Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dövlət başçısı
Dövlət başçısı — bir dövləti birlik və legitimliyi ilə rəsmi şəkildə təcəssüm etdirən ictimai şəxs.Ölkənin idarəetmə formasından və səlahiyyətlərin bölünməsindən asılı olaraq, dövlət başçısı təntənəli idrakçı (məsələn, Böyük Britaniya monarxı) və ya eyni zamanda hökumət başçısı və daha çox ola bilər (məsələn, ABŞ Prezidenti, o da Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır). Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasında icra hakimiyyəti Prezidentə mənsubdur. Prezidentli respublikalarda dövlətin başçısı eyni zamanda hökumətin rəhbəri olur, öz istəyinə görə nazirləri təyin edir. Bu prezidentin təmsil etdiyi partiyanın üzərinə xüsusi məsuliyyət qoyur. Bununla belə bir çox ölkələrdə dövlət başçısı özünün səlahiyyəti dövründə partiyada üzvlüyünü dayandırır. Parlamentli respublikalardan İtaliya respublikasında dövlət başçısının səlahiyyət müddəti 7 il nəzərdə tutulsa da başlanan konstitusiya islahatlarında gələcəkdə səlahiyyət müddətinin 5 ilə endirilməsi, 2 dəfə seçilməsi və yaş həddinin aşağı endirilməsi nəzərdə tutulmuşdur. Bir sıra ölkələrdə dövlət başçısı silahlı qüvvələrin baş komandanıdır.
Rusiya dövlət başçısı
Müasir Rusiya Federasiyası Konstitusiyası (Конституция Российской Федерации, Konstitutsiya Rossiyskoy Federatsii; ru), 12 dekabr 1993-cü ildə həyata keçirilmiş olan referendum ilə qəbul edilmişdir. Rusiya Konstitusiyası dərc edilmiş olduğu 25 dekabr 1993-cü ildə qanuni qüvvəyə minmişdir və Sovet Respublikası Sistemini sıradan çıxarmışdır. Müasir Rusiya Konstitusiyası 1936-cı il SSRİ Konstitusiyasından sonrakı ən uzun müddətli konstitusiyadır. Rusiya Konstitusiya Komissiyası 1993-cü ildəki Konstitusiya Konfransında 800-dən artıq şəxs ilə iştirak etmişdir. Sergei Alexeyev, Sergey Shakhray və bəzən Anatoly Sobchakın konstitusiyanı birgə hazırladıqları qeyd edilir. Konstitusiya mətninə Mixail Speranskinin konstitusiya layihəsi ilə müasir Fransanın Konstitusiyası ilham vermişdir. 12 dekabr 1993-cü ildə bir konstitusiya referendumu həyata keçirildi. Qeydə alınmış seçicilərin 54,8 %-ini təşkil edən 58.187.755 nəfər şəxs seçkilərdə iştirak etmişdir. Bunların 32.937.630 nəfəri, yəni 54,5 %-i konstitusiyanın qanuni qüvvəyə minməsinə səs vermişdir. Yeni konstitusiya SSRİ tərkibindəki Rusiya Sovet Federativ Sosialist Respublikasına məxsus 1978-ci il konstitusiyasını qanuni qüvvədən saldı.
Buryatiya Respublikasının Dövlət Başçısı
Buryatiya Respublikasının Dövlət Başçısı (Rusca: Глава Республики Бурятия; Buryatca: Буряад Уласай Толгойлогшо) və ya 1994-2012 illəri arasındakı adı ilə Buryatiya Respublikasının Prezidenti (Rusca: Президент Республики Бурятия) -- Rusiya Federasiyasına aid muxtar respublika olan Buryatiyada ən yüksək vəzifə. Səlahiyyət müddəti 5 ildir.
