Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zinəddin Zidan
Zinəddin Zidan (fr. Zinédine Zidane, ərəb. زين الدين يزيد زيدان‎ ; 23 iyun 1972[…]) — fransalı futbolçu, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası ərzində, 1988–1992-ci illərdə, Fransanın "Kann", 1992–1996-cı illərdə "Bordo", 1996–2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001–2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub. 1988–1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994–2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub.
Zirəddin Tağıyev
Zirəddin Məmmədtağı oğlu Tağıyev — Bakı Bələdiyyə Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Zirəddin Məmmədtağı oğlu Tağıyev 8 may 1943-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Gəncə teatrında Ələddin Abbasovun rejisorluğu ilə hazırlanmış "Dəli Kür" tamaşasına baxdıqdan sonra, teatra marağı yaranmış və teatra olan həvəsi onu on yeddi yaşında Bakıya gətirir. 1960-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Dram və Kino aktyorluğu fakültəsinə daxil olur. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilir və 4-5 ay müddətində teatrın qəhrəmanı olur. Adil İsgəndərovun səhnələşdirdiyi "İki qardaş" lirik əsərində 80 yaşlı qocanın rolunu məharətlə canlandırır. 1971-ci ildə Adil İsgəndərov onu C.Cabbarlı "Azərbaycanfilm" kinostudiyasına rejissor olmağa dəvət edir, bir müddət burada işlədikdən sonra təhsilini artırmaq üçün Moskvaya M. Qorki adına Kinostudiyasisına göndərilir. Kursu bitirdikdən sonra "Mozalan" kinojurnalında rejissor və aktyor kimi fəaliyyət göstərir. Bu müddətdə 100-dən artıq xarici film Azərbaycan dilinə çevrildi. 1991-ci ildə Gəncə Dram Teatrına qayıdır və teatr səhnəsində Rəşad Nuri Güntəkinin "Qondarma ər" əsərini tamaşaya qoyur.
Ziyəddin Göyüşov
Ziyəddin Bahadur oğlu Göyüşov (20 may 1920, Ağdam rayonu – 9 fevral 1985, Bakı) — fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Bahadur oğlu Göyüşov 1920-ci ilin may ayının 20-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Ziyəddi Göyüşov 1928–1936 illərdə Ağdamın Boyəhmədli kənd məktəbində oxumuş, 1938–1939 illərdə Ağdam Pedaqoji Texnikumunda təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ziyəddin Göyüşov Boyəhmədli kəndində müəllimlik etmiş, Böyük Vətən müharibəsində iştirak edib yaralandıqdan sonra Vətənə qayıdaraq 1943-cü ildə bir müddət Ağdamda yerli radio verlişləri redaksiyasına rəhbərlik də etmişdir. O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir. Ziyəddin Göyüşov 1953-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olmuşdur. O,1957-ci ildə fəlsəfə elmləri namizədi, 1963-cü ildə fəlsəfə elmləri doktoru,1964-cü ildə professor adı almışdır.1976-cı ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının üzvü seçilmiş, elə həmin ildən də Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə tarixi şöbəsinin müdiri olmuşdur. O, Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak etmiş, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olmuşdur. Ziyəddin Bahadur oğlu Göyüşov 9 fevral 1985-ci ildə Bakıda vəfat etmişdir. Ziyəddin Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemlərini araşdırmış, Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirmişdir. Ziyəddin Göyüşovun tədqiqat sahəsi Azərbaycanın etik fikrinin qədim dövrdən XX əsrə qədər inkişaf meylləri və əsas aspektlərinin təhlili idi.
