Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hayidə
Hayidə (10 aprel 1942, Tehran – 20 yanvar 1990, San-Fransisko, Kaliforniya) — İran müğənnisi. İranın Tehran şəhərində anadan olub və 1990-cı ildə vəfata yetişib. Müğənninin mahnılarının İranda çoxlu pərəstişkarı var.
Zahidə Sultan
Zahidə Sultan (1613-1620) - Osmanlı padşahı I Əhmədin qızı. 1613 tarixində İstanbulda dünyaya gəlmişdir. Anasının kim olduğu bilinmir. Hələ 7 yaşında ikən vəfat etmişdir.
Zahidə xatun
Zahidə xatun (?-?) — Eldənizlər sülaləsinin ikinci atabəyi Məhəmməd Cahan Pəhləvanın arvadlarından biri. == Həyatı == Ondan Cəlaliyyə adlı qızı olmuşdur. Ərinin ölümündən (1186) sonra Naxçıvanda yaşamış, Eldənizlərin xəzinəsi yerləşən Əlincə qalasının sahibi olmuşdur. İlk atabəy Şəmsəddin Eldənizin dövründən atabəylərə tabe torpaqlardan gələn bütün gəlirlər bu xəzinədə saxlanılırdı. Cahan Pəhləvanın türk qızı Qətibə (Qutey bə) xatundanolan oğlu Əbu Bəkr əmisi Qı zıl Arslanı öldürülən kimi (1191) Naxçıvana gələrək, Əlincə qalasını və oradakı xəzinəni ələ keçirir.Mənbələrdəki məlumatın təhlili Z. x.-un bundan sonra, görünür, Cahan Pəhlə va nın hələ 1175 il də Ağsunqurilərdən geri aldığı Təbrizə köçdüyünü və bu şə hə rin hakimi olduğunu təs diq edir. Tarixçi əl-Hüsey nin məlumatına görə, atabəy Əbu Bəkr öldükdən (1210) sonra Naxçıvana, oradanda Culfaya, Mərəndə vəb. Azərb. şəhərlərinə hücum edən gürcülər Z. x.-un hakimlik etdiyi Təbrizi də mühasirəyə alırlar. Şəhər rəisləri ilə məsləhətlə şən Z. x. Təbrizi qarətdən və dağıntıdan xilas etmək üçün gürcülərə o qədər mal, pul, qızıl bac verir ki, "böyükdən kiçiyə kimi bütün gürcülər dövlətlənirlər".
Validə Əli-zadə
Validə Əlizadə (tam adı: Validə Mövsüm qızı Əlizadə; 31 yanvar 1946, Bakı) — AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Büro üzvü, professor, Eyni zamanda 2008-ci ildən həmin İnstitutun Eksperimental botanika şöbəsinin müdiri kimi fəaliyyət göstərir. == Həyatı == Əli-zadə Validə Mövsüm qızı 1946-cı il yanvarın 31-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1974-cü ildə namizədlik (Moskva), 1994-cü ildə doktorluq (Bakı) dissertasiyalarını müdafiə etmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Azərbaycan EA Botanika İnstitutunda baş laborant (1971–1973), kiçik elmi işçi (1973–1980), böyük elmi işçi (1980–1994), aparıcı elmi işçi (1994–1995) kimi fəaliyyət göstərmişdir. V. M. Əli-zadə 1980-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, 2012-ci ildə professor elmi adlarına layiq görülmüşdür. 1996–2011-ci illərdə AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, 12.2011–10.2021 illərdə AMEA Botanika İnstitutunun direktoru vəzifəsində çalışıb. == Əsas elmi nəticələri == V. M. Əli-zadə tərəfindən ətraf mühitin çirklənməsi şəraitində bitkilərin formalaşması, davamlılığının hüceyrə və molekulyar mexanizmlərinin araşdıırılması, biomüxtəlifliyin qorunması və davamlı inkişafı istiqamətlərində mühüm nəticələr əldə edilmişdir. Yerli və Qafqaz florasının endem və nadir növlərinin müxtəlifliyinin öyrənilməsi, mübahisəli növlərin təhlili, onların statusunun müasir səviyyədə qiymətləndirilməsi nəticəsində V. M. Əli-zadənin məsul redaktor kimi fəaliyyəti sayəsində 2013-cü ildə "Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki və göbələklərinin Qırmızı Kitabı"nın 2-ci nəşri çap olunmuşdur.
