Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xur
Xur — İranın Fars ostanının Laristan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,370 nəfər və 1,360 ailədən ibarət idi.
Xur (İsfahan)
Xur — İranın İsfahan ostanının şəhərlərindən və Xur və Biyabanək şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,126 nəfər və 1,754 ailədən ibarət idi.
Xur və Biyabanək şəhristanı
Xur və Biyabanək şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 17,488 nəfər və 4,924 ailədən ibarət idi.
"Şiri-Xurşid" ordeni
"Günəş və Aslan" ordeni (fars. نشان شیر و خورشید‎ Nešān-e Šir o Xoršid)— İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. 1808-ci ildə Fətəli şah Qacar tərəfindən təsis edilmişdir. Bəzi qaynaqlarda "Şir-i Xurşid" kimi də yazılır. Bu ordenin I, II və III dərəcələri vardı.
Adi xurma
Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid biki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir.
Adi xurnik
Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid biki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir.
Aşağı Qışlaq Xuraşa (Vərziqan)
Aşağı Qışlaq Xuraşa (fars. قشلاق خورشاسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (6 ailə).
Bişara əl-Xuri
Bişara Əl-Xuri (ərəb. بشارة الخوري‎; 10 avqust 1890 – 11 yanvar 1964[…], Beyrut) — Livan dövlət xadimi. Müstəqil Liviya Respublikasının ilk prezidenti. == Həyatı == Yüksək vəzifəli dövlət məmurunun oğlu olan Xuri, Parisdə hüquqşünaslıq ixtisası üzrə təhsil alır. Müstəqillik düşüncəsində qərarlı olan və Ərəb ölkələrini birləşdirən bir federasiya ideyasına qarşı çıxan Xuri, ərəb ölkələri ilə dostluq münasibəti qurulmasında maraqlı idi. 1920-ci ildə Livan valiliyində vəzifə aldı və bir neçə ay sonra təşkil olunan hökumətdə seçildi. 1922-ci ilə qədər hökumətdəki bu vəzifədə qaldı. 1926-cı ildə Edib hökumətinin Daxili İşlər Naziri olaraq yer aldı. II Dünya Müharibəsi dövründə Böyük Britaniya ilə münasibətləri sıxlaşdı. 1943-cü ildə müstəqil respublika üçün baş tutan seçkilərdə ən fəal iştirakçılardan idi və ölkənin ilk prezidenti seçildi.
Kristobal Qonsales-Aller Xurado
Kristobal Qonsales-Aller Xurado — İspaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Meşə xurma palması
== Təbii yayılması == Afrika və Asiyanın tropiklərində yayılmışdır, qədim, mədəni bitki vadilərinin şahzadəsi adlanır. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə çatır.Gövdəsi nazik, düzdür, üzərində keçənilki yarpaqların saplaqlarının qalıqları qalır. Şaxələnmiş çətirinin diametri 2 m-dir.Gövdənin ucunda yerləşən yarpaqları göyümtül-yaşıl rəngdə, uzun, ensiz, lələkvari, əyilmiş qövsvari olub, saplaqlarda yerləşir. Lələkvari yarpağın xırda yarpaqcıqları ucundan iki yerə bölünmüşdür. Çəyirdəyi çox möhkəmdir. == Ekologiyası == İşıq, rütubətsevən bitkidir.Çox quru havada finikdə yarpaqların ucları qonurlaşır və onlarda tor gənəsi əmələ gəlir.Tez – tez yuyulma palmanın yarpaqlarını qurumadan və zərərvericilərin hücumundan qoruyur.Aprel- may aylarında köçürülməsi ( cavan palmalar hər il. Iriləri 3-4 ildən bir, ancaq hər il torpağın üst qatı dəyişməlidir) məqsədyönlüdür. Çimli, yarpaqlı, çürüntülü və qumlu torpaqlarda yaxşı bitir.Bu növ finik xloroz xəstəliyinə məruz qalır, bu da onun boy artımının zəifləməsinə və yarpaqda qonur xalların əmələ gəlməsinə səbəb olur. == Azərbaycanda yayılması == Mərdəkan dendrarisinə 2008-ci ildə introduksiya olunmuşdu. Meşə finik palması son dövrlərdə Bakı da, Gəncə də, Suymqayıt da, lənkəran - Astara bölgələsində və s.
