Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yurdçu
Yurdçu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. == Tarixi == Arxeoloji araşdırmalar Yurdçunun qədim yaşayış məntəqələrindən biri olduğunu təsdiq edir. Yurdçunun qədim abidələri 1983-cü ildə kəndin şimal-qərbində su anbarı tikilərkən aşkar olunmuşdur. Bu abidələr içərisində ən qədimi Tunc dövrünün müxtəlif mərhələlərinə aid Yurdçu nekropoludur. Onlar içərisində ən qədim abidələr Orta Tunc dövrünün erkən mərhələsinə aiddir. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, onlar üzəri torpaq və daş qarışıq kurqanla örtülmüş daş qutu tipli qəbirlərdən ibarət olmuşdur. Tаpıntılаr içərisində bоyаlı küpə yüksək sənətkаrlıqlа hаzırlаnmаsı ilə diqqəti cəlb еdir. Оnun аğzının kənаrı хаricə qаtlаnаrаq dəyirmiləşdirilmişdir. Bоğаzı qısа və silindrik, gövdəsi qаbаrıqdır. Üzəri qırmızı bоyа ilə örtülmüş, gövdəsinin yuхаrısı qırmızı bоyа üzərindən qаrа rənglə ştriхlənmiş üçbucаqlаrlа nахışlаnmışdır.
Yurdçu dəfinəsi
Yurdçu dəfinəsi — Kəngərli rayonunun Yurdçu kəndi ərazisindən tapılmış müxtəlif dövrlərə aid gümüş və miss sikkə dəfinəsi. Dəfinədən aşkarlanmış numizmatika məmulatından 328 ədədi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda tədqiq edilmişdir. Dəfinədən aşkarlanmış sikkələrdən ən qədimi Bizans imperatoru I Yuanın (969-976) adına kəsilmiş dirhəmdir. Yurdçu dəfinəsi içərisində Səlcuq sultanlarından II Toğrulun, Məsudun, Arslan şahın adına kəsilmiş dirhəmlər də vardır. Dəfinənin əksər sikkələri Azərbaycan Atabəylər dövləti hökmdarlarının adından kəsilmişdir.
Yurdçu kurqanları
Yurdçu kurqanları — Kəngərli rayonuun Yurdçu kəndinin qərbində yerləşən son antik dövrə aid olan arxeoloji abidə. Abidə bir qədər hündürdə olan uzunsov təpənin üstündə yerləşir. 1985-ci ildə ərazidə su anbarının tikintisi zamanı kurqanların çoxu dağıdılmışdır. Tədqiqatlar zamanı 17 qəbir abidəsi öyrənilmişdir. Kurqanların diametri 3- 5 metrdir. Qəbirlər quyu formasında olub dairəvi formadadır. Üzəri qalın kül təbəqəsi ilə örtülmüşdür. Qəbirlərdən çəhrayı, boz, sarı rəngli gil qab qırıqları, çay daşları, heyvan sümükləri, bıçaq, daş qəlib, qırmızı əqiqdən hazırlanmış muncuq, iki çıraq və daş mehrab, həmçinin çoxlu digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Gil qablar və bəzək əşyaları dəfn prosesində müəyyən ayinlərin icra edildiyini göstərir. Dəfn başa çatdıqdan sonra qəbrin üzərində od yandırılır, çox güman ki, qurban da kəsilirmiş.
Yurdçu nekropolu
Yurdçu nekropolu — Kəngərli rayonunun Yurdçu kəndi yaxınlığında Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə. 1983-cü ildə ərazidə aparılan tikinti işləri zamanı bir nçə daş qutu qəbir dağıdılmış, dağıdılmış qəbirlərdən zəngin maddi mədəniyyət nümunələri aşkarlanmışdır. Qəbirlərin üzəri daş və kurqan qarışıq kütlədən kurqan şəklində düzəldilmişdir. Kurqanların diametri 4 – 8 metr, hündürlüyü 0,2 – 0,5 metrdir. Dağıdılmış qəbirlərdən beşinin materialları toplanmışdır. Arxeoloji məmulatlar boyalı küpə, kasa,çaydan tipli gil qablar, tunc nizə ucu, sırğa, üzük, sancaq və digər bəzək əşyalarından ibarətdir.
