Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaradılış
Yaradılış dastanı — Altay-Yakut dövrünə aid türklərin bir dastanı. Yaradılış kitabı — Tövratın beş kitabdan ibarət ilk kitabı. Yaradılışçılıq — Hər şeyin əvvəlcədən qəbul edilmiş fövqəltəbii bir güc tərəfindən yoxdan var olduğuna inam.
Yaradılış dastanı
Yaradılış dastanı — ilk türk dastanlarından biri. Dastan Vasili Radlov tərəfindən yazıya alınmışdır. Qəhrəmanlarının coşqulu tərzdə mədh edildiyi və bir neçə hissədən ibarət olan bu dastan bütün Orta Asiyada və Sibirdə yayılmış türk mifoloji təsəvvürlərinə əsaslanır. == Yer kürəsinin yaranması == Bu dastanda başlanğıcda yalnız Tanrı Qara xanın və suyun olması deyilir. Birdən Ağ Ana peyda olub "yarat" dedi və suya daldı. Qara xan isə uça bilən bir kişi yaratdı. Kişi Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Bunu bilən Qara xan ondan uçmaq qabiliyyətini aldı. Kişi dibsiz suya yuvarlanıb boğulmağa başladı. O, peşman olub Qara xandan bağışlanmasını istədi.
Yaradılış kitabı
Tekvin və ya Yaradılış, Tanax və Əhdi-Ətiqin ilk beş kitabını formalaşdıran Tövratın birinci kitabı. Ümumi olaraq 50 bölümdən ibarətdir. Kitabın adı Qərb dillərinə adı Yunancada "yaradılış, doğuş" mənasında olan Genesis sözündən keçmişdir. Yəhudi ənənəsində isə kitabın adı, kitabın ilk kəliməsi olan "ilk, başlanğıc" mənasına gələn Bişvil Reşit ya da qısaca Bereşit sözündən yaranmışdır. Dünyanın yaradılışını, Adəm ilə Həvvanı, cənnətdən qovulmanı, Habil və Qabili, Nuh Tûfânını, Babil qülləsini və İbrahim, İshaq, Yaqub və Yusif peyğəmbərlərin hekayələrini anladır.
Yaradılış sütunları
Yaradılış sütunları — Yer kürəsindən 6500-7000 işıq ili uzaqlığında olan NGC 6611-dəki ulduzlararası qaz və tozun fil xortumlarının Habbl teleskopu tərəfindən çəkilmiş fotosu. Qaz və toz yeni ulduzların yaranması prosesində iştirak etdiyinə və yaxınlıqda yeni formalaşan ulduzlardan gələn işıq ilə aşındığına görə buraya belə bir ad verilib. 1 aprel 1995-ci ildə çəkilən foto Space.com tərəfindən Habblın çəkdiyi ən yaxşı 10 fotodan biri adlandırılıb. Fotodan məsul astronomlar Arizona Ştat Universitetindən Ceff Hester və Paul Skavndır. 2011-ci ildə region Avropa Kosmik Agentliyinin Herşel Kosmik Teleskopu tərəfindən yenidən ziyarət edilib. == Tərkibi == Sütunlar sərin molekulyar hidrogen və tozdan təşkil edilmişdir, hansı ki, nisbətən yaxın və isti ulduzların ultrabənövşəyi şüalarının səbəb olduğu fotobuxarlanma nəticəsində aşınmışdır. Ən soldakı sütunun uzunluğu təxminən 4 işıq ilidir. Buludların yuxarısındakı barmağa bənzər çıxıntılar bizim Günəş sistemindən böyükdür və görünmələrinin səbəbi buxarlaşan qaz kürəciklərinin kölgəsidir, hansı ki qazı gərgin ultrabənövşəyi axından qoruyur. Buxarlaşan qaz kürəcikləri yeni ulduzların inkubatorudur. Onlardan çıxan ulduzlar daha sonra buxarlaşır.
