Eldənizlilər dövləti
Eldənizlər (fars. ایلدگزیان), həmçinin Eldəgəzlər, İldənizlər (türk. İldenizli Atabeyliği) və ya Atabəylər (fars. اتابکان آذربایجان, translit. Atabakan-e Āzarbayjan) — 1136–1225-ci illərdə Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranı və Cibəli idarə etmiş tarixi dövlət. Sülalənin əsasının qoyulması qıpçaq əsilli Şəmsəddin Eldənizlə bağlıdır. Belə ki, Sultan Məsud tərəfindən Arranı iqta olaraq alan Eldəniz tezliklə hakimiyyətini bütün Azərbaycana yaymışdı. 1160-cı ildə oğulluğu Arslanşahı da hökmdar etdikdən sonra Eldəniz İraq Səlcuq sultanlığındakı hakimiyyəti də faktiki olaraq ələ keçirdi. Şəmsəddin Eldənizin dövründə Azərbaycan atabəylərinin torpaqları Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, Ərzurum və Marağa torpaqlarını əhatə edirdi.
Sülalənin möhkəmlənməsi Məhəmməd Cahan Pəhləvanın dövrü ilə bağlıdır.