Yurdçu sərdabəsi
Yurdçu sərdabəsi — Kəngərli rayonunun Yurdçu kəndinin şimal-qərbində yerləşən Dəmir dövrünə aid arxeoloji abidə. Abidə dördkünc formalı olub, şimal-cənub istiqamətində yönəlmişdir. Divarlar boyunca gil məhlul istifadə olunmadan altı cərgə üst-üstə iri sal daşlar hörülmüşdür. Sərdabənin uzunluğu 3 metr, eni 1,6 metr, hündürlüyü 1,8 metrdir. Şərq və qərb divarlarının hərəsində iki, şimal divarında isə 40x40x40 ölçüdə bir taxça vardır. Giriş yolu xaricdən bütöv daş pilitə ilə qapadılmışdır. Sərdabənin içərisindəki skelet sağ böyrü üstə, yarı bükülü, sağ əli başının altına doğru qatlanmış vəziyyətdə idi. Skeletin arxasında boz, qırmızı, qonur rəngli 4 ədəd küp yerləşdirilmişdir. Qablardan arxada heyvan sümükləri var. Sərdabədən tunc və gümüşdən yüksək sənətkarlıqla hazırlanmış bəzək əşyaları (üzük, sırğa, bilərzik, sancaq, pilək, asma, müxtəlif minerallardan düzəldilmiş muncuqlar), silahlar (nizə ucluqları, dəmir xəncər) və sair tapılmışdır.
Abdal yurdu
Orta çağda Qarabağda Abdal adlı üç yurd yerı vardı. Bunlardan biri Dizaq nahiyəsinda, indiki Cəbrayıl rayonunun Yuxarı Xələfli kəndinin yerində, ikincisi və üçüncüsü Vərəndə nahiyəsində yerləşirdi. İkinci Abdal yurdu hazırkı Ağdam rayonunun Abdal kəndidir. Ücüncü Abdal yurdu isə Günümüzdəki Füzuli rayonunda yerləşən Qacar kəndinin bir məhəlləsi idi. Maraqlıdır ki, Qacar elinin böyük qollarından biri Abdallı adlanırdı. Abdal adının qədim bir tarixi var. Bu ada Altaydan Anadoluya qədər, türklərin məskunlaşdıqları hər yerdə rast gəlmək mümkündür. Abdal qədim türk tayfasının adıdır. Bu tayfa Ağ hun tayfasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır.
Gənclər yurdu
"Gənclər yurdu" jurnalı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan ictimai-siyasi jurnal. "Müsavat" partiyasının nəzdində yaradılmış "Gənclər cəmiyyəti"nin orqanı idi. 1918-ci ilin iyunundan noyabrın 15-dək (əvvəlcə həftəlik, sonra isə ayda 2 dəfə) Bakıda Azərbaycan dilində nəşr olunmuş, cəmi 35 nömrəsi çıxmışdır. Redaktorları T.F.Hacızadə və Mirzəbala Məmmədzadə idilər. Jurnalda gənc ədəbi qüvvələrin milli istiqlalın, müstəqilliyin qorunmasına çağırış ruhlu şeirləri, ictimai həyatın müxtəlif məsələləri, xüsusilə gəncliyin problemləri ilə bağlı yazıları çap edilirdi. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. "Lider nəşriyyatı", 2004, səh. 426.
Kazımbəy yurdu
Kаzımbəy yurdu — Hаvuş kəndindən şimаl-şərqdə, “cəvizlik” аdlаnаn yеrin yахınlığındа, Hаvuşа gеdən yоlun sаğ tərəfində yеrləşir. Yаşаyış yеri yоl bоyu nаlşəkilli fоrmаdа uzаnаn təpələrin üzərini və ətəklərini əhаtə еdir. Еvlər təpənin yаmаcındа, süni şəkildə düzəldilmiş şəkillərdə tikilmişdir. Еvlər dördkünc fоrmаlı оlub dаşdаn inşа еdilmişdir. Kеrаmikа nümunələri Еrkən Оrtа əsrlərə аid fоrmа vеrməyən pаrçаlаrdаn ibаrətdir. Kеrаmikа nümunələrinə əsаsən yаşаyış yеrini III- VIII əsrlərə аid еtmək оlаr. Еhtimаl ki, yаşаyış yеrində həyаt sоnrаkı dövrlərdə də dаvаm еtmişdir.
