Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zirzəmi (1990)
Bu, bugünkü həyatımızın problemləri haqqında film-düşüncədir. Bu, otuz yaşlı nəsil barədə adi ailə filmidir. Yaşayışımızda və mənəviyyatımızda gedən əsaslı dəyişikliklər müasirlərimizin daxili aləmində öz izini qoyur, insanları keçdikləri ömür yoluna, əməllərinə yeni gözlə baxmağa səsləyir. Filmdə ailə dramı açılıb göstərilir. Ailə başçısı, memar Teymur (Fərman Abdullayev) pul qazanmaq naminə əsl sənətə göz yumub adi, zövqsüz "ustaya" çevrilir. Arvadı Səbinə (Elina İsmayılova) bu darıxdırıcı birgə yaşayışa dözməyib evdən çıxıb gedir. Bu mənada kinematoqrafçılarımızın filmdə müraciət etdikləri mövzu onun müəlliflərinin dünyagörüşünü, sənətə yeni münasibətini əks etdirir.
Zirzəmi (film, 1990)
Bu, bugünkü həyatımızın problemləri haqqında film-düşüncədir. Bu, otuz yaşlı nəsil barədə adi ailə filmidir. Yaşayışımızda və mənəviyyatımızda gedən əsaslı dəyişikliklər müasirlərimizin daxili aləmində öz izini qoyur, insanları keçdikləri ömür yoluna, əməllərinə yeni gözlə baxmağa səsləyir. Filmdə ailə dramı açılıb göstərilir. Ailə başçısı, memar Teymur (Fərman Abdullayev) pul qazanmaq naminə əsl sənətə göz yumub adi, zövqsüz "ustaya" çevrilir. Arvadı Səbinə (Elina İsmayılova) bu darıxdırıcı birgə yaşayışa dözməyib evdən çıxıb gedir. Bu mənada kinematoqrafçılarımızın filmdə müraciət etdikləri mövzu onun müəlliflərinin dünyagörüşünü, sənətə yeni münasibətini əks etdirir.
Zirzəmin (Meşkinşəhr)
Zirzəmin (fars. زيرزمين‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 425 nəfər yaşayır (92 ailə).
Şairlər zirzəmisi
Şairlər zirzəmisi — artistik kafe. XX əsrin əvvəllərində Rostov-na-Donu şəhərində fəaliyyət göstərmişdir. "Şairlər zirzəmisi" Qazetnaya xiyabanı ev 46 ünvanında yerləşən binanın zirzəmisində yerləşirdi. Kafe XX əsrin əvvəllərindən fəaliyyət göstərirdi. Kafenin XX əsrin əvvələrindən fəaliyyət göstərməsinə baxmayaraq binanın tarixi daha qədimdir. Bina XIX əsrin ortalarında inşa edilmişdir. Burada mənzillər, mağaza və bank yerləşirdi. Şairlər zirzəmisi kafesinin inkişafı Rus inqilabından sonrakı dönəminə təsadüf edir. Kafenin divarları müxtəlif təsvirlərlə işlənmişdir. 15 avqust 1920-ci ildə burada Velimir Xlebnikov öz şerləri ilə çıxış etmişdir.
Mirzə
Mirzə — titul, ünvan. Mirzə titulu Azərbaycanda Teymurlu sülaləsindən sonra işlənməyə başlanıb. Əmir Teymurun övladlarına Əmirzadə deyilib. Bu söz sonra mirzə şəklinə düşüb. Mirzə sonralar savadlı adamlara deyilib. Katiblər daha çox mirzə adlandıqdan XIX yüzildə onlar mirzə kimi tanınıblar. Mirzə addan öndə gələndə böyük, addan sonra gələndə isə kiçik yazılır. Məsələn: Mirzə Fətəli, Abbas mirzə. Birincidə savadlılıq,vəzi­fə titulu, ikincidə isə şahzadəlik bildirir, yəni addan sonra gəldikdə, əsilzadə, nəca­bət, zati-alilər anlamındadır.
