Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gürcü xingəli
Gürcü xəngəli — Xinkali kimi də tələffüz olunan, Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır. Xəmirin partlamasının qarşısını almaq üçün ətin şirələri çox vacibdir.
Gürcü xingalı
Gürcü xəngəli — Xinkali kimi də tələffüz olunan, Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır. Xəmirin partlamasının qarşısını almaq üçün ətin şirələri çox vacibdir.
İngilis
İngilislər (ing. Englishmen, English people) — İngiltərənin əhalisinin əsasını təşkil edən yerli xalq. Orta əsrlərdə Böyük Britaniya adalarında anqllar, sakslar, frizlər, yutlar qədim german tayfaları və həmçinin onlar tərəfindən adaların assimilyasiya edilmiş kelt əhalisindən yaranıb. Hal-hazırda özünü ingilis hesab edən 50 milyon nəfər var. İngilis əsilli 110 milyon nəfər var, onlar əsasən ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və CAR-da yaşayırlar. Böyük Britaniyada özünü ingilis hesab edən 44,7 milyon əhailisi, onun əsas əhalisidir. Digərləri Kanada, ABŞ, Avstraliya, Yeni Zelandiya, CAR, Hindistan və digər ölkələrdə yaşayırlar. Onların dilləri — ingilis dilinin Britaniya variantı, onun dialektləri olan şərq, şimali, cənub, qər, kent dialektləridir. Yazıları latın qrafikası əsasındadır, qədimdə run əlifbasından istifadə ediblər.
Xingal
Xingal və ya Xəngəl (azərb. xingal, xəngəl‎, gürc. ხინკალი, türk. hıngel) — xəmir xörəklərinə aid edilən, ətlə, yağda qovrulmuş soğanla, sarımsaqlı qatıqla və ya ələxsusda Azərbaycanın qərbində qurut ilə yeyilən xörək. == Növləri == Xingalın növləri hazırlanma qaydasına görə bir-birindən fərqlənir: ətli xingal, süzmə xingal, sulu xingal daha geniş yayılmışdır. Bölgələrə görə də xingalın növləri fərqlidir: Bakı xingalı (yarpaq xingalı), Qazax xingalı, Gürcü xingalı (xinkali) və s. Fərqli olsalar da, bütün növ xingalların xəmiri eyni cur hazırlanır – ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Sonra xəmir 1 mm qalınlığında yayılır və kiçik ölçüdə dairə və ya paxlava şəklində kəsilir. Gürcü xingalı hazırlanarkən xəmirin içərisinə lazım olan məlzəmələr qoyulduqdan sonra şəkərbura formasında bükülür. Hər xingalın ölçüsü təxminən 5–10 sm olur.
İnili
İnili — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == İnilli (oyk.) - Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd, ovalıq ərazidə yerləşir. Kəndin adının əsli böyük ehtimalla İnallıdır. 12-13 əsrlərdə oğuz tayfalarından biri kimi adı çəkilən inallılar (həmçinin "eynallı", "eynalı", və "inanlı" adlarıyla da tanınırlar) Səlcuq hökmdarı İbrahim İnalın (XII əsr) nəsli hesab edilir. Orta əsrlərdə Cənubi Azərbaycan ərazisində yaşayan inallılar 17-ci əsrdə şahsevənlərin dəmirçili qolunun tərkibinə daxil olmuşlar. 19-cu əsrdə Lənkəran qəzasında 12 ailədən ibarət bir el olan inallılar, görünür, bu yaşayış məntəqəsində məskunlaşmışlar. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 595 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Eirini Aindili
Eirini Aindili (11 mart 1983) — Yunanıstanı təmsil edən bədii gimnast. == Karyerası == Eirini Aindili Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
Gürcü xəngəli
Gürcü xəngəli — Xinkali kimi də tələffüz olunan, Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır. Xəmirin partlamasının qarşısını almaq üçün ətin şirələri çox vacibdir.