Nuh Yurdu
Nuh Yurdu — siyasi, ictimai, iqtisadi və ədəbi qəzet == Haqqında == Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanıdır. İlk nömrəsi 1996-cı il 5 apreldə çıxmışdır. Qəzetdə Naxçıvan şəhərinin və muxtar respublikanın ictimai-siyasi, iqtisadi, ədəbi-mədəni həyatına, eləcə də Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə dair məqalələr, ədəbi-bədii yazılar dərc edilir. Ayda iki dəfə, böyük formatda rəngli çap olunur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 452. ISBN 5-8066-1468-9.
Odlar Yurdu
Odlar Yurdu (rəqs) — Azərbaycanın milli rəqsi. Odlar Yurdu (şərab) — Azərbaycan istehsalı şərab. Odlar Yurdu (konsept) — Azərbaycan dilində milli və mədəniyyət konsepti. Odlar yurdu (film, 1967) — Azərbaycanın tarixindən, coğrafiyasından, nailiyyətlərindən və adamlarından bəhs edən film. Odlar yurdunun qızları (film, 1972) — Azərbaycanın ilk qadın təyyarəçiləri Leyla Məmmədbəyova və Züleyxa Seyidməmmədovaya həsr olunmuş film. Odlar Yurdu Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biri. "Odlar Yurdu" Gənclər İctimai Birliyi — Azərbaycanda fəaliyyət göstərən ictimai birlik. Odlar Yurdu Kolleci — Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biri.
Yurdçu yaşayış yeri
Yurdçu yaşayış yeri — Kəngərli rayonu rayonu ərazisində, Yurdçu kəndindən cənub-qərbdə ilk Dəmir dövrünə aid arxeoloji abidə. Abidənin sahəsi 2 hektardır. Yaşayış yeri 1983-cü ildə qeydə alınmışdır. Yerüstü tapıntılar gil qab sınıqlarından və daş alətlərdən ibarət olub iki dövrə bölünür. Birinci dövrə ilk Dəmir dövrünə xas olan gil məmulatı və əmək alətləri daxildir. Axtarışlar zamanı tapılmış yerüstü materiallar dən daşı, çəhrayı və boz rəngli gil qab qırıqlarından ibarətdir. Yurdçu yaşayış yerinin e.ə. X – VIII əsrlərə aid olması ehtimal edilir. Abidədə arxeoloji qazıntı və ciddi tədqiqat işləri aparılmamışdır.
Laçın yurdu (jurnal)
"Laçın yurdu" — Ədəbi-bədii publisistik jurnal. Jurnal 2010-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2011-ci ildən nəşr edilir və rübdə bir dəfə işıq üzü görür. == Məzmun == Jurnalda laçınlı şəhidlər, ziyalılar, tarixi şəxsiyyətlər, elm, mədəniyyət, incəsənət adamları, veteranlar, idmançılar, Laçın rayonunun işğal altında olan kəndləri, tarixi abidələri, mədəniyyət nümunələri haqqında məlumatlar, publisistik məqalələr, xatirə yazıları, şeirlər və ədəbi düşüncələr dərc olunur. "Laçın yurdu" jurnalı səhifələrində ciddi, araşdırma yazılarına xüsusi yer ayırır. Şou xəbərlərdən uzaqdır. Ona görə də jurnala maraq ilbəil artmaqdadır. == Jurnalın əsas rubrikaları == "Laçın toponimləri", "O kənd bizim kəndimizdi", "Nəsr", "Publisistika", "Poeziya", "Kitab rəfi", "Araşdırma", "Ovqat", "Münasibət", "Axtar babaları", "Şəhidlərimiz", "Qazilərimiz", "Sənətçilərimiz", "Ziyalılarımız", "Kimlər keçdi bu dünyadan", "Dünya ədəbiyyatı" və s. == Jurnalın dizaynı == Jurnal ilk sayından başlayaraq hər nömrəsinin cildində rayondakı tarixi abidələrin fotosunu çap edir == Jurnalın heyəti == Təsisçi və baş redaktor: Arif Məmmədli Baş redaktorun müavini: Araz Yaquboğlu (01.01.2012–indi). Redaktor: Siyavuş Əmirli (2011–31.12.2012). Məsul katib: Elnur İrəvanlı === Redaksiya heyəti === Knyaz Məmmədov, İlham Qəhrəman, Ələmdar Şahverdiyev, Tamxil Ziyəddinoğlu, Mütəllim Həsənov, Fəxri Uğurlu, Taleh Şirinov, Yusif Mirzə, Fəxrəddin Şahsuvarov və Orxan Cəbrayılov.