Layihə
Layihə — başlanğıc və son zaman nöqtələri olan, yeni məhsul və ya xidmət yaradılmasını nəzərdə tutan, konkret resursa malik olan , keyfiyyət və risk tələblərinə malik unikal fəaliyyət. == Layihə mərhələləri == Planlaşdırma - bu ilkin mərhələdə problemlər və tərəfdaşlar, hədəflər və bunlara çatmaq üçün ehtiyaclar müəyyən olunur; Hazırlıq - fərdi tapşırıqlar bölüşdürülür, qrafik və büdcə hazırlanır, ilk iclas - açılış icrası keçirilir; İcra (başlama) - müntəzəm iclaslar, qrafik və büdcəyə nəzarət, ardıcıl hesabatlar hazırlanır. Gözlənilən və gözlənilməyən çətinliklər aradan qaldırılır; Təslim (tamamlama) - son məhsul, yaxud proses hazırdır və məsul şəxsə ötürülə bilər. Bunun üçün son hesabat hazırlanır. == Layihə idarəedilməsinin müxtəlif səviyyələri == Vaxtın idarəedilməsi Büdcənin idarəedilməsi Resursların idarəedilməsi Keyfiyyətin idarəedilməsi İnsan resurslarının idarəedilməsi Risklərin idarəedilməsi == Layihənin növləri == Sosial layihələr İqtisadi layihələr Ekoloji layihələr1)hazırlanan hər bir şeyin ilk variantı; 2)tikiləcək bina, yaradılacaq qurğunun, məmulatın quruluşu və s. haqqında lazımi təsəvvür verən və sonrakı mərhələdə iş sənədlərinin işlənib hazırlanması üçün kafi məlumat əks etdirən konstruktor sənədlər kompleksi; hər hansı bir əsaslı tikinti layihəsi fərdi və ya birtipli ola bilər. Fərdi layihələr işlənilib hazırlanarkən birtipli konstruksiya, memarlıq layihələri və s.-dən istifadə olunur. 3)mahiyyəti və onun praktiki reallaşması imkanları təsvirlər, əsaslandırmalar, hesablamalar, rəsmlər formasında açıqlanan fikir, ideya, surət; 4)tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Məsələn, tikintinin layihəsi; 5)hər hansı bir sənədin, qərarın və s.-nin əvvəlcədən yazılmış təxmini mətni. Məsələn, qərarın layihəsini hazırlamaq, nizamnamənin layihəsi, müqavilənin layihəsi; 6)nəzərdə tutulmuş niyyət, fikir mənasında.Layihələr vahid nəticəyə çatmaq üçün layihələr proqramına və səmərəli idarəetmə üçün layihələr portfelinə malik ola bilər.
Zaviyə
Zaviyə — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 6,141 nəfər və 1,624 ailədən ibarət idi.
Zayəndə
Zayəndə çayı İranın mərkəzində çay adıdır. Zagros axan bu çay İsfahan şəhərinin ortasından keçərək qavxuni bataqlığına tökülür . Uzunluğu 405 kilometrdir . == Xarici keçidlər == Vikianbarda Zayəndə ilə əlaqəli mediafayllar var.
Validə
Validə — Azərbaycanlı qadın adı. Validə Əlizadə — AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru. Validə Tutayuq — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949) Validə Yusifova — istilik texnikası sahəsində Sovet Azərbaycan alimi, texnika elmlər doktoru.
Abidə
Abidə — tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. və ya qədim dövrlərə aid mədəniyyət əsəri. İnsanların,hadisələrin,obyektlərin,ədəbiyyat və kinofilm personajların xüsusi əhəmiyyətini göstərmək üçün ucaldılan tikili,qurğu,oxşadılan fiqur. Ölkənin, xalqın, bəşəriyyətin maddi sərvətinin bir hissəsi, bədii və tarixi dəyəri olan tikili; Görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan heykəltaraşlıq və memarlıq əsəri. "Abidə" anlayışı "monument" anlayışına yaxındır. Abidənin ən çox yayılmış tipi əslindən böyük olan heykəltaraşlıq fiquru, yaxud kompozisiyasıdır. Abidə postament üzərində və adətən, görkəmli yerdə, yaxud tarixən müəyyən hadisə ilə bağlı yerdə qoyulur. Sənət nümunələri olan qədim qəbirüstü daşlar da xüsusi Abidə tipidir; Məcazi mənada – yadigar, xatirə, diqqətəlayiq iş, əsər. Abidə bir qayda olaraq nəyinsə xatirəsi əhəmiyyətini daşıyır. Daha çox rast gəlinən növləri — heykəl, ctatuya, büst, yazılı divar üstü lövhə, zəfər tağı, sütun, obelisk və s.