Murtaz Xurtsilava
Murtaz Xurtsilava (tam adı: Murtaz Kalistratoviç Xurtsilava, gürc. მურთაზ კალისტრატოვიჩი ჰურცილავა, translit. Murtaz K’alist’rat’ovichi Hurtsilava; Bandza kəndi, Gegeçqori rayonu, Gürcüstan SSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ idman ustası (1962). SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1966). SSRİ-nin əməkdar idman ustası (1969).
Mədinə xurması
Xurma latın dilindən tərcümədə xurma “allahın qidası” deməkdir. İqlimi tropikdir. Misir, Əlcəzair, Tunis, Səudi Ərəbistan, Suriya, İraq, Pakistan, İran kimi Şərq və Cənub Qərb ölkələrində bol miqdarda yetişdirilməkdədir. Tünd qəhvəyi çalarda xurmanın təzə halda rəngi (növündən asılı olaraq) əsasən qırmızıdır. Xurma qlükoza, A və C vitaminləri, alma və limon turşusu, dəmir, kalsium, mis, maqnezium və digər vitaminlərlə də zəngindir. == Sağlamlığa faydaları == Beyni gücləndirirXurmanın insan orqanizminə böyük xeyri var. Xurmada olan fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan qaldırır. Xurmanın təsirli olduğu bir başqa sahə də sinir sistemidir. Xurmanın sakitləşdirici bir xüsusiyyəti vardır.
Nazir Xurşudov
Nazir Müxənnət oğlu Xurşudov (1 fevral 1985; Xaçmaz rayonu, Azərbaycan SSR — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nazir Xurşudov 1985-ci il fevralın 1-də Xaçmaz rayonunun Çaykənarı kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Nazir Xurşudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nazir Xurşudov oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Xaçmaz rayonunun Çaykənarı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Xurşudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Xurşudov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nazir Xurşudov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qafqaz xurması
Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid biki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir.
Virginiya xurması
Virciniya xurması (lat. Diospyros virginiana) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü. == Təbii yayılması == ABŞ-nin şərq hissəsində bitir. Növün arealı şimaldan İngiltərəyə, cənubdan Floridaya, şərqdən Atlantika okeanına və qərbdən Texasa, Kanzasa və Oklahomaya qədər uzanır. == Botaniki təsviri == Hündürlüyü 15–17 m-ə çatan, ikievli, və ya birevli, yarpağıtökülən ağacdır. 100-150 il yaşayır. Çətiri cavanlıqda piramidal, sonra oval olur. Bitki ikievlidir. Yarpaqarı iri, uzunluğu 8-14 sm, dərili, yumurtavarı və ya oval formalı, üst tərəfdən tünd-yaşıl, bünövrəsi ürəkşəkilli və ucu bizdir. Yarpaqları payızda sarı və qırmızı rəng alır.
Xurşidbanu Natəvanın heykəli (Evian-le-Bən, 2017)
Xurşidbanu Natəvanın heykəli — XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, Xurşidbanu Natəvana Fransanın Evian-le-Bən şəhərində 2017-ci ildə qoyulmuş heykəl. == Haqqında == 2017-ci ildə İsmayıllı və Fransanın Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində, Leman gölü sahilində "Azərbaycan parkı"nın rəsmi açılış mərasimi olub. Bununla yanaşı parkda “Dostluq” bulağı və Xurşidbanu Natəvanın heykəlinin də açılış mərasimi olub. Heykəlin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevdir.