Dağıstan Respublikasının Dövlət Başçısı
Dağıstan Respublikasının Dövlət Başçısı və ya 31 dekabr 2013-cü ildə qədər Dağıstan Respublikasının Prezidenti (rus. Глава/Президент Республики Дагестан) — RF-na bağlı muxtar Dağıstan Respublikasında ən yüksək vəzifə. Dağıstanın Dövlət Başçısı, Rusiya Federasiyası Konstitusiyasına və federal qanunlara, Dağıstan Respublikasının Konstitusiyasına və Dağıstan qanunlarına uyğunlaşma təmin edilməsinə, eyni zamanda xalqların bərabərliyinə, insan və vətəndaş hüquq və azadlıqlarına yönəlmiş bir siyasət həyata keçirir və Dağıstan Respublikasının birliyinin və ərazi bütövlüyünün qorunması üçün siyasət aparır. Dövlət başçısı 30 yaşından kiçik bir şəxs ola bilməz. Səlahiyyət müddəti beş ildir. Rusiya Federasiyası Prezidenti tərəfindən irəli sürülmüş üç namizəd arasından Dağıstan Respublikası Milli Məclisinin deputatları tərəfindən seçilir. = Tarixi = Ali Şuranın sədri 1991-ci ildən 1994-cü ilə qədər Dağıstanda yüksək vəzifə Ali Şuranın sədri olmuşdur. Bu vəzifənin adı 1991-ci ilə qədər "Dağıstan MSSR Ali Şuranın sədri" olmuşdur. Bu vəzifədə ilk və sonuncu milliyətcə dargin olan Məhəmmədəli Məhəmmədov olmuşdur. Dövlət Şurasının sədri 1994-cü ildə Ali Şuranın sədrliyi vəzifəsi Dövət Şurasının sədrliyi vəzifəsi ilə əvəz edilmişdir.
Şimali Osetiya Respublikasının Dövlət Başçısı
Şimali Osetiya Respublikasının Dövlət Başçısı (oset. Республикæ Цæгат Ирыстоны æргълæууæг; rus. Глава/Президент Республики Северная Осетия) — Rusiya Federsiyasına bağlı Şimali Osetiya-Alaniya Respublikasında ən yüksək vəzifə. Hal-hazırda Şimali Osetiya-Alaniya Cümhuriyyətinin Dövlət Başçısı vəzifəsini Sergey Menyaylo icra edir.
Bələdiyyə başçısı
Bələdiyyə sədri — bələdiyyə tərəfindən idarə olunan inzibati vahidə, şəhərə və ya hər hansısa məkana rəhbərlik edən şəxs. Bələdiyyə sədri seçkili vəzifədir.
Qəbilə başçısı
Qəbilə başçısı: Povestlər və hekayələr — Əlisa Nicatın 1987-ci ildə nəşr olunmuş povest və hekayələrdən ibarət kitabı.
İcra başçısı
İcra başçısı — Azərbaycan Respublikasında yerli icra hakimiyyətinə rəhbərlik edən şəxs. Yerli İcra Hakimiyyətinin başçılarını Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncam ilə təyin edir.
Dövlət
Dövlət (ərəb. دولة‎) — siyasi quruluş olub, müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirir. Dövlət çox vaxt cəmiyyətlə səciyyələndirilirlər. Yer kürəsi (Antarktidanı çıxmaq şərtilə) iki yüzdən çox dövlət arasında bölünmüşdür. Dövlət siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xüsusi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir. Dövlətin forması və fəaliyyəti ilə dövlət nəzəriyyəsi elmi məşğul olur. Nə elmdə, nə də beynəlxalq hüquqda dövlətin qəbul edilmiş ümumi təyinatı var. == Dövlətin mənşəyi haqqında nəzəriyyələr == Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bunlara teoloji, patriarxal, marksist, zorakılıq, ictimai müqavilə, psixoloji, üzvi və b.