Zirvə
Zirvə — dağ, dağ silsiləsi və ya dağ massivinin ən yüksək hissəsi. Tektonik quruluşundan, onu təşkil edən süxurların litoloji tərkibindən, denudasiya proseslərinin xüsusiyyətlərindən və s. asılı olaraq zirvələr pik, platoyabənzər və s. formada ola bilər. Dünyada ən yüksək zirvə Himalay dağlarında Comolunqma (Everest, 8848 m), Azərbaycan Respublikasında isə Bazardüzüdür (4466 m). Dağın, silsilənin, tirənin, təpənin ən yüksək hissəsi. Zirvə forması onu təşkil edən çöküntülərin litoloji tərkibindən, tektonik quruluşundan, denudasiya proseslərindən və s. asılı olaraq, yastı, günbəzvari, pik formalarında olur. Lava brekçiyaları Çalalı relyef Geoloji proseslər Новая энциклопедия школьника. Москва, "Махаон", 2016, 383 с.
Zirə
Zirə (Xəzər) — Bakı şəhərinin Xəzər rayonu ərazisində qəsəbə. Zirə bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyə. Zirə (bitki) — Çətirçiçəklilər fəsiləsindən çoxillik ot bikisi cinsi. Zirə şərbəti — Azərbaycanda içki Zirə FK - Futbol klubu Böyük Zirə — Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən ada. Kiçik Zirə — Xəzər dənizinin Bakı körfəzində eyni adlı arxipelaqa aid olan ada Xərə Zirə — Xəzər dənizində, Bakı arxipelaqında ada. Daş Zirə — Xəzər dənizində, Abşeron yarımadasının şərq küncündə yerləşən ada. Adi zirə — zirə cinsinə aid bitki növü. Qara zirə — Əkin qaraçörəkotu Qara zirə yağı — müalicəvi xüsusiyyətə malik bitki yağı.
Mirzə Həsən bəy Mirzə
Mırzə Həsən bəy Mirzə Cəfər ağa oğlu Vəzirov — şair. Mirzə Həsən bəy Mirzə 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Rus və şərq dillərini bilirdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. F.Köçərli yazır: "Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş. Əvaili-sinnində tərki-vətən edib Şəki xanlığına müsafirət edir və orada Nuxa şəhərində yeni açılmış rus dəftərxanasında münşilik əmrinə məşğul olur. Vəli ömrünün hənuz cavan çağında haman sərzəmində dari-bəqaya rehlət edir. Öz vəsiyyətinə görə, cənazəsi əsl vətəni Şuşa şəhərinə nəql olunur və şəhərin şimali-şərqisində bir verst kənarda dəfn olunur və o mərhumun adı ilə məzarıstan əlan adlanır ki, "Mirzə Həsən qəbristanlığı" deyilir.
Cümhuriyyət (zirvə)
Cümhuriyyət — Azərbaycan Respublikasında Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə, Tufandağın yan silsiləsində yerləşən zirvə. Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. İlkin olaraq İlqar İsrafilov və İlqar Məmmədovun iştirakı ilə Babək İsgəndərovun rəhbərliyi altında 3 may 2018-ci il tarixində zirvəyə marşrut açılıb. 25 may 2018-ci il tarixində isə Böyük Qafqaz sıra dağlarında Tufandağın yan silsiləsində dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə "Cümhuriyyət" zirvəsi adı verilib. Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb. Cümhuriyyət zirvəsi Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yaradılmşdır. Sirxan Məmmədov Elçin Quliyev Mürsəl Qasımov Azad Əliyev - əməkdar rəssam Nərgiz Qurbani (RİİB) Zaur Mirzəyev, fotoqraf (BMM) Elman Məmmədov. operator (BMM) Nərmin Carçalova (PA) İlqar İsrafilov Sima Səfərova Babək İsgəndərov Sirxan Məmmədov Təyin olunmuş zirvənin, əsas marşurut xətti (3740 metr hündürlükdədi ). Zirvəyə yol Qubanın Xınalıq kəndindən keçir, zirvəyə gedəcək vaxt məsafəsi, 2 gün və 26 km.
