Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təhlükəsizlik yastığı
Təhlükəsizlik yastığı (ing. airbag) — nəqliyyat vasitələrində passiv təhlükəsizlik sistemi (SRS, Supplemental Restraint System). Elastik örtüyə malikdir və içərisi hava və ya başqa qazlarla doldurulur. Təhlükəsizlik yastıqları avtomobil toqquşması zamanı zərbə riskinin minimum həddə olması üçün istifadə olunur. Təhlükəsizlik kəməri ilə birlikdə tətbiq olunmalıdır. == Tarixi == İlk dəfə keçən əsrin 40-cı illərində təhlükəsizlik yastıqlarına oxşar təchizat təyyarələrdə istifadə olunurdu və ilk patentlər 50-ci illərdə tərtib edilmişdi. Amerika ixtiraçısı Allen Brid avtomobillərdə təhlükəsizlik yastığının əsas komponenti olan, toqquşmanı təyin edən diyircəkli datçiki yaratdı. O öz ixtirasın 1967-ci ildə Kraysler şirkətinə təqdim etdi. == Üstünlüklər == Təhlükəsizlik yastığı başın zədələnməsini və təhlükəsizlik kəməri ilə birlikdə sərnişinin yuxarı ətraflarının avtomobil salonunun hər hansı hissəsi ilə toqquşaraq ağır zədə almasının qarşısını alır. Həmçinin bu yastıq zərbənin gücünü zəiflədərək ağır travmaların qarşısını alır.
Çoban yastığı
Çobanyastığı (lat. Matricaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Dünya florasının tərkibində çobanyastığının 50 növü yayılmışdır. Cinsin Qafqazda 3, o cümlədən Azərbaycanda 2 növünə təsadüf edilir. Botanika elmində işlədilən bitki adlarının nomenklaturasında dərman çobanyastığı başqa adla, yəni səhv olaraq "vulgare" kimi təqdim edilmişdir. Sonralar 1708–1777-ci illərdə yaşamış alman botaniki Haller bitkiyə "matircaria" adı vermişdir. Matircaria latın sözü olub "balalıq" və "uşaqlıq", "mater" isə "ana" mənalarını verir. Alim çobanyastığının güclü mualicəvi təsirə malik olduğunu qeyd edərək bildirir ki, bitki ilə bir çox xəstəlikləri, o cümlədən də "uşaqlığı" müalicə edirmişlər. Bitkinin növ adı isə "rectuta"dır (recutitus — hamar, çılpaq sözlərindən götürülmüşdür). Qədim romalılar isə bitkiyə "chamaemelon" adı vermişlər.
Yüngül atletika
Yüngül atletika — dünyanın ən qədim idman növlərindən biri. Beynəlxalq qaydalara əsasən artıq "yüngül" sözündən istifadə edilmir. Atletika olimpiya idman növüdür. Atletika 5 böyük hissəyə ayrılır ki, burada qaçış növləri, tullanmalar, atmalar,çoxnövçülük və idman yerişi daxildir. Ümumilikdə Atletikada 47 növ vardır. == Tarixi == İlk qaçış yarışının e.ə. 3800-cü ildə Misirdə təşkil edildiyi bilinməkdədir. Amma yüngül atletikanın yaranma tarixi qədim Olimpiya oyunlarının yaranma tarixi ilə eyni dövrə, yəni e.ə. 776-cı ilə təsaduf edir. Qədim Olimpiya oyunları, yalnız idman yarışmalarının təşkil edildiyi bir fəaliyyət deyil, eyni zamanda idmanın sənət və mədəniyyətlə birləşdiyi böyük şənliklər idi.
Yüngül aviadaşıyıcı
Yüngül aviadaşıyıcı bir ordunun standart gəmilərindən daha kiçik olan bir təyyarə gəmisidir. Dəqiq tərif ölkədən ölkəyə fərqli olsa da, bu gəmilər standart gəminin yarısı və ya üçdə ikisi ölçüsündə ola bilərlər. Yüngül təyyarə daşıyıcıları bir çox cəhətdən müşayiət gəmiləri ilə oxşar konsepsiyaya malikdirlər. Bununla belə, müşayiət gəmiləri amfibiya (dəniz və quru) əməliyyatları zamanı konvoyu mühafizə etmək və hava dəstəyini təmin etmək vəzifəsini yerinə yetirərkən, yüngül aviadaşıyıcılar daha yüksək sürət üçün nəzərdə tutulmuşdurlar. İspaniyalı Xuan Karlos universal desant gəmisi-dir, lakin Harrier II idarə edə bilir və Anadolu da yüngül təyyarə gəmisi kimi qəbul edilir.