Ziyəddin Məhərrəmov
Ziyəddin Məhərrəmov (tam adı:Ziyəddin Həmil oğlu Məhərrəmov; 31 may 1947, Qoşabulaq, Basarkeçər rayonu) — filologiya elmləri doktoru (2020), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (1999), Qabaqcıl təhsil işçisi (sentyabr, 2009), Azərbaycan Jurnalistlər Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (noyabr, 2007), "Qızıl qələm" mükafatı laureatı (14.06.2013), "Xalqın nüfuzlu ziyalısı" diplomu (17.03.2015), "Şərəf" media mükafatı laureatı (20.05.2015) Ziyəddin Məhərrəmov 31 may 1947-ci ildə Qərbi Azərbaycanın tarixi ərazilərindən olan Göyçə mahalındakı Basarkeçər rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. 1960-cı ildə kənd 7 illik məktəbi, 1964-cü ildə Daşkənd kənd orta məktəbini, 1969-cu ildə V. İ. Lenin adına Аzərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinin dil-ədəbiyyat şöbəsini, 1985-ci ildə isə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Həmçinin Marksizm-Leninizm Universitetinin Dağlıq-Qarabağ filialını da fərqlənmə diplomu ilə bitirmişdir (1977–1979). Ziyəddin Məhərrəmov Qoşabulaq kəndində müəllim işləmiş, 1970-ci ildə Həştərxan vilayətində hərbi xidmətdə olmuşdur. 1971–1973-cü illərdə Qoşabulaq kənd orta məktəbində müəllim işləmişdir. 1973–1975-ci illərdə "Vardenis" rayon qəzetində ədəbi işçi işləmişdir. 1975–1976-cı illərdə Şuşa şəhər yerli radio verilişləri redaksiyasında müxbir, Kitabsevərlər Cəmiyyəti rayon təşkilatının məsul katibi işləmişdir. 1976–1983-cü illərdə Azərbaycan KP Şuşa Rayon Komitəsinin təbliğat-təşviqat və təşkilat şöbələrində təlimatçı, partiya komissiyasının sədri, 1983–1985-ci illərdə BАPM-də dinləyici olmuşdur. 1985–1991-ci illərdə Azərbaycan KP Şuşa Rayon Komitəsində təlimatçı, ideologiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. Həmin müddətdə Şuşa şəhər Sovetinin deputatı, şəhər icraiyyə komitəsinin üzvü və sədri (1986), rayon partiya komitəsinin aparat işçiləri ilk partiya təşkilatı bürosunun katibi, raykomun üzvü (1989) seçilmişdir.
Ziyəddin Rəşidov
Ziyəddin Arzu oğlu Rəşidov (28 avqust 1997, Xırdalan – 30 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ziyəddin Rəşidov 1997-ci il avqustun 28-də Xırdalan şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ziyəddin Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziyəddin Rəşidov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziyəddin Sadıqov
Ziyəddin Əjdər oğlu Sadıqov - Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru[mənbə göstərin]. Ziyəddin Sadıqov 22 dekabr 1934-cü ildə Qarayazının Qaratəhlə kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1954-cü ildə Qarayazının Qaratəhlə kənd orta məktəbini qızıl medalla, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1962-ci illərdə BDU-nun kimya fakültəsinin aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra BDU-nun üzvi kimya kafedrasında assistent, baş müəllim vəzifələrində işləmişdir. 1965-ci ildən "Yüksək molekullu birləşmələr kimyası" kafedrasının dosenti olmuş, 1965-1983-cü illərdə isə həmin kafedraya rəhbərlik etmişdir. 1963-cü ildə namizədlik, 1980-cı ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. Ziyəddin Sadıqovun elmi-tədqiqat işləri əsasən stirol və onun bəzi törəmələrinin izobutilen ilə birgə sopolimerləşmə reaksiyasına, alınmış məhsulların özlülük aşqarı kimi tədqiqinə və alınmış sopolimerlərin destruksiyasının qanunauyğunluqlarına həsr edilmişdir. Onun elmi-pedaqoji fəaliyyəti 60 məqalədə, o cümlədən 3 müəlliflik şəhadətnaməsində əks olunmuşdur. Onun rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmışdır.