Zeyid
Zeyid — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. == Tarixi == Zeyid kəndi qədim tarixə malik yaşayış məskənidir. Bu kənd VII əsrin ikinci yarısına kimi "Şəhərgah"adlandırılmışdır və Qaraçayın sol sahilində Qəbələ-Xınalıq-Şamaxı karvan yolunun üzərində yerləşmişdir. Tarixi mənbələrdən məlum olduğuna görə "Peyğənbər salavatullah"ın sağlığında cənnətlik vəd edilən on iki əshabəsindən biri Zeyd İbn əs-Sabah islam dinini yaymaq üçünşimala gəldiyi məlumdur. Çox böyük ehtimalla kəndin sonrakı adı onun adı ilə bağlıdır. Kənd XII əsrin ortalarına kimi Qaraçayın sol sahilində olmuşdur. "Babadilim" baba ilə bağlı əhvalatdan sonra kənd həmin yerdən 5 km məsafədə digər yerə köçmüşdür. Akademik Məşədixanım Nemətin "Azərbaycan pirləri" kitabında göstərir ki, "Babadilim" babanın diri tarixi 1000–1100-cü illərə təsadüf edir. Deməli kəndin köç etməsi məhz XII əsrə təsadüf edir.
Ayişə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, xəlifə Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 17 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Cahidə Sonku
Cahidə Sonku (türk. Cahide Sonku; d. 27 dekabr 1919, Yəmən, Osmanlı İmperiyası – ö. 18 mart 1981, İstanbul, Türkiyə) — Türkiyə kino aktrisası; türk kinosunun ilk qadın ulduzu, ilk qadın kinorejissoru və ilk qadın prodüsseri. == Həyatı == Əsl adı Cahidə Sərab olan bu aktrisa 27 dekabr 1919-cu ildə Yəməndə anadan olmuşdur. Hələ uşaq vaxtlarından sənətə həvəsli olmuşdur. Əvvəl xalq evlərində, sonra isə İstanbul şəhər teatrında fəaliyyət göstərmiş, epizodik rollarda çıxış etmişdir. Uilyam Şekspir, Lev Tolstoy, Anton Çexov kimi məşhur yazıçıların əsərlərinin səhnə quruluşunda rol almışdır. 1933-cü ildə rejissor Muhsin Ərtoğrulun "Yeddi kəndin Zeynəbi" tamaşasındakı rolu ilə özünün nəyə qadir olduğunu göstərə bilir. Ərtoğrul gənc qızın potensial imkanlarını qiymətləndirərək, onu filmdə çəkilməyə dəvət edir.
Fəzlulla Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Hayimə Xatun
Hayimə Xatun və ya Hayimə Ana (1176, Osmanlı imperiyası – 1268, Osmanlı imperiyası) ― Osmanlı dövlətinin qurucusu Osman Qazinin nənəsi və Sunqur Təkin, Gündoğdu bəy, Ərtoğrul Qazi və Dündar bəyin anasıdır. == Xatirəsi == Necdet Sakaoğlunun dediyinə görə, tarixçilər tərəfindən çox tədqiq edilməmiş Hayimə ananın xatirəsini Domaniç qəsəbəsinin sakinləri yaşatmışdırlar. Çarşamba kəndindəki bir qəbrin yerli xalq tərəfindən əsrlər boyu Hayimə Xatunun qəbri olaraq ziyarət edildiyini eşidən Osmanlı Sultanı II Əbdülhəmidin əmri ilə burada 1892-ci ildə bir türbə tikdirilmişdir. Digər tərəfdən, İdris-i Bitlisî Heşt Behişt adlı tarixində Osman Qazinin kiçik oğlu Ələddin Paşanın anası ilə birlikdə Biləcikdə yaşadığı yazılmışdır. == Həyatı == Osmanlı sultanlarının qeyri-müsəlman cariyələrlə evlənmə ənənəsi hələ başlamadığından, Hayimə Xatunun türk olduğu iddia edilir. Başqa bir inanca görə, Hayimə Ana, Kaya Alpoğlu Süleyman şahın həyat yoldaşı, Ərtoğrul Qazinin anası və Osmanlı dövlətinin qurucusu Osman Qazinin nənəsidir. Əri Süleyman Şah Fəratı keçərkən boğulduqdan sonra Qayı qəbiləsinin başçılığını ələ keçirmiş Hayimə Ana, əvvəlcə Səlcuqlu Sultanı Əlaəddin Keykubadın əmri əsasında əvvəlcə Ankara, Karacadağ, sonra isə Domaniç və Söğütə yerləşmişdir. Ərtoğrul Qazi, "Dövlət Anası" olaraq da tanınan anası Hayimə Anayı hər il Çarşamba kəndində çadır qurduğu bir təpədə dəfn etdirmişdir. Sultan II Əbdülhəmid 1892-ci ildə Hayimə Ananın məzarı üzərində inşa edilən indiki türbəni inşa etdirmişdir. Çarşamba kəndində vəfat edən Hayimə Ananın məzarı başında anma mərasimi təşkil edilir.