Yüngül pulemyot
Yüngül pulemyot bir əsgər üçün köməkçiyə ehtiyac olmadan daşımaq və istifadə etmək üçün hazırlanmış bir silahdır. Ümumiyyətlə cəbhə bölgələrində piyada dəstəyi üçün istifadə olunur. Yüngül pulemyotlar normal silah və ya taktiki vasitə kimi də təsvir edilə bilər. İlk yüngül pulemyot, Birinci Dünya müharibəsi əsnasında ingilislərin piyada əsgərlərə dəstək məqsədilə istehsal etdikləri Lewis pulemyotu idi. Müharibənin sona çatması ilə müəyyən kiçik zonalarda və modern piyada dəstələrinin təcili olaraq ehtiyac duyduğu ərazilərdə istifadə olunmağa başlandı. Yüngül pulemyotlar hərəkət halında və ya belə söykənərək istifadə edilə bilinsə də, bu çox da lazım olmadı. Adətən ayrıc dəstəyi ilə üzü üstə vəziyyətdə istifadə olunurdu. Brengun və ya BAR kimi yüngül pulemyotlarda bir bəslənmə darağı vardı. MG 34 və s. pulemyotlar həm daraq, həm də mayonla qidalanırdı.
Yüngül tank
Yüngül tank sürətli hərəkət üçün hazırlanmış və bu gün ilk növbədə kəşfiyyat məqsədləri üçün və ya əsas döyüş tankının dəstəklənməsi üçün uyğun olmayan yerlərdə səfər qüvvələrini dəstəkləmək üçün, istifadə olunan bir tank variantıdır. İlk yüngül tanklar ümumiyyətlə zirehli maşınlar kimi zirehli quruluş və silahlarla təchiz edilmişdi, lakin tırtıldan istifadə etmələri sahədəki üstün hərəkətliliklərinin təminatçısı idi.
Bren (yüngül pulemyot)
Bren (ingiliscə tam adı Bren Light Machine Gun) - Çexoslovakiya və İngiltərənin birlikdə istehsal etdiyi yüngül pulemyotdur. 1938-ci ildə xidmətə qəbul edilmiş və 1958-ci ildə xidmətdən kənarlaşdırılmışdır. Bənzər versiyası olan L4 hələ də Böyük Britaniya tərəfindən istifadə olunur. 550 metrlik effektiv mənzilə malik Bren kifayət qədər yüngül silahdır. Bu silah .303 British 7.92x57mm Mauser (İkinci dünya müharibəsi dövründə Çin üçün) və 7.62×51mm NATO (İkinci dünya müharibəsindən sonra) tipli güllələrdən istifadə etmişdir. 1938–1966-cı illərdə ümumi olaraq 5,400,000 ədəd istehsal edilmişdir. İkinci dünya müharibəsi, Ərəb-İsrail müharibələri, Birinci Hindçin müharibəsi, Süveyş böhranı, Vyetnam müharibəsi, Folklend müharibəsi kimi bir çox müharibələrdə müxtəlif tərəflər tərəfindən istifadə edilmişdir.
Lewis (yüngül pulemyot)
Lewis pulemyotu Amerika Birləşmiş Ştatları və İngiltərənin birlikdə istehsalı olan yüngül pulemyotdur. Silah müharibə zamanı Britaniya İmperiyası qoşunları tərəfindən geniş istifadə edildi və Koreya müharibəsinin sonuna qədər bir ayırıcı lülə soyutma ötürücüsü və üstə quraşdırılmış tambur maqazin ilə istifadə edilmişdir. == Qısa məlumatlar == Konstruktor: The Birmingham Small Arms Company Limited Konstruksiya tarixi: 1911 İstehsalçı: The Birmingham Small Arms Company Limited Savage Arms Co.
Owen (yüngül pulemyot)
Owen, Avstraliya istehsalı olan yüngül pulemyotdur. Silah 1939-cu ildə Evelyn Owen tərəfindən yaradılıb və İkinci dünya müharibəsi zamanı Avstraliya ordusunun əsas yüngül pulemyotu olmuşdur. Silahı 1943-cü ildən 1960-cı illərin ortalarına qədər istifadə etmişlər.
Sterling (yüngül pulemyot)
Sterling, Böyük Britaniya istehsalı olan yüngül pulemyotdur. Silah, 1944-cü ildə Sten pulemyotunun yerini alması üçün dizayn edilib və 1953-cü ildə istehsalına başlanılmışdır. 1994-cü ildə yerini L85A1 piyada silahına buraxıb.
