Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ziya
Ziya — ad. Mənası işıq, nur anlamındadır. Ziya Göyalp — Türkiyənin məşhur ictimai xadimi. Ziya Paşa — Türk yazıçısı, şairi və dövlət adamı.
Hikmət Ziya
Əfəndiyev Hikmət Ziya oğlu (13 may 1929, Nuxa, Zaqatala-Nuxa dairəsi – 2 avqust 1995, Bakı) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1958), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1959), Qabaqcıl maarif xadimi (1978), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1986). == Həyatı == Hikmət Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1947–1952). "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952–1969), "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969–1984), məsul katib vəzifələrində işləmişdir (1984). Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qoqola" adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda "Atamın hədiyyəsi" (1957), "Bahar gözəldir, ya qış?" (1959), "Milçək ürəyi" (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. "Sınaq", "Ekiz qardaşlar" pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına ("Nənəmin nağılı", "İkilərin sərgüzəştləri", "Solğun çiçəklər") və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur.
Kazım Ziya
Kazım Ziya Cəfər oğlu Kazımzadə (21 mart 1896, Yuxarı Əylis, Naxçıvan qəzası – 20 noyabr 1956, Bakı) — Azərbaycan teatr və kino aktyoru, pedaqoq, tərcüməçi, Azərbaycan SSR Xalq artisti (1943), "Stalin" mükafatı laureatı (1948). == Həyatı == === Həyatının erkən dövrü === Kazım Ziya 21 mart 1896-cı ildə Azərbaycanın Ordubad rayonundakı Yuxarı Əylis kəndində doğulub. Yeniyetmə yaşlarından ərəb və fars dillərini mükəmməl öyrənib. Sonralar rus və fransız dillərini də mənimsəyib. 1911-ci ildə əmisi Hüseynin ailəsi ilə Bakıya köçüb. O, 1912-ci ilin payızında burada "İttihad" İran gimnaziyasına daxil olub. Bir il sonra məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə Hüseyn Ərəblinski başda olmaqla teatr fədailəri "İttihad" məktəbində şagirdlərin nəfinə (xeyrinə) Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsinin tamaşasını göstəriblər. Bununla da Kazım Ziyanın taleyinin sənət seçimi qətiləşib. Həmin vaxtdan müxtəlif teatr dəstələrində çıxışlar edib.
Ziya Ağa
Ziya Ağa (16 mart 1991, Muradbəyli, Ağdam rayonu) — aktyor, arxiv kadrlarda və filmlərdə iştirak edən. Akademik Milli Dram Teatrının aktyoru, Yuğ Dövlət teatrının aktyoru,"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin baş rejissoru (2021–2022). Prezident mükafatçısı. Ziya Ağa 1991-ci ildə Ağdam şəhəri Muradbəyli kəndində anadan olub.2009–2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. İkinci təhsil olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatr və kino aktyoru" ixtisası üzrə bakalavr və magistr təhsili alıb. İlk dəfə 2013-cü ildə rejissor Pərviz Seyidlinin quruluş verdiyi festival üçün nəzərdə tutulmuş "Sus" qısa metrajlı bədii filmdə əsas rollardan birinə çəkilib. Daha sonra 2013-cü ildə İlqar Fəhminin ssenariləşdirdiyi "Qurbağa" adlı qısa metrajlı bədii filmə dəvət alıb və uğurlu bir obraz canlandırıb."Arzuların ardınca"adlı tammetrajlı bədii filmində əsas obraza çəkilərək tanınmağa başlayıb. Ziya Ağa teatr aktyoru fəaliyyətində ilk öncə "Səda" Tədris Teatrının səhnəsində bir çox rolları ifa edib. Daha sonra bir müddət "Yuğ"dövlət teatrının nəznində yerləşən laboratoriyada aktyor kimi fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının əməkdar artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr" da fəaliyyətini davam etdirib.2017-ci ildə yaranmış müstəqil Human Teatrınında çalışıb.