Layihə:Bürokratlar
Bürokrat aşağıdakı hüquqlara sahib inzibatçılara verilən addır. istifadəçiyə müvafiq bürokrat seçkisinin nəticəsinə uyğun olaraq bürokrat statusu vermək (bürokrat bu statusu istifadəçidən geri ala bilməz); istifadəçiyə müvafiq inzibatçı seçkisinin nəticəsinə uyğun olaraq inzibatçı statusu vermək (bürokrat bu statusu istifadəçidən geri ala bilməz); istifadəçiyə bot statusu vermək (bürokrat konkret səbəblər göstərərək bu statusu istifadəçidən geri ala bilər); istifadəçiyə interfeys inzibatçısı statusu vermək (bürokrat konkret səbəblər göstərərək bu statusu istifadəçidən geri ala bilər).Bürokratlar öz fəaliyyətlərində ilk növbədə qanunlara və vikicəmiyyətin razılığına əsaslanmalıdırlar. Məsələn, onlar istifadəçiyə inzibatçı statusu verərəkən inzibatçılar, bürokrat statusu verərkən isə Bürokratlar səhifəsindəki səsvermənin nəticələrini əsas götürülməlidir. Bot statusunun verilməsi üçün bot sahibinin Botlar səhifəsində müraciəti olmalıdır. Bot statusunun alınması üçün ya bot sahibinin özünün razılığı, ya da bunun üçün tutarlı əsaslar lazımdır. Azərbaycanca Vikipediyada hal hazırda 4 bürokrat var (bürokrat hüququ olan istifadəçilərin tam siyahısı). === Hazırkı === Sortilegus (müzakirə • töhfələr) Eldarado (müzakirə • töhfələr) Turkmen (müzakirə • töhfələr) Toghrul R (müzakirə • töhfələr) === Keçmiş === Mehrdad (müzakirə • töhfələr) Baskervill (müzakirə • töhfələr) Hazırda heç bir seçki yoxdur.
Layihə A
Layihə A və ya "A" Layihəsi (ing. Project A, Çincə:A計劃; Jyutping: A Gai3 Waak6 — 'A' gai waak) — 1983-cü ildə Ceki Çanın məşhur filmlərindən biridir. Film bir çox adla, o cümlədən, «Pirate Patrol» və «Jackie Chan's Project A» adları ilə tanınır. == Şüar == Nonstop Action On The High Seas! (azərb. Açıq dənizdə davamlı hərəkət!‎) == Məzmun == XX əsrin əvvəlləri. Honq Konq. Çinin dənizində Lo adlı dəniz quldurunun başçılığı ilə müxtəlif gəmilər təzyiqə məruz qalır. Onlarla mübarizə etmək üçün dövlət tərəfindən xüsusi layihə hazırlanılır. Bu layihənin adı "Layihə A" adlanır.
Layihə menecmenti
Layihə – müəyyən vaxt ərzində, tələb olunan büdcə daxilində gözlənilən nəticəyə çatmaq üçün həyata keçirilən işlərdir. Layihənin gündəlik işlərdən fərqi onun konkret müddətlə bağlı olmasıdır. Layihənin həyata keçirilməsi üçün maliyyə resurslarından (büdcə) başqa, digər resurslar da müəyyən edilir. Bunlara insan resursları, fiziki və informasiya rersursları aiddir. Xüsusi şərtlərlə, vaxt məhdudiyyəti, qiymət, keyfiyyət, fəaliyyət növü və digər məqsədlərlə xarakterizə olunan nadir işlər çoxluğu Layihə adlarıir. == Layihənin əlamətləri == Dəyişkənlik əlaməti; vaxt məhdudiyyəti əlaməti; büdcə əlaməti; ehtiyatlar əlaməti; təkrarolunmazlıq əlaməti; yenilik əlaməti; bütövlük, tamlıq əlaməti; hüquqi təminat əlamətləri təşkilat əlamətləri məhdudiyyətçilik əlamətləri; === Dəyişkənlik əlaməti === Layihələrdə bu əlamət əsas xassələrdən biri kimi qiymətləndirilir. Əgər layihədə bu əlamət hiss olunarsa, onda layihə "yaşayır". İlk növbədə, yəni layihənin start dövründə, onun bütün elementləri passiv vəziyyətdə olurlar. Vaxt keçdikcə layihədəki işlər (elementlər) yerinə yetirilir. Bu zaman işlər passiv vəziyyətdən aktiv vəziyyətə keçir.