Odlar Yurdu (konsept)
"Odlar Yurdu" — Azərbaycan dilində milli və mədəniyyət konsepti. == Tarixi və siyasi inkişafı == Tarixçi bəzi mənbələrdə Azərbaycanın Odlar Yurdu kimi tanınmasının atəşpərəstliklə əlaqələndirilməsinə ilə bağlılığı ilə əlaqələnir. İçərişəhərdəki Cümə məscidinin atəşpərəst zərdüştilərin məbədgahının yerində tikilməsi barədə rəvayət Bakı əhalisi arasında indiyədək yaşayır. Bizans diplomatı Prisk yazırdı: «Midiyaya basqın edən hunlar geri qayıdarkən başqa yolla döndülər və dənizdəki qayada yüksələn alovun yanından ötərək vətənlərinə qayıtdılar».Bəziləri bunu Atropatın adı ilə, bəziləri “Adərbayqan”, “Odər” və başqa sözlərlə açırlar. Bəziləri bunu Yunan mifologiyasına görə Prometey odu allahlardan oğurlayıb bəşəriyyətə verdiyi üçün cəzalanaraq Zevsin əmri ilə Qafqaz dağlarına zəncirlənmişdir ilə əlaqələnir. Ehtimal var ki, bu əfsanə yunanlaşmamışdan, prometeyləşməmişdən əvvəl adında od sözu olmuşdur. Mirəli Seyidovun qənaətincə bu türklərin mifik qəhrəmanı Dədə Qorqud obrazıdır. O, yazır ki, Qorduz sözü «Qor» yəni od, «qut» yəni xoşbəxtlik sözlərinin birləşməsindən əmələ gəlib.Ancaq Azərbaycanın odla simvollaşdırılmasının başqa səbəbləri də var. Qədimdən ərazimizdə neft və qazın olması və bunun nəticəsində təbii məşəllərin meydana gəlməsi də bu fikrin yaranmasına səbəb olub. Eyni zamanda islam dini mənbələrində də Azərbaycan haqda az saylı hədis və rəvayətlərdə od ifadəsinə rast gəlinir.
Odlar Yurdu (triptix)
"Odlar Yurdu" — azərbaycanlı rəssam Tahir Salahovun 2007-ci ildə çəkdiyi triptix rəsm əsəri. Rəssam əsərin üzərində on aydan çox işləmişdir. == Tarixi == Tahir Salahovun sözlərinə görə, "Çox istəyirdim ki, açıq dənizdə çalışan insanların qarşılaşdıqları təhlükəni dəfələrlə azaldan belə bir qurğunu çəkim...". == Təsviri == Triptixin mərkəzi hissəsində "Xəzər bu gün" əsəri yerləşir. Triptixin sol tərəfində "Atəşgah", sağında isə Qız qalası var. == Tənqid == İncəsənət tarixçisi və tənqidçisi Yekaterina Dyoqotun fikrincə, triptix nefti "sənaye yox, dini mənada" şərh edir.
Odlar Yurdu Kolleci
Odlar Yurdu Kolleci və ya qısaca OYK — 2016-cı ildə Odlar Yurdu Universitetinin nəzdində yaradılmış kollec. == Haqqında == Odlar Yurdu Universiteti nəzdində Odlar Yurdu Kolleci 2 may 2016-cı il tarixində yaradılmışdır. Kollec universitetin bazasında fəaliyyət göstərir və dərsləri universitetin professor-müəllimləri tədris edir. Nizamnaməyə əsasən kollecin Ali idarəetmə orqanı pedaqoji şuradır. Kollecə rəhbərlik direktor tərəfindən həyata keçirilir. Direktor həm də Pedaqoji Şuranın sədridir. Odlar Yurdu Kolleci Ədliyyə Nazirliyinin 12.02.2016-cı il tarixli 1116-A11–563 nömrəli dövlət qeydiyyatından keçmişdir. Kollecə 2 may 2016-cı il tarixində 088971 nömrəli lisenziya verilmişdir. == Rəhbərlik == === Struktur === Direktor Direktorun 1-ci müavini Direktorun Tədris İşləri üzrə müavini Tədris şöbəsinin müdiri İnsan resusrları şöbəsinin rəhbəri Arxiv müdiri Təsərrüfat şöbəsinin müdiri Mühasibatlıq Daxili Nəzarət və Monitorqin şöbəsinin rəhbəri === Pedaqoji Şura === Nizamnaməyə əsasən kollecin Ali idarəetmə orqanı pedaqoji şuradır. Kollecə rəhbərlik direktor tərəfindən həyata keçirilir.