Azərbaycan yaradılış mifləri
Azərbaycan yaradılış mifləri — azərbaycanlıların mifik inanclarına görə dünyanın yaradılması və ilk insanların (əcdadların) məskunlaşmalarını təsvir edir. == Dünyanın və insanın yaradılması == Qədim bir Azərbaycan əfsanəsinə görə, göylə birlikdə yoxdan var edilən yerin ardınca heyvanlar, bitkilər və insanlar yaradılmışdır. İnsanlar qısa müddət ərzində çoxalıb yerə sığmadıqları üçün bir-birləri ilə mübarizə etməyə başlamışdılar. Bundan sonra başlanğıcda bir olan göy və yer bir-birindən ayrılmışdır. Azərbaycan inanclarında göy Tanrının bir neməti olaraq qəbul edilir, "Göy üzü ilə Yer üzü Tanrının iki meyvəsidir deyilir". İran Azərbaycan türkləri Altay və Qırğız türkləri ilə bənzər şəkildə əvvəlcə göyün, sonra isə yerin yaradıldığına inanırlar. İran azərbaycanlılarının inancına görə göy yeddi qatdır, ilk qatı torpaqdır, digərlərində isə mələklər vəzifələrinə uyğun olaraq yaşayırlar. Yeddinci qatda isə Tanrı taxtında oturub dünyanı idarə edir. Azərbaycan mifoloji mətnlərində suyun yaradılışda oynadığı rol vurğulanır. Qeyd edilir ki, ilk əvvəl bütün yer su ilə örtülmüşdü.
Adəmin yaradılışı
Adəmin yaradılışı və ya Adəmin yaradılması (it. La creazione di Adamo) — təxminən 1511–1512-ci illərdə Mikelancelo tərəfindən Sikstin kapellasının tavanında çəkilmiş freska rəsmlərindən biridir. Freskoda Bibliyanın Yaradılış kitabındakı insanın yaradılması hekayəsinə əsasən Tanrının ilk insan olan Adəmə nəfəs verməsi təsvir edilib. Kompleksin ikonaqrafik cədvəlinin tərkib hissəsi olan əsər xronoloji ardıcıllığa görə kapellanın tavanında təsvir edilmiş Yaradılış təsvirləri sırasında dördüncü yer tutur. "Adəmin yaradılması" əsəri Sikstin kapellasının fresko panelləri arasında ən məşhur olanıdır və məşhurluğuna görə bu əsər yalnız Leonardo da Vinçinin "Mona Liza" əsəri ilə müqayisə edilə bilər. Əsərdə Adəm və Tanrının barmaqlarının toxunması detalı insanlıq tarixinin ikonik səhnələrindən biri olmaqla bir çox reproduksiyalar və parodiyalara malikdir. Leonardo da Vinçinin "Sonuncu şam yeməyi" və Mikelancelonun "Adəmin yaradılması" freskoları bütün zamanlarda ən çox replikası işlənmiş dini rəsmlərdir. == Təsvir == Tanrı yaşlı, ağ saqqalı, ağ plaşa bürünmüş kişi kimi, Adəm isə ondan solda və bir qədər aşağıda tamamilə çılpaq kişi kimi göstərilmişdir. Tanrının sağ əli Adəmə həyat qığılcımı vermək üçün bir qədər irəli çıxır, onun qarşısında isə Tanrının güzgüdə əksi təəssüratı yaradan formada Adəmin əli qabağa uzanır. Bu Yaradılış kitabından aşağıdakı ayəni əks etdirir: Başqa bir mövqeyə görə isə Tanrı və Adəmin barmaqları toqquşmur.
Yaradılışın hədəfi (Hacı Şahin)
Yaradılışın hədəfi — Hacı Şahinin 2-ci kitabı. Hacı Şahin daha əvvəl Məşədi Dadaş məscidində "Cümə namazı" xütbələrində bu mövzuda danışıb. Kitab 2022-ci ildə Darul Hikmət Elm və Tədris Mərkəzi tərəfindən səsləndirilib. == Məzmun == Bu kitab bir axtarış, insanda “niyə”, “nə üçün”, “nə vaxt” suallarını yaratma cəhdidir. Ola bilərmi, bu qədər rəngarəngliyin, sürətin içində dalana dirənmişik, bozluq hər tərəfdən bizi əhatələyib, hər şey “apdeyt” olsa da, əslində, heç nə dəyişmir? Hacı Şahin Həsənli “Yaradılışın hədəfi” kitabında hazırda dəbdə olan “liberalizm”, “plüralizm”, “sağçılıq”, “solçuluq” anlayışlarını təhlil etməyə çalışır, dalandan qurtulmaq üçün alternativ yollar təqdim edir. Və bu təşəbbüsdə çağdaş dünya perspektivinin qeyri-kafiliyi, insanın daxili potensialını tamlıqla görə bilməmə faktı aşkara çıxır. Müəllifin fikrincə, inanclı təbəqə də bu proses zamanı nostalgiyaya qapılmaq, marginallaşma, dini yalnız bir baxış bucağından görmək kimi problemlərlə üzləşib.
