Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əz-Zubeyr Rəhma Mansur
Əz-Zubeyr Rəhma Mansur həmçinin Sebehr Rəhma və Rəhma Zubeyr (ərəb. الزبير رحمة منصور‎; 1830 – 1913) — XIX əsrin sonlarında yaşayan sudanlı ərəb qul taciri, daha sonra paşa və Sudanlı məmur. General Çarlz Qordonun düşməni kimi şöhrəti ona İngiltərədə demək olar ki, mistik bir status qazandırdı, burada o, "ən zəngin və ən pis", "quldarların kralı" kimi xatırlanır. == Həyatı == Əz-Zubeyr Rəhma Mansur 1830-cu ildə Sudanda anadan olub. Rəhma Şimali Sudanın ərəb qəbiləsi olan Gemaab Ja-alin qəbiləsindən idi. O, 1856-cı ildə kiçik bir ordu ilə Xartumu tərk edərək, qul ticarəti və fil sümüyü ticarəti ilə məşğul olmağa başladı. Bunun üçün o, seriblər kimi tanınan ticarət qalaları şəbəkəsi qurmuşdu. 1871-ci ildə, hakimiyyətinin ən güclü vaxtında alman səyahı və alimi Georg Şeinfurt Rəhmanı ziyarət etdi. Şeinfurt onun sarayını "şahzadəninkindən bir az kiçik" kimi təsvir edib. İki il sonra o, illik fil sümüyü vergisi müqabilində Bəhr əl-Qəzalın qubernatorluğuna layiq görüldü.
Zübeyr adaları
Zübeyr adaları (ərəb. مجموعة جزر الزبير və ya sadə: جزر الزبير‎‎)— Qırmızı dənizdəki əsas qalxan vulkanının üstündə dəniz səviyyəsindən 191 m (627 ft) hündürlüyə çatan 10 əsas vulkanik adadan ibarət bir arxipelaq. Tarixi dövrlərdə vulkan püskürməyə davam etmişdir. Hal-hazırda adalar Yəmənə aiddir. == Adalar == Ən böyük ada cavan adalardan biri olan Zübeyrdir. Digər cavan adalar- Mərkəzi Pik, Saba, Xeykok və Sədl. Sədl adasında tarixi dövrlərdə püskürmələr baş vermişdir. Vulkan şimal-şimal-qərbdən cənub-cənub-şərqə doğru olan rift xətti üzərində yaranmışdır. Bu bir müddət partlayış püskürmələri ilə başladı, sonra dəniz eroziyasının baş verdiyi bir dövrdə susma dövrü yaşadı. Bununla yanaşı, hər iki dövr və effuziv püskürmə fəaliyyəti nəticəsində hazırda mövcud olan Stak və Bərrən adaları qrupu yarandı.
Abdullah ibn Zübeyr
Abdullah ibn Zübeyr (1/622–73/692) – Məhəmməd peyğəmbərin tanınmış səhabələrindən biri olmuşdur. Zübeyr ibn Əvvamın oğlu idi. O həm də, dövrünün siyasi xadimi olmuşdur. Quran təfsirinin, fiqh elminin və hədislərin bilicilərindən hesab edilir. Onun nəql etdiyi 30-dan artıq hədis müxtəlif kitablarda yer almışdır. == Gənclik illəri == Abdullah ibn Zübeyr hicrətin birinci ilində Mədinədə, mühacirlər arasında doğulmuş ilk uşaqdır. Məhəmməd peyğəmbər onun dünyaya gəlməsinə sevinmiş, körpəni Abdullah adlandırmışdır. O, peyğəmbərin yanında böyüyərək, ondan dərin elm öyrənmişdir. Hicrətin 13-cü ilində, Abdullah ibn Zübeyr hələ 12 yaşında olarkən Yərmuq döyüşünü izləmiş, yetkinlik yaşına çatanda isə Misirdə, daha sonra Şimali Afrikada bərbərlərə qarşı yürüşlərdə iştirak etmişdir. == Şəxsi keyfiyyətləri == Abdullah ibn Zübeyr igidliyi, əqidəsi, ədaləti, yüksək əxlaqı, dərin düşüncəsi və digər müsbət xüsusiyyətləri ilə başqalarından seçilmişdir.
