SƏMƏ

Qərb dialektlərində bu söz “хмельный” (xumar) anlamında işlədilir, zənnimcə, farscadan alınma kəlmədir. Sərsəm sözünün səm hissəsi ilə səmə kəlməsi qohum ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SƏMA
SƏMƏNBƏR
OBASTAN VİKİ
Dövlətşah Səmərqəndi
Dövlətşah ibn Əlaəddövlə Bəxtişah Səmərqəndi (1438[…] – 1491) — təzkirəçi, ədəbiyyatşünas, şair, "Təşkirətüş-şüəra" əsərinin müəllifi Dövlətşah Səmərqəndi 1431, 1436, yaxud 1438-ci ildə Səmərqənddə doğulmuşdur. Onun atası Əmir Teymurun oğlu Şahruxun mümüm əmirlərindən olmuşdur. O, türk və bütövlükdə Şərq ədəbiyyatının qüdrətli mütəfəkkirlərindən biridir. Görkəmli alim və şair 1491-ci ildə (bəzi mənbələrdə 1495, yaxud 1507) vəfat etmişdir. Dövlətşah Səmərqəndi Şərq və türk ədəbiyyatı tarixində "Təzkirətüş-şüəra" adlı məşhur təzkirəsi ilə tanınmaqdadır. Bu təzkirə ilk dəfə 1887-ci ildə anaonim redaktor tərəfindən Bombeydə yayınlanmışdır. Əsər Azərbaycanda Əlyazmalar İnstitutu tərəfindən 1987-ci ildə nəşrə hazırlansa da, yalnız 2022-ci ildə yayınlanmışdır. Bəzi mənbələrdə fars-tacik alimi kimi anılan Dövlətşah ibn Əlaəddövlə Bəxtişah Səmərqəndinin şəxsiyyəti və təzkirəsi haqqında türk alimi professor Əhməd Atəş yazır: "O, hicri qəməri 830-840 (1427-1436)-cı illər arasında anadan olmuş bir türk bəyzadəsi idi. Uzun müddət Teymurlu şahzadələrin xidmətində və saraylarında qaldıqdan sonra, Əlişir Nəvaiyə görə, öz istəyi ilə bunlardan ayrılmış və Xorasandakı malikanəsinə çəkilərək guşənişin bir həyat keçirmişdir. 50 yaşının içində ikən İran ədəbiyyatının bütün dövrlərini əhatə edən "Təzkirətüş-şüəra"sını yazmağa başlamış və onu hicri qəməri 892 (1487)-ci ildə tamamlamışdır.
Elgün Səmədov
Elgün İlham oğlu Səmədov (26 avqust 2001, Mehrili, Şəmkir rayonu – 6 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elgün Səmədov 2001-ci il avqustun 26-da Şəmkir rayonunun Mehrili kəndində anadan olub. 2008–2019-cu illərdə İ. Mehdixanov adına Yuxarı Seyfəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Elgün Səmədov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgün Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Səmədov oktyabrın 6-da Madagizin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Mehrili kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elmin Səmədov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Elnur Səmədov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Elxan Səmədov
Elxan Səmədov (Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti (2022—bu günə kimi). Elxan Zakir oğlu Səmədov 1974-cü il 14 yanvar tarixində Bakı şəhərində anadan olub. 1980-1990-cı illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə oxuyub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetində təhsil alıb. 1995-1999-cu illərdə bu Univeristetin Aspiranturasında təhsilini davam etdirib. 2001-ci ildə İtaliyanın Turin şəhərində “International Labor Organization & Training Center” Mərkəzində təhsil alıb. 2006-cı ildə Filologiya elmləri namizədi dərəcəsinə yiyələnib. 2007-ci ildə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində yerləşən “Georgetown University”nin “International Law Institute”nda təhsil alıb. 1993-1999 “Pennzoil Caspian Corporation” və “Caspian International Petroleum Company” (CIPCO neft konsorsiumu) şirkətlərində. 1999-2001 Təhsil Nazirliyində, Dünya Bankının Layihə İdarəetmə Qrupunda Təchizat şöbəsinin rəhbəri.