Oğuz yurdu (qəzet)
"Oğuz yurdu" — Oğuz rayonunda çıxan qəzet. Rayon qəzeti 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamış, sonralar "Varlı həyat", "Lenin bayrağı" adı ilə fəaliyyət göstərmişdir. Qəzetin "Oğuz yurdu" adı isə Oğuz ziyalılarının, rayon ictimaiyyətinin tələbi ilə reallaşmışdır. Qəzet rayonun tarixinə, burada aparılan tikinti-quruculuq işlərinə, iqtisadiyyatın, həyatın müxtəlif sahələrinə aid yazıları, faktları şəkilləri, materialları yaşadır. Qəzet nəşrə başladığı ilk illərdən rayon həyatını özündə əks etdirmişdir. Şübhəsiz ki, qəzet şəraitdən asılı olaraq ayrı-ayrı dövrlərdə müxtəlif ideologiya və fərqli formatda işıq üzü görmüşdür. Bununla belə o öz ənənəsinə sadiq qalmış, yeganə informasiya mənbəyi kimi rayon həyatının bütün sahələrini özündə əks etdirmişdir. 1929-cu ildə rayonun Xalxal kəndində müəllim kimi fəaliyyətə başlayan Sultan Əfəndiyev qəzetin ilk redaktoru təyin edilib (1934–1954-cü illər). Sonralar Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər. Neçə-neçə qələm sahibi redaksiyada müxtəlif vəzifələrdə çalışmış, qəzetin maraqlı və məzmunlu çıxmasında yaxından iştirak etmişlər.
Genişləndirmə yuvası
Genişləndirmə yuvası – kompüter konsolunun içərisində genişləndirmə lövhələrini yerləşdirmək üçün nəzərdə tutulmuş və onları sistem şininə (verilənlər magistrallarına) qoşan yuva. Fərdi kompüterlərin əksəriyyətində üçdən səkkizədək genişləndirmə yuvası olur; Apple Macintosh və Macintosh Plus kompüterlərində, ümumiyyətlə, genişləndirmə yuvası olmur, Macintosh SE də isə bir yuva olur. Genişləndirmə yuvaları sistemin mövcud imkanlarını və ya yaddaşını artırmağa və ya yenilərini əlavə etməyə imkan verir. Bax: EXPANSION BOARD. Daşınabilir kompüterlərdə genişləndirmə yuvası PCMCIA sinifli yuva formasında olur ki, ora da PC Card lövhəsi qoyulur.
Quş yuvası
Quş yuvası — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Quşyuvası kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Alxasli kəndindən çixmiş ailələr qizilquş yuvalari olan və Quşyuvası adlanan meşəlik sahədə saldiğına görə belə adlandırılmışdır.
Taxıc yuvası
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədi ilə naqillərin birləşdirilməsində. Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir. Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar.
Yuval Filo
Yuval Filo (d. 3 mart 1998) — İsraili təmsil edən bədii gimnast. Yuval Filo 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Filo həmdə I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Avropa Çempionatında isə bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Yuval Filo 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alona Koşevatskiy, Yekaterina Levina, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Yuval Puqaç
Yuval Puqaç (15 noyabr 2001-ci ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Qaranquş yuvası (Krım)
Qaranquş Yuvası (ukr. Ластівчине гніздо, Lastivchyne hnizdo, rus. Ласточкино гнездo, Lastochkino gnezdo, krımtat. Къарылгъач ювасы, Qarılğaç yuvası), Krımın Gaspra qəsəbəsində yerləşən dekoraativ bir qaladır. 1911–1912-ci illərdə 40 m yüksəklikdə olan Aurora yamacının üstündə tikilmişdir. Rusiyalı memar Leonid Sherwood tərəfindən neoqotika tərzində tikilmişdir. == Tarixi == Aurora yamacındakı ilk bina rus bir general üçün 1895-ci ildə tikilmişdir. "Eşq Qalası" adını alan bina taxtadan hazırlanmışdı. Daha sonra bu mülk Rus çarının şəxsi həkimi A. K. Tobinin əlinə keçdi. Bakı neftini çıxardaraq gəlir əldə edən alman Baron Von Şteyngel 1911-ci ildə binanı aldı və hazırkı binanı inşa etdirdi.
