Azərbaycan aysorları (özünüadlandırma: süry. ܣܘܿܓܪܵܚ, soqrax)[1]:148 — aysor diasporunun bir hissəsi, Azərbaycanda yaşayan etnik qrup.
Özünüadlandırma | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
süry. ܣܘܿܓܪܵܚ | |||||||||
Ümumi sayı | |||||||||
6,000+ | |||||||||
Yaşadığı ərazilər | |||||||||
| |||||||||
Dili | |||||||||
İrqi | |||||||||
Avropoid | |||||||||
Dini | |||||||||
əsasən xristianlıq | |||||||||
Daxildir | |||||||||
aysorlar | |||||||||
Mənşəyi | |||||||||
samilər | |||||||||
Qohum xalqlar | |||||||||
Aysorların Cənubi Qafqaza ilk köçləri xristianlığın yayılması ilə əlaqədardır və VI əsrə aid Keşikçidağ məbədinin On üç aysor ataya aid edilir. Onların əsas köçü Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Rusiya imperiyası tərəfindən kurasiya edilmişdir. Birinci Dünya müharibəsində Osmanlı imperiyası tərəfindən həyata keçirilən "səyfo" nəticəsində Azərbaycana daha çox aysor köçmüşdür. Onlardan bəri XX əsrin ortalarında SSRİ hakimiyyəti tərəfindən sürgün edilmişdir. Birinci Qarabağ müharibəsi zamanı çox sayda aysor ksenofobiya səbəbilə Azərbaycanı tərk edərək Rusiyaya, həmçinin Ermənistana və tanınmamış Dağlıq Qarabağ Respublikası ərazisinə köç etmişdir.
Əksəriyyəti xristian olan Azərbaycan aysorları Azərbaycan adət-ənənələrini mənimsəmiş və islamdan təsirlənmişdir, həmçinin Azərbaycan dilini bilirlər. Onlar asoru şəxs adlarından istifadə edirlər.
Azərbaycanda aysorların müxtəlif köç mərhələləri olmuşdur. VI əsrə aid Keşikçidağ məbədi On üç aysor atanın Gürcüstan ərazisinə gəldiyi dövr ilə əlaqələndirilir.[2][3]
Rusiya imperiyası Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra İrandan və Türkiyədən Cənubi Qafqaza təqribən 16 min aysor köçürmüşdür.[4] Müharibənin sonunda Rusiya qoşunlarının ardınca nestorian kilsəsinə daxil olan 3 minə yaxın aysor Erməni vilayətinə gəlmişdir. 1830-cu illərində Urmiya xanlığının Süpürgən, Muyşava, Yengicə, Koracaluy, Nazi və Quytafa kəndlərindən olmaqla 100 aysor ailəsi Alaverdi Tumayevin başçılığı ilə Rusiyanın nəzarəti altında olan Cənubi Qafqaz torpaqlarına köçmüşdülər. Urmiyadan çıxan bu 100 ailə ilk əvvəl Naxçıvan qəzasına, 3 ildən sonra isə Şuşa qəzasına köçmüş, 10 il ərzində Şuşa qəzasının Tərtər kəndində yaşadıqdan sonra difteriya xəstəliyinin yayılması səbəbindən bu kəndi tərk edərək əvvəlcə İrəvan qəzasının Ağalezalu, daha sonra isə Duqun kəndinə, nəhayət 1840-cı illərdə Köyləsər kəndinə köçmüşdülər. O dövrdə aysorlar məişətdə asoru dilində danışsalar da, "lingua franca" kimi Azərbaycan dilində danışırdılar.[1]:150 Bundan başqa, Naxçıvanda Siyaqut kəndi XIX əsrin əvvəllərində İranın eyniadlı kəndindən köçmüş aysor ailələri tərəfindən salınmışdır.[5]
Birinci Dünya müharibəsində Osmanlı imperiyası tərəfindən "səyfo" həyata keçirilmişdir ki, bunun bir hissəsi Osmanlı qüvvələri tərəfindən Azərbaycan ərazisində də keçirilmişdir.[6] Azərbaycan mənbələri aysorların erməni qruplaşmaları ilə birləşərək Mart soyqırımında iştirak etdiyini qeyd edir.[7] Aysorların bir hissəsi Osmanlı imperiyasının Bitlis vilayətindən 500 ailə olaraq köçürülmüşdür. Köç zamanı onlar həm Osmanlı, həm də erməni qüvvələri tərəfindən hücumlara məruz qalmışdılar. Köç nəticəsində 500 ailədən sadəcə 30–40-ı indiki Ağstafa rayonunun Həsənsu kəndində yerləşə bilmişdir. 1949-cu ildə SSRİ hakimiyyəti onları Rusiyanın Tomsk vilayətinə sürgün edilmişdilər.[8]
