Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xorsənd
Xorsənd — İranın Kirman ostanının Şəhr Babək şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,847 nəfər və 1,663 ailədən ibarət idi.
Xursən dağı
Xursən dağı - Kəlbəcər rayonu ərazisində dağ. X əsrə aid mənbədə Xursan Dərbəndlə Şirvan arasında yerləşən knyazlığın adı kimi yad olunur. Tədqiqatçılar bu toponimi xorus/gorus etnonimi ilə bağlayırlar. Oronim "goruslar" mənasındadır.
Xucənd
Xücənd (tac. Хуҷанд) — Tacikistanda şəhər. Xücənd şəhəri Suğd vilayətinin mərkəzidir. 1939–1992-ci illərdə rəsmi olaraq Leninabad adlanırdı. Düşənbədən sonra Tacikistanın ikinci ən iri şəhəridir. Xücənd Sırdərya çayının sahilində, Fərqanə dərəsinin ağzında yerləşir. Əhalisini 2014-cü ildə 170 min sakin təşkil edirdi. Qədim tarixçilərin yazılarına əsasən, e.ə. 329-cu ildə Makedoniyalı İsgəndər burada yunan şəhərciyi saldı. Şəhərciyin adı İsgəndəriyyə Esxati, yəni "Uzaq İsgəndəriyyə" idi.
Xursan
Xursan – Tarixi Azərbaycan ərazisinin bir hissəsi. Şirvana tabe olan kiçik vilayətlərdən biri. Xursan – Xrsan adına ilk dəfə V əsr müəllifi Yeğişedə rast gəlinir. "Erməni coğrafıyası"nın qədim nüsxəsində Asiya Sarmatiyasının xalqları sırasında xsranların da adı çəkilir. Həmin coğrafiyanın yeni nüsxəsində deyilir: "Qafqaz iki dağ silsiləsinə bölünür. Onlardan biri düz istiqamətdə Şirvan və Xsrvandan keçərək Xorsvemədək uzanır..." Xsranlar, xsrvan adları, görünür, təhrif olunmuş xursanlar, xursan, eləcə də, Xors-Xurs, qayası demək olar, Xorsvem Beşbarmaqdır. IX əsr ərəb müəllifı əl-Yəqubi XIII əsrdə xəzərlərin xəlifə ordusu ilə müharibəsi barədə məlumat verərkən ərəb sərkərdəsi Yəzid ibn Üseydin geri çəkildiyi Ərməniyyədəki Xurs vilayətinin adını qeyd edir. Xursanın adı əl-Bəlazuridə Sasani I Xosrov Ənuşirəvanın (VI əsr) Cənubi Dağıstanda al-ləkzlərin Xursanşah titullu şahını və hal-hazırda mövcud olmayan Məsqət məmləkətinin şahını təyin etməsi münasibətilə çəkilir. Sonra müəllif xəbər verir ki, Mərvan ləkzlərin müqavimətindən sonra (VIII əsrin birinci yarısının sonunda) sülami ərəbi Həşrəmi onlara hakim təyin etdi, özü isə Şirvan hakiminin "dəniz sahilindəki Xirş (Xurs) adı ilə məşhur olan qalasına yollandı. Qalanın hakimi (Mərvanın) öz üzərində hakimiyyətini dərhal tanıdı və düzənliyə endi".
Xuqənd xanlığı
Kokand xanlığı (özb. Qo'qon xonligi) — 1709–1876-cı illərdə mövcud olmuş və indiki Özbəkistanın əsasən Şərq hissəsində yaranmışdır. Orta Asiya xanlıqlarından ən böyüyü Kokand xanlıgı idi. Xanlıgın ərazisi Fərqanə vadisi idi ki, burada özbək, tacik və qırğızlar yaşayırdılar. Daşkənd bu xanlıgın tərkibinə daxil idi və əlverişli cografi mövqed yerləşirdi. Əkinçilik və köçəri rayonları birləşdirən nöqtdə yerləşən Daşkəndin cografi mövqeyi qədimdən onun inkişafına əlverişli təşir göştərirdi. Orta Aşiya ilə Rusiyanın iqtişadi əlaqlərinin inkişafı Daşkəndin ticarət əhəmiyyətini artırdı. Daşkənd və bir çox şərhədə məntəqələri ugrunda xanlıqlar araşında uzun şürən müharibələr gedirdi. Kokand xanlıgında Kokand və Daşkənddən başqa əhalişi ticarət və şəntkarlıqla məşgul olan Əndican, Nəməngan, Mərğilan, Xücənd, Çimkənd kimi şəhərlər var idi. 1709-cu ildə Şeybani əmirlərindən olan Şahrux xan Minglər Buxara xanlığından ayrılaraq Fərqanə vadisinin qərb hissəsində yerləşən ərazidə öz müstəqilliyini elan etmiş və kiçik Kokand şəhərində öz qəsirini tikdirmişdir.