Ziyəddin Xanalıyev
Ziyəddin Əliyev
Ziyəddin İsmayıl oğlu Əliyev (27 iyun 1963) — 2017–2023-cü illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Əməkdar mühəndis (2017). Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçisi olmuşdur. Əmək fəaliyyətinə 1980-ci ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" Layihə Kontorunda başlamışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1984–1993-cü illərdə "Bakı Mühəndis Tikinti" Trestində mühəndis, böyük mühəndis, müdir, 1993–1998-ci illərdə "İnşa" Elm-İstehsalat Mərkəzinin direktoru, 1999–2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti" Birliyində idarə rəisi, 2001–2002-ci illərdə "Bakı Yoltikintiservis" ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002–2008-ci illərdə "Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin "77 saylı Yol İstismarı" MMC-də baş mühəndis, 2010–2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti" MMC-də baş mühəndis, 2013–2015-ci illərdə "Azəryolservis" ASC-nin "81 saylı Yol İstismarı" MMC-nin rəisi, 2015–2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ziyəddin Sultanov
Ziyəddin Kamal oğlu Sultanov (Sultanov Ziyəddin Kamal oğlu) — Azərbaycan Respublikasının əməkdar jurnalisti 1951-ci ildə Ağdam rayonunun Mollalar kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. Mətbuat aləminə ilk addımlarını 1960-cı illərin ikinci yarısından atmışdı. Onun ilk yazısı Ağdam rayonunda dərc olunan "Lenin yolu" qəzetində çap edilmişdir. Əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlamışdı (1979). Sonralar "Azərbaycan gəncləri" qəzetində müxbir, "Kommunist" qəzetində müxbir və Qarabağ bölgəsi üzrə xüsusi müxbir vəzidələrində çalışmışdı, ömrünün son günlərinə qədər "Xalq qəzeti"nin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri idi. 13 avqust 2020-ci ildə vəfat etmişdir. Qarabağ müharibəsi başlandığı gündən cəbhə bölgələrində olmuşdur. Jurnalist kimi hadisələrin ən gərgin nöqtələrindən - Xankəndindən, Şuşadan, Ağdamdan, Laçından, Xocalıdan, Kəlbəcərdən xəbərlər verirdi. O, baş verən hadisələrə şahidlik etmiş, müharibə və onun doğurduğu faciələri ürək ağrısı ilə qələmə alaraq silsilə əsərlər yaratmışdı.
Zinədin Zidan
Zinəddin Zidan (fr. Zinédine Zidane, ərəb. زين الدين يزيد زيدان‎ ; 23 iyun 1972[…]) — fransalı futbolçu, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası ərzində, 1988–1992-ci illərdə, Fransanın "Kann", 1992–1996-cı illərdə "Bordo", 1996–2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001–2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub. 1988–1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994–2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub.
Eynəddin
Eynəddin(fars. عین الدین‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanının Tikmədaş bölümündəki Şərqi Ucan Qəsəbədə kənd. Kənd Səhəndova dağının arxasında yerləşir. Kəndin havası sərin yağışlı və dağlıdır. == Coğrafiyası və təbiəti == Kəndin adı ərəb mənşəlidir. Eynəddin Tikmədaş qiymətli azərbaycanca və farsca danışan Ustad Şəhriyar yurdu yaxınlığındadır. Təbrizdən 66 kilometr məsafəsi var. Onun ümumi sahəsi 1200 hektardır. 2006-cı ilin məlumatlarına görə kəndin əhalisi 2514, ev sayı 514-dür. == İqtisadiyyatı == Kənd təsərrüfatı məhsullarından kartof, kök, xiyar yetişdirilir.
Zeynəddin
Zeynəddin — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kəndi Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zeynəddin kənd inzibati ərazi dairəsi yaradılmışdır. 1727-1728-ci illərdə qeydə alınan bu kəndin tarixi daha qədimlərə gedib çıxır. Zeynəddin antroponim addır. Kəndin əsası həmin şəxs tərəfindən qoyulub. K.N.Smirnov isə belə hesab edir ki, kənd burada yaşayan hər hansı sufinin adı ilə əlaqədardır. Kəndin keçmiş adı Zeynəddin məzrəsi olmuşdur. Güman etmək olar ki, kəndin ərazisi Zeynəddin adlı şəxsə məxsus əkin sahəsi olmuşdur və sonralar burada yaranan yaşayış məntəqəsi həmin əkin sahəsinin adı ilə bağlıdır. Zeynəddin kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Zəngəzur silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Firəddin Quliyev
Quliyev Firəddin Murtuza oğlu — Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994-2000-ci illər), dosent. == Həyatı == Quliyev Firəddin Murtuza oğlu 26 fevral 1938-ci ildə Füzuli rayonunun Aybasanlı kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin "İqtisadiyyat" fakültəsini "Mühasibat uçotu" ixtisası üzrə bitirmişdir. Həmin ildən 1995-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində dekan və kefadra müdiri vəzifəsində işləmişdir. Çoxlu sayda aspirant və dissertantlara elmi rəhbərlik etmiş və xeyli elmi əsərləri vardır. 1994-2000-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. 2007-ci ildə vəfat etmişdir.
Məlik Ziyaəddin
Məlik Ziyaəddin (?–?) — Naxçıvan hakimi (XIV əsr). 1318-ci ildə Gürcüstanda Sultan Əbu Səid Bahadur xanın (1316–1335) əleyhinə iğtişaş qaldırmış Əmir Qurumuşiyə qarşı çıxmışdır. Mənbələrin verdiyi məlumata görə, Məlik Ziyaəddin Qurumuşinin kömək göstərmək barədə xahişini rədd edib, təcili mərkəzə tərəf çəkilmiş, lakin iğtişaşçıların əlinə keçərək, 100000 dinar ödəməklə canını xilas edə bilmişdir.
