“Bütün günahlarını mənim üstümə yıxma”, - deyirik. Mənbələrin araşdırılması göstərdi ki, buradakı yıxmaq sözünün əsli yığmaq olub.Kökün son samiti (ğ) karlaşıb və yığmaqla “yıxmaq” qarışıq salınıb. İndi yığ və yıx tamam ayrı-ayrı mənalarda işlədilir. Yığmaq feilinin yıxmaq formasına düşməsi “üstümə yıxma” cümləsini frazeoloji vahidə çevirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)