Фразеологический словарь азербайджанского языка

  • ÖZÜNÜ ODA ATMAQ

    özünü təhlükəyə salmaq, təhlükə ilə üzləşmək.

    Полностью »
  • ÖZÜNÜ ODA-KÖZƏ VURMAQ (ATMAQ)

    bir iş üçün fədakarcasına çalışmaq, səyini, qüvvəsini əsirgəməmək; ~ özünü oda yaxmaq, özünü həlak etmək, özünə həkk gəlmək

    Полностью »
  • ÖZÜNÜ ODA YAXMAQ

    özünü əziyyətə salmaq, bir iş üçün fədakarcasına çalışmaq, səyini, qüvvəsini əsirgəməmək; ~ özünü oda-közə vurmaq (atmaq)

    Полностью »
  • ÖZÜNÜ ORTAYA SALMAQ (ATMAQ)

    özünə aid olmayan işə qarışmaq.

    Полностью »
  • ÖZÜNÜ ÖLDÜRMƏK

    kimi isə hədsiz çox istəmək, onun qulluğunda durmaq, ona pərəstiş etmək; bir şey üçün hədsiz canfəşanlıq etmək; ~ əldən-ayaqdan getmək

    Полностью »
  • ÖZÜNÜ ÖZGƏDƏN XƏBƏR ALMAQ

    ağlı başında olmamaq, halı pis olmaq.

    Полностью »
  • ÖZÜNÜ SAXLAMAQ

    1. Bir işi görməkdən vaz keçmək; ~ nəfsinə hakim olmaq, nəfsini gözləmək.  2. Hirsini, acığını büruzə verməmək, toxtamaq; ~ hirsini basmaq, acığını bo

    Полностью »
  • ÖZÜNÜ SINDIRMAMAQ

    pərtliyini büruzə verməmək, başqasının yanında alçalmamaq; ~ özünü şax tutmaq, özünü tox tutmaq, şəstini sındırmamaq, eşşəkdən yıxılıb hoş-hoşdan əl ç

    Полностью »
  • ÖZÜNÜ-SÖZÜNÜ BİLMƏMƏK

    nə deyib-danışdığının fərqinə varmamaq, çox əsəbi olmaq; ~ gözü qızmaq.

    Полностью »
  • ÖZÜNÜ ŞAX TUTMAQ

    əyilməmək, alçalmamaq, məğrur dayanmaq, özünü qürurlu aparmaq; ~ özünü sındırmamaq.

    Полностью »
  • ÖZÜNÜ TAY TUTMAQ

    layiq olmadığı halda özünü daha yüksək biri ilə müqayisə etmək; ~ tərəziyə girmək.

    Полностью »
  • ÖZÜNÜ TOX TUTMAQ

    pərtliyini hiss etdirməmək, çətin vəziyyətdə təmkinli, sakit, soyuqqanlı olmaq; ~ özünü sındırmamaq, özünü toxtaq saxlamaq, eşşəkdən yıxılıb hoş-hoşda

    Полностью »
  • ÖZÜNÜ TOXTAQ SAXLAMAQ

    bax: özünü tox tutmaq.

    Полностью »
  • ÖZÜNÜ TOXUMAQ

    soxulmaq, girmək, cummaq, bir şeyin içərisinə atılmaq.

    Полностью »
  • ÖZÜNÜ TOPLAMAQ (TOPARLAMAQ)

    müəyyən bir addım atmaq üçün var qüvvəsini bir yerə yığmaq, səfərbər olmaq; ~ özünü bərkitmək, özünü cəmləşdirmək

    Полностью »
  • ÖZÜNÜ TUTMAQ

    varlanmaq, maddi cəhətdən özünü təmin etmək; ~ ayağa qalxmaq.

    Полностью »
  • ÖZÜNÜ YERƏ VURMAQ (ÇIRPMAQ, SÜRTMƏK)

    bir şeydə təkid etmək, tərs və inadkar olmaq; cidd-cəhdlə nəyi isə sübut etməyə, inandırmağa çalışmaq

    Полностью »
  • ÖZÜNÜ ... YERİNƏ QOYMAQ

    “kar”, “kor”, “axmaq”, “gic” və s. sözlərlə işlənərək müəyyən davranışı yamsılamaq və ya özünü kiməsə oxşatmağı bildirir

    Полностью »
  • ÖZÜNÜ YEYİB-TÖKMƏK (DAĞITMAQ)

    əsəbiləşmək, coşmaq, hirslənmək, narahat olmaq; ~ özünə əl qatmaq, yaxasını cırmaq (yırtmaq).

    Полностью »
  • ÖZÜNÜ YIĞIŞDIRMAQ

    1. Fikrini, qüvvəsini toplamaq; ~ özünü ələ almaq. 2. Qəzəb, narazılıq doğurmamaq üçün öz hərəkətlərinə, davranışına fikir vermək; ~ özünü düzəltmək

    Полностью »
  • PADŞAHIN PİYADA GETDİYİ YER

    ayaqyolu, tualet.

    Полностью »
  • PAXILLIĞI TUTMAQ

    paxıllıq etmək, qibtə etmək; ~ həsəd aparmaq.