Elza Səmədova
Dr. Elza Səmədova Nizami qızı (27 dekabr 1975, Yevlax) — Xəzər Universiteti Təhsil fakültəsinin dekanı. Elza Səmədova Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin dekanıdır. Elza Səmədova 1993–2004 tarixləri arasında türk ləhcələri sahəsində Türkiyənin Erciyəs və Səlcuq Universitələrində bakalavr, magistr və doktora təhsili almış və türk ləhcələrinin müqayisəli morfologiyası və semantikası istiqamətində PH. D dərəcəsinə layiq görülmüşdür. Eyni zamanda 1993–1997 tarixləri arasında Türkiyənin Erciyəs universitəsində təhsil pedaqogikası istiqamətində bakalavr pilləsini bitirmişdir. O, tarixi və modern türk ləhcələri üzərində tədqiqatlar aparır. Onun, tarixi türk ləhcələri müasir türk ləhcələri arasındakı paralelliklər qurduğu araşdırmaları və müqayisəli qrammatika istiqamətindəki tədqiqatları uğur qazanmışdır. 2004 – 2008 tarixləri arasında Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi və Türk dünyası işlətmə fakültəsinin təhsil və tələbə şöbəsinin müdiri vəzifəsində işləmişdir.
Elşən Səmədli
Elşən Səmədov
Elşən Səlim oğlu Səmədov (20 iyul 1997; Göylər, Şamaxı rayonu, Azərbaycan - 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşləri şəhidi. Elşən Səmədov 1997-ci il 20 iyulda Şamaxı rayonunun Göylər kəndində anadan olub. Əsgər Elşən Səmədov, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-da isə Elşən Səmədov, doğulduğu Şamaxı rayonunun Göylər kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Elşən Səmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elşən Səmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Fazilə Səmədova
Fəzilə İbrahim qızı Səmədova (29 mart 1929, Şamaxı – 8 yanvar 2020, Bakı) — akademik, kimya üzrə mühəndis-texnoloq. Fəzilə İbrahim qızı Səmədova 1929-cu ildə Şamaxıda, əslən indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur. Babası bicolu Hacı Cəbi olmuşdur. Atası İbrahim Şamaxı peşə məktəbini bitirmişdir. Fəzilə kiçik yaşlarında olarkən atası Bakıya işləməyə göndərilir və ailəsi ilə birlikdə Şamaxıdan köçməli olur. Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirir. Qardaşı kimi o da geoloq olmaq və ekspedisiyalara səyahət etmək istəsə də, məhz qardaşının təkidi ilə Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlanır) ərizə verərək, imtahansız instituta qəbul olunur. 1951-ci ildə institu bitirərək, kimya-texnoloq mühəndisi diplomu alır. Bir il Yeni Bakı Neftayırma zavodunda mühəndis işlədikdən sonra Azərbaycan sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda "Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir..
Firudin Səməndərov
Firudin Səməndərov (tam adı: Firudin Yusif oğlu Səməndərov; 12 yanvar 1939, Molday, Saatlı rayonu – 24 oktyabr 2019, Bakı) — azərbaycanlı hüquqşünas, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı (1985-1989), Bakı Dövlət Universitetinin rektoru (1992-1993). Firudin Səməndərov 1939-cu il aprelin 12-də Saatlı rayonunda Molday kəndində əkinçi ailəsində anadan olmuşdur. 1948-1958-ci illərdə S.Vurğun adına Saatlı qəsəbə orta məktəbində oxumuş, oranı medalla bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, Lenin təqaüdü ilə oxumuşdur. 1966-cı ildə təhsilini başa vurduqdan sonra həmin universitetin Cinayət hüququ kafedrasında aspirant saxlanılmışdır. 1970-ci ildə "Qətl cinayətlərini doğuran halların və davranış motivinin cəza təyininə təsiri" mövzusunda namizədlik dissertasiyasını, 1995-ci ildə isə "Cinayət hüquqi şüur və cinayət hüquq yaradıcılığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Görkəmli hüquqşünas 1988-1992-ci illərdə Azərbaycan Respublikasının müstəqilliyi uğrunda gedən milli istiqlal hərəkatında fəal iştirak edib. 1990-1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətində təmsil olunub. 21 aprel 2014-cü ildə Bakı Dövlət Universitetində Firudin Səməndərovun anadan olmasının 75, əmək fəaliyyətinin 45 illiyinin tamam olması münasibətilə tədbir keçirilib. Hüquqşünas-alim 2019-cu il oktyabrın 24-də Bakı şəhərində 80 yaşında dünyasını dəyişib.