Xurşidbanu Natəvanın heykəli (Vaterlo, 2016)
Xurşidbanu Natəvanın heykəli — XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, Xurşidbanu Natəvana Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında 2016-cı ildə qoyulmuş heykəl. == Haqqında == 18 fevral 2016-cı ildə Belçika Krallığının Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov və Vaterlo şəhərinin meri Floran Röter də iştirak ediblər. Vaterlo şəhərinin mərkəzi parkında qoyulan heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb. Heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltaraş İmran Mehdiyev tərəfindən hazırlanıb.Zəngin geyinmiş Xurşidbanu Natəvanın oturmuş vəziyyətdə hazırlanmış fiquru plastik həllinə və yapma incəliklərinə görə fərqlənir. Müəllif bürüncdən hazırladığı bu heykəldə el arasında böyük nüfuz sahibi olan şairənin lirik-psixoloji tutumlu, yaddaqalan obrazını yaratmışdır. Əsərdə Natəvanın düşüncəli və qəmli görkəmi onun həyatının təzadlı, ağrılı-acılı keçdiyinə bədii işarə kimi qəbul olunur. == Heykələ qarşı vandalizm == 2020-ci ilin mart ayında Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı qeydə alınıb. Abidənin üzərində yazılmış "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" yazısı qopardılaraq qırılıb və heykəlin üzərinə boya tökülüb. Hadisədən sonra Vaterlo polisi tərəfindən cinayət işi açılıb.
Xurşidbanu Natəvanın sarayı
Xan qızı Natəvanın evi — Şuşa şəhərində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Binanın birinci mərtəbəsində xidməti xarakterli və xidmətçilərin yaşaması üçün nəzərdə tutulmuş yeddi otaq yerləşir. Cənub tərəfdə üç giriş qapısı yerləşir. Onlardan ortada yerləşən qapı dəhlizə, yanlarda yerləşən digər iki qapı isə yan otaqlara aparır. Natəvanın sarayının memarlığı Şuşa şəhərinin yaşayış tikililərinin memarlığı üşün xarakterik olmasa da, böyük maraq kəsb edir. Tikilinin cənub fasadı vertikal şəkildə yerləşdirilmiş bellərlə bölünmüşdür. İkinci mərtəbənin pəncərələrini çərçivəyə alan bellər isə digərləri ilə müqayisədə daha da genişləndirilmişdir. == Tarixi == Xurşidbanu Natəvanın evi Şuşanın ilk zamanlarında inşa edilmiş mülklərindən biridir. Natəvanın sarayı böyük bir ərazini əhatə edən həyət və bu həyətdə müxtəlif xidməəti tikililərə də malikdir.. Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən rəsmi olaraq Şuşa Musiqi Məktəbi yaradıldı (bu həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi).
Xurşidbanu bəyim Natəvan
Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar.Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olmuşdur.
Xurşidcon Tursunov
Xurşidcon Tursunov (d. 5 avqust 1994) — Özbəkistanlı üzgüçü. Xurşidcon Tursunov Özbəkistanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Xurşidcon Tursunov birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.91 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 45-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Xurşud
Xurşud — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Xurşud Salyan rayonunun Arbatan inzibati ərazi vahidində kənd. Salyan düzündədir. XIX əsrdə balıq vətəgəsinin adı olub. Vətəgənin adı Xurşud Şəxs adı ilə bağlıdır. Yaşayış məntəqəsinin ilk sakinləri Cənubi Azərbaycandan gəlib balıq vətəgəsində muzdla işləyən ailələr olmuşdur. == Din == Kənddə Xurşud kənd məscidi dini icması fəaliyyət göstərir.