Həmid Zübeyr Koşay
Həmid Zübeyir Koşay (1897[…] – 2 oktyabr 1984, Ankara) — Ufa quberniyası Telançe Tamaq köyendä anadan olmuş, başqurd kökənli türk etnoqraf, arxeoloq, yazıçı və folklor araşdırmaçısı. == Həyatı == Atasının adı Übeydullah Əfəndi, anasının adı Nurizadə xanımdır. Ailəsi tərəfindən 1910-cu ildə təhsil alması üçün Osmanlıya göndərilmişdir. Selanikdə Mərkəz Rüşdiyyəsini bitirmiş, liseyi İstanbulda oxumuşdur. 1916-cı ildə İstanbul Darülmuallimdən məzun olmuş, 1917-ci ildə Kadıköy liseyinə təyin olunaraq 1 il müəllimlik etmişdir. Bu zaman İstanbul Darülmuallimdə etnoqrafiya və macarca dərslərində iştirak etmişdir. Macarıstanda türkologiya və dilçilik sahələrindəki təhsilini davam etdirmiş və 1923-cü ildə doktorantura təhsilini başa vurmuşdur. 1925-ci ildə Berlin Universitetində professor Banq Kaupun dərslərində iştirak etmiş və dövlət kitabxanasında tədqiqatlar etdikdən sonra Türkiyəyə geri dönmüş və Maarif Naziliyində çalışmağa başlamışdır. Koşay Türkiyədə etnoqrafiya, folklor və arxeoloji tədqiqatlarının elmi əsaslarını qurmuş elm adamıdır.1 oktyabr 1984-cü ildə Ankarada vəfat etmişdir.
Zübeyr ibn Əvvam
Zübeyr ibn Əvvam (36/656-cı ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin səhabəsi. İslamı ilk qəbul edənlərdən olmuş və bu səbəbdən də təqiblərə məruz qalmışdır. 615-ci ildə Həbəşistana, sonra isə Mədinəyə hicrət etmiş, müsəlmanların qureyşlilərlə apardığı bütün döyüşlərdə istirak etmişdir. Məhəmməd peyğəmbərin vəfatından sonra Raşidi xəlifələrin dövründə Zübeyr Xilafətin Bizansa qarşı apardığı müharibədə də vuruşmuşdur. Xəlifə Ömər tərəfindən xəlifəliyi irəli sürülən altı namizəddən biri olmuşdur. O, xəlifə Osmanın öldürülməsinə qədər siyasətdən uzaq qalmışdır. O, əvvəllər Əli ibn Əbu Talibin xəlifəliyini tanısada, Cəməl döyüşündə ona qarşı vuruşmuş orada da həlak olmuşdur. == Mənbə == A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s.
Buzeyir mağarası
Büzeyir mağarası — Lerik rayonu ərazisində Büzeyir inzibati ərazisində yerləşən mağara. == İnzibati ərazisi == Buzeyir mağarası Lerik rayonu ərazisində, Talış dağlarının ən yüksək zirvəsində yerləşir. Düşərgə Zuvandçayın sol sahilində olub, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə, Zuvandçayın müasir yatağından 300-350 metr yüksəklikdə yerləşir. Buzeyir mağarasının yerləşdiyi müasir ərazi Talış dağlarının ən mənzərəli guşələrindən biri olub, ətrafları ağac örtüyü ilə əhatə olunmuşdur. Aparılan kəşfiyyat işləri nəticəsində Zuvandçay vadisində mağaralar və qaya sığınacaqları qeydə alındı. Lerik rayonu ərazisini İranla sərhəd boyunca Talış silsiləsi, bundan şimalda Peştəsər silsiləsi, sonra isə Buravar silsiləsi əhatə edir. Talış və Peştəsər silsilələri arasında Zuvand çökəkliyi yerləşir. Ən yüksək zirvələri Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m).Əsasən üçüncü geoloji dövrdə formalaşmış Talış dağları bir növ Kiçik Qafqaz dağlarının davamıdır. Kiçik Qafqazdan fərqli olaraq Talış dağlarında vulkanik proseslər daha kəskin olmuş, ona görə də buradakı mağaralar vulkanik yolla əmələ gəlmişdir. Talış dağlarının yüksək zirvələri tamamilə çılpaqdır.
