NAXIŞ

NAXIŞ Sən ləzzət alan zaman; Əlvan naxışlarından; Mən də zövq alıb sənin; Xumar baxışlarından (M.Rahim); ÇEŞNİ [Şöbə müdiri:] Bilmirəm sən nə fikirdəsən, mərhumun çeşnisi ilə toxunan gəbələrin bir çoxu mənim xoşuma gəlirdi (Ə.Vəliyev); BUTA O zərif butaları; Yazmaq olmaz kağıza (M.Seyidzadə).

NAXIR
NAXIŞLI
OBASTAN VİKİ
Naxış
Ornament (Naxış, Nəqqaşlıq) — bəzək deməkdir. Ritmik elementlərdən ibarət naxış. Ornamentin ilk rüşeymlərinə Paleolit dövrü abidələrində təsadüf olunur. Xalq yaradıcılığında naxış nisbətən daha yığcam olur, ciddi riyazi qanunlara əsaslanır. Azərbaycanda sənətkarlığın inkişafı haqqında burada müxtəlif dövrlərdə olmuş çoxsaylı tacirlər, səyahətçilər və diplomatlar çoxlu maraqlı faktları bildirirlər. İtaliya səyahətçisi Marko Polo (XIII əsr) Şamahı və Bərdənin ipək mə"mulatlarının gözəlliyini vurğulamışdır. İngilis səyahətçisi – tacir Antoniy Cenkinson (XVI əsr) yay iqamətgahının təbdəbəsini təsvir edərək yazır: "Kral ipək və qızılla bəzədilmiş zəngin bir çadırda oturmuşdu", onun paltarı mirvari və qiymətli daş-qaşla bəzədilmişdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darai və məxmər idi. Onlar Şamaxı, Baskal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal bövhəciklər) istifadə olunurdu.
Vahid Naxış
Mustafayev Vahid Fuad oğlu və ya Vahid Naxış (4 sentyabr 1968, Bakı) — Azərbaycan rejissoru, ssenarist, yazıçı və naşir, reportyor və media təşkilatçısı, ANS Şirkətlər Qrupunun prezidenti, VMF Natural Frequencies şirkətinin təsisçisi. Vahid Mustafayev 4 sentyabr 1968-ci ildə Bakı şəhərində hərbçi ailəsində dünyaya gəlib. Gənc yaşlarından yaradıcılıq fəaliyyətinə qədəm qoyan Vahid Mustafayev keçən əsrin 80-ci illərində Azərbaycanda başlayan milli azadlıq hərəkatına qoşulur, 1988-ci ildə həm müxbir, həm də naşir kimi çalışmağa başlayır və rəsmi icazəsi olmadığı üçün Sovet dövründə "gizli nəşr" sayılan "RokOko" adlı dövri məcmuə dərc edir. 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olunan Vahid Mustafayev qeyri-formal Tələbə Jurnalistlər Birliyi təşkil edir və bunun sayəsində həm "RokOko" məcmuəsinə müxtəlif ali məktəblərdə təhsil alan yeni fikirli tələbə müxbirləri cəlb etməyə, həm də məcmuəni tələbələr arasında daha geniş yaymağa nail olur və əldən-ələ gəzən bu məcmuə xüsusən gənclər arasında çox böyük rəğbət qazanır. Vahid Mustafayev Azərbaycan Memarlıq və İnşaat Universitetində magistr elmi dərəcəsi alır və Universitetin "Fəxri məzunu" adına layıq görülür. Azərbaycanda milli azadlıq hərəkatının genişləndiyi dövrün ilk müstəqil qəzeti kimi 1989-cu ilin oktyabr ayında xalq şairi və ictimai xadim Sabir Rüstəmxanlı tərəfindən nəşrinə başlanılan "Azərbaycan" qəzetində Vahid Mustafayev 1990-cı ilin əvvəllərində "Gənclər Bürosu" adlı şöbə təşkil edir, qəzetin "Koroğlu kəşfiyyatı" adlı məcmuəsini və video əlavəsini yaradır. Azərbaycanda milli azadlıq hərəkatını boğmaq məqsədilə Mixail Qorbaçovun başçılığı ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvarında ölkəyə Sovet Ordusu qoşunlarını yeridəndən sonra Vahid Mustafayev Azərbaycanın ilk hərbi reportyoruna çevrilir və o, Qarabağ uğrunda başlayan və illərlə davam edən müharibədə çəkilişlər aparan ilk azərbaycanlı reportyor olur. O vaxtdan bu günə qədər o, Qarabağla yanaşı, dünyanın bir çox qaynar nöqtələrində – Əfqanıstan, Çeçenistan, Bosniya, Livan, Misir, Liviya və digər ölkələrdə hərbi reportyor kimi çalışır, ölümlə üz-üzə reportajlar hazırlayır və münaqişələr haqda sənədli filmlər çəkir. 1991-ci ildə 23 yaşlı Vahid Mustafayev qardaşı Seyfulla Mustafayev ilə birlikdə SSRİ-də ilk özəl müstəqil televiziya şirkəti yaradır və sonradan çox şaxəli media qurumuna çevriləcək bu şirkətə "ANS" adını verir. 1992-ci ilin əvvəlində Vahid Mustafayev daha bir məşhur media şirkəti olan "ANS Press" İnformasiya Agentliyini yaradır və bu agentlik bütün dünyaya Azərbaycan həqiqətlərini çatdıraraq, o illərdə ölkənin düşdüyü informasiya blokadasının yarılmasında mühüm rol oynayır.