Xurşud Dövran
Xurşid Davron (özb. Xurshid Davron; 20 yanvar 1952, Səmərqənd) — özbək şair, yazıçı, esseist, dramaturq, tərcüməçi, publisist, tarixçi, Özbəkistanın xalq şairi (1999), Mahmud Qaşqarlı adına Beynəlxalq mükafatın (1989), Beynəlxalq Qızıl Qələm mükafatının (2009), Azərbaycanın "Müşfiq" mükafatı (5.06.2013) laureatı, Özbəkistan Respublikası Milli Məclisinin deputatı (2004). == Həyatı == Xurşid Davron 1952-ci il yanvarın 20-də Səmərqənddə anadan olub. O məşhur nəqşibəndi Sufi Piri Ahmet Kasanı nəslindəndir. Səmərqənd rayonundakı 1 və 2 N-li orta məktəbdə təhsil alıb. Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib (1969–1977). "Yaş gvardiya" nəşriyyatında redaktor, redaksiya müdiri (1974–1989), "Kəmələk" nəşriyyatında direktor müavini, direktor (1989–1991) vəzifələrində işləyib. Özbəkistan Respublikası Mənəviyət və Mərifət Mərkəzi sədrinin müavini (1994–1996) olmuşdur. Xurşid Davron bir neçə şeir və nəsr kitabının müəllifidir. Özbəkistan Yazıçıları Birliyinin (1979), Asiya Yazıçılar Konqresinin (1996) üzvüdür.
Xurşud Məmmədov
Xurşud Bayramqulu oğlu Məmmədov — Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru, Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon və Astara Rayon partiya komitələrinin birinci katibi, Azərbaycan Kommunist Universitetinin əvvəlcə rektorunun tədris işləri üzrə müavini, daha sonra isə rektoru. == Həyatı == Xurşud Məmmədov 1906-cı ildə Qaryagin rayonunda doğulmuşdur. 1927-ci ildə 7 illik məktəbi bitirdikdən sonra həm ordud xidmət etmiş, həm də tam orta təhsil almışdır. Xurşud Məmmədov əmək fəaliyyətinə Azərbaycan Kommunist Partiyası Qaryagin Rayon Komitəsində başlamışdır. O, 1936-cı ildə 26 Bakı Komissarı adına Zaqafqaziya Kommunist Universitetini, daha sonra isə orada aspiranturanı bitirərək Tiflis Ali Partiya Məktəbi və Bakı Ali Partiya Məktəbində tarix fənni üzrə dərs keçmişdir. == İctimai-siyasi fəaliyyəti == Xurşud Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında işləmişdir. O, Azərbaycan Kommunist Universiteti rektorunun tədris işləri üzrə müavini, daha sonra isə rektoru işləmişdir. Xurşud Məmmədov 1944-cü ildən 1948-ci ilədək Azərbaycan Kommunist Partiyası Astara Rayon Partiya Komitəsinin birinci katibi, 1948–1951-ci illərdə Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi, 1951–1954-cü illərdə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru, 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Respublika Partiya Məktəbinin direktoru, 1995–1961-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. == Mənbə == Məmmədov Xurşud Bayramqulu oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu.
Xurşudbanu Natavan
Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar.Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olmuşdur.
Xurşudbanu Natəvan
Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar.Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olmuşdur.
Xurəsb (Urmiya)
Xurəsb (fars. ‎‎‎‎خوراسب‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 394 nəfər yaşayır (59 ailə).
EUR
Avro (€; Euro; Ευρώ, bank kodu ISO 4217) — Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. Avronun rəsmi pul vahidi olduğu 20 ölkə var: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya, Latviya, Litva, Xorvatiya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi. 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi. === Avro bölgəsi === Almaniya Avstriya Belçika Estoniya Finlandiya Fransa Niderland İrlandiya İspaniya İtaliya Kipr Latviya Lüksemburq Litva Malta Portuqaliya Sloveniya Slovakiya Xorvatiya Yunanıstan == Mənbə == Avro (alm.) (ing.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Gur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Jur
Jur (polşa dilində zur, zurek; bolqarca кісяліца) - sulu yeməkdir. Polyakların və bolqarların milli yeməkləridir. Slavyan xalqlarının mətbəxinə bu yemək Vladimir Monomaxanın dövründə daxil olmuşdur. Əsas tərkibini yulaf unu təşkil edir. == Hazırlanma qaydası == thumb|Цежа в процессе брожения Bu yeməyi hazırlamaq üçün əsas ceja (suda həll olunmuş un) adlı məhlulu hazırlamaq lazımdır. Bunu hazırlamaq yarım və bir neçə sutka vaxt tələb olunur. Cejanı hazırlamaq üçün əsas yulaf unundan istifadə olunmalıdır. Bu unun üzərinə su əlavə edilir (150-250 qr una 1 litr) və isti yerdə saxlanılır. Ceja hazır olduqdan sonra supun digər elementlərinin hazırlanmasına başlanılır. Yeməyin əsas prinsipi su ilə unu qatışdırıb alınan məhluldur.
