Фразеологический словарь азербайджанского языка

  • ÜRƏYİNƏ YOL TAPMAQ

    bax: ürəyinə girmək.

    Полностью »
  • ÜRƏYİNİ AÇMAQ

    1. Sirrini demək, içindən keçənləri söyləmək, etiraf etmək.  2. Sevindirmək, şadlandırmaq, qəmini, qüssəsini unutdurmaq

    Полностью »
  • ÜRƏYİNİ ALMAQ

    bax: könlünü almaq.

    Полностью »
  • ÜRƏYİNİ BOŞALTMAQ

    narahat edən problemləri açıb söyləmək, kədərini, həyəcanını söyləyib yüngülləşmək, ağlayıb rahatlanmaq, sakitləşmək; ~ içini boşaltmaq

    Полностью »
  • ÜRƏYİNİ BULANDIRMAQ

    bax: könlünü bulandırmaq.

    Полностью »
  • ÜRƏYİNİ BUZ KİMİ SAXLAMAQ

    narahat olmamaq, arxayın olmaq, xatircəm olmaq.

    Полностью »
  • ÜRƏYİNİ ÇƏKMƏK (ÜZMƏK)

    bir şeyi (söhbəti, prosesi və s.) uzadaraq bezdirmək, yormaq; çox gözlətmək, intizarda qoymaq; ~ əldən salmaq, boğaza yığmaq, canını üzmək, canını sıx

    Полностью »
  • ÜRƏYİNİ DAŞ ELƏMƏK

    bax: ürəyinə daş bağlamaq.

    Полностью »
  • ÜRƏYİNİ DƏLMƏK

    ruhi əzab vermək, üzmək, incitmək, əziyyət və zülm vermək.

    Полностью »
  • ÜRƏYİNİ ƏLƏ ALMAQ

    xoş sözlərlə dilə tutmaq, şirin sözlərlə razı salmağa, etimadını, məhəbbətini qazanmağa çalışmaq; ~ ürəyinə yol tapmaq, ürəyinə girmək, qılığına girmə

    Полностью »
  • ÜRƏYİNİ QANA DÖNDƏRMƏK

    əzab, zülm vermək, incitmək, qəmləndirmək.

    Полностью »
  • ÜRƏYİNİ QIRMAQ (SINDIRMAQ)

    bax: qəlbinə dəymək (toxunmaq).

    Полностью »
  • ÜRƏYİNİ QOPARTMAQ

    bərk qorxutmaq, həyəcanlandırmaq; ~ ürəyini salmaq.

    Полностью »
  • ÜRƏYİNİ QOYMAQ

    bir işə ürəkdən girişmək, əlindən gələni əsirgəməmək, işi can-dildən görmək; ~ can qoymaq.

    Полностью »
  • ÜRƏYİNİ OXŞAMAQ

    bax: ruhunu oxşamaq.

    Полностью »
  • ÜRƏYİNİ OXUMAQ

    ürəyindən keçənləri duymaq, məqsədini, niyyətini hiss etmək; ~ ürəyindən xəbər vermək.

    Полностью »
  • ÜRƏYİNİ OVLAMAQ

    bax: ürəyini ələ almaq.

    Полностью »
  • ÜRƏYİNİ PARTLATMAQ

    bezdirmək; ~ boğaza yığmaq; çərlətmək, məhv etmək, öldürmək; ~ bağrını yarmaq, zəhrini yarmaq.

    Полностью »
  • ÜRƏYİNİ SALMAQ

    bax: ürəyini qopartmaq.

    Полностью »
  • ÜRƏYİNİ SIXMAQ

    darıxmaq, qüssələnmək, dərdli görünmək; ~ fikir çəkmək (eləmək).

    Полностью »
  • ÜRƏYİNİ VERMƏK

    bütün varlığı ilə bağlanmaq, ürəkdən, qəlbən sevmək.

    Полностью »
  • ÜRƏYİNİ VURMAQ

    doymaq, istəməmək, bir şeydən və ya bir kəsdən bezmək, usanmaq; gözünə pis görünmək.

    Полностью »
  • ÜRƏYİNİ YANDIRMAQ

    çox güclü təsir etmək; ~ dərinə işləmək.

    Полностью »
  • ÜRƏYİNİ YEMƏK

    qorxu hissi keçirmək, həyəcanlanmaq; ~ ürəyinin içini yemək.

    Полностью »
  • ÜRƏYİNİ YUMŞALTMAQ

    ürəyində mərhəmət hissi oyatmaq, acığını, hirsini, qəzəbini soyutmaq; ~ rəhmə gətirmək, yola gətirmək, ürəyinə rəhm salmaq

    Полностью »
  • ÜRƏYİNİN BAŞI GÖYNƏMƏK (YANMAQ)

    əzab çəkmək, çox həyəcanlanmaq, sarsılmaq, təsirlənmək, narahat olmaq.