Türkiyədə yüngül sənaye
Türkiyənin yüngül sənayesi — Türkiyənin toxuculuq, geyim və dəri sənayesində istehsal sənayesində çalışanların üçdə birindən çoxu çalışır (müxtəlif mənbələrə görə, 750 mindən 1,9 milyon nəfərə qədər və toxuculuq və geyim sənayesində təxminən 40 min şirkət fəaliyyət göstərir). Özəl xarici və Türkiyə dövlət kapitalının yüngül sənayedəki payı azdır. Çin, Vyetnam, Hindistan, Banqladeş və Pakistandan ucuz məhsulların bazara daxil olması bir çox türk şirkətlərinin daha bahalı qiymət seqmentinə keçməyə məcbur etdi. Onlar marka məhsulların istehsalını mənimsədilər. == Tekstil sənayesi == Toxuculuq sənayesi Türkiyə iqtisadiyyatının ən qədim və aparıcı sahələrindən biridir. 1980-ci ildə həyata keçirilən iqtisadi islahat toxuculuq mallarının ixracının artmasına və yeni toxuculuq avadanlıqlarının idxalına kömək etmişdir. 2002-ci ildə toxuculuq sənayesində 16,6 milyard dollarlıq (1990-cı ildə — 8,8 milyard) məhsul istehsal olunmuş və 6.2 milyard dollarlıq (1990-cı ildə — 3.1 milyard) məhsul ixrac edilmişdir. 2005-ci ildə 17.5 milyard dollar dəyərində tekstil məhsulları istehsal edildi; 2006-cı ildə tekstil ixracatı 8.1 milyard dollara çatmişdır (o cümlədən parçalar — 3.1 milyard, lif və iplik — 1.7 milyarddan çox). 2009-cu ildə Türk toxuculuq məhsullarının ən böyük alıcılarının ilk onluğuna Rusiya (15%), İtaliya (9,7%), Almaniya (6.1%), Rumıniya (4.6%), Polşa (4.3%), İran (4,1%), Bolqarıstan (3,8%), Böyük Britaniya (3,2%), Misir (2,9%) və ABŞ (2,9%) daxil idi. Tekstil ixracatının əsas məhsullarını sintetik parçalar, pambıq parçaları, iplər və ipliklər, yun parçalar təşkil etmişdır.
Yüngül relsli sistem
Yüngül relsli sistem, Yüngül dəmir yolu və ya Müasir dekovil, daha yüksək həcmlərdə işləyən şəhər tramvay sistemidir. Dekovil, 40 ilə 60 sm arasındakı relslərdə hərəkət edə bilmək üçün hazırlanmış və maşın, heyvan və ya insan gücü ilə hərəkət etdirilə bilən vaqonlardır. 1875-ci ildə Paul Decauville tərəfindən Fransada qurulan şirkət tərəfindən istehsal edilən bu vasitələr zaman keçdikcə bu ad (dekovil) ilə məşhurlaşdı. Yüngül relsli sistemlərdə istifadə olunan vaqonlar adi tramvaylara nisbətən daha sürətli olsalar da, metro vaqonlarına nisbətən daha yüngüldürlər. Son zamanlarda, ağır dəmir yolu sistemləri ilə qarşılaşdırıldıqda, nisbətən ucuz və artan etibarlılığına görə bu sistemlərə daha çox üstünlük verilir.
Yüngül tipli təyyarə
Yüngül təyyarə, maksimum uçuş çəkisi 12.500 funt (5.670 kq) və ya daha az olan bir təyyarədir. Sabit və ya fırlanan qanadları olan yüngül təyyarələr dünyada həm mülki, həm də hərbi məqsədlər üçün geniş istifadə olunur. Hobbi uçuşlara əlavə olaraq, yüngül təyyarələr və vertolyotlar sərnişin daşınması, valyuta atma, elektrik kabellərinə nəzarət və pestisidlərin çilənməsi kimi bir çox fərqli işlərdə istifadə olunurlar.
Qəhrəmanlara Eşq Olsun! (1981)
O olmasın, bu olsun
O olmasın, bu olsun (film, 1956) — 1956-cı ildə çəkilən film. O olmasın, bu olsun (operetta) — Üzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası (1911).
Tövbələr olsun (serial, 2020)
Tövbələr olsun (türk. Tövbeler olsun) — 9 avqust 2020 tarixində başlayan və 25 mart 2021-ci ildə bitən Türkiyə istehsalı komediya serialıdır. == Məzmun == İşində bacarıqlı, ancaq həddən ziyadə pinti olan ləl-cəvahirat istehsalçısı və eyni zamanda, Horanta Holdinqin sədri olan Namzet Horantanın pintilikdən comərdliyə doğru olan yolundan bəhs edir. Bu dəyişiklik sırasında "xətmi gülüm" dediyi həyat yoldaşı Lətifənin və oğulları Sinanla Buğranın da dəyişdiyini hiss etdirir.