Ez-Zubаyr
Zübeir-İraqın Bəsrə mühafəzəsində,Küveyt və BƏƏ ən yaxın şəhəri. == Haqqında == Əl-Zubeyr şəhəri İraqın cənubundakı Bəsrə şəhərinin cənub-qərbində yerləşir və şəhər Ərəbistan yarımadası ilə Ərəb körfəzi bölgəsi və İraq arasındakı səyahət mərkəzləri və Badia ilə yaxınlığı var.Onu Nəcd çöllərindən gələn İraq Bədiyyələri və onlarla ticarət mübadiləsi üçün gələn hər kəs bir bölgə etdi. Əl-Zubeyr, İraq şəhəri olaraq tarixi statusa sahibdir və yarandığı bir neçə əsr ərzində miras və hadisələrlə doludur. Ayrıca İraqın şimalından və şərqindən kənarda olan Allahın Müqəddəs Evi olan Həcc ziyarətinə gələn və gedənlər üçün bir yerdir. == Etimologiyası == E.ə 38–658-ci ildə orada dəfn olunmuş Əl-Zubeyr İbn Əvam ilə əlaqədar olaraq bu ad verildi və o, Məhəmməd Peyğəmbərin əmisi oğlu və Cənnətin on təbliğatçısından biridir. Əl-Mirbadın arxeoloji məkanı ilə xəlifə Ömər bin Əl-Xattabın dövründə Ataba Bin Qazvan tərəfindən qurulmuş qədim Bəsrə şəhəri arasında yerləşir.
Buzeyir mağarası (Lerik)
Büzeyir mağarası — Lerik rayonu ərazisində Büzeyir inzibati ərazisində yerləşən mağara. == İnzibati ərazisi == Buzeyir mağarası Lerik rayonu ərazisində, Talış dağlarının ən yüksək zirvəsində yerləşir. Düşərgə Zuvandçayın sol sahilində olub, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə, Zuvandçayın müasir yatağından 300-350 metr yüksəklikdə yerləşir. Buzeyir mağarasının yerləşdiyi müasir ərazi Talış dağlarının ən mənzərəli guşələrindən biri olub, ətrafları ağac örtüyü ilə əhatə olunmuşdur. Aparılan kəşfiyyat işləri nəticəsində Zuvandçay vadisində mağaralar və qaya sığınacaqları qeydə alındı. Lerik rayonu ərazisini İranla sərhəd boyunca Talış silsiləsi, bundan şimalda Peştəsər silsiləsi, sonra isə Buravar silsiləsi əhatə edir. Talış və Peştəsər silsilələri arasında Zuvand çökəkliyi yerləşir. Ən yüksək zirvələri Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m).Əsasən üçüncü geoloji dövrdə formalaşmış Talış dağları bir növ Kiçik Qafqaz dağlarının davamıdır. Kiçik Qafqazdan fərqli olaraq Talış dağlarında vulkanik proseslər daha kəskin olmuş, ona görə də buradakı mağaralar vulkanik yolla əmələ gəlmişdir. Talış dağlarının yüksək zirvələri tamamilə çılpaqdır.