Zeynəddin (dəqiqləşdirmə)
Zeynəddin — Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Aşağı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Zeynəddin Bilalov
Zeynəddin Dolqat oğlu Bilalov (26 noyabr 1965; Qusar, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2004 və 2008-ci illərdə baş tutan Paralimpiya Oyunlarında gümüş medallara sahib olub. Zeynəddin Bilalov 1965-ci il noyabrın 26-da Qusar şəhərində anadan olub. 2000-ci ildə Zeynəddin Bilalov Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 5.42 metr nəticə ilə 8-ci pillənin sahibi olan Zeynəddin Bilalov, 100 metr məsafəyə qaçış turnirində final mərhələsinə vəsiqə qazana bilmədi. Zeynəddin Bilalov 2003-cü il Assen şəhərində (Niderland) Avropa Çempionatının qalibi oldu. 2004-cü ilin sentyabr ayında Zeynəddin Bilalov Yunanıstannın Afina şəhərində baş tutan XII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.88 metr nəticə ilə gümüş medala sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Zeynəddin Dolqat oğlu Bilalov "Tərəqqi" medalı ilə təltif edildi. 2008-ci ilin avqust ayında Zeynəddin Bilalov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı.
Zeynəddin Hacıyev
Zeynəddin Camal oğlu Hacıyev (1941, Tülü, Balakən rayonu – 8 avqust 2023) — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor. Z. C. Hacıyev 1941-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1958–1960-cı illərdə kolxozda sıravi kolxozçu işləyib. 1960-cı ildə ADU-nun tarix fakültəsinə qəbul olub, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1965–1969-cu illərdə ADU-nun Fəlsəfə kafedrasında əyani aspirant olub. 1966-cı ildə ordu sıralarında qulluq edib. 1969-cu ildə "Siyasət ilə əxlaqın qarşılıqlı münasibətləri" mövzusunda namizədlik, 1993-cü ildə "Elmitexniki tərəqqi ilə sosial dəyişikliklərin dialektikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1969–1981-ci illərdə ADU-da müəllim, baş müəllim və dosent vəzifələrində işləyib. 1982–1987-ci illərdə Kirovabadda (indiki Gəncə) Azərbaycan Texnologiya İnstitutunda Fəlsəfə kafedrasının müdiri olub. 1988-ci ildən ölümünə qədər BDU-da fəlsəfə kafedrasında çalışmışdır.
Zeynəddin Qəzvini
Zeynəddin bin Həmdullah əl-Qəzvini (?-?) — XIV əsr İran tarixçisi. Zeynəddin bin Həmdullah əl-Qəzvini XIV əsrin İran tarixçisidir, Həmdullah Qəzvininin oğludur. O, atasının "Tarixi-qozide" əsərinə 1341–1392-ci illərdə Azərbaycanda və İranda baş vermiş tarixi hadisələrin təsvirini artırmışdır. Əsərdə bu dövrün başlıca hərbi-siyasi hadisələrinin təsviri verilir və bu hadisələrin mədəni mühitə təsiri dərəcəsini öyrənmək baxımından o, qiymətli mənbələrdən biridir. Ümumiyyətlə, "XIII-XIV əsrlərdə, Şərq ölkələrində, o cümlədən Azərbaycanda və İranda tarix elmi nəzərəçarpacaq dərəcədə irəliləmişdi. Akademik V. V. Bartold bu dövrü "Fars (İran) tarixşünaslığının qızıl əsrləri" adlandırmışdır". 1341–1392-ci illərin ictimai-siyasi həyatından bəhs edən Zeynəddin bin Həmdullah Qəzvini "Zeyl-e tarix-e qoz de" ("Seçilmiş tarixə"ə əlavə) əsərində Cəlairlər, Teymurlular dövründən geniş bəhs edir.
