XƏLQ

is. [ ər. ] klas.
1. Yaratma, yaradılış.
□ Xəlq etmək (eləmək) – yaratmaq, vücuda gətirmək. [Abbas:] Mənim meylim elə sənnən xoş olub; Nə xoş xəlq eyləyib yaradan səni. “Abbas və Gülgəz”.
[Arif:] İnsanları xəlq etmədə var bəlkə də hikmət; İblisə nə hacət? H.Cavid.

Xəlq olunmaq – yaradılmaq, vücuda gətirilmək.
Cənab Mövlazadəyə bilmək lazımdır ki, arvad tayfası kişilərin məhz zövqü və ləzzət hissləri üçün xəlq olunmayıbdır. M.İbrahimov.
O elmin qüvvəsilə xəlq olundu çap maşını; Basar saətdə övraq üstünə min cür əsər, millət! M.Möcüz.

2. bax xalq.
Ol ki yarın şəbi-hicrinə qiyamət günüdür; Xəlq arasında qiyamət günü olmazmı xəcil? Füzuli.
[Asya və Telli:] Səy qıl kim, qala səndən; Xəlq içində yaxşı ad. Ü.Hacıbəyov.
Əvvəlcə sənə söyləmiş idim bu kəlami; Yazma bu qədər jurnalına xəlqi-əvami. C.Cabbarlı.

XƏLİTƏ
XƏLQİ
OBASTAN VİKİ
Xəlqan Əliyev

Digər lüğətlərdə