Bir mənası arabanın qabaq oxunun üstündə olan “yastı ağac” deməkdir. Onu ortadan deşir və boltla oxa birləşdirlər ki, arabanı sağa-sola döndərmək mümkün olsun. Yastığın sol və sağ uclarına dayanacaq bərkidilir ki, laydırı saxlasın. Həm də sürücünün üstündə oturması üçün yastıq rolunu oynayır. Qaqauz dilində yastıq yerinə,“bağırsaq” deyirlər. Araba dönəndə yastığın boltu səs salır (bağırır). Tapmaca da var: Dağdan enir dağ kimi, / Bəyirir oğlaq kimi... Yastıq sözü yastı kəlməsindəndir. Sözü əsli yastıq olub, yat və yas eyni kəlməsinin dəyişmiş formasıdır. Yastılamaq elə “yatırtmaq” (yandırmaq, aşağı etmək) deməkdir. Türk dillərində sözün bir mənası da “maşının mostu”nu əks etdirir, yeni mənadır. Bir də istifadə etsək, pis olmaz. (Bəşir Əhmədov. Etimologiya lüğəti)