Abdullah Zubir
Abdullah Zubir (fr. Abdellah Zoubir, ərəb. عبدالله زوبير‎; 5 dekabr 1991, Lill) — Mərakeş əsilli Fransa futbolçusu, "Qarabağ" klubunun yarımmüdafiəçisi. O, 20 yaşına qədər Fransa Milli Futzal Komandasında oynamışdır. == Karyera == === Futzal === Fransanın Lil şəhərində Mərakeş əsilli bir ailədə anadan olan Zubir 6 yaşında futzal oynamağa başlamışdır. === Qrenobl Fut 38 === O, 2011-ci ildə "Qrenobl Fut 38" FK ilə bir müqavilə imzalamışdır. Zubir bu dövrdə 14 oyun keçirmiş və 7 qol vurmuşdur. === İstr və Hibernian === Abdullah Zubir 2013-cü ildə "İstr" FK ilə bir müqavilə imzalamışdır. Zubir həmin ilin avqust ayında Şotlandiyanın "Hibernian" FK-na icarəyə verilmişdir. O, Şolandiya Liqa Kubokunda debütünü 24 sentyabrda "Stranraer" FK-a qarşı keçirmişdir.
Büzeyir
Büzeyir — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 442 nəfərdir. == Toponimiyası == Bizeyir kəndi dağətəyi ərazidə yerləşir. Toponim talış dilindəki biz (keçi) və zeyid (saxlamaq) sözlərinin birləşməsindən əmələ gəlib, "keçi saxlanılan yer" mənasında izah olunur. Əslində biz (dağ) və yer komponentlərindən ibarət toponim "dağətəyi sahə" mənasını da bildirir.
Zuheyr ibn Əbu Sulmə
Züheyr ibn Əbu Sülmə (520–609) — ərəb şairi. == Həyatı == Züheyr ibn Əbu Sülmə şairlər nəslinə mənsubdur. Onun babası, atası, dayısı və övladları da şair olmuşlar. Şair təxminən 530-cu ildə Nəcddə anadan olmuşdur. O, Mudari tayfasının Muzayna qəbiləsindən idi. Şairin atası Rəbiə öz tayfasını buraxmış və Qatafan tayfasına getmişdir. Burada Umm Amru adlı qızla evləndikdən sonra bu tayfa ilə qohumluq əlaqələri ilə bağlandığından tayfanı tərk etməmişdir. Burada onların Qatafan tayfasında böyüyüb tərbiyə alacağı övladları Züheyr dünyaya gəlmişdir. Tayfa nümayəndələri arasında Züheyrin dayısı olan iflic olmuş müdrik Bəşamə adlı bir qoca da var idi. Züheyr Bəşamədən ayrılmır, ona qulluq edir, ondan həyatın müxtəlif cəhətləri, eyni zamanda şer sənətinin incəliklərini öyrənirdi.
Hümeyir Əhmədov
Hümeyir Əhmədov (tam adı: Əhmədov Hümeyir Hüseyn oğlu; 14 avqust 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — pedaqogika üzrə elmlər doktoru, professor, RF Dövlət Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasnın, Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi-pedaqoji kadr hazlığı şöbəsinin müdiri. == Həyatı == Hümeyir Əhmədov 14 avqust 1958-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli orta məktəbin I sinfinə getmiş və 1975-ci ildə 246 nömrəli orta məktəbi bitirdikdən sonra, elə həmin il V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuşdur. İnstitutda ali təhsil almaqla yanaşı 1976-cı ildə Zaqafqaziya komsomol məktəbini «əla» qiymətlə bitirmiş, 1976-1977-ci illərdə institutda fəaliyyət göstərən ictimai peşələr fakültəsinin jurnalistika şöbəsinin dinləyicisi olmuş, 1979-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək, təyinatla Xaçmaz stansiyası 45 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. == Fəaliyyəti == 1979-1981-ci illərdə Vətən qarşısında borcunu Uzaq Şərq hərbi dairəsinin Xaba­rovsk-Vladivostok diyarlarında yerləşən hərbi hissələrdə yerinə yetirmiş, tərxis edildikdən sonra əmək fəaliyyətini Saatlı stansiyasında 33 nömrəli dəmir yolu orta məktəbində riyaziy­yat, fizika və əmək müəllimi kimi davam etdirmişdir. 1983-cü ildə C.Naxçıvanski adına hərbi təmayüllü orta məktəbdə tərbiyəçi-müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. 1984-cü ildən A.S.Makarenko adına 12 nömrəli rus dili təmayüllü internat məktəbində riyaziyyat müəllimi işləyən Hümeyir Əhmədovun elmə olan marağı onu 1984-cü ilin payızında Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna gətirmişdir. Ə.A.Ağayevin rəhbərliyi ilə pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində əyani aspirant kimi təhsilini müvəffəqiyyətlə başa vuraraq, 1988-ci ilin yayında “Azərbaycan SSR-də hamılıqla ümumi orta təhsilə keçilməsinə hazırlıq və onun həyata keçirilməsi” (1961-1977-ci illər) mövzusunda 13.00.01- pedaqogika nəzəriy­yəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ilin noyabrında institutun pedaqogika nəzəriyyəsi və tarixi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunmuş, 1989-cu ilin aprelindən isə böyük elmi işçi vəzifəsinə seçilmişdir. 1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən böyük elmi işçi attestatı almışdır.
