Xuqənd xanlığı

Kokand xanlığı (özb. Qo'qon xonligi) — 1709–1876-cı illərdə mövcud olmuş və indiki Özbəkistanın əsasən Şərq hissəsində yaranmışdır.

xanlıq
Kokand xanlığı
خانات خوقند
Qo‘qon Xonligi
Kokand xanlığı 1850-ci ildə
Kokand xanlığı 1850-ci ildə
 
1709 — 1876

Paytaxt Kokand
Dilləri fars dili
Rəsmi dilləri Özbək dili, Fars dili[1][2]
Dövlət dini İslam (sünni)
Ərazisi
  • 220.000 km²
Əhalisi
  • 2.000.000 nəf.
İdarəetmə forması Monarxiya
Xan
 • 1709—1722 Şahrux bəy (ilk)
 • 1875–1883 Nəsruddini xan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orta Asiya xanlıqlarından ən böyüyü Kokand xanlıgı idi. Xanlıgın ərazisi Fərqanə vadisi idi ki, burada özbək, tacikqırğızlar yaşayırdılar. Daşkənd bu xanlıgın tərkibinə daxil idi və əlverişli cografi mövqed yerləşirdi. Əkinçilikköçəri rayonları birləşdirən nöqtdə yerləşən Daşkəndin cografi mövqeyi qədimdən onun inkişafına əlverişli təşir göştərirdi.

Orta Aşiya ilə Rusiyanın iqtişadi əlaqlərinin inkişafı Daşkəndin ticarət əhəmiyyətini artırdı. Daşkənd və bir çox şərhədə məntəqələri ugrunda xanlıqlar araşında uzun şürən müharibələr gedirdi. Kokand xanlıgında Kokand və Daşkənddən başqa əhalişi ticarət və şəntkarlıqla məşgul olan Əndican, Nəməngan, Mərğilan, Xücənd, Çimkənd kimi şəhərlər var idi.

1709-cu ildə Şeybani əmirlərindən olan Şahrux xan Minglər Buxara xanlığından ayrılaraq Fərqanə vadisinin qərb hissəsində yerləşən ərazidə öz müstəqilliyini elan etmiş və kiçik Kokand şəhərində öz qəsirini tikdirmişdir. Bununla da xanlığın əsası qoyulmuşdur. Xanlığın ərazisi Şahrux xanın oğlu Əbd əl-Kərim və onun nəvəsi Narbuta bəyin hakimiyyətləri dövründə daha da genişləndirilmişdir. XIX əsrdə Alim Məhəmməd və Məhəmməd Əli xanın zamanında Daşkənd (1800) və Yəs şəhərləri də daxil olmaqla xanlığın ərazisi Balxaş gölünə qədər uzanmışdır. Həmin dövrdə Daşkəndin əhalisi 100.000 nəfər idi və o Mərkəzi Asiyanın ən zəngin şəhəri idi. Xanlıq həmçinin 1826-cı ildə Şərqi Türküstanın ən önəmli şəhəri olan Kaşğarı ələ keçirmişdir. Onu da qeyd edək ki, təkcə Daşkənd şəhəri 1840–1860-cı illərdə yeddi dəfə Kokand və Buxara xanlıqları tərəfindən "işğal edilmişdir". Rus ordusu 1865-ci ilin 16 mayında Daşkəndə döyüşsüz girmiş və Daşkəndin məğlubiyyəti ilə xanlıq əhəmiyyətli dərəcədə sarsılmışdır. İşğaldan sonra şəhər imperator II Aleksandrın himayəsi altında müstəqil xanlıq kimi qalmış, Çernyayev isə Daşkəndin hərbi qubernatoru təyin edilmişdir. 1866-cı ilin sonlarına yaxın Kokand şəhəri də ruslar tərəfindən zəbt edilmişdir, lakin 1868-ci ilin yazında Buxara əmiri ruslara qarşı müqəddəs müharibə, "cihad" elan etmişdir. Ciddi müqavimətə baxmayaraq, rus qoşunları Səmərqəndə daxil olmuş və bu dəfə "Türküstan General Qubernatorluğu" tərkibində, işğal olunmuş torpaqlardan ibarət Zərəşan mahalı yaradılmışdır. 1867-ci ilin 17 iyulunda Rus carı "Türküstan General Qubernatorluğu"nun qurulması ilə bağlı fərman imzaladı. Bu vəzifəyə alman əsili general Konistantin von Koufman gətirildi. İşğaldan azad olmaq üçün 1875-ci ildə mübarizəyə başlayan və özünü xan elan edən Nəsrəddin xana qarşı döyüşən rus ordusu elə həmin il Nəməngana girmiş və üsyan yatırılmışdır. Kokand qısa müddət ərzində rus əsarətindən azad olsa da von Koufmanın təyin etdiyi polkovnik Skobolyev 1876-cı ildə ərazini tam olaraq işğal etmiş və üsyanın rəhbərlərindən olan Polat bəy edam olunmuşdur. Bu tarixdən etibərən xanlıq tamamən Rusiyanın tabeliyinə kemiş və 1876–1885-ci illər arasında ruslar tərəfindən çoxlu edamlar həyata keçirilmişdir. Rusiya əlehinə üsyandan istifadə edən II Aleksandr 1876-cı ildə Kokand xanlığını ləğv etdi. 1915-ci ildə Kokand xanlığını yenidən qura bilmək üçün üsyan başladı və 1916-cı ildə üsyan bütün Fərqanəni bürüdü. 1917-ci ildə Rusiyada baş verən çevrilişdən sonra 9 dekabr 1917-ci il — 20 fevral 1918-ci il ərzində üç ay sürən Kokand Cümhuriyyəti mövcud olmuşdur. Bu Cümhuriyyətə də ruslar tərəfindən son qoymuşdur. Orta Asiyanın ən strateji bölgələrindən biri olan Fərqanə vadisində qurulmuş olan xanlığın son xanlarından olan Xudayar xanın sarayı hal-hazırda müzey kimi istifadə edilir.