Fuad Səmədov
Fuad İbrahim oğlu Səmədov — Fuad İbrahim oğlu Səmədov 1926-cı il iyul ayının 9-da Şamaxı şəhə­rində anadan olmuşdur.22 dekabr 1969-cu ildə Bakı şəhərində vəfat etmişdir. 1943-cü ildə onuncu sinfi əla qiymətlərlə başa vuran Fuad Səmədov Azərbaycan Sənaye İnstitutu­nun (indiki ADNA) geoloji-kəşfiyyat fakültə­sinə imtahansız qəbul olunur. O, 1944-cü ildə o vaxtlar ən böyük və şərəfli tələbə təqaüdü olan Stalin təqaüdü almağa layiq görülmüşdü. Fuad 1949-cu ildə institutu fərqlənmə dip­lomu ilə bitirir. O, 1949-1952-ci illərdə Azərdənizneft Birliyinin kəşfiyyat qazma trestinin Gürgan qazma kontorunun baş geo­loqu, 1952-1960-cı illərdə Gürganneft (in­diki Neft Daşlan NQÇİ) trestinin baş geoloq və direktor müavini, 1960-1963-cü illərdə Azər­baycan Elmlər Akademiyasının Dərin neft və qaz yataqlan problemləri institutunun elmi işlər üzrə direktor müavini, 1963-1969-cu illərdə Başdənizneft İdarəsinin baş geoloqu vəzifələrində işləmişdir. Neftçi Geoloq, Azərbaycanın əməkdar mühəndisi, Lenin Mükafatı Laureatı(1961), Geologiya-Minerologiya elmləri namizədi(1960), Neft Daşları NMİ-nin baş geoloqu(1952-1960), Dənizneft İB nin baş geoloqu (1963-1969), "Neftaniye Kamni" monoqrafiyasının müəllifi(1959) 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Neft Daşlarında geoloq, Azərneftkəşfiyyat dəniz qazma idarəsində baş geoloq, Gürgəndəniz(indiki Neft Daşları) qazma idarəsində baş geoloq, 1952-ci ildən 1960-cı ilədək Neft Daşları neft mədən idarəsinin baş geoloqu vəzifəsində çalışmışdır. 1960-cı ildə F.İ. Səmədov Azərbaycan E.A.Dərin neft və qaz yataqlarının problemləri institutunda direktor müavini, 1961-1963-cü illərdə Başdənizneft idarəsində baş geoloq vəzifəsində işləmişdir. F.İ. Səmədov Neft Daşlarının Baş geoloqu işlədiyi zaman elmə xüsusi meyli olan mütəxəssisləri – Xoşbəxt Yusifzadə 1-ci mədənin, Ənvər Məmmədov 2-ci mədənin, Aslan Sultanov isə 3-cü mədənin böyük geoloqu təyin etdirmişdir. F.İ. Səmədovun Səngəçal-dəniz, Duvannı-dəniz, Bulla adası və Bahar qaz-kondensat yataqlarının mənimsənilməsində böyük rolu vardır. O, Lenin Mükafatı Laureatı adına layiq görülmüş, 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni, 1966-cı ildə Lenin ordeni ilə təltif edilmişdir.
Fərhad Səmədov
Fərhad Astan oğlu Səmədov (d. 23 aprel 1959, Qardabani, Gürcüstan SSR, SSRİ) — Başqırdıstan Respublikası baş Nazirinin müavini. Rusiya Federasiyasının fəxri kimyaçısı. Texnika elmləri namizədi. Fərhad Astan oğlu Səmədov 23 aprel 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb. 1994–1998-ci illərdə "Eksimer" Elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub. 2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan "Kaustik" QSC-yə, "Soda" ASC-yə rəhbərlik edib.