Zübeydə Sultan
Zübeydə Sultan (29 mart 1728, Konstantinopol – 4 iyun 1756, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı. == Həyatı == Zübeydə Sultan 1728-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə xanımlarından Əminə Musəllin Qadınəfəndidir. Hələ 2 yaşında atası taxtdan endirilmiş, bu səbəblə bütün bacı-qardaşları kimi Köhnə sarayda yaşamağa başlamışdır. Buna baxmayaraq atasından sonra taxta çıxan əmisi oğlu Sultan Mahmud ona qarşı olduqca mülayim olmuşdur. Hətta 1747-ci ilin avqustunda onun adına sahildə bir köşk də inşa etdirmişdi. 6 yanvar 1748-ci ildə Anadolu bəylərbəyi Süleyman Paşa ilə nigahlansa da, nişandan bir neçə ay sonra paşa vəfat etdi. Çox keçmədən 16 dekabr 1748-ci ildə qapıçılar kəndxudası Numan ağa ilə evləndirildi. Nigahın ardından Numan ağa vəzirliklə Saloniki valisi təyin edildi. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu.
Zübeyrə Tuxuqov
Zubayra Əlixanoviç Tuxuqov (15 yanvar 1991, Qroznı) — rus qarışıq üslublu döyüşçü, yüngül çəki kateqoriyasında təmsilçidir. 2010-cu ildən bəri peşəkar səviyyədə çıxış edir, UFC, Cage Warriors, ProFC, Fight Nights Global mübarizə təşkilatlarının turnirlərində iştirakı ilə tanınır. == Qarışıq döyüş sənəti karyerası == Tuxuqov peşəkar debütünü 2010-cu ildə Pankration Atrium Cup 2 səkkiz nəfərlik, bir gecəlik turnirdə qazanaraq üç rəqibini məğlub etdi. 10-3 qarışıq döyüş sənəti rekordundan sonra o, Rusiya promosyonu olan Döyüş Gecələri ilə imzalanacaq və burada Romano De Los Reyes, Harun Kina və Vaso Bakoceviçi məğlub edərək 3 döyüşünün hamısında qalib gəlmişdi. Döyüş Gecələrində olduğu müddətdə Tuxuqov CWFC 58-də Denys Pidnebesnyi məğlub edərək Cage Warriors üçün döyüşdü. === Ultimate Döyüş Çempionatı === 2013-cü ilin dekabrında Tuxuqovun UFC ilə müqavilə bağladığı və fevralın 15-də UFC Fight Night: Machida vs. Mousasi-də Tiaqo Tavaresə qarşı promosyon olaraq debüt edəcəyi bildirildi. Bununla belə, Tavares açıqlanmayan zədə səbəbindən yarışı tərk etmək məcburiyyətində qaldı və onu UFC-nin yeni üzvü Duqlas Silva de Andrade əvəz etdi.Tuxuqov döyüşdə üstünlük təşkil etdi və yekdil qərarla qalib gəldi. Tuxuqov daha sonra oktyabrın 4-də UFC Fight Night: Nelson vs. Story-də Ernest Çaveslə qarşılaşdı.O, ilk raundda vurduğu zərbələrə görə texniki nokautla döyüşü qazandı.
