Axtarma

Ağartı məhsullarından hazırlanan qədim qida növlərindən biridir. Azərbaycanın dağlıq bölgələrində qurudulmuş, yəni duza, aşa qoyulmuş, aşılanmış qoyun dərisinin içərisinə üzlü pendir və şorun qarışığından düzəldilir. “Axtarma” motal pendirinin adında “axtar” feli dayanır, yəni sözün əsasını “axtar” feli təşkil edir. Aşıq Ələsgərin məşhur “Dağlar” qoşmasında bu sözün adı çəklir: Axtarma motalın, yağın, qaymağın, Zənbur çiçəyindən bal alı dağlar. “Axtarma” sözü hal-hazırda Füzuli şivəsində “üzlü pendir” mənasında işlənir.(1, 45) “Axtarma” sözünün sonunda işlənən -ma, -mə şəkilçisi şəxssiz feil formasından isim düzəltməyə doğru inkişaf yolu keçir.
Ağız
Alana
OBASTAN VİKİ
Axtarma-Paşalı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Axtarma-Paşalı palçıq vulkanı

Paşalı Axtarma palçıq vulkanı
Paşalı Axtarması palçıq vulkanı - Azərbaycanda olan ən iri palçıq vulkanlarından biridir. Bu palçıq vulkanında Osmanbozdağ palçıq vulkanı kimi antiklinalın Böyük hərəmi, Kiçik hərəmi və Qalamədin kəsişdiyi düyündə yerləşir. Bu vulkan relyefdə Ləngəbiz silsiləsinin bir qədər alçalmış gədik hissəsinə uyğun gəlir. Şirvan düzündən 300 m, Pirsaatçayın dərəsindən isə 140 m ucalır. Vulkanın krateri dairəvi formaya yaxın olub vallarla haşiyələnmişdir. Bu valların nisbi yüksəkliyi 5–10 m-ə çatır. Paşalı Axtarması palçıq vulkanı da respublikamızın ən iri və uca (299,5m) palçıq vulkanından biri olduğundan o da aşağı Bakı dövründən başlayaraq dəniz altından azad olmağa başlamışdır. Bu palçıq vulkanı zirvəsi səviyyəsində, ondan cənuba və şimala doğru Ləngəbiz silsiləsinin qərb yamacında aşağı Bakı yaşlı dəniz terrasları intişar tapmışdır.
Torpaqlı Axtarma (palçıq vulkanı)
Torpaqlı Axtarma — Abşeronda palçıq vulkanı. Eninə Qaradağ qırışığının orta hissəsində ən böyük nisbi yüksəkliyə malikdir. Vulkan başqa Qaradağ vulkanları içərisində brekçiyalarından təşkil olunmuş bəndvari silsilə şəklində uçanır. Onun qərb yamacı Pilpilə palçıq vulkanına dovru az-çox meyl edir, şərq yamacında isə alçaq silsilələr müşahidə edilir. Vulkan hüdudlarında qaz, su və palçıq ayıran bir neçə qrifon mövcuddur. Pilpilə palçıq vulkanına doüru yatan yamacdakı qrifonlardan aç miqdarda qaç və palçıq ayırır.
Qaradağ Axtarması palçıq vulkanı
Qaradağ Axtarması palçıq vulkanı eninə Qaradağ qırışığının şərq hissəsində yerləşib, hündürlüyü Torpaqlı Axtarması palçıq vulkanına nisbətən aşaüıdır. 100–150 m ölçüləri olan krater hüdudlarında 35-ə yaxın müxtəlif ölçülü qrifon olmuşdur. Bu qrifonların hamısı qaç, palçıq və su ayırır. Vulkan örtüyünün sahəsi 300 ha, qalınlıüı 110 m, ümumi həcmi 330 mln. m³ olmuşdur. Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
Torpaqlı Axtarması palçıq vulkanı
Torpaqlı Axtarma — Abşeronda palçıq vulkanı. Eninə Qaradağ qırışığının orta hissəsində ən böyük nisbi yüksəkliyə malikdir. Vulkan başqa Qaradağ vulkanları içərisində brekçiyalarından təşkil olunmuş bəndvari silsilə şəklində uçanır. Onun qərb yamacı Pilpilə palçıq vulkanına dovru az-çox meyl edir, şərq yamacında isə alçaq silsilələr müşahidə edilir. Vulkan hüdudlarında qaz, su və palçıq ayıran bir neçə qrifon mövcuddur. Pilpilə palçıq vulkanına doüru yatan yamacdakı qrifonlardan aç miqdarda qaç və palçıq ayırır.

Digər lüğətlərdə