Bürvənd
Bürvənd — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Bürvənd oyk. Hacıqabul rayonunun eyni adlı i.ə.v-də kənd. Şirvan düzündədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 172 nəfər əhali yaşayır.
Kürkənd
== Kəndlər == Kürkənd (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Kürkənd (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Kürkəndi — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Bələdiyyələr == Kürkənd bələdiyyəsi (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə.
Turşəng
Turşəng və ya quzuqulağı (lat. Oxalis) — turşəngkimilər fəsiləsinə aid çoxillik bitki cinsi. Cinsə daxil olan növlər otlar və ya yarımkollardır. İri, yaxud xırda yarpaqları saplaqlıdır. Meyvəsi yanlardan sıxılmış toxumcadır. Şimal yarımkürəsinin mülayim yerlərində 2—3 növü yayılıb. Azərbaycanda 1 növü — hündür turşəng (Oxyria elatior) məlumdur. Tərəvəz bitkisi kimi becərilir. Yarpaqlarınla oksalat turşusu, dəmir, tannidlər var. Oxalis deppei – soğanaqlı, hündürlü 20-25 sm.
Bürsen
Bürsen (fr. Burcin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kanton-dü-Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38063. Kommunanın 1999-cu il üçün əhalisi 370 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 453 ilə 734 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənubda, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Xurşud
Xurşud — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Xurşud Salyan rayonunun Arbatan inzibati ərazi vahidində kənd. Salyan düzündədir. XIX əsrdə balıq vətəgəsinin adı olub. Vətəgənin adı Xurşud Şəxs adı ilə bağlıdır. Yaşayış məntəqəsinin ilk sakinləri Cənubi Azərbaycandan gəlib balıq vətəgəsində muzdla işləyən ailələr olmuşdur. Kənddə Xurşud kənd məscidi dini icması fəaliyyət göstərir.
Adi turşəng
Adi turşəng (lat. Oxalis acetosella) — turşəng cinsinə aid bitki növü.
Hündür turşəng
Hündür turşəng (lat. Oxyria elatior) - turşəng cinsinə aid bitki növü.
Kürkənd (Neftçala)
Kürkənd, Novo Vasilyevka — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 15 may 2003-cü ilə qədər kəndin adı Novovasilyevka olmuşdur. Bu tarixdən sonra kəndin adı Kürkənd olaraq dəyişdirilmişdir. 17 iyun 2003-cü il tarixində Kürkənd kəndi Neftçala şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kürkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yenikənd kənd inzibati ərazi dairəsinin tərkibindəki 2 №-li Mayak qəsəbəsi Kürkənd kənd inzibati dairəsinin tərkibinə verilmişdir. == Təhsil == Neftçala Peşə Məktəbi burada yerləşir. Məktəb 1978-ci ildə yaradılıb. Məktəbdə aşağıdakı ixtisasalar üzrə kadr hazırlanır: 1. Elektrik sayğaclarının istismarı üzrə elektrik montyoru və enerji nəzarətçisi 2. Traktorçu – maşinist 3.
Kürkənd (Şərur)
Kürkənd (əvvəlki adı: Kürdkənd) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsi tərkibindəki Kürdkənd kəndi Kürkənd adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Kürçülü kəndi Kürkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kürçülü kənd inzibati ərazi vahidi yaradılmışdır.
Kürkənd bələdiyyəsi
== Kəndlər == Kürkənd (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Kürkənd (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Kürkəndi — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Bələdiyyələr == Kürkənd bələdiyyəsi (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə.