Diya Mirzə
Diya Mirzə (ing: Dia Mirza; hind: दिया मिर्ज़ा; 9 dekabr 1981, Heydәrabad) və ya doğum adı ilə Diya Handrik (ing: Dia Handrich) — hind aktrisası və modeldir. Dianın atası, milliyətcə alman olan Frank Handrich qrafika rəssamı, memar, rəssam və interyer dizayneridir və 1990-cı ildə vəfat etmişdir; anası - Benqal Dipa, landşaft dizayneri olub hal-hazırda könüllü olaraq narkomanların və alkoqoliklərin reabilitasiyasına kömək edir; ögey atası - Heydərabaddan olan müsəlman Əhməd Mirzədir (2004-cü ildə vəfat etmişdir). Onun 4 yaşı olanda valideynləri boşanmış və Dia anasının yanında qalmışdır. Məktəbin 10-cu sinfini bitirdikdən sonra yay tətilində yarımştat işə düzəlmiş - kompüter şirkətində model kimi işləmişdir. Bunun ardınca Emami və Lipton şirkətləri üçün reklam çəkilişləri işlərində işləmişdir. Mükafatları: Miss India 2000 müsabiqəsində vitse-miss, yəni II yer və Miss Asiya və Okeaniya 2000 müsabiqəsinin qalibidir. Diya Mirza Zeenat Aman və Tara Ann Fonsecadan sonra bu müsabiqədə qalib gələn üçüncü hind qadınıdır. O, 2001-ci ildə “Sən mənim ürəyimdəsən” filmində Madhavan və Saif Ali Khan ilə debütünü etmişdir.
Dəlidağ (zirvə)
Dəlidağ (Samsar silsiləsi) — Samsar silsiləsində dağ. Dəlidağ — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində dağ. Dəlidağ — Tiflis quberniyasının Loru-Pəmbək qəzasnda, indi Kalinino rayonunda dağ. Dəlidağ (dağ, Kəlbəcər) — Kəlbəcər rayonunda dağ. Dəlidağ (dağ, Laçın) — Laçın rayonunda, Mıxtökən silsiləsinin şərq hissəsində zirvə. Dəlidağ (dağ, Zəngilan) — Zəngilan rayonu ilə Cəbrayıl rayonu sərhədində dağ.
Fulad Mirzə
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. 1445-ci ildə atası vəfat edəndə vəsiyyətinə görə onun yerinə gəlmiş, qəyyumu Əlvənd Mirzə olmuşdu. Cahanşah İsfəndiyarın ölümündən sonra oğlu Pirbudağın başçılığında Bağdada ordu göndərmiş, 7 aylıq mühasirədən sonra, 1446-cı ilin iyununda şəhəri almışdı.
Heydər Mirzə
Heydər Mirzə — Azərbaycan jurnalisti və televiziya aparıcısı. "İstiqlal" analitik qrupunun rəhbəridir. 2018-ci ildə Azərbaycanın İctimai Televiziya kanalında "Radius" həftəlik hərbi-analitik layihəsinin yaradıcısı olub. 2020-ci ilin sentyabr ayında hərbi mütəxəssis Hans Klossla (məxfilik səbəbi ilə adı açıqlanmır) birlikdə "Caliber" müstəqil rusdilli hərbi-analitik internet-layihəsinə başlayıb.