May Ziyadə
May Ziyadə (ərəb. مي زيادة‎, 11 fevral 1886, Fələstin, Suriya vilayəti, Osmanlı imperiyası – 17 oktyabr 1941, Qahirə, Misir krallığı[d]) — Nazaretdən yazıçı. Cübran Xəlil Cübranla məktublaşdı.
Nahidə Babaşlı
Nahidə Babaşlı (22 sentyabr 1996, Zərdab) — Azərbaycanlı söz yazıçısı və müğənni. Hazırda Türkiyədə yaşayan Nahidə, səsi ilə diqqəti özünə cəlb etmişdir. == Həyatı və fəaliyyəti == 22 sentyabr 1996-cı ildə Azərbaycanın Bakı şəhərində 2 uşaqlı ailədə doğulmuşdur. Əslən Azərbaycanlıdır. Ali təhsilini Bakı Dövlət Universitetində fizika fakültəsində davam etdirmişdir. Elə bu zamanlar musiqiçi olmağı qərara almışdır. O universitet təhsili illərində dəfələrlə musiqi yazmağa cəhd etsə də alınmamışdır.Daha sonralar atasının da köməkliyi ilə musiqi ifa etmiş və yayımlamışdır. İlk dönəmlərdə telefona yüklədiyi proqram sayəsində, mahnı ifa edir, onu arxa planına rəsm əlavə edir və paylaşırdı. O, özünə daha çox xarici kompozisiyaları yaxın bilir. Həmçinin, Azərbaycan dilində musiqi oxuduğunda problem yaşadığını bildirmişdir.
Nahidə Orucova
Orucova Nahidə Mülük qızı (18 iyul 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Orucova Nahidə Mülük qızı 1961-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram-kino aktyorluğu» fakultəsini bitirmişdir. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışmışdır. Orada işlədiyi müddət ərzində bir sıra tamaşalarda iştirak etmişdir. 1993-cü ildə Ş. Qurbanov adına Musiqili Komediya Teatrına «Solist - vokalist» vəzifəsinə təyin olunmuşdur. Bu müddətdə o Cavanşir Quliyev, Əli Əmirli «İtkin ər» tamaşasında İzabella, A. Qüdrət, Ramiz Mustafayev «Volqalı canan»da Şəlalə xanım, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Səmayə xanım, Rəşid Şəfəq, Abdulla Şaiq «Bir saatlıq xəlifəlik»də Səkinə xanım, Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da Gülşad xanım, Ramiz Musafayev, Cahangir Məmmədov «Məsmə xala dayımdır»da katibə, Emin Sabitoğlu, Rüfət Əhmədzadə "Hələlik”də Lalə, Emin Sabitoğlu, Xalidə Hasilova «Nəğməli Könül»də Qəmər xanım, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Zuzu xanım, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Özümüz bilərik»də Nailə xanım, Ü. Hacıbəyli "Ər və arvad”da Minnət xanım, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Çiçək xanım, Vasif Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Nazlı Qəmzəli, Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Milyonçunun dilənçi oğlun”da Kübar qadın və Mələk, Üzeyir Hacıbəyli "O olmasın bu olsun”da Sənəm, Ramiz Mirişli , Marat Haqverdiyev "Qısqnc ürəklər”də Natella, Faiq Sücəddinov, Tamara Vəliyeva "Mən dəyərəm min cavana”da Sevda, Cavanşir Quliyev, Qeybulla Rəsulov "Məhəbbət oyunu”nda Gülcahan, Rauf Hacıyev "Talelər qovuşanda”da Nazpəri, İmre Kalman "İdialı qaraçı”da Qrafinya İrini, Üzeyir Hacıbəyli "Arşın mal alan”da Cahan xala, Viktor Dolidze, Akvsenti Saqarelli "Xanuma”da Tekle və s. tamaşalarda yaratdığı obrazlarla yadda qalmışdır. "Asif, Vasif, Ağasif” (1983) Musiqi müəlliməsi, "Ayrılıq imiş” ( 2008) Xidmətçi, " Biz qayıdacağıq” ( 2007) Həkim, "Xüsusi vəziyyət” (1986) Şikayətçi, "Kişiləri qoruyun” (2006) Rübabə, "Qız qalası” (2000), "Qızlar” (2007) Sədaqət, "Moskva-Bakı qatarı” (2005) Satıcı, "Nə gözəldir bu dünya... (1999) Asim Əliyeviçin arvadı, "Pəncərədə işıq” (film-tamaşa) Bardakı qadın, "Spasibo” (1998) Yengə, "Tam məxfi” (2004) Səbinənin anası, "Yanmış körpülər” (2007) Qreta, "Yük” (1995) Qulluqçu Kübra, "Yurd yeri” (1997) Hüsniyyə və s.
