Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Babaoğlu
Babaoğlu — təxəllüs. Hikmət Babaoğlu — Azərbaycan yazıçısı. Haşmət Babaoğlu — "Sabah" qəzetinin jurnalisti. Tahir Babaoğlu — Payasspor FK-in futbolçusu. Bilal Babaoğlu — Ssenari müəllifi.
Hikmət Babaoğlu
Hikmət Baba oğlu Məmmədov (1966, Göllü, Amasiya rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru (2008–2021), siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici. == Həyatı == Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub. 1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. == Siyasi fəaliyyət == 1993–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb. 1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib. 1998–2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2008–2021-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur.1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin və 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisinin deputatı seçilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. == Elmi fəaliyyət == 2005-ci ildə "Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili" mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb. 2013-cü ildə "Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin aktoru kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
Musa Nəbioğlu
Musa Nəbioğlu (azərb. Musa Nəbi oğlu Çobanov‎; 26 dekabr 1958, Darbaz, Bolnisi rayonu) — "Əməkdar mədəniyyət işçisi" (2015), Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru. == Həyatı == Musa Nəbioğlu 1958-ci il dekabrın 26-da Borçalı mahalında - Gürcüstan SSR-nin Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1975-ci ildə həmin kənddəki orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. İnstitutu bitirdikdən sonra Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyin təyinatı ilə Zalqa rayonundakı Tecis kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib. 1986-1997-ci illərdə pedaqoji fəaliyyətini Darvaz kəndində davam etdirib.Uzun illərdir ki, həm də jurnalistlik fəaliyyəti məşğul olur. O, pedaqoji fəaliyyətlə yanaşı Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzetlərlə müntəzəm əməkdaşlıq edib, Gürcüstan Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında çalışıb. 1997-ci ildən Bakıda yaşayıb fəaliyyət göstərən Musa Nəbioğlu bir sıra mətbuat orqanlarında çalışıb. 2003-cü ildən isə təsisçisi olduğu "Ulu körpü" qəzetinə redaktorluq edib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Nəsib Nəbioğlu
Nəsib Nəbioğlu (Tam adı: Nəsib Nəbi oğlu Verdiyev; d. 2 may 1954; Kəlbəcər rayonu, Çaykənd) — Rusiya və Azərbaycan Yazıçılar Birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi. == Həyat və fəaliyyəti == 1954-cü il mayın 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. 1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə Baykonurda Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra 1975-1980-ci illərdə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. 1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu əla qiymətlərlə bitirib. 1985-ci ildə İnstitututu bitirdikdən sonra SSRİ Dövlət Xarici Turizm Komitəsinin Baş İdarəsində məsul vəzifələrdə çalışıb. Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibidir. == Yaradıcılığı == M.Axundovun, S.Vurğunun, R.Rzanın, M.İbrahimovun, N.Rəfibəylinin, M.Arazın, Məmməd Aslanın, T.Məliklinin, Aşıq Ələsgərin, Aşıq Şəmşirin eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş rus dilində məqalələrin müəllifi olan Nəsib Nəboiğlu V.Şukşinin, V.Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Yeseninin, N.Rubsovun bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Rüfət Zəbioğlu
Rüfət Zəbioğlu Axundov (1932 -1983) — şair. == Həyatı == Rüfət Zəbioğlu Bakıda müəllim ailəsində doğulmuşdur. İlk təhsilini 31 saylı Bakı şəhər orta məktəbində almışdır (1940-1950). Azərbaycan Dövlət Universitetinə daxil olmuş (1951), bir il sonra Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə SSRİ Yazıçılar İttifaqının nəzdində olan Maksim Qorki adına Ədəbiyyat İnstitutuna dəyişilmişdir. Onun ilk şeiri ― "Bakinski raboçi" qəzetində dərc edilmişdir (1949). Şeirləri ―Azərbaycan, ― Kirpi jurnallarında, ―Ədəbiyyat və İncəsənət qəzetində müntəzəm çap olunmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində redaktorluqla başlamışdır (1957). Sonra Azərbaycan Xalq Yaradıcılığı Evində dramaturgiya şöbəsinin müdiri (1958-1969), Bakı Neft Texnikumunda inspektor (1969-1974), Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1974-1978) işləmişdir. Bundan sonra müstəqil yaradıcılıqla məşğul olmuşdur. Rüfət Zəbioğlu 1983-cü il iyulun 20-də vəfat etmişdir.
Sabir Nəbioğlu
Sabir Nəbioğlu — tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru. Sabir Nəbi oğlu Əmirov 1926-cı il sentyabr ayının 29-da Şuşa şəhərində anadan olmuşdur. 1937-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçmüşdür. Təhsilini "Homam" adına məktəbdə (1939-1943) fars dilində və sovet məktəbində (1943-1946) davam etdirmişdir. 1946-cı ildə Azərbaycan Milli Hökuməti Sabir Əmirovu Bakı Piyadalar Məktəbinə oxumağa göndərmiş, burada o, bölmə komandirinin müavini olmuş və məktəbi kapitan rütbəsində bitirmişdir (1947). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq kursunu və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini (1953) fərqlənmə diplomu ilə bitirmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. Universitetdə təhsil aldığı illərdə Azərbaycan Demokrat Firqəsinin ilk partiya təşkilatının sədri, İranlı siyasi mühacirlər cəmiyyətinin "Cavanlar" təşkilatının sədri olmuşdur (1957-1975). Sabir Nəbioğlu Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin şöbə müdiri (1967-1994), Cənubi Azərbaycan Yazıçılar Cəmiyyəti İdarə Heyətinin məsul katibi (1967-ci ildən) vəzifələrində çalışmışdır. "Cəlil Məmmədquluzadənin felyetonları (1905-1906)" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi – alimlik dərəcəsi almışdır.