Qurd yuvası mağarası
Qurd yuvası mağarası — insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri. Mağara Abşeron rayonunun Məhəmmədi kəndində Qırməki vadisinin sol hissəsində, təpənin qayalı yamacında yerləşir. == Haqqında == 2018-ci ilin dekabr ayında Abşeron arxeoloji ekspedisiyasının bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında – Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlər aşkar olundu. Alətlər böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsi istisna edilmir. Aşkar edilmiş iti uclu qaşov, kəsici alətlər, miniatür əl çapacaqları çaxmaq və andezit daşından hazırlanıb. Abşeronun paleocoğrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir. Mütəxəssislərin ilkin rəyinə görə, bu tapıntıları paleolitin orta mərhələsinə aid etmək mümkündür. Geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olmasını göstərir. Son tapıntılar isə paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürüdülməsinə imkan verir.Ərazinin ətraf mühitin ibtidai insanların yaşayışı üçün əlverişli olması, insanlar üçün ov heyvanlarının əlçatarlılığı və istilik mənbəyi olan daimi alovların olması bu ərazi qədim insan məskəni olmasına səbəb olmuşdur. Yerli əhalinin sözlərinə görə, qədim dövrlərdə bu mağarada canavarlar məskən saldığından mağaraya "qurd yuvası" adı verilib.
Qartal yuvası (film)
Qartal yuvası — 2013-cü ildə Azərbaycanda istehsal olunmuş və Azərbaycanın 3 Milli Qəhrəmanından bəhs edən sənədli-bədii film. Filmin rejissoru və prodüseri Elnur Əliyevdir. Filmin ssenari müəllifi Kamran Qasımov, quruluşçu operatoru Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır. == Məzmunu == Ekran əsəri Qazax rayonundan olan üç Milli Qəhrəman — Rafiq Alıcanov, Mərifət Nəsibov, Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edir. Filmdə qəhrəmanların həyatlarının maraqlı anlarına daha çox diqqət ayrılmışdır. == Çəkiliş yerləri == Çəkilişlər Qazax, Füzuli və Şamaxı rayonlarında aparılmışdır. Film "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyinin dəstəyi ilə çəkilmişdir.
Yuval Noy Harari
Yuval Noah Harari (ivr. ‏יובל נח הררי‏‎; 24 fevral 1976) – İsrail tarixçisi. Yerusəlim Yəhudi Universitetində tarix professoru kimi fəaliyyət göstərir. "Sapiens: Bəşəriyyətin qısa tarixi" (2014) və "Homo Deus: Sabahın qısa tarixi" (2015) əsərlərinə görə tanınır. Onun əsərləri iradə azadlığı, şüurlanma və intellekt kimi mövzulara toxunur. Yuvalın ilkin nəşrlərində adını qeyd etdiyi məqamlardan biri 70.000 il əvvəl baş vermiş "təfəkkür inqilabı"dır. Belə ki, bu inqilab sayəsində Homo sapiens rəqibləri neandertalları üstələmiş, idrak edilən dil formalaşdırmış, mürəkkəb cəmiyyətlər yaratmış, digər yırtıcı heyvanları keçmişdirlər. Alimin son kitabları daha çox öyrədici xarakter daşıyır. Harariyə görə Homo sapiens növü yaxın gələcəkdə yox olacaq və yerini daha inkişaf etmiş insan irqi alacaq. == Arxaplan == Yuval Noah Harari 26 fevral 1976-cı ildə İsrailin Kiryat-Ata şəhərində anadan olub.
Nurulu
Nurulu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Yuxarı Mavalı (Marağa)
Yuxarı Mavalı (fars. مولوي عليا‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 95 nəfər yaşayır (18 ailə).
Yuxarı Tualı (Xudafərin)
Yuxarı Tualı (fars. طوعلی عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 265 nəfər yaşayır (66 ailə).
