institutun “Elektrotexnikanın nəzəri əsasları” (sonradan “Elektrotexnika və elektrik təchizatı”, indiki “Elektroenergetika”) kafedrasında assistent kimi başlamış, sonradan bu kafedranın dosenti olmuşdur. O, 1998-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1999-cu ildən kafedranın professoru, 2000 – 2017-ci ildə isə kafedra müdiri vəzifəsində çalışmışdır. Universitetin Elmi Şurasının üzvüdür. Rəna Kazımzadə Kembricin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "XX əsrin 2000 ən görkəmli alimi" diplomuna layiq görülmüş və "Kim kimdir" Beynəlxalq Sorğu kitabına daxil edilmişdir. Həmçinin Amerika Bioqrafiya İnstitutu Bioqrafiya Assosiasiyasının həqiqi üzvü seçilmiş, 2000 – 2001-ci ilin "Beynəlxalq Qadını" adına layiq görülmüş, "2002-ci ilin Beynəlxalq şəxsiyyəti" adını almış, Kembricdə nəşr olunmuş "XX əsrin 2000 intellektualı" Beynəlxalq sorğu kitabının 28-ci nəşrinə və XXI əsrdə "Kim kimdir" sorğu kitabının birinci nəşrinə daxil edilmişdir. Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir.
Tərlan Qasımzadə
Tərlan İlqar oğlu Qasımzadə (1 yanvar 1995, Lənkəran) — Azərbaycanlı futbolçu-qapıçı. Azərbaycan Premyer Liqasının "Kəpəz" komandasında çıxış edir. 1995-ci il yanvarın 1-də Lənkəran şəhərində anadan olan Tərlan Qasımzadə 13 yaşında futbol oynamağa başlayıb. Futbolçunun ilk məşqçisi Namiq Qarayev olub. 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Tərlan Qasımzadə 13 yaşından "Xəzər-Lənkəran" futbol klubunun az yaşlı yığmasında çıxış etməyə başlayıb. 2010-cu ildə əsas komandada oynamışdır. 2013–2014-cü illərdə hərbi xidmətdə olarkən ÇSKA-nın sıralarına yazılsa da, icarə əsasında Lənkəran klubunda oynamağa davam edib. 2015-ci ilin iyununda "Xəzər-Lənkəran" futbolçu ilə müqaviləni daha üç il uzadıb. 2016–2017-ci mövsümündə AZAL-da çıxış etsə də, çempionatda cəmi 1 oyun keçirib.
Vahid Qasımzadə