Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aftafa
Aftafa (fars. آفتابه‎) — Əsasən, misdən hazırlanan və əl-üz yumaq üçün istifadə edilən məişət əşyası. Yaxın və Orta Şərq ölkələrində geniş yayılmışdı. Afatafalar, adətən, qızlara cehiz verildiyi və məclislərdə işlədildiyi üçün zərif naxışlarla bəzədilirdi. Azərbaycanda, xüsusilə Lahıcda misgərlərinin düz əltdikləri aftafalər xarici ölkələrdə də şöhrət qazanmışdı.
Aftafa (Kövsər)
Aftabə (fars. افتابه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Səncid bölgəsinin Gəncgah kəndistanında, bölgənin mərkəzindən 15 km. qərbdə, Xalxal-Ərdəbil avtomobil yolunun 5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (28 ailə).
Aftafa (dəqiqləşdirmə)
Aftafa — Əsasən, misdən hazırlanan və əl-üz yumaq üçün istifadə edilən məişət əşyası. Aftafa (Kövsər) — İranın Ərdəbil ostanında kənd.
Actaea
Qarğaotu (lat. Actaea) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Artana
Artana Telavi rayonunda kənd adı. == Toponimkası == Artana- Telavi rayonunda kənd adı. XI əsrə aid gürcü mənbəyində Artaani kimidir. Bu məlumatı şərh edn Q.V.Sulaya yazır ki, hazırda bu yaşayış məntəqəsi Ardaqanidir. İlk dəfə olaraq VII əsrə aid mənbədə Quqar əyalətinin mahallarından birinin Ardaqan adlandığı yazılmışdır. Qars əyalətinin Ardaqan (Ərdəhan) mahal adı ilə müqayisədə aydın olur ki, bu ad da türkcə Ər-toqan şəxs adındandır.
Astana
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Astara
Astara rayonu — Azərbaycan Respublikasında rayon. Astara (Azərbaycan) — Azərbaycanın Astara rayonunun inzibati mərkəzi. Astara (İran) — İranın Gilan ostanında yerləşən şəhər.
Axtala
Aşağı Axtala — Ermənistan Respublikasının Loru mərzində şəhər. Yuxarı Axtala — Ermənistan Respublikasının Loru mərzində kənd. Axtala (selav) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda selav. Axtala (mədən) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda mədən yeri. Axtala (çay) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, Allahverdi rayonu ərazisində çay. Axtala monastır kompleksi — Loru mahalında, Allahverdi rayonu ərazisində erməni-gürcü monastırı və qalası.
Aytala
Ayıtala (Gədəbəy) — Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Ayıtala — Zaqatala rayonunun Maqov inzibati ərazi vahidində kənd.
Ağstafa
Ağstafa — Azərbaycanda şəhər, Ağstafa rayonunun inzibati mərkəzi. 1941-ci ildə rayon tabeli şəhər statusu almışdır. Dəniz səviyyəsindən 300 m hündürlükdə Ağstafa çayının sağ sahilində yerləşən müasir, gündən-günə gözəlləşən Ağstafa şəhərinin əhalisi (2020-ci il tarixə) 21817 nəfərdir. Ağstafanın Bakı şəhəri ilə arasındakı olan məsafə 400 km-dir.
Ağtala
Ağtala (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ağtala (Qaraqoyunlu) — Çəmbərək rayonunda kənd. Ağtala — Qax rayonunun Qoşaqovaq kəndi ərazisində duz.
Astaf
Astaf — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim ast (aşağı, çökək) və af (a/ab/ob) sözlərindən düzəlib, "dərə çay" və ya "çay dərəsi" deməkdir. Bundan başqa Astaf toponimini Ağstafa (yaxınlıqda yerləşən rayon) toponimi və onun daha qədim variantı olan, orta əsr qaynaqlarında qeyd edilən Axıstabad toponimi ilə də müqayisə etmək və əlaqələndirmək olar. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qaflanqala silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Astaf kənd kitabxana filialı, Astaf kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Astaf kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Astaf kənd tibb məntəqəsi yerləşir.
Actaea spicata
Sünbülvari qarğaotu (lat. Actaea spicata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qarğaotu cinsinə aid bitki növü.
Alekseyevka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Astara (İran)
Astara — İranın Gilan ostanında yerləşən şəhər. Bu şəhəri Azərbaycan Respublikasında da yerləşən Astaradan, Astara çayı ayırır. Əhalinin əksəriyətini azərbaycanlılar təşkil edir.
Astara (şəhər)
Astara rayonu — Azərbaycan Respublikasında rayon. Astara (Azərbaycan) — Azərbaycanın Astara rayonunun inzibati mərkəzi. Astara (İran) — İranın Gilan ostanında yerləşən şəhər.
Astara bulvarı
Astara bulvarı — Astara şəhərində, Xəzər dənizinin sahilində yerləşən park-bulvar kompleksi. == Tarixi == Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanılmış və 2015-ci ildə tikinti-quraşdırma işləri başa çatdırılmışdır. == Ərazisi == Park-bulvar kompleksi Astara şəhərində Xəzər dənizinin sahili boyunca 1 kilometr uzunluğunda olan ərazini əhatə edir. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilmişdir. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılmışdır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Astara bulvarı ilə əlaqəli mediafayllar var.
