Ərəblərdən keçib, türk dillərində onun yerinə öksüz kəlməsi işlədilib. Əri olmayan (dul) qadına da öksüz qadın deyiblər. Belə məlum olur ki, ök sözünün bir mənası bəsləyən demək olub. Mənbələrdə öksüz sözü ruscaya “круглая сирота” kimi tərcümə edilib. Deməli, söhbət təkcə ana (“ök”ün bir mənası “ana”dır) ilə məhdudlaşa bilməz. Ögey tarixən ana ilə bağlıdır, qabaq atası olmayana qansıq, anası olmayana isə ögey deyiblər. Ey sözü tərəf deməkdir (yada sal: gün-ey...). Öksüz sözü осиротеть, не идти в рост deməkdir (yüksəlməyən, böyüməyən). Ös (yada sal: əsrə, ərsə) sözü böyümək demək olub, görünür, ök kəlməsi “ös”lə bağlıdır və böyüdən deməkdir. Ögey “ana tərəfdən yetim” mənasını verib, indi isə ata tərəflə də bağlı işlədilir. Özbəklərdə öksüz “anasız” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)