Ziya Bünyadov
Ziya Musa oğlu Bünyadov (24 dekabr 1921 və ya 1923, Astara, Lənkəran qəzası – 21 fevral 1997 və ya 1997, Bakı) — Azərbaycan şərqşünası, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır. 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən qətlə yetirilmişdir. Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranın Liman şəhərində doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi. Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi. Ziya Bünyadov özü haqqında dediklərindən: Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyüyü idi.
Ziya Bünyatzadə
Bünyatzadə Ziya Əli oğlu (1937, Kirovabad – 1997) — geologiya-mineralogiya elmləri doktoru. Bünyatzadə Ziya Əli oğlu Gəncə şəhərində anadan olmuşdur. 1960-cı ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini fərqlənmə ilə bitirmişdir. 1958-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1964–1970-ci illərdə Respublikanın Nazirlər Soveti sədrinin referenti və işlər müdirinin müavini işləmişdir. 1969-cu ildə "Cənubi Xəzər çökəkliyinin qaz-neft vulkanizmi və onların təzahür qanunauyğunluğu" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft yataqlarının yarıq tektonikası ilə əlaqəsi, palçıq vulkanizmi və böyük dərinliklərin neft-qazlılığı problemləri üzrə işləmişdir. 1988-ci ildə bir qrup alimlə birlikdə "Azərbaycan SSR-in neft-qaz yataqlarının və perspektivli strukturlarının xəritəsi"nin tərtibinə görə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. 1991-ci ildə "Qaz-neft vulkanizmi və neft-qaztoplanma" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bünyatzadə Z. Ə. AMEA Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) "Neftin genezisi və böyük dərinliklərin neftqazlılıq problemi" laboratoriyasına rəhbərlik etmişdir.
Ziya Gökalp
Ziya Göyalp (türk. Ziya Gökalp; 23 mart 1876, Diyarbəkir və ya Çərmik, Diyarbəkir ili – 25 oktyabr 1924, Konstantinopol) — Türkiyənin məşhur ictimai xadimi, şair. Ziya Göyalp 1876-cı ildə Diyarbəkirdə doğulmuşdur. II Məşrutədən başlayaraq Türkçülük axınının ən böyük nümayəndəsi kimi Türk düşüncə və siyasət həyatına güclü təsir etmiş, Milli Ədəbiyyat axını içində yazdığı əsərlərlə Türk ədəbiyyatının forma və dil cəhətdən yeniləşməsini təmin etmişdir. Təhsilinə Diyarbəkirdə başlayan Ziya Göyalp, həmin şəhərdə əsgəri xidmətini (1890–1894) başa vurmuşdur. Ziya Göyalp tibb məktəbililərin despotizmə son vermək üçün qurduqları Qiyam Komitəsinə girmiş, məktəbdəki fəaliyyəti və oxuduğu fransızca kitabların zərərli sayıldığı üçün həbs edilmişdir. İstanbula döndükdən sonra da məktəbdən uzaqlaşdırılmışdı. Ziya Göyalp "Zəbtiyə Nəzarəti altında saxlanılmaq şərtilə" Diyarbəkirə göndərilmişdi. Ziya Rüştiyə məktəbində oxuyarkən atası ölmüşdür. Ziya Göyalpa əmisi Hasib Əfəndinin təsiri olmuşdur.
Ziya Göyalp
Ziya Göyalp (türk. Ziya Gökalp; 23 mart 1876, Diyarbəkir və ya Çərmik, Diyarbəkir ili – 25 oktyabr 1924, Konstantinopol) — Türkiyənin məşhur ictimai xadimi, şair. Ziya Göyalp 1876-cı ildə Diyarbəkirdə doğulmuşdur. II Məşrutədən başlayaraq Türkçülük axınının ən böyük nümayəndəsi kimi Türk düşüncə və siyasət həyatına güclü təsir etmiş, Milli Ədəbiyyat axını içində yazdığı əsərlərlə Türk ədəbiyyatının forma və dil cəhətdən yeniləşməsini təmin etmişdir. Təhsilinə Diyarbəkirdə başlayan Ziya Göyalp, həmin şəhərdə əsgəri xidmətini (1890–1894) başa vurmuşdur. Ziya Göyalp tibb məktəbililərin despotizmə son vermək üçün qurduqları Qiyam Komitəsinə girmiş, məktəbdəki fəaliyyəti və oxuduğu fransızca kitabların zərərli sayıldığı üçün həbs edilmişdir. İstanbula döndükdən sonra da məktəbdən uzaqlaşdırılmışdı. Ziya Göyalp "Zəbtiyə Nəzarəti altında saxlanılmaq şərtilə" Diyarbəkirə göndərilmişdi. Ziya Rüştiyə məktəbində oxuyarkən atası ölmüşdür. Ziya Göyalpa əmisi Hasib Əfəndinin təsiri olmuşdur.