İngilis boğazı
İngilis boğazı — 17 kilometr uzunluğu və 2 kilometr eni olan, Antarktidanın Cənubi Şetland adalarında Robert adası ilə Qrinviç adası arasında yerləşən geniş boğazdır. Cənub-şərqdən, şimal-qərbdən və cənubdan Santa Kruz burnu və Edvards burnu, şimaldan isə Fort Vilyam burnu və Okol qayası, Aitço adaları ilə əhatə olunmuşdur. Adı 1822-ci ildə təsadüf edilmişdir və indi də beynəlxalq söz kimi istifadə edilir. == Yerləşməsi == İngilis boğazı 62°26′00″ c. e. 59°38′00″ q. u. koordinatlarında yerləşmişdir. Britaniya xəritəsinə 1821, 1822 və 1968-ci ildə, Çili xəritəsinə 1971-ci ildə Argentina xəritəsinə 1980-ci ildə, Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov.
İngilis dili
İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 410 milyon insan daşıyıcısıdır. İkinci dil kimi 1 milyard insan danışır (2007). BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir. Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir.
İngilis duzu
Acı duz və ya ingilis duzu ((MgSO4·7H2O)) — maqnezium-sulfat kristalhidratının texniki adı. İşlətmə dərmanıdır. Rəngsiz rombşəkilli çərçivələrə malik (а = 1,187 nm, b = 1,200 nm, с = 0,688 nm, z = 4) kristallardan ibarətdir. Sıxlığı 1,68 q/sm³, Moosa görə möhkəmliyi 2-2,5-dir. Suda yaxşı həll olur.
İngilis fəlsəfəsi
İngilis fəlsəfəsi (ing. British philosophy) orta əsrlər dövründə, ingiltərə fikirlər xüsusiyyəti ilk dəfə meydana çıxan vaxt yaranmışdı. İlk ingilis filosofları özlərini realizə edə bilmiş Britaniya sakinləri hesab edilir: Alkuin, İoann Skot Eriuqena və İoann Duns Skot. Orta əsr sxolastikasını İngiltərəyə Kenterberili Anselm gətirmişdi. Zaman keçdikcə eyniadlı ingilis universitetinin ətrafında XIII əsrdə Oksford məktəbi formalaşmışdır. O, Rocer Bekon və Uilyam Okhamın parlaq nümayəndələri olduqları ənənəvi ingilis fəlsəfəsi olan nominalizmin əsasını qoymuşdur. Nominalizm ingilis fikirlərinin özünəməxsusluğunu (idrak nəzəriyyələrdə diqqətliy və antimücərrəd istiqaməti) müəyyən etmişdi. İntibah fəlsəfəsidə öz izini qoyub. Tomas Mor utopiya termini saldı və müasir sosializmin banisi oldu. Frensis Bekon Britaniya empirizmə başlanğıcını qoydu və həqiqətin meyarını təcrübə elan etdi.
İngilis hərəmi
İngilis hərəmi — Yeni Zelandiya yazıçısı Entoni Makkartenin (Anthony McCarten) 2005 ci ildə qələmə aldığı, məhəbbət, mədəniyyətlərarası tolerantlıq haqqında romanı. Roman bir neçə insanın taleyindən bəhs edir: iranlı Saman Səhər və onun üç arvadı - fars Firuzə, fransız İvett və ingilis Treys. Saman İranın şah dövrünün varlı qəssab ailəsində dünyaya gəlmiş, Böyük Britaniyaya oxumaq üçün göndərilmișdir. İrana qayıdarkən onun hamuger dən zəhərləndikdən sonra ət yeməklərindən imtina etməsi onun aləsini çox təəcübləndirir. Tehranda vegeterian yməkxanası açan Saman İslam İnqilabından sonra ölkəsini tərk etməli olur və o vətəninə geri dönə bilmir. Saman İngiltərəyə qaçan Saman bu ölkəyə məftundur, çoxlu dostlar qazanır elit cəmiyyətin bir üzvünə çevrilir. Burada o, İran mətbəxi əsnaasında vegetarian yeməkxanalar șəbəkəsi yaradıb çalıṣır. O, əsil ingilispərəstə çevrilir. Onu hətta sadəcə Sem deyə çaĝırırlar. Amma öz keçmișindən yaxa qurtara bilmir.