İbrahim Nəbioğlu
İbrahim Nəbioğlu (tam adı: Yaqubov İbrahim Nəbi oğlu) — jurnalist, yazar, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, texniki elmlər namizədi, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı Baş Konsulu (2003–2006), Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Təmsilçisi, Fövqəladə və səlahiyyətli elçi. == Həyatı == İbrahim Nəbioğlu 1961-ci il oktyabrın 24-də Bakıda ziyalı ailəsində doğulub. 1968-ci ildə Bakıdakı 159 N-li məktəbin 1-ci sinfinə getmişdir. 1978-ci ildə 45 N-li orta məktəbdən məzun olmuş və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuşdur. 1983-cü ildə bu institutun "Tətbiqi riyaziyyat" kafedrasını "mühəndis-riyaziyyatçı" ixtisası üzrə qırmızı diplomla bitirərək, təyinatla Yeni Bakı Neftayırma zavodunun Hesablama mərkəzində çalışmağa başlamışdır. 1986-cı ildə aspiranturanın əyani şöbəsinə qəbul olmuşdur. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində bir-sıra elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990–1991-ci illərdə Türkiyənin "Milliyət", "Zaman" və b. qəzetlərində çap olunmağa başlamışdır.
Nikolay Baboğlu
Nikolay İqnat oglu Baboğlu (02.05.1928, indiki Moldova Respublikası, Qaqauz Yeri MV Taraklı rayonunun Kıpçak kən­di - 2008) — qaqauz şairi. == Həyatı == Bir çox soydaşları kimi ədəbiyyata şeir yazmaq və folk­lor toplamaqla gəlmişdir. Mövcud duruma görə, o da əsərlərini qəzet, jurnal və dərsliklərdə çap etdirmişdir. “Bucak­tan sesler” toplusunda çap olunan şeirləri əsasən siyasi məz­mun­ludur. Yenidənqurma onun yaradıcılığına da öz təsirini göstər­mişdir. O, şeirlərində təbiət, xalqının əməksevərliyi və torpağa bağlılığı, doğma yurdu Bucağın taleyi, vətən, dostluq haqqında duyğula­rını əks etdirib adət-ənənələrin təsvirinə çalışmışdır. Onun qaqauz türkcəsində iki şeir kitabı “Bucak ecelle­ri”(1979), “Tarafımın piyetleri”, (1988), rusca “Dunay pojaluy v dom” (“Dunay, gir içəri”, 1984), “Qvozdiki rastsveli vnov” (“Qərənfillər yenidən açıldı”, 1986) “Bucaan tarafinda” (kita­bın ikinci adı “Gani”) və bundan başqa “Qaqauz folkloru” (1969), ”Masallar” (1991), qardaşı İ.Baboğlu ilə birlikdə “Qa­qauz türkcəsi sintaksisi IX-X klaslar için” (1988), “Literatura okumaları” (1988), Türkiyədə ”Bir öykümüz var” (1994) və b. kitabları çap olunmuşdur. “Tarafımın piyetleri” adlı poemanın süjeti xalq arasında ge­niş yayılmış bir əfsanədən alınmışdır. Poemanın qəhrəmanı Oğ­lan Tuna boyunda düşmənlə savaşda ölür.
Bibigül Tölegenova
Bibigül Əhməq qızı Tölegenova (qaz. Бибігүл Ахметқызы Төлегенова, 16 dekabr 1929, Semey, Qazaxıstan MSSR) — ata tərəfdən qazax, ana tərəfdən tatar olan opera sənətçisi (lirik və koloratura soprano), aktrisa və müəllim. Mükafatları arasında Sosialist Əməyi Qəhrəmanı (1991), Sovet İttifaqı Xalq Artisti (1967) və Sovet İttifaqı Dövlət Mükafatı (1970) vardır. == Həyatının ilk illəri == Tölegenova 16 dekabr 1929-cu ildə Qazax Muxtar Sosialist Respublikasının Semipalatinsk (hal-hazırkı Semey) bölgəsində musiqiçi ailəsində dünyaya gəlmişdir. Atası kaman ifaçısı, anası isə müğənni olmuşdur. 1937-ci ildə atası Katon-Karagayda həbs edildi və sonra onun haqda məlumat olmadı. 1946-cı ildə axşam məktəbində oxuyarkən, həvəskar formada mahnı oxuya biləcəyi ət fabrikinə işə düzəldi. O zaman sürgündə Semipalatinskidə olan yazıçı Qalina Serebryakovanın diqqətini çəkdi. Ardından Serebryakova Tölegenovanın valideynlik hüquqlarına sahib oldu və ona ilk musiqi dərsləri verdi. Serebryakovanın israrından sonra Bibigül Almatıda olan Kazan Konservatoriyasının vokal və xor fakültəsinə girdi.