Dövlət içində dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib) == "Dövlət içində dövlət" hesab edilənlərin siyahısı == == İstinadlar == == Xarici keçidlər == Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
Adil Məmmədov (icra başçısı)
Adil Məmmədov (15 aprel 1952, Xaçmaz, Vartaşen rayonu) — Qobustan Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Adil Məcnun oğlu Məmmədov 15 aprel 1952-ci ildə Vartaşen rayonunun Xaçmaz kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub, 1975-ci ildə həmin İnstitutu "Baytarlıq" ixtisası üzrə bitirmişdir. 15 oktyabr 1975-ci il tarixdən 4 sentyabr 1981-ci il tarixədək Vartaşen (Oğuz) rayonu Padar kəndində "Pravda" kolxozunda baytar həkim, 4 sentyabr 1981-ci il tarixdən 10 fevral 1982-ci il tarixədək isə həmin kolxozda sədr müavini işləmişdir. 10 fevral 1982-ci il tarixdən 10 fevral 1988-ci il tarixədək Xaçmaz kəndi "Lenin" adına kolxozun idarə heyətinin sədri, 10 fevral 1988-ci il tarixdən 01.02.1990-cı il tarixədək Xaçmaz kəndi "Komsomol" kolxozu idarə heyətinin sədri, 01.02.1990-cı il tarixdən 28.01.1993-cü il tarixədək Oğuz rayonu Aqrokombinatında baş direktor, 28.01.1993-cü il tarixdən 03.09.1994-cü il tarixədək Oğuz rayonu İcra Hakimiyyətində Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi işləmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən 03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı, 26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. A.Məmmədov YAP-nın yaradılmasında fəal iştirak etmiş, YAP-nın bütün qurultaylarında iştirak etmişdir. Ailəlidir, 1 qızı, 2 oğlu, 3 nəvəsi var. Bir neçə kitab və elmi məqalənin müəllifidir. Adil Məmmədov Biləsuvar, Qəbələ və Oğuz rayonlarının icra hakimi vəzifəsində çalışmışdır.
Aqil Məmmədov (icra başçısı)
Aqil Sadıq oğlu Məmmədov (1 aprel 1960, Ağdaban, Kəlbəcər rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Kəlbəcər rayonunun icra başçısı (2013–2020), Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Aqil Məmmədov 1960-cı il aprelin 1-də Kəlbəcər rayonunun Ağdaban qəsəbəsində anadan olub. 1982–1987-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2009–2012-ci illərdə isə Azərbaycan Prezidentinin yanında Dövlət İdarəçiliyi Akademiyasında ali təhsil alıb. === Ailəsi === Aqil Məmmədov ailəlidir, 2 övladı var. Miskin Abdal nəslindəndir. Ağdabanlı şair Qurbanın nəvəsi, Aşıq Şəmşirin qardaşı oğlu, Cavid Qurbanovun əmisi oğludur. == Fəaliyyəti == Aqil Məmmədov 1976-cı ildə Kəlbəcər rayonunda "Ağdaban" Kolxozunda çalışmağa başladı. İdman sahəsində ali təhsil alandan sonra isə o, Göygöl rayonunda "Məhsul" İdman Cəmiyyətində məşqçi, Göygöl rayonunun İdman İdarəsinin rəisi oldu. Aqil Məmmədov 2006–2008-ci illərdə Kəlbəcər RİH-də ictimai məsələlər şöbəsində referant, 2008–2013-cü illərdə isə Kəlbəcər RİH-də icra başçısının birinci müavini vəzifələrində çalışıb. Aqil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Kəlbəcər rayonunun icra başçısı vəzifəsinə təyin edildi.2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 123 saylı Kəlbəcər dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olan Aqil Məmmədov, 72,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi.
Arif Qasımov (icra başçısı)
Arif Adil oğlu Qasımov — Nizami Rayon İcra Hakimiyyətinin başçısı (2015–2020). == Həyatı == Arif Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Xanlıqlar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad İnstitutunu "iqtisadçı" və Naxçıvan Dövlət Universitetini "hüquqşünas" ixtisasları üzrə bitirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə başladıqdan sonra Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. 2011–2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, 11 iyul 2020-ci ildə tutduğu vəzifədən azad edilmişdir.Evlidir, üç övladı var.