Xurşid (Həştrud)
Xurşid (fars. خورشيد‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Xurşid Abdullayeva
Xurşid Lütfəli qızı Abdullayeva (15 sentyabr 1959, Bakı) — klavesin sinfi üzrə Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Dövlət xor kapellasının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Xurşid Abdullayeva 15 sentyabr 1959-cu ildə Bakıda anadan olmuşdur. O, 1966–1977-ci illərdə Bülbül adına musiqi məktəbində təhsil almışdır. 1983–1988-ci illərdə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfində təhsilini davam etmişdir. Xurşid Abdullayeva 1989-cu ildə Belorusiyanın Minsk şəhərində professor Arturo Sakettinin (Vatikan) və 1992-ci ildə İngiltərədə Kolin Tilneyin (Kanada) klavesin üzrə ustad siniflərini başa vurmuşdur. O, 1998-ci ildə Moskva Dövlət Konservatoriyasında dosent İ.Zenaişvilinin sinfində bir illik ali ifaçılıq kurslarını bitirmişdir. Xurşid Abdullayeva 1995-ci ildən Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının müəllimi, 2001-ci ildən isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xor Kapellasının direktoru vəzifələrində işləyir. O, Türkiyə, Rusiya, İngiltərə, Belorusiyada konsert proqramları ilə çıxış etmişdir. Bir sıra elmi-tədqiqat işlərinin müəllifidir. Xurşid Abdullayeva 15 may 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Xurşid Davron
Xurşid Davron (özb. Xurshid Davron; 20 yanvar 1952, Səmərqənd) — özbək şair, yazıçı, esseist, dramaturq, tərcüməçi, publisist, tarixçi, Özbəkistanın xalq şairi (1999), Mahmud Qaşqarlı adına Beynəlxalq mükafatın (1989), Beynəlxalq Qızıl Qələm mükafatının (2009), Azərbaycanın "Müşfiq" mükafatı (5.06.2013) laureatı, Özbəkistan Respublikası Milli Məclisinin deputatı (2004). Xurşid Davron 1952-ci il yanvarın 20-də Səmərqənddə anadan olub. O məşhur nəqşibəndi Sufi Piri Ahmet Kasanı nəslindəndir. Səmərqənd rayonundakı 1 və 2 N-li orta məktəbdə təhsil alıb. Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib (1969–1977). "Yaş gvardiya" nəşriyyatında redaktor, redaksiya müdiri (1974–1989), "Kəmələk" nəşriyyatında direktor müavini, direktor (1989–1991) vəzifələrində işləyib. Özbəkistan Respublikası Mənəviyət və Mərifət Mərkəzi sədrinin müavini (1994–1996) olmuşdur. Xurşid Davron bir neçə şeir və nəsr kitabının müəllifidir. Özbəkistan Yazıçıları Birliyinin (1979), Asiya Yazıçılar Konqresinin (1996) üzvüdür.
Xurşid Mirzahidov
Xurşid Mirsabiroviç Mirzahidov (1971-ci il, Daşkənd) — Özbəkistanın Qırğızıstandakı səfiri (2020-ci ildən), Özbəkistan Milli Teleradio Şirkətinin sədri (2017) Özbəkistanın İnformasiya Texnologiyaları və Rabitəsinin İnkişaf Naziri (2015–2017). Xurşid Mirzahidov 1971-ci ildə Daşkənd şəhərində anadan olub. 1995-ci ildə Daşkənd Elektrotexniki Rabitə İnstitutunu radio rabitəsi, radio yayımı və televiziya ixtisası üzrə, 2004-cü ildə isə Özbəkistan Respublikası Prezidenti yanında İctimai və Dövlət İnşaat Akademiyasında Ali İş Məktəbini bitirib. Xurşid Mirzahidov Biznes İdarəçiliyi üzrə magistr dərəcəsinə malikdir. Prezidentin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə Xurşid Mirzahidov Özbəkistanın yeni yaradılan İnformasiya Texnologiyaları və Rabitəsinin İnkişaf Nazirliyinə rəhbər təyin edildi və Milli Teleradio Şirkətinə keçənə qədər bu vəzifədə qaldı. 1994–1999-cu illərdə rabitə və informasiyalaşdırma sahəsində müxtəlif vəzifələrdə çalışıb. Rabitə Nazirliyi, Özbəkistan Poçt və Telekommunikasiya Agentliyində çalışıb. 1999–2001-ci illərdə Maliyyə şöbəsinin müdiri və Poçt və Telekommunikasiyanın İnkişafına Dövlət Dəstəyi Fondunun direktoru vəzifəsində çalışıb. 2001–2002-ci illərdə "Özbəktelekom" Səhmdar Cəmiyyətinin baş direktor müavini vəzifəsini tutmuşdur. 2002–2003-cü illərdə Özbəkistan hökumətinin Rabitə və İnformasiya Texnologiyaları Kompleksi rəhbərinin katibliyinin müdiri olub.
