Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yüzbaşı
Yüzbaşı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Təzəkənd-i Yüzbaşı (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Digər Avan Yüzbaşı — erməni əsilli sərkərdə, üsyançı.
Avan Yüzbaşı
Avan Yüzbaşı (fars. آوان یوزباشی‎, erm. Ավան հարյուրապետ; 1670, Loru mahalı – 1735, Qarabağ bəylərbəyliyi) — erməni əsilli sərkərdə, üsyançı. O, Səfəvi-Osmanlı müharibəsi (1730-1736) zamanı vəziyyətdən istifadə edərək üsyan çıxarmışdır. Avan və ailəsi əslən loruludur. Onlar 1717-ci ildə Qarabağ bəylərbəyliyi ərazisində yerləşən Şuşaya köçmüşdür. O burada Yüzbaşı (kapitan) adını qazanmışdır. Regiondakı ermənilər Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşündən çox ilhamlanmışdır. Avan Yüzbaşı və yaxın yoldaşları 1722-ci ildə Gəncə şəhərinə rus zabitləri ilə görüşməyə getmişdir. XVII–XVIII əsrlərdə Sünikin cənubu olan Zəngəzur ermənidilli əhalinin üsyan mərkəzinə çevrilir, 1700-cü illərdə o, Sünik və Qarabağ məliklərinin də iştirak etdiyi milli azadlıq hərəkatını yaratmışdı.
Yüzbaşı (Xudabəndə)
Yüzbaşı (fars. يوزباشي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (19 ailə).
Fərəc yüzbaşı Xudayarlı
Fərəc yüzbaşı Xudayar yüzbaşı oğlu Xudayarlı (1839-?) - oba yüzbaşısı, xeyriyəçi, el ağsaqqalı. Fərəculla Xudayar yüzbaşı oğlu 1839-cu ildə Şuşa qəzasının Vərəndə sahəsinin Xudayarlı оbasında anadan оlmuşdu. Mоlla yanında оxumuşdu. Ailədə qısaca "Fərəc" çağrıldığından оbada da bu adla tanınmışdı. Atasından sоnra оbalarına yüzbaşılıq еtmişdi. Fərəc yüzbaşı Mahpəri xanımla və Xanımnisə xanımla evlənmişdi. Xanalı, Dünyamalı, Bəyalı, Əziz adlı оğulları, Hürü, Mələк və Zеynəb adlı qızları vardı. Fərəc yüzbaşının törəmələri Fərəcov, Fərəcli soyadlarını daşıyırlar. Ənvər Çingizoğlu. Yük üstü çadırlı, yük altı qatırlı oba: Xudayarlı, "Soy" dərgisinin özl nəşri, Bakı, 2005.
Namazalı yüzbaşı Merdinli
Namazalı yüzbaşı Mərdəli yüzbaşı oğlu Merdinli-(1800-?), Cavanşir elinin Merdinli obasının yüzbaşısı Namazalı yüzbaşı Mərdəli yüzbaşı oğlu Cavanşir-Dizaq mahalının Merdinli obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. II Rusiya-İran müharibəsində iştirak etmişdi. Namazalı yüzbaşı Gözəl xanımla ailə qurmuşdu. Abbas bəy, Lütfəli bəy, Süleyman bəy adlı oğlanları, Zəhrabanu xanım, Tutu xanım, Hürzad xanım adlı qızları vardı. Ənvər Çingizoğlu, Merdinli kəndi: tarixi, tayfaları, Bakı:Mütərcim, 2017, 244 səh.