Zeynəddin Xasmətov
Zeynəddin Nurəddin oğlu Xasmətov (8 iyul 1959, Xürəl, Qusar rayonu) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü. Zeynəddin Xasmətov 1959-cu il iyulun 8-də Qusar rayonunun Xürəl qəsəbəsində anadan olub. Rusiya Avtomobil-Yol İnstitutunda avtomobil nəqliyyatının iqtisadiyyatı üzrə ali təhsil alıb. Rus dilini bilir. Zeynəddin Xasmətovun 2 övladı var. 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 65 nömrəli Qusar dairəsindən bitərəf namizəd olan Zeynəddin Xasmətov, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Zeynəddin Xasmətov, Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü oldu. Zeynəddin Xasmətov əvvəl bitərəf siyasətçi olmuşdur, bir müddət isə Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur. Sonralar Azərbaycan Demokratik Sahibkarlar Partiyasından istefa verən Zeynəddin Xasmətov hal-hazırda Yeni Azərbaycan Partiyasının üzvüdür.
Zeynəddin Şirvani
Zeynəddin Əburəşid oğlu Şirvani — mənşəcə Azərbaycan türklərindən olan, XIII əsrlərdə indiki Azərbaycan ərazisində fəaliyyət göstərmiş və dünya şöhrəti qazanmış memar 13 əsr Azərbaycan nəqqaşı. Bakı limanında Şirvanşahların “Bayıl qəsri”Bayıl qalası iqamətgahının yaradılmasında rolu olmuşdur. Qəsrin divarında hörülmüş dördbucaqlı daş lövhə üzərindəki kitabədə “Ustad Zeynəddin Əburəşid oğlu Şirvaninin əsəridir” sözləri həkk edilmişdir. Kitabədəki “nəqqaş”, “peşəkar” ifadələrindən abidənin naxış və təsvirlərinin də ona aid olması ehtimal edilir. Azərbaycan Sovet Ensiklopediyası, IV cild, Bakı,1980, s.
İzzəddin Həsənoğlu
İzzəddin Həsənoğlu (XIII əsr, Xorasan – 1260) — XIII–XIV əsrlərdə yaşayıb, yaratmış, azərbaycan və farsca şeirlər yazmış sufi şair. Həsənoğlunun həyat və yaradıcılığı haqqında ilk məlumat XV əsrdə yaşamış təzkirəçi Dövlətşah Səmərqəndinin 1487-ci ildə tərtib etdiyi "Təzkirətüş-şüəra" əsərindən aşkar edilmişdir. İzzəddin Həsənoğlu Azərbaycan dilli poeziyanın bilinən ilk nümayəndəsi hesab edilir. İzzəddin Həsənoğlunun həyatı haqqında orta əsr qaynaqlarında kifayət qədər məlumat yoxdur. Onu müasir elmi ədəbi-ictimaiyyətə ilk dəfə tanıdan və haqqında məlumat verən türk alimi M. F. Köprülü olmuşdur. Köprülünün "Azəri Ədəbiyyatına dair notlar: Həsənoğlu-Həbib" adlı məqaləsində verdiyi məlumata görə, Əsfərayin türklərindən olan şair Şeyx Rədiyüddin Əli Lələ xilafətindən Şeyx Cəmaləddin Əhməd Zakirin şagirdidir. Buna əsasən İzzəddin Həsənoğlunun XIII əsrin birinci yarısında yaşamış olduğu ehtimal edilir. ХIV əsrin tatar-qıpçaq şairi Seyfi Sarayi (1321–1396) Şeyx İzzəddinin "Apardı könlümü…" qəzəlinə nəzirə yazmış, həm həmin qəzəl, həm də nəzirə S. Sarayinin S. Şirazinin "Gülüstan" əsərini türkcəyə etdiyi tərcüməyə əlavə olunmuşdur. Bu, о deməkdir ki, Həsənoğlu ya S. Sarayi ilə cağdaş idi, ya da ondan əvvəl yaşamışdı. Beləki, türk alimlərindən M. F. Köprülü, I. Hikmət, N. S. Banarlı və başqaları da şairin ХIII yüzilliyin sonu və ХIV yüzilliyin əvvəllərində yaşadığını qəbul edirlər.
İzzəddin Naxçıvani
İzzəddin Naxçıvani (azərb. Əbulfəz Dövlətşah ibn Səncər Abdulla əs-Sahibi ən Naxçıvani‎;Naxçıvan – 1300, Luristan ostanı) — ədib, xəttat, riyaziyyatçı. Tarixi-cahangüşay (Dünya fatehinin tarixi) əsərinin müəllifi Əladdin Cüveyniyə (1225-1283) hörmət əlaməti olaraq əs-Sahibi nisbəsi qəbul etmişdir.Məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvatinin verdiyi məlumata görə, İzzəddin Naxçıvani yaxşı ədəbiyyatçı olmuş və bir sıra əsərlər yazmışdır. Zəngin kitabxanası var idi. 13-cü əsrin 80-90-ci illərində Bağdadda yaşamışdır. Hillə şəhərinə getmiş və oranın icarədarı olmuşdur. Lakin icarə məbləğini ödəyə bilmədiyindən Luristana (Qərbi İran) getmiş və orada vəfat etmişdir. Cənazəsu qardaşı Nəsirəddin Qutluğşahın Salmas əl-Farsii ziyarətgahındakı məqbərəsində basdırılımışdır. 1300-cu ildə vəfat edib.