Ziya Gözəlov
Ziya Hacızadə
Ziya Salman oğlu Hacızadə (29 aprel 1934, Baş Göynük, Nuxa rayonu – 29 sentyabr 2004, Bakı) — Azərbaycan alimi, geologiya-mineralogiya elmləri namizədi. Ziya Hacızadə 29 aprel 1934-cü ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. O, 1951-ci ildə Bakı şəhər 1 saylı orta məktəbi bitirmiş, ardınca isə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. Hacızadə buradan 1956-cı ildə məzun olmuşdur. O, məzun olduqdan sonra Neft Daşlarına işə göndərilmiş, 1962-ci ilə qədər orada operator, mühəndis və böyük mühəndis vəzifələrində çalışmışdır. Hacızadə 1967-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" kafedrasında əyani aspiranturanı bitirmiş və "Neftlilik-qazlılıqla əlaqədar olaraq Abşeron vilayəti qərb kənar zonasında qırməkanaltı lay dəstəsinin hidrogeoloji və hidrokimyəvi xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir. Ziya Hacızadə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" kafedrasında mühəndis, elmi işçi vəzifələrində çalışmışdır. O, 1968–1972-ci və 1980–1981-ci illərdə Əlcəzairdə, Əhməd Buqarə adına Bumerdes Universitetində fransız dilində geoloji fənlərdən dərs demişdir. Hacızadə 1972-ci ildən isə Azərbaycan Dövlət Neft Akademiyasının "Neft-qaz mədən geologiyası" kafedrasında dosent vəzifəsində çalışmışdır. O həmçinin, uzun müddət geoloji-kəşfıyyat fakültəsinin dekan müavini və dekanı olmuşdur.
Ziya Həsənov
Ziya Kurmakayev
Ziya Əhmədcanoviç Kurmakayev (15 fevral 1911, Tatar Şmalak[d], Saratov quberniyası[d] – 9 may 1981, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Dövlət Əmək Komitəsinin sədri (1976–1980), Azərbaycan SSR Nazirlər Soveti Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsinin sədri (1967–1976), Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1950–1953), Azərbaycan SSR xalq sovxozlar komissarı (1940–1941). Ziya Əhmədcanoviç Kurmakayev 1911-ci ildə Saratov quberniyasının Kuznets qəzasının Şumalak kəndində anadan olmuşdur. Kiçik yaşlarından Bakıya köçmüş, burada "Gənc mədənçi" neft məktəbini bitirərək Budyonnı adına mexaniki zavodda işləmişdir. Ziya Kurmakayev 1930-cu ilin sonlarından komsomol işində olmuşdur. 1933-cü ildə Sovet Ordusu sıralarına çağrılaraq Tiflis şəhərində avtomobil, zirehli maşın və tank hissəsində hərbi xidmət keçmişdir. Orduda komsomol və partiya işinə seçilmiş, tərxis edildikdən sonra komsomolda müxtəlif vəzifələrdə işləmişdir. Ziya Kurmakayev 1937-ci ildə Bakı Şəhəri Lenin (hazırkı Sabunçu) Rayon Zəhmətkeş Deputatları Soveti sədrinin müavini vəzifəsinə irəli çəkilmiş və həmin il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinə keçirilmişdir. 1939-cu ilin dekabr ayından Ziya Kurmakayev Azərbaycan SSR xalq torpaq komissarının müavini, sonra isə Azərbaycan SSR xalq sovxozlar komissarı olmuşdur. Böyük Vətən müharibəsi illərində Sovet Ordusunun müxtəlif hissələrində siyasi işdə çalışmış, 1942-ci ilin yayından isə Qərb cəbhəsində diviziyanın siyasi şöbə rəisi olmuşdur. Sonralar mərkəzi, birinci, ikinci və üçüncü Belorusiya cəbhələrində müxtəlif komanda-siyasi vəzifələrə göndərilmişdir.