Həmid Mirzə
Şahzadə Sultan Həmid Mirzə Qacar (23 aprel 1918, Təbriz – 5 may 1988, London)— İranın keçmiş hakim sülaləsi olan Qacarlar sülaləsinin və Qacar Şah Ailəsinin başçısı. İranın şahı Məhəmməd Həsən Mirzənin oğlu. Həmid Mirzə Qacar 23 aprel 1918-ci ildə Təbrizdə anadan olmuşdur. O, İran şahı Məhəmməd Həsən Mirzənin ikinci xanımı Möhtrəm Razzaqidən olan oğludur. Kiçik yaşlarını Gülüstan Sarayında keçirən Həmid Mirzə 4 yaşında çatdıqda atası onu təhsil alması üçün İngiltərəyə göndərir. Lakin o, İstanbula sürgündə yaşayan babası Məhəmmədəli şahın yanında qalır. Məsələ orasındadır ki, Məşrutə inqilabından sonra 1909-cu ildə Məhəmmədəli şah ölkəni tərk edərək taxtı öz oğluna ötürmüşdü. Nəvəsinin İngiltərə getməsi üçün hələ gənc olduğunu düşünən baba onu yanından buraxmır. 5 aprel 1924-cü ildə Məhəmmədəli şah Qacar vəfat edir, və 6 yaşlı şahzadəni İtaliyaya, sonra isə Parisə aparırlar. Rza xanın çevirilişindən sonra İrandan qaçan atası ilə birlikdə Londona köçən Həmid Mirzə burada təhsil almağa başlayır.
Həmzə Mirzə
Həmzə əs-Səfəvi — Məhəmməd şah Xudabəndənin böyük oğlu, Səfəvilər dövlətinin şahzadəsi, 1578-1590-cı illərdə baş verən Səfəvi-Osmanlı müharibələrində orduya rəhbərlik etmiş və bir sıra zəfərlər qazanmışdır. Həmzə Mirzə Məhəmməd Xudabəndənin Məhdi Ülya ilə olan evliliyindən dünyaya gəlmiş oğlanlarından biri idi. Hələ Şah II İsmayılın vəfatı zamanı hakimiyyətə namizəd kimi göstərilən şahzadələrdən biri də Həmzə Mirzə idi. Bu zaman onun 11 yaşı varidi. 1578-ci il fevral ayının 13-də Məhəmməd Xudabəndənin Qəzvində tacqoyma mərasimi baş tutur. Onun taxta çıxmasından sonra həyat yoldaşı Məhdi Ülyanın xahişi ilə oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun. Həmzə Mirzənin evlilikləri ilə bağlı mənbələrdə bir neçə müxtəlif məlumat əks olunmuşdur. Həmzə Mirzəyə yaxınlığı ilə bilinən tarixçi, diplomat Oruc bəy Bayat yazır ki, şahzadə Həmzə Mirzə hələ 10 yaşında olarkən etimadüd dövlə Mirzə Salmanın qızı Safiyə xanımla nikahlanmışdı.1583-cü ildə qızılbaş əmirləri vəzir Mirzə Salmanı həbs edib, mal-əmlakını müsadirə etdikdə Həmzə Mirzədən onun qızı Safiyə xanımla boşanmasını tələb edirlər. Bu hadisə həm “Tarix-i aləmarayi-Abbasi”də həm də Şərəf xan Bitlisinin “Şərəfnamə” adlı əsərində öz əksini tapır. Atası kimi qızılbaş əmirlərinə qarşı mülayim olan Həmzə Mirzə bu istəyi qəbul edir.
Həsən Mirzə
Həsən Mirzə və ya Həsən İbrahim oğlu Mirzəyev (26 noyabr 1927, Qovuşuq – 25 fevral 2015, Bakı) — filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor. Azərbaycan Aşıqlar Birliyinin üzvü (2008–2015) H. Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. H. Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub. H. Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb. Azərbaycan filologiya elminin inkişafında H. Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı.
Həsənəli mirzə
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əfv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əfv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Maqsud Mirzə
Maqsud Mirzə — Ağqoyunlu şahzadəsi. Uzun Həsənin oğlu və Bağdad valisi idi. Uğurlu Məhəmmədi dəstəkləmiş, daha sonra həbs olunmuşdur. "Tarixi Əmini" əsərində təriflənmişdir.Sultan Xəlil tərəfindən öldürülmüşdür. Rüstəm Mirzə adlı oğlu olmuşdur.