Lur
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Nur
Nur (İran) — İranın Mazandaran ostanının şəhəri. Nur (ad) — şəxs adı.
Qur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Sur
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. == Tarixi == Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
Tur
Tur (şəhər)
Uxur
Uxur - türk və altay xalq inancında yol cini. Uhur və ya Uğur da deyilir. Yollarda gəzən bir varlıqtır. Görenlere taleh və bəxt gətirir. Uğur sözü buradan törəmişdir. == Etimologiya == (Ug/Uğ) kökündən törəmişdir. Uğramaq sözü ilə əlaqəlidir. Uğunmaq isə xəstələnib özündən keçmək, huşunu itirmək deməkdir. Oğru (Uğru) isə yol kəsən quldur mənasındadır.
XUL
XUL - ing. XUL <zu:l> (Extensible User-interface Language) – dinamik istifadəçi interfeyslərini yaratmaq üçün XML-əsaslı nişanlama dili. XUL dili brauzerlər, poçt müştəriləri və s. kimi proqramlarda interfeyslərin yaradılması üçün işlənib hazırlanıb. Lakin veb-resurslarla aktiv qarşılıqlı əlaqədə olan istənilən tətbiqi proqramın yaradılmasında XUL effektli istifadə oluna bilər. == Nümunə == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xor
Xor (yun. χορός yığıncaq, camaat) — Vokal musiqinin kollektiv ifası. == Tarixçə == Yəhudilik, xristianlıq və islam oxumalarının əsasını birsəsli oxuma tərzi tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm də monoteizmin ideologiyası ilə əlaqədardır: Allah tərəfindən verilən səs ən mükəmməldir əqidəsi vokal ifanı. "Allah tərəfindən bəxş olunan səs, insan əməlinin nəticəsi olan alətlərdən mükəmməldir" əqidəsi instrumental müşayətsiz ifanı. Təksəsli oxuma, hətta xor (kollektiv) oxumaların unison ifası allahın vahidlik rəmzi ilə bağlı olub islam dini oxumalarının ifa qanunlarının əsasını qoyur.Təksəsli oxuma tərzi barəsində ədəbiyyatda belə yanlış fikirlərə rast gəlmək olur ki, təksəslilik musiqini çoxsəslinin o biri səslərlə birləşib çətinlik yaratmasından azad edib. Beləliklə, çoxsəslilik təksəslinin mürəkkəb forması kimi tarixin inkişaf mərhələsində meydana gəlməsi fikri ortaya atılır. M. Xarlap qeyd edir ki, musiqişünasları düşündürən "çoxsəslinin nə vaxt yaranması" problemini, təksəslinin nə vaxt yaranması ilə əvəz etsələr, daha düzgün olar. Belə ki, musiqi əvvəlcə çoxsəsli yaranmışdır". Skrebkov isə yazır: "Təksəsli oxuma çoxsəsli oxumanın bir növ monodik təkrarıdır.
Xub
Xub — Pakistanın Lasbela rayonunda şəhər.Şəhər Pakistanın 49-cu böyük şəhəridir. == İqtisadiyyat == Xub iqtisadi cəhətdən Bəlucistanın ən böyük sənaye şəhərlərindən biridir. Xub, Kəraçi ilə yaxınlığı səbəbindən bir ticarət mərkəzi olaraq ortaya çıxır. Bazar və bazarlar da müxtəlif çeşidli mallarla doludur. Neft emalı zavodları, Müxtəlif şirkətlər, Güc Layihələri üzrə işlər, Bosicor Neft Emalı Zavodları Kəraçi yaxınlığındakı Hubda yerləşir.