Odlar Yurdu Universiteti
"Odlar Yurdu" Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 10 noyabr 1995-ci ildə qoyulmuşdur. Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. == Haqqında == Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır. == Maddi-texniki bazası == Universitetin ümumi sahəsi 1 hektar ərazini əhatə edir. 16000 m² ərazidə müasir tələblərə cavab verən maddi-texniki bazalı, tədris prosesinin bütün zəruri tələblərini ödəyən müasir tipli 7 mərtəbəli binaya malikdir. Oksigen Klinik Xəstəxanası 6000 (altı min) m² sahəyə malikdir, Tibb muzeyi, Hüquq Klinikası, Kriminalistika laboratoriyası, Elektron imtahan otaqları, Kompüterlərin təmiri mərkəzi, Elektron kitabxana, Oxu zalı, Açıq idman meydançası, Qapalı idman zalı, Böyük akt zalı, Kiçik akt zalı, Xarici tələbələr üçün yataqxana, Açıq havada yeməkxana, Qapalı yeməkxana, Mikrobiologiya, immunologiya və virusologiya laboratoriyası, Histologiya və sitologiya laboratoriyası, Zoologiya kabineti, Fiziologiya kabineti, Anatomiya otağı, Fizika və biofizika laboratoriyası, AzRENA ictimai internet mərkəzi, Texnopark, Sürücülük məktəbi fəaliyyət göstərir. == Beynəlxalq statusları == Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür. Almaniyanın H+ akkreditasiyasına malikdir.
Səməd Yurdu (Şot)
Əhməd Yurdu (fars. صمديوردي‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Türk Yurdu dərgisi
Türk Yurdu dərgisi - Türkiyədə çap olunan aylıq dərgidir == Tarixçə == Türk Yurdu dərgisi "Türk Yurdu Cəmiyyəti"nin fikirlərini yaymaq üçün 30 noyabr 1911-ci ildə İstanbulda çapa başlamışdır. Türk Yurdu dərgisi 1911-ci ildən etibarən fasilələrlə çap olunmuşdur. Türk Yurdu Cəmiyyətinin bağlanması ilə "Türk Ocaqları"nın çap orqanına çevrilmişdir. Dərgi "Türk Ocakları" Mərkəzinin aylıq çap orqanı olaraq hazırda Ankarada dərc edilir. 30 noyabr 1911 və 15 iyul 1918 tarixləri arasında on beş gündə bir olmaqla İstanbulda otuz iki səhifədən ibarət jurnal dərc edilmişdir. İlk sayı böyük bir maraq ilə qarşılandı və bir neçə dəfə basıldı, Türkiyədə və Türkiyə xaricində geniş bir oxucu kütləsi meydana gəldi.Yeddi il ərzində 14 cild və 161 sayı çıxdı. Ölçüsü 18x25cm idi. Dərginin yayımcısı “Türk Yurdu” idi. Dərginin ilk nəşr olunduğu günlərdə imtiyyaz sahibi Məhəmməd Əmin bəy idi. 1911-ci ildə Məhəmməd Əmin Bəy vali olaraq Ərzuruma göndərilinəndə baş mühasib Akçuraoğlu Yusuf imtiyazçı oldu.
Türk yurdu (jurnal)
Türk Yurdu dərgisi - Türkiyədə çap olunan aylıq dərgidir == Tarixçə == Türk Yurdu dərgisi "Türk Yurdu Cəmiyyəti"nin fikirlərini yaymaq üçün 30 noyabr 1911-ci ildə İstanbulda çapa başlamışdır. Türk Yurdu dərgisi 1911-ci ildən etibarən fasilələrlə çap olunmuşdur. Türk Yurdu Cəmiyyətinin bağlanması ilə "Türk Ocaqları"nın çap orqanına çevrilmişdir. Dərgi "Türk Ocakları" Mərkəzinin aylıq çap orqanı olaraq hazırda Ankarada dərc edilir. 30 noyabr 1911 və 15 iyul 1918 tarixləri arasında on beş gündə bir olmaqla İstanbulda otuz iki səhifədən ibarət jurnal dərc edilmişdir. İlk sayı böyük bir maraq ilə qarşılandı və bir neçə dəfə basıldı, Türkiyədə və Türkiyə xaricində geniş bir oxucu kütləsi meydana gəldi.Yeddi il ərzində 14 cild və 161 sayı çıxdı. Ölçüsü 18x25cm idi. Dərginin yayımcısı “Türk Yurdu” idi. Dərginin ilk nəşr olunduğu günlərdə imtiyyaz sahibi Məhəmməd Əmin bəy idi. 1911-ci ildə Məhəmməd Əmin Bəy vali olaraq Ərzuruma göndərilinəndə baş mühasib Akçuraoğlu Yusuf imtiyazçı oldu.