Mikayıl Mirzə
Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; 1 yanvar 1947, Ağsu – 3 iyun 2006 — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi, Azərbaycan Respublikasının xalq artisti (1991). Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb. Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib. Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990- cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80 -ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb.
Mirzə (ad)
Mirzə — kişi adı.
Mirzə Abayev
Mirzə Abayev (oset. Абайты Мирза erm. Միրզա Աբաև; Cənubi Osetiya – 1994, Cəbrayıl, Hadrut rayonu[d], Dağlıq Qarabağ Respublikası) — milliyyətcə osetin olan ermənilər tərəfindən döyüşmüş Qarabağ müharibəsinin iştirakçısı. Mirzə Abayev 1992-ci ildə 36 nəfərlik dəstə ilə Şimali Osetiyadan Qarabağa ermənilər tərəfdən döyüşmək üçün gəlib. Dəstə üzvlərinin 30 nəfəri osetin, digərləri isə erməni, rus və kabardinlər idi. Qarabağ döyüşlərinə qədər Abayev gürcü-osetin münaqişəsində aktiv iştirak etmişdir. İlk olaraq Monte Melkonyanın komandanlığı altında Martuni alayında döyüşlərə başlayır. Daha sonra isə milliyyətcə osetin olan əsgərlərdən ibarət dəstəyə rəhbərlik etməyə başlayır və ölümünə qədər də bu dəstənin rəhbəri olur. Öz dəstəsi ilə bir çox vacib döyüşlərdə iştirak edir. 1993-cü ildə Füzulinin işğalında iştirak edir.
Mirzə Abdulla
Mirzə Abdulla Fəraxani (tam adı: Mirzə Abdulla Ağa Əli Əkbər oğlu Fəraxani, fars. میرزا عبدالله فراهانی‎; d. 12 oktyabr 1843, Şiraz, Qacarlar dövləti – 18 mart 1918, Tehran, Qacarlar dövləti) — İran tarzəni, sətarçalanı, Radif musiqi sənətinin qurucularından biri (digəri Mirzə Hüseynqulu Fəraxani). O, eləcə də XX əsr İran setarçalanı Əhməd İbadinin atası olmuşdur. Mirzə Abdulla Ağa Əli Əkbər oğlu Fəraxani 12 oktyabr 1843-cü ildə Şirazda anadan olmuşdur. Mirzə Abdulla qardaşı Mirzə Hüseynqulu ilə birlikdə Radif musiqi sənətinin baniləri olublar. Mirzə Abdullanın həyatı və fəaliyyəti haqda çox az məlumat mövcuddur. Mənbələrə görə, Mirzə Abdullanın atası Ağa Əli Əkbər Fəraxani Məhəmməd Şah Qacarın və Nəsrəddin Şahın hakimiyyəti dövrlərində saray musiqiçi olmuşdur. Mirzə Abdullanın atası hələ o uşaq ikən vəfat etmişdir. Buna görə onu və qardaşını Əli Əkbərin qardaşıoğlu və tələbəsi Ağa Qulamhüseyn öz himayəsinə almışdır.
