Gürcüstan aysorları
Gürcüstan aysorları — 2014-cü il əhalinin siyahıya alınmasına görə Gürcüstanda 2377 nəfər aysor yaşayır (1989-cu ildə - 6206 nəfər).
== Tarixi ==
Gürcüstan torpağına ayaq basmış ilk aysorlar Müqəddəs Yəhya Zedaznlı və 6-cı əsrdə Suriyadan gəlmiş 12 şagirdi hesab olunur. Onlar Gürcüstan monastırlığının qurucuları olmuş, gürcü mədəniyyətində və mənəviyyatında görkəmli rol oynamışlar.
XVIII əsrin ikinci yarısında Kartli-Kaxeti çarı II İraklinin rəhbərliyi altında, Gürcüstanı öz protektoratlığına çevirən Rusiya İmperiyasının dəstəyi ilə çox sayda xristian, o cümlədən aysor Osmanlı İmperiyasından Gürcüstana köçürr.
İran və Türkiyədən əmək miqrasiyası şəklində yeni köçürmə dalğası, 1828-ci ildə Türkmənçay müqaviləsinə əsasən Gürcüstanın Rusiya İmperiyasına birləşdirilməsindən sonra başlayır.
Nəhayət aysorların Önqafqaza ən böyük köçü 1915-1917-ci illərdə, Osmanlı İmperatorluğunun şərqində yaşayan aysorların çoxunun köç etmək məcburiyyətində qaldığı dövrdə baş verir. Bu gün Gürcüstanda olan aysorların əksəriyyəti elə həmin köçkünlərin nəsilləridir.
== Yayılması ==
Gürcüstan aysorları əsasən şəhərlərdə yaşayırlar - Tiflis, Qardabani, Rustavi, Kutaisi, Batumi, Zuqdidi. Gündəlik həyatda yeni arami, gürcü və rus dillərində danışırlar. Qardabani şəhərində yaşayan aysorların bir hissəsi yeni arami dilinin Şimaliboxtan ləhcəsində danışır.