Elmar Vəliyev (icra başçısı)

Elmar Vəliyev (Elmar Rüstəm oğlu Vəliyev; 3 oktyabr 1960, Yevlax) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2011–2018).

Elmar Vəliyev
bayraq
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
18 fevral 2011 – 28 avqust 2018
ƏvvəlkiEldar Əzizov
SonrakıNiyazi Bayramov
bayraq
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
26 mart 2004 – 18 fevral 2011
ƏvvəlkiƏləkbər Səlimov
SonrakıQoca Səmədov
Şəxsi məlumatlar
Doğum tarixi 3 oktyabr 1960(1960-10-03) (64 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
ganja-ih.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elmar Vəliyev 3 oktyabr 1960-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 1979–1986-cı illərdə Azərbaycan Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası üzrə, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünas ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi,1983–1989-cu illərdə Gəncə Tikiş Fabrikində mühəndis, 1989–1994-cü illərdə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib.

Ailəlidir, 3 övladı var. Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin qardaşıdır.[1]

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994–2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rəis müavini, 2004–2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Sui-qəsd cəhdi

[redaktə | mənbəni redaktə et]

2018-ci il iyulun 3-də, saat 20.30 radələrində özü və mühafizəçisi Qasım Aşbazov Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və xəstəxanaya yerləşdirilmişlər.[2]

28 avqust 2018-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.[3]

  1. "Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  2. "RESPUBLİKA BAŞ PROKURORLUĞUNUN, DAXİLİ İŞLƏR NAZİRLİYİ və DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN MƏTBUAT XİDMƏTLƏRİNİN M Ə L U M A T I" (az.). 2018-07-03. 2018-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-04.
  3. President.Az. "E.R.Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 28.08.2018. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]