Mirzə Allahverdiyev
Allahverdiyev Mirzə Ələkbər oğlu (15 sentyabr 1947, Güllübulaq, Amasiya rayonu – 6 fevral 2017, Bakı) — kimya elmləri doktoru, professor. Aşqarlar Kimyası İnstitutu laboratoriya müdiri. Mirzə Allahverdiyev 15 sentyabr 1947 ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. 1965-ci ildə həmin rayonun onbirillik məktəbini qızıl medalla bitirmiş, həmin ildə Bakı Dövlət Universitetinə (BDU) daxil olmuşdur və 1970-ci ildə BDU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun (AKİ) aspiranturasına daxil olmuş və namizədlik işini Moskva Zərif Kimya Texnologiyası Akademiyasında yerinə yetirmişdir. 1973-cü ildə AMEA-nın AKİ-da baş laborant, mühəndis, kiçik və böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir. 1974-cü ildə «Butoksi- və butiltioəvəzli aminspirtlərin sintezi və xassələri » mövzüsunda namizədlik dissertasiya işini müdafiə etmişdir. 1987-1988-ci illərdə Rusiya EA-nın A.N.Nesmeyanov adına Elementüzvi Birləşmələr institutunda doktoranturada oxumuşdur. 1990-cı ildə «Tiiranlar və onların sələflərinin sintezi, xassələri və tətbiqi» mövzüsunda doktorluq dissertasiyası müdafiə etmişdir. Kükürd üzvi birləşmələr içərisində çox az tədqiq edilmiş üç və dörd üzvlü heterosikliklərin tiran və tietanların sintez üsulları işlənib hazırlanmış, onların nuklefil və elektrofil reagentlərlə qarşılıqlı reaksiyası sistemli tədqiq edilmiş, birləşmələrin quruluşu ilə onların yeyilmə, siyrilmə, antioksidləşdirici, bioloji fəallığı arasında olan qanunauyğunluqları öyrənilmiş, ilk dəfə olaraq funksionaləvəzli tiiranların, tietanların, ditianların: sultonların, tetrahidrotiazınlərın sintez üsulunu işləyib hazırlamışdır.
Mirzə Almasov
Mirzə Yarəhməd oğlu Almasov (Hövsan) — general-mayor (2003), Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi (2003). "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir (2012).
Mirzə Atakişiyev
Mirzə Axundov
Mirzə Ağabəyli
Mirzə Qasım oğlu Ağabəyli (29 avqust 1950, Buzovna) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Mirzə Ağabəyli 1950-ci il avqust ayının 29-da Bakının Buzovna qəsəbəsində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstituna daxil olub. 1975-ci ildə SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında təyinatla işləyib. 1976-cı ildə hərbi xidmətə çağırılıb. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki, "Tədris" teatrında aktyor vəzifəsində işləyib. 1982-ci ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına dəvət olunub. 1994-cü ildən C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının nəzdində olan "Bəri - Bax" kinostudiyasında bədii rəhbər vəzifəsində işləyib. 2008-ci ildə "Sınaq film" prodüser mərkəzində koordinator vəzifəsində çalışıb.
Mirzə Ağabəyov
Mirzə Qasım oğlu Ağabəyli (29 avqust 1950, Buzovna) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Mirzə Ağabəyli 1950-ci il avqust ayının 29-da Bakının Buzovna qəsəbəsində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstituna daxil olub. 1975-ci ildə SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında təyinatla işləyib. 1976-cı ildə hərbi xidmətə çağırılıb. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki, "Tədris" teatrında aktyor vəzifəsində işləyib. 1982-ci ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına dəvət olunub. 1994-cü ildən C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının nəzdində olan "Bəri - Bax" kinostudiyasında bədii rəhbər vəzifəsində işləyib. 2008-ci ildə "Sınaq film" prodüser mərkəzində koordinator vəzifəsində çalışıb.
Mirzə Ağayev
Mirzə Qasım oğlu Ağabəyli (29 avqust 1950, Buzovna) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Mirzə Ağabəyli 1950-ci il avqust ayının 29-da Bakının Buzovna qəsəbəsində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstituna daxil olub. 1975-ci ildə SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında təyinatla işləyib. 1976-cı ildə hərbi xidmətə çağırılıb. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki, "Tədris" teatrında aktyor vəzifəsində işləyib. 1982-ci ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına dəvət olunub. 1994-cü ildən C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının nəzdində olan "Bəri - Bax" kinostudiyasında bədii rəhbər vəzifəsində işləyib. 2008-ci ildə "Sınaq film" prodüser mərkəzində koordinator vəzifəsində çalışıb.