İngilis kanalı
La Manş (fr. La Manche) və ya İngilis kanalı (ing. English Channel) — Fransa ilə İngiltərə arasında boğaz. 1994-сü ildən La-Manş boğazının altından uzunluğuna görə dünyada üçüncü olan yeraltı dəmiryol tuneli – Avrotunel çəkilmişdir. == Coğrafi mövqeyi == Pa-De-Kale boğazı ilə birlikdə Şimal dənizi ilə Atlantik okeanını birləşdirir. Uzunluğu 578 km, qərbdə eni 250 km, şərqdə eni 34 km, minimal dərinliyi 23,5 m-dir.
İngilis ədəbiyyatı
İngilis və ya anqlosaks ədəbiyyatı — 1066-cı ildə Normand istilasının başa çatması və İngiltərədə sakslar, həmçinin yutlar və anqllar kimi digər german tayfalarının məskunlaşmasından sonrakı dövr ərzində anqlosaks İngiltərəsində qədim ingilis dilində yazılmış ədəbiyyat əsərləri. Bu əsərlərə epik poeziya, aqioqrafiya, İncilin tərcüməsi, dövlət sənədləri, xronoliji sənədlər, tapmacalar və digər janrlar daxildir. Bəhs edilən dövrdən bütün bu janrlara aid 400-ə qədər qorunub saxlanmış əlyazma mövcuddur. == Şifahi xalq ədəbiyyatı == Şifahi xalq ədəbiyyatı erkən ingilis mədəniyyətində sarsılmaz mövqeyə malikdir. Bu səbəbdən də epik şeirlər çox geniş yayılmışdır və "Beəvulf"’ da daxil olmaqla bəziləri bu günümüzə kimi qorunub saxlanılmışdır. azırkı əlyazmalarda qədim ingilis dilində yazılmış bir çox şeir, çox güman ki, müharibə mövzusunda olan erkən german şeirlərindən alınmışdır. Bu tip poeziya İngiltərəyə gətirildiyi zaman artıq o nəsildən-nəslə şifahi halda keçməkdə idi. == Tarixi mövzulu əsərlər == Xronikalar geniş miqyasda tarixi və ədəbi hadisələrdən ibarətdir və diqqətəlayiq nümunələrdən biri də anqlosaks xronikasıdır. Bu isə qədim ingilis dilində yazılmış və anqlosaks tarixinin qeydə alındığı tarixi salnamələr toplusudur. Bu xronikanın doqquz əlyazması bütöv və ya hissələr şəklində günümüzə qədər qorunub saxlanmışdır, lakin heç də hamısı eyni tarixi dəyərə malik deyil, həmçinin heç biri orijinal variant da deyil.
İngilis mətbəxi
Britaniya mətbəxi (ing. British cuisine) — Böyük Britaniyada mətbəx. İngilis mətbəxi arxasında çox zərif olmayan bir incəlik yaradılıb, lakin yerli olaraq istehsal olunan məhsulların keyfiyyətinə diqqət yetirir. Souslar və ənənəvi ingilis yeməklərinin çeşidləri də nisbətən sadədir və onlar ərzaqın təbii dadını dəyişdirmək üçün istifadə olunur. Böyük Britaniyanın koloniyalarında hakimiyyətinin çiçəklənməsi dövründə Britaniya mətbəxi "xarici" ölkələrə, birinci növbədə isə, Hindistana təsir göstərmişdir. Buna misal olaraq toyuqdan hazırlanan ingilis-hind yeməyi — tikka masalanı göstərmək olar. Ənənəvi Britaniya yeməkləri balıq və çips, ətli kartof zapekankası və püredir. Britaniya mətbəxinə bir sıra milli və regional mətbəxlər daxildir: ingilis mətbəxi, Şotland mətbəxi, Uels mətbəxi və s.
İngilis nanəsi
Su nanəsi, istiotlu nanə, yarpız, ingilis nanəsi (lat. Mentha aquatica) — dalamaz fəsiləsinin nanə cinsindən növ. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Sinonim == Marrubium aquaticum (L.) Uspensky Mentha acuta Opiz Mentha acutata Opiz Mentha affinis Boreau [Illegitimate] Mentha aquatica var. acuta (Opiz) Heinr. Braun Mentha aquatica var. acutifolia Cusin Mentha aquatica var. aequalifolia Wimm. & Grab. Mentha aquatica var.