Asif Məmmədov (icra başçısı)
Asif Məmmədov (1962, Rəzgov, Lerik rayonu) — Balakən Rayon İcra Hakimiyyətinin başçısı (2006–2011-ci illər), Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı (2011–2013-cü illər). == Həyatı == Asif Salman oğlu Məmmədov 1962-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1984-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Lerik rayon Mərkəzi kitabxanasında salon müdiri kimi başlamışdır. Sonralar "Əzizbəyovneft" və H. Z. Tağıyev adına NQÇİ-lərində iş icraçısı, rəis müavini, rəis vəzifələrində çalışmış, Kaspi-Yıldız" Azər-Türk MM-də baş direktor, idarə heyətinin sədri olmuşdur. Evlidir, 4 övladı var. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İqbal Məmmədovun qardaşıdır. == Siyasi fəaliyyəti == Asif Məmmədov Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının müavini, 2006–2011-ci illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci il aprel ayının 21-dən 2013-cü il fevral ayının 15-dək isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Asif Əsgərov (icra başçısı)
Asif Yunis oğlu Əsgərov (1966, Naxçıvan) — Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əsgərov Asif 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1989-cu ildən əmək fəaliyyətinə başlamış, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, respublika dərəcəli hakimdir. Ailəlidir, 2 övladı var.
Elmar Vəliyev (icra başçısı)
Elmar Vəliyev (Elmar Rüstəm oğlu Vəliyev; 3 oktyabr 1960, Yevlax) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2011–2018). == Həyatı == Elmar Vəliyev 3 oktyabr 1960-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 1979–1986-cı illərdə Azərbaycan Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası üzrə, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünas ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi,1983–1989-cu illərdə Gəncə Tikiş Fabrikində mühəndis, 1989–1994-cü illərdə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib. === Ailəsi === Ailəlidir, 3 övladı var. Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin qardaşıdır. == İctimai-siyasi fəaliyyəti == 1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994–2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rəis müavini, 2004–2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib.
Faiq Qürbətov (icra başçısı)
Faiq Akif oğlu Qürbətov (19 avqust 1973, Bakı) — Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Faiq Qürbətov 19 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub. == Təhsili == Faiq Qürbətov 1980–1990-cı illərdə Bakı şəhər 132 saylı orta məktəbdə oxumuşdur. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi — tarix müəllimi ixtisası üzrə, 1998–2001-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi fakültəsində inzibati idarəetmə ixtisası üzrə bakalavr təhsili almış, 2002-ci ildə Dövlət Turizm Qurumlarının əməkdaşları üçün Ümumdünya Turizm Təşkilatının tədris kursunu bitirmişdir. == Hərbi xidməti == F. Qürbətov 1995–1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. == Fəaliyyəti == Bakı Dövlət Universitetində təhsil aldığı dövrdə ictimai fəaliyyətlə məşğul olaraq yeni yaradılmış Tarixçi Tələbələrin Elmi Cəmiyyətinin üzvü, sonra isə Bakı Gənclər Klubunun təsisçilərindən biri və vitse-prezidenti olmuşdur. Əmək fəaliyyətinə 1997-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında Sədr müavini olaraq başlamışdır. 1998–1999-cu illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində Gənclər Təkilatları ilə iş üzrə şöbənin məsləhətçisi, 1999–2001-ci illərdə Azərbaycan Gənclər, İdman və Turizm nazirinin köməkçisi, 2001–2007-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Daxili Turizmin İnkişafı sektorunun müdiri vəzifələrində çalışmışdır. F. Qürbətov 2007–2012-ci illərdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində ölkədaxili turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım Layihəsinin direktoru, 2011–2012-ci illərdə Turizm İnstitutunun Menecment və marketinq kafedrasında müəllim, 2012–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri, 2018-ci ildən 2020-ci ilin avqust ayının 24-dək İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Aparatının rəhbəri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2020-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.