Tövbələr olsun (teleserial, 2020)
Tövbələr olsun (türk. Tövbeler olsun) — 9 avqust 2020 tarixində başlayan və 25 mart 2021-ci ildə bitən Türkiyə istehsalı komediya serialıdır. == Məzmun == İşində bacarıqlı, ancaq həddən ziyadə pinti olan ləl-cəvahirat istehsalçısı və eyni zamanda, Horanta Holdinqin sədri olan Namzet Horantanın pintilikdən comərdliyə doğru olan yolundan bəhs edir. Bu dəyişiklik sırasında "xətmi gülüm" dediyi həyat yoldaşı Lətifənin və oğulları Sinanla Buğranın da dəyişdiyini hiss etdirir.
Yunus Əmrə. Salam olsun. Divan
Yunus Əmrə. Salam olsun. Divan — Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətovanın tərtib edib hazırladığı Yunus Əmrə Divanı. == Haqqında == Kitaba Yunus Əmrənin "Risalə-tün-Nüshiyyə" didaktik məsnəvisi və 417 şeiri Mustafa Tatçının tərtibindən alınaraq daxil edilmişdir. Bunlardan da 117 şeir sırf Mustafa Tatçı tərəfindən tapılıb və əvvəlki divanların heç birində olmayan şeirlərdən ibarətdir. Bundan başqa, Divandakı 2 şeir isə Vatikan nüsxəsinə aid olan və yeni tapılan şeirlər, 17 şeir isə Fateh Köksalın aşkar etdiyi poetik nümunələrdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yunus Əmrə Divanında ana mənbə kimi 1965, 1971, 2011-ci illərdə Ədülbaqi Gölpınarlı tərəfindən Türkiyədə çap edilmiş nəşrlər əsas götürülmüşdür. == Tədqiqi == Türkiyədə Yunus Əmrənin həyatı və yaradıcılığının tədqiqi və nəşri istiqamətində böyük işlər görülmüşdür. Əmrəşünaslıq türk ədəbiyyatşünaslıq elminin mühüm bir istiqamətini təşkil edir. Türkiyə dünya Əmrəşünaslıq elminin əsas mərkəzidir.
Azər Əhmədov (yüngül atlet)
Tip 63 yüngül tankı
Type 63 yüngül tankı — Norinco Type 63 Çin istehsalı olan suda-quruda hərəkət edən tankdır. 1963-cü ildə istehsalına başlanılıb. SSRİ istahsalı olan PT-76-nin surətidir. WZ211 olaraq da tanınır.
Yüngül kommersiya nəqliyyat vasitəsi
Yüngül kommersiya nəqliyyat vasitəsi (LCV) avtonəqliyyat və kommersiya məqsədli nəqliyyat vasitəsi növüdür. Avropa İttifaqında bu, ümumi çəkisi 3,5 tondan çox olmayan kommersiya nəqliyyat vasitələri üçün rəsmi termindir. İxtisaslaşdırılmış yüngül kommersiya avtomobillərinə pikaplar, panel furqonlar, mikrofurqonlar, mikroavtobuslar və üç təkərli nəqliyyat vasitələri daxildir.
O olmasın, bu olsun (operetta)
"O olmasın, bu olsun" (azərb-kiril. О олмасын, бу олсун, az-əbcəd. او اولماسین بو اولسون‎), həmçinin "Məşədi İbad" (azərb-kiril. Мәшәди Ибад, az-əbcəd. مشه‌دی ایباد‎; əsərin baş qəhrəmanının adından) — Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediya (operetta). Bu, Hacıbəyovun operetta janrında yazdığı ikinci əsəridir. Əsərdə müflisləşən və mənəviyyatca düşkünləşən zadəganlığın xəsisliyi, pulu gücünə fanatik inamı ilə seçilən varlı tacir zümrəsi ilə ittifaqa girmək cəhdi təsvir olunmuşdur. İnsanın mənəvi azadlığı və ləyaqəti uğrunda mübarizə aparan, pulun hökmranlığı və sosial-məişət qayda-qanunları ilə barışmayan yeni nəslin nümayəndələri köhnə cəmiyyətə qarşı qoyulmuşdur. Buradakı mənfi qəhrəmanlar arasında puluna görə yüksək təbəqələrin hörmət bəslədiyi Məşədi İbad əsas obrazdır. Əsərdə musiqi mühüm dramaturji rol oynayıb, hadisələrin gedişatına fəal yardım göstərir, qəhrəmanların xarakteristikasını dərinləşdirir.
Qəhrəmanlara eşq olsun! (film, 1981)
Əməyə eşq olsun (film, 1950)
O olmasın, bu olsun (film)
O olmasın, bu olsun — 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş film. Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. == Məzmun == Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin — Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur. == Filmin heyəti == === İstehsalçı heyət === === Rollarda === === Filmi səsləndirənlər === Əli Zeynalov — Sərvər (Arif Mirzəquliyev) Leyla Bədirbəyli — Gülnaz (Tamara Gözəlova) == İstehsal == Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S. Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır. Lakin bu ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır. Film Azərbaycanın ilk rəngli bədii filmidir. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər.