İngilis nazı
Avropa uleksi (lat. Ulex europaeus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin uleks cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir == Botaniki təsviri == Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.
İngilis parkı
İngilis (peyzaj, irrequlyar, landşaft) parkı — bağ-park sənətində, barokko və Andre Lenotrun "fransız stilindəki" requlyar parkı ilə kontrastda, XVIII əsr İngiltərəsində formalaşmış istiqamət. == Yaranması == Fransız və ingilis parkı bağ-park sənətinə yanaşmada klassisizm estetikasının fərqli tərəflərini əks etdirir. Versal tipli park düzxətli yolları və kolların səliqəli kəsilmiş fiqurlu formaları ilə insanın təbiət üzərində hökmranlığını vurğulayır. İngilis parkı isə daha da uzağa gedərək təbiətdən seçilməyən sənətə daha üstün qiymət verir. == Xüsusiyyətləri == Repton peyzaj parkının aşağıdakı prinsiplərini irəli sürüb: Sərbəst planlaşdırma. Təbii landşaftların istifadəsi — təbii gözəlliyin vurğulanması və landşaftdakı çatışmazlıqların gizlədilməsi. Peyzaj kompozisiyalarının yaradılması zamanı onlara təbiilik illüziyasının verilməsi. Parkın bütün elementlərini bir vəhdətə tabe etmək. == Dünyadakı peyzaj parkları == Böyük Britaniya: Uilton-haus Çizik-haus Bleys-kasl Uobörn-Ebbi Çatsuot-haus Stourhed Klermont Stou Stadli Royal park Almaniya: Vörlits Oranienbaum Luizium Muskau Kromlau Branits Polşa: Lazenki Arkadiya Rusiya: Yekaterina parkı (Çarskoye selo) Aleksandr parkı (Çarskoye selo) Pavlovsk parkı Qatçinski parkı Aleksandriya (Peterhof) Monrepo Sarisino Çexiya: Veltrusı qala parkı Lednitse-Valtitse mədəni landşaftı Vlaşim qala parkı Kinski parkı == Digər binalar == 1781-ci ilin avqustunda, Quarenghi'nin layihəsinə görə, ənənəvi rus üslubunda bir ağcaqayın evi tikildi. Günlük divarları çöldən ağcaqayın qabığı ilə örtülmüşdü, damı çəmənlə örtülmüşdü, ancaq düz fasadın arxasında qonaq otağının zərif interyerləri, oval salon və güzgülər, incə bəzək rəsmləri və parket döşəmələri olan altı kiçik otaq gizli.
İngilis taunu
İngilis təri (lat. sudor anglicus, ing. sweating sickness) — 1485 və 1551-ci illərdə Avropada (ilk əvvəl İngiltərədə Tüdorların hakimiyyəti zamanı) çoxlu sayda ölümlə müşahidə olunan yoluxucu xəstəlik. == Epidemiya == "İngilis təri" qeyri-ingilis mənşəlidir və İngiltərəyə Tüdorlar sülaləsi ilə birlikdə gəlmişdir. 1485-ci ilin avqustunda Bretanda yaşayan Henrix Tüdor Uelsdə məskunlaşdıqdan sonra Bosfort döyüşündə kral III Riçarda qalib gələrək Londona kral VII Henrix adı ilə daxil olmuşdur. Onun qoşunlarının əsas hissəsini təşkil edən fransız və bretonlu muzdluların dabanında xəstəlik var idi. İki həftə ərzində peyda olmuşdu. Londonda 1 ay ərzində (sentyabr-oktyabr) bir neçə min insan bu xəstəlikdən dünyasını dəyişmişdir. Sonra epidemiya sakitləşmişdi. Xalq bunu VII Henrix üçün pis əlamət hesab etmişdir.