    Полностью »
  • ÜRƏYİNİN İÇİNİ YEMƏK

    bax: ürəyini yemək.

    Полностью »
  • ÜRƏYİNİN SAPI QIRILMAQ

    sarsılmaq.

    Полностью »
  • ÜRƏYİNİN YAĞI ƏRİMƏK

    çox qəmlənmək, xiffət eləmək, üzülmək.

    Полностью »
  • ÜRƏYİNİN YAĞINI YEDİRTMƏK

    həddən artıq əzizləmək, qayğısını çəkmək.

    Полностью »
  • ÜST-BAŞI TÖKÜLMƏK

    səliqəsiz, pinti, yaraşıqsız geyinmək; ~ licimi axmaq.

    Полностью »
  • ÜST-BAŞINDAN CİN ÜRKMƏK

    çox pinti, səliqəsiz geyinmək, cır-cındır geyinmək; ~ cındırından cin ürkmək.

    Полностью »
  • ÜST DODAĞI GÖY SÜPÜRÜR, ALT DODAĞI YER

    çox qaşqabaqlı, acıqlı, qaraqabaq, üzügülməz adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ÜSTÜ AÇILMAQ

    bilinmək, aşkarlanmaq; ~ üzə çıxmaq, zibili çıxmaq, səsi çıxmaq.

    Полностью »
  • ÜSTÜ BƏZƏK, ALTI TƏZƏK

    görünüşcə gözəl, keyfiyyətcə pis bir şey haqqında işlədilən ifadə; ~ üzü şeyx, astarı kafir.

    Полностью »
  • ÜSTÜN GƏLMƏK

    qarşıya çıxan qüvvəni dəf etmək, məğlub etmək.

    Полностью »
  • ÜSTÜN TUTMAQ

    yüksək dəyərləndirmək, qiymətləndirmək.

    Полностью »
  • ÜSTÜNDƏ DURMAQ

    1. Nəzarət etmək, qorumaq; ~ göz-qulaq olmaq.  2. İsrarlı olmaq (fikrində, sözündə, mövqeyində və s.), təkid etmək

    Полностью »
  • ÜSTÜNDƏ ƏSMƏK

    hədsiz qayğı göstərmək, bərk-bərk qorumaq; ~ ikiəlli tutmaq, üfürə-üfürə saxlamaq.

    Полностью »
  • ÜSTÜNDƏ GÖZ OLMAQ

    bax: göz-qulaq olmaq.

    Полностью »
  • ÜSTÜNDƏ OTURDUĞU BUDAĞI KƏSMƏK

    bax: oturduğu budağı baltalamaq (kəsmək).

    Полностью »
  • ÜSTÜNDƏN AĞIR YÜK (DAĞ) GÖTÜRÜLMƏK

    öhdəsindəki ağır işdən, iztirabdan, qayğıdan qurtarmaq, rahatlanmaq; ~ rahat nəfəs almaq, çiynindən dağ götürülmək

    Полностью »
  • ÜSTÜNDƏN XƏTT ÇƏKMƏK

    birdəfəlik unutmaq, olub-keçənləri bir daha yad etməmək, yox etmək; kiminsə xidmətlərini danmaq; ~ üstündən qələm çəkmək

    Полностью »
  • ÜSTÜNDƏN KEÇMƏK

    bax: üstünü vurmamaq.

    Полностью »
  • ÜSTÜNDƏN QƏLƏM ÇƏKMƏK

    bax: üstündən xətt çəkmək.

    Полностью »
  • ÜSTÜNƏ ADAM SALMAQ

    xahiş üçün minnətçi göndərmək.

    Полностью »
  • ÜSTÜNƏ ATMAQ (YIXMAQ)

    başqasını günahlandırmaq; ~ boynuna atmaq (yıxmaq).

    Полностью »
  • ÜSTÜNƏ AYAQ ALMAQ

    qaralamaq, hücum, həmlə etmək; ~ üstünə getmək (yerimək).

    Полностью »
  • ÜSTÜNƏ DİRİ İLAN SALSAN, YERİNDƏN TƏRPƏNMƏZ

    həddindən artıq tənbəl, bivec adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ÜSTÜNƏ DÜŞMƏK

    1. Bir şeyi həyata keçirməkdə inad göstərmək, ona nail olmağa var qüvvəsi ilə çalışmaq.  2. Davamlı tənqid və təzyiq etmək

    Полностью »