Kamal Cəfərov (icra başçısı)
Kamal Cəfərov (tam adı: Cəfərov Kamal Camal oğlu) — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun İcra hakimiyyətinin başçısı. == Siyasi fəaliyyəti == Kamal Cəfərov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində işləmişdir. O, bu vəzifədən 1 iyun 2017-ci il tarixində azad edilmişdir.Naxçıvan Muxtar Respublikası Şərur rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində işləyir. O, bu vəzifəyə 1 iyun 2017-ci il tarixində təyin edilmişdir.
Musa Musayev (icra başçısı)
Musa Həzi oğlu Musayev (4 dekabr 1959, Nüvədi, Meğri rayonu) — Milli Məclisin deputatı (2000–2005), Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (2006–2010). == Həyatı == Musa Musayev 1959-cu il dekabrın 4-də Zəngəzur mahalının Mehri rayonunun Nüvədi kəndində ziyalı ailəsində anadan olmuşdur. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. 1983–1988-ci illərdə Kənd Təsərrüfat Nazirliyinin Elmi-Tədqiqat Yemçilik İnstitutunda elmi işçi, 1988–1994-cü illərdə Elmlər Akademiyasının Nəbatat İnstitutunun Radio-Biologiya bölməsində elmi işçi, 1994–1997-ci illərdə Bakı şəhəri Nəsimi rayonu Özəlləşdirmə İdarəsinin rəisi, 1997–2000-ci illərdə isə Nazirlər Kabineti yanında Dünya bankının Kənd Təsərrüfatının Kreditləşməsi layihəsində rəhbərin müavini vəzifələrində çalışmışdır. 2006-cı ildə Prezident Yaninda Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyasının üzvü, 1992–1994-cü illərde YAP Nəsimi rayon təşkilatının sədri, 1994–1998-ci illərdə YAP Nəsimi rayon təşkilatının sədrin 1-ci müavini vəzifələrində çalışmışdır. 1999-cu ilin dekabr ayında YAP-ın 1-ci qurultayında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilmişdir. 2000-ci ildə II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 2000–2005-ci illərdə NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur. 2006–2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Mürşüd Məmmədov (icra başçısı)
Mürşüd Əsəd oğlu Məmmədli (5 may 1939, Kirovabad – 24 dekabr 2006, Bakı) — ictimai-siyasi fəal, Milli Azadlıq Hərəkatının aparıcı üzvlərindən biri, Ali Sovetin deputatı, istiqlalçı millət vəkili, 1991–1995-ci illərdə Milli Məclisin üzvü, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı. == Həyatı == Mürşüd Əsəd oğlu Məmmədli 5 may 1939-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1946–1956 ci illərdə Gəncə şəhər 2 saylı orta məktəbdə təhsil almışdır. 1956–1961-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ədəbiyyat-tarix" fakültəsində təhsilini davam etdirmişdir. 1962–1964-cü illərdə hərbi xidmətdə olmuşdur. 1964–1973-cü illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə müəllim işləmişdir. 1972-ci ildə ailə həyatı qurmuş və bu izdivacından 3 övladı dünyaya gəlmişdir. 1973–1992-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Universitetində müəllim, daha sonra dosent vəzifələrində çalışmışdır. 1981-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1988-ci ildə ölkəmizdə başlanan milli azadlıq hərəkatının öncüllərindən olmuşdur.