  • I Şahrux 1709–1722
  • Əbdürrəhman 1722–1739
  • Əbdülkərim 1739–1746
  • Ərdanə bəy Ərdani 1746–1770
  • Süleyman 1770
  • II Şahrux 1770
  • Narbuta bəy 1770–1800
  • Alim Məhəmməd 1800–1809
  • Məhəmməd Ömər 1809–1822
  • Məhəmməd Əli 1822–1842
  • Şir Əli 1842–1845
  • Murad bəy 1845
  • Məhəmməd Xudayar xan 1845–1858 ; 1862–1863 ; 1866–1875
  • Molla Maqsud bəy 1858–1862
  • Şah Murad 1862
  • Məhəmməd sultan 1863–1866
  • Nasirəddin 1875–1876
  • Polad xan 1876
  • Nəsruddin xan (1875–1883)
  1. Olivier Roy. "The New Central Asia: Geopolitics and the Birth of Nations". I.B.Tauris. 2007. 3-4–10. 30 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2017.

    .... the court language was Persian at Bukhara and Kokand, in other words the language of the Tajiks, which at the time was seen as the main cultured language. The idea of associating a territory with an ethnic group defined by language was alien to the political ideas of the Muslims of Central Asia. These populations were, and still are widely intermingled, so that infra-ethnic identitics (tribal, clan, locality, family, etc) were more important in determining loyalties than strictly ethnic origin... Persian was the language of civilisation par excellence from Delhi to Samarkand, passing via Lahore and Kabul, and this remained the case until the early twentieth century. The emirates of Kokand and Bukhara had Persian as their official language right up to their dissolution (in 1876 and 1920 respectively)

  2. Chahryar Adle, Irfan Habib (2003), History of Civilizations of Central Asia: Development in contrast , p.81
  1. Сычёв Н.В. Книга династий. — М.: "АСТ", "Восток-Запад", 2005 — (Серия Историческая библиотека). — 959 стр. ISBN 5-17-032495-2 (ООО "Издательство АСТ"), ISBN 5-478-00092-2 (ООО "Восток-Запад")
  2. История Средней Азии. Сборник исторических произведений / Составители А.И.Булдаков, С.А.Шумов, А.Р.Андреев. — М.: "Евролинц", "Русская панорама", 2003 — (Серия "История стран и народов"). — 504 стр., 237 библ. ISBN 5-93165-072-5