Zübeydə Süpürgəçi
Zübeydə Süpürgəçi (türk. Zübeyde Süpürgeci) — 100, 400 və 800 metr məsafələrə qaçışlarda çıxış edən Türkiyə paralimpiya atleti (T54 sinif - əlil arabasında). O, həmçinin T53/T54 sinfində 4x400m estafet yarışlarında yarışır. == Erkən illər == Zübeydə Süpergəçi 20 iyul 1993-cü ildə anadan olub. O, anadan olduğu gündən əlildir, 16 yaşına kimi çölə çıxmaq həvəsi belə olmayıb. Bağcılar Bələdiyyəsindəki Əlillər Sarayını ziyarət edərkən, yeni həyata başlamaq üçün motivasiya olur. Onun kiçik qardaşı Muhamməd də anadangəlmə əlil idi. == İdman karyerası == Süpürgəçi 2011-ci ildə Paralimpiya idmanlarında iştirak etməyə başlayıb. İdman karyerasına Ömər Kantainin rəhbərliyi altında başlamışdır. 2012-ci ildə İstanbulda Paralimpiya Klubuna qoşulub.
Üzeyir Abdullayev
Üzeyir Abdullayev (1951–2009) — Beynəlxalq Rus Daması Assosiasiyasının versiyası üzrə rus daması üzrə dünya çempionu (1997) və dama üzrə 37 qat Azərbaycan çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası (2009). == Həyatı == Üzeyir Abdullayev 1951-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 38 il idman sahəsində çalışıb. Bu müddətdə 37 dəfə Azərbaycan, 1 dəfə isə dünya çempionu olub. 1997-ci ildə beynəlxalq qrossmeyster, həmçinin beynəlxalq dərəcəli hakim olub. Ü.Abdullayevə 2007-ci ildə Rusiya Federasiyasının Şahmat və Dama İncəsənət Akademiyasının akademiki adı verilib. 2009-cu ilin fevralında isə o, "Azərbaycan Respublikasının əməkdar idman ustası" fəxri adına layiq görülüb. Veteran damaçı son vaxtlar ürək ağrılarından əziyyət çəkirdi. 1996-cı ildən bəri Azərbaycan Gənclər və İdman Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışan Ü.Abdullayev elə vəzifəsinin icrası zamanı dünyasını dəyişib.
Üzeyir Abduramanov
Üzeyir Abduramanov (12 (25) mart 1916 – 19 yanvar 1991) — Krım tatarı əsilli Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsi zamanı səngər qazmaqla məşğul olub. 15 yanvar 1944-cü ildə Soj çayı boyunca ağır düşmən atəşi altında və qoşunların təhlükəsiz daşınmasını təmin edərək Sovet İttifaqı Qəhrəmanı elan . == Həyatı == 25 mart 1916-cı ildə Krımda dünyaya gəlib. 1933-cü ildə oxuduğu Ticarət məktəbindən məzun olduqdan sonra Simferopol şəhərində işləməyə başlayıb. 1939-cu ildə isə Qırmız Ordu qoşunlarına çağırılıb. 1991-ci ildə Navoiy şəhərində vəfat edib. == Fəaliyyəti == Abduramanov Barbarossa əməliyyatı başlandıqdan bir müddət sonra İkinci Dünya müharibəsində döyüşmək ön cəbhəyə aparıldı; əvvəllər Xalxin Məqsəd müharibəsində döyüşmüşdü. Belarusiyaya keçməzdən əvvəl Stalinqrad döyüşündə iştirak etdi. 1943-cü ildə Qomel rayonundakı münaqişə əsnasında Qırmızı Ordu qoşunlarının irəliləməsi üçün buzlu Soj çayı boyunca bir körpü inşa etmək vəzifəsi verildi.
Üzeyir Hacıbəyli
Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (azərb. عزير حاجبايوف‎; 6 (18) sentyabr 1885, Ağcabədi, Şuşa qəzası – 23 noyabr 1948[…], Bakı) — Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938). Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948) , 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). 1938-ci ildən Sov.İKP-nin üzvü. Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.Bəstəkar eyni zamanda Azərbaycanda və xaricdə bir çox tanınmış bəstəkar və musiqiçilərin pedaqoqu və müəllimi kimi də tanınır.