Heydər Əliyevin sərəncamı ilə yaradılmış təhsil müəssisələrinin siyahısı
Yaradıcı yıxım
Yaradıcı məhv (almanca: Schöpferische Zerstörung), Şumpeterin fırtınası olaraq da tanınır. 1950-ci illərdən etibarən Avstriya-Amerikalı iqtisadçı Yozef Şumpeterin Karl Marksın əsərlərindən törətdiyi və iqtisadi innovasiya nəzəriyyəsi olaraq ifadə etdiyi iqtisadi konsepsiyadır. Şumpeterə görə, "yaradıcı məhv fırtınası", iqtisadi quruluşu fasiləsiz olaraq içdən dəyişdirən, davamlı olaraq köhnəni dağıdarkən yenini yaradan sənayevi mutasiya müddətini ifadə etməkdədir. Marksist iqtisadiyyat nəzəriyyəsinə görəysə bu qavram kapitalizmin altında zənginlik yığımının və yox oluşunun bir-birinə bağlı müddətlərinə toxunaraq, daha geniş anlamda istifadə edilməkdədir.
Yaradıcı ilah
Yaradıcı ilah və ya yaradıcı tanrı — insan dinində və mifologiyasında Yerin, dünyanın və kainatın yaradılmasından məsul olan ilah. Monoteizmdə tək tanrı çox vaxt həm də yaradandır. Bir sıra monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilmiş əsas transsendent varlıqdan ayırır. == monolatizm == Monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilən əsas transsendent varlıqdan ayırır. Qaudiya-vayşnavizmə görə, Brahma ali deyil, ikinci dərəcəli yaradıcıdır, Vişnu isə əsas yaradıcıdır. Vayşnavizm inancına görə, Vişnu əsas universal qabığı yaradır və bütün xammalları təmin edir, həmçinin canlı varlıqları öz müstəqil iradəsini yerinə yetirərək maddi dünya daxilində yerləşdirir. Brahma Puran terminologiyasında planetlər olduğuna inanılanları həqiqətən yaratmaq üçün Vişnunun təqdim etdiyi materiallarla işləyir və onların əhalisinə nəzarət edir. == Monizm == Monizm vahidliyi özünün əsas müddəası kimi qəbul edən fəlsəfədir. Bu, əbədi və varlığın qalan hissəsindən ayrı bir yaradıcı tanrının olması barədə dualizmə əsaslanan teistik müddəa ilə ziddiyyət təşkil edir. İki növ monizm mövcuddur: bütün mənəvi reallığın vahid olduğunu müdafiə edən mənəvi monizm; bütün maddi reallıq da daxil olmaqla hər şeyin bir və eyni şey olduğunu müdafiə edən maddi monizm.
Yaradıcı məhv
Yaradıcı məhv (almanca: Schöpferische Zerstörung), Şumpeterin fırtınası olaraq da tanınır. 1950-ci illərdən etibarən Avstriya-Amerikalı iqtisadçı Yozef Şumpeterin Karl Marksın əsərlərindən törətdiyi və iqtisadi innovasiya nəzəriyyəsi olaraq ifadə etdiyi iqtisadi konsepsiyadır. Şumpeterə görə, "yaradıcı məhv fırtınası", iqtisadi quruluşu fasiləsiz olaraq içdən dəyişdirən, davamlı olaraq köhnəni dağıdarkən yenini yaradan sənayevi mutasiya müddətini ifadə etməkdədir. Marksist iqtisadiyyat nəzəriyyəsinə görəysə bu qavram kapitalizmin altında zənginlik yığımının və yox oluşunun bir-birinə bağlı müddətlərinə toxunaraq, daha geniş anlamda istifadə edilməkdədir.
