AYĞIR

Bəzi heyvanların (ən çox atın) erkəyinə deyirlər. Bir ehtimala görə, bu söz hay­qırmaq, qışqırmaq sözlərinin modeli üzrə ay (səs) sözündən əmələ gəlib. Ayğır kəlməsinin mənası “qışqırmaq” deməkdir. Erkək at olan və döl üçün bəslə­nən ayğırın necə kişnəməsi yaxşı məlumdur. İkinci ehtimala görə, söz ayğır (azğır, adğır, ağyır) formasında olub (həqiqətən, mənbələrdə bu, mövcuddur) və (yuxarı) sözü ilə bağlıdır: “yuxarı, üstünə sıçrayan” deməkdir. Hətta xoruz yerinə, toyuq ayğırı birləşməsindən istifadə edilən vaxtlar olub. İkinci mülahizə daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

AYƏTULLA
AYXAN

Digər lüğətlərdə