Üzeyir Hacıbəyov
Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (azərb. عزير حاجبايوف‎; 6 (18) sentyabr 1885, Ağcabədi, Şuşa qəzası – 23 noyabr 1948[…], Bakı) — Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938). Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948) , 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). 1938-ci ildən Sov.İKP-nin üzvü. Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.Bəstəkar eyni zamanda Azərbaycanda və xaricdə bir çox tanınmış bəstəkar və musiqiçilərin pedaqoqu və müəllimi kimi də tanınır.
Üzeyir Mehdizadə
Üzeyir Bəxtiyar oğlu Mehdizadə (19 may 1990) — Azərbaycanlı bəstəkar-müğənni, meyxanaçı. == Həyatı və yaradıcılığı == Üzeyir Mehdizadə 19 may 1990-cı ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 14 nömrəli məktəbdə 1-ci sinfə gedib. 2008-ci ildə "Gəl yarına" adlı albomu işıq üzü görmüşdür. 2009-cu ildə isə artıq öz şəxsi studiyasını yaratmış və studiyanın ilk işi olan "O mənim olmalıdır" albomunu ərsəyə gətirmişdir.[mənbə göstərin]2010-cu ildə "O olmasa neynəyərəm" albomu dinləyicilərə təqdim edilib. 2015-ci ildə isə "Əlvida keçmişim", "Dostum", "Onsuzda bəxti qarayam", "Səndən ötrü", "Bunu da örgənəcən" adlı mahnıları daşıyan albomu ilə rekord baxış sayı qazanıb. 2016-cı ildə də Moskvada "Club Arena Star"-da konsert verib. "Ay ölmüş" mahnısı isə 2016-cı ilin ən populyar mahnısı olub.[mənbə göstərin]2014-cü ildə ifa etdiyi və yalnız bir şəkil üzərində olan "Yaxşı olar" mahnısı qısa müddətdə dinləyənlərin rəğbətini qazanmışdır, habelə 50 milyondan artıq baxış sayı[mənbə göstərin] olan musiqiyə 10 iyun 2018-ci ildə (musiqinin 4 illiyinə) "Yaxşı olar" klipi də çəkilmişdir. Üzeyir Mehdizadə dünyanın bir çox ölkə və şəhərlərində konsertlər vermişdir, bunlardan Türkiyəni,[mənbə göstərin] Almaniyanı,[mənbə göstərin] Rusiyanı,[mənbə göstərin] Özbəkistanı,[mənbə göstərin] Qazaxıstanı,[mənbə göstərin] Ukraynanı [mənbə göstərin] və.s qeyd etmək olar. Üzeyir Mehdizadə 2018-ci il tarixində ailə həyatı qurmuşdur == Ailəsi == Atası Bəxtiyar Mehdizadə 1963-cü ildə anadan olub.
Üzeyir Məmmədli
Məmmədli Üzeyir Məhəmməd oğlu (26 avqust 1987, Bərdə) — NİDA Vətəndaş Hərəkatının həmtəsisçisi. Keçmiş siyasi məhbus. == Həyatı == 1987-ci il avqust ayının 26-da Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. == Təhsili == 1993-cü ildə N.Quluyev adına Mollalı kənd orta məktəbində daxil olmuşdur. 2004-cü ildə həmin məktəbi bitirmişdir. Elə həmin il 642 balla Bakı Dövlət Universitetinin Hüquqşunaslıq fakultəsinə qəbul olmuşdur. 2008-ci ildə BDU-dan məzun olduqdan sonra, 2008-ci ilin iyulu həqiqi hərbi xidmətə çağırılmışdır. 2009-cu ilin iyul ayı həqiqi hərbi xidməti başa vurmuşdur. == İctimai Fəaliyyəti == Üzeyir Məmmədli 2011-ci ilin fevral ayında NİDA Vətəndaş Hərəkatının yaranmasında iştirak edib və təsisçilərindən biri olub. Həmin vaxt İdarə Heyəti üzvlərindən biri olub.