Xudayar yüzbaşı Çələbiyanlı
Əbdürrəhim yüzbaşı Hacıyev
Əbdürrəhim yüzbaşı Məşədi Əbdüləzim oğlu Hacıyev (1881-?) — Mahmudlu kənd icmasının yüzbaşısı. Əbdürrəhim Məşədi Əbdüləzim oğlu 1881-ci ildə Cəbrayıl qəzasının Mahmudlu obasında anadan olmuşdu. Obalarının yüzbaşısı olmuşdu. Əbdürrəhimlə bağlı oba içində xeyli əhvalat dolaşır. Həmin əhvalatdan gülləmələr. 1922-ci ildə Ələsgərli obasının sakini Avana qoyun gətirərkən Əbdürrəhimlə sözləşmiş sonucda keçmiş yüzbaşının gülləsindən yaralanmışdı. Bu nədənlə Mahmudlu obasının iki böyük tayfasının arasına qanlılıq düşmüşdü. Qanlılıq getdikcə qızışmış, tayfalar bir-birinə girişmişdilər. Bir atışmada Ələsgərlilərdən üç adam yaralanmış, aldıqları yaradan keçinmişdilər. Hacıatalılar tərəfindən isə Əbdürrəhim dizindən yaralanmış, qardaşı Məmmədrəhim və yeznəsi Kərbəlayı Rəhim ölmüşdü.
Nəsir yüzbaşı Yağləvəndli-Cavanşir
Təzəkənd-i Yüzbaşı (Meşkinşəhr)
Təzəkənd-i Yüzbaşı (fars. تازه كنديوزباشي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (7 ailə).
Məşədi Əmir Murad yüzbaşı Yağləvəndli-Cavanşir
Bambaşı
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır. == Əhalisi == 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
Banbaşı

Bağbaşı
Novbarlıq, həmçinin bağbaşı — nişanlı oğlanların qız evinə göndərdikləri meyvə sovqatı. Adətən müxtəlif meyvələrin ilk barından (novbar) ibarət olan novbarlıq bir və ya bir neçə xonçada qız evinə aparılır. Novarblıq gətirilən qaba şirniyyat qoyub oğlan evinə qaytarırdılar. Azərbaycanda novarblıq adəti indi də qalmışdır.
Başbaşı
Başbaşı — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində yaşayış məskəni. == Haqqında == Başbaşı kəndi Araz çayının sahilində, Naxçıvan şəhərindən 12 km məsafədə cənub-qərbdə yerləşir. O, Culfa - Bu Uluxanlı (indiki Ermənistan) dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Buranın daimi əhalisi var. Naxçıvan duz mədəni Başbaşı dəmiryol stansiyası vasitəsilə buraya gətirilir. Hazırda stansiyadan qatarların görüşmə nöqtəsi kimi istifadə olunur. Burada bir terminal var. Kənd 3,2 hektar ərazini əhatə edir.
Daşbaşı
Daşbaşı (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Daşbaşı (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Daşbaşı (Zəngəzur) — Qərbi Azərbaycannın Qafan rayonununda kənd. Daşbaşı (Kvemo-Kartli) — Gürcüstanın Tsalka bələdiyyəsinin Trialeti Sadabo icması kənd.
Piyazbaşı
Piyazbaşı dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Hündürlüyü 2612,9 metrdir. Zəngəzur silsiləsinin cənub-qərb yamacında – suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (hünd. 3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunda zirvədir. Düylünçayla Qaplançayın suayrıcında, Rumus kəndindən 2,75 km cənub-şərqdədir. Hündürlüyü 2612 m-dir. Günbəzvarı formadadır. Düylünçayla Vənəndçayın suayırıcısında, Anaqut kəndindən 2 km-dək qərbdədir. İqankitçayın mənbə hissəsində, Urmis kəndindən 3 km-dək cənubdadır. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub və şimal yamacları sıldırımlı günbəzvari yüksəklikdir.
Yüzbaşlı
Yüzbaşılı və ya Yüzbaşlı:
Aybaşı
Menstruasiya və ya aybaşı (lat. mensis — ay, menstruus — hər ay) — qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji bir vərdişidir. Tibbdə ilk baş vermiş aybaşı menarxe, sonuncu aybaşı isə menopauza adlanır. Bunlar qadının döllülük qabiliyyətini başlanmasını və sona yetməsini bildirir. Aybaşının bir sıra sinonimləri vardır: period, mensturasiya, menorrhö (yun. μήν ay , yun. ῥέω axıram). Aybaşı zamanı uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması baş verir ki, bu da qanaxma ilə müşahidə olunur. Bu zaman itirilən qanın miqdarı normada 50-100 ml-dir. Aybaşı ifrazatı tərkibi qan, uşaqlıq vəzilərinin sekretindən, hissəvi olaraq endometriumdan və uşaqlıq yolu epitelindən ibarətdir.