İngilis təri
İngilis təri (lat. sudor anglicus, ing. sweating sickness) — 1485 və 1551-ci illərdə Avropada (ilk əvvəl İngiltərədə Tüdorların hakimiyyəti zamanı) çoxlu sayda ölümlə müşahidə olunan yoluxucu xəstəlik. == Epidemiya == "İngilis təri" qeyri-ingilis mənşəlidir və İngiltərəyə Tüdorlar sülaləsi ilə birlikdə gəlmişdir. 1485-ci ilin avqustunda Bretanda yaşayan Henrix Tüdor Uelsdə məskunlaşdıqdan sonra Bosfort döyüşündə kral III Riçarda qalib gələrək Londona kral VII Henrix adı ilə daxil olmuşdur. Onun qoşunlarının əsas hissəsini təşkil edən fransız və bretonlu muzdluların dabanında xəstəlik var idi. İki həftə ərzində peyda olmuşdu. Londonda 1 ay ərzində (sentyabr-oktyabr) bir neçə min insan bu xəstəlikdən dünyasını dəyişmişdir. Sonra epidemiya sakitləşmişdi. Xalq bunu VII Henrix üçün pis əlamət hesab etmişdir.
İngilis şehçiçəyi
İngilis şehçiçəyi (lat. Drosera anglica) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Adenopa anglica (Huds.) Raf. Drosera anglica var. linglica (Kusak. ex R.Gauthier & Gervais) Schlauer Drosera anglica f. pusilla Kihlm. ex Diels Drosera anglica var. subuniflora DC. Drosera anglica var. woodii (R.Gauthier & Gervais) Schlauer Drosera kihlmanii Ikonn.
Cizgili qızılquş
Cizgili qızılquş (lat. Falco zoniventris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Angelica kingii
Angelica kingii (lat. Angelica kingii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Baccharis kingii
Baccharis kingii (lat. Baccharis kingii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Banksia kingii
Banksia kingii (lat. Banksia kingii) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Xınaxlı
Xınaxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kotavan (Ağdaş) inzibati ərazi vahidində kənd. == Adının mənası == "Xınaxlı" sözü oykonimdir. Kəndin adının əsl mənası "Xınalıqlıdır". == Tarixi == Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Belə ki, kənd həmin vaxtlarda Quba rayonunun Xınalıq kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Həmin ailələr hapıt tayfaları içərisində kiçik köç şəklində buraya gəlmişlər. == Coğrafiyası == Kür çayının sahilində, Şirvan düzündədir.
Xınıslı
Xınıslı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Xınıslı kəndi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Karrar qəsəbəsi mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi XVI əsrdə qızılbaşların tərkibində adı çəkilən xınıslı (xunuslu) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Mənbələrdə Xınıslı XIX əsrin ortalarında Girdimançay ətrafında yaşamış 19 tüstüdən ibarət köç kimi qeyd olunur. Şamaxı rayonunda Böyük Xınıslı və Dərə Xınıslı kəndləri qeydə alınmışdır. Ərazidə eyniadlı çay da var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 734 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Xanqıl
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır.
Xanılı
Xanılı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1920-ci illərə qədər kənd Xanılar kəndi adlanırdı. Yaşayış məntəqəsi Xanı şəxs adı və "-lı" nəsil, mənsubiyyət bildirən şəkilçidən ibarətdir. Xanılı kəndində yaşı 70 den yuxarı evlər mövcuttur. Həmçinində vaxtı ikən Xanılı kəndinin xeyriyəçisi tərəfindən tiktirilmiş məscid vardır.[mənbə göstərin] == Toponimikası == Cəlilabad r-nunun Kürdlər i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçən əsrin əvvəllərində Xanılarkənd variantında qeydə alınmışdır. Yaşayış məntəqəsini xanılı (və ya xanılar) nəslinə mənsub ailələr bina etdiyinə görə belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 362 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq, quşçuluq və heyvandarlıq təşkil edir.
Xınalı
Xınalı — Azərbaycan Respublikasının Goranboy rayonunun Xınalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Xınalı kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini vaxtilə indiki Tovuz r-nundakı Zəyəm çayı boyunca yerləşən Xınna dərəsi adlı ərazidəki kəndlərdən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 931 nəfər əhali yaşayır.
Çınqıl
Çınqıl, çaydaşı və ya qənbər — dənizin, çayların və göllərin dalğalarının təsiri altında aşılanaraq yumru, hamar forma almış müxtəlif dağ süxurlarının qırıntıları, xırda daş. Çay daşları adətən daha iri olur. 10–20 sm qədər. Dəniz daşları daha yastı və kiçik. Əsasən yol tikintisində və beton istehsalında istifadə olunur.