Ovsun
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Elizabet Olsen
Elizabet Çeyz "Lizzi" Olsen (16 fevral 1989, Los-Anceles) — ABŞ aktrisası. "Qodzilla" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Səssiz ev" (2011), "Humanitar elmlər" (2012), "Marta, Mersi Mey, Merlin" (2011) filmlərindəki rollarına görə tanınmışdır. "Marta, Mersi Mey, Merlin" filmindəki çıxışına görə bir neçə mükafatın laureatı olmuşdur. == İlk illəri və təhsili == Elizabet Olsen 1989-cu ildə şəxsi menecer Cernet Cerninin və ipoteka bankiri Devid Olsenin qızı kimi Los-Anceles şəhərinin Şerman Oaks adlı hissəsində anadan olmuşdur. Bacıları Meri-Keyt və Eşli Olsen hənc yaşdaykən TV şousunda məşhurlaşmışdılar. Trent Olsen adlı böyük qardaşı da var. 1996-cı ildə Elizabetin valideynləri boşanmışdırlar. Elizabet Olsen ata tərəfdən norveçli, ana tərəfdən ingilis kökləri var. Uşaq yaşlarında Elizabet balet və musiqi dərslərinə getmişdir. Kiçik ikən bacılarının filmlərində görünmüşdür.
Mansur Olson
Mansur Lloyd Olson (kiçik) (ing. Mancur Lloyd Olson Jr.; 22 yanvar 1932[…] – 19 fevral 1998[…]) — Amerikalı iqtisadçı, Merilend Universitetinin iqtisadiyyat professoru, 1972–1974-cü illərdə İctimai Seçim Cəmiyyətinin prezidenti. == Bioqrafiyası == 22 yanvar 1932-ci ildə Şimali Dakota ştatının Qrand Forks şəhərində (ABŞ) anadan olub. O, 1954-cü ildə Şimali Dakota Dövlət Universitetində Şimali Dakota Kənd Təsərrüfatı Kollecini Elmlər üzrə Bakalavr dərəcəsi ilə, 1960-cı ildə isə Rodos Təqaüdçüsü kimi Oksford Universitetində Universitet Kollecini İncəsənət Magistr dərəcəsi ilə bitirmişdir. 1963-cü ildə Harvard Universitetində fəlsəfə doktoru oldu. == Elmə töhfəsi == Olson, kollektiv fəaliyyət nəzəriyyəsi və maraq qrupları mövzusundakı işində qeyd etdi: qruplar qrup üzvləri üçün ictimai mal yaradır və frirayder effekti yaradır; kiçik qruplar böyük qruplardan daha effektivdir; sərbəst atlı təsirini aradan qaldıraraq, demokratik prosesin majoritar prinsiplərinə baxmayaraq, kiçik qruplar milli məhsulu öz xeyrinə yenidən bölüşdürür; böyük qrupların ümumi maraqlar çərçivəsində işləməsinə üç amil mane olur: ümumi faydada fərdin kiçik payı; alt qrupun (şəxsin) ictimai sərvətində kiçik bir pay onlara ictimai sərvətin əldə edilməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürməyə imkan vermir; təşkilat yaratmaq üçün yüksək ilkin (minimum) xərclər. Olson iştirakçı qruplarının (maraqlarının) təsnifatını təklif etdi: imtiyazlı — hər kəsin (və ya ən azı birinin) bütün xərcləri öz üzərinə götürmək lazım olsa belə, ictimai sərvəti əldə etmək motivi var; aralıq — iştirakçılardan heç biri ümumi faydanın əhəmiyyətli hissəsini almır; latent — hərəkətlərin (hərəkətsizliyin) digər iştirakçılara əhəmiyyətli dərəcədə təsir göstərmədiyi böyük bir qrup; unudulmuş — əlaqəsi olmayan nizamsız üzvlər və heç bir tədbir görməyən qrup. Olson öz dövlət yaradılması nəzəriyyəsini irəli sürdü: yalnız seçmə (şəxsi) motiv (təşviq və ya məcburetmə) gizli qrupa mənsub olan fərdləri onun maraqlarına uyğun hərəkət etməyə sövq edir; gizli qrupda selektiv motiv müəyyən bir əlavə məhsuldur ki, bu da alt qrup (fərdi) üçün əlavə effekt əldə etməyə imkan verir; "institusional skleroz" — siyasi sakitlik dövrü frirayder effekti yaradılmasına mane olan proseslərin inkişafına kömək edir; dövlət zorakılığın təşkilində başqalarından üstün olan quldurlar tərəfindən yaradılır: anarxiya şəraitində əhalidən ələ keçirilən gəliri maksimum dərəcədə artıran və nəzarət edilən ərazidə ələ keçirmələri inhisara alan köçəri quldurlar və sonradan məskunlaşan quldurlar arasında rəqabət var. əhalidən ələ keçirilən gəlirləri optimallaşdırmaq, ictimai sərvətlər yaratmağa başlamaq, qənaət etmək və investisiya qoymaq, bu da dövlət nizamının yaradılmasına, quldurların avtokratik hökmdarlara çevrilməsinə şərait yaradır; inkişaf etməmiş ölkələr ticarət və ixtisaslaşma yolu ilə sosial əməkdaşlıqdan bəhrələnməyə imkan verən institutlar yaratmaqla, mülkiyyət hüquqlarını qorumaqla və müqavilələrə zəmanət verməklə öz sərvətlərini artıra bilərlər.