Birinci Qarabağ müharibəsi zamanı çox sayda aysor Azərbaycanı tərk edərək Rusiyaya, həmçinin Ermənistana və tanınmamış Dağlıq Qarabağ Respublikası ərazisinə köç etmişdir.[9] 2020-ci ildə baş tutan İkinci Qarabağ müharibəsi zamanı Qarabağda yaşayan, o cümlədən Rusiya və Ermənistandan gələn aysorlar Azərbaycan Silahlı Qüvvələrinə qarşı vuruşmuşdur.[10] 2022–2023-cü illərdə Xankəndi–Laçın yolunda baş tutan aksiyalarda Xankəndi əhalisinin blokada altında qaldığı iddia edilmişdir.[11] Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan deputat Zemfira Mirzəyeva bildirmişdir ki, "Qarabağda Azərbaycan blokadası altında qalanlar arasında aysorlar da var".[12]
1885-ci il üçün Cənubi Qafqazda yaşayan aysorların sayının Tiflis quberniyasında 836, Bakı quberniyasında 368, İrəvan quberniyasında 1,244 nəfər olduğunu göstərmişdir. 1897-ci il Ümumrusiya siyahıyaalınmasının nəticələrinə görə aysorlar Cənubi Qafqazda əsasən İrəvan quberniyasında yaşamaqla onların sayı hər iki cinsdən olmaqla 2,862 nəfər idi və quberniya əhalisinin 0,1 faizini təşkil edirdilər. Aysorların əksər hissəsinin yaşadığı quberniyanın Şərur-Dərələyəz qəzasında onlar qəza əhalisinin 0,43 faizini təşkil edirdilər.[1]:151
SSRİ dövründə Azərbaycanda aparılan əhali siyahıyaalmalarında aysorlar da qeyd edilmişdir. Azərbaycan SSR-də 1926-cı ildə 964 aysor,[13][14] 1939-cu ildə 1,815 aysor,[15] 1959-cu ildə 1,367 aysor,[16] 1970-ci ildə 1,231 aysor,[17] 1989-cu ildə 646 aysor[18] qeydə alınmışdır. 2015-ci ildə tanınmamış Dağlıq Qarabağ Respublikasının apardığı əhali siyahıyaalmasına görə, orada 16 nəfər aysor yaşayırdı.[19] "Joshua Project"in məlumatına görə, Azərbaycanda indiki dövrdə 1,600 nəfər aysor yaşayır və onların böyük əksəriyyəti xristiandır.[20] Onlardan bəziləri Ağstafa rayonunun Vurğun qəsəbəsində yaşayırlar. Eyni rayonun Həsənsu kəndində yaşamış aysorlar SSRİ hakimiyyəti tərəfindən sürgün edilmişdir.[8]
Azərbaycanda yaşayan aysorların çoxusu başqa ölkələrə köçmüşdür. Azərbaycan və Ermənistan Dağlıq Qarabağ uğrunda müharibəyə hazırlaşarkən Göygöl şəhərində yaşayan aysor icması 1988–1991-ci illərdə bölgəni tərk etmişdir. Bu dövrdə Bakı şəhərini tərk edən aysorlar da olmuşdur.[9] 2011-ci ildə Ermənistanın aysor icmasının nümayəndəsi Razmik Xosroyev bildirmişdi ki, Qarabağ müharibəsindən əvvəl Azərbaycanda 6,000 nəfərlik aysor icması yaşayırdı, lakin aysorların əksəriyyəti Rusiyaya, xüsusilə də Krasnodar diyarına və digər ölkələrə mühacirət etmişdir. Onun sözlərinə görə, aysor icması Azərbaycan hakimiyyəti tərəfindən birbaşa təzyiqlərə məruz qalmamışdı, lakin Qarabağ müharibəsi zamanı artan ksenofobiya aysorların bütün əmlaklarını qoyub Azərbaycandan köçməyə məcbur etmişdir.[21]
Əksəriyyəti xristiandırlar. Asoru dilində və Azərbaycan dilində danışırlar. Toy adətləri Azərbaycandan mənimsənilmişdir, dini ibadətlərindən islam təsirləri mövcuddur. Onlar dua edərkən üzlərini Kəbə tərəfə döndərirlər. Yallı, şeyxana, köçəri kimi rəqsləri var. Azərbaycan aysorları qadınlar üçün Şmoye və Şuşana, kişilər üçün Muşel, Yuqan, Şamon və Amonuel kimi yerli şəxs adlarından istifadə edirlər.[8][22]
F. T. Markov qeyd edir ki, aysorlar öz aralarında asoru dilində danışır, "ancaq digər millətlərlə əlaqələrində tatarcanı (azərbaycanca) istifadə edirdilər", hansı ki İrəvan qəzasında hamı tərəfindən qəbul edilirdi.[23] Şərqi süryani dua əlyazmalarındakı türkdilli mətnlərdə də Azərbaycan dilinin xarakteristikaları tapılmışdır.[24]
Yazıldıqdan az bir müddət sonra "Arşın mal alan" komediyası yeni asoru dilinə tərcümə edilərək İrandan mühacirət etmiş asorular arasında məşhurluq qazanmışdır. 1920-ci illərdən başlayaraq aysor dramaturq Aleksandr Qabriel operettanı Yonkers və Çikaqoda yeni aramey dilində səhnəyə qoymuşdur.[25] "Arşın mal alan" SSRİ-dəki aysor diasporu ilə yanaşı Nyu-York və Konnektikut ştatlarının aysor icmalarında ən məşhur teatr əsərlərindən biri olmuşdur.[26]
Источник: Рабочий архив Госкомстата России.Таблица 9с. Распределение населения по национальности и родному языку.)