Astara bələdiyyələri
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Astara bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Astara kitabxanası
Astara kitabxanası — Astaranın ilk ictimai kitabxanasıdır. Bu kitabxana 1302-ci hicri şəmsi (1924) ilində Astara şəhərində qiraətxana kimi tikilib. == Tarixi == Astara kitabxanası 1302-ci ildə Astarada xeyir və mədəniyyət sevər insanlar tərəfindən yaradılıb. Sonralar kitabxananın binası bərbad hala düşdüyünə görə 1386-ci ildə yeri dəyişdirilərək yenidən tikilib. == Yeri == Kitabxana 1386-cı ildə Astaranın milli bağına köçürülüb.
Astara kurqanları
Astara kurqanları — Azərbaycan Respublikasının Astara rayonunun Telman, Pensər, Təngərud, Suvi və s. kəndləri ərazisində Tunc və Dəmir dövrlərinə aid kurqanlar. == Haqqında == Telman kəndi ərazisindəki 2 kurqanda kromlexlə əhatə olunmuş daş qutu və sərdabə formalı qəbirlər aşkar edilmiş, buradan həmçinin gil qablar, saplaqlı tunc nizə ucluqları, dördtilli bizlər, iskənə, daşdan qaban fiquru, gildən düzəldilmiş araba təkərlərinin modeli və s. tapılmışdır. Saplaqlı nizə ucluqları və iskənə burada yaşamış sakinlərin Ön Asiya tayfaları ilə əlaqəsini əks etdirir. Astara kurqanlarının materialları e.ə. III minilliyin ortalarında bu ərazidə metallurgiyanın inkişafını və yerli tayfaların tökmə üsulla mərgümüşlü tunc məmulatı hazırladıqlarını göstərir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. II cild. Bakı,2010.
Astara mahalı
Astara mahalı — Talış xanlığının mahallarından biri. Mahal cənubdan Qorqanrud mahalı, şərqdən Xəzər dənizi, qərbdən isə Vilgic mahalı ilə həmsərhəd idi. Qədim sərhədləri Hilevənd kəndindən Buta kəndinə qədər uzanırdı. Şimaldan isə qonşu Çayiçi Lənkəran mahalı ilə əhatələnmişdi. Burada yaşayan talışların bir böyük qismi sünni, bir qismi isə şiə idi. Astara mahalı 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində Qacar Iran-imperiyası ilə Rusiya imperiyası arasında imzalanmış Türkmənçay müqaviləsi ilə iki hissəyə bölünmüşdür. Şimalda qalan ərazi Astara rayonu adı ilə Azərbaycan, cənubda qalan hissəsi isə eyni adla Gilan ostanının tərkibindədir. Hazırda Lənkəran və Lerik rayonlarının tərkibində olan Alazəpin, Biləsər, Tüli və Coni kəndləri qədim Astara mahalının tərkibində olmuşlar.
Astara mayakı
Astara mayakı — Azərbaycanın Astara şəhərinin ərazisində yerləşən, fəaliyyətdə olan mayan. Mayak hündürlüyü 25 m olan bir dəmir konsrtruksiyasının üzərində quraşdırılmışdır. Astara mayakı Astara çayının sağ sahilində, Azərbaycan-İran dövlət sərhəddindən sərhədi 400 m (1/4 mil) şimalda, Xəzər dənizi sahilindən isə 250 m (820 ft) aralıda yerləşir. 1900-cü ildə Astara reydini və ora girişi göstərmək üçün işıqlanan stvor nişanlar quraşdırılıb. Hər iki nişan 2,5 mil məsafədə daimi qırmızı işıq ilə işıqlanır. Stvor nişanları şərq-qərb istiqamətində yerləşir.
Astara rayonu
Astara rayonu (tal. Ostoro) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Astara rayonu Azərbaycan Respublikasının cənubunda, İran İslam Respublikası ilə sərhəddə yerləşir. Şimaldan, Lənkəran rayonu ilə, Şimal-Qərbdən Lerik rayonu ilə həmsərhəddir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir, 1963-cü ildə ləğv edilib, Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Mərkəzi Astara şəhəridir. == Tarixi == == Qədim dövr == === Tunc dövrü === Tunc və antik dövrə aid Siyakü kəndindəki I və II — Siyakü yaşayış yerləri, "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binəbəy kəndindəki "Binəbəy kurqanları", Koraoba kəndindəki 3 ədəd kurqanlar var. === Dəmir dövrü === Dəmir dövrünə aid Koroba kəndindəki, "Koraoba daş qutu nekropolu" var. == Antik dövr == E.ə. II minilliyin sonu I minilliyin əvəllərinə aid olan Əzərrüd kəndindəki "Daş qutu nekropolu", Miki kəndindəki "Miki dolmen nekropolu"nu və e.ə.
Astara teleqülləsi
Astara teleqülləsi — Azərbaycanın cənub-şərqində, Astara şəhərində yerləşən televiziya qülləsi. Teleqüllə poladdan hazırlanmışdır və hündürlüyü 243.9 metrdir. Teleqüllə FM-radio və televiziya yayımının ötürülməsi məqsədilə, həm də mobil təkrarlayıcı kimi istifadə olunur. Teleqüllənin özünün hündürlüyü 200, antenalar ilə birlikdə isə ümumi hündürlüyü 243.84 metrdir.