Osun-Osoqbo
Osun-Osoqbo və ya Osun-Osoqbo müqəddəs meşəsi — Nigeriyanın Osun ştatında, Osoqbo şəhərindən kənarda, Osun çayının sahilində yerləşən müqəddəs bir meşədir. Osun-Osoqbo geniş şəhərləşmədən əvvəl əksər Yoruba şəhərlərinə qonşu olan müqəddəs meşələrin sonuncusudur. Qlobal əhəmiyyətini və mədəni dəyərini nəzərə alaraq, UNESCO 2005-ci ildə Osun-Osoqbonu Ümumdünya irsi siyahısına daxil etmişdir. 1950-ci illərdə Osun-Osoqbonun darmadağın edildiyi görüldü: ziyarətgahlara laqeyd yanaşılmış, xüsusi vəzifələr və sanksiyalar zəiflədiyi üçün keşişlər bağçanı tərk etmişdilər. Balıqçılıq, ovçuluq və bağda ağacların kəsilməsi kimi qadağan edilən fəaliyyətlər avstriyalı Suzanna Vanqerin gələrək ərazidə davam edən təhqirləri dayandırmasına qədər dəvam etdi. Yerli xalqın dəstəyi ilə Venqer, torpaq möhtəkirlərinə meydan oxumaq, brakonyerləri dəf etmək, ziyarətgahları qorumaq və müqəddəs məkanı yenidən Osoqbonun "müqəddəs ürəyi" olaraq bərpa etmək üçün uzun müddət davam edən "Yeni Müqəddəs İncəsənət" hərəkatını qurdu. == Osun-Osoqbo festivalı == Hər il avqust ayında meşədə Osun-Osoqbo festivalı qeyd olunur. Festival hər il minlərlə Osun ibadətçilərini, izləyiciləri və həyatın bütün sahələrindən turistləri cəlb edir. Osoqbo əhalisi üçün avqust, bayramlar, şəhərin ənənəvi təmizlənməsi və insanların əcdadları və Osoqbo Krallığının qurucuları ilə yenidən görüşməsinin ayıdır. Osun-Osoqbo festivalının 700 ildən çox bir tarixə sahib olduğu güman edilir.
Osun ştatı
Osun ştatı (ing. Osun State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun ərazisində axan Osun çayından gəlir.
Yastıq
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Hans Olsen (velosipedçi)
Hans Olsen (1 yanvar 1885 — 4 dekabr 1969) — Danimarkalı keçmiş peşəkar velosiped yarışçısı. Hans Olsen Danimarkanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hans Olsen birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Karl Olsen (velosipedçi)
Karl Olsen (16 fevral 1893, Kristianiya[d] – 13 fevral 1968, Konqsvinger[d]) — Norveçli keçmiş peşəkar velosiped yarışçısı. Karl Olsen Norveçi 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karl Olsen birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Sən gəlməz oldun
“Sən gəlməz oldun” — bəstəkar Ələkbər Tağıyevin şairə Mədinə Gülgünün sözlərinə bəstələdiyi mahnı. Mahnını vaxtı ilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev və s. ifa ediblər. Xarici müğənillərdən Türk dilində Sibel Can və Gülay Sezər, Azərbaycan dilində Sati Kazanova, Rus dilində Soqdiana (“Məni yada sal” adı ilə).
Yunqun arxetipləri
Arxetip - fransız dilində köhnə tip, ilkin nümunə mənalarını verir. Karl Qustav Yunqa görə arxetiplər kollektiv şüursuzluqun nəticəsidir və davranışlarımızın səbəbidir. == Ümumi məlumat == Yunqa görə, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tez yuxugörmədə, həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kollektiv şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır. == Persona arxetipi == Persona - (latınca “persona” – maska) Bu bizim ictimai üzümüzdür, yəni biz başqa insanlarla münasibətdə özümüzü necə göstəririk. Persona sosial tələbatlarımızı yerinə yetirmək üçün oynadığımız rol mənasını bildirir. Yunqa görə, persona bizə digər insanlara yaxşı təəssürat bağışlamağa və ya onlardan doğrunu gizlətmək üçün lazım olur. == Anima və animus arxetipi == Anima və Animus iki bir biri ilə bağlı arxetipdir.