Xuk
Xuk (fars. خوك‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Xum
Hum – Xorvatiyada yaşayış məntəqəsi. 2011-ci ilin nəticələrinə əsasən burada cəmi 23 insan yaşayır. Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi də var. Hum kifayət qədər qədimdir və onun haqqında ilk qeydlər 1102-ci ilə gedib çıxır.
Xurs
Xurs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.Eyniadlı bələdiyyənin mərkəzidir. Tərkibində aşağı Xurs və yuxarı Xurs kəndləri var. Rayonun mərkəzindən şimal-şərqdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarındadır . == Tarixi == Xurs Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Gilan çayı sahilindədir. Tədqiqatçılar bu oykonimi Gorus etnoniminin variantı hesab edirlər. Dərədə yerləşdiyi üçün dərə Xurs kimi də tanınır . Toponimiyada Xırs- Ayı yəni (ayı basan dərə ) mənasını verir . == Əhalisi == Əhalisi 167 nəfərdir. Əhalisi maldarlıq, bağçılıq və arıçılıqla məşğuldur.
Adi qur-qur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Xırda qur-qur
Abdulla Sur
Mirzə Abdulla Məhəmmədzadə (təxəllüsü: Abdulla Sur, Abdulla Tofiq; 23 iyul 1883, Yelizavetpol – 1912, Yelizavetpol) — ədəbiyyatşünas, tənqidçi. == Həyatı == Abdulla Sur 23 iyul 1883–cü ildə Gəncədə anadan olmuşdur. === Təhsili === İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır. 1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır. == Fəaliyyəti == İlk məqalələri 1903–cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.
Akmal Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. == Həyatı == Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
Alan Mur
Alan Mur (18 noyabr 1953[…], Northempton, Birləşmiş Krallıq) – ingilis komiks yazıçısı. Frank Miller ilə komiks dünyasında əsaslı yeniliklər gətirmişdir. Onun əsərlərinin çoxu Hallivud tərəfindən filmə çəkilmişdir: "Cəhənnəmdən", "V - Vandetta deməkdir", "Watchman", "Liqa" və s. == Karyerası == 1979-cu ildə İngiltərənin "Sounds" qəzetində karikaturaçı kimi işləməyə başlayan Mur rəsm çəkməyin ondan uzaq olduğunu başa düşüncə yazıçılığa yönəldi. Lakin daha sonra karikaturaları ona şöhrət gətirdi. İngiltərənin "2000AD" jurnalında müxtəlif obrazlar yaradan Mur xüsusilə "Marvelman" seriyası tanındı və buna görə 1982 və 1983-cü illərdə Böyük Britaniyada Ən Yaxşı Karikaturaçı mükafatının sahibi oldu. Alan Mur daha sonra ABŞ-nin "Swamp Thing" jurnalında işləməyə başladı. 1986-cı ildə yaratdığı Watchman superqəhrəmanı ilə komiks dünyasını sarsdı. O bununla superqəhrəman anlyışını siyasi cəhətdən tənqid edirdi.
Aşağı Xuc
Aşağı Xuc – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Aşağı Xuc oyk, mür. Quba r-nunun Xucbala i.ə.v.-də kənd. Yaşayış məntəqəsi XIX əsrdə Orta Xuc kəndinə məxsus qışlaq yerində bina edilmişdir. Toponimi, əsasən mənşəcə qıpçaqlardan olan kuç tayfasının adı ilə əlaqələndirirlər. Oykonimin birinci komponenti yaşayış məntəqəsini eyniadlı digər iki kənddən fərqləndirmyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 563 nəfər əhali yaşayır.
Bord xun
Bürdxun — İranın Buşehr ostanının Dəyyer şəhristanının Bürdxun bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4 300 nəfər və 931 ailədən ibarət idi.
Kon-Kur-sür-Luar (rayon)
Kon-Kur-sür-Luar (fr. Cosne-Cours-sur-Loire) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Kon-Kur-sür-Luar. Rayon əhalisi 2006-cı ildə 45 407 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 32 nəf / km². Rayon sahəsi — 1403 km².
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.