Ziya Kutnak
Ziya Kutnak — (1870, Konstantinopol – 1940, İstanbul) Osmanlı generalı. Hicaz qubernatoru olan Çürüksulu Osman Nuri Paşanın oğlu idi. 1870-ci ildə İstanbulda anadan olub. 1891-ci ildə Hərbi Akademiyanı bitirmişdir. 1895-ci ildə mayor, 1897-ci ildə qubernator, 1902-ci ildə polkovnik rütbəsinə yüksəldi. Fransada hərbi təlimlərdə iştirak etmişdi. Fransadan qayıtdıqdan sonra Aydın və Ədirnədə jandarma komandiri vəzifəsində çalışdı. 1907-ci ildə General-mayor rütbəsinə yüksəldi. 1908-ci ildə Rusiyada hərbi təlimlərdə iştirak etmişdir. 1911-ci ildə V Mehmed Rəşad ilə birlikdə Rumeliyə səfər etmişdir.
Ziya Məcidli
Doktor Ziya (tam adı: Ziya Məcidli) — Azərbaycan radio aparıcısı, idman şərhçisi və uşaq psixonevroloqu. 1995-ci ildən etibarən jurnalistika sahəsində çalışıb. İlk çalışdığı telekanal ANS TV olub. 1999-cu ildə ANS TV-də yayımlanan futbol üzrə "Çempionlar Liqası" verilişində idman şərhçisi olub. Bir neçə il Çexiyanın paytaxtı Praqa şəhərində yaşayıb. Çexiyada yaşayarkən podkast şəklində "Overtime" layihəsini həyata keçirib. Ailəlidir, iki oğlu var.
Ziya Məmmədov
Ziya Ərzuman oğlu Məmmədov (28 aprel 1952, Qazıqumlaq, Ucar rayonu) — Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri. Ziya Məmmədov 28 aprel 1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Ali təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlamışdır. 1972–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1974–1980-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist vəzifəsində daha sonra 1980–1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışmışdır. 1983–1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984–1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsinə təyin olunmuşdur. 1987–1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi, 1989–1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsində işləmişdir. 1991–1993-cü illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi vəzifəsində işləmişdirX Ailəlidir, 2 övladı var.
Ziya Nuriyev
Ziya Nuriyev (başq. Зыя Нурый улы Нурыев; 8 (21) mart 1915 – 19 oktyabr 2012, Moskva) — Sovet dövlət xadimi və partiya lideri. 4-11 çağırış SSRİ Ali Sovetinin Başqırd Muxtar Sovet Sosialist Respublikasıdan olan millət vəkili (1954-1986). Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1961-1986). Sosialist Əməyi Qəhrəmanı (1975). Miliyyətcə başqırddır. Birsk Pedaqoji Kolleci (1933) və Ümumittifaq Bolşeviklər Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini (1951) bitirmişdir. 1966-cı ildə İqtisad elmləri namizədi olmuş və "İqtisadiyyat və Taxıl istehsalı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 8 mart 1915-ci ildə Ufa quberniyasının Birsk qəzasının Verxne Laçentau kəndində (indiki Başqırdıstanın Birsk rayonunun Verxnelaçentau kəndi) kəndli ailəsində anadan olmuşdur. Anasının ulu babası bir volost rəhbəri idi.