Fərhad və Şirin (Səməd Vurğun)
Fərhad və Şirin — Səməd Vurğun tərəfindən 1941-ci ildə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış dram əsəridir. "Fərhad və Şirin" dramının əsas qəhrəmanı Fərhaddır. Fərhad Azərbaycan xalqının sənətkarı, sərkərdəsi və qəhrəman oğludur. O, təhlükəyə düşmüş vətəninin istiqlaliyyətini qorumaq, qaçırılmış sevgilisini xilas etmək uğrunda fədakarlıq göstərmək, vətənin şərəfini, özünün namusunu müdafiə etmək üçün yaradılmışdır. Dramda Fərhad müsbət bir obraz, mütərəqqi qüvvələrin rəmzi kimi tərənnüm edilir. Lakin xeyir qüvvələrin rəmzi kimi yaranan bu qəhrəman əsərdə şər qüvvələrin xəyanəti nəticəsində ölür. S. Vurğun Xosrovu işğalçı-depot kimi təqdim edir. Pyesdə Xosrovun Şirinə olan məhəbbəti əsl məhəbbət deyildir. O, Azərbaycanı İranla birləşdirmək məqsədilə bu yanlış sevgiyə uymuşdur. Bu, siyasi bir hiylədir.
Fəxrəddin Səmədov
Fəxrəddin Səmədov (1960, Xaçmaz) — Azərbaycan Respublikası Daxili Qoşunları Komandanının müavini — Maddi-texniki Təminat İdarəsinin rəisi, general-mayor. Səmədov Fəxrəddin Cavanşir oğlu 1960-cı ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1977–1981-ci illərdə SSRİ DİN-in Xarkov Ali Hərbi Arxa Cəbhə Məktəbində təhsil almışdır. 1981–1991-ci illərdə SSRİ DİN-in Daxili Qoşunlarında ərzaq xidməti rəisinin köməkçisi, tabor komandirinin təchizat üzrə müavini, ərzaq xidmətinin rəisi, hərbi hissə komandirinin arxa cəbhə üzrə müavini vəzifələrində xidmət etmişdir. 1991-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilmişdir. 1991–2007-ci illərdə DİN-in Daxili Qoşunlarında hərbi hissə (alay) komandirinin arxa cəbhə üzrə müavini, Baş İdarədə ərzaq xidmətinin rəisi, hərbi hissə (briqada) komandirinin arxa cəbhə üzrə müavini, Baş İdarədə arxa cəbhə rəisinin müavini — qərargah rəisi, hərbi hissə (alay) komandiri, Baş İdarənin Maddi-texniki Təminat İdarəsində Qərargah rəisi-İdarə rəisinin müavini vəzifələrində xidmət etmişdir. 2002-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixli 2087 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının müavini — Maddi-texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Fəzilə Səmədova
Fəzilə İbrahim qızı Səmədova (29 mart 1929, Şamaxı – 8 yanvar 2020, Bakı) — akademik, kimya üzrə mühəndis-texnoloq. Fəzilə İbrahim qızı Səmədova 1929-cu ildə Şamaxıda, əslən indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur. Babası bicolu Hacı Cəbi olmuşdur. Atası İbrahim Şamaxı peşə məktəbini bitirmişdir. Fəzilə kiçik yaşlarında olarkən atası Bakıya işləməyə göndərilir və ailəsi ilə birlikdə Şamaxıdan köçməli olur. Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirir. Qardaşı kimi o da geoloq olmaq və ekspedisiyalara səyahət etmək istəsə də, məhz qardaşının təkidi ilə Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlanır) ərizə verərək, imtahansız instituta qəbul olunur. 1951-ci ildə institu bitirərək, kimya-texnoloq mühəndisi diplomu alır. Bir il Yeni Bakı Neftayırma zavodunda mühəndis işlədikdən sonra Azərbaycan sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda "Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir..
Gündüz Səmədov
Hacı Mövsüm Səmədov
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.). Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub. 1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir. 1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb. 1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır. M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.
Hacı Əbdürrəhim Səmədov
Hacı Əbdürrəhim Səmədov - Şamaxının maarifpərvər tacirlərindən biri idi. C.Məmmədquluzadə onu "məşhur və möhtərəm tacirlərimizdən" biri kimi qiymətləndirmisdir. M.Ə.Sabir ilə "Molla Nəsrəddin" jurnalı arasındakı isgüzar əlaqələrdə müəyyən rol oynamışdır.