    Полностью »
  • PAXILLIĞINI ÇƏKMƏK

    istəməmək, uğurlarından qıcıqlanmaq, haqqında pis sözlər danışmaq; ~ əl-ayağını yemək.

    Полностью »
  • PAXIRI AÇILMAQ

    mənfi xasiyyəti, nöqsanı üzə çıxmaq, aşkarlanmaq.

    Полностью »
  • PAKETƏ OTURMAQ

    1. Maaşdan əlavə pul almaq.  2. Aylıq maddi ödəniş müqabilində hansısa fəaliyyətindən əl çəkmək.

    Полностью »
  • PALTARI BOĞÇALANMAQ

    ölmək.

    Полностью »
  • PAMBIQLA BAŞ KƏSMƏK

    pisliyi açıq yox, hiyləgərliklə etmək, şirin dilini işə salaraq məkrli niyyətlərini həyata keçirmək.

    Полностью »
  • PAPAĞI GÜNƏ YANDIRMAQ

    heç bir iş görməmək, veyillənmək, boş yerə gözləmək, vaxtı boş yerə sərf etmək.

    Полностью »
  • PAPAĞIN BOŞ QALSIN!

    hər hansı bir işi yarıtmayan, bacarıqsız adama deyilən qınayıcı ifadə.

    Полностью »
  • PAPAĞINI FIRLADINCA

    tez, sürətlə, qısa bir zamanda.

    Полностью »
  • PAPAĞINI GÖYƏ ATMAQ

    sevinmək; şükür etmək, bir şeyə razı olmaq.

    Полностью »
  • PAPAĞINI QABAĞINA QOYUB FİKİRLƏŞMƏK

    yaxşı-yaxşı düşünmək, hərtərəfli düşünmək, götür-qoy etmək.

    Полностью »
  • PAPAĞINI QOLTUĞUNA VERMƏK

    bax: xoruzunu qoltuğuna vermək.

    Полностью »
  • PAPAĞINI YAN (ƏYRİ, ÇƏP) QOYMAQ

    kefi kök olmaq, dünyanı vecinə almamaq, lovğalanmaq, forslanmaq; ~ kefi doxsan doqquz vurmaq.

    Полностью »
  • PAPAĞINI YERƏ SOXMAQ

    yarıtmamaq, biabır etmək, hörmətdən, nüfuzdan salmaq, rüsvay eləmək.

    Полностью »
  • PAPAQ ALTINDA OĞLANLAR VAR

    əvvəllər üzdə olmayan, lakin müəyyən bir situasiyada gözlənilmədən parlaq keyfiyyət nümayiş etdirən şəxs haqqında deyilən ifadə

    Полностью »
  • PAPAQ ELƏMƏK

    çağırmaq, dəvət etmək, işarə ilə bildirmək.

    Полностью »
  • PARTLAMAYA DÜŞMƏK

    dan. çox yeməkdən halı pisləşmək, halı xarab olmaq.

    Полностью »
  • PASI AÇILMAQ

    bax: paxırı açılmaq.

    Полностью »
  • PAYI İTƏ-QURDA QİSMƏT OLMAQ

    nəsib olmamaq, başqasına qismət olmaq.

    Полностью »
  • PAYINA ÇIXMAQ (DÜŞMƏK)

    bax: bəxtinə çıxmaq (düşmək).

    Полностью »
  • PAYINI ALMAQ

    cəzalanmaq, etdiyi pisliyin cəzasını almaq.

    Полностью »
  • PAYINI VERMƏK

    ciddi cəzalandırmaq, tənbeh etmək; ~ burnuna duzlu su qoymaq, ciyərini çıxartmaq.

    Полностью »
  • PAZA KEÇMƏK

    dan. çətinlik yaranmaq, çətinliklə üzləşmək; ~ başına qəza gəlmək, başını cəncələ salmaq.

    Полностью »
  • PAZI PAZLA ÇIXARMAQ

    bir mürəkkəb işi eyni dərəcədə mürəkkəb situasiya yaratmaqla həll etmək; bir problemi onun həllinə zidd olan üsullarla aradan qaldırmaq

    Полностью »
  • PEYĞƏMBƏR QURŞAĞI

    yağışdan sonra göy üzündə görünən qövsi-qüzeh, göyqurşağı.

    Полностью »
  • PƏL VURMAQ (QATMAQ)

    mane olmaq, bir işi müxtəlif yollarla pozmaq; ~ işini burmaq, arğac keçmək, əngəl çıxarmaq, qapıları üzünə bağlamaq

    Полностью »
  • PƏNAH APARMAQ (GƏTİRMƏK)

    nicat, xilas və ümid yeri hesab etdiyi şəxsə, məkana sığınmaq, kömək, imdad istəmək.

    Полностью »
  • PƏNAHINDA SAXLAMAQ

    himayə etmək, qorumaq, hifz etmək; ~ qayğısını çəkmək.

    Полностью »
  • PƏNCƏSİNDƏN QURTULMAQ

    azad olmaq, xilas olmaq, canını qurtarmaq.

    Полностью »