Yaradıcı tanrı
Yaradıcı ilah və ya yaradıcı tanrı — insan dinində və mifologiyasında Yerin, dünyanın və kainatın yaradılmasından məsul olan ilah. Monoteizmdə tək tanrı çox vaxt həm də yaradandır. Bir sıra monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilmiş əsas transsendent varlıqdan ayırır. == monolatizm == Monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilən əsas transsendent varlıqdan ayırır. Qaudiya-vayşnavizmə görə, Brahma ali deyil, ikinci dərəcəli yaradıcıdır, Vişnu isə əsas yaradıcıdır. Vayşnavizm inancına görə, Vişnu əsas universal qabığı yaradır və bütün xammalları təmin edir, həmçinin canlı varlıqları öz müstəqil iradəsini yerinə yetirərək maddi dünya daxilində yerləşdirir. Brahma Puran terminologiyasında planetlər olduğuna inanılanları həqiqətən yaratmaq üçün Vişnunun təqdim etdiyi materiallarla işləyir və onların əhalisinə nəzarət edir. == Monizm == Monizm vahidliyi özünün əsas müddəası kimi qəbul edən fəlsəfədir. Bu, əbədi və varlığın qalan hissəsindən ayrı bir yaradıcı tanrının olması barədə dualizmə əsaslanan teistik müddəa ilə ziddiyyət təşkil edir. İki növ monizm mövcuddur: bütün mənəvi reallığın vahid olduğunu müdafiə edən mənəvi monizm; bütün maddi reallıq da daxil olmaqla hər şeyin bir və eyni şey olduğunu müdafiə edən maddi monizm.
YouTube Yaradıcı Mükafatları
YouTube Play Düymələri - Ən populyar kanallara verilən "YouTube Yaradıcı Mükafatlarının" bir hissəsidir. Bu mükafat digər mükafatlardan fərqlidir, bir kanal üçün ümumi abunəçi sayına əsasən verilir. Təsdiqlənmiş YouTube istifadəçisi müəyyən bir abunəçi sayına çatdıqdan sonra YouTube-un oynatma düyməsinin simvolundan ibarət bu mükafatlar verilir. Hər mükafat fərqli ölçüdədi, kanalın abunəçi sayısına görə mükafatda böyüyür.
Yaradıcı süni intellekt
Generativ süni intellekt — generativ modellərdən istifadə edərək mətn, şəkil və ya digər media yarada bilən süni intellekt. Generativ süni intellekt modelləri daxil edilmiş təlim məlumatlarının nümunələrini və strukturunu öyrənir və sonra oxşar xüsusiyyətlərə malik yeni məlumatlar yaradır. 2020-ci illərin əvvəllərində transformer əsaslı dərin neyron şəbəkələrindəki irəliləyişlər təbii dil göstərişlərini daxil edilən mətn kimi qəbul edən bir sıra generativ Sİ sistemlərini işə saldı. Bunlara ChatGPT, Copilot, Bard və LLaMA kimi böyük dil modeli çatbotları və Stable Diffusion, Midjourney və DALL-E kimi mətndən-şəklə süni intellekt sənət sistemləri daxildir. Generativ süni intellekt incəsənət, yazı, ssenari, proqram təminatının inkişafı, məhsul dizaynı, səhiyyə, maliyyə, oyun, marketinq və dəb daxil olmaqla geniş sənaye sahələrində istifadə edilir. 2020-ci illərin əvvəllərində Microsoft, Google və Baidu kimi böyük şirkətlər, eləcə də generativ süni intellekt modellərini inkişaf etdirən çoxsaylı kiçik şirkətlər sayəsində generativ süni intellektə investisiyalar artdı. Bununla belə, kibercinayətkarlıq və ya insanları aldatmaq və ya manipulyasiya etmək üçün istifadə edilə bilən saxta xəbərlər və ya deepfake-lər yaratmaq da daxil olmaqla, generativ Sİ-nin potensial sui-istifadəsi ilə bağlı narahatlıqlar da var. == Tarixi == Süni intellektin akademik intizamı 1956-cı ildə Dartmut Kollecində tədqiqat emalatxanasında qurulmuşdur və o vaxtdan bəri bir sıra irəliləyiş və optimizm dalğaları yaşamışdır. Yarandığı gündən bu sahədə tədqiqatçılar insan şüurunun təbiəti və insana bənzər intellektə malik süni varlıqların yaradılmasının nəticələri haqqında fəlsəfi və etik arqumentlər irəli sürmüşlər. Bu məsələlər daha əvvəl antik dövrdən bəri mif, bədii ədəbiyyat və fəlsəfə tərəfindən araşdırılmışdır.
