Ayğırgöl — İrəvan quberniyasmda Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu rayonunda kənd.[2]
kənd | |
Ayğırgöl | |
---|---|
40°14′ şm. e. 44°15′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Armavir mərzi]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 856 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Ayğırgöl kəndi Üçkilsə (Eçmiədzin) — Sərdarabad (Oktemberyan) yolunun üstündə, Ayğırgölün yanında yerləşir. Kəndin adı Ayğırgölün adından götürülmüşdür. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Aknaliç qoyulmuşdur.
Ayğırgöl kəndi Ermənistanda yeganə yezidi məbədinin yerləşdiyi məntəqədir. Kuba mere divane kimi tanınan məbəd 2019-cu ilin sentyabrında açılmışdır. Bu, dünyanın ən böyük yezidi məbədi hesab edilir. 25 metr hündürlüyü olan məbəd Rusiyada yaşayan yezidi biznesmen Mirzə Sloyan tərəfindən maliyyələşdirilmişdir.[3]
1918–1919-cu ildə əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Aknaliç adlandırılmışdır. Ayqırgölün adındandır. Türk dillərində ayqır otunun adından və göl sözündən ibarətdir. "Ətrafında ayqır otu bitən göl" mə'nasındadır. Qazaxıstanda Ayqırbulaq və Ayqırgöl[4][5]toponimləri ilə mə'naca eynidir.