Xurşid Məmmədov
Xurşud Bayramqulu oğlu Məmmədov — Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru, Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon və Astara Rayon partiya komitələrinin birinci katibi, Azərbaycan Kommunist Universitetinin əvvəlcə rektorunun tədris işləri üzrə müavini, daha sonra isə rektoru. Xurşud Məmmədov 1906-cı ildə Qaryagin rayonunda doğulmuşdur. 1927-ci ildə 7 illik məktəbi bitirdikdən sonra həm ordud xidmət etmiş, həm də tam orta təhsil almışdır. Xurşud Məmmədov əmək fəaliyyətinə Azərbaycan Kommunist Partiyası Qaryagin Rayon Komitəsində başlamışdır. O, 1936-cı ildə 26 Bakı Komissarı adına Zaqafqaziya Kommunist Universitetini, daha sonra isə orada aspiranturanı bitirərək Tiflis Ali Partiya Məktəbi və Bakı Ali Partiya Məktəbində tarix fənni üzrə dərs keçmişdir. Xurşud Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında işləmişdir. O, Azərbaycan Kommunist Universiteti rektorunun tədris işləri üzrə müavini, daha sonra isə rektoru işləmişdir. Xurşud Məmmədov 1944-cü ildən 1948-ci ilədək Azərbaycan Kommunist Partiyası Astara Rayon Partiya Komitəsinin birinci katibi, 1948–1951-ci illərdə Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi, 1951–1954-cü illərdə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru, 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Respublika Partiya Məktəbinin direktoru, 1995–1961-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. Məmmədov Xurşud Bayramqulu oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu.
Xurşid Qacar
Xurşid Rəhim xan qızı Qacar (Naxçıvanski) (1894, Naxçıvan – 1963, Bakı) — Azərbaycan opera müğənnisi (lirik soprano), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). Azərbaycandan kənarda vokal təhsili almış ilk azərbaycanlı qadınlardan biridir. Xurşid Qacar 1894-cü ildə Naxçıvan şəhərində Rəhim xan Naxçıvanskinin ailəsində anadan olmuşdur. Peşəkar vokal təhsilini Moskva Konservatoriyasında (professor U. Mozettilinskinin sinfi) almış, 1915-ci ildə buranı bitirmişdir. Təhsilini tamamladıqdan sonra Moskvada Maarif Komissarlığının incəsənət şöbəsində işləmiş, 1919–1924-cü illərdə Moskva estrada ansamblının solisti olmuşdur. Xurşid Qacar 1924–1934-cü illərdə Azərbaycan Opera və Balet Teatrında fəaliyyət göstərmiş, Gülzar ("Şah İsmayıl", Müslüm Maqomayev), Xurşidbanu, Gülçöhrə və Asya, Gülnaz ("Şah Abbas və Xurşidbanu", "Arşın mal alan", "O olmasın, bu olsun", Üzeyir Hacıbəyov), Mikaela ("Karmen", Jorj Bize) və başqa partiyalarda çıxış etmişdir. 1934-cü ildən "Azərnəşr"də öz təşəbbüsü ilə yaradılmış musiqi nəşriyyatının müdiri işləmiş, eyni zamanda 1935-ci ildə Azərbaycan Opera və Balet Teatrı nəzdində studiya yaradaraq tələbələrin ifasında "Demon" (Anton Rubinşteyn), "Çar gəlini" (Nikolay Rimski-Korsakov) operalarını tamaşaya hazırlamışdır. "Dügah", "Rast", "Segah-Zabul" muğamlarının nota alınmasına töhfə vermişdir. Xurşid Qacar 1963-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Xurşud Dövran