Nahidə Rostovskaya
Aktrisa == Həyatı == 2002-ci ildə Bakı xoreoqrafiya məktəbinin xalq rəqsi şöbəsini və 2005-ci ildə S.Vurğun ad. Rus Dram teatrın nəzdində aktyorluq studiyasını bitirib. 2003-cü ildən S.Vurğun ad. Rus Dram teatrın aktrisasıdır. Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış edib: Qız və Tibb bacısı (Elçin "Mənim ərim dəlidir"), Ferri (J.Patrik "Strannaya missis Sevidj"), Qız (S.Vurğun "Fərxad və Şirin ") və s. Uşaqlar üçün tamaşalarda: Kənd qızı (Q.Kalau "Kot v sapoqax"), Şahzadə qız (Y.Şvars "Snecnaya koroleva"), Feya (V.Reznikova "Zoluşka")və s.
Sacidə Talfa
Sacidə Talfa(ərəb. ساجدة خيرالله طلفاح‎; 24 iyun 1937, Tikrit, Bağdad mühafəzəsi) — İraqın 1-ci xanımı. Səddam Hüseynin ilk xanımı və dayısı qızı.
Sacidə Əbdülvahabova
Sacidə Əbdülvahabova — "Qadın Problemlərinin Tədqiqat Birliyinin-Qadın İnstitutunun" direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Sacidə Əbdülvahabova 2 iyun 1947-ci ildə Bakı şəhərində anadan olub. 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. 1969–1974-cü illərdə Moskvadakı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun aspirantı olub. 70-dən artıq elmi məqalənin, "Nüvə fizikası" kitabının müəllifidir. Bir çox beynəlxalq konfrans və kursların, o cümlədən Şərqi və Mərkəzi Avropada silahlı münaqişəyə vətəndaşlıq cavabdehliyi (sentyabr 1995, Almaniya), İnsan haqları üzrə vəkillik kursu (avquşt 1996, ABŞ), ABŞ Beynəlxalq İnkişaf təşkilatının təşkil etdiyi "İnsan haqları" seminarının (dekabr, 1996, Bakı) və "Cənubi Qafqaz qadınlarının liderliyi" (oktyabr 1998, Gürcüstan, may 2000, Ermənistan və iyun 2000, Azərbaycan) konfranslarının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin 50 illiyinə həsr edilmiş (dekabr 1998, Bakı), Qadınlar keçid dövründə (fevral 1999, Özbəkistan), Haaqa Sülh Çağırışının 100 illiyinə həsr olunmuş (may 1999, Hollandiya) konfranslarının, ATƏT-in təşkil etdiyi "Qadınlar və seçkilər" seminarının iştirakçısı olmuş, çıxış etmişdir. 1974-cü ildən bu günə kimi Bakı Dövlət Universitetinin professorudur. Universitet nəzdində Müdafiə Şurasının elmi katibi, Sülh Mərkəzinin üzvüdür. 1997-ci ildən "Qadın Problemlərinin Tədqiqat Birliyinin-Qadın İnstitutunun" direktorudur. == Təhsili, elmi dərəcəsi və elmi adı == 1969-cu ildə ADU (indiki BDU) fizika fakültəsini bitirib.
