Yaşıl yarpaq, qızılgül

Yaşıl yarpaq, qızılgül - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Qədimlərdə əkin başlananda, torpağa xış-kotan ağzı dəyəndə əsil bayram olduğu kimi əkin qurtaranda da müxtəlif mərasim və şənliklər keçirilərdi. Şum qurtarandan sonra qız-gəlinlər tellərinin uclarını gül-çiçəklə bəzəyər, çəmənlikdə "Yaşıl yarpaq, qızılgül" oyunu oynayardılar.

Oyunun qaydaları[redaktə | mənbəni redaktə et]

Bir neçə uşaq cəm olub sanama yolu ilə usta(başçı, ya molla) seçirlər.

Oyun iştirakçıları dairə vurub bir-birinin əlindən tuturlar. Sonra usta(başçı, ya molla) bir bənd mahnı oxuyar, qalanları isə əl çala-çala "yaşıl yarpaq, qızılgül" deyərlər. Daha sonra isə ustanın(başçının, ya mollanın) göstərişi ilə oyun iştirakçılarının hərəsi bir bənd mahnı oxuyar, qalanları isə əl çala-çala "yaşıl yarpaq, qızılgül" deyərlər.

Oymaqdan, ay oymaqdan,
Öldüm xına qoymaqdan.
Barmaqlarım yanıbdı
Çubuğa od qoymaqdan.

Hamı:

Yaşıl yarpaq, qızılgül.

Köynəyi yaşıl oğlan,
Gəl gey, yaraşır, oğlan.
Anam sənə qız verməz
Gəl məni qaçır, oğlan.

Hamı:

Yaşıl yarpaq, qızılgül.

Oyun beləcə davam edir. Mahnı oxumağa söz tapa bilməyən oyunçu oyundan çıxarılır. Sona qalan oyunçu qalib sayılır.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]