Canlı Naxışlar (1987)
Canlı naxışlar (film, 1987)
Naxışbaş ağacqurbağası
Naxışbaş ağacqurbağası (lat. Corythomantis) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinə aid heyvan cinsi.
Naxışların yaddaşı (film, 1973)
Elmi-kütləvi film poetik formada qədim Azərbaycan milli sənət yadigarlarından, naxışlara həkk olunmuş milli mənəviyyatdan bəhs edir. Eləcə də görkəmli alim Xudu Məmmədovun qeyri-adi kəşfi sayəsində bu qədim naxışlarla bir çox kristalların daxili şərti quruluşunun yaxın olduğu açılıb göstərilir. Ekranda kvars kristalının quruluşu əsasında 1322-ci ildə tikilmiş Bərdə türbəsini bəzəyən naxışlar müqayisə edilir. Məlum olur ki, həmin naxışlarla kvarsın quruluş sxemi eynidir. Kadrlar bir-birini əvəz etdikcə gözlərimiz qarşısında tarixi nişanələri olan qədim abidələr, qayalar üzərində naxışlar, göllər, çəmənliklər, canlılar gəlib keçir. 1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı Qısametrajlı elmi-kütləvi filmlər bölməsi üzrə filmə II mükafat və diplom verilmişdir. Rejissor: Yalçın Əfəndiyev Ssenari müəllifi: Xudu Məmmədov, Vidadi Paşayev Operator: Zaur Məhərrəmov Bəstəkar: Vaqif Mustafazadə Səs operatoru: Şamil Kərimov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Naxışlı dırmanantəlxə
Naxışlı dırmanantəlxə(lat. laphe dione) — Suilanıkimilər fəsiləsinə, Dırmanan təlxələr cinsinə aid növ. Uzunluğu 1,5 m, quyruğu isə bir qayda olaraq 17–30 sm olur. Boğaz nahiyəsində pulcuqları yumşaqdır. Boğaz nahiyələri bozumtul və ya sarı olur üzəri isə qırmızı naxışlarla örtülü olur. Üzəri bozultul rəngə çalır. Bəzən qara rəngdə olan nümayəndələri də olur. Onlara Koreya, Monqolustan, Şimali Çin, Orta Asiya (Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan), Qazaxıstan), Rusiya (Sibir, Başqırdıstan, Orenburq vilayəti və Samara vilayəti), Ukrayna, Şimali İran, Əfqanıstan və Cənubi Qafqaz (Gürcüstan) ərazilərində yayılmışlar. Yarımnöv əmələ gətirmir. Naxışlı təlxələr bir çox şəraitlərə uyğunlaşa bilmişlər.
Naxışnərgiz
Naxışnərgiz — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Naxışnərgiz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kənd inzibati-ərazi vahidi tərkibindəki Qahab kəndinin bir hissəsi Naxışnərgiz kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Naxışnərgiz kəndi Qahab kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Naxışnərgiz kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Naxışnərgiz kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Naxışnərgiz nekropolu
Naxışnərgiz nekropolu — Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qahab kəndinin şimal-şərqində arxeoloji abidə. Nekropol kəndinin şimalında təsərrüfat işləri görülərkən aşkar olunmuşdur. Qəbirlər dağıldığından onların formasını müəyyən etmək mümkün olmamışdır. Araşdırma zamanı dağılmış qəbirlərin birinin ətrafında çəhrayı rəngli keramika məmulatı və tunc əşyalar əldə edilmişdir. Arxeoloji materiallara əsasən nekropolu (e.ə. V-I) əsrlərə aid etmək olar.
Nağılvari Naxışlar (1972)
Film Azərbaycan ornamentlərinin yaranması haqqındadır.