Salidə Şərifova
Salidə Şəmməd qızı Şərifova (Salidə Şəmmədqızı; 12 yanvar 1971, Tbilisi) — ədəbiyyat nəzəriyyəçisi, ədəbiyyatşünas, yazıçı; Filologiya elmləri doktoru (2012), AMEA-nın professoru (2019), Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (2022); Azərbaycan Yazıçılar Birliyinin üzvü (2009), "Qızıl qələm" (2010) və "Rəsul Rza" mükafatı (2017) laureatı, Prezident təqaüdçüsü (2016–2017). == Həyatı == Salidə Şərifova 12 yanvar 1971-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1988-ci ildə A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinə daxil olmuş və 1993-cü ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasının "Azərbaycan ədəbiyyatı" ixtisası üzrə daxil olmuş və 1996-cı ildə aspiranturanı bitirmişdir. 1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin baş elmi işçisidir. == Elmi fəaliyyəti == 1993–1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. 1996-cı ildə "İlk Azərbaycan romanları" mövzusunda namizədlik (10.01.03 (5716.01)- Azərbaycan ədəbiyyatı) mövzusunda dissertasiya müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdü. 2012-ci ildə Rusiya Elmlər Akademiyası A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda "Теоретические аспекты жанрового многообразия азербайджанского романа (Azərbaycan romanlarının janr müxtəlifliyinin nəzəri aspektləri)" mövzusunda doktorluq (10.01.08 — Ədəbiyyat nəzəriyyəsi. Mətnşünaslıq) dissertasiyası müdafiə edərək Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi tərəfindən filologiya elmləri doktoru adına layiq görülmüşdü.
Validə Məmmədova
Validə Məmmədova (1950, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədris işləri üzrə prorektoru (2015–2021), professor (2010), Əməkdar incəsənət xadimi (2008) == Həyatı == Məmmədova Validə İmran qızı 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. == Təhsili == 1967-ci ildə Bakının 172 saylı orta məktəbi, 1972-ci ildə V. İ. Lenin ad. APİ-nin (indi ADPU) Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. 1973-cü ildə M. Lomonosov ad. MDU-nun "Psixologiya" fakültəsində ixtisasartırma keçib. 1981–1984-cü illərdə istehsalatdan ayrılmaqla AR Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunun aspirantı; == Əmək fəaliyyəti == 1974–1976-cı illərdə Xalq Təsərrüfatı işçilərinin ali ixtisasartırma kurslarında Peşə etikası və psixologiya fənni üzrə müəllim; 1975-ci ildən bu günə qədər pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə bağlıdır. 1991–1994-cü illərdə müəllimliklə yanaşı eyni zamanda əvəzçiliklə Universitetin Elmi Şurasının katibi vəzifəsində çalışıb. 2001–2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Humanitar və ictimai fənlər" kafedrasının müdiri; 2010–2015-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Tədris işləri üzrə prorektor; 2015–2021-ci illərdə ADMİU-da Tədris işləri üzrə prorektor; 2021-dən bu günə kimi ADMİU-nun rektor müşaviri vəzifəsində çalışır. 1988-ci ildən filologiya elmləri namizədi, 1990-cı ildən dosent, 2010-cu ildən professordur. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə "Əməkdar İncəsənət xadimi" fəxri adına layiq görülüb.
Cahide
Paide
Paide (Paide), keçmiş Vaissenştayn (alm. Weißenstein‎ — Ağ daş) — Estoniyanın mərkəzində şəhər, Yarvamaa bölgəsinin inzibati mərkəzi. Soyuq müharibə zamanı, burada Koigi sovet aviabazası yerləşirdi. Şəhərdə eyniadlı Livon ordeni tərəfindən tikilmiş qəsr ucalır. == Qardaşlaşmış şəhərlər == Paide 8 şəhərlə qardaşlaşıb: Almaniya Annaberg-Buchholz İsveç Håbo Finlandiya Hamina Çexiya Havirjov Litva Majeykyay Ukrayna Pereyaslav Latviya Saldus ABŞ Vestminster (Merilend) == Etimologiya == Paydenin alman adı Weissenstein (əslində aşağı alman dilində Wittenstein və ya Wittensten) "ağ daş" deməkdir. Bu ad Payde qalasının inşasında istifadə olunan əhəng daşından götürülmüşdür. Latın tərcüməsi Albus Lapis də istifadə edilmişdir. Estoniya adı Payde ilk dəfə 1564 -cü ildə Payda olaraq qeyd edildi və paas, pae "kireçtaşı" sözündən yarandığı düşünülür. == Görməli yerlər == Livoniya Ordeninin ustası Konrad von Mandernin əmri ilə Paide şəhərində 1265 və ya 1266 -cı illərdə bir qala tikilmişdi. Əvvəldən yerli Tall Hermann qülləsi və ya Vallitorn olaraq bilinən mərkəzi qüllənin ətrafında inşa edilmişdir.