Küngüt
Baş Küngüt — Şəki rayonunda kənd. Aşağı Küngüt — Şəki rayonunda kənd.
Sünbül
Sünbül (çiçək) — çiçək qrupu Sünbül (ulduz) — Qız bürcünün a ulduzu. Sünbülçiçək - sünbülçiçəkkimilər fəsiləsinə aid çoxillik soğanaqlı bitki cinsi.
Tüntül
Tüntül — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonimin türk dillərindəki "ocaq, tüstü, ev" mənalı tüntü sözündən olması güman edilir. == Tarixi == === Tarixi abidələri === Kənddə İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə qəhrəman əsgər heykəli ucaldılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Dəmiraparançayın sahilində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 10 km. aralıda yerləşir. Şimal tərəfdən Nohurqışlaq, cənub tərəfdən Yengicə kəndləri ilə əhatələnmişdir. Şərqindən Vəndamçay, qərbindən isə Dəmiraparançay axır. Kənddə mülayim iqlim hakimdir. Yaşı 300-ü keçmiş çinar ağacı ilə yanaşı adları Azərbaycanın "Qırmızı Kitabı"na düşmüş bir çox ağac və bitki növləri vardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2618 nəfər əhali yaşayır.
Diyircəkli Yastıq
Diyircəkli Yastıq (digər adı Diyirlənmə yastığı) — əsas elementi diyirlənmə cisimi (halqalar arasında qoyulan və bir-birindən separatorla ayrılaraq müəyyən məsafədə yerləşən kürəciklər və ya diyircəklər) olan düyünə deyilir. İş zamanı diyirlənmə cisimləri, əksər hallarda tərpənməz olan halqaların üzərindəki qaçış yolu üzrə diyirlənir. Aparan diyirlənmə cisimləri arasında yük bərabər paylanmayıb, yastıqda olan radial araboşluğundan və onun detallarının həndəsi dəqiqliyindən asılı olur. Diyirlənmə yastıqları maşınqayırmada geniş yayılmışdır. Onlar standartlaşdırılmışdır və kütləvi istehsalda hazırlanır. == Üstünlükləri == Bu yastıqların aşağıdakı üstünlükləri vardır: 1. Kütləvi istehsal nəticəsində ucuzdur; 2. Sürtünməyə az itkilər sərf edilir və işlədikdə az qızır; 3. Yüksək dərəcədə qarşılıqlı əvəzolunmaya malikdir ki, bu da maşınların quraşdırılmasını və təmirini asanlaşdırır; 4. Az yağlama tələb edir; 5.
Yastıq (dəqiqləşdirmə)
Yastıq — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəsti. Yastıq — ox, val tipli fırlanan, xətti hərkət edən maşın hissələrininin fəzada vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilən texniki qurğu. Yastıqotu — kələmçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Yastıq (texnika)
Yastıq - ox,val tipli fırlanan, xətti hərkət edən maşın hissələrininin fəzada vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilən texniki qurğudur. Onun vəzifəsinə həm də fırlanan hissələrdə sürtünməni azaltmaq və birləşdirici yerlərdə yüklərin qəbul edilməsi və ötürülməsi daxildir. Yastıqların əsas növləri: Yırğalanma yastıqları Sürtünmə yastıqları Hidrostatik yastıqlar Qazlı dinamik yastıqlar Maqnit yastıqları Maşınqayırmada ən geniş tətbiq olanı yırğalanma və sürtünmə yastıqlarıdır. ==== Yırğalanma yastıqları ==== Yırğalanma yastığı iki üzükdən və kürələri bir-brindən müəyyən məsafədə saxlayan və onların hərkətini istiqamətləndirən separatordan (müəyyən yastıqlar bunsuz da hazırlana bilirlər) ibarədtr. Üzüklərin kürələr hərəkət edən hissələrinə kanovlar nəzərdə tutulur. Bəzi maşın hissələrində dəqiqliyi və sərtlyi artırmaq üçün qarışıq dayaqlardan istifadə edilir. Burada kanovlar bir başa valda və ya gövdənin üzərində açılır. Yırğalanma yastıqları əsasən xrom tərkibli poladlardan (tərkinbində 1% Karbon və 1,5% Xrom) hazırlanırlar. Separatorsuz yastıqlarda çoxlu sayda yırğalanma gövdəsi yerləşdirmək olur. Ancaq onların dövrlər sayı yüksək sürtünmə nəticəsində aşağı olur.