Ziya Nurməmmədov
Ziya Zabil oğlu Nurməmmədov (29 avqust 2001, Sığırlı, Kürdəmir, Azərbaycan — 13 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ziya Nurməmmədov 2001-cü ildə Kürdəmirin Sığırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2020-ci ildə hərbi xidmətə çağırilıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ziya Nurməmmədov Füzulinin azad edilməsində savaşıb. Ziya Nurməmmədov 2020-ci il 13 oktyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Kürdəmirdə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziya Nurməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ziya Nurməmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Ziya Nurməmmədov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziya Ordubadi
Ziyai Ordubadi (?–1520/1521, Təbriz) – XVI əsr Azərbaycan şairi. Mənbələrin verdiyi məlumata görə, özbək hökmdarı Sultan Hüseyn Bayqaranın zamanında Herata köçmüş, özbək klassik ədəbiyyatının banisi Əmir Əlişir Nəvai ilə yaxın olmuşdur. Ömrünün sonlarına doğru Ordubada qayıtmış, daha sonra Təbrizə gedərək, orada vəfat etmişdir. Əlişir Nəvainin "Məcalisün-nəfais", Sam Mirzənin "Töhfeyi-Sami", Lütfəli bəy Azərin "Atəşkədə" təzkirələrində, Şəmsəddin Saminin "Qamüsül-aləm"ində (c.4) Ziyai Ordubadidən bəhs edilmişdir. Şeirlərindən nümunələr Azərbaycan Milli EA Əlyazmalar İnstitutunda saxlanılan bir sıra cünklərdə mühafizə olunmuşdur. Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsərində Azərbaycan şairlərindən İmadəddin Nəsimi, Cahanşah Həqiqi, Ziya Ordubadi və başqa görkəmli simalar barədə fikir söylənilmiş, onların yaradıcılıqlarından bəzi nümunələr gətirilmişdir. Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan, B., 1987, səh. 156.
Ziya Quliyev
Ziya Rəcəbov
Ziya Rəcəbov (d. 14 avqust 1982) — Azərbaycanlı voleybolçu və məşqçi. Məşqçi kimi - 2-ci dərəcəli beynəlxalq məşqçi, voleybolçu kimi - idman ustasına namizəddir. 2015-ci ildən etibarən kişilərdən ibarət Azərbaycan Milli komandasında köməkçi məşqçi vəzifəsini icra edir. Rəcəbov Ziya Gündüz oğlu 14 avqust 1982-ci ildə Ağsu rayonunda anadan olub. 1989-cu ildə Ağsu şəhərində 1 saylı orta məktəbə gedib. 7-ci sinifə kimi bu məktəbdə oxuyub. Daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb və təhsilini Bakının Mikayıl Müşviq adına 18 saylı orta məktəbində davam etdirib. 2000-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Oyunları bölməsində təhsil alıb. 2005-2008-ci illərdə hərbi xidmətdə olub.
Ziya Yergök
Ziya Yergök (1877, Aşağımaden[d], Kutaisi quberniyası – 1 iyun 1949, İstanbul) — türk əsgəri. 1873-cü ildə Artvin mərkəzinin Aşağı Hod kəndində anadan oldu.Atası Çito ləqəbli Ahmet Usta, anası Esma Xanımdır. 6 yaşında olarkən ailəsi ilə birlikdə Ərzuruma köçdü. Yoxsul və yarı aclıqdan əziyyət çəkən bir uşaqlıq yaşadı və 12 yaşında yetim qaldı. Ərzurumdakı hərbi liseyə keçdi. Hərbi Akademiyanı qazandı. Hərbi Akademiyanı bitirdikdən sonra Hərbi Akademiyanı bitirib Ərzincanı püşkatmada çəkdi. 1909-cu ildə qolağası rütbəsinə yüksəldi və Ərzurumda 7-ci Diviziyaya təyin edildi. 1914-cü ildə 83. Alay Komandanlığına təyin edildi.
Ziya Yusifzadə
Ziya Məmmədiyyə oğlu Yusifzadə (15 fevral 1929, Nuxa – 29 sentyabr 2015, Bakı) — Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 7-ci sədri (1980–1988). Ziya Yusifzadə 15 fevral 1929-cu ildə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olmuşdur. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla bitirmişdir. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirmişdir. 1952–1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləmişdir. 1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunmuşdur. 1972–1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifəsində çalışmışdır. 18 iyun 1980 – 11 avqust 1988-ci il tarixlərində Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi almışdır. 1988–1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləmiş, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxmışdır.