Üzeyir Novruzov
Üzeyir Novruzov (ing. Uzeyer Novruzov) - Azərbaycanlı sirk ustası. Üzeyir Novruzov hal-hazırda ABŞ-nin Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı America's Got Talent yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə etmişdir. == Ginnesin Rekordlar Kitabında == Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.
Üzeyir Rüstəmov
Üzeyir Əyyub oğlu Rüstəmov (17 may 1997; Şəmkir rayonu, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Üzeyir Rüstəmov 1997-ci il mayın 17-də Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Üzeyir Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Üzeyir Rüstəmov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Üzeyir Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Üzeyir Rüstəmov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Üzeyir İbrahimov
Üzeyir İbrahimov (18 yanvar 1984, Laçın rayonu) — Azərbaycan qapıçı məşqçisi, qapıçı mövqeyində çıxış etmiş keçmiş futbolçusu. al-hazırda Azərbaycanın U-19 Milli yığma komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışır. == Həyatı == Üzeyir İbrahimov 18 yanvar 1984-cü ildə Laçın rayonunda anadan olub. 1998-ci ildə yeniyetmələr arasında ölkə çempionu, 2000-ci ildə ölkə çempionatının bürünc mükafatçısı olub. 2004–2006-cı illərdə "Neftçi" FK-nın yeniyetmə komandalarının qapıçılar üzrə məşqçisi işləyib. 2007–2017 ci ildə "İnter" FK-nın əvəzedici komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışıb. 2017–2018 ci ildə "Keşlə" FK-nın əvəzedici komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin "Maliyyə və kredit" fakultəsini bitirmişdir. UEFA-nın qapıçı məşqçiləri üçün "A" lisenziyalarına malikdir.2010–2012-ci ildə Azərbaycanın U-17 yığma komandasında qapıçıların məşqçisi vəzifəsində işləyib. 2011-ci ildən bu günə kimi Azərbaycanın müxtəlif yaş yığma komandalarında qapıçılar üzrə məşqçi vəzifəsində çalışır.
Üzeyir Şabanbəyov
Üzeyir Şabanbəyov (1902, Zaqatala rayonu və ya Zaqatala – 20 yanvar 1942) — Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin Şərq şöbəsinin rəis müavini.
Üzeyir Əliyev
== Həyatı == 24 fevral 1993-cü ildə Göygöl rayonu [1]Qızılqaya qəsəbəsində anadan olub. == Hərbi xidməti == [2]Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində 1993-cü il təvəllüdlü Üzeyr Sabir oğlu Əliyev şəhid olub. Göygöl rayon Qızılqaya qəsəbəsinin sakini Əliyev Üzeyir Sabir oğlu sözügedən qəsəbəyə gətirilib. Doğulduğu evdən son mənzilə yola salınıb. Ü. Əliyev Göygöl [3]Şəhidlər xiyabanında dəfn olunub. Əslən [4]Daşkəsən rayonundan olan Əliyev Üzeyirin 29 yaşı var idi. O, müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Ü. Əliyev [5]I Qarabağ Müharibəsində şəhid olan Arif Mahmudovun bacısı oğludur.
İbn Cübeyr
Məhəmməd İbn Əhməd ibn Cübeyr ak-Kinani - ərəb şairi, Qranadda Almohadov həyətində xidmət etmişdir. 1183-cü ildə ibn Cübeyr Məkkəyə həcc ziyarətinə gedir. Səyahəti 2 il sürdü. Sonra Aralıq dənizi ilə üzərək ibn Cübeyr Aleksandiraya gəlir. O Misirə piramidaları görməyə gedir və Sfinskanı görür. Sonra yenidən Mosula qayıdır. Bu zaman o rus dilini öyrənir. 1189-1191-ci ildə ibn Cübeyr yenidən şərqə gedir, ancaq hara getdiyi bilinmir. Üçüncü səyahəti isə 1217 ildə edir ancaq rəhmətə gedir, gedı bilmir. Onun şeirləri bəzilər qalır onların əksəriyyəti Saladinaya həsr olunub.