Limkokvinq Yaradıcı Texnologiya Universiteti
Limkokvinq Yaradıcı Texnologiya Universiteti — Malayziyada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Limkokvinq Yaradıcı Texnologiya Universitetinin əsası beynəlxalq ali təhsil ocağı olaraq 1991-ci ildə Malayziyanın "Silikon vadisində" - Saybercaya şəhərində qoyulub. "Hewlett Packard", "L'Oreal", "Maxis", "TB3", "Lewre" kimi məşhur sənaye partnyorları ilə əməkdaşlıq tələbələrə təhsil zamanı iş təcrübəsi əldə etməyə və layihələr üzərində işləməyə imkan verir. Limkokvinq Yaradıcı Texnologiya Universitetinin şəhərciyi müasir şəkildə tikilib. Belə ki, müxtəlif rəngli bloklar yaradıcılıq sənayesinin, həyatın və təhsil müəssisəsinin fəaliyyətinin xüsusiyyətlərini əks etdirir. Universitetdə yüksək keyfiyyətli təhsil və aktiv həyat tərzi üçün lazımi şərait yaradılıb. Ali məktəbdə fəaliyyət göstərən universitet radiosu, dəb və animasiya studiyası, həmçinin səsyazma, rəqs, foto, kino və televiziya studiyaları, çap və multimedia laboratoriyaları, 25 kompüter sinfi, elektron kitabxana, çoxfunksiyalı zallar, müzakirələr üçün otaqlar peşəkar avadanlıqlarla təchiz edilib. Kompüter laboratoriyaları informasiya texnologiyalarının ən yeni vasitələri ilə hazırlanıb. == Kitabxana == Ali təhsil müəssisəsində həmçinin faydalı mənbələri əhatə edən zəngin kitabxana sistemi fəaliyyət göstərir. Kitabxanada ənənəvi nəşrlərlə yanaşı çox sayda elektron resurslar yer alır.
Paraphytoseius parabilis
Paraphytoseius parabilis (lat. Paraphytoseius parabilis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraphytoseius cinsinə aid heyvan növü.
Video oyun yaradıcısı
Videooyun yaradıcısı — video-oyun yaradan proqram təminatı (fiziki və ya hüquq şəxs) hazırlayandır. Yaradıcı müəyyən oyun konsollarında (PlayStation 3, PSP, Xbox 360, Wii, Nintendo DS) ixtisaslaşa və ya fərdi kompyuterlər də daxil olmaqlar digər sistemlərdə də inkişaf edə bilər. Bəzi oyun yaradıcıları yalnız konkret növ oyunlarda ixtisaslaşır. Məsələn, yalnız birinci və ya üçüncü şəxs şuterlər üçün oyunlar yaradılır. Başqaları oyunu bir sistemdən digərinə keçirmək üzrə ixtisaslaşırlar. O biriləri isə oyunun lokallaşdırması ilə məşğul olurlar. Çoxlu sayda oyun-nəşrçiləri müxtəlif oyun hazırlayan studiyaları dəstəkləyir. Məsələn, Electronic Arts-ın EA Canada, Activision-ın isə Radical Entertainment studiyasını dəstəkləyir. Ancaq onların işi ilkin olaraq nəşr edən olduğu üçün yaradıcı yox, nəşrçi adlanırlar.