Payde
Paide (Paide), keçmiş Vaissenştayn (alm. Weißenstein‎ — Ağ daş) — Estoniyanın mərkəzində şəhər, Yarvamaa bölgəsinin inzibati mərkəzi. Soyuq müharibə zamanı, burada Koigi sovet aviabazası yerləşirdi. Şəhərdə eyniadlı Livon ordeni tərəfindən tikilmiş qəsr ucalır. == Qardaşlaşmış şəhərlər == Paide 8 şəhərlə qardaşlaşıb: Almaniya Annaberg-Buchholz İsveç Håbo Finlandiya Hamina Çexiya Havirjov Litva Majeykyay Ukrayna Pereyaslav Latviya Saldus ABŞ Vestminster (Merilend) == Etimologiya == Paydenin alman adı Weissenstein (əslində aşağı alman dilində Wittenstein və ya Wittensten) "ağ daş" deməkdir. Bu ad Payde qalasının inşasında istifadə olunan əhəng daşından götürülmüşdür. Latın tərcüməsi Albus Lapis də istifadə edilmişdir. Estoniya adı Payde ilk dəfə 1564 -cü ildə Payda olaraq qeyd edildi və paas, pae "kireçtaşı" sözündən yarandığı düşünülür. == Görməli yerlər == Livoniya Ordeninin ustası Konrad von Mandernin əmri ilə Paide şəhərində 1265 və ya 1266 -cı illərdə bir qala tikilmişdi. Əvvəldən yerli Tall Hermann qülləsi və ya Vallitorn olaraq bilinən mərkəzi qüllənin ətrafında inşa edilmişdir.
Davide Kalabria
Davide Kalabria (it. Davide Calabria ; 6 dekabr 1996, Breşiya, Lombardiya) — İtaliyalı peşəkar futbolçu. "Milan" klubunun və İtaliya milli komandasının cinah müdafiəçisi. == Klub karyerası == Futbolçunun peşəkar idman karyerası ancaq "Milan" klubu ilə bağlıdır. Breşiyada doğulmuş futbolçu 2006-cı ildə "Milan"ın futbol akademiyasına qoşulur. 2013-cü ildə "Milan" klubunun gənclər komandasına dəvət edilir. "Milan"ın əsas heyətində debütu isə, 30 may 2015-ci ildə "Milan"ın "Atalanta" klubuyla göruşunə təsaduf edir. 15 iyul 2015-ci ildə daimi olaraq "Milan"ın əsas komandasına keçirilir.2021-ci ilin iyul ayında futbolçu Milan ilə müqaviləsini 2025-ci ilə qədər uzadır.
Davide Plebani
Davide Plebani (24 iyul 1996) — İtaliyalı peşəkar kişi trek velosipedçisi. Davide Plebani İtaliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Davide Plebani 2016 UEC Avropa Trek Çempionatında seçmə yarışında iştirak etmişdir. O, Fransada baş tutan yarışlarda 17-ci yeri tutdu.
Mara Zalite
Mara Zalite (latış. Māra Zālīte‎ d. 18 fevral 1952, Krasnoyarsk) — Latviya şairəsi, dramaturq və ictimai xadim. Latviya Elmlər Akademiyasının fəxri üzvü (1998). == Bioqrafiyası == Mara Zalite 18 fevral 1952-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Krasnoyarsk diyarında, sürgün olunmuş ailədə anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Latviyaya qayıtmışdır. Zemqale məktəbində oxumuşdur. Latviya Dövlət Universitetinin Filologiya fakültəsini bitirib (1975). Latviya Yazıçılar Birliyində referent vəzifəsində çalışmışdır. SSR (1974-1979) və Liesma jurnallarında ədəbi məsləhətçisi (1977-1990), Karoqs jurnalının baş redaktor (1989-2000), Latviya Müəlliflər Birliyinin prezidenti, Dövlət Dil Komissiyasının sədri ( 2002-2004), Latviya Milli Kitabxanasının İdarə Heyətinin üzvü, Müəllif Hüquqları üzrə Məşvərət Şurasının üzvü və Latviya Respublikası Nazirlər Kabineti yanında Milli Mədəniyyət Şurasının üzvü olmuşdur.