Daşbaşı (Ağdam)
Daşbaşı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Daşbaşı kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocalı rayonunun Daşbaşı kəndindən köçüb gəlmiş ailələr saldığı üçün kənd onların keçmiş yaşayış məntəqələrinin adını daşıyır. Daşbaşı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Daşbaşı (Qafan)
Daşbaşı - Zəngəzur mahalının Qafan rayonunda kənd. Toponim Azərbaycan dilində dağ, qaya mənasında işlənən «daş» sözü ilə yuxarı, zirvə, yüksəklik mənasında işlənən «baş» sözündən əmələ gəlmişdir. «Baş» sözü toponimlərin tərkibində "dağın zirvəsi" mənasında işlənir. Orotoponimdir, quruluşca mürəkkəb toponimdir. Qafan şəhərindən 23 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində Pürülü kəndi yaxınlığında, dəniz səviyyəsindən 1500 m yüksəklikdə, dağlıq ərazidə yerləşir. Əhalisi azərbaycanlılardan ibarət olmuş kənddə 1897-ci ildə 53 nəfər, 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 65 nəfər əhali yaşamışdır. Yusif Aslanov - alim.
Daşbaşı (Xocalı)
Daşbaşı — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Daşbaşı kəndi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. Dağətəyi ərazidədir. Oykonim daş (burada "qaya" mənasındadır) və başı (üstü) sözlərindən düzəlib, "qaya üstündə kənd" deməkdir.
Daşbaşı (Xocavənd)
Daşbaşı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Daşbaşı kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocalı rayonunun Daşbaşı kəndindən köçüb gəlmiş ailələr saldığı üçün kənd onların keçmiş yaşayış məntəqələrinin adını daşıyır. Daşbaşı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Daşbaşı (Xudafərin)
Daşbaşı (fars. داش باشي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (10 ailə).
Daşbaşı (Zəngəzur)
Daşbaşı - Zəngəzur mahalının Qafan rayonunda kənd. Toponim Azərbaycan dilində dağ, qaya mənasında işlənən «daş» sözü ilə yuxarı, zirvə, yüksəklik mənasında işlənən «baş» sözündən əmələ gəlmişdir. «Baş» sözü toponimlərin tərkibində "dağın zirvəsi" mənasında işlənir. Orotoponimdir, quruluşca mürəkkəb toponimdir. Qafan şəhərindən 23 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində Pürülü kəndi yaxınlığında, dəniz səviyyəsindən 1500 m yüksəklikdə, dağlıq ərazidə yerləşir. Əhalisi azərbaycanlılardan ibarət olmuş kənddə 1897-ci ildə 53 nəfər, 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 65 nəfər əhali yaşamışdır. Yusif Aslanov - alim.
Daşbaşı dağı
Daşbaşı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1708,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Üstüpü kəndindən 3,5 km qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər, cənub yamacı sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Daşbaşı asimmetrik antiklinalın tağ hissəsində yerləşir. Zirvəsindən antiklinalın tağını yaran şimal-qərb istiqamətli əks-fay qırılması keçir.
Dünyanın yaddaşı
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək. 1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Piyazbaşı dağı
Piyazbaşı dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Hündürlüyü 2612,9 metrdir. Zəngəzur silsiləsinin cənub-qərb yamacında – suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (hünd. 3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunda zirvədir. Düylünçayla Qaplançayın suayrıcında, Rumus kəndindən 2,75 km cənub-şərqdədir. Hündürlüyü 2612 m-dir. Günbəzvarı formadadır. Düylünçayla Vənəndçayın suayırıcısında, Anaqut kəndindən 2 km-dək qərbdədir. İqankitçayın mənbə hissəsində, Urmis kəndindən 3 km-dək cənubdadır. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub və şimal yamacları sıldırımlı günbəzvari yüksəklikdir.