Xurşid Davron (özb. Xurshid Davron; 20 yanvar 1952, Səmərqənd) — özbək şair, yazıçı, esseist, dramaturq, tərcüməçi, publisist, tarixçi, Özbəkistanın xalq şairi (1999), Mahmud Qaşqarlı adına Beynəlxalq mükafatın (1989), Beynəlxalq Qızıl Qələm mükafatının (2009), Azərbaycanın "Müşfiq" mükafatı (5.06.2013) laureatı, Özbəkistan Respublikası Milli Məclisinin deputatı (2004). Xurşid Davron 1952-ci il yanvarın 20-də Səmərqənddə anadan olub. O məşhur nəqşibəndi Sufi Piri Ahmet Kasanı nəslindəndir. Səmərqənd rayonundakı 1 və 2 N-li orta məktəbdə təhsil alıb. Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib (1969–1977). "Yaş gvardiya" nəşriyyatında redaktor, redaksiya müdiri (1974–1989), "Kəmələk" nəşriyyatında direktor müavini, direktor (1989–1991) vəzifələrində işləyib. Özbəkistan Respublikası Mənəviyət və Mərifət Mərkəzi sədrinin müavini (1994–1996) olmuşdur. Xurşid Davron bir neçə şeir və nəsr kitabının müəllifidir. Özbəkistan Yazıçıları Birliyinin (1979), Asiya Yazıçılar Konqresinin (1996) üzvüdür.
Xurşud Məmmədov
Xurşud Bayramqulu oğlu Məmmədov — Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru, Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon və Astara Rayon partiya komitələrinin birinci katibi, Azərbaycan Kommunist Universitetinin əvvəlcə rektorunun tədris işləri üzrə müavini, daha sonra isə rektoru. Xurşud Məmmədov 1906-cı ildə Qaryagin rayonunda doğulmuşdur. 1927-ci ildə 7 illik məktəbi bitirdikdən sonra həm ordud xidmət etmiş, həm də tam orta təhsil almışdır. Xurşud Məmmədov əmək fəaliyyətinə Azərbaycan Kommunist Partiyası Qaryagin Rayon Komitəsində başlamışdır. O, 1936-cı ildə 26 Bakı Komissarı adına Zaqafqaziya Kommunist Universitetini, daha sonra isə orada aspiranturanı bitirərək Tiflis Ali Partiya Məktəbi və Bakı Ali Partiya Məktəbində tarix fənni üzrə dərs keçmişdir. Xurşud Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında işləmişdir. O, Azərbaycan Kommunist Universiteti rektorunun tədris işləri üzrə müavini, daha sonra isə rektoru işləmişdir. Xurşud Məmmədov 1944-cü ildən 1948-ci ilədək Azərbaycan Kommunist Partiyası Astara Rayon Partiya Komitəsinin birinci katibi, 1948–1951-ci illərdə Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi, 1951–1954-cü illərdə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru, 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Respublika Partiya Məktəbinin direktoru, 1995–1961-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. Məmmədov Xurşud Bayramqulu oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu.
Xücənd FK
Xücənd FK (fars. دسته فوتبال خجند‎, Dastai Futboli Xujand) — Xücənd şəhərini təmsil edən Tacikistan futbol klubudur. Hal-hazırda Tacikistan Liqasında mübarizə aparır və liqanın ən güclü klublarındandır. Xücənd FK əvvəllər Miner kimi tanınan Pomir adlanan klubun məşq bazasında 1976-cı ildə yaradılmışdır. Klubun ilk baş məşqçisi Vladimir Burin olmuşdur. Xücənd FK 15 ilə yaxın Mərkəzi Asiyanın Çempionlar Liqasının B Liqasında mübarizə aparmışdır. Xücənd FK öz ev oyunlarını Spartak Stadionunda keçirir. Stadion şəhərin mərkəzində yerləşmişdir. Xücənd FK-ın bu liqada ən yaxşı göstəriciləri 1983 və 1986-cı illərdə 8-ci, 1990-cı ildə ikinci, 1991-ci ildə isə üçüncü yeri tutması olmuşdur. Tacikistan müstəqilliyini elan etdikdən sonra Xücənd FK 1998, 2002 və 2008-ci ildə Tacikistan Kubokunun qalibi olmuşdur.
Xürənc (Piranşəhr)
Xürənc (fars. خرنج‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 640 nəfər yaşayır (116 ailə).