Hüseyn Səmədov
Hüseyn Müşfiq oğlu Səmədov (30 avqust 1997, Ağsu, Azərbaycan — 8 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Hüseyn Səmədov 1997-ci ilin avqust ayının 30-da Ağsu şəhərində anadan olub. Hüseyn Səmədovun atası Səmədov Müşviq Tapdıq oğlu 1-ci Qarabağ müharibəsində döyüşmüşdür. Sonradan dərzi işləmişdir. 2011-ci ildə xəstəlikdən dünyasını dayişmişdir. Hüseyn Səmədovun anası Səmədova Şamama Vaqif qızı Ağsu şəhəri Soltan Umbayev adına 2 saylı tam orta məktəbdə işləyir. 2003-cü ildə Ağsu şəhəri Soltan Umbayev adına 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. Hüseyn Samadov 2014-cü ildə həmin məktəbi bitirmişdir. O, 2016-cı ildə Azərbaycan Milli Ordusunun Qusar rayonundakı N saylı hərbi hissəsində qumbara atan ixtisası üzrə hərbi xidmət keçmiş və manqa komandiri olmuşdur. Hərbi xidməti 2018-ci ildə başa vurmuşdur.
Həmidağa Səmədov
Kamran Səmədov
Kamran Ceyhun oğlu Səmədov (28 fevral 1997; Liman, Lənkəran rayonu, Azərbaycan – 31 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. Kamran Səmədov 1997-ci il fevralın 28-də Lənkəran rayonunun Liman şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Kamran Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər də iştirak etmişdir.Kamran Səmədov oktyabrın 31-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Səmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. • (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) 1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) ( (azərb.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020 2."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)).
Mais Səmədov
Mayis Şadıbəy oğlu Səmədov (28 iyul 1977; Xaçmaz rayonu, Azərbaycan SSR — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Mayis Səmədov 1977-ci il iyulun 28-də Xaçmaz rayonunun Qardaşoba kəndində anadan olub. Əslən Quba rayonunun Küsnət kəndindən idi. 1992-ci ilə qədər Xaçmaz rayon Qardaşoba kənd tam orta məktəbində, 1992-1995-ci illərdə Xaçmaz şəhər 92 saylı texniki-peşə məktəbində təhsil alıb. 1995-ci ildə məktəbi "elektrik qaynaqçısı" ixtisası ilə bitirib. Ailəli idi. 2 övladı yadigar qaldı. Mayis Səmədov Azərbaycan Daxili Qoşunlarının sıralarında 1996-1999-cu illərdə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Füzuli rayonunda və Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2004-cü ildən eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə davam edib.
Manə və Səməlqan şəhristanı
Manə və Səməlqan şəhristanı- İranın Şimali Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Aşxanə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 91,884 nəfər və 23,040 ailədən ibarət idi.
Mayis Səmədov
Mayis Şadıbəy oğlu Səmədov (28 iyul 1977; Xaçmaz rayonu, Azərbaycan SSR — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Mayis Səmədov 1977-ci il iyulun 28-də Xaçmaz rayonunun Qardaşoba kəndində anadan olub. Əslən Quba rayonunun Küsnət kəndindən idi. 1992-ci ilə qədər Xaçmaz rayon Qardaşoba kənd tam orta məktəbində, 1992-1995-ci illərdə Xaçmaz şəhər 92 saylı texniki-peşə məktəbində təhsil alıb. 1995-ci ildə məktəbi "elektrik qaynaqçısı" ixtisası ilə bitirib. Ailəli idi. 2 övladı yadigar qaldı. Mayis Səmədov Azərbaycan Daxili Qoşunlarının sıralarında 1996-1999-cu illərdə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Füzuli rayonunda və Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2004-cü ildən eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə davam edib.
Möhbəddin Səməd
Əliyev Möhbəddin Səməd oğlu (Möhbəddin Səməd) — publisist, nasir, ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1985), Həsənbəy Zərdabi mükafatı laureatı (2000). Möhbəddin Səməd 1942-ci il yanvarın 25-də Qərbi Azərbaycanın Noemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1948-1958). Əmək fəaliyyətinə Abşeron üzümçülük sovxozunda, sonra isə Bakı Şin zavodunda fəhlə kimi başlamışdır (1959-1966). Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966-1972). "Bakı" axşam qəzeti və "Azərbaycan gəncləri" qəzeti redaksiyalarında (1972-1980) ədəbi işçi, "Kommunist" qəzeti redaksiyasında baş müxbir, ədəbi işçi (1980-1991) olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində publisistika şöbəsinin müdiri, radio musiqi şöbəsinin müdiri işləmişdir (1991-1994). Hazırda orada Cənubi Azərbaycan Radio Verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsində çalışır (1994-cü ildən). Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən həvəs göstərmişdir. "Əsli" adlı oçerki 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur.

Значение слова в других словарях