Ben Kinqsli
Ser Ben Kingsli (ing. Sir Ben Kingsley; əsl adı Krişna Pandit Bxandci, ing. Krishna Pandit Bhanji; 31 dekabr 1943[…]) — Ingilis aktyorudur. O 40 illik karyerası ərzində Oskar, Qremmi, BAFTA, iki Qızıl Qlobus,və Kino Aktyorları Birliyi mükafatlarını qazanıb. Ben Kingsli 1982-ci ildə çəkilmiş Qandi filmində canlandırdığı Mahatma Qandi obrazı ilə tanınıb. O həmçinin Şindlerin siyahısı (film, 1993) ing. Schindler's List , Slevin şanslı nömrəsi ing. Lucky Number Slevin(2006), Zindan adası ing. Shutter Island(2010),Fars şahzadəsi: Zamanın qumları (film, 2010) və Dəmir adam 3 filmlərində oynadığı rollar ilə tanınır.
Böyük Xınıslı
Böyük Xınıslı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Böyük Xınıslı Şamaxı rayonunun Şamaxı Şəhər inzibati ərazi vahidində kənd. Xınıslı çayının (Zoğalavay çayının qolu) sağ sahilində, Meysəri silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Əvvəllər rayonun ərazisində Kicik Xınıslı (və ya Dərə Xınıslısı) kəndi də olmuşdur. İndi bu kənd Şamaxı Şəhərinin bir məhəlləsidir. Orta əsrlərdə Türkiyədə Xınıslı adlı Şəhər və vilayət olmuşdur. Səlcuqilər, Səfəvilər dövlətlərinin siyasi həyatında muhum rol oynamış xınıslıların adını daşıyır. Etnotoponimdir. == Tarixi == Xınıslı kəndinin tarixi IV əsrlərə qədər gedib çıxır. Adı ərəb tarixçilərinin və sayahətçilərinin əsərlərində Şamaxı yaxınlığında olan yaşayış məntəqəsi kimi keçir.
Xinqtai Çen
Xinqtai Çen (d. 16 sentyabr 2001) — Çin əsilli Azərbaycanlı stolüstü tennisçi. Xinqtai Çen, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Xinqtai Çen, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Komanda yarışlarında o, Jinq Ninq, Məryəm İmanova və Miao Vanq ilə birgə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Xınaxlı bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xınıslı dəfinəsi
Xınıslı dəfinəsi – Azərbaycanın Şamaxı rayonunun Dərə Xınıslı kəndinin yaxınlığında tapılan gümüş sikkə dolu xəzinə. Xəzinə 1958-ci ildə təpədə üzüm plantasiyalarının əkilməsi üçün aparılan təsərrüfat işləri zamanı Xınıslı yaşayış yerinin qalıqları ilə birlikdə tapılmışdır. Xəzinə Bakıda Azərbaycan Tarixi Muzeyində saxlanılır. Bu tapıntı sayəsində 300-dən çox sikkə tədqiq edilmişdir. Xəzinədə yerli bənzətmə alban sikkələri (72 ədəd) ilə birlikdə, həmçinin Roma İmperiyasına (denari), Afinaya (5 tetradraxma), Frakiyaya (3 tetradraxma), Vifiniyaya (7 tetradraxma), Ponta (1 tetradraxma), Selevkilərə (76 tetradraxma) və Arşakilərə (161 draxma) aid pullar tapılmışdır. Ehtimal olunur ki, xəzinə təxminən e.ə. I əsrin üçüncü rübündə basdırılmışdır.Xəzinədə olan ən erkən pul Frakiyada Lisimahın (e.ə. 323–281 illər) adından zərb olunan tetradraxmadı, ən qədimi isə III Fraatın (e.ə. 70–58) arşaki draxmasıdır.Arxeoloji qazıntılarda sikkələrlə yanaşı gümüş bəzək əşyasının qırıntısı (5,52 qr), yastı gümüş lövhəsi (58,74 qr), gümüş külçə (29,96 qr) də tapılmışdır. Belə böyük sayda alban sikkələri ilk dəfə Xınıslı dəfinəsində tapılmışdır.