Təxti-Tavuz yurdu
Qaraköpəktəpə və ya Taxtı-Tavus — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Köndələnçayın sağ sahilində yerləşir. Abidə konusvari təpə formasındadır. Abidənin üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən başlayaraq Orta əsrlərə qədər uzun bir dövrü əhatə edir. Yaşayış yerində 1967-ci ildən başlayaraq 300 m2 sahədə tədqiqat aparılmışdır. == Tədqiqi == Tarixçi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində bu abidə Qaraköpəktəpə və Taxtı-Tavus adları ilə qeyd olunub. XIX əsr tarixçisi Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərində də Qaraköpəktəpənin adı bir neçə dəfə çəkilir və elmi məlumatlar verilir. Daha sonra burada araşdırmanı alman mənşəli həvəskar arxeoloq E.A.Resler, sonra isə Moskva İmperator Arxeoloji Cəmiyyətinin üzvü A.A.İvanovski aparıb. Tədqiqat nəticəsində rus arxeoloqu abidənin ölçüsünü dəqiq müəyyən edib. Amma onların tədqiqatları sistemli olmayıb.
Odlar yurdu (oratoriya)
Odlar yurdu — Vasif Adıgözəlovun 1988-ci ildə yazdığı (sözləri Rəfiq Zəka Xəndanındır) oratoriya. Əsər Azərbaycan xalqının keçdiyi keşməkeşli yolu musiqinin dili ilə dinləyiciyə çatdırır. Əsərə görə Vasif Adıgözəlov Dövlət Mükafatına layiq görülmüşdür. Odlar Yurdu oratoriyası ilk dəfə 1988-ci il martın 3-də Azərbaycan Dövlət Filarmoniyasında səslənmişdir. Əsərə görkəmli dirijor R.Abdullayev dirijorluq etmişdir.
Bürclü
Bürclü (Ərdəbil)
Kürdçü
Kürdçü — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kürdçü Hacıqabul r-nunun Atbulaq i.ə.v.-də kənd. Düzənlikdədir. Tədqiqatçılara görə, oykonim kürd (etn.) və -çü (türk dillərində mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəlib, "kürdlər kəndi" mənasındadır. Yaşayış məntəqəsini vaxtilə kürdmənşəli ailələr saldığına görə belə adlanmışdır. Oykonimin Kürçü adının təhrif variantı kimi "Kür çayı sahilindən gələnlər" mənasında olması da güman edilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1240 nəfər əhali yaşayır.
Pürülü
Pürülü (erm. Փիրլու; Pirlu) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 35 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, sıldırım qayalıqların üstündə, yamacda yerləşir. == Tarixi == 1918-ci ildə Pürülü kəndi ermənilər tərəfindən dağıdılmış, qaçqın düşən əhalisi isə Ordubada pənah aparmışlar. Sovet hökuməti qurulduqdan sonra kənd əhalisi geriyə qayıdaraq, yenidən öz ata-baba yurdlarında məskunlaşmış, dağıdılmış təsərrüfatı bərpa etmişlər. 1934-cü ildə kənddə kolxoz qurulmuŞ, 1965-cı ildə isə kolxoz ləğv edilmiş, təsərrüfatı isə Gığı sovxozuna birləşdirilmişdir. Kolxoz ləğv edildikdən sonra, əhalisi getdikcə azalan kənddə 80-ci illərdə 25-30 ailə yaşayırdı. 1988-ci ilin noyabr-dekabr aylarında Pürülü camaatı deportasiya olunaraq, ata-baba yurdlarından didərgin salınmışlar. == İnfrastrukturu == Meyvə, xüsusilə də cəviz ağacları ilə zəngin olan kənddə klub, kitabxana, mağaza, 8 illik məktəb və s. sosial obyektlər var idi.
Kürdü
Kürdü (geyim)