Yastıq (yataq dəsti)
Kloun
Kloun (ing. clown) və ya təlxək — komik tamaşanın üsullarından istifadə edən sirk, estrada teatr artisti. İlk dəfə e.ə. 1600-cü illlərdə meydana çıxan klounluq peşəsi bu gün dünyanın bir çox yerində sənət sahəsi kimi qəbul edilir, əyləncə və uşaq oyunları ilə birlikdə işlənir. Bəzi mənbələrə görə XVIII əsrə qədər klounlar saraylarda yaşayırdılar. Klounlar sifətində komik ifadə olan sənətkarlardır. Bunu təmin etmək üçün, rəngli və şişirdilmiş pariklər, müxtəlif üslubda makiyajlar, qeyri-adi iri ayaqqabılar və qəribə kostyumlardan istifadə edilir. Amerikalı sosioloq Peter Lüdviq Berger bu məsələ ilə bağlı olaraq belə demişdir: "Bu məzhəkə və komik davranışların, din və sehrbazıq kimi, insan cəmiyyətinin bəzi mühüm ehtiyaclarını yerinə yetirməsi məntiqli görünür".
Koldun
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Oleum
Oleum (lat, oleum) – 100%-li sulfat turşusunda(H2SO4) kükürd anhidirinin (SO3) məhluludur. == Ümumi məlumat == Oleum özlü, yağvari rəngsiz maye və ya asan əriyən kristallardır, hər hansı qarışığı olduqda isə müxtəlif rəng çalarlarından ibarət olur. Havada "tüstülənir", su ilə qarışdıqda külli miqdarda istilik ayrılır. Kükürd anhidridinin qatılığı çox geniş miqyasda dəyişə bilər: 1%-dən onlarla faizə kimi. Oleum çox miqdarda özünə suçəkmə xüsusiyyətinə və oksidləşdirici təsirə malikdir. Oleum, həmçinin, özündə aşağıdakı reaksiya üzrə alınan pirosulfat turşusu da saxlayır: H2SO4 + SO3 → H2S2O7 H2SO4 + 2SO3→H2S3O10 == Fiziki xassələri == Sulfat turşusunun sulu məhlulunun qaynama temperaturu onun qatılığının artması ilə artır və H2SO4–ün 98,3 % qatılığında maksimuma çatır. Aşağıda verilən cədvəldən istifadə edərkən, həmçinin, ГОСТ 2184–77 (qüvvədə olan) və ГОСТ 2184–2013 verilən cədvəllərdən də istifadə etmək lazımdır. Sulfat turşusunun sulu məhlulunun və oleumun xassələri Tərkibində SO3-ün miqdarı artdıqca oleumun qaynama temperaturu aşağı düşür. Sulfat turşusunun sulu məhlulunun qatılığı artdıqca məhlul üzərində olan buxar təzyiqi aşağı düşür və 98,3 % qatılığında minimuma çatır. Oleumda SO3-ün qatılığının artması ilə onun üzərində olan ümumi təzyiq artır.
Onsen
Onsen (yap.温泉), Yapon dilində isti bulaq deməkdir. Ancaq bu terminə ümumiyyətlə isti bulaq və ətrafındakı müəssisələri də aid etmək olar. Onsen Yapon ənənələrinə görə formalaşmış bir növ kurortdur. Vulkanik ölkə olduğundan onsenlər ölkənin bir çox yerində var. Onsenlər qədim vaxtlardan ictimai hamam kimi istifadə olunur. Hal-hazırda isə Yaponiya daxili (yerli) turizminin vacib bir hissəsidir. Buralarda yapon geyşaları çalışır. Onsenlerin bir çox növü var. Açıq və ya bağlı, bələdiyyə tərəfindən ya da xüsusi olaraq bir hotelin hissəsi və ya pansion olaraq idarə edilən və sair. Sıxlıqla çöl sahələrdə etmələrinə baxmayaraq, böyük şəhərlərdə olanları da vardır.
Hangul
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır. == Koreya yazısı == Koreya dilində mətnlərin yazılışında istifadə olunan fonetik hərfi-hecalı yazı. Koreyada bir neçə yazı sistemindən istifadə olunmuşdur. 1444-cü ildə hökmdar Böyük Seconun təşəbbüsü ilə hazırlanmış və 1446-cı ildən dövlət əlifbası kimi (çon əlifbası adlandırılmışdır) təsdiqlənmişdir. Müasir Koreya əlifbası 40 qrafemdən ibarətdir.
Kunqur
Kunqur — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Yanaul
Yanaul — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Yulğun
Yulğun (lat. Tamarix) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinə aid bitki cinsi.
Yastıca
Yastıca (lat. Dactylopius) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin yastıcalar fəsiləsinə aid heyvan cinsi.