Yüzbaşlı (Əhər)
Yüzbaşlı (fars. ‎‎‎‎يوزباشلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Maebaşi
Maebaşi (yap. 前橋市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Qunma prefekturasının paytaxtı.
Abbasi
Abbasilər (132/749–656/1258) — Xilafəti 5 əsr idarə etmiş qüreyşdən olan ərəb sülaləsi. Onların soyu Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibə qədər yüksəlir. Əməvilər xilafəti əllərinə keçirdikdən sonra, ilk vaxtlarda Abbasilər onlara qarşı müxalif olmamış, lakin sonralar Əməvilərə qarşı üsyana qoşulmuş, hətta bu üsyana başçılıq belə etmişdirlər. Abbasilərin hakimiyyətə gəlmə tarixi Abdullah ibn Zübeyrin zamanından başlamışdır. O dövrlərdə Muxtar Səqəfi adlı bir şəxs iraqlıları Hüseyn ibn Əlini şəhid edənlərdən qisas almağa və Məhəmməd ibn Hənəfiyyənin imam kimi tanınmasına (bax: Qeysanilər) çağırışlar etmişdir. Onun səylərinin nəticəsində Taifdə Məhəmməd ibn Hənəfiyyənin imamlığını tanıyan bir qrup ortaya çıxmışdır. Onlar onun vəfatından sonra öz başçıları kimi oğlu Abdullahı tanımışdırlar. O, daha çox Əbu Həşim adı ilə tanınırdı. Əbu Həşim Əməvilərə qarşı üsyana qalxmışdır. Sonra o, Abbasın soyundan olan qohumu Məhəmməd ibn Əli ibn Abdullahın yanına gedərək, Məhəmməd peyğəmbərin soyunun hakimiyyətdə olmasının və Əməvilərin devrilməsinin vacibliyini qeyd etmişdir.
Abbası
Abbası — pul vahidi. İlk dəfə 1620-ci ildə I Şah Abbasın dövründə zərb edilmişdir. Çəkisi iki misqal yəni, 7,7 qramm idi. Sikkə qızıldan kəsilirdi. Dəyəri 200 dinara bərabər idi. Bu da 4 şahıya bərabərdir.20 tümən 1 abbası idi.
Abası
Darı yarması
Darı yarması – adi darıdan alınır. Yüksək istehlak dəyərinə malikdir. Darı yarması yüksək kalorivermə və mənimsənilmə qabiliyyətinə malikdir. O, qısa müddətə bişir və bu zaman həcmi 6–7 dəfə artır. Darıdan bir növ – cilalanmış darı yarması istehsal edilir. Keyfiyyətindən asılı olaraq darı yarması əla, 1-ci və 2-ci sorta ayrılır. Yüksək keyfiyyətli darı yarması iri ölçülü, şüşəvari, ancaq sarı rəngli olur. Darı yarmasından duru çıyıqlar, içliklər və s. hazırlanır. Darı yarmasında bəzən xoşagəlməyən acılıq hiss olunur.
Dekan yaylası
Dekan yaylası (ing. Deccan Plateau, sanskr. दक्षिण dakşina — «cənub») – Hindistan yarımadasının daxili hissəsində, Narmada (şm.da) və Kaveri (c.da) çayları arasında yayla. Qərbi və Şərqi Qat dağları ilə sərhədlənir. Sahəsi 1 mln. km2 . Platovarı relyefi var; Mezozoy və Paleogen, Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 m yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 metrə çatan laterit aşınma qabığı xarakterikdir. Şimal-qərbdə enlik istiqamətində hündürlüyü 1000–1500 m olan strukturdenudasion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır. Dəkkən yaylası tektonik cəhətdən Arxey yaşlı kristallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey, Fanerozoy çöküntüləri ilə örtülmüşdür.
Erməni yaylası
Ermənistan yaylası — Ön Asiyanın şimalında yerləşən yayla. Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir. "Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir. Ermənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir: Sevan, Van və Urmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi Türkiyə və Ermənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir. Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür.
Ermənistan yaylası