Ziya Doğan
Ziyaeddin Doğan (ziya Doğan kimi tanınır) (1 yanvar 1961, Gümüşxanə) — türk məşqçisi və yarımmüdafiədə oynayan keçmiş milli futbolçudur. Futbola Beşiktaş akademiyasında başlayıb. 1978-ci ildə əsas komandaya yüksəldi. Qısa müddətdə rəqabətli futbolu və zəhmətkeşliyi ilə komandanın sevimlisinə çevrildi. Əvvəllər baş zərbələrində zəif olsa da, "Şərəf" stadionunda torpaqla keçirdiyi məşq sayəsində bu çatışmazlığı aradan qaldırdı və hava ilə vurduğu baş qolları ilə məşhurlaşdı. İllərdir çempion olmayan Beşiktaş, tarixi və öz karyerası üçün 1982-ci il liqasının son matçında Əskişəhərə 2 qol vuraraq Beşiktaşı çempionluğa göndərərək, Beşiktaş azarkeşlərinin qəlbində taxt qurdu. ona görə də pərəstişkarları onu ən çox sevir. Türkiyə kubokunda "Fənərbaxça"nı əlavə vaxtda 4:2 hesabı ilə məğlub etdikləri matçda vurduğu qol onu unudulmazlardan biri edib. Yarımmüdafiəçi olmasına baxmayaraq, o, son dərəcə məqsədəuyğun oyun tərzinə malik idi. O, "Beşiktaş"ın heyətində 9 mövsümdə 194 liqa matçına çıxıb və 38 qol vurub.
Ziya Hacılı
Ziya Songülen
Nurizadə Ziya Songülən (9 sentyabr 1886, Konstantinopol, Osmanlı imperiyası – 1936, İstanbul) — Şevkipaşazadə Ayetullah və Necip Okaner ilə birlikdə Fənərbaxça İdman Klubunu quran üç nəfərdən biridir. O, klubun ilk prezidenti və 1 nömrəli üzvüdür. Mehmed Ziya bəy 9 sentyabr 1886-cı ildə İstanbulda anadan olmuşdur. Ana tərəfdən Osmanoğlu Ailəsinin üzvüdür; Anası Əzizə Xanım Sultan II ilə evli idi. Mahmudun qızı Salihə Sultanın 1-ci nəsil nəvəsidir. Ailəsi Damat Gürcüdən başlayaraq Halil Rıfat Paşadan başlayaraq irəli fikirli, müasir və təhsilli olan Ziya bəy ;babaları Mehmed Nuri Əfəndi, Server Paşa, Asım Paşa və atası Suad bəy ;Onlar baş vəzir, Admiral,Qubernator,Dövlət şurasının sədri,Şəhər şurası,Ədliyyə naziri, Xarici işlər naziri,Səfir və s kimi dövlət vəzifələrində çalışıblar. Əsasən Xarici İşlər Nazirliyi ilə məşğul olan və xaricdə dövləti təmsil edən bir ailəyə mənsub olan Suad bəy və Əzizə xanım ailə ağsaqqallarından aldıqları ənənə ilə oğulları Ziyanın çox yaxşı təhsil almasını təmin ediblər. Məktəb yaşına qədər həm Osmanlı, həm də ingilis qubernatorları tərəfindən Avropa tərbiyəsi alan Ziya bəy təhsilini Saint Joseph College- də davam etdirir. 1903-cü ildə Saint-Joseph Fransız Kollecini bitirdikdən sonra ali təhsil almaq üçün İngiltərəyə getdi və inşaat mühəndisi olduqdan sonra İstanbula qayıtdı. O, ingilis və fransız dillərini mükəmməl bilməsi, saraya yaxın köklü Osmanlı ailəsinə mənsub olması, ailəsinin daxildə və xaricdə geniş diplomatik və dostluq dairəsinə malik olması və yaxşı münasibətinə görə Dövlət Borcları İdarəsində vəzifə tutmuşdur.