İzzəddin Aybək
İzzəddin Aybək (ö. 1257, Qahirə) — Misir Məmlük dövlətinin qurucusu və ilk sultanı olan Qıpçaq bəzi qaynaqlara görə Türkman kökənli hökmdar. 1250 və 1257-ci illər arasında hökm sürmüşdü. == Həyatı == Dövlətin qurucusu olan Aybək, Əyyubilər dövlətində yaşanan daxili qarışıqlıqlara son qoymaq məqsədilə Misirə gəlmiş və Əyyubilər dövlətini yıxaraq Məmlüklər dövlətini qurmuşdur. Bu dönəmdə Misirdə yaşanan Şiə məzhəbli Ərəb üsyanları məğlub edilmiş və Suriya Əyyubilərinə son verilmişdir. Məmlüklər 1250-ci ildən 1382-ci ilə qədər Bəhri Məmlüklər (Türk kökənli), 1382-ci ildən 1517-ci ilə qədər isə Bürci Məmlüklar (Çərkəz kökənli) olaraq adlandırılmışdılar. === Üsyan === 1253-cü ildə Misirdə Bəhri məmlüklərinə qarşı bədəvi üsyanı baş vermişdir. İştirakçıları Şimali Afrikada yaşayan köçəri ərəblər, əsasən, bədəvilər olmuşdur. Yuxarı Misirin 12 min süvaridən və çoxlu piyadadan ibarət üsyançı qoşunu şimala doğru hərəkət etmişdir. Lakin Sultan Aybəkin qoşunları üsyanı yatırmışdır.
İzzəddin İldırım
İzzəddin İldırım — kürdəsilli Türkiyə nurçu aktivisti və "Med-Zehra" lideri. O, "Kürd Hizbullahı" tərəfindən qətlə yetirilmişdir. == Həyatı == İzzəddin İldırım 1946-cı ildə Ağrı vilayətinin Patnos rayonunun Qızılqaya kəndində anadan olmuşdur. Onun atası imam olan Tahir İlıdırm İzəddin çox gənc ikən vəfat etmişdir. İbtidai təhsilini öz kəndində başa vurduqdan sonra müxtəlif vilayətlərdə müxtəlif mədrəsələrdə oxumuşdur. Səid Nursinin "Risalə-i Nur"unu oxumağa başlamış və nurçu olmağa qərar vermişdir. Sonra hərbi xidmətini başa vurmaq üçün İstanbula getmişdir. 1990-cı ildə yaxın dostları Zəkəriyyə Özbək, Hüseyn Daşqın, Qiyasəddin Bingöl və Yasin İldırımla birlikdə "Med-Zehra" adı ilə tanınan Zəhra Təhsil və Mədəniyyət Vəqfini təsis etmişdir. İzzəddin İldırım 29 dekabr 1999-cu ildə təravih namazına hazırlaşan zaman qaçırılmışdır. Həftələrlə ondan xəbər alınmamışdır.
Ziyyəddin Cavtöbəli
Ziyyəddin Cavtöbəli (əsl soyadı Mənliəzizov krımtat. Ziyadin Cavtöbeli (Meñliazizov); 10 sentyabr 1905 – 16 iyun 1991, Səmərqənd) — Krım tatar şairi, müəllim. SSRİ Yazıçılar İttifaqının üzvü (1934). Repressiya qurbanı. Yeddi il həbs düşərgələrində həbs çəkib. 1956-cı ildə reabilitasiya olunub. == Həyatı == Ziyyəddin Cavtöbəli 1905-ci il sentyabrın 10-da Cavtöbə kəndində orta sinif kəndli ailəsində anadan olub. Kənd məktəbini bitirib. 1923-cü ildən Totayköy Pedaqoji Texnikumunda təhsil alıb. 1927-ci ildə texnikumu bitirdikdən sonra Alma-Tərxan kəndindəki məktəbdə direktor vəzifəsində çalışıb.