Nağılvari naxışlar (film, 1972)
Film Azərbaycan ornamentlərinin yaranması haqqındadır.
Sehrli naxışlar (film, 1984)
Film haqq-ədalətin gec də olsa öz yerini tapması haqqındadır. Applikasiya filmidir. Rejissor: Ağanağı Axundov Ssenari müəllifi: Vidadi Paşayev Quruluşçu rəssam: Rasim Babayev Operator: Ramiz Ağayev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Vladimir Savin Cizgi rəssamı: Vaqif Məmmədov, Arifə Hatəmi Fon rəssamı: Hüseyn Cavid İsmayılov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
İslam həndəsi naxışları
Fiqurativ təsvirlərdən yayınan İslam incəsənətində əsrlər boyu həndəsi naxışların təsvirindən istifadə edilmiş, bu incəsənət növü geniş yayılmış və inkişaf etmişdir. İslam incəsənətində həndəsi dizaynlar tez-tez təkrarlanan kvadratlar və dairələrin birləşmələri, islimilər, müxtəlif naxışlar və tessaliyaların təsvirindən ibarətdir. Bu təsvirlərdən bütün dekorasiyanı tərtib etmək, çiçək və ya xətt bəzəkləri üçün çərçivə və ya digər motivlər üçün arxa plan yaratmaq məqsədilə istifadə edilə bilər. İstifadə edilən bəzəklərin qarışıqlığı və müxtəlifliyi, IX əsrdə olan sadə ulduzlara və paxlava şəkilli təsvirlərə, XIII əsrdə 6 və 13 guşəli ulduzların, XVI əsrdə isə 14 və 16 guşəli ulduzların əlavə edilməsi nəticəsində yaradılmışdır. Həndəsi naxışlar İslam incəsənətində və memarlığında kilim xalçalar, İran girih və Mərakeş zillic işləri, muqarna dekorativ tağları, cali oyulmuş daş lövhələri, keramikalar,dəri, rəngli şüşələr, ağac və metal işləri ilə əhatələnmişdir. XX əsrdə qərbdə, aralarında M.K.Eşerin də olduğu ustalar, rəssamlar və 2007-ci ildə İsfahandakı Darbe-İmam məqbərəsində olan yarı-dövri funksiyaları və penroz bəzəklərini də bu üsluba daxil edən riyaziyyatçılar və fiziklər (Peter J. Lu və Paul Steynhardın aralarında olduğu) arasında İslam həndəsi nümunələrinə olan maraq artmaqda idi. İslam incəsənəti əsasən ibadət obyekti ola biləcəyini önləmək üçün təsvirlərdə fiqurativ simvollardan yayınmışdır. İslam həndəsi nümunələri qədim mədəniyyətlərdə istifadə edilən daha sadə dizayn nümunələrindən təsirlənmişdir. Bunlara yunan, roma və sasani mədəniyyətlərini nümunə kimi göstərmək olar. Bunlar İslam incəsənət nümunələrinin üç əsas formalarından biridir: digərləri isə, əyilmiş və budaqlı bitki təsvirləri ilə formalaşdırılan islimi və İslam xəttatlığıdır.
Əlvan naxışlı Şahtaxtı küpü
Əlvan naxışlı Şahtaxtı küpü — 1936-cı ildə arxeoloq-etnoqraf Ələsgər Ələkbərov tərəfindən Naxçıvanda, Şahtaxtı nekropolundan tapılmış polixrom rəsmli küp. 1936-cı ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı tərəfindən Naxçıvan MSSR-a ekspedisiya təşkil edilib. Ekspedisiyanın sayca üçüncü tədqiqat apardığı yer Şərurda yerləşən Şahtaxtı kəndi ətrafı olub. Qəbirlər olan sahənin ərazisində Gavurqalanın şimal şərqində arxeoloqlar 2 sıra plitələrlə ( uzunluğu 1 2 metr eni 1 metr) örtülmüş qəbirə rast gəlirlər. Qəbir plitələrlə örtülü olduğu üçün toxunulmaz qalmışdı. Bundan başqa qəbirin ətrafı 7.7 metr diametrdə daşlarla əhatələnib. Qəbirin qərb hissəsində sol yanı üzərində uzadılmış at skeleti onun üzərində isə 30 gil qab tapılıb. 30 qabdan yalnız biri naxışlı olmaqla rəngli idi. Sənətşünas Leonid Bretanitski və Boris Veynmarna görə bu küp eramızdan əvvəl II minilliyin ortalarına aiddir. Digər sənətşünas Vladimir Şleev isə küpü eramızdan əvvəl II minilliyin sonlarına aid edir.

Значение слова в других словарях