Məmməd Məmmədov (icra başçısı)
Məmmədov Məmməd Cahangir oğlu (10 dekabr 1961, Dönük Qırıqlı, Tovuz rayonu) — Tovuz rayonu İcra hakimiyyətinin başçısı (7 iyun 2018-ci ildən). == Həyatı == Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. == Fəaliyyəti == Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Nadir Abbasov (icra başçısı)
Nadir Xuduş oğlu Abbasov — Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon, Salyan Rayon və Ağdam Rayon Komitəsinin birinci katibi. == Həyatı == 1925-ci ildə Gəncə qəzasında qulluqçu ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnsititunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Sosialist Əməyi Qəhrəmanıdır (1976). Əmək fəaliyyətinə 1942-ci ildə başlamışdır. 1944–1949-cu illərdə Sovet Ordusunda xidmət etmişdir. 1950-ci ildən rayon komsomol komitəsinin katibi, Kirovabad (indiki Gəncə) vilayət komsomol komitəsinin şöbə müdiri, şəhər komsomol komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1935–1955-ci illərdə partiya məktəbinin müdavimi, 1956-cı ildən Kirovabad toxulçuluq kombinatının, Nizami adına sovxozun partiya komitəsinin katibi, Kirovabad Şəhər Partiya Komitəsinin şöbə müdiri olmuşdur. 1962–1970-ci illərdə Gədəbəy, Qasım İsmayılov (indiki Goranboy)istehsalat idarələrinin partiya təşkilatçısı, Azərbaycan KP MK inspektoru, Azərbaycan KP Qasım İsmayılov RK-nın, Ağdam RK-nın birinci katibi vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Salyan RK-nın birinci katibi, 1978-ci ildən isə Azərbaycan KP Ağcabədi RK-nın birinci katibi olmuşdur. Azərbaycan SSR Ali Soveti mandat komissiyasının və Azərbaycan KP MK üzvü olmuşdur.
Nazim İbrahimov (icra başçısı)
Nazim İbrahimov (1 sentyabr 1951, Nuxa) — Şəki şəhər İcra Hakimiyyətinin başçısı (2004–2010-cu illər). == Həyatı == Nazim Asabəli oğlu İbrahimov 1951-ci il sentyabrın 1-də Şəki şəhərində anadan olmuşdur. 1968-ci ildə, Bakıda, 150 saylı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycan Xalq Təssərüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Ticarətin iqtisadiyyatı" fakültəsinə daxil olmuşdur və 1972-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 1973–1974-cü illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1974–1976-cı illərdə Xüsusi Tikinti-quraşdırma idarəsində mühəndis vəzifəsində çalışmışdır. 1976–2001-ci illərdə Nazim İbrahimov Azərbaycan Respublikası Ticarət Nazirliyində şöbə rəisi, nazir köməkçisi, idarə müdiri, departament rəisi kimi məsul vəzifələrdə çalışmışdır. 2001-ci ildən 2004-cü ilin 30 sentyabr tarixinə qədər ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) Mərkəzi idarəetmə Departamentinin direktoru və İdarə heyətinin üzvü vəzifələrində çalışmışdır. Nazim Asabəli oğlu İbrahimov 30 sentyabr 2004-cü il tarixindən 21 aprel 2010-cu il tarixinədək Şəki Şəhər İcra Hakiməyyətinin başçısı vəzifəsində çalışmışdır. Ailəlidir.
Nazim İsmayılov (icra başçısı)
Nazim Mehdi oğlu İsmayılov (24 iyul 1952, Kürdşaban, Göyçay rayonu) — siyasətçi, Göyçay, Şamaxı, Sabirabad və Saatlı rayonlarının keçmiş İcra Hakimiyyətinin başçısı. Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür. == Həyatı və fəaliyyəti == Nazim İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İxtisasca istilik energetik mühəndisi və politoloqdur. === Ailəsi === Ailəlidir, 3 övladı, 5 nəvəsi vardır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 1974-cü ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb. 1977–1980-ci illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsində usta və direktor 1980–1981-ci illərdə Göyçay rayonu Partiya Komitəsində təlimatçı, şöbə müdiri. 1981–1989-cu illərdə Göyçay rayonu Xalq Nəzarəti Komitəsinin sədri. 1989–1990-cı illərdə Göyçay rayonu Partiya Komitəsinin katibi.
Rafiq Quliyev (icra başçısı)
Rafiq Çəpərxan oğlu Quliyev (17 yanvar 1974, Ərəfsə, Sisian rayonu) — Xətai Rayonu İcra Hakimiyyətinin başçısı. == Həyatı == Rafiq Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikasının Qarakilsə rayonunun Ərəfsə kəndində anadan olub. 1981-ci ildə Ərəfsə kənd orta məktəbində 1-ci sinifə gedib. Ermənistan Respublikasından azərbaycanlıların etnik təmizlənməsindən sonra 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib. 1992–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Birinci Qarabağ müharibəsi veteranıdır. 1993–1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Mühəndis iqtisadiyyatı" ixtisası üzrə təhsil alıb. 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə" ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
Tibb bacısı
Tibb bacısı — ixtisası üzrə təhsil almış həkim, laborant, xəstə baxıcısı kimi sağlıq personalı ilə iş birliyi edərək xəstənin müalicəsinə şərait yaradan şəxsə verilən addır. Müasir tibb bacısı peşəsinin qurucusu: Florens Naytingeldir. Florens Naytingel bu sözləriylə məşhurdur: Tanrının ən dəyərli hədiyyəsi olan həyat, çox vaxt tibb bacısının əllərinə həvalə olunmuşdur. İlk Türk tibb bacısı: Səlcuq dövründə yaşamış olan Gövhәr Nәsibәdir. 12 may Florens Naytingelin doğum günüdür. Hər il dünyada Tibb bacısı Günü olaraq qeyd edilir.
Balçılı
Balçılı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Balçılı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Baycini
Baycini (ing. Baijini) - Avstraliyanın şimalında yerləşən Arnem-Lend yarımadasının aborigenlərinin miflərində keçən əfsanəvi xalq. Xüsusilə Avstraliya landşaftının və bitki örtüyünün yaradıcısı, həmçinin bu bölgənin bir çox qəbiləsinin əcdadı sayılan - Canqqavul (ing. Djanggawul) bacıları və qardaşı haqda miflər dövriyyəsində keçir. 1940-cı illərdə İrrkalada (ing. Yirrkala) və Milinqimbi (ing. Milingimbi Island) adasında Canqqavul haqda mifləri qələmə alan Ronald Berndtin sözlərinə görə, Baycini qismən mifoloji olsalarda, həqiqətdə tarixi personajlardır, çünki onlar haqda deyilənlərə inansaq, Baycinilər Canqqavul kimi yaradan əcdadlar yox, makasarlardan öncə bu sahillərə gələn əcnəbi tacir idilər. Lakin, miflərdə onlar bu Əcdadların çağdaşları kimi keçir. Avstraliya sahillərində həqiqi fəaliyyətləri tarixçilərə bəlli olan makasar və buqislər kimi, əfsanəvi baycinilər trepanqdan (dəniz xiyarı) müalicəvi çəkmə (bəkməz) almaqla məşğul olublar, və bunu etdikləri yerlərdə indiyədək tamarind ağacları bitir. Tarixçilər, qaydaya uyğun olaraq, tamarindi Avstraliyaya makasarların gətirdiyini düşünürlər.
Başbaşı
Başbaşı — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində yaşayış məskəni. == Haqqında == Başbaşı kəndi Araz çayının sahilində, Naxçıvan şəhərindən 12 km məsafədə cənub-qərbdə yerləşir. O, Culfa - Bu Uluxanlı (indiki Ermənistan) dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Buranın daimi əhalisi var. Naxçıvan duz mədəni Başbaşı dəmiryol stansiyası vasitəsilə buraya gətirilir. Hazırda stansiyadan qatarların görüşmə nöqtəsi kimi istifadə olunur. Burada bir terminal var. Kənd 3,2 hektar ərazini əhatə edir.
ASCII
1963-cü ildə mətn tipli informasiyanın kodlaşdırılması üçün ASCII standartı American Standard Code for Information Interchange qəbul edilmişdir. Bu standartdan 128 müxtəlif simvolun – ingilis əlifbasının baş və kiçik hərflərinin, 0-dan 9-a qədər rəqəmlərin, durğu işarələrinin və xüsusi idarəedici simvolların təsviri zamanı istifadə edilir. == ASCİİ çap oluna bilən simvollar == == Mənbə == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.