1. Heyvanlara yem tökmək üçün taxtadan, daşdan və s.-dən qayırılan divara yapışıq qab, qutu.
[Əmioğlu:] Budaq baba, … atı axura çək, rahat et, sonra uşaqlarınız ilə otağa buyurun, bizə qonaq olun.
Firidun söhbəti kəsib, yenə axurun üstündə oturdu.
Nadir axura arpa, saman töküb tövlənin o biri başında olan səkinin üstünə çıxdı.
2. məh. İçində üzümü əzib, suyunu çıxarmaq üçün içərisi yonulub dərinləşdirilmiş tava daşı.
Baba isə üzümləri dərib gətirər, daş axura töküb